Hər bir çərşənbəni - su, od, yel, torpaq çərşənbəsini bir oxucu təmsil edir. I oxucu (Su çərşənbəsi) : Üç oğru çərşənbədən sonra özünü yetirən su çərşənbəsi
sanki yazın tumurcuğudur. Həm inama, həmdə təbii əsasa görə
yazın ilk oyanışı sudan başlayır. Dağları dərələri bürüyən qarın
canına isinti gəlir. Bu çərşənbədə sübh tezdən suyun qırağına
gəlib dua edən, qəlbində niyyət tutan,dərdini suya danışan insan
yüngülləşir. Su elə müqəddəsdir ki axır çərşənbə çaylar dayanıb
axmır,ağaclar baş əyib alnını suya söykəyir.
Qışda sülhü buz ilən...
Yazda salar dava su.
Dillənməyir söz ilən.
Çəkir ağlar nəva su.
II oxucu (Od çərşənbəsi):Novruzun ikinci çərşənbəsi Od-atəş çərşənbəsi sayılır.
Od yerə nəfəs verir,isidir,qışda donmuş torpaqların donunu
açır. Od çərşənbəsindədə su çərşənbəsindəki kimi tonqal
qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. Uşaqlar,
böyüklər, qızlar, oğlanlar tonqal ətrafında halay vuraraq, rəqs
edər, mahnı oxuyar, “ağırlığım uğurluğum odda yansın”
deyərək tonqal ətrafından tullanarlar. Su kimi od da insanları
təmizə çıxarıb, şaxtadan qorumuş, ölməyə qoymamışdır.
III oxucu: Yel çərşənbəsi – su, od və torpağın bir-biri ilə dil tapması
havanı yaratdı. Bu həyat amillərindəndir. İnsan bir neçə gün
susuz yaşaya bilər, torpaqdan ayrılıb təyyarələrdə havaya qalxa
bilər, lakin 1 neçə dəqiqə havasız yaşaya bilməz. İnanclara görə
Yel baba ilə Əkinçi baba qardaş imişlər. Bahar gələndə onlar
tarlanı birlikdə əkərmişlər. Bundan sonra tarladakı bütün işlərə
Əkinçi baba cavabdeh imiş. O, məhsula su verər, ot-alaqdan
təmizləyər, becərər, yetişəndə də biçib xırmana gətirərmiş. Arpa
buğdanın dənini küləşdən ayırmaq isə Yel babanın işi imiş. Bir
kərə yenə adamlar arpa buğdanı döyüb gözləyirlər ki, Yel baba
9
gəlib onu sovursun. Amma Yel baba gəlib çıxmır ki, çıxmır.
Səbri tükənmiş adamlar taxılı özləri sovurmağa başlayır və
Yel baba,amana gəl,
Dolanıb xırmana gəl,
Bir bəhanə yoxdursa
Xəlbirə, samana gəl
A Yel baba, Yel baba
Saman sənin, dən mənim
Ləçəyi mindər-mindər
Yonunu döndərmirsən
Mehini bizə göndər
A Yel baba, Yel baba
deyə oxuyarmışlar. Elə bu vaxt gəlib xırmana yetişən Yel baba
eşitdiyi sözlərdən inciyib geri dönür. Adamlar öz əməllərindən
peşman olurlar. Hamı Yel babanı səsləyir və oxuyurlar:
A Yel baba,Yel baba
Qurban sənə gəl baba!
Taxılımız yerdə qaldı
A Yel baba,Yel baba...
Bu nəğmə Yel babanın xoşuna gəlir. Geri qayıdıb xırmandakı
buğdanı arpanı sovurub, samandan ayırır.
IV oxucu:
Torpaq çərşənbəsində inanca görə su ilə odun torpağa
qovuşması torpağın canını açır, torpağı yumşaldır. İnsanın,
bütün canlı varlıqların həyatında su və odla yanaşı, torpağın da
çox böyük əhəmiyyəti danılmazdır. Su ana, od atadırsa torpaq
varlığın özüdür.
I aparıcı: Beləcə Novruz adət, ənənə və mərasimlərində məntiqi olmayan
heç nə yoxdur. Sanki bütün pisliklər suda batmış, odda yanmış,
küləklə sovrulmuş, torpaqda çürümüşdür. Ədəbiyyatımızın bir
çox janrlarında bahar fəsli daha çox müraciət edilən
mövzulardandır. Aşıq ədəbiyyatı nümayəndələrindən Qurbani,
Abbas Tufarqanlı, Xəstə Qasım, Qaracaoğlan, Aşıq Alı, Aşıq
Hüseyn Aşıq Musa, Aşıq Ələsgər və başqalarını göstərmək olar.
Aşıq Şakirin “Bahar fəsli yaz ayları gələndə”şeri oxucunun dilindən söylənilir.
10
II aparıcı: Böyük Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”,
Balaş Azəroğlunun “Əziz gün” şerində də Novruz bayramı və
onun adətləri öz poetik əksini tapmışdır.
Səhnəyə oxucular daxil olur. I oxucu: Bir əlində günəş tutub,
Bir əlində səhər yeli
Bir əlində aydın səma,
Bir əlində yağış seli.
Bahar gəlir yurdumuza.
Bir il onu gözləmişik,
Çəmənlərə döz, demişik,
Biz baharı gözləmişik.
Belə uzun qış görmədim
Mən ömrümdə bu qış kimi.
Köksüm altda vuran ürək
Çapalayıb bir quş kimi.
II Oxucu:
Döz,demişəm.
Döz, demişəm, Novruz gələr,
Qar altında baş qaldırar novruzgülü.
Boz buludlar parçalanar,
Göy açılar,
Asimanın sinəsində
Yanar şam-şam “ulduz gülü”...
Döz demişəm ürəyimə,
Bahar gələr,
Yola,rizə su çiləyər ağ buludlar,
Baş qaldırar təzə otlar.
II Oxucu:
Zirvədəki qayalardan
Buz əriyir damcı-damcı,gilə-gilə,
Günəş silər buludların göz yaşını gülə-gülə,
Saqqalından “yaş” süzülən
Qışın halı yaman olar.
Qoca dünya cavan olar...
Qollarını geniş açar,
Sinə dolu nəfəs alar qara torpaq.
Düymə-düymə gülümsəyər
Üstü qırov tutan budaq.
III Oxucu: Bahar gələr,
Sünbüllərə sığal çəkər səhər yeli.
11
Təzə dünya gülə-gülə qarşılayar
Təzə günü,təzə ili...
Dmcılardan irmaq olar,
Sellər gələr,çaylar daşar.
Arzular da təzələşər,
Ümidlər də təzələşər.
Uçub gələr qayçıquyruq qaranquşlar,
Cığırları yuyur yenə gur yağışlar.
Üç ay qışı yeyib yatan
Köhnələri çəkmə düzə.
Qoç igidlər,ilham verin nəğməmizə.
Qarşılayaq ilk baharı,....
Aparıcılar səhnəyə daxil olur. I aparıcı:
El-oba arasında çillələr qış ayına təsadüf etdiyindən adamlar
qışın soyuqluğuna sərtliyinə dözümlü olduqlarını göstərmək
üçün müxtəlif ayinlər icra etmişlər. “Çillə kəsmək”, “Çillə
suyu”, “Çillə qarpızı” belə ayinlərdən sayılır. Repressiyaya
məruz qalmış İstiqlal şairi sayılan Əhməd Cavad yaradıcılığında
Novruz bayramı ilə bağlı “Çillə şərqisi”, ”Yaza xitab”, “Böyük
çillə”, “Boz ay”, “Yel baba” silsilə etnoqrafik şerləri vardır.
Novruz bayramı günlərində oynanılan xüsusi meydan
tamaşaları vardır. “Salam Əlik Say Bəylər” sayaçı meydan
tamaşasını təqdim edirik.