Akademik seyfəDDİN ƏLİyev- 85 GÖRKƏMLİ entomoloq aliM



Yüklə 30.71 Kb.
PDF просмотр
tarix14.04.2017
ölçüsü30.71 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №1, səh. 109-110 (2015)

 

109 



AKADEMİK SEYFƏDDİN ƏLİYEV- 85  

 

GÖRKƏMLİ ENTOMOLOQ ALİM 

 

 

 

Azərbaycanda zoologiya və entomologiya sa-

həsində tanınmış alim, elm təşkilatçısı, AMEA 

Zoologiya İnstitutunun Cücülərin fauna və sistema-

tikası laboratoriyasının və Entomologiya  şöbəsinin 

müdiri, biologiya elmləri doktoru, professor, Azər-

baycan MEA-nın həqiqi üzvü Seyfəddin  Əliyevin 

anadan olmasının 85, əmək və elmi-təşkilati fəaliy-

yətinin 60 ilı tamam olur. 

Seyfəddin Vəli oğlu  Əliyev 1930-cu il may 

ayının 30-da Şərur rayonunun Alışar kəndində ana-

dan olmuşdur. İlk təhsilini Alışar yeddiillik məktə-

bində almış  və buranı bitirdikdən sonra Naxçıvan 

Tibb texnikumuna daxil olmuşdur.  

S.V.Əliyev Azərbaycan Dövlət Pedaqoji İnsti-

tutunu bitirmiş, 1952-ci ildə Zoologiya İnstitutunda 

kiçik elmi işçi vəzifəsində elmi fəaliyyətə başlamış, 

1961-ci ildə namizədlik, 1977-ci ildə isə Ukrayna 

EA-nın Zoologiya İnstitutunda doktorluq dissertasi-

yasını müdafiə etmişdir. 

1952-ci ildə Azərbaycan KP MK-nin nəzdində 

olan Marksizm-Leninizm Universitetinin axşam şö-

bəsinə daxil olmuş, oranı 1953-cü ildə əla qiymətlə 

bitirmişdir. 

Akademik S.V.Əliyevin  əsas tədqiqat istiqa-

məti sovkaların öyrənilməsinə həsr olunmuşdur. O, 

ilk dəfə olaraq Azərbaycanda sovkaların növ tərki-

bini, onların zonalar, landşaftlar, biotoplar, ekoloji 

qruplar üzrə yayılmasını, formalaşmasını, zoocoğ-

rafi analizini, qida əlaqələrini vermiş, bəzi zərərli 

növlərin bioekologiyasını öyrənmiş, onlara qarşı 

mübarizənin elmi əsaslarmı işləyib hazırlamış və 61 

növ sovkanın bitkilərə zərər verməsini müəyyənləş-

dirmişdir. Onun tərəfindən Azərbaycanda 800 növ 

sovkanın  yayıldığı  aşkar edilmişdir ki, bunlardan 

462 növ Azərbaycan faunası, 145 növ Zaqafqaziya, 

67 növ isə keçmiş SSRİ-nin faunası üçün yeni 

olmuşdur. 

S.V.Əliyev Azərbaycanda  ən təhlükəli zərər-

verici olan pambıq sovkasının təbiətdə sayını  tən-

zimləyən 21 növ parazit, 12 növ yırtıcı cücünün 

sovkanı tələf etməkdə rolunu müəyyən etmiş və bu 

tədqiqatın nəticəsi inteqrir  mübarizə metodu kimi 

təsərrüfatlarda tətbiq olunmuşdur. 

S.V.Əliyev uzun illər boyu apardığı  tədqiqat 

materialları  əsasında pambıq sovkasının pambıq-

çılıq rayonlarında yayılma dərəcəsini  əks etdirən, 

həmçinin texniki və bostan bitkilərinin kompleks 

zərərvericilərinə  həsr olunmuş  xəritələr tərtib et-

mişdir. 


 

 

S.V.Əliyev tərəfindən Bakıdan Gürcüstan sər-



həddinə qədər uzanan neft kəməri boyunca və onun 

ətraf  ərazilərində yayılan müxtəlif həşarat qrupla-

rının icmalı  tərtib edilib, Böyük Britaniyanın  BP 

(AMOKO) şirkətinə təqdim olunmuşdur. 

S.V.Əliyevin entomologiya sahəsində apardığı 

tədqiqatlarının nəticələri 168 elmi əsərdə, 3 mono-

qrafiyada, 4 kitab və 3 elmi-kütləvi kitabçada öz 

əksini tapmışdır. O, orta məktəbin 7-8-ci sinifləri 

üçün «Zoologiya» dərsliyinin, 10 cilidlik «Azər-

baycan ensiklopediyası»-nın müəlliflərindən və 

V.A.Dogelin universitetlər üçün rus dilində yazdığı 

«Onurğasızlar zoologiyası» dərsliyinin azərbaycan 

dilinə  tərcümə edən müəlliflərdən biridir. Rus və 

azərbaycan dilində çap olunmuş «Azərbaycanın 

heyvanlar aləmi» monoqrafıyasının 2-ci cildinin 

tərtibçilərindən biri və onun redaktorudur. 

Ali məktəblər üçün yazılmış 9 dərsliyin, 2 dərs 

vəsaitinin, 6 monoqrafıyanın, 4 kitabçanın redak-

toru və Azərbaycan dilinin izahlı lüğətinin IV cil-

dində verilən zoologiya və entomologiya terminlə-

rinin tərtibçisidir. “Azərbaycanın Qırmızı Kita-

bı”nda çap olunan 53 növ nadir və nəsli kəsilməkdə 

olan kəpənək növləri haqqında məlumatlar 

S.V.Əliyev tərəfindən tərtib edilmişdir.  

S.V.Əliyevin 2000-ci ildə çap olunmuş,  şeirlə 

yazılmış “Cücülər aləmi poeziyada” adlı kitabça-

sında heyvanların təsnifatı, morfoloji təsviri, 

zoologiya və entomologiya elminin mənası, məqsə-

di, cücülərin yayılması, təbiətdə rolu, insanın həya-


AKADEMIK SEYFƏDDIN ƏLIYEV- 85 

110 


tında əhəmiyyəti və onlarda olan ibrətamiz xüsusiy-

yətlər öz əksini tapmışdır.   

2002-ci ildə çap olunmuş “Naxçıvan ensik-

lopediyası” kitabında “Naxçıvanın heyvanlar alə-

mi”  haqqında geniş  məqalə yazmış  və orada hey-

vanların yayılma xəritəsini vermişdir. 

2001-ci ildə çap olunan “Cücülərlə qidalanan 

bitkilər, mikroorqanizmlər, onurğasız və onurğalı 

heyvanlar” adlı monoqrafiyada Seyfəddin müəllim 

heyvanların davranışı və həyat tərzi ilə bağlı gəldiyi 

çox maraqlı qənaətlərini qüvvətləndirmək üçün yeri 

gəldikcə aforizmlərdən, atalar sözlərindən, müdrik 

kəlamlardan, rəvayətlərdən və ekspedisiyalar zama-

nı apardığı müşahidələrindən, heyvanları  səciyyə-

ləndirən öz şeirlərindən, xatirələrindən geniş isti-

fadə etmişdir. 

S.V.Əliyevin rəhbərliyi altında 3 elmlər dokto-

ru, 8 elmlər namizədi dissertasiyası  uğurla müdafiə 

edilmişdir.  Hal-hazırda 2 elmlər doktoru və 1 fəl-

səfə doktoru dissertasiya işinin elmi rəhbəridir. 

O, televiziyada 2 il zoologiya dərslərinin təd-

risi verilişini aparmışdır. 1992-94-cü illərdə “Elm 

və  həyat” jurnalının redaksiya heyətinin üzvü ol-

muşdur.  

S.V.Əliyev 1993-cü ildə beynəlxalq Corc Soros 

təqaüdünə  və diplomuna layiq görülmüş, entomo-

logiya elminin inkişafında çoxillik fədakar əməyinə 

görə 3 dəfə (2000, 2005, 2010) AMEA-nın Rəyasət 

Heyəti tərəfindən fəxri fərmanla təltif edilmiş, 2001-

ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə 

həqiqi üzvü seçilmişdir. 

S.V.Əliyev hazırda AMEA-nın Aqrar Elmlər 

Bölməsinin büro üzvü, Zoologiya İnstitutunun Elmi 

Şurasının, Zoologiya İnstitutun nəzdində  fəaliyyət 

gğstərən Müdafiə  Şurasının, “Heyvanat aləminin 

qorunması, bərpası  və istifadəsi” problemi üzrə 

Metodik Şuranın redaksiya heyətinin üzvüdür. 

AMEA Zoologiya İnstitutunun kollektivi adın-

dan görkəmli entomoloq Seyfəddin Əliyevi yubiley 

münasibətilə  səmimi qəlbdən təbrik edir, ona 

möhkəm can sağlığı, elmi fəaliyyətində yeni-yeni 

uğurlar arzulayırıq. 



 

AMEA  Zoologiya İnstitutunun  

direktoru, b.ü.e.d., prof., AMEA-nın 

 müxbir üzvü İlham Ələkbərov 

 

AKADEMIK SEYFƏDDIN ƏLIYEV- 85 

111 


 

 

 

 

 

 

 

 

Nəşriyyatın direktoru 



Hafiz Abıyev 

Kompüter tərtibçisi   



Aliyə Qabilqızı 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

AKADEMIK SEYFƏDDIN ƏLIYEV- 85 

112 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Formatı 60x90 1/8. Həcmi 14 ç.v.  

Tirajı 400. Sifariş № 31 

Qiyməti müqavilə ilə 



 

 

 



 

«Elm» nəşriyyatının mətbəəsində çap olunmuşdur. 

(İstiqlaliyyət, 28) 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə