Novruz bayramı münasibətilə


Iştirakçılar: Baş çoban –



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix15.03.2023
ölçüsü0,64 Mb.
#87981
1   2   3   4   5   6   7
novruz2

Iştirakçılar: Baş çoban – yapınçılı,əli dəyənəkli,köpəyi də yanında 
Soytarı-tamaşanın aparıcı 
Baş çobanın köməkçiləri-cavan igid çobanlar; 
Təkəoynadan – ikinci soytarı,komik 
Yalançı pəhləvanlar – qalib,məğlub,komiklər 
Rəqqaslar – baş rəqqas,köməkçi rəqqas,tərəkəmə oğlan və
qızlar. 
Yeniyetmələr – dəstəbaşı rəqs edənlər 
Bənək-yeniyetmələrin köpəyi – (maskalı aktyor) rəqqas 
Qoyunlar, keçi, təkə, - maskalı rəqqas aktyorlar 
Çəpişlər – maskalı üç uşaq rəqqas 
Səhnə iştirakçıları
Geniş meydançada şən əhval-ruhiyyəli qızlar-gəlinlər, uşaqlar, yaşlılar yığışıb 
musiqi sədaları altında rəqslər edir.Bir dəstə yeniyetmə qız “Sayaçı mərasimi”
rəqsini ifa edir.Ortada baş rəqqas oxuyur: 


12 
Qara qaş, qara gözlər, 
Çoban qatığı üzlər 
Əli xınalı qızlar, 
Əllərində çanaqlar, 
Bərənin yolun gözlər 
Rəqs edən qızlardan biri baş rəqqasın ifa etdiyi musiqini davam etdirir: 
Sürünü döndər çoban 
Qulançardan dər,çoban! 
Özün topla,özün ye, 
Bizə də göndər çoban 
Başqa birisi: 
Yapıncına gir, çoban, 
Könlümü dindir çoban! 
Özün çal,özün çağır, 
Dağlar sənindir çoban! 
Rəqs bitir. Ardınca meydançaya Bənək-çoban iti maskasında aktyor rəqqas 
daxil olur. Yeniyetmələr bənəyi dövrəyə alır,yeni musiqinin müşayəti ilə onu 
oynadırlar: 
Xor:  Bənək ha,a Bənək ha. 
Bənək ha,a Bənək ha! 
Dəstəbaşı: Səhər ertə yel əsdi, 
O yel səbrimi kəsdi. 
Xor: Bənək ha,a Bənək ha. 
Bənək ha,a Bənək ha! 
Dəstəbaşı: Suyun bulaqda qaldı 
Yalın yalaqda qaldı 
Xor: Bənək ha,a Bənək ha. 
Bənək ha,a Bənək ha! 
Dəstəbaşı: Ellər arana köçdü, 
Harayladı gəlmədin. 
Çoban yaylaqda qaldı. 
Xor : Bənək ha,a Bənək ha. 
Bənək ha,a Bənək ha! 
Oyun bitir.Yeniyetmələr və bənək meydanı tərk edirlr.Bu vaxt diringi(güləş) 
musiqi sədaları altında meydançaya yalançı pəhləvanlar daxil olur. Əvvəlcə onlar 
qurşaq tutub meydan sulayırlar. Bayaqkı yeniyetmələrsə irəli çıxıb onları güləşə 
həvəsləndirirlər. Qalib gələn yalançı pəhləvan özünü öyür: 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin