III qrup. Kukla teatrında tamaşaya dair elan yazın.
IV qrup. Musiqi müsabiqəsində iştirak üçün elan yazın.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatları dinlənilir və müzakirə
olunur.
Nəticə:
Elanlar nəzərdə tutulan tədbir haqqında məlumat vermək məqsədilə yazılır.
Elanın məqsədi insanları tədbirdə iştiraka cəlb etməkdir. Elanda tədbirin adı, vaxtı, yeri,
təşkilatçılar mütləq qeyd olunmalıdır. Bundan başqa, tədbir haqqında əlavə məlumat və ya
bu məlumatı almaq üçün əlaqələndirici şəxsin telefonu da göstərilə bilər.
Tətbiqetmə.
Təqdimatlardan sonra iş dəftərindəki (səh. 55) tapşırıqları yerinə yetirilir.
Şagirdlər 1-ci tapşırığı yerinə yetirərkən elanda aşağıda verilmiş mərhələləri diqqət mər -
kəzində saxlamağı unutmamalıdırlar:
1. Məlumatın adı
2. Məlumatın vaxtı
3. Əlavə məlumat
4. Təşkilatçının adı
Məzmun standartı
Təlim məqsədi
3.1.6. Sinif səviyyəsinə uyğun olaraq
müəyyən edilən sadə əməli yazılar
(məktub, açıqca, elan, ərizə) yazır.
Müəyyən olunmuş mövzuya uyğun olaraq
elan yazır.
ELAN
Martın 15-də “Yurdumuza bahar gəlir”
mövzusunda təd bir keçiriləcək.
Hamı dəvət olunur.
Təşkilatçı: 2
b
sinfi
ELAN
Dekabrın 20-si saat 12:00-da mək tə -
bin akt zalında tədbir keçi rilə cək.
Maraqlananlar dəvət olunur.
Təşkilatçı: 2
b
sinfi
СИНФИМИЗИН УШАГЛАРЫ
99
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Ev tapşırığı.
Dərsliyin 76-cı səhifəsindəki 1-ci tapşırığı yerinə yetirərək elan yazın.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 35. SEHRLİ SÖZ (6 saat)
Motivasiya.
Topla oyun. “ Mən beş nəzakətli söz bilirəm” (oyun “Söz assosiasiyaları”
üsulu ilə aparılır). Uşaqlar topu bir-birinə ötürərək “sehrli sözlər” (nitq etiketləri) söyləyirlər:
– Zəhmət olmasa...
– İcazənizlə...
– Çox sağ ol...
– Təşəkkür edirəm...
– Xahiş edirəm...
Müəllim: “ Kim 5-dən çox nəzakətli söz deyə bilər?” söyləməklə uşaqların fəallığını daha
da artırır və onlar əlavə nitq etiketləri söyləyirlər:
– Məmnuniyyətlə...
– Üzr istəyirəm...
– Bağışlayın...
Bu ifadələri əlaqələndirməklə fikir, yaxud ideya formalaşdıraq.
Belə bir fikir formalaşdırmaq olar: “ Bu ifadələrdən istifadə edən adamla ünsiyyət qurmaq
xoş olar”.
Mətnin 1-ci hissəsi “Mən sehrbazam” cümləsinə qədər oxunur və müəllim soruşur: “Sizcə,
qoca düz deyirdi?”
Şagirdlərin “Xeyr” cavabından sonra “Bəs Pərvizə nə olduğunu qoca haradan bildi?” sualı
verilir. Cavablar dinlənilir. Bundan sonra mətnin davamı “Qoca uzun saqqalını tumarlayıb
fikrə getdi” cümləsinə qədər oxunur.
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq
etiketlərin dən istifadə edir.
Nitq etiketlərini məqamına uyğun işlədir.
2.1.3. Öyrəndiyi yeni sözlərdən nitqində
istifadə edir.
Öyrəndiyi yeni sözləri cümlələrdə mənasına
uyğun işlədir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətnin məzmununa uyğun gəlməyən
cümlələri seçir və mətnin qəhrəmanına öz
münasibətini bil dirərək mətni şüurlu
oxuduğunu nümayiş etdirir.
3.1.1. Yazısında sadə hüsnxət norma larına
riayət edir.
“X” hərfini hüsnxət normalarına uyğun yazır
və digər hərflərlə birləşdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Mətndən seçilmiş hissəni üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri
fərqləndirərək onları qruplaşdırır.
ЫЫЫ бюлмя
100
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Suallar: – Sizcə, evdə nə üçün Pərvizə belə bir münasibət bəsləyirlər?
– Görəsən, qoca nə üçün fikrə getdi?
– Sizcə, qoca kişi Pərvizə nə məsləhət verəcək?
Şagirdlərin cavab versiyaları dinlənilir, sonra mətnin davamı I hissənin sonunadək oxunur
və şagirdlərin versiyaları ilə müqayisə olunur.
Müəllim: – Sizcə, Pərvizin qulağına qoca nə pıçıldadı?
– Pərviz haqqında nə deyə bilərsiniz?
– Mətndə hansı ifadələr onun kobud olduğunu göstərir?
Şagirdlərin cavabları dinlənilir.
Qruplarla iş. Şagirdlər 4 qrupa bölünür və hər qrup hekayənin davamı ilə bağlı öz
variantını hazırlayıb təqdim edir (2-ci tapşırıq).
1-ci tapşırıq yerinə yetirilir. 3-cü və 5-ci cümlələrin mətnin məzmununa uyğun olmadığı
müəyyən edilir.
3-cü tapşırıq yerinə yetirilir. Lüğətdən istifadə etməklə səhv yazılan sözlər düzgün yazılır:
flomaster, qayıq, saqqal.
Mətnin 2-ci və 3-cü hissələri müəllim tərəfindən 4 yerə bölünür və 4 qrup arasında
paylanır. Qruplar hissələri oxuyur və səhnələşdirməklə təqdim edirlər. 1-ci qrup Pərviz və
Leyla; 2-ci qrup Pərviz və nənə; 3-cü qrup Pərviz və qardaşı arasındakı dialoqu; 4-cü qrup-
dan 2 nəfər (onlardan biri Pərviz obrazında, digəri isə aparıcı rolunda oynayır) mətnin so-
nuncu 2 abzasını səhnələşdirir (5-ci tapşırıq).
Mətni davam etdir:
I qrup. Pərvizin Leyla ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
II qrup. Pərvizin nənə ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
III qrup. Pərvizin qardaşı ilə dialoqunu daha bir neçə cümlə ilə davam etdirin (nitq
etiketlərindən istifadə etməklə).
IV qrup. Təsəvvür edin ki, Pərviz qocaya minnətdarlığını bildirmək üçün onun yanına
gəlir və qocanı orada görür.
Tapşırıq 4. Cavab “C” variantıdır.
Suallar:
– “Nəzakətli olun” ifadəsini necə başa düşürsünüz?
– Kim özünü nəzakətli sayır? Nəyə əsasən belə düşünürsünüz?
Tapşırıq. “Salam”, “sağ ol” sözlərinə yaxınmənalı sözlər deyin (burada da “söz assosia -
siyası”ndan istifadə oluna bilər).
– Xoş gördük.
– Sabahınız xeyir.
– Axşamınız xeyir.
– Sağlıqla qalın.
– Xoş gəldiniz.
– Gecəniz xeyrə qalsın.
– Görüşənədək və s.
Müəllim: – Bu sözlərdən istifadə etməklə səhnəcik hazırlayın. “Bir oğlan yoldan keçən
qızdan saatı soruşmaq istəyir. Bunu nəzakətli şəkildə necə etsin?”
İki şagirdin iştirakı ilə səhnəcik qurulur:
– Sabahınız xeyir, deyə bilərsinizmi, saat neçədir?
СИНФИМИЗИН УШАГЛАРЫ
101
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
– Sabahınız xeyir, saat 12-nin yarısıdır.
– Çox sağ olun.
– Buyurun.
Nəticə: Nitq etiketlərinin insanlarla münasibətlərin qurulmasında böyük rolu var. Nitq
etiketlərindən düzgün istifadə etmək vacibdir.
Tapşırıq 9. Nöqtələrin yerinə rəsm, klub, plan sözləri yazılmaqla cümlələr köçürülür.
10-cu tapşırıq yerinə yetirilərkən yaxşı olardı ki, hər söz yazıldıqca onun sualları səslən -
dirilsin.
Dərsin sonunda müəllim mövzunun necə mənimsənildiyini öyrənmək məqsədilə sinfə
müraciət edir (refleksiya):
– Bu gün biz nədən danışdıq?
– Özünüz üçün faydalı nə öyrəndiniz?
– Hər biriniz mövzu ilə əlaqədar düşündüyünüzü bir cümlə ilə ifadə edin.
Sonra 2 şagird bu fikirlərin siyahısını tərtib edir.
Ən dəyərli hesab edilən fikirlər vatman kağızına yazılır və divardan asılır:
– Nəzakətli ol ki, başqaları da səninlə münasibət yaratmaqdan məmnun qalsın.
– Həmişə qayğıkeş ol.
– Rastlaşdığın adamla salamlaş.
– Sənə köməklik ediləndə minnətdarlığını bildir.
– Gedərkən sağollaş.
– Narahatlıq yaratma. Gedərkən hara getdiyini, nə vaxt gələcəyini söylə.
– Tərslik etmə. Sənin tərsliyin başqalarını narahat edə bilər.
İş dəftərinin 56-cı səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
Dil qaydaları. İmla mətni:
Yazı. Hüsnxət. “X” hərfi. İş dəftəri, səh. 57.
Ev tapşırığı.
Dərsliyin 80-ci səhifəsindən mətnin sonuncu iki abzasını dəftərinizə köçürün.
Qiymətləndirmə.
Müəllimin təlim nəticələri üzrə hazırladığı meyarlar əsasında aparılır.
Dərs 36. ÜMUMİLƏŞDİRİCİ TƏKRAR. Dərslik, səh. 82
Dərs 37. BÖLMƏ ÜZRƏ QİYMƏTLƏNDİRMƏ. İş dəftəri, səh. 58-59
FUTBOL (27 söz)
Bir dəfə gördüm ki, Məstanla Toplan top-top oynayır. Məstan çevik tərpənib topu
Toplandan alıb qaçdı. Toplan da onun qulağından dişlədi. Hakim fit çalıb bayrağını
qaldırdı. Oyun qurtardı.
ЫЫЫ бюлмя
102
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
IV bölmə
HEYVANLAR VƏ QUŞLAR
Dərs
№
Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik
səh.
İş
dəftəri
səh.
MMV
səh.
38.
Ayı və şir
2.1.2, 2.1.4, 2.2.1, 3.1.2,
3.1.5, 4.1.5
2
84
58-59 104
39.
Heyvanlar necə
qorunurlar
Əlamət bildirən sözlər
1.1.2, 2.1.2, 2.1.4, 2.2.1,
2.2.4, 3.1.1, 3.1.4, 4.1.5
4
85-86
60
105
40.
Şir və siçan
2.2.1, 3.1.2, 4.1.3, 4.1.5
2
87
62
107
41.
Dəvələr
1.2.1, 2.2.1, 2.2.2, 3.1.5
4
88-89
63
109
42.
Quşlar
1.2.1, 2.1.4, 2.2.1, 2.2.4,
3.1.1, 3.1.4, 4.1.5
4
90-91
64
110
43.
Qayğıkeş valideynlər
Hərəkət bildirən sözlər
1.2.1, 1.2.4, 2.2.1, 2.2.3,
3.1.4, 4.1.5
4
92-93
66
112
44.
Qazlar
1.2.1, 2.1.2, 2.2.1, 2.2.3,
2.2.4, 3.1.2, 4.1.5
4
94-96
115
45.
Siçanla qurbağanın
dostluğu
1.2.1, 2.2.1, 2.2.3, 2.2.5,
4.1.5
2
97
67
117
46.
Qurbağalar
1.1.1, 2.2.1, 3.1.1, 3.1.2,
4.1.5
2
98
68
118
47.
Quyruq nəyə gərəkdir
1.2.1, 2.2.1, 3.1.5, 4.1.5
2
99
70
120
48.
Fillər
2.1.4, 2.2.1, 3.1.4, 4.1.5
2
100
71
121
49.
Xilaskar it
1.2.1, 2.2.1, 2.2.2, 3.1.4,
4.1.3, 4.1.5
2
101
122
50.
Papaqçı və meymunlar
1.1.2, 1.2.4, 2.1.4, 2.2.1,
2.2.3, 2.2.5, 3.1.1, 4.1.5
4
102-104
72
123
51
Dovşanın adı
1.2.1, 1.2.4, 2.2.1, 2.2.4,
3.1.3, 4.1.5
2
105-106
74
125
52
Kərtənkələ
1.2.1, 2.1.4, 4.1.3, 4.1.5
2
107
75
126
53
Ümumiləşdirici təkrar
1
108
76-77
127
54
Bölmə üzrə
qiymətləndirmə
1
127
Yekun
44
saat
Çap üçün deyil
Dərs 38. AYI VƏ ŞİR (2 saat)
Motivasiya.
Dinləmə mətni səsləndirilir:
Bir gün portağaldan soruşurlar:
– Sən niyə dilim-dilimsən?
O deyir:
– Ona görə ki, məni dostlarınla bölə biləsən.
– Ay alma, yəqin, sən də bütövsən ki, səni tək yeyim?
– Xeyr, məni elə bütöv də yoldaşa verirlər.
Tədqiqat sualı:
– “Artıq tamah baş yarar” atalar sözünü necə başa düşürsünüz?
Tədqiqatın aparılması.
Dərsliklə iş. Dərsliyin 84-cü səhifəsindəki şeir oxunur, obrazlar
təhlil olunur, şagirdlər təmsildəki əsas fikrə münasibət bildirirlər.
Sözlükdəki “fərar etmək” ifadəsinin mənası açıqlanır, müəllim bu ifadənin “fərari” sözü ilə
məna yaxınlığını izah edir.
Tapşırıq 1. Cavab “B” variantıdır.
Tapşırıq 2. Şəkildə tülkü təsvir olunmayıb.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Aşağıdakı suallar ətrafında müzakirələr
aparılır:
– Sizcə, tülkü ovu götürüb aparandan sonra ayı və şir nə fikirləşdilər?
– “Tamahkar” sözünün əksmənalı qarşılığını tapın. (səxavətli, əliaçıq, nəfsi tox və s.)
Şagirdlərin fikirləri dinlənilir və müzakirə olunur.
Nəticə:
Tamahkar öz nəfsinin quludur. Tamahkarlıq başa bəladır. Səxavət dövlətdən deyil,
təbiətdəndir.
Tətbiqetmə.
İş dəftərinin 61-62-ci səhifələrində “Ayı və şir” təmsilinə çəkilmiş pazllar
kəsilir və müvafiq qayda ilə düzülməklə yapışdırılır.
Yazı. Şagirdlər iş dəftərində pazllardan alınmış şəklə uyğun olan hissənin məzmununu
dəftərə yazırlar.
Dil qaydaları. Sual: – Şeirin hansı misrası yalnız hərəkət bildirən sözlərdən ibarətdir?
Məzmun standartları
Təlim məqsədləri
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Mətndə rast gəldiyi yeni sözün mənasını
lüğətin köməyi ilə izah edir və kontekstə uy -
ğun luğunu müəyyənləşdirir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Şeirdə rast gəldiyi yeni sözlərin mənasını
izah edir və onların əksmənalı qarşılığını
müəy yənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu, ifa -
dəli oxu yur.
Mətnin məzmunu ilə bağlı fikir yürütməklə
şüurlu oxuduğunu nümayiş etdirir.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni üzün -
dən köçürür.
Şeirin bir hissəsini üzündən köçürür.
3.1.5. Əzbər bildiyi nəzm nümunələrinin
qısa məzmununu yazır.
Əzbər bildiyi şeirin qısa məzmununu öz söz -
ləri ilə yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qrup laşdırır.
Ad, əlamət, hərəkət bildirən sözləri qrup laş -
dırır.
ЫВ бюлмя
104
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Müəllim lövhədə cədvəl çəkir. Tapşırıq: – Təmsildə təsvir olunan heyvanlara uyğun gələn
ad, əlamət və hərəkət bildirən sözləri tapmaqla cədvəli tamamlayın.
Ev tapşırığı:
– Şeirin ilk altı misrasını dəftərinizə köçürün.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 39. HEYVANLAR NECƏ QORUNURLAR (4 saat)
Motivasiya.
Müəllim: – Canlılar dedikdə nə nəzərdə tutulur? Cansızları canlılardan
ayıran nə kimi xüsusiyyətlər var? Yaşamaq üçün canlılara nə lazımdır? (hava, su, qida, isti-
lik, düşməndən qorunmaq)
Tədqiqat sualı:
– Canlılar ətraf mühitə necə uyğunlaşırlar?
Köməkçi sual: – Sizcə, canlılar necə qorunurlar?
Ad bildirən sözlər
Əlamət bildirən sözlər
Hərəkət bildirən sözlər
şir
qorxulu, hirsli
yatır, nərildəyir, qaçır
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirlə bağlı münasibətini
əsaslandırır.
Dinlədiyi fikirlə bağlı öz mülahizələrini
söyləyir.
2.1.2. Öyrəndiyi yeni sözlərin mənasını izah
edir.
Mətndən öyrəndiyi yeni sözlərin mənasını
izah edərək onları bir məna qrupuna aid edir.
2.1.4. Yaxınmənalı və əksmənalı sözlərdən
nit qində istifadə edir.
Mətndə rast gəldiyi yeni sözlərin mənasını izah
edir, onların yaxınmənalı qarşılığını müəy
-
yənləşdirir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətndəki fikirləri tamamlamaqla məzmunu
mənimsədiyini nümayiş etdirir.
2.2.4. Mətndəki əsas fikrə münasibətini
bildirir.
Mətndəki əsas fikri müəyyən edir və öz
münasibətini bildirir.
3.1.1. Yazısında sadə hüsnxət normalarına
riayət edir.
“I” hərfini hüsnxət normalarına uyğun yazır və
digər hərflərlə birləşdirir.
3.1.4. Müşahidə və təəssüratlar əsasında
kiçikhəcmli inşalar yazır.
Müşahidələri əsasında topladığı məlumatları
ümumiləşdirib yazır.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri müəyyən edir.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
105
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər. Qruplara müxtəlif şəkillər verilir, yaxud adlar paylanır. Hər bir qrup
həmin canlıların yaşadığı mühit (su, meşə, səhra) haqqında danışır, özünü qorumaq üçün
onların nə etdiklərini açıqlayır.
I qrup: balıqlar
II qrup: quşlar
III qrup: həşəratlar
IV qrup: bitkilər
V qrup: heyvanlar
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərsliyin 85-ci səhifəsindən mətn hər şagird tərəfindən səssiz oxunur.
Müəllim təyin olunmuş vaxt müd dətində şagirdlərin oxu sürətini müşahidə edir. Mətnlə bağlı su-
allar verilir, mətn təhlil olu nur.
1-ci tapşırıq.
Pişik, it, keçi – ev heyvanları
Kirpi, pələng, tülkü – vəhşi heyvanlar
İlan, buqələmun, kərtənkələ – sürünənlər
2-ci tapşırıq. Artıq söz “arı”dır, çünki o, həşərat, digərləri isə heyvandır.
3-cü tapşırığın yerinə yetirilməsi şüurlu oxunu yoxlamaq məqsədi daşıyır.
Nəticə:
Hər bir canlı yaşamaq üçün mübarizə aparmalıdır.
Tətbiqetmə.
İş dəftərinin 63-cü səhifəsindəki mövzu ilə bağlı tapşırıqlar yerinə yetirilir.
DİL QAYDALARI
Motivasiya.
Dərsliyin 86-cı səhifəsindən 4-cü tapşırıq yerinə yetirilir. Mətndə göy rənglə
verilmiş “Şimal tülküsünün tükləri qışda ağ və qalın, yayda isə seyrək və qəhvəyi rəngdə
olur” cümləsində əlamət bildirən sözlər seçilir. (ağ, qalın, seyrək, qəhvəyi)
Müəllim şagirdlərə bir-birinə bənzər iki şəkil (rəng, ölçü, forma fərqləri olan) göstərir.
Köməkçi sual: – Bu şəkillər bir-birindən nə ilə fərqlənir? (Şagirdlər fərqləri sadalayırlar.)
Tədqiqat sualı:
– Varlıqlar bir-birindən hansı xüsusiyyətlərinə görə fərqlənir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini iş
vərəqlərində qeyd edirlər.
I qrup. Verilən əşyaların əlamətlərini yazın və onlardan 3-nü cümlədə işlədin.
II qrup. Verilən rəngdə olan mümkün qədər çox əşya adı yazaraq onları fərqləndirin.
Sarı – limon, günəş, cücə, ... (bu, nümunədir)
Ağ – … , …
Qırmızı – … , …
III qrup. Şəkillərin əlamətlərini yazın. Günəş, limon, qarpız, qar şəkilləri. Onlardan birinin
şəklini çəkin və fərqləndirin.
IV qrup. Verilmiş mətndə əlamət bildirən sözlərin altından xətt çəkin və həmin sözlərə
sual verin (mətn müəllim tərəfindən verilir). Onları forma, rəng, ölçü, dad və s.
bildirməsinə görə fərqləndirin.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş. Dərslikdən nəzəri hissə oxunur. 5-6-cı tapşırıqlar yerinə yetirilir.
ЫВ бюлмя
106
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Müəllim: – Heyvanların qorunma vasitələri müxtəlifdir. Öyrəndiyin məlumatları cədvəl
forma sında dəftərində yaz. Daha hansı əlavələr edə bilərsən?
Nəticə:
Əlamət bildirən sözlər əşyaların rəngini, ölçüsünü, qoxusunu, dadını, formasını
bildirir. Bu sözlər necə? nə cür? hansı? suallarına cavab verir. Ad bildirən sözlərlə bağlı olur,
onların necəliyini bildirir.
Tətbiqetmə.
İş dəftərinin 64-cü səhifəsindəki dil qaydaları ilə bağlı tapşırıqlar yerinə ye-
tirilir.
Yazı. Hüsnxət. “I” hərfi. İş dəftəri, səh. 60.
Ev tapşırığı:
– Dərsliyin 86-cı səhifəsindəki 7-ci tapşırığı yerinə yetirin.
Qiymətləndirmə.
Təqdimata, diskussiyaya və tətbiqetmənin nəticələrinə əsasən aparılır.
Dərs 40. ŞİR VƏ SİÇAN (2 saat)
Motivasiya.
– “Yaxşılıq elə, yerdə qalmaz” atalar sözünü necə başa düşürsünüz?
Tədqiqat sualı:
– Təmənnasız yaxşılıq nə deməkdir?
Tədqiqatın aparılması.
Qruplarla iş. Şagirdlər verilmiş suallar əsasında öz fikirlərini işçi
vərəqlərində qeyd edirlər. 87-ci səhifədəki 2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər A, B,
C, Ç, D qruplarına bölünürlər. Müəllim onların hər birinə mətnin müvafiq hissəsini verir və bu
hissənin hansı şəklə aid olduğunu müəyyənləşdirməyi tapşırır.
Məzmun standartları
Təlim məqsədləri
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tə ləb lərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli oxu yur.
Mətni düzgün, şüurlu oxuyaraq məlumatları
araşdırır.
3.1.2. Çap hərfləri ilə yazılmış mətni
üzündən köçürür.
Seçilmiş mətni üzündən köçürür.
4.1.3. Rast gəldiyi yeni sözlərin yazılış və
tələffüz qaydalarını müəyyənləşdirmək
üçün lüğətdən istifadə edir.
İmla yazısındakı deyilişi və yazılışı
fərqlənən sözlərin düzgün yazılışını lüğətin
köməyi ilə müəyyənləşdirir.
4.1.5. Sözləri qrammatik mənasına görə
qruplaşdırır.
Əlamət bildirən sözləri fərqləndirir.
ЩЕЙВАНЛАР ВЯ ГУШЛАР
107
Дярслярин планлашдырылмасы
Çap üçün deyil
Müəllim sual verir:
– Kimin oxuduğu hissə 1-ci şəklə aiddir? Kiminki 2-yə? və s.
Bundan sonra qruplar şəkillərin üzərindəki hərflərə görə düzülür. Qrupların mətnə görə
düzülmə ardıcıllğı belə olur: 2, 4, 1, 3, 5. Birincidən başlayaraq mətni ardıcıllıqla oxuyurlar.
Məlumat mübadiləsi və müzakirənin təşkili.
Qrupların təqdimatı dinlənilir və müzakirə
olunur. Dərsliklə iş.
1-ci tapşırıq smayliklərlə yerinə yetirilir.
Əlavə tapşırıq: – Mətnin 1-ci cümləsində əlamət bildirən sözü tapın. Bu sözə yaxınmənalı
və əksmənalı sözlər deyin.
– Şir və siçanı əlamət bildirən sözlərdən istifadə edərək müqayisəli təsvir edin (məsələn:
böyük, kiçik, güclü, zəif və s.).
Nəticə:
Ən zəif varlıq da yaxşılıq edə bilər.
Dostları ilə paylaş: |