Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə22/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   ...   16   17   18   19   20   21   22   23   24

Çap üçün deyil

Dərs 92. NİTQ ETİKETLƏRİ (2 saat)  
Motivasiya.
Müəllim yazı taxtasında aşağıdakı sözləri yazır: “salam”, “sağ ol”,
“bağışla”, “zəhmət olmasa”, “təbrik edirəm”. 
Sual: – Bu ifadələri hansı hallarda işlədirlər?
Şagirdlərin fikirləri dinlənilir. 
Tədqiqat sualı:
– Gündəlik həyatda hansı etiketlərdən istifadə edirsiniz?
Tədqiqatın aparılması. 
Qruplarla iş. 
– Aşağıdakı hallarda hansı etiketlərdən istifadə olunur? Elə bir səhnəcik hazırlayın ki,
həmin etiket orada işlənsin. Jest və mimikalardan yerində istifadə etməyi unutmayın.
I qrupTəşəkkür edərkən
II qrupGörüşərkən
III qrupAyrılarkən
IV qrupXahiş edərkən
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Nitq etiketi haqqında verilən nəzəri hissə oxunur. Dərslikdə verilən
mətnlər (dərslik, səh. 163) oxunur və səhnələşdirilir. 
1-ci tapşırıq. Cavab “C” variantıdır. 
2-ci tapşırıq. Gecən xeyrə qalsın, xahiş edirəm, axşamın xeyir ifadələri hər gün işlənən
etiketlərdir. 
İş dəftərinin 119-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə: 
Arzu və istəyə nail olmaq üçün ətrafdakılarla ünsiyyət qurmağı bacarmaq lazımdır.
Tətbiqetmə. 
“Kim daha tez” (və ya “Auksion”) oyunu keçirilir. Bu oyunda təkrarlan ma maq
şərti ilə hər uşaq nitq etiketi söyləməlidir. Oyunun sonunda daha tez, daha çox nitq etiketi
səsləndirən şagird qalib gəlir.  
Yazı. İmla mətni:
Ev tapşırığı:
– Məktəbdə işlətdiyiniz nitq etiketlərini dəftərə yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq
etiketlərin dən istifadə edir. 
Situasiyaya uyğun olaraq nitq etiketlərini yerli-
yerində işlədir.
1.2.4. Nitq situasiyalarından asılı olaraq
danışıq prosesində müvafiq jest və mimi -
kalardan istifadə edir.
Rollu oyun zamanı müvafiq jest və mimikalar-
dan istifadə edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısında yazılışı və tələffüzü fərq -
lənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
BALACA RƏSSAM (36 söz)
Qar yağırdı. Balaca rəssam qışın şəklini çəkmək istədi. Nə qədər çalışdısa, ağ
ayıları, qarlı dağları, ağarmış çölləri ağ kağıza çəkə bilmədi. 
O, çölə çıxanda gördüklərinə heyran qaldı. Təbiət qışın şəklini ən böyük
rəssamdan da yaxşı çəkmişdi.
Dərslərin planlaşdırılması
VII bölmə
186
Çap üçün deyil

Dərs 93. XAQANİ  (6 saat)
Motivasiya.
Hazırcavablıq tələb edən suallar qoyulur. Məsələn:
– Acqarına neçə yumurta yemək olar? (Bir, çünki sonra adama ac demək olmaz)
Suallara tez və məntiqli cavab verən şagirdlər qiymətləndirilir. Onların hazırcavab olduğu
qeyd edilir.
Tədqiqat sualı:
– Hazırcavablıq nə deməkdir?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup– Almanın yarısı nəyə oxşayır? (O biri yarısına)
II qrup– Bu il fevralın 30-u neçənci günə düşmüşdü? (Fevralda 30 gün olmur)
III qrup– Qara pişik nə vaxt evə girə bilər? (Qapı açıq olanda)
IV qrup– Canavar nə vaxtadək meşəyə doğru qaçır? (Meşəyə çatana kimi. Sonra o,
meşə ilə və ya meşədən qaçır)
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Mətnin birinci hissəsi oxunur. 
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin ma -
hiyyətini aydınlaşdırır.
Sualı düzgün ifadə etməklə dinlədiyi fikri
anladığını nümayiş etdirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Mətni müəyyən hissədən başlayaraq öz
təxəyyülünə uyğun davam etdirir.
2.1.1. Rast gəldiyi yeni əşya və hadisələrin
adlarını müəyyən edir. 
Rast gəldiyi yeni anlayışı ifadə edən sözü
müəyyənləşdirir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni ifadələrin mənasını
başa düşür və onları yaxınmənalı ifadələrlə
əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Sualları cavablandırmaqla mətni şüurlu oxu -
duğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar
verməklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrinə başlıq verməklə məzmuna
aid sadə plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun  nəql edir.
Tərtib etdiyi plana görə mətnin məzmununu
nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“S” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətnin seçilmiş hissəsini köçürür.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müşahidə və arzularına əsaslanaraq
kiçikhəcmli esse yazır.
4.1.7. Tələb olunan məqsəd  və in-
tonasiyaya görə cümlə qurur  və müvafiq
işarələrlə tamamlayır. 
Cümləni məqsəd və intonasiyaya görə
fərqləndirir, müvafiq olaraq cümlənin sonunda
durğu işarələrini qoyur.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
187
Çap üçün deyil

Suallar: 
– Oxuduğunuz hissəyə görə uşaq haqqında nə deyə bilərsiniz?
– Sizcə, Xaqani əsərdəki hansı obrazın adıdır – xaqanın, yoxsa uşağın?
1-ci tapşırığa görə şagirdlərin cavab versiyaları dinlənilir.
– Xaqan kimdir? 
– Müxtəlif ölkələrdə bu vəzifəni tutanlar necə adlanırlar? 
– Bizim ölkədə dövlət başçısına nə deyirlər?
– Sizcə, dövləti kim idarə edə bilər?
Mətnin ikinci yarısı oxunur. Şagirdlərin variantları ilə müqayisə olunur.
2-3-cü tapşırıqlar yerinə yetirilir. 3-cü tapşırığa əsasən mətnin hər bir hissəsi adlandırılır
və hər hissəyə plan tərtib edilir:
I hissə. Hazırcavab uşaq
1. Xaqanın təəccübü 
2. Xaqanın suallarına uşağın cavabları
II hissə. Böyük şair
1. Cavablardan xoşlanan xaqan
2. Padşah adama bir qızıl verməz
3. Xaqanın qərarı
4. Dünya şöhrətli şair
Plana əsasən mətnin məzmunu nağıl edilir.
Yazı. Mətnin son iki abzası dəftərə köçürülür. 
Dinləmə. “Bəhmənyar” mətni oxunur, suallar verilir. 
BƏHMƏNYAR
(rəvayət)
Bir gün bir dəmirçi şagirdi ilə birlikdə dəmirçixanada işləyirdi. Şagird körüyü
basdıqca közlər qığılcımlanır, onların istisi dəmiri yumşaldırdı. Dəmirçi də qızarmış
dəmir parçasını çəkiclə döyəcləyirdi. 
Elə bu zaman qonşunun uşağı təngnəfəs özünü qapıdan içəri salıb dəmirçiyə dedi:
– Usta, ocağımız sönüb, anam deyir, köz versin.
Usta önlüyü ilə üzünün tərini silib uşağın əlinə baxdı:
– Get bir qab gətir. Közü ovcunda aparmayacaqsan ki!..
– Apararam, sən verməyində ol. Tez ol, həyətdə bənövşə oynayırıq. Uşaqlar məni
gözləyir.
– Ay uşaq, sənin əlin dəmirdəndir?
– Yox, sən közü ver, neyləyirsən necə aparacağam?
Usta baxdı ki, bu tərs uşağı sözlə başa sala bilməyəcək. Üzünü şagirdinə tutub dedi:
– A bala, bu uşağa bir ovuc köz ver, görüm necə aparacaq.
Şagird maşa ilə qıpqırmızı bir köz götürüb uşağa yaxınlaşanda dəmirçi bir də
gördü ki, uşaq qapının ağzından ovcuna torpaq yığıb da ona sarı uzadıb. 
Dəmirçi uşağın fərasətinə mat qaldı. Soruşdu:
– A bala, sənin adın nədir?
– Bəhmənyaram da, usta əmi, tanımadın? – deyə uşaq cavab verib cəld qapıdan
bayıra çıxdı.
Bu həmin Bəhmənyar idi ki, sonralar oxuyub dövrünün məşhur alimi oldu.
Suallar: – Bu rəvayətdən hansı nəticəni çıxarmaq olar?
Dərslərin planlaşdırılması
VII bölmə
188
Çap üçün deyil

– Rəvayətdə hansı obrazlar var?
– Hadisələr harada baş verir?
– “Xaqani” mətni ilə “Bəhmənyar” mətninin baş qəhrəmanlarını hansı cəhət birləşdirir.
Nəticə:
Yerində verilmiş məntiqli, ağıllı cavab həmişə qiymətləndirilir. 
Tətbiqetmə.
İş dəftərinin 120-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir..
DİL QAYDALARI
Motivasiya.
4-cü tapşırıq: 
– birinci cümlədə məlumat çatdırılır; 
– ikinci cümlədə sual verilir;
– üçüncü cümlədə tapşırıq ifadə olunur.
Tədqiqat sualı:
– Cümlələri məqsəd və intonasiyaya görə necə fərqləndirə bilərik?
Tədqiqatın aparılması.
Dərsliyin 166-cı səhifəsindəki nəzəri hissə oxunur, təhlil olunur.
Müəllim əlavə olaraq nida cümlələri haqqında məlumat verir və bu cür cümlələrin hiss-hə -
yə can ifadə etdiyini bildirir.
Qruplarla iş. 
I qrupVerilmiş mətndən sual cümlələrini seçin. Həmin cümlələri oxuyanda səsinizi necə
dəyişdiniz? Cümlənin sonunda lazım olan işarəni qoyun.
II qrupCümlələri oxuyun. Onları fərqləndirin. Cümlələrin sonunda lazım olan işarəni
qoyun.
1. Siz sabah Gəncəyə gedəcəksinizmi
2. Qarşıdan yaz gəlir
3. Yaşasın Azərbaycan Respublikası
III qrup.  2 nəqli, 2 nida, 2 sual cümləsi qurun. Onları fərqləndirin.
IV qrup.  Verilmiş cümlələri elə oxuyun ki, onlar həm sual, həm də nəqli cümlə kimi
işlənsin:
Bu gün hava soyuqdur.
Siz vətənimizi çox sevirsiniz.
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərslikdən 5-6-cı tapşırıqlar yerinə yetirilir.  
Nəticə.
Məqsəd və intonasiyaya görə cümlələrin aşağıdakı növləri var:
nəqli, sual, əmr, nida. 
Tətbiqetmə.
İş dəftərinin 120-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə
yetirilir.
Yazı. Hüsnxət. “S” hərfi. İş dəftəri, səh. 118.
Ev tapşırığı: 
– 1. Səbətdəki beş almanı beş uşaq arasında elə paylaşdırın ki, almanın biri
səbətin içində qalsın (Cavab: Beşinci uşağa alma səbətin içində verilir).
2. “Mən dövlət başçısı olsaydım, bilikli və ağıllı adamlar üçün nə edərdim?” mövzusunda
esse yazın.
3. 2 nəqli, 2 əmr, 2 sual cümləsi yazın. 
Qiymətləndirmə. 
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
189
Çap üçün deyil

Dərs 94. OYUNLAR (2 saat) 
Motivasiya. 
Müəllim: – Dostlarınızla birlikdə boş vaxtlarınızda nə edirsiniz?
– Hansı oyunları oynayırsınız?
– Hansı gülləri tanıyırsınız? (nərgiz, lalə, bənövşə, zanbaq)
– Bunlardan hansı həm də oyun adıdır? (bənövşə)
– Siz hansı oyunları bilirsiniz?
Şagirdlərin cavabları dinlənilir.
Dərsliklə iş. Dərslikdən oyunlar haqqında verilən məlumat oxunur. Bənövşə oyunu
oynanılır.
Müəllimin nəzərinə: Müəllim şagirdlərə dərslikdə adı çəkilən milli oyunlar haqqında danışa,
imkan olarsa, şagirdlərin köməyi ilə onlardan bəzilərini nümayiş etdirə bilər.
Kosaldıqaç – iki dəstə uşağın kosla (topla) oynadığı oyun. Oyunun mahiyyəti topu əldə
saxlamaq, digərlərinə verməməkdir.
Dirədöymə – Uşaqlar iki dəstəyə ayrılıb bir dairəvi cizgi çəkir və sanama yolu ilə mərəyə
(dairəyə) girən dəstəni müəyyən edirlər. Dairədəki uşaqların hərəsi ayağının altına bir
toqqa qoyur. Dairədən kənarda qalanlar toqqanı götürməyə çalışırlar. Dairədəkilər isə
toqqaları götürməyə yol vermirlər. Kənardakı oyunçu içəridəkilərdən birini əli ilə tutub
dairədən çıxara bilsə, onu bir nəfərə həvalə edib saxladır və yiyəsiz qalmış toqqanı
götürməyə cəhd edir. Bu zaman içəridəkilər həm öz toqqalarını, həm də çöldəki yol -
daşlarının toqqasını qorumalı olurlar. Yaxud əksinə, içəridəkilər çöldəkilərdən birini fəndlə
tutub dairəyə salsalar, dəstələr yerlərini dəyişməli olurlar. Hansı dəstə toqqaların hamısını
ələ keçirsə, qələbə qazanır. 
Beşdaş – xırda daşlarla oynanılan oyun. (Müəllimlər, yəqin ki, bu oyunun mahiyyətini
bilirlər. Həmin oyunun kiçik motorikanı inkişaf etdirdiyini nəzərə alaraq, sinifdə oyna -
nılması məqsədəuyğundur.)
Çilingağac – iki dəstə oyunçunun kiçik ağac parçasını – pəli çiliklə (ağac və ya dəyə -
nəklə) vurub müəyyən məsafəyə çatdırmasından ibarət uşaq oyunu. Çilingağac oyunu iki
üsulla oynanılır.
Birinci üsul. Oyunda iki-üç nəfər oğlan uşağı iştirak edir. Hər oyunçunun bir dəyənəyi və
bir pəli olmalıdır. Pəl bir qarış uzunluğunda, hər iki ucu bir qədər yonulmuş çubuqdan
düzəldilir. Böyük dairəvi cızıq çəkilir. Pəli cızığın ortasında qoyurlar. Püşk yolu ilə oyunu
başlayırlar. Oyunçu dəyənəklə əvvəlcə pəlin bir ucuna vurub onu yerdən bir qədər
aralayır, ikinci zərbə ilə onu cızıqdan uzaqlaşdırmağa çalışır. Göstərilən qaydada oyunçu-
lar bir-biri ilə yarışırlar.
İkinci üsul. Bu üsulda da oyun başlayana qədər birinci üsulda olan qaydalar yerinə ye-
tirilir. Lakin pəl bir qədər uzun olur. Cızıq da uzun çəkilir. Oyunçular püşk ilə oyuna başla -
yaraq bir-bir cızığın üstündə durur, sol əllərində şaquli vəziyyətdə tutduqları pəli yuxarıdan
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Eşitdiyi milli oyunlar haqqında danışır.
4.1.2. Sözlərin böyük hərflə  yazılışına dair
qaydaları məqamına uyğun  istifadə edir. 
Bəzi sözlərin həm böyük, həm də kiçik hərflə
yazıldığını bilir və yazısında tətbiq edir.
Dərslərin planlaşdırılması
VII bölmə
190
Çap üçün deyil

aşağı atır, sağ əllərindəki dəyənəklə pəli bərkdən vurub uzaqlaşdırırlar. Kim pəli daha çox
uzaqlaşdırarsa, oyunun qalibi sayılır.
Nəticə: Milli oyunları yaşatmaq, onları başqalarına öyrətmək lazımdır. Çünki bu da dəyərdir.
Dil qaydaları. Dərslikdə verilmiş tapşırıq yerinə yetirilir. Cavab “C” variantıdır.
Sual: – Elə cümlələr yazın ki, eyni söz həm böyük, həm də kiçik hərflə yazılsın. (Balaca Lalə
vərəqdə lalə gülünün şəklini çəkdi. Bacım Qərənfil şəhidlərin məzarı önünə qərənfil düzdü.)
Ev tapşırığı:
– Yaxınlarınızdan milli oyunlarımız haqqında daha geniş məlumat toplayıb
təqdimat hazırlayın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 95. ATALAR SÖZLƏRİ (4 saat) 
Motivasiya.
Müəllim: – Yəqin, artıq bilirsiniz ki, həyatda hər şey zəhmətlə əldə olunur.
İndi mən bu fikri iki cür ifadə edəcəyəm:
1. Yemək istəyən işləməlidir.
2. İşləməyən dişləməz.
Köməkçi sual: – Hansı ifadə daha çox xoşunuza gəldi? Nə üçün?
Tədqiqat sualı:
– Atalar sözünün hansı xüsusiyyətləri var? Atalar sözləri hansı mövzu-
larda olur?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrupAtalar sözündəki sözləri düzgün ardıcıllıqla yazın (müəllim söz sırası pozulmuş
atalar sözü verir.) Onun mənasını izah edin. 
II qrup.  “İgid oğul düşmənə əyilməz” atalar sözünü izah edin. 
III qrup. “Əyri oturaq, düz danışaq” atalar sözünü hansı məqamda işlədirlər? 
Məzmun standartları 
Təlim məqsədləri
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Situasiyaya uyğun olaraq nitqində atalar
sözlərindən istifadə edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlər -
dən nit qində istifadə edir.
Atalar sözlərindəki əksmənalı sözləri
müəyyən edir və yerli-yerində işlədir.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Atalar sözlərində müdrik fikri izah edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Əzbər bildiyi atalar sözlərini yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.7. Tələb olunan məqsəd  və intonasi -
yaya görə cümlə qurur  və müvafiq işarə -
lərlə tamamlayır.  
Cümləni məqsəd və intonasiyaya görə
fərqləndirir.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
191
Çap üçün deyil

IV qrup.  Verilən atalar sözlərini (müəllim atalar sözləri verir) məzmununa görə
qruplaşdırın: zəhmət haqqında, ağıl, bilik haqqında, böyük-kiçik münasibətləri
haqqında. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən nəzəri hissə oxunur, təhlil olunur. Dərslikdəki tapşırıqlar
kollektiv müzakirə yolu ilə yerinə yetirilir.
1-ci tapşırıq. Tapşırığın şərtinə əsasən, şagirdlər rastlaşdıqları situasiyalardan misallar
gətirməklə verilən atalar sözünü izah edirlər.
2-ci tapşırıq. Cavablar: 
Yorğanına bax, ayağını uzat. 
Şərti şumda kəs, xırmanda yabalaşmayasan. 
Sən saydığını say, gör fələk nə sayır. 
Quyuya tüpürmə, suyunu içməli olarsan. 
Od yanmasa, tüstü çıxmaz. 
Yağışdan çıxdıq, yağmura düşdük. 
3-5-ci tapşırıqlar yerinə yetirilir. 
Əlavə tapşırıqlar.
– “Yol böyüyündür, su kiçiyin!” atalar sözünün mənasını izah edin. Sizcə, niyə su
gətirəndə ilk növbədə kiçiyə təklif edirlər, kiçiklər isə hər zaman böyüklərə yol
verməlidirlər?
– Hansı ifadə atalar sözlərini tamamlaya bilər:
yaddaşı, çörək yeyirsən, yaş, doqquzu, doymadım 
1. Qonağa deməzlər ... 2. Qonaq ... deməz. 3. Yalançının ... olmaz. 4. Gözəllik ondur,
... dondur. 5. Qurunun oduna ... da yanar.
– Söhbət zamanı biri yalan danışanda bu ifadələrdən hansı işlədi lir? 
A) Sonrakı peşmançılıq fayda verməz. 
B) Bişmiş toyuğun gülməyi gəlir. 
C) Saqqalım yoxdur, sözüm ötmür.
Nəticə:
Atalar sözündə müdrik fikir qısa və yığcam şəkildə ifadə olunur. Atalar sözləri
zəhmət, vətən, böyük-kiçik münasibətləri, mərdlik, düzlük və başqa mövzularda olur.
Tətbiqetmə. 
İş dəftərinin 122-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllim atalar sözləri ilə bağlı “Auksion” oyunu keçirir. Şagirdlərin bilik səviyyəsindən asılı
olaraq bu oyun müxtəlif istiqamətdə keçirilə bilər:
1. Şagirdlər hər hansı mövzuya aid atalar sözləri deyirlər. (dostluğa, ata-anaya, zəhmətə,
yalana  və s. aid)
2. Hər şagird istədiyi atalar sözünü söyləyir. Sonuncu atalar sözünü deyən şagird qalib
hesab edilir. 
Hər iki halda “Təkrar atalar sözü söyləmək olmaz” şərti qoyulur. Bu şərt həm də şagirdlərin
diqqətli olmaları, deyilənləri dinləmələri üçün meyardır. 
Yazı. 1. Şagirdlərə əzbər bildikləri 3 atalar sözü yazmaq tapşırılır. Yazılan atalar sözünün
hansı mövzuda olduğu araşdırılır. 
Dərslərin planlaşdırılması
VII bölmə
192
Çap üçün deyil

2. İmla mətni:
DİL QAYDALARI
Motivasiya.
6-cı tapşırıq yerinə yetirilir. Cümlələrin sonunda müvafiq olaraq sual, nöqtə
və ya nida işarəsi qoyulur. Dərslikdən nəzəri hissə oxunur. 7-ci tapşırıq yerinə yetirilir.
Cümlənin növləri üzrə qiymətləndirmə 
Test tapşırıqları:
1. Sual cümləsi hansıdır?
A) Artıq hava qaralmışdı
B) Ordumuza eşq olsun
C) Dünən niyə dərsə gəlməmişdin
2. Nəqli cümlənin sonunda hansı işarə qoyulur?
A) nöqtə
B) sual
C) nida
3. Nida cümləsi hansıdır?
A) Ura, bu gün mənim ad günümdür
B) Məktəbimizdə görüş keçirilirdi
C) Təkrar biliyin anasıdır
4. Nəqli cümlə hansıdır?
A) Bu gün hava istidir
B) Qardaşın hara gedir
C) Necə də gözəl havadır
5. Nəqli cümlə haqqında hansı fikir doğrudur?
A) Sual məqsədilə işlədilir.
B) Müəyyən bir məlumat bildirir.
C) Əmr, xahiş, arzu və s. bildirir.
6. Sual cümləsini seçin:
A) Qış ayları hansılardır
B) Dərs zamanı diqqətli ol
C) İşləməyən dişləməz 
İş dəftərinin 122-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Müəllimin nəzərinə: Müəllim izah etməlidir ki, dialoqu tamamlamaq üçün şagirdlər boş
sətirlərdən əvvəlki və sonrakı cümlələrə diqqət yetirməlidirlər.
Ev tapşırığı:
– 1. Vətənə aid atalar sözləri öyrənin. 
2. Dəftərə elə atalar sözləri yazın ki, sualla ifadə olunsun.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
DAMLALAR (39 söz)
Damlalar bulağın altından sızıb çinarın kökünü tapdı. Kök onları gövdəyə,
oradan da yarpağa qaldırdı. Günəş çıxanda yarpaqlar əl kimi açıldı. Şüalar bacı-
qardaş damlaları bir göz qırpımında havaya qaldırdı. 
Bir neçə gündən sonra onlar yağış olub yenidən torpağa qayıtdı.
Dərslərin planlaşdırılması
SÖZ SƏNƏTİMİZ
193
Çap üçün deyil

Dərs 96. LAYLALAR (2 saat)
Motivasiya.
Səhnəcik, yaxud şəkil göstərilir.
Uşaq (kukla) ağlayır, yatmaq istəmir. Ana onu tərpədir, qucağında gəzdirir, çay, yemək
verir, uşaq yenə yatmır.
Köməkçi sual: – Uşağı necə yatırmaq olar? Nə etsək, o yatar? 
Tədqiqat sualı:
– Laylanın əsas xüsusiyyəti nədir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Eşitdiyiniz, bildiyiniz layla söyləyin və onun məzmununu izah edin.
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin