1
AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
F. KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
ELMİ-METODİKA ŞÖBƏSİ
Novruz bayramı münasibətilə
ELIMIZƏ NOVRUZ GƏLIR
(metodiki vəsait)
B A K I – 2 0 1 3
2
Tərtib edən:
Nərgiz Məcidova – F.Köçərli adına Respublika Uşaq
Kitabxanası elmi-metodika şöbəsinin baş kitabxanaçısı
Redaktor:
Fizurə Quliyeva – F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktoru
3
Giriş
İnsanları baharın gəlməsi, təbiətin oyanması, həyatın canlanması ilə
müjdələyən Novruz bayramı ən qədim dövrlərdən bəri xalqımızın sevinc, şadlıq
bayramı olmuş, tarixən müxtəlif dövrlərdə təyziqlərə məruz qalmasına
baxmayaraq, bu günümüzə qədər gəlib çatmışdır. “Bu milli bayramın indi belə
dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın müstəqil siyasətinin
bəhrələrindəndir”. Ümummilli lider Heydər Əliyevin Novruz bayramı haqqında
söylədiyi bu dəyərli fikirdə Novruzun bütün türkdilli xalqların bayramı olduğu
vurğulanır. Novruz bayramının yaşının dünyanın yaşı ilə bərabər tutanlar səhv
etmirlər. Çünki bu bayramda məhz ən qədim adət-ənənə, inancların, folklor
nümunələrinin izini müşahidə etmək mümkündür. Novruz gecə il gündüzün
bərabərliyi, şaxtalıqarlı qışın öz yerini məhsuldar yaz fəslinə verdiyi dövrün bir
başlanğıcıdır. Novruz xeyirxahlıq, dostluq, birlik rəmzidir. Azərbaycan
incəsənətinin elə bir istiqaməti yoxdur ki, Novruz bayramı ənənələri zəncirində
özünə yer almasın. Təsadüfi deyil ki, xalqımızın bir çox nağılları, nəğmələri,
meydan tamaşaları, maraqlı ağız ədəbiyyatı nümunələri, şeirlər, nəsr nümunələri
novruz adət-ənənələrində yer almışdır. Bu örnəklərə əkin nəğmələri, sağın
nəğmələri, balıqçı nəğmələri, sayaçı nəğmələr, nehrə, cehrə nəğmələrini göstərə
bilərik.
Hər bir dünya xalqlarına məxsus çoxlu bayramlar var. Lakin Novruz təkcə
bir xalqın bayramı yox dünyada yaşayan 50 milyon Azərbaycanlının, ümumilikdə
bütün Türk xalqının bayramıdır. Elə Novruzun ən maraqlı cəhətlərindən biridə
onun həm fərdi, həm də ümumxalq bayramı olmasıdır. Addım-addım yaxınlaşan
yaz nəinki fərdin eyni zamanda kütlənin yaddaşını oyadır, yenilik təzəlik gətirir
düşüncələrə. Ta Dədə Qorquddan başlayaraq bu günümüzə qədər xalq tərəfindən
qorunaraq gəlib çıxmış Novruz adət-ənələrinin, novruz nəğmələrinin yaşamasında
son 200 ildə Azərbaycan folklorşünaslığı tədqiqatçılarının da böyük əməyi
olmuşdur. Bu nümunələrin toplanması, öyrənilməsi, təhlili işində tədqiqatçı və
ədiblərdən Firudin bəy Köçərli, Yusif Vəzir Çəmənzəminli, Məmməd Əmin
Rəsulzadə, Üzeyir Hacıbəyli, Məmməd Səid Ordubadi, Məmmədhüseyn
Təhmasib, Hüseynqulu Sarabski, Salman Mümtaz və başqalarını göstərmək olar.
Dərin köklərə malik “Kitabi Dədə “Qorqud”, “Qobustan” adlı möhtəşəm söz
abidələrilə yaşayaraq bu günümüzə qədər gəlib çıxan Novruz adət-ənənələrimiz
gələcək nəsillərin yaddaşinda hələ uzun illər yaşayacaq.
4
Dostları ilə paylaş: |