Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4.58 Kb.
PDF просмотр
səhifə20/24
tarix24.04.2017
ölçüsü4.58 Kb.
1   ...   16   17   18   19   20   21   22   23   24
Motivasiya. 
Yazı taxtasında sxem çəkilir.  
YANĞINSÖNDÜRƏN QARIŞQALAR  (75 söz)
Alimlər qarışqalar üzərində maraqlı təcrübə apardılar. Onlar qarışqa yuvasına
yanan şam atdılar. Bu zaman bütün qarışqalar şamın ətrafına yığışıb odun üstünə
tüpürdülər. Bir neçə qarışqa odda yansa da, onlar odu söndürə bildilər. Yanğınla
mübarizə təxminən bir dəqiqə çəkdi. 
Bir neçə həftədən sonra təcrübə təkrar edildi. Bu dəfə qarışqalar daha ehtiyatlı
və çevik tərpənib alovu qırx beş saniyəyə söndürdülər. İkinci təcrübə zamanı bir
qarışqa da məhv olmadı. Bu o deməkdir ki, qarışqalar əvvəlki təcrübədən nəticə
çıxardılar.
güclü
?
bəzən qanadlı
da olur
şirin sevən
zəhmətkeş
çox kiçik
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
167
Çap üçün deyil

Şagirdlərə suallar verilir:
– Sxemin mərkəzindəki xanada hansı həşəratın adı yazılmalıdır?
– Qarışqaların daha hansı xüsusiyyətləri var?
Mətn oxunub təhlil olunur. 
Dərslikdən 6-cı tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır.
Tapşırıq. Verilmiş sözlərin aid olduğu məna qruplarını müəyyən et.
Qarışqa, kəpənək, arı – 
Şir, canavar, ayı – 
İnək, keçi, at – 
Müəllim: – Qarışqanı səciyyələndirən əsas əlamətlər hansılardır? (balaca olması, zəh -
mətkeşliyi) 
Zəhmətə aid atalar sözləri verilir:
Yaz günündə tərləməyən qış günündə titrəyər.
Yayda işləyən, qışda dişləyər.
Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar.
Dinləmə mətni
Masanın üstündə içi bal dolu banka vardı. Qarışqalar şirəyə daraşmışdı. Ev
yiyəsi qarışqaları qovdu. Sonra bankanın ağzını kəndirlə bağlayıb tavandan asdı.
Özü də bir aylıq səfərə getdi.
Bir qarışqa bankanın içində qalmışdı. Yeyib doyandan sonra bankadan
çıxmaq istədi, kəndirin düyünləndiyi yerdən kiçicik bir deşik tapıb birtəhər
içəridən çıxdı. Kəndirlə tavana qalxdı. Oradan divarla enib qarışqalara xəbər
apardı. Qarışqalar divardan bankaya kimi cığır saldılar. Bal qurtarana qədər
qalxıb-endilər. 
Ev yiyəsi qayıdanda qarışqaların ağlına heyran qaldı, onlara qəzəblənmədi.
Sual: – Oxuduğunuz və dinlədiyiniz mətn əsasında qarışqalar haqqında nə demək olar? 
Şagirdlər öz mülahizələrini yürüdürlər. Ümumi nəticəyə gəlinir ki, qarışqalar öz yollarını
qoxuları ilə tapırlar.
Müəllim: – Hansı həşəratları tanıyırsınız? Onlar haqqında bildiklərinizi cədvəldə yazın.
Dil qaydaları. Müəllim: 
– Mətnin hər abzasındakı cümlələrin sayını müəyyən edin.
– Hansı cümlədə daha çox söz var?
– Hansı cümlədə daha az söz var?
Yazı. Mətnin sonuncu abzasını dəftərinizə köçürün.
3-cü MƏTN. SƏRKƏRDƏ VƏ QARIŞQA
Motivasiya. 
Müəllim: – Hər hansı bir məsələnin həlli zamanı çətinlik yarananda nə
edirsiniz? (Kömək istəyirəm, həll etmirəm, bir daha cəhd edirəm.) 
Dərsliklə iş. Mətn oxunur, qarışqa və sərkərdə obrazları təhlil edilir (dərslik, səh. 147).
– Sizcə, sərkərdə bundan sonra nə edəcək? 
Həşəratın adı
Həşəratın faydası
Həşəratın ziyanı 
Dərslərin planlaşdırılması
VI bölmə
168
Çap üçün deyil

Şagirdlər cütlərlə cavab hazırlayırlar. Cavabları kiçik hekayə şəklində təqdim edirlər. 
“Uğursuzluqdan sonra ruhdan düşmək zəiflərə xas xüsusiyyətdir” mövzusunda müzakirə
keçirilir. 
Şagirdlər sonda belə bir nəticəyə gəlirlər ki, məqsədə nail olmaq üçün hər çətinliyi
adlamağı bacarmaq lazımdır. 
“Cümlə” mövzusu üzrə qiymətləndirmə.
Testlər:
1. Hansı sırada cümlə verilib?
A) Səhər-səhər
B) Mən səhər tezdən qalxıram
C) Səhər tezdən yuxudan duranda
2. Mətndə neçə cümlə var?
Soyuq qış günləri qurtarır qar əriyir havalar isinməyə başlayır ağaclar
tumurcuqlayır isti ölkələrə uçmuş quşlar geri qayıdırlar onlar özlərinə yuva qu-
rurlar rəngbərəng çiçəklər açılır
A) 10 
B) 7
C) 8  
Ç) 4
3. Cümləni seçin.
A) Quşların şən səsləri
B) Mən gələn yay
C) İlqar dərslərini hazırladı
4. Hansı cümlədə hərəkət bildirən sözlərin sayı daha çoxdur?
A) Qarışqalar yem tapmaq üçün uzaq səfərlərə çıxırlar.
B) Sərkərdə gəlib qayalıqda oturdu, fikrə daldı.
C) Qarışqa qırxıncı cəhdində buğdanı yuvasına çatdırdı.
Tapşırıqlar:
1. Bu sözlərdən cümlə düzəldin:
1) olur, isti, yayda, havalar, çox.
2) lazımdır, dərsləri, oxumaq, yaxşı.
3) odunu, atam, balta, yardı, ilə.
4) dəsmal, Günel, ilə, silir, stəkanları.
5) tutur, xatirəsini, şəhidlərin, əziz, xalqımız.
2. Verilmiş söz birləşmələrini cümlədə işlədin:
kitabın üzü, ilin fəsilləri, atamın əlləri, Bakı şəhəri, qoca fəhlə.
İş dəftərinin 105-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Mətnin ikinci abzasını dəftərinizə köçürün. 
Hüsnxət. “Ö” hərfi. İş dəftəri, səh. 106.
Ev tapşırığı:
– Əldə etdiyiniz məlumatlar əsasında qarışqalar haqqında esse yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən və
müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
169
Çap üçün deyil

Dərs 78. GÜNƏŞ VƏ BULUD (2 saat)
Motivasiya.
Müəllim: – İnsanlara xas olan xüsusiyyətləri sadalayın. 
Yaxşı                                Pis
xeyirxahlıq                 
xəbislik
əliaçıqlıq             
xəsislik
səxavətlilik                       kobudluq
mehribanlıq        
əzazillik
qayğıkeşlik             
paxıllıq
Tədqiqat sualı: 
– Hansı xüsusiyyətlər insanı daha da sevdirir, zənginləşdirir?
Dərslikdən mətn oxunur. Şagirdlərə suallar verilir: 
– Mətndə “odlu araba” deyildikdə nə nəzərdə tutulur?
– Günəş nə üçün sevinirdi?
– Səncə, günəş nə üçün buluda cavab vermirdi?
– Canlıların günəşdən aldıqları pay nəyə lazımdır? (2-ci tapşırıq)
– Bəs buluddan yağış yağmasa, nə baş verə bilər?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. “Nağılı dəyiş” üsulu.
I qrup. Təsəvvür edin ki, günəş öz şüalarını səpələyir, onun istisi və işığı azalır.
II qrup. Təsəvvür edin ki, günəş öz şüalarını səpələdikcə bulud ona baxıb fəxr edir.
III qrup. Təsəvvür edin ki, günəş öz şüalarını yalnız bitkilərə səpələyir, böcəklərə pay
düşmür, bulud da yağışını yalnız bitkilərin üstünə tökür.
IV qrup. Təsəvvür edin ki, günəş öz şüalarını yalnız böcəklərin üstünə səpələyir, bitkilərə
pay düşmür, bulud da yağışını yalnız böcəklərin üstünə tökür. 
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müza kirə
olunur.
1-ci tapşırıq yerinə yetirilir. Günəş – mehriban, şən, səxavətli, rəhmdil; bulud – paxıl, xəbis.
Bu sözlərdən söz birləşmələri yaradılaraq cümlələrdə işlədilir. Həmin sözlərin cümlədə
əşyanın nəyini bildirdiyi (ad, əlamət) soruşulur. 
– Bu sözlərdən hansı yerindən asılı olaraq həm böyük, həm də kiçik hərflə yazıla bilər? 
3-cü tapşırıq yerinə yetirilir. Cavab “B” variantıdır. 
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Əsəri təhlil edir və onun ideyasını həyatda
gördükləri ilə əlaqələndirib danışır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni sürətli və ifadəli oxuyur, mətnin
qəhrəmanına öz münasibətini bildirərək
şüurlu oxuduğunu nümayiş etdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydaları məqamına uyğun istifadə edir.
Sözlərin böyük hərflə yazılışına dair qaydaları
düzgün tətbiq edir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır. 
Ad və əlamət bildirən sözləri fərqləndirir.
Dərslərin planlaşdırılması
VI bölmə
170
Çap üçün deyil

İş dəftərinin 107-cü səhifəsindəki tapşırıqlar yerinə yetirilir. Şagirdlər 2-ci tapşırığı yerinə
yetirməklə mətnin müəllifini (Canni Rodari) müəyyən edirlər. 
Danışma: – Mətndə günəş xeyirxah, bulud isə xəbis adamların obrazını təmsil edir. 
Belə adamlar haqqında nə deyə bilərsiniz?
Nəticə: 
Səxavətlilik insana xas olan ən gözəl xüsusiyyətlərdən biridir.
Tətbiqetmə. 
İş dəftərinin 107-ci səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilir.
Ev tapşırığı:
– Mətnin ilk və son iki abzasını dəftərinizə köçürün.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 79. ARI (2 saat)
Motivasiya.
Müəllim şagirdlərə tapmaca deyir:
Bütün günü uçurlar
Güldən şirə çəkərək.
Zəhmətkeşdir deyirlər,
Adını tapın görək.
Tədqiqat sualı:
– Arının hansı xüsusiyyətləri var?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Arı haqqında nə bilirsiniz?
II qrup. Arı ilə qarışqanın oxşar və fərqli cəhətlərini tapın.
III qrup. Arının müsbət xüsusiyyətlərini sadalayın.
IV qrup. Arının mənfi xüsusiyyətlərini sadalayın.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Dərsliklə iş. Şeir oxunur. “Mum” və ”şan”
sözlərinin mənası izah olunur.  1-3-cü tapşırıqlar yerinə yetirilir. 
Müəllim: – Arı bal hazırlamaq üçün nə edir?
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır. 
Topladığı məlumatlar əsasında danışır.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Mətndə rast gəldiyi yeni sözün mənasını
kontekstdən çıxış edərək müəyyənləşdirir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndəki yeni sözün mənasını müəyyənləşdi -
rərək onu yaxınmənalı sözlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni düzgün, ifadəli oxuyur. Sualları
cavab lan dıraraq şüurlu oxuduğunu nümayiş
etdirir. 
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Şeirin qısa məzmununu yazır. 
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Cümlənin tərkibindəki söz birləşmələrin seçir.
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
171
Çap üçün deyil

– Hansı fikir doğrudur?
A) Arılar gecələr də güllərdən şirə çəkir.
B) Arı harada çiçək görsə, onun üstünə qonar.
C) Arılar çiçəklərin ləçəklərini pətəyə daşıyırlar.
– Şeirdə hansı nitq etiketi işlənib?
– Bu ifadədən nə zaman istifadə edilir?
Nəticə.
Arının müsbət xüsusiyyətləri: 1) bal verir; 2) zəhmətkeşdir; 3) zəhərindən dərman
hazırlanır; 4) çiçəkləri tozlandırır. Mənfi xüsusiyyəti: adamı sancır.
Dil qaydaları: 1. Şeirin sonuncu dörd misrası haqqında deyilənlərdən biri yanlışdır:
A) Misraların hər biri cümlədir.
B) Hər misrada hərəkət bildirən söz var.
C) Hər misrada səkkiz heca var.
2. Şeirdən cümlə olan misraları seçib dəftərinizə yazın. 
Yazı. Şeirin məzmununu öz sözlərinizlə yazın.
Ev tapşırığı:
– “İnsanlar daha hansı həşəratlara “sağ ol” deyirlər?” mövzusunda təqdimat
hazırlayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır. 
Dərs 80. BAL ARISININ AİLƏSİ (2 saat)
Motivasiya.
Şagirdlərə iki şəkil təqdim olunur.
I şəkil: ailə – nənə, baba, ata, ana, bacı, qardaş təsvir olunub.
Suallar: – Şəkildə nə təsvir olunub? Təsvir olunanlar bir yerdə necə adlanır? (Ailə)
– Ailə üzvləri kimdir?
– Onların vəzifələri haqqında nə bilirsiniz? 
II şəkil: arı ailəsi – bir böyük arı və yanında kiçik arılar təsvir olunub.
Suallar: – Bu şəkil haqqında nə deyə bilərsiniz?
– Arı ailəsinin üzvləri haqqında nə bilirsiniz?
Tədqiqat sualı:
– Bal arısının ailəsində də vəzifə bölgüsü varmı?
Məzmun standartları 
Təlim məqsədləri
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir. 
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəyyənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.2. Bədii mətnləri janrlara görə
fərqləndirir. 
Eyni mövzuda yazılmış şeiri və nəsr əsərini
fərqləndirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Əldə etdiyi məlumatlar əsasında inşa yazır.
Dərslərin planlaşdırılması
VI bölmə
172
Çap üçün deyil

Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər (“Ziqzaq” üsulu). Şagirdlər kvadrat, dairə, üçbucaq və düzbucaqlı
olmaqla ekspert qruplarına bölünürlər.
I ekspert qrupu (kvadrat qrupu). Ana arı haqqında olan hissə ayrıca vərəqdə yazılı
halda qrupa təqdim olunur. Qrup bu hissəni öyrənir.
II ekspert qrupu (dairə qrupu). Kəşfiyyatçı arılar haqqında olan hissə qrupa təqdim olu -
nur. Qrup bu hissəni öyrənir.
III ekspert qrupu (üçbucaq qrupu). İşçi arılar haqqında olan hissə qrupa təqdim olunur.
Qrup bu hissəni öyrənir.
IV ekspert qrupu (düzbucaqlı qrupu). Keşikçi arılar haqqında olan hissə qrupa təqdim
olunur. Qrup bu hissəni öyrənir.
Sonra qruplar yeni bir qrupa bölünür. Hər qrup 1, 2, 3, 4 sayır. Bütün 1-lər I qrupda, 2
sayanlar II qrupda, 3 sayanlar III qrupda, 4 sayanlar IV qrupda əyləşirlər. 
I qrup (kvadrat, dairə, üçbucaq və düzbucaqlı).
II qrup (kvadrat, dairə, üçbucaq və düzbucaqlı).
III qrup (kvadrat, dairə, üçbucaq və düzbucaqlı).     
IV qrup (kvadrat, dairə, üçbucaq və düzbucaqlı).
Qrupların hər bir üzvü öyrəndiyi hissəni digərlərinə danışır. Beləliklə, şagirdlər bütün
hissəni öyrənmiş olurlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. “Arı” şeiri ilə “Bal arısının ailəsi” mətni məzmun və forma baxımından fərqləndirilir.
Dərsliklə iş. Dərsliyin 150-ci səhifəsindəki 1-2-ci tapşırıqlar, eləcə də iş dəftərinin 104-cü
səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir.
Yazı. Mətndən keşikçi arılar haqqında olan hissəni dəftərinizə köçürün.
Nəticə:
İnsan ailələrində olduğu kimi, arı ailəsində də qaydalar və hər bir ailə üzvünün
vəzifəsi var.
Tətbiqetmə. 
İş dəftərinin 108-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı:
– “Arıların həyat tərzi” haqqında inşa yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 81. KƏPƏNƏKLƏR (2 saat)
Məzmun standartları 
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və
münasibət bildirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“P” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür. 
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
173
Çap üçün deyil

Motivasiya.
Müəllim şagirdlərə müraciət edir:
– Keçən dərsimizdə arılar haqqında məlumat aldıq. İndi isə gəlin arı ilə kəpənəyin oxşar
və fərqli cəhətlərini əks etdirən diaqram quraq. (Dərslik, səh.151, 1-ci tap.)
– Aşağıdakı tapmacada bu həşəratlardan hansı haqqında danışılır?
Rəngbərəngdir gül kimi,
Qanadı var tül kimi.
Uçur bağda, çəməndə,
Çox yüngüldür tük kimi.
Tədqiqat sualı:
– Kəpənəklər haqqında nə bilirik?
Qeyd. Bu dərs “Bal arısının ailəsi” dərsində verilmiş model əsasında qurulur.
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər (2-ci tapşırıq).
I qrupKəpənək necə balalayır?
II qrupKəpənək necə qidalanır?
III qrupKəpənək qoxunu nəyin vasitəsilə hiss edir?
IV qrupNəyə görə gecə kəpənəkləri fədakarlıq rəmzi sayılır?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatları dinlənilir və mü za -
ki rə olunur. Dərsliklə iş. Kəpənək və qarışqanın oxşar və fərqli cəhətləri araşdırılır. 3-cü
tapşırıq yerinə yetirilir. Artıq şagirdlər qarışqa, arı, kəpənəklər haqqında bir çox məlumata
malikdirlər. Bu həşəratlarla bağlı “Auksion” oyunu keçirilə bilər:
– Qarışqanın (arının, kəpənəyin) hansı xüsusiyyətləri ilə tanış oldunuz? və s.
Nəticə:
Kəpənək də çox gözəl və faydalı həşəratdır. Onları qorumaq lazımdır.
Tətbiqetmə. 
İş dəftərinin 109-cu səhifəsindəki mövzu və dil qaydaları ilə bağlı tapşırıqlar
yerinə yetirilir.
Hüsnxət. “P” hərfi. İş dəftəri, səh. 110.
Ev tapşırığı:
– Mətndən kəpənəklərin necə çoxalması hissəsini dəftərinizə köçürün.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Arı
Kəpənək
Dərslərin planlaşdırılması
VI bölmə
174
Çap üçün deyil

Dərs 82. QARANQUŞLAR (2 saat)
Motivasiya.
Şəkillərdə təsvir olunur: çiçəkləmiş ağac, buzları əriyən axar çay, torpaqdan
baş qaldıran novruzgülü, şamlı, şirniyyatlı bayram xonçası və s.  
Sual: – Bu şəkillər sizə nəyi xatırladır?
Fərziyyələr dinlənilir.
– Bəs yazın müjdəçisi nədir? (qaranquş)
Tədqiqat sualı:
– Qaranquş haqqında nə bilirik və nəyi bilmək istərdik?
Tədqiqatın aparılması. 
Kiçik qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikir -
lərini iş vərəqlərində qeyd edirlər. 
I qrupKrossvordu həll edin. (Sözlərin izahı müəllim tərəfindən verilir.)
II qrupSəmədgilin eyvanında qaranquş yuva qurmuşdu. Hamı onlara tamaşa edirdi.
Bir gün səhər eyvandan səs eşidildi. Səməd gördü ki, qaranquşun balası yuvadan
yerə düşüb, ana qaranquş isə onun ətrafında çırpınır…  (Mətni davam etdirin.)
III qrupQaranquşla bağlı kiçik mətn qurun. Həmin mətndə “zəhmətkeş”, “bala qaran -
quşlar”, “ana qaranquşun həyəcanı”, “qara pişik” sözlərindən istifadə edin.  
Bilirəm
Bilmək istərdim
Öyrəndim
Məzmun standartları 
Təlim məqsədləri
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözün mənasını başa
düşür və onu yaxınmənalı sözlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Hərəkət bildirən sözləri fərqləndirir, onların
hansı zamanda işləndiyini müəyyən edir.
4.1.6. Cümləni digər nitq vahidlərindən
fərqləndirir. 
Verilmiş sözlərdən söz birləşmələri düzəldir
və onu nitqində istifadə edir.
QAZ
NAR
AT
QOZ
ULDUZ
ŞAR
RƏNDƏ
ALÇA
Q
A
R
A
N
Q
U
Ş
Dərslərin planlaşdırılması
TƏBİƏTİN SİRLƏRİ
175
Çap üçün deyil

Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur.
Dərsliklə iş. Mətn (dərslik, səh. 152) oxunub təhlil olunur. 1-3-cü tapşırıqlar yerinə yetirilir. 
3-cü tapşırıq. Qaranquşun yuva qurması onun zəhmətkeş, qayğıkeş olduğunu göstərir.
Qaranquş köçəri olsa da, yuva qurur ki, nəsil artırsın.
Nəticə:
Yazın müjdəçisi olan qaranquş zərərverici həşəratları yeməklə təbiətə xeyir  verir.
Tətbiqetmə.
Dərsliyin 152-ci səhifəsindəki 4-cü tapşırıq yerinə yetirilir.
4-cü tapşırıq. Ana qaranquş, bala qaranquş, qaranquşun həyəcanı və s.
Dil qaydaları. Yazı. Mətndən tərkibində hərəkət bildirən  iki söz olan cümləni tapıb dəftə -
rinizə köçürün. Həmin sözlərin ifadə etdiyi hərəkət hansı zamanda baş verir?
Ev tapşırığı:
– Mətndən qaranquşların qidalanması hissəsini dəftərinizə köçürün.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 83. GÜLLƏRDƏN GÖYÇƏK ÇİÇƏK (2 saat)
Motivasiya.
Rəngbərəng kəpənək rəsmləri nümayiş olunur.
Köməkçi sual: – Kəpənəklər nəyi xatırladır və sizcə, onlar niyə belə al-əlvan olur?
Tədqiqat sualı:
– Nəyə görə bəzən canlılar yaşadıqları mühitə, ətrafa uyğun rənglərdə
olurlar? 
Tədqiqatın aparılması.
Dərsliklə iş aparılır. Mətn oxunub təhlil olunur (dərslik, səh.153).  
Məlumat mübadiləsi və müzakirənin təşkili.
1-3-cü tapşırıqlar yerinə yetirilir.
Qeyd. Müəllim şagirdlərin diqqətini əsgər paltarlarının rənginə, dovşanın qışda ağ, yayda
boz, şimal ayısının ağ olmasına yönəldir, bunların səbəblərini izah edir.
2-ci tapşırıq. Sevinc, nadir, yasəmən, xəyal və bu kimi sözlər cümlədə işlədilir.
3-cü tapşırıq. Çiçəyin babası gülçü idi, bağda işləyirdi. Çiçək güllü paltarını geyindi, başına
ala-bəzək bant bağladı. Baba səs gələn tərəfə baxdı.
1   ...   16   17   18   19   20   21   22   23   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə