Gülşən Orucova, Nərminə Qaragözova, Rafiq İsmayılov, Zahid Xəlilov


Motivasiya. Analogiyalar  zənciri (“Gölə atılan daş”)



Yüklə 4,58 Kb.
Pdf görüntüsü
səhifə10/24
tarix24.04.2017
ölçüsü4,58 Kb.
#15709
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

Motivasiya.
Analogiyalar  zənciri (“Gölə atılan daş”)
Müəllim şagirdlərə sözlərdən – hər bir söz vaqon olur – uzun bir zəncir qurmağı təklif edir.
Vaqonlar, əlbəttə, sözlər kimi bir-biri ilə bağlı olmalıdır. Demək, hər bir söz arxasınca gələn
sözü çəkməlidir. 
Məsələn:
– Səma necədir? 
– Mavi, soyuq. 
– Daha nə soyuq olur? 
– Külək, buz, hava, dondurma.
– Bəs dondurma necə olur? 
– Dadlı, şirin.  
– Daha nə şirin ola bilər? 
– Paxlava və s. 
Yaxud: Müəllim şagirdlərə günəş və bulud şəkilləri nümayiş etdirir:
Sual– Şəkillərlə bağlı hansı əlamət bildirən sözləri deyə bilərsiniz?
Şagirdlərin cavabları dinlənilir. Cavablar müxtəlifdir (sarı günəş, sevinən günəş,
gülümsəyən günəş, mavi bulud, soyuq bulud, tutqun bulud, qəzəbli bulud, həyəcanlı bulud,
qəmgin bulud  və s.). 
Müəllim: – Sevinc, gülüş, qəzəb, həyəcan insana aid xüsusiyyətlərdir. Belə ifadələr
cansız varlıqlara aid edilərsə, məcazi məna daşıyır. 
Dərslikdən mətn oxunur. Şagirdlərə “ekskursiya” sözünü yaxınmənalı sözlə əvəz etmək
tapşırılır. 
Çox güman ki, uşaqlar “gəzinti”, “gəzmək” kimi sözlər deyəcəklər. Bundan sonra müəllim
“ekskursiya” sözünün elmi izahını verə və ekskursiyanın adi gəzintidən fərqini izah edə bilər.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında danışır.
Öz biliklərinə əsaslanaraq problemin həlli ilə
bağlı fikir bildirir.
1.2.3. Nitqində müvafiq bədii ifadələrdən
istifadə edir. 
Mətndə rast gəldiyi bədii ifadələri
(məcazları, epitetləri) cümlələrdə işlədir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Öyrəndiyi yeni sözləri cümlələrdə mənasına
uyğun işlədir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır. 
Siniflə birgə getdiyi ekskursiya haqqında
kiçikhəcmli esse yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Mətndən əlamət bildirən sözləri seçir, onların
aid olduğu sözü müəy yənləşdirir.
СИНФИМИЗИН УШАГЛАРЫ
83
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Müəllimin nəzərinə: Ekskursiya tək və ya kollektiv surətdə muzeylərə, tarixi yerlərə, sərgilərə,
şirkətlərə təşkil olunmuş gəzinti və ya səyahətdir. Ekskursiyanın məqsədi müxtəlif ola
bilər: elmi, tədrisi, idman, əyləncəli və s.  Ekskursiya zamanı obyektlərin nümayişi peşəkar
ekskursovod tərəfindən yerinə yetirilir. Onun vəzifəsi ekskursiyada iştirak edənlərə həmin
yerin və ya obyektin tarixi, dəyəri haqqında məlumat verməkdir. Ekskursiya iştirakçıları ek-
skursant adlanırlar. 
Müəllim– “Köçəri quşların qatarı”  deyəndə nə başa düşürsən? Bu ifadənin işləndiyi
cümlə ilə sonrakı cümlə arasında olan əlaqəni izah etməyə çalış.  
(Quşlar bir-birinin ardınca düzülmüş şəkildə uçaraq isti ölkələrə gedir. Onların sayı
azaldığına görə səsləri də daha az eşidilir. Buna görə təbiət də qəmli görünür.)
Fənlərarası inteqrasiya (həyat bilgisi) – Köçəri quşlar hansılardır?
Soyuqların düşməsi və qida qıtlığının başlaması  ilə  bəzi quşlar qışı daha isti  keçən və
qida baxımından zəngin olan ölkələrə uçurlar (qaranquş, leylək, sağsağan, çöl ördəyi və
qazları və s.)
Təmiz, aydın, mehriban, qəmli, həyəcanlı, soyuq sözlərinə yaxınmənalı və əksmənalı
sözlər tapılıb cədvəldə yazılır.
Dərsliyin 60-cı səhifəsindəki 1-3-cü tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 1. “Şirin uşaq” ifadəsindəki şirin sözü uşağın mehriban, sevimli olmasını, “şirin
alma” ifadəsindəki şirin sözü isə almanın dadını bildirir.
İkinci ifadədə “şirin” sözü həqiqi mənada işlənmişdir. Daha nə şirin olur? (şirin çay, şirin
tort, şirin söz, şirin körpə) Bunlardan hansı həqiqi, hansı məcazi mənada işlənmişdir?
Tapşırıq 2. “Həyəcanlı səma” ifadəsindəki həyəcanlı  sözü səmanın üzünün qaralmasını,
buludların dolmasını, yağış yağacağını; “mehriban səma” ifadəsindəki mehriban  sözü
səmanın üzünün aydın, günəşli olmasını bildirir.
Tapşırıq 3. “Acı dil” ifadəsi kobudluq, “böyük ürək” ifadəsi səmimiyyət, əliaçıqlıq bildirir.  
Qruplarla iş. Müəllim hər qrupa  üzərində müxtəlif şəkillər olan vərəqlər paylayır. Şagird -
lər vərəqdə təsvir olunan şəkillərin onlarda doğurduğu hisləri ifadə etməyə çalışırlar. 
I qrup. “Yarpaqları tökülmüş ağac” şəkli
II qrup. “Qol-budaqlı yaşıl ağac” şəkli
III qrup. “Soyuqdan büzüşmüş küçük” şəkli
IV qrup. “Ovunun üstünə şığıyan qartal” şəkli
İş dəftərinin 44-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. Müəllim– Uşaqlar səma ilə bağlı hansı sözləri söylədilər? Bu sözlər
əşyanın nəyini bildirir: adını, əlamətini, yoxsa hərəkətini?
– Səma haqqında deyilən sözləri əlifba sırasına görə yazın.  
Sözlər 
Yaxınmənalı sözlər 
Əksmənalı sözlər
təmiz 
aydın
mehriban
qəmli
həyəcanlı
soyuq
ЫЫЫ бюлмя
84
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

– Bu sözlərdən hansılar insan adı kimi də işlədilərək böyük hərflə yazıla bilər? (Mehriban,
Aydın)
Mətndə işlənmiş əlamət bildirən sözlər seçilir və cümlədə işlədilir. 
Sual: – Həmin sözlər hansı sözlərin əlamətini bildirir?
İş dəftərinin 44-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Ev tapşırığı.
Siniflə birgə keçirilən ekskursiya haqqında kiçik esse yazın.
“Dəniz” sözünü mümkün qədər çox əlamət bildirən sözlərlə işlədin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 28. DİLARƏ (4 saat)
Motivasiya.
I variant:
Müəllim yazı taxtasında dairə çəkir, içərisinə “Dost necə olmalıdır?” cümləsini yazır.
Şagirdlər bu fikirlə bağlı xüsusiyyətlər söyləyir, müəllim dairənin kənarlarından şaxələr
çəkməklə sözləri qeyd edir.
II variant:
Müəllim uşaqlara 1-ci sinifdə “Azərbaycan dili” dərsliyindən oxuduqları “Dostluq köməyi”
hekayəsini xatırladır və soruşur:
Məzmun standartları 
Təlim məqsədləri
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını
izah edir.
Öyrəndiyi yeni sözləri bir məna qrupuna aid
edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri məzmununa uyğun intonasiya ilə oxu -
yur və şərh edir.
3.1.3. Marağına uyğun seçdiyi nəzm
nümunəsini əzbərdən yazır.
Şeirin seçilmiş hər hansı bir bəndini əzbər -
dən yazır.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbər bildiyi şeirin qısa məzmununu öz
sözləri ilə yazır.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı fərqlə -
nən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad bildirən sözlərin qrammatik mənasına
görə sualını müəyyənləşdirir.
DOST NECƏ 
OLMALIDIR?
СИНФИМИЗИН УШАГЛАРЫ
85
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

– Samirin dilinin açılmasına kimlər kömək etdilər?
Şagirdlərin cavablarından sonra “Sizcə, sinif yoldaşları Samirin kəkələməsinə gülsəydilər,
onun dili tezliklə açılardı?”, “Dostlar necə olmalıdır?” sualları ilə mini-müzakirə keçirilir. 
Tədqiqat sualı:
– Köməyə ehtiyacı olanlara necə münasibət göstərmək lazımdır?
Tədqiqatın aparılması. 
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərində qeyd edirlər.
I qrup. Nailə yazı taxtasının qabağına gələndə birdən ayağı büdrəyir və yıxılır. Bu mən -
zərəni görən yoldaşları ucadan gülürlər. Nailə yoldaşlarının güldüyünü görüb pərt
olur, ağlamağa başlayır. Nailəyə münasibətiniz necə olardı?
II qrup. Sinfinizə yeni şagird gəlib. Geyimi çox köhnədir, hətta köynəyinin qolunun cırılıb
sonradan tikildiyi aydın görünür. Sizin daha gözəl və yeni geyimlərinizi görəndə
o daha da sıxılır. Ona münasibətiniz necə olar?
III qrup. Zəif oxuyan, dərslərindən geri qalan şagirdə yoldaşları pis münasibət göstərirlər,
onunla dostluq etmirlər, hər zaman onu özlərindən ayırırlar. Bu hərəkət düz -
gündürmü?
IV qrup. Sinfinizə yeni şagird gəlib. Nitqində qüsur var. O, “r”, “s” deyə bilmir. “Şalam,
uşaqlal” deyəndə sinif yoldaşları ona gülür. Siz necə, belə halda gülərdiniz?
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Şeir müvafiq jest və mimikalardan istifadə edilməklə 3 şagird tərəfindən
 oxu nur.  
Dərsliyin 61-ci səhifəsindəki 1-ci tapşırığa əsasən sol sütunda verilən sözlər sağ sütun -
dakı sözə aid edilir: 
1 – B, 2 – Ç, 3 – A, 4 – C.
Tapşırıq 2 (səh. 62). Şagirdlər obrazların hərəkətinə münasibət bildirir və əxlaqi
dəyərlərdən çıxış edərək öz münasibətlərini əsaslandırırlar.
Suallar:
– Şeirdən hansı nəticəni çıxartdınız?
– Köməyə ehtiyacı olanlara yardım etmək lazımdır. Yardım edəndə minnət qoymaq lazım
deyil.
Yazı. Şagirdlər şeirin bəndlərindən birini əzbərdən dəftərə yazırlar. 
Nəticə:
Köməyə ehtiyacı olana laqeyd qalmaq özü də yaxşı hərəkət deyil.
Tətbiqetmə.
Müəllim test tipli aşağıdakı sualı verir:
– Tənəffüsdə 2 uşağın dalaşdığını görürsünüz. Bu halda siz necə hərəkət edərsiniz?
A) Tez oradan uzaqlaşarsınız.
B) Dayanıb bunun nə ilə nəticələnəcəyini gözləyərsiniz.
C) Ya onları ayırar, ya da köməyə kimisə çağırarsınız.
Fərziyyələr dinlənilir.
– Güclünün zəifi incitdiyini gördükdə nə etmək lazımdır?
İş dəftərinin 45-ci səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir. 
DİL QAYDALARI
Motivasiya.
3-cü tapşırığa əsasən, verilən cümlədə 4 ad bildirən söz var. Bunlardan 3-ü
(təbaşir, saç, üz) cansız, biri canlı (Dilarə) varlıq adı bildirir. 
Plakatda müxtəlif şəkillər verilir. Uşaqlar bu şəkilləri adlandırırlar.
ЫЫЫ бюлмя
86
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Köməkçi sual: – Bu sözlər şəkildə təsvir olunmuş varlığın nəyini bildirir: adını, əlamətini,
sayını, yoxsa hərəkətini?
Tədqiqat sualı:
– Ad bildirən sözlərin 
kim? nə? hara? suallarından hansına cavab ver -
di yini necə müəyyən etmək olar?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərində qeyd edirlər.
I qrup (vərəqdə sözlər verilir). Sözləri sualına görə qruplaşdırıb yazın. 
Kim?
Nə?
Hara?
II qrup. Cümlələrdən ad bildirən sözləri seçin və hansı suala cavab verdiyini təyin edin.
III qrup. Şəkillərin adlarını yazın, ad bildirən 3 sözə aid 3 cümlə qurun.
IV qrup. Kim? nə? hara? suallarına cavab olan sözlər yazın. Sözləri cümlələrdə işlədin.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. 
Dərsliklə iş. Dərsliyin 62-ci səhifəsində verilən nəzəri hissə oxunur və izah olunur.
4-6-cı tapşırıqlar yerinə yetirilir.
Tapşırıq 4. Ad bildirən sözlər bunlardır: insan, geyim, ağıl, yaş, baş.
Tapşırıq 5. İnsan, körpə, mühəndis
kim? sualına, kompüter, xizək, albom nə? sualına, dərə,
meşə, stadion hara? sualına cavab verir.
Nəticə:
Ad bildirən sözlər insana aid olduqda kim?, digər varlıqları bildirdikdə nə?, yer adı
bildirdikdə hara? sualına cavab verir.
Tətbiqetmə.
İş dəftərinin 45-ci səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Dil qaydaları. İmla mətni:
İş dəftərinin 46-47-ci səhifələrindəki “Xanaqraf” oyunu xanaların yerinə ad bildirən sözlər
yazılmaqla oynanılır.
Ev tapşırığı.
Şeiri əzbərləyin və qısa məzmununu dəftərə yazın. 
Hər birindən 5 ədəd olmaqla kim? nə? hara? suallarına cavab verən sözlər yazın. 
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
DƏCƏL ÇƏPİŞ (33 söz)
Gölməçə donmuşdu. Lap güzgüyə oxşayırdı. Bir çəpiş buzun üstünə çıxdı. Əyilib
baxanda öz şəklini gördü. Elə bildi başqa çəpişdir. Buza bir buynuz vurdu. Buz sındı.
Çəpiş suya düşdü. Anası gəlib onu sudan çıxartdı.
СИНФИМИЗИН УШАГЛАРЫ
87
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Dərs 29. XOŞBƏXTLİK NƏDİR (6 saat)
Motivasiya.
Uşaqlar dairəvi formada dayanırlar. Müəllim onları təlimatlandırır: 
– Mən “Xoşbəxtlik nədir?” – deyib əlimdəki topu birinizə atacağam. Topu alan şagird  sualı
bir cümlə ilə cavablandıracaq, sonra topu yanındakı yoldaşına ötürəcək. Bu qayda ilə hər bir
şagird verilən sualı cavablandıracaq.
Yaxud:
– Bəzən küçədə xüsusi qayğıya ehtiyacı olan insanlara rast gəlirik. Bu cür adamlara
münasibətiniz necə olur?
Fərziyyələr söylənilir. 
Tədqiqat sualı:
– Xüsusi qayğıya ehtiyacı olan adamlara necə kömək etmək olar?
Tədqiqatın aparılması.
Diskussiya aparılır. Sonda müəllim idman yarışlarında iştirak
edən əlillərin şəkillərini nümayiş etdirir.  
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Dərsliklə iş. Mətnin birinci hissəsi oxunur,
təhlil olunur. Suallar verilir:
– Raminin gözlərində nə üçün kədər var idi? 
– Nə üçün anası Raminin pəncərə qabağında çox oturmasını istəmədi?
Oxunan hissəyə “Kədərli baxışlar” başlığı  verilməklə həmin hissənin planı tutulur:
1. Raminin keçirdiyi hislər
2. Ana qayğısı (ananın köməyi) 
Yazı. Mətndən ananın oğluna qayğısını göstərən hissə dəftərə köçürülür.
Məzmun standartları 
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndəki bəzi ifadələrin yaxınmənalı və
əksmənalı qarşılığını müəyyən edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu, ifa -
dəli oxu yur.
Mətnin qəhrəmanına öz münasibətini bildirə -
rək mətni şüurlu oxuduğunu nümayiş etdirir.
2.2.3. Mətnin hissələrinə başlıqlar ver məklə
məzmununa aid sadə plan  tutur.
Mətnin hissələrini adlandırır, məzmununa
uyğun plan tutur.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi plana
uyğun  nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“Ğ” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzün -
dən köçürür.
Oxuduğu mətnin bir hissəsini üzündən
köçürür.
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq müəy -
yən edilən sadə  əməli yazılar (məktub,
açıqca, elan, ərizə) yazır.
Əsərin qəhrəmanına məktub yazaraq öz fikir
və arzularını bildirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri qruplaş -
dırır.
ЫЫЫ бюлмя
88
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Hekayənin  2-ci hissəsi oxunur.  Suallar verilir:
– Nə üçün Əli müəllim Raminin komandaya salınmasında israr edirdi?
– Direktor bu təklifə niyə tərəddüdlə yanaşırdı?
Oxunan hissəyə “Komandanın tərkibi” başlığı verilməklə plan tutulur. 
1. Bilik yarışmasına hazırlıq
2. Əli müəllimin təkidi
3. Tərəddüd edən direktor
4. Raminin sevinci
Hekayənin 3-cü hissəsi oxunur. Suallar verilir:
– Aparıcının verdiyi sonuncu sualın məzmunu necə idi?
– Nə üçün Ramin cavab düyməsini basmağa tərəddüd edirdi? 
– Raminin cavabı necə idi?
Oxunan hissəyə “Gərgin keçən yarış” başlığı verilməklə plan tutulur. 
1. Həlledici sual
2. Raminin tərəddüdü
3. Raminin cavabı
Tapşırıq 1. Cavab “A” variantıdır.  
Tapşırıq 2.
Ürək eləmirdi – A                                      
Ürəyi çırpınmaq – B 
3-cü tapşırıqda verilmiş sualla bağlı şagirdlərin cavabları dinlənilir. Şagirdlər fikirlərini belə
əsaslandıra bilərlər: “Qutuların rəngi topların rənginə uyğun olmadığına görə yarısı qırmızı,
yarısı göy rəngdə olan qutuda yalnız rəngli top ola bilər. Deməli, yaşıl rəngli qutuda qırmızı
top, qırmızı rəngli qutuda ilə göy top yerləşir”.
Hekayənin 4-cü hissəsi oxunur. 
Oxunan hissəyə “Qələbə sevinci” başlığı verilməklə plan tutulur. 
1.  Azarkeşlərin sevinci
2. “Mən çox xoşbəxtəm!
Tapşırıq 4. Raminin xarakterinə uyğun  sözlər seçilir: savadlı, sakit, istedadlı, utancaq.
Sual: – Bu sözlər necə sözlərdir?
Tapşırıq 5. Sual: – Raminin özünü xoşbəxt saymasına səbəb nə idi?  
Ən böyük səbəb odur ki, o, fiziki qüsurlu ola-ola komandasına qalibiyyət qazandırdı. Artıq
bu hadisədən sonra, bəlkə də, Ramin öz qətiyyətsizliyindən əl çəkər, inamlı olar. 
Tapşırıq 6. Komandanın tərkibinə Raminin adı salınmasa idi, o özünə daha çox qa-
panacaq, heç kəslə ünsiyyət qurmayacaq, özünü heç bir işə yaramayan hesab edəcəkdi. 
Məlumat mübadiləsi və müzakirənin təşkili. 
Mətnin məzmunu tutulmuş plan üzrə nəql
edilir. Müəllim mətnin adı ilə bağlı sual verir. Cavablar dinlənilir və ümumiləşdirilir.   
Hekayənin ideya məzmunu müəyyən olunur:
– İnsanın fiziki qüsuru onun xoşbəxt olması üçün maneə deyil.  
Nəticə:
Fiziki qüsurlu insanlara acımaq yox, yardım etmək lazımdır. Bunu elə etmək
lazımdır ki, onlar özlərini zəif hiss etməsinlər, sıxılmasınlar.
Xüsusi qayğıya ehtiyacı olan insan da xoşbəxt ola bilər. Həyatda qarşısına qoyduğu
məqsədə çatmaq üçün çalışan insan mütləq istədiyinə nail olur. Bu isə xoşbəxtliyin başlıca
amilidir.
СИНФИМИЗИН УШАГЛАРЫ
89
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Tətbiqetmə.
İş dəftərinin 48-ci səhifəsindəki tapşırıqlar yerinə yetirilməzdən əvvəl
müəllim hekayə xəritəsi haqqında məlumat verir.
Müəllimin nəzərinə: Hekayə xəritəsi tərtib etmək mətni hərtərəfli təhlil etmək bacarığını
inkişaf etdirən tapşırıqlardan biridir. Burada şagird mətnlə bağlı kim? nə? harada?
suallarına cavab verməli, xarakterlərin mənfi və müsbət keyfiyyətlərini açıqlamalıdır.
İş dəftərindəki 1-2-ci tapşırıqlar yerinə yetirilir. Hekayənin qısa məzmunu elə yazılmalıdır
ki, hər hissədən götürülən cümlələr öz əksini tapsın (2-ci tapşırıq).
Dil qaydaları. 8-ci tapşırıq yerinə yetirilir.
Yazı. 
Hüsnxət. “Ğ” hərfi. İş dəftəri, səh. 49.
Ev tapşırığı.
Dərsliyin 66-cı səhifəsindəki 7-ci tapşırıq yerinə yetirilir. Raminə yazdığınız
məktubda öz arzu və istəklərinizi qeyd edin.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 30. MÜƏLLİM (4 saat)
Motivasiya.
Müəllim yazı taxtasında dairə çəkir, içərisinə “Müəllim” sözünü yazır. Şa -
girdlər bu sözlə bağlı fikirlər səsləndirirlər, müəllim dairənin kənarlarından şaxələr çək məklə
həmin fikirləri qeyd edir.
Məzmun standartları 
Təlim məqsədləri
1.2.1. Müşahidə etdikləri, eşitdikləri və
oxuduqları haqqında  danışır. 
Gündəlik həyatda əldə etdiyi məlumatları
nəql edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun  sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Şeiri məzmununa uyğun intonasiya ilə oxu -
yur və şərh edir.
2.2.5. Mətnin məzmununu tərtib etdiyi
plana uyğun nəql edir.
Tərtib etdiyi plan üzrə mətndəki hadisələri
ardıcıllıqla nəql edir.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir. 
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.4. Cəm şəkilçisinin düzgün yazılış və
tələffüz variantlarını fərqləndirir. 
-lar, -lər hissəciyinin müxtəlif sözlərdə fərqli
tələffüzünü müəyyən edir.
MÜƏLLİM
ЫЫЫ бюлмя
90
Дярслярин планлашдырылмасы
Çap üçün deyil

Sonra müəllimlə bağlı başqa şeir və kəlamlar səsləndirilir. 
Dərslikdən şeir düzgün və ifadəli oxunur. Oxu zamanı müəllim yazılışı və deyilişi fərqli olan
sözlərin düzgün tələffüz edilməsinə fikir verir. (Müəllim, qulaq asmaq.) 
Müəllim– Qəlbimizdə həmişə yanan nurdu o insan” cümləsini öz sözlərinizlə izah edin.
“Qəlbimizdə həmişə yanan nurdu o insan”  cümləsi ilə şair demək istəyir ki, müəllim elə
bir insandır ki, onun məktəbdə öyrətdikləri həmişə gərəyimiz olur, məhz onun öyrətdiklərinin
sayəsində biz həyatda nələrəsə nail oluruq. Müəllim elə bir nurdur ki, həmişə bizim
ürəyimizdədir, həmişə  yanır, alovlanır. Ona görə də müəllim həmişə qəlbimizdə yanan nura
bənzədilir. Şeirin hər bəndini şagirdlər öz sözləri ilə danışırlar.
Sual– Şeirin hansı misralarındakı cümlələr ad və hərəkət bildirən sözlərdən ibarətdir?
Tapşırıq 1. Mətnin məzmununa görə çatışmayan cümlələr əlavə edilir:
2. Müəllim bizə yerin, göyün sirrini öyrədir.
3. Müəllim bizə nəyin düz, nəyin əyri olduğunu öyrədir.
4. Müəllim bizə ləyaqətlə yaşamağı öyrədir.
Hər cümlə şeirin məzmununa uyğun tərtib olunmuş plan kimi qəbul edilərək nəql olunur.
Müəllim: – Şeirin məzmunundan çıxış edərək əsas fikri müəyyənləşdirin.
Şeirdə əsas fikir aşağıdakı kimi ifadə oluna bilər: “Həyatda  insanlara oxumağı, yazmağı
öyrədən varlıq müəllimdir. Müəllim o şəxsdir ki, həyatda onsuz heç nəyə nail ola bilmərik. O,
həyat yolumuza işıq saçan mayakdır”. 
Yüklə 4,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin