6
Sərgidə yer alan “Novruz Azərbaycanın xalq bayramı” kitabının kitabxanaçı
tərəfindən oxuculara əyani icmalı verilə bilər. Kitabın hərtərəfli mövzunu əhatə
etməsi, müxtəlif novruz ayinlərinin necə icra edilməsi, ta qədimdən indiyə qədər
nənələrimizin dilindən
söylənən novruz deyimləri, şəbeh tamaşaları, novruz
tamaşalarından ən geniş yayılan tamaşalar sayılan “Zorxanalar” müxtəlif
kəndirbazların çıxışları və s. geniş əhatəli şəkildə kitabda verilməsi oxucuda maraq
oyadır.
Sərgi rəflərinin birində hər il Azərbaycan Prezidentinin iştirakı ilə Bakının
mərkəzi küçələrinin birində keçirilən novruz şənlikləri haqqında kitablarda və
qəzet materiallarından yığılmış materialları verə bilərik.
Bundan başqa novruz
milli bayram olduğundan milli dəyərlərimizi əks etdirən “Novruz ümummilli
bayramımız ”adlı rəsmlərdən, müxtəlif əl işlərindən ibarət və yaxud “Novruz
bayramının süfrəsi” başlığı altında masa üzərində sərgilər təşkil edə bilərik.
Məktəbəqədər yaşılı oxucular üçün kitabxanaçı tərəfindən novruz bayramı
ilə bağlı şifahi xalq ədəbiyyatı nümunələrimizdən, yazıçı və şairlərimizin
əsərlərindən səhərciklər və ucadan oxular təşkil etmək münasib olar.
Məlum
olduğu kimi səhərciklərin təşkili kitabxada daha səmərəli nəticələr verir. Yazın
gəlişini təsvir edən İlyas baba və Novruzla Yazgülün əhvalatını uşaqlara səhnəcik
şəklində hazırlamaq olar. Əvvəlcədən kitabxanaçı tərəfindən məktəbin aşağı sinif
şagirdlərinin müəllimləri ilə əlaqə yaradılır. Məktəblilərə müxtəlif şerlər və
materiallar seçilir. Müəllimlə əlaqə saxlanır ki, hazırlaşmaq üçün uşaqlara lazimi
materialları paylasın. 1-4-cü sinif şagirdləri ilə əsasən hazırlanan səhərcikdə
müəllimə hazırlanacaq materialla uşaqları tanış edir. Sonra kitabxanaçı söhbətə
başıayır: “Yer üzündə yaşayan bir çox xalqların,
eyni zamanda Azərbaycan
xalqının milli bayramı olan Novruzda uşaqları yaddan çıxarmaq olmaz. Səbəbi
odur ki, malik olduğumuz milli dəyərlərimizi gələcəkdə uşaqlar yaşadacaqdır.
Məşhur “İlyas baba və onun nəvələri”, “Novruzla Yazgülün başına gələn
əhvalatlar” min illər boyu Novruz çərşənbələrində sevə-sevə təkrarlanır. Bu qədim
rəvayət haqqında kitabxanaçı söhbəti uşaqalarla birlikdə davam etdirir.
Kiçik yaşlı oxucular arsında isə novruz personajları ilə bağlı sual cavab və
yaxud viktorina keçirmək daha maraqlı olar. Çünki oxucuların biliklərinin üzə
çıxarılması üçün bu tədbirlərin keçirilməsi daha da əlverişlidir.
Bununla
kitabxanaçı onların oxumağa bilik qazanmağa həvəsini daha da artırmış olar.
Aşağıdakı suallardan kitabxanaçılar istifadə edə bilərlər:
1. Kim Novruzun əsas personajlarinı sayar?
Cavab:Səməni, Keçəl, Kosa
2. Bəs baharın ilk müjdəçisi nədir?
Cavab: Qaranquş.
7
3. Novruzun neçə çərşənbəsi var?
Cavab: dörd
4. Novruzun ilk çərşənbəsi hansıdır?
Cavab:su
5.Od çərşənbəsi novruzun neçənci çərşənbəsi sayılır?
Cavab: ikinci
6. Nə üçün torpaq çərşənbəsi sonuncu olur?
Cavab: Çünki 4-cü çərşənbədə torpaq oyanmağa başlayır.
Viktorinada Keçələ Kosanı səhnəyə dəvət edilir. Kosa əlində rəngli bayram
yumurtaları dolu səbəti ilə iştirakçılara yaxınlaşaraq onlara yumurta döyüşdürür.
Sonda qalib olan iştirakçı Kosanın yumurtasını alır.
Kökü hələ Kitabi Dədə Qorqud erasına gedib çıxan Novruza tarixən
qadağalar qoyulsada bu bayram bu gün də öz adət ənənələri bir sıra türkdilli xalq
və dövlətlərdə təntənə ilə qeyd edilir. Bunlar Azərbaycan, Türkiyə, Türkmənistan,
İnqusetiya, Qaraçay, Kabardi-Balkar, Dağıstan, Çeçenistan, Tuva Altay və s. Milli
adət ənələrimizi çatdırmaq üçün əsasən milli geyimli oxucularla hazirlanmış
səhnələri təqdim etmək olar. Aparıcılar səhnəyə daxil olurlar:
I aparıcı:
Məişətimizdə dərin tarixi köklərə malik Novruz adət-ənənələri
bu gün də yaşayan əbədiyaşar bir kitabdır.
II aparıcı:
Novruz adlı əbədiyaşar bu kitabın
müəllifi isə Azərbaycan
xalqının yaratdığı “Qobustan rəsmləri”, “Kitabi Dədə Qorqud”
adlı möhtəşəm söz abidələridir.
I aparıcı:
Tarixi minilliklərə qədər gedib çıxan bu bayramın nə bir sözü nə
bir adət-ənənəsi yazıya alınıb. Ağızdan-ağıza yaşayaraq bu
bayramın öz nəğmələri, adət-ənənələri,
mərasimləri, oyunları
bu günümüzə qədər gəlib çatmışdır.
II aparıcı:
Bu örnəklərdən əkin nəğmələri,sayaçı sözlər, sağın nəğmələri,
xıdır nəğmələri və s. bu gun də sevilərək yaşamaqdadır. Hələ
uşaq yaşlarımızdan hər birimizin sevə sevə əzbərlədiyimiz:
Gəl, gəl a yaz günləri!
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları.
Çaylar axıb sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.
Misralarında müəllif yazın gəlişini hərtərəfli təsvir etmişdir.
Məişətimizə istilik- xeyir bərəkət rəmzi kimi daxil olan yaz fəsli
8
gəlişi ilə hər bir evə sevinc, ruzi bərəkət gətirir. Canlanan təbiət
sanki qış libasını atıb daha əlvan,göz
oxşayan bir geyimə
bürünür. Təzəcə qarı əriməyə başlayan dağ yamaclarında, qarın
altından baş qaldıran novruzgülü, bənövşə, ağ, qırmızı, sarı
rəngli adı bilinməyən güllər, soyuq ölkələrdən dəstə-dəstə uçub
gələn qaranquşlar baharın müjdəçilərindən hesab olunur.
I aparıcı:
Bahar bayramının əsas atributları çərşənbələrdir. Bu çərşənbələr
7 olmaqla ilk 3 çərşənbə yalançı sayılır və belə sıralanır.
Dostları ilə paylaş: