Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


Əlifba – hərflərin müəyyən sıra ilə düzülüşüdür



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə6/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   2   3   4   5   6   7   8   9   ...   24

Əlifba – hərflərin müəyyən sıra ilə düzülüşüdür.
Sual: – Əlifba haqqında nə bilirik?
Cavablar bütün siniflə müzakirə şəklində tapılır:
l
Əlifbada 32 hərf var.
l
Hər hərfin əlifba cədvəlində öz yeri var.
l
Əlifbada hərflər müəyyən sıra ilə düzülmüşdür.
l
Əlifbanın ilk hərfi “a”, son hərfi “z”-dir. 
l
Sözlər hərflərin birləşməsindən alınır. 
Tədqiqat sualı:
– Əlifba sırası ilə bağlı bilik harada tətbiq olunur?
Tədqiqatın aparılması.
Müəllim:
– Əgər sözün düzgün yazılışını bilmiriksə, nə etməliyik? (Kömək  üçün lüğətə müraciət
etməliyik.)
Müəllim aldığı cavabları genişləndirir:
– Tutaq ki, “təəccüb” sözünü lüğətdə tez tapmaq lazımdır. Tez tapmaq heç də asan deyil.
Lüğətdə bütün sözlər əlifba sırası ilə yazılıb. Əlifba sırasını bilən şagird, əlbəttə ki, lazım
olan sözü tez tapa bilər.
Müəllim sinfə şagirdlərin soyadlarını əlifba sırası ilə  yazmağı tapşırır.  Problem yarandı:
iki şagirdin soyadı eyni hərflə başlanır: Məmmədov və Mürsəlova. Bununla bağlı şagirdlərin
fikirləri dinlənilir. Sonda müəllim fikirləri ümumiləşdirir və ya problemin həlli yolunu özü izah
edir – sözlərdə daxili əlifba anlayışını izah edir. 
Müəllim: – Kitabxanada kitabxanaçılar lazım olan kitabı çox tez tapıb oxucuya verir. Sizcə,
onlar buna necə nail olurlar? Siz indi kitabxanaçı rolunu oynayacaqsınız. Kitabları əlifba
sırası ilə qoymalısınız. Stollarınızın üstündə yazıçı və şairlərin soyadları yazılmış kartoçkaları
düzgün ardıcıllıqla yerləşdirin: N.Gəncəvi, A.Şaiq, H.Ziya, Ə.Babayeva, Z.Xəlil.  
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
I qrup. Aşağıda verilmiş çay adlarını əlifba sırası ilə düzün:
Kür, Araz, Viləşçay, Qudyalçay, Kiş, Arpaçay, Əyriçay, Türyançay
II qrup. Aşağıda verilmiş şəhər adlarını əlifba sırası ilə düzün:
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Daşkəsən, Şamaxı, Lənkəran, Şəki
III qrup. Aşağıda verilmiş dəniz adlarını əlifba sırası ilə düzün:
Xəzər, Baltik, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz, Aralıq dənizi
IV qrup. Aşağıda verilmiş ölkə adlarını əlifba sırası ilə düzün:
Rusiya, Macarıstan, Azərbaycan, Amerika, Özbəkistan, Ukrayna, Türkmənistan,
Gürcüstan
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Mətn oxunur, təhlil edilir. 1-3-cü tapşırıqlar yerinə yetirilir. 
Tapşırıq 1. 1-ci boşluğa 2-ci, 2-ci boşluğa 3-cü, 3-cü boşluğa 1-ci cümlə uyğun gəlir.
Əlavə tapşırıq: Də...ə sözündə nöqtələrin yerinə hansı hərfi yazsaq, A) “ağacda yaşayan
kiçik heyvan” mənasını verən söz alınar? B) “Belində hürgücləri olan ev heyvanı” mənasını
Dərslərin planlaşdırılması
Ы бюлмя
50
Çap üçün deyil

verən söz alınar? C) “İki təpə arasında uzun dərin çökəklik” mənasını verən söz alınar?
Bir neçə buna oxşar sual verilir. Uşaqlar dərk etməlidirlər ki, bir hərfi dəyişməklə sözün
mənası dəyişə bilir.
Nəticə:
Sözləri düzgün sıralamaq üçün hərflərin əlifba ardıcıllığını bilmək lazımdır.
Tətbiqetmə.
İş dəftərinin 16-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Sual– Hər hansı bir sözün düzgün yazılışını və ya mənasını bilmədikdə nə
etmək lazımdır? 
Tapşırıq 4. Mətndə “kitab” sözünün yazılışındakı səhv müəyyən edilir, bu sözün tələffüz
qaydalarına uyğun yazıldığı bildirilir. 
Tədqiqat sualı:
– Lüğətdə on minlərlə söz olur. Bəs sizə lazım olan sözü bu qədər sözün
arasından necə tapmaq olar?
Tədqiqatın aparılması.
Qruplarla iş. Qruplara lüğətlər paylanır, müəyyən sözlərin
düzgün yazılışını və ya mənasını tapmaq tələb olunur. Lövhədən şəkillər asılır. 
Sual: – Şəkildəki sözlərin mənasını bilirsinizmi? Həmin sözləri lüğətdə tapıb izahını oxuyun. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərslikdən nəzəri hissə oxunur. 5-8-ci tapşırıqlar yerinə yetirilir.
İş dəftərinin 17 səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Nəticə:
Lüğətdən istifadə etmək üçün hərflərin əlifba sırasını yaxşı bilmək lazımdır.
Tətbiqetmə.
Dil qaydaları. İmla mətni:
Yazı.
Hüsnxət. “C” hərfi. İş dəftəri, səh. 18.
Ev tapşırığı:
– Otağınızdakı əşyaların adını əlifba sırası ilə yazın.
Qiymətləndirmə.
Təqdimata əsasən aparılır.  
Dərs 9. QƏDİM XALÇA (2 saat)
ŞEH DAMLASI (32 söz)
Lalənin yarpağına şeh düşmüşdü. Balaca mirvariyə oxşayırdı. Çiçək onu
günəşə göstərib lovğalandı ki, gör nə gözəl bəzənmişəm. Şeh bir anda yox oldu.
Lalə onun hara uçduğunu bilmədi, qanı qaraldı. Günəş isə gülümsünürdü.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.1. Sual verməklə dinlədiyi fikrin mahiy -
yə tini aydınlaşdırır.
Dinlədiyi mətnin mövzusu ilə bağlı əlavə
məlumatlar almaq məqsədi ilə suallar verir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxu duqları haqqında danışır. 
Gündəlik həyatda əldə etdiyi məlumatları
nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifa dəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir. 
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
51
Çap üçün deyil

Motivasiya.
Suallar: – Evinizdə hansı qədim əşyalar var? (qab, xalça, fotoalbom, rəsm
əsəri, mebel) Bu əşyaların tarixi haqqında nə bilirsiniz? Sizcə, qədim əşyaları saxlamaq nəyə
lazımdır?
Dərsliyin 27-ci səhifəsindəki mətn oxunub təhlil olunur. 
Şagirdlərə istiqamətləndirici suallar verilir:
– Nənəsi Gülərə nə münasibətlə xalça bağışladı?
– Nənə nə üçün Gülərə xalçanın tarixçəsini danışdı?
– Hanadakı əlvan rəngli iplərin boyaları nədən hazırlanmışdı?
– Xurşidbanu Natəvanla qədim xalçanın hansı əlaqəsi var?
– “Rənglərin anası” mətni ilə “Qədim xalça” mətni arasında hansı oxşar və fərqli cəhətlər
var? (Bu sual ətrafında geniş müzakirə də aparıla bilər.)
Dinləmə mətni.
Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvan Şuşa şəhərində anadan
olmuşdur. O, Qarabağ hakimi Mehdiqulu xan Cavanşirin qızı idi. Buna görə də
hamı onu “Xan qızı” deyə çağırırdı. Xurşidbanu tanınmış alim və sənətkarlardan
dərs almışdı. O, doğma dili ilə yanaşı, ərəb və fars dillərini də mükəmməl öyrən -
mişdi. Xan qızı mütaliə etməyi çox sevir, Azərbaycan və Şərq şairlərinin əsərlərini
həvəslə oxuyurdu.
Natəvanın özü də gənc yaşlarından şeir yazmağa başlamışdı. Onun əsərləri
arasında doğma Qarabağın füsunkar təbiətinə həsr edilmiş şeirlər xüsusi yer
tutur. Natəvan həm də istedadlı rəssam idi.
Vətənini, xalqını böyük məhəbbətlə sevən Xurşidbanu Natəvan fəal ictimai
xadim, xeyriyyəçi olmuş, kasıblara, imkansızlara əl tutmuşdur. Onun Şuşaya
çəkdirdiyi su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur.
Mətndə işlənmiş hana sözü izah olunur. 
Sual: – Dinlədiyiniz mətndə Natəvanla bağlı hansı yeni məlumatlar eşitdiniz? Bu
şairimizlə bağlı daha nəyi bilmək istərdiniz?
Müəllim Qarabağın tarixi, təbiəti, incəsənəti, Xan qızı Natəvan, eləcə də hana və müxtəlif
xalça naxışları haqqında əlavə məlumat verə bilər. “Xalça” şeiri oxunur:
– Hansı əşyalar hazırlananda onlara naxış vurulur? (qab, geyim, xalça və s.)
– Şeirdə tərənnüm  olunan xalçanı kağız üzərində çəkin. 
– Xalçanın naxışları nəyə bənzəyir?
– “Köbə” nədir?
İş dəftərinin 19-cu səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Şagirdlər müzakirələr nəticəsində aşağıdakı nəticəyə gəlirlər: – Qədim əşyalar tari ximizi və
mədəniyyətimizi özündə əks etdirir. Onları qorumaq mədəniyyətimizi yaşatmaq deməkdir.
Ev tapşırığı:
– Evinizdə olan xalçalardan naxışlar seçib dəftərinizdə çəkin. 
Qiymətləndirmə.
Müəllimin hazırladığı meyarlara əsasən aparılır.
Xalça naxış-naxışdı,
Bu bulud, bu yağışdı.
Yeri güllü, baharlı,
Köbəsi qarlı qışdı.
Xalçanı buta bəzər,
Buta buluda bənzər.
Bu yandan qırqovula,
O yandan oda bənzər.       
F.Sadıq
Dərslərin planlaşdırılması
Ы бюлмя
52
Çap üçün deyil

Dərs 10. ÇAHARGAH ƏFSANƏSİ (6 saat)
Motivasiya.
Müəllim aşağıdakı mətni səsləndirir: 
“Bir padşahın sarayında qızıl qəfəsdə bir bülbül vardı. Padşah ona nə qədər qulluq
edirdisə, bülbül oxumurdu. Vəzirin məsləhəti ilə quşu azadlığa buraxdılar. Qəfəsdən çıxan
kimi bülbül bir budağa qonub cəh-cəh vurmağa başladı”.
Köməkçi sual: – Mətndə əsas fikir nədir?
Tədqiqat sualı:
– Azadlıqdan məhrum olmuş sənətkar gözəl əsərlər yarada bilərmi? 
Tədqiqatın aparılması.
Dərsliklə iş. Birinci hissə təhlil olunur. Bu hissə ilə bağlı 29-cu
səhifədəki tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Yaxınmənalı ifadələr müəyyən edilir. Qızıl içində üzmək – zəngin yaşamaq,
qərq olmaq – batmaq, şərik olmaq – bölüşmək.
Tapşırıq 2. Musiqiçi haqqında aşağıdakı sözlər seçilir: məğrur, istedadlı, vüqarlı, vətən pərvər. 
Seçilmiş sözlərin ad, əlamət, yoxsa hərəkət bildirdiyi soruşulur.
Tapşırıq 3. Cavab “B” variantıdır.
Soltan Hacıbəyovun “Karvan” simfonik əsəri səsləndirilir. Şagirdlərdən bu musiqinin on-
larda doğurduğu assosiasiya soruşulur. Bunun üçün şagirdlərə sözlər siyahısı vermək olar.
Məsələn: məktəb, karvan, şəhər, idman, dəvə, səhra, sinif. Şagirdlər assosiasiya doğuran
sözləri seçməlidirlər. 
Sual: – Hadisələr arasındakı səbəb-nəticə əlaqələrini necə müəyyən etmək olar?
“Çahargah əfsanəsi”nin 2-ci hissəsinə keçməzdən əvvəl 1-ci hissəsi xatırlanır. Müəllim
oxunmuş hissə ilə bağlı iki cümlə deyir:
1. Padşah musiqiçini saraya çağırmışdı.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Mətndə rast gəldiyi bədii ifadələri cümlələr -
də işlədir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi sözləri yaxınmənalı
sözlərlə əvəz edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki hadisələr arasındakı səbəb-nəticə
əlaqələrini müəyyən etməklə şüurlu
oxuduğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar ver 
-
məklə məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandırır, məzmununa
uyğun plan tutur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki obrazların xarakterini açmaqla
əsas fikrə münasibət bildirir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma 
-
larına riayət edir.
“Ç” hərfini hüsnxət normalarına uyğun
yazır və digər hərflərlə birləşdirir.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbərdən bildiyi nəzm nümunəsini nəsrə
çevirərək yazır.
Dərslərin planlaşdırılması
ДЯЙЯРЛЯРИМИЗ
53
Çap üçün deyil

2. Padşah istəyirdi ki, musiqiçi onun şərəfinə mahnılar bəstələsin. 
Müəllim bu iki cümlədən hansının səbəb, hansının nəticə olduğunu uşaqlarla birlikdə
aydınlaşdırır. 
Daha sonra mətnin 1-ci hissəsinin davamı iki cümlədə ifadə olunur: 
1. Musiqiçi padşahın təklifinə razı olmadı.
2. Padşah musiqiçini zindana saldırdı.
Müəllim lövhədə cədvəl çəkir və bu cümlələri müvafiq xanalarda yazmağı tapşırır:
Müəllim uşaqlara analoji cədvəl verilmiş iş vərəqləri paylayır. “Çahargah əfsanəsi”
mətninin II və III hissələri oxunur. Hadisələr arasındakı səbəb-nəticə əlaqələri müəyyən ləş -
dirilir və cədvəlin müvafiq xanalarında yazılır. Mətnlə bağlı 4-11-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 4. Cavab: zınqırovun səsi səhrada azmış dəvəni tapmağa kömək edir.
Tapşırıq 5-6. “Sözü bir yerə qoymaq” – hamının bir qərara gəlməyi. “Mənzilbaşı” – ünvan.
Tapşırıq 7. Cavab: təcrübəsiz karvanbaşı, zalım padşah, istedadlı musiqiçi, sadiq dostlar.
Tapşırıq 8. Ardıcıllıq bərpa olunur: 1– C, 2 – D, 3 – A, 4 – Ç, 5 – B.
Tapşırıq 9. Mətnin I hissəsi “Padşahın təklifi”, II hissəsi “Yolu azmış karvan”, III hissəsi
isə “Ecazkar musiqi” adlandırıla bilər.
Plana görə mətnin məzmunu nəql edilir.
Tapşırıq 10. I və III hissədə musiqiçinin istedadlı olması ilə bağlı hissələr tapılır və oxunur. 
Nəticə:
Azad, sərbəst həyat, xalqa, millətə bağlılıq sənətkara ilham verir. Əsl sənət əsəri
yaratmaq üçün insan azad olmalıdır.
Səbəbi bildirən hadisə nəticəni izah edir və niyə? nə üçün? suallarına cavab verir.
Tətbiqetmə.
İş dəftərinin 20-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı.
İfadə mətni:
İş dəftərinin 20-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Hüsnxət. “Ç” hərfi. İş dəftəri, səh. 21.
Ev tapşırığı:
– Tanıdığınız Azərbaycan bəstəkarlarının və onların əsərlərinin adlarını
yazın.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır. 
Dərs 11. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 32
Dərs 12. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 22-23
Səbəb
Nəticə
Şüşə qırığı
Səhər Samirin
Əlini kəsdi.
Samir ağladı,
Dodağı əsdi.
Hirslə şüşəni
Kənara atdı.
Həmin o şüşə
Axşam yenə də
Əlinə batdı.
Əziz Kərimov
Dərslərin planlaşdırılması
Ы бюлмя
54
ŞÜŞƏ
Çap üçün deyil

II bölmə
AİLƏ
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş
dəftəri
səh.
MMV
səh.
13.
Üç bacı
1.1.2, 1.2.1, 1.2.2,
2.2.1, 2.2.4, 3.1.4, 3.1.1
2
34
22
56
14.
İki alma
Sözlərin deyilişi 
və yazılışı  
1.1.2, 1.2.1,  2.2.1, 4.1.3
4
35-36
24
58
15.
Şam
1.2.3, 2.2.1,  3.1.3,
3.1.5, 4.1.3 
2
37
25
60
16.
Parkda hadisə
O, yoxsa a?
1.1.2, 2.1.4, 2.2.1, 2.2.3,
2.2.4, 2.2.5, 3.1.1, 3.1.2,
3.1.4, 4.1.3
4
38-39
26
61
17.
Sehrli torba
Ayilə, yoxsa ailə?
1.2.1, 2.1.4, 2.2.1, 2.2.3,
3.1.2, 3.1.6, 4.1.1, 4.1.3
6
40-43
27-28
63
18.
Yaşıl fincan
Məllim, yoxsa müəllim?
1.1.2, 1.2.1, 1.2.4, 2.2.1,
3.1.4, 4.1.3
4
44-45
30
65
19.
Dostum Lətif
Ocax, yoxsa ocaq?
2.2.1, 2.2.4, 3.1.1, 3.1.2,
4.1.2, 4.1.3
4
46-47
31
68
20.
Nə daha yaxşıdır
Nöksan, yoxsa nöqsan?
1.2.4, 2.1.2, 2.2.1, 2.2.4,
3.1.4, 4.1.3
2
48-49
33
69
21.
Bağban və oğulları
1.2.1, 2.1.4, 2.2.1, 2.2.3,
2.2.5, 3.1.2, 3.1.4, 4.1.3
4
50-51
34
71
22.
İsti ana qucağında
“K”  samitinin tələffüzü 
1.1.2, 2.1.2, 2.1.4, 2.2.1,
2.2.5, 3.1.1, 3.1.5, 4.1.3
4
52-53
35
73
23.
Üç ana, üç oğul  
1.1.1, 1.1.2, 1.2.3, 2.1.4,
2.2.1, 2.2.5, 3.1.2, 3.1.4,
4.1.3
4
54-55 37
76
24.
Ümumiləşdirici təkrar
1
56
78
25.
Bölmə üzrə
qiymətləndirmə
1
38-39
78
Yekun
42 
saat
Çap üçün deyil

Dərs 13. ÜÇ BACI (2 saat)
Motivasiya.
“Sağıcıdır mənim nənəm” mahnısı səslənir. 
Yaxud:
Müəllim 1-ci sinifdə keçilən T. Mütəllibovun “Anam işdən gələcək” şeirini  yada salır:
– Bu şeirdə nədən danışılırdı?
– Bəs siz evdə ananıza (valideynlərinizə) kömək edirsiniz?
– Daha çox bəzənməyi, özünüzə baxmağı, yoxsa ev işləri görməyi xoşlayırsınız?
Tədqiqat sualı: 
– Oğlanlar və qızlar evdə hansı işləri görürlər?
Tədqiqatın aparılması.
Fərziyyələr dinlənilir. Dərsliklə iş. Mətn oxunub təhlil olunur. 
Dərsliyin 34-cü səhifəsindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. Ana şotka almaq istəyəndə qızlar susdular, çünki onlar iş görmək istəmirdilər.
Tapşırıq 2. Cavab “B” variantıdır.
Şagirdlərə aşağıdakı suallarla müraciət olunur:
– Bu mətndə qızların hansı xüsusiyyətini bəyənmədiniz?
– Daha hansı mənfi xüsusiyyətlər var?
– Bu xüsusiyyətlər insana necə ziyan vura bilər?
Şagirdlərin fərziyyələri dinlənildikdən sonra iş dəftərinin 24-cü səhifəsindəki mövzu ilə bağlı
tapşırıqlar yerinə yetirilir.
Dərslikdən 4-cü tapşırıq qruplar şəklində yerinə yetirilir. Burada hər qrup öz versiyasını
hazırlayıb təqdim edir. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş vərəqlərində qeyd edirlər.
Şagirdlər 4 qrupa bölünürlər. (Burada “Mətni dəyiş” üsulundan da istifadə oluna bilər.)
I qrup. Elə bir səhnə hazırlayın ki, ana hər işi özü görür, uşaqları heç bir işdə ona kömək
etmirlər. Ata işdən gəlir, uşaqlarına deyir...
Yaxud: “Mətni dəyiş” üsulu:
Ana daraq almaq istəyəndə qızlar özləri üçün əl çantası istəyirlər. Ana “Pulunun
çatmadığını” söyləyir...
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Sualları cavablandırmaqla dinlədiyi fikrə
münasibətini bildirir.
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Oxuduqlarını  ailədə müşahidə etdikləri  ilə
müqayisə edir.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq
etiketlərin dən istifadə edir. 
Nitq etiketlərindən istifadə edərək mətn
qurub danışır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni şüurlu, ifadəli oxuyur.
2.2.4. Mətndəki  əsas  fikrə münasibətini
bildirir.
Mətndəki xarakterləri sadə şəkildə təhlil edir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Müəyyən mövzu ətrafında inşa yazır. 
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“D” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
ЫЫ бюлмя
56
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

II qrup. Elə bir səhnə hazırlayın ki, ana uşaqların paltarlarını ütüləyir, qızlar paltarları
şkafa qoyur, evləri tozsoranla təmizləyir, mebelin tozunu silirlər və s. Ata işdən
gəlir, uşaqlarına deyir ...
Yaxud: “Mətni dəyiş” üsulu:
Ana çanta almaq istəyəndə qızlar nəzakətlə anaya müraciət edirlər...
III qrup. Elə bir səhnə hazırlayın ki, ana  dükandan ət, yağ, düyü  və s. alır,  uşaqları
ondan özləri üçün konfet, saqqız, digər şirniyyatlar almasını istəyirlər. Onlar
ananın əlindəki ağır zənbilləri daşımağa kömək etmirlər... Bütün bunları müşahidə
edən satıcı deyir...
Yaxud: “Mətni dəyiş” üsulu:
Ana şotka almaq istəyəndə qızlar özləri üçün də şotka alınmasını istəyirlər.
Qızlarının istəyi ananı çaşdırır, ...
IV qrup. Elə bir səhnə hazırlayın ki, ana dükandan ət, yağ, düyü  və s. alır,  uşaqları
ondan özləri üçün konfet almasını xahiş edirlər. Onlar anaya  nəzakətlə müraciət
edirlər... Anaya ağır zənbilləri daşımaqda kömək edirlər.... Bütün bunları
müşahidə edən satıcı deyir....
Yaxud: “Mətni dəyiş” üsulu:
Ana daraq almaq istəyəndə qızlar “Anacan, pulun çatarsa, bizə də daraq al,
zəhmət olmasa” deyirlər...
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Qrupların təqdimatı dinlənilir və müzakirə olu -
nur. Sonda ən yaxşı, maraqlı, düşündürücü təqdimat edən qrupun işi xüsusi qeyd  olu  nur.
Nəticə:
Ailə üzvləri bir-birinə hörmətlə yanaşmalı və hər kəs ev işlərində öz köməyini
əsirgəməməlidir.
Tətbiqetmə. 
“Mən anama necə kömək etdim” mövzusunda esse yazılır. Şagirdlər mövzu
ilə bağlı hər hansı konkret hadisəni xatırlayıb təsvir etməlidirlər.
Dil qaydaları. Dərsliyin 34-cü səhifəsindəki 5-ci tapşırıq yerinə yetirilir. Sonu “q” ilə bitən
sözlərin tələffüzü ilə bağlı məlumat verilir: – Dili miz dəki çoxhecalı sözlərin sonundakı “q”
hərfi [x] və ya [ğ] kimi tələffüz olunur. Daraq –  [darax] kimi tələffüz olunur. 
– Mətndə hansı sözlər yazıldığı kimi tələffüz olunmur?
İş dəftərinin 24-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Yazı. Hüsnxət. “D” hərfi. İş dəftəri, səh. 25.
Ev tapşırığı:
– “Uşaqlar hansı ev işlərində anaya kömək etməlidirlər” mövzusunda
təqdimat hazırlayın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
АИЛЯ
57
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dərs 14. İKİ ALMA (4 saat)
Motivasiya.
Suallar:
– Qayğıkeşlik nə deməkdir? 
– Özünüz kiminsə qayğısına qalmısınız?
– Bacı və ya qardaşınıza qayğı göstərmisiniz? 
“Ögey ana” filmindən İsmayılın itburnu çiçəyi dərərkən həyatını təhlükəyə atdığı səhnəni
əks etdirən fraqment nümayiş olunur (yaxud müəllim tərəfindən nəql edilir). Onun bu hərəkəti
ilə bağlı diskussiya aparılır.
Köməkçi sual: – Bəs siz bu məqamda nə edərdiniz?
Tədqiqat sualı:
– Bacı-qardaş münasibətləri necə olmalıdır?
Tədqiqatın aparılması.
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin