Iştirakçılar : - Oynayaq, oynayaq.
1) O nədir ki:
- Qarğı qamış,
- Ağzı yapış,
- Üstü deşik,
- Gerisi beşik? (bir ağızdan tütək səslənir)
14
2) O nədir ki, ağzı qara boz , bəylər vursan ağzın əyilər? (Canavar deyə
qışqırırlar)
3) O nədir ki gecə gəzər aylı xan,
Gündüzü də yaylı xan,
Göy otların başında
Düymə düzər aylı xan. (Çoban və sürüsü)
Səhnəyə çoban nəğməsi ifa etmək üçün çoban və onun köməkçiləri – boz köpək,
canavar, keçi, təkə, qoyun-quzu və çəpişlər gəlirlər. Aşağşağdakı mətnə uyğun
musiqi sədaları eşidilir.
Baş çoban:
Uzun saçlı yarım var,
Ona etibarım var.
Dağlar öz oylağımdır,
Qaynar bulaqlarım var.
Xor:
Dağlar öz oylağımdır,
Qaynar bulaqlarım var!
Baş çoban:
Göydəki göy buludlar,
Rəqs edənlər:
Yorğanıdır çobanın.
Baş çoban:
Yastı-yastı təpələr.
Rəqs edənlər:
Yastığıdır çobanın.
Baş çoban:
Yumru-yumru qayalar,
Rəqs edənlər:
Yumruğudur çobanın.
Baş çoban:
Əlindəki dəyənək.
Rəqs edənlər:
Qalxanıdır çobanın.
Baş çoban:
Yanındakı boz köpək.
Rəqs edənlər:
Yoldaşıdır çobanın.
Baş çoban:
Ağzı qara canavar.
Rəqs edənlər:
Düşmənidir çobanın.
Coban nəğməsi bitir yenidən musiqi çalınır . Səhnəyə cobanlar və onların
köməkçiləri (Cavan çobanlar) rəqs edə-edə daxil olurlar və müxtəlif öymələr
söyləyirlər.
I Köməkçi: (Cavan çobanlar)
Sözümün gözü qoyun,
Dolan gəl düzü qoyun,
İldə bir əkiz gətir,
Sevindir bizi, qoyun
II Köməkçi:
Dağları endi qoyun,
Dolaşdı bəndi qoyun.
Süd,qaymağı bol eylə.
15
III Köməkçi:
Nənəm a şişək qoyun,
Yunu bir döşək qoyun,
Süd,qaymağı bol elə
Qırıldı uşaq, qoyun.
I Köməkçi:
Canım a saçaq qoyun,
Bərədən qaçaq qoyun,
Sənə yaman baxanın,
Gözünə bıçaq, qoyun.
II Köməkçi:
Nənəm a qızıl qoyun,
Yollara düzül qoyun,
Kəsilməsin damazlıq,
Ömr elə yüz il, qoyun.
III Köməkçi:
Canım a kürdü qoyun
Otladı durdu qoyun,
Ay qaranlıq gecədə.
Görübdü qurdu qoyun.
II aparıcı:
Uşaqlar, qoy bu və buna bənzər nəğmələr dodaqlarda çiçək
açsın. Dosta səsimiz, ünümüz çatsın, xalqa şanımız yetsin,
torpağa ancaq halallıq toxumu səpək, təbiətin müqəddəsliyinə
ehtiram göstərək. Çünki, yurdumuz bahar yurdu, odlar diyarıdır.
Onun insanlarına Vətən məhəbbətini mübarizliyi, mətinliyi,
zəhmətə bağlılığı, torpağı əkib-becərməyi, nəğməkar, şən, şux
olmağı Novruz ənənələri öyrədibdir. Əməyə, həyata, təbiətə,
insanlara məhəbbət rəmzi olan Novruz – bahar bayramı
müstəqil Azərbaycanı yeni həyat tərzinə uyğun təzə mütərəqqi
xüsusiyyətlərlə daha da zənginləşdirir, yeni məna və məzmun
kəsb edir.
II aparıcı:
Milli varlığımızın və ulu babalarımızın mənəvi aləminin
zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el
bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu
gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır.
Onun hazırda respublikamızın hər bir güşəsində böyük ruh
yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət
müstəqilliyimizin verdiyi bəhrələrdəndir. Novruz bayramı,
sözün əsl mənasında, ümumxalq bayramı mahiyyəti
qazanmışdır. Qoy Novruzun qədəmləri uğurlu, ayağı sayalı
olsun, xalqımıza möhkəm birlik, elimizə-obamıza dinclik, əmin-
amanlıq, bolluq, səadət, xoşbəxtlik və firavanlıq gətirsin!
Bayramınız mübarək uşaqlar
16
İstifadə olunan ədəbiyyat:
1. Qocayev Ə.Ə,Vəliyev F.F.Bayramlar və tarixi günlər.- Bakı: Çaşıoğlu,
2010.- 224 səh.
2. Mirzə A.H. (1954)
Novruz töhvələri . - Bakı : Xəzər, 2009.- 152 s. :
3. Novruz: Azərbaycan xalq bayramı : Bələdçi kitab / Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi .- Bakı : Təhsil, 2011. -
208 s.
4. Novruz bayramı ensklopediyası.- Bakı: 2008.- 205 səh.
Dostları ilə paylaş: |