Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə17/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

Bu amil AR-nın öz neftinin təhlükəsiz şəkildə daşın-ması üçün beynəlxalq əhəmiyyət daşıyan kəmərlərin inşası-üzrə təşəbbüslərlə çıxış etməsini vacib hesab edirdi. Belə ol-duqda Azərbaycan əvvəlcə öz müttəfiqləri və qonşu ölkələri olan Türkiyəni və Gürcüstanı da bu proseslərə cəlb etmişdir.

222


Beynəlxalq nəqliyyat əməliyyatları

1990-cı illərin başlanğıcında Dövlət Neft Şirkəti ilə yer üzü-nün başqa iri şirkət və kompaniyaları arasında bu yöndə mü-zakirələr başladı. Bu əsasən 1999-cu ilin sonlarında daha da sürətli hal almağa başladı. 1998-ci ilin oktyabr ayında Azər-baycan, ABŞ, Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan-arasında Ankara bəyannaməsi imzalandı. Bununla da Cey-han- Bakı boru xəttinə ilk beynəlxalq səviyyəli güclü dəstək verildi.


Amma həmin dövrdə BP şirkəti bu layihənin münasib olmadığını açıqlayaraq, layihəyə marağı azaltmağa cəhd edirdi. Bu çox sürmədi. 1994-cü ilin noyabrında İstanbulda ATƏT-in konfransında Türkiyə, Gürcüstan, Azərbaycan, Qa-zaxıstan və Türkmənistan ölkələrinin prezidentləri ABŞ pre-zidenti Bill Klintonla birgə rəsmi sənəd imzalayaraq, bu layi-həyə daha çox dəstək verdilər və layihənin adı rəsmi ola-raq Tiflis- Bakı- Ceyhan olaraq dəyişdirildi.
Beləliklə, 2003-cü il 10 sentyabrda boru xəttinin tikin-tisinə başlanıldı. Layihəyə AR-da 2, Gürcüstanda 2 və Türki-yədə 8 nasos stansiyaları, 2 aralıq ərsinburaxma stansiyası, 1 təzyiqazaltma stansiyası və yüz bir kiçik siyirtmələr inşa olunmuşdur. BTC-nin uzunluğu 1767 kilometrdir. Bunun 444 kilometri AR-nın, 247 kilometri Gürcüstanın və 1075 ki-lometri isə Türkiyədən keçir. Kəmərin ötürücülük qabiliyyəti ildə 10 milyon barrel olur və istifadə müddəti 40 ildir. BTC-nin inşaat xərcləri əvvəlcə 3 milyard ABŞ dollar qədər hesablansa da, sonda bu rəqəmin 4 milyarddan çox oldu-ğu bildirilib. Bu bahalaşma tikinti zamanı göstərilən xidmət-lərin çoxaıması və neft, o cümlədən,enerjidaşıyıcıların dünya bazarında qiymətlərinin artıb, azalması ilə bağlı olmuşdur. Ekoloji təhlükəsizliklə əlaqədar sərf edilən əlavə xərclər də,

223


Elçin Eyvazov, Nərminə Balabəyova

bu layihənin ümumi tikinti dəyərinin artımına ciddi təsir et-mişdir.


BTC-nin idarə edilməsi və istismarı AR-nın Dövlət Neft Şirkətinin törəmə şirkət kimi yaratdığı BTC boru kəməri Kompani (BTC Ko) tərəfindən həyata keçirilir. Kompani şir-kəti on bir səhmdar tərəfindən təşkil edilən korporasiya kimi tanınmış və ən böyük səhmdar olan BP tərəfindən idarə edi-lir. Azərbaycan BTC Ko-da 30%-lik paya sahibdir.
BTC-nin Azərbaycan tərəfdən maliyyələşdirilmə-si dövlət başçısının 2002-ci il 30 iyulda verilən Fərmanı ilə tənzimlənir. BTC Ko-da AR adından təmsilçi kimi İqtisadi İnkişaf Nazirliyi çıxış edir və maliyyələşdirməni isə Dövlət Neft Fondu edir. BTC üzrə neft 2006-cı ildən etibarən nəql olunub və 2006-cı ilin iyun ayının 2-də Ceyhandan Azərbay-can nefti ilə yüklənmiş ilk tanker yola düşmüşdür. Bu kəmər sayəsində AR ABŞ-ın strateji tərəfdaşı olmuşdur. Eyni zamanda, həmin kəmər Türkiyə, Gürcüstan, ABŞ, Azər-baycan və başqa bir çox dövlətin strateji maraqlarına üst-üstə düşüb, onların milli mənafelərini təmin edir.
«Tbilisi-Bakı- Ceyhan» neft kəməri regionda dəyiş-məzliyi, sülhü, firavanlığı, sosial-iqtisadi inkişafı, maddi hə-yat səviyyəsinin yüksəldilməsi BTC neft kəməri, bir sözlə Gürcüstan, Türkiyə, Azərbaycan üçün təhlükəsizlik kəməri-dir.
Bu kəmər 3 ölkənin təhlükəsizlik kəməri, eyni zaman-da qlobal enerji təhlükəsizliyi kəməri adlandırılır. BTC neft kəmərinin meydana gəlməsini şərtləndirən bəzi amilləri göz-dən keçirək. Ən zəngin neft ehtiyatlarına sahib olan AR-nın «qara qızılı» dünya bazarına əvvəllər bir neçə marşrutla çıxa-rılırdı: «Bakı-Novorossiysk» neft kəməri ilə; dəmir yolu vasi-təsi ilə Batumi- Bakı marşrutu üzrə; 1999-cu ilin aprel ayın-

224


Beynəlxalq nəqliyyat əməliyyatları

dan « Supsa-Bakı» neft kəməri lə (Bosfor boğazından keç-məklə Avropa bazarlarına yola salınır).


Köhnə « Novorossiysk- Bakı» kəməri Çeçenistanın-dan keçdiyi üçün tez-tez dağılır və neft daşınması zamanı bir çox problemlər yaranırdı. 1996-cı ildə bu problemi yoluna qoymaq üçün Rusiya ilə sənədlər paketi imzalanmışdı.
Ceyhan limanının əsas üstünlüyü odur ki, Ceyhan Türkiyənin birinci dərəcəli limanıdır və iri yük gəmilərini qə-bul edə bilir. İri okean tankerləri Xəzərdə üzə və Bosfor bo-ğazından keçə bilmədiyi halda, Ceyhan limanına asanlıqla daxil ola bilir. Bu nöqteyi-nəzərdən Xəzər və Qara dəniz li-manlarına nisbətən Ceyhanda tankerlərə xidmət məsrəfləri çox azdır. Ceyhan limanının digər bir üstünlüyü də odur ki, gəmilərin dənizə çıxışı zamanı Bosfor boğazındakı problem-lər yoxdur.
9.4. Trans Adriatik Boru Kəməri (TAP)
TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrin-dən hesab edilən “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təş-kil edir. Boru kəmərinin əsası 2016-cı il may ayının 17-də Yu-nanıstanın Saloniki şəhərində qoyulub. Layihə 4,5 milyard avro dəyərindədir. Buraya 2009-cu ildən günümüzə kimi gə-lib çıxan dizayn və mühəndislik işləri də daxil olunub. “Şah-dəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan bir il sonra 2020-ci ilin başlanğıcında planlaşdırı-lır.
Boru kəmərinin nəqletmə qabiliyyəti ildə 10 mil-yard m3 olan ilkin layihəsi üzrə biri Yunanıstanın şərq hissə-sində - Kipoidə, Albaniyanın qərb hissəsində - Fierdə olmaq-la, 2 kompressor stansiyasının tikintisi qrafikə müvafiq da-

225


Elçin Eyvazov, Nərminə Balabəyova

vam etdirilir. Kompressor stansiyalarından başqa, o cümlə-dən Albaniyanın şərq hissəsində Bilisht regionuna yaxın böl-gədə bir ölçmə stansiyasının tikintisi həyata keçirilir. Komp-ressor və ölçmə stansiyalarının inşası təxminən iki il müddə-tində bitəcək. Daha sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar olacaq. TAP qaz boru kə-məri üçün zəruri olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən emal olunub. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illər ərzində tikiləcək.


Xəzər dənizinin AR-dakı “Şahdəniz-2” yatağından çı-xarılacaq olan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 500 km uzunluğu olan “Cənub Qaz Dəhlizi”nin əsas hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəməri-nin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən çıxarılacaq olan qazın Albaniya və Yunanıstan vasitəsilə, Adriatik dəni-zindən keçməklə İtaliyanın cənubuna, sonra isə Qərbi Avro-paya daşınmasını nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yu-nanıstan və Albaniyanı keçərək şərqdən qərbə Adriatik dəni-zi sahillərinə tərəf istiqamət alacaq və İtaliyanın Puqlia ərasi-zində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istifadə etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsi ilə birləşəcək. Bu layihə ölkə qazının İtaliya, Fransa, Böyük Bri-taniya, Almaniya, İsveçrə kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar yaradır.
Boru kəmərinin uzunluğu 878 km (Albaniya-215 km, Adriatik dənizi-105 km, İtaliya-8 km, Yunanıstan-550 km), diametri isə 48 düyümdür. Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən 820 m dərinlikdə, ən yüksək hissəsi Al-baniya dağlarında 1800 m hündürlükdən keçəcək. Belə ki,

226


Beynəlxalq nəqliyyat əməliyyatları

2020-ci ilə kimi layihə üzrə ölkəmizin şirkət xərclərinin 1,2 milyard dollar olacağı hesablanıb.


Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 km hissəsinin inşa edərək İtaliyanın “Saipem S.p.A” şirkəti müa-sir dövrdə mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı başa çatıb. TAP-ın podratçısı müasir dövrdə mikrotunelini inşa etmək üçün çuxurun qazılması iş-lərini həyata keçirir. TAP-ın keçdiyi üç ölkə daxilində işçi-lər 61,4 milyon km yol gedib və 22,5 milyon nəfər-saat iş gö-rülüb. Layihə qrafikə müvafiq olaraq icra olunur və TAP 2020-ci ilədək AR-nın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. TAP- ın səhmdarları belədir: BP (20 faiz), SO-CAR (20 %), “ Snam S.p.A.” (20 %), “Fluxys” (18 %), “Ena-gás” (17 %) və “Axpo” (6 %).
9.5. Trans Anadolu Qaz Boru Kəməri (TANAP) Trans-Anadolu Qaz Boru Kəməri - (Trans-Anatolian

Natural Gas Pipeline, ixtisarla TANAP) təbii qazı Türkiyənin Şərqindən Qərbinə nəql edəcək, ölkədə sabit tranziti həyata keçirəcək.


TANAP-ın təməlqoyma mərasimi 2015-ci il 17 martda keçirilmişdir. Boru kəmərinin fəaliyyətə başlaması 2018-ci il-də gözlənilir. İlkin nəql qabiliyyəti illik 16.3 milyard m3 ola-caqdır. Bu layihə AR-dan başlayan Cənubi Qafqaz boru kə-mərini Avropa Birliyində bir çox kəmərlərlə ilə əlaqələndirə-cək. TANAP layihəsi Şahdəniz yatağından, həm də Azərbay-can ərazisindəki başqa qaz yataqlarından da hasil olunacaq təbii qazın daşınma potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir.
Beş il içində həyata keçirilməsi nəzərdə tutulan layi-hənin dəyəri 7 mlrd. ABŞ dollar təşkil edir. 4 mərhələdə tət-

227


Elçin Eyvazov, Nərminə Balabəyova

biq olunacaq layihənin ilk mərhələsi 2018-ci ildə bitə-cək. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. m3 çatdırıla-caq. İlk dövrdə TANAP kəməri ilə daşınacaq 16 mlrd. m3 Azərbaycan qazının 10 mlrd. m3 Avropaya, 6 mlrd. m3 isə Türkiyəyə satılacaq. Avropa üçün ayrılan qaz Bolqarıstan - Türkiyə yaxud Yunanıstan - Türkiyə sərhədində təhvil veri-ləcək. TANAP layihəsində ARDNŞ 80%, Türkiyənin TPAO və BOTAŞ şirkətləri isə bir yerdə 20% paya sahibdir. Qeyd etmək lazımdır ki, TANAP Gürcüstan- Türkiyə sərhə-dində SCP ilə birləşir, Yunanıstan- Türkiyə sərhədində isə TAP-la birləşəcəkdir. TANAP-la əlaqədar Türkiyə və Azər-baycan respublikaları arasında Anlaşma Memorandumu 2011-ci il 24 dekabrda imzalanmışdır. TANAP layihəsi üzrə Türkiyə və TANAP şirkəti arasında “Tranzit Ərazisi olan Öl-kənin Hökuməti ilə Saziş” və Türkiyə ilə Azərbaycan arasın-da “Hökümətlərarası Saziş” 2012-ci il 26 iyunda imzalanmış-dır.


Boru kəmərinin diametri 1,4 m nəzərdə tutulub. Borunun diametri: Əskişəhərə kimi: 1,4 m ( 56 düym), Yunanıstan sər-hədinədək: 48 düym Çanaqqala Boğazı: 2 x 36 düym- dür.
Borunun uzunluğu: Əskişəhərə kimi: 1,335 km, Yuna-nıstan sərhədinə kimi: 459 km Çanaqqala Boğazı: 2x17.4 km-dir. TANAP layihəsinin işə düşməsi Şahdəniz-II layihəsi üz-rə qaz hasil olunması vaxtı ilə uzlaşdırılıb və 2017-ci il üçün nəzərdə tutulub.
9.6. Bakı-Tbilisi-Ərzurum qaz kəməri
Uzunluğu 692 km olan Tbilisi- Bakı-Ərzurum qaz kə-məri, o cümlədən, ' South Caucasus Pipeline (SCP), Xəzərin Azərbaycandakı “Şahdəniz” yatağından qazı Gürcüstan va-

228


Beynəlxalq nəqliyyat əməliyyatları

sitəsilə Türkiyəyə aparır. O, Tbilisi- Bakı-Ceyhan boru kəmə-ri marşrutu ilə gedir və Türkiyənin qazpaylaşdırıcı sistemi ilə bağlıdır. Boru kəmərinin 443 km-i AR-nın, 250 km-i Gür-cüstandan keçir. “Şahdəniz” yatağından qaz və kondensat Səngəçal terminalına gəlir, burden isə boru kəməri ilə daşı-nır. Türkiyədə qaz ölkənin Botas şirkətinin paylaşdırıcı siste-minin köməyi ilə Ərzuruma gəlir. Layihə əsasında görüləcək işlərə 2004-cü ildən etibarən başlanılıb və 2006-cı ilin sonuna-dək bitirilib. AR-dan Gürcüstana ilk qaz nəqlinə 2006-cı il sentyabr ayının 30-da başlanılıb, 2007-ci ilin iyul ayında isə xəttə Türkiyəyə qədər uzadılıb.


Belə ki, 2003-cü ildə danışıqlar zamanı Rusiyanın Xə-zər məsələləri üzrə səfiri Viktor Kalyujnı Ərzurum - Bakı qaz kəmərindən imtina etməyi və Azərbaycan qazının Qara də-nizin dibilə “Mavi axın” borusu ilə Türkiyəyə daşınmasını təklif etdi. Ancaq amerikalı məmurlar bildirdilər ki, öz ixrac potensialı üzərində nəzarəti saxlamaq və başqa təchizatçıla-rın inhisarlaşdırılmış boru kəmərlərinə ümid etməmək Azər-baycan üçün daha yaxşı olardı.
Məlum olduğu kimi 2012-ci ilin iyun ayında Türkiyə-də partlayış səbəbindən qaz nəqli dayandırılıb. Botas partla-yışı texniki nasazlıqla əlaqələndirib, lakin Türkiyə rəsmiləri qeyd ediblər ki, partlayıcı qurğunu PKK yaraqlıları qoyub-lar. Layihə boru kəmərinin istismarı üçün məsuliyyət daşı-yan South CaucasusPipeline Company (SCPC) birgə müəssi-səsi tərəfindən həyata keçirilib. Şirkət 7 səhmdardan ibarət-dir və BP və Statoil tərəfindən nəzarət edilir.
BTƏ 42 dyümdür və 7 mlrd. m3-dək qazı daşımaq gü-cünə malikdir. “Şahdəniz” kontekstində boru kəmərinin ge-nişlənməsi üzrə planlar var. Yataqların işlənməsi üzrə pro-yekt Azərbaycan ərazisi ilə yeni boru kəmərlərinin çəkilişini

229


Elçin Eyvazov, Nərminə Balabəyova

və Gürcüstanda 2 yeni kompressor stansiyalarının tikintisini əhatə edir. Bu genişlənmə qazın ixracının həcmini 3 dəfə bö-yüdərək ildə 20 milyard m3-dən çox həcmə çatdırmağa im-kan verəcək. Türkiyə ilə sərhəddə qaz kəməri digər yeni bo-ru kəmərləri ilə əlaqədə olacaq ki, onların da vasitəsilə qaz Türkiyəyə və Avropa İttifaqına nəql olunacaq. BTƏ -nin tə-rəfdaşları: BP (28.8%), SOCAR (16.7%), Statoil (15.5%), LU-Koyl (10%), Total (10%), Naftiran Intertrade (10%), Türkiye Petrolleri Anonim Ortaklığı (9%).


9.7. Beynəlxalq boru kəməri nəqliyyatının hüquqi tənzimlənməsi

Beynəlxalq boru kəmər nəqliyyatı beynəlxalq müqavi-lələr və milli qanunvericiliklə tənzimlənir. Günümüzdə boru kəməri nəqliyyatı infrastrukturunun əsası olan dövlətlərarası -hüquqi aktlar dövlətlərin müqavilə hüquq praktikasına uy-ğun olaraq qəbul olunmuşdur. Bunlara nümunə olaraq, aşa-ğıdakı sənədləri göstərmək olar:




  • Energetika Xartiyasına Müqavilə (1994-cü il)




  • Avropa Energetika Xartiyası (1991-ci il)




  • Tarixi İpək Yolunun Bərpa olunması üzrə Dövlətlə-rarası Konfransda imzalanmış Avropa-Qafqaz-Asiya dəhlizi-nin tərəqqisinə dair dövlətlərarası nəqliyyat mövzusunda Əsas Çoxtərəfli Saziş (1998-ci il);

-Beynəlxalq neft və qaz nəqli sistemlərinin meydana gəlməsi üçün təşkilati prinsiplərə dair Çərçivə Sazişi (1999-cu il);


-neft-qaz boru kəmərlərinin inşası və enerjidaşıyıcıla-rın daşınmasına dair hökumətlərarası sazişlər;


  • GUAM İttifaqı mövzusunda Saziş (1997-ci il). Postsovet məkanında daha faydalı boru kəməri sistemlərinə

230


Beynəlxalq nəqliyyat əməliyyatları

Ukrayna (6953 km) və Belorusiya (2905 km) sahibdir. Bu sis-temlərin vasitəsi ilə Qərbi Avropa dövlətlərinə hər il, uyğun olaraq, 67,4 milyon ton və 71 milyon ton Rusiya nefti tranzit-lə nəql olunur. Qərbi Avropa dövlətlərində daha uzun ma-gistral neft boru kəmərinə Fransa (5 000 km), İtalya (4200 km), Böyük Britaniya (4 000 km), İspaniya (3700 km), Alma-niya (2500 km) malikdir.


Hazırda boru kəməri nəqliyyatı sisteminin tərəqqisinə dövlətlər tərəfindən xüsusi maraq vardır. Çünki, boru kəməri nəqliyyat növü yer üzünün hər hansı coğrafi regionunda, ma-hiyyətcə, xüsusən nəqletmə vastəsi kimi xüsusi rol oynayır.
Mövzuya aid sual və tapşırıqlar
1.Boru kəmərləri anlayışını izah edin.
2.Boru kəməri nəqliyyatının tarixindən danışın


  1. Boru kəməri nəqliyyatının üstün cəhətlərini sadalayın. 4.Boru kəməri nəqliyyat sisteminin çatışmazlıqlarına

aiddir



  1. Beynəlxalq boru kəmər nəqliyyat-hüquq münasibətləri-nin obyektinə aiddir




  1. Beynəlxalq boru kəmər nəqliyyat-hüquq münasibətləri-nin subyektinə aiddir.




  1. Beynəlxalq boru kəməri nəqliyyatının xüsusiyyətləri




  1. Boru kəmərinin spesifik xüsusiyyətlərini sadalayın




  1. Beynəlxalq boru kəməri nəqliyyatının hüquqi tən-zimlənməsi

  2. AR-nın nəqliyyat sistemində boru kəməri nəqliy-yatının tutduğu yer və onun əhəmiyyəti




  1. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri

12.. Trans Adriatik Boru Kəməri (TAP)




  1. Trans Anadolu Qaz Boru Kəməri (TANAP)




  1. Bakı-Tbilisi-Ərzurum qaz kəməri

231


Elçin Eyvazov, Nərminə Balabəyova


X MÖVZU

BEYNƏLXALQ DAŞINMALARDA


NƏQLİYYAT TƏHLÜKƏSİZLİYİ

10.1. Nəqliyyat təhlükəsizliyinin mahiyyəti və əsas xüsusiyyətləri

Hamıya məlumdur ki, yük, sərnişin və baqaj daşın-ması nəqliyyat vasitələrinin köməkliyi ilə yerinə yetirilir. Nəqliyyat vasitələri isə yüksək təhlükənin mənbəyi hesab edilir və onların istismarı prosesində ətraf mühitə ziyan (ekoloji, fiziki, maddi, və i.a.) vurulur. Yüksək təhlükə mən-bəyinin növlərinə görə təsnifatda nəqliyyat vasitəsini fiziki təhlükə mənbəyi qrupunda mexaniki mənbə növünə aid edirlər.
Nəqliyyat təhlükəsizliyi beynəlxalq nəqliyyat (daşın-ma) prosesinin elə bir vəziyyəti hesab olunur ki, bu vəziyyət həmin prosesin iştirakçısı olan şəxslərin nəqliyyat hadisəsin-dən, habelə onun nəticələrindən müdafiə edilməsi dərəcəsini göstərir.
Beynəlxalq nəqliyyat təhlükəsizliyinin təmin edilmə-sində başlıca prinsiplərə aşağıdakılar aid olunur:
-beynəlxalq nəqliyyat (daşınma) prosesinin iştirakçısı olan insanların həyat və sağlamlığının iqtisadi fəaliyyətinin təsərrüfat nəticələrindən üstün cəhətləri;


232

Beynəlxalq nəqliyyat əməliyyatları

-nəqliyyat təhlükəsizliyinin təmin edilməsi baxımın-dan dövlət məsuliyyətinin nəqliyyat (daşınma) prosesinin iş-tirakçısı olan şəxslərin məsuliyyətindən üstün cəhətləri;


-nəqliyyat təhlükəsizliyi təmin edilərkən insanların, cəmiyyətin və dövlətin maraqlarına əməl edilməsi;
-nəqliyyat təhlükəsizliyinin təmin olunması ilə bağlı fəaliyyətə məqsədəuyğun və kompleks yanaşma.
Bütövlükdə beynəlxalq daşımalar prosesində nəqliy-yat təhlükəsizliyinin təmin olunması aşağıdakı əsas istiqa-mətlər üzrə qarşılanır:


  • beynəlxalq nəqliyyat (daşınma) prosesinin təşkilində nəqliyyat təhlükəsizliyinin qarşılanması;

-yollarda, traslarda nəqliyyat vasitəsinin hərəkəti məqsədilə sərfəli və rahat şəraitin təmin edilməsi;


-təhlükəsiz davranma qaydalarının insanlara öyrədil-məsi və bu aspektdə müvafiq maarifləndirmə işlərinin görül-məsi;
-nəqliyyat təhlükəsizliklə bağlı beynəlxalq qaydaların, standartların, texniki norma və normativlərin, habelə bu ki-mi normativ hüquqi sənədlərin müasir texnologiyalar üzrə elmi nailiyyətləri nəzərə alınaraq işlənib hazırlanması və tət-biqi;
-nəqliyyat vasitələrinin beynəlxalq nəqliyyat (daşınma) prosesinə buraxılışı və onların hərəkətinin nizamlanması;
-nəqliyyat vasitələrinin idarəetmə heyəti (kapitan, maşinist, sürücü, pilot və i.a.) üzrə kadrlar hazırlanması və onların ixtisasının artırılması sahəsində təşkilatlanma;
-nəqliyyat təhlükəsizliyi üzrə tibbi təminatla bağlı kompleks tədbirlərin yerinə yetirilməsi və ətraf mühütün mühafizə edilməsi,

233


Elçin Eyvazov, Nərminə Balabəyova

-nəqliyyat təhlükəsizliyi sahəsində uyğun icra haki-miyyəti orqanlarının səlahiyyətlərini və məsuliyyətlərini mü-əyyənləşdirmək;


-nəqliyyat təhlükəsizliyi üzrə tədbirlərin maddi və maliyyə təminatının qarşılanması;
-nəqliyyat hadisələrinin (qəzaların) qarşısını almaq və onların nəticələrinin ağırlığını yumşaltmaq məqsədilə müva-fiq orqanların fəaliyyətini əlaqələndirmək;
-nəqliyyat təhlükəsizliyinin qarşılanması sahəsində qanunvericilik tələblərinin həyata keçirilməsinə dövlət nəza-rətinin yerinə yetirilməsi.
Nəqliyyat təhlükəsizliyi iki və bundan da çox dövlət-lər arasında həmin dövlətlərin öz aralarındakı bağladıqları müqavilələrlə (sazişlərlə) təyin edilən şərtlər əsasında yerinə yetirilən beynəlxalq nəqliyyat daşınmaları üçün zəruri amil-lərdən sayılır.
Qloballaşma şəraitində müasir beynəlxalq nəqliyyat hüququ üzrə aşağıdakı prinsiplər mövcuddur:
-dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrindəki suve-ren bərabərlik;

-beynəlxalq nəqliyyat daşınmaları müqaviləsi üzrə öhdəlikləri vicdanla yerinə yetirmək;


-dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrində bir-biri ilə əməkdaşlığının əsas vəzifələri;
-beynəlxalq nəqliyyat əlaqələrində qarşılıqlı faydanın mövcudluğu;
-beynəlxalq nəqliyyat daşınmaları zamanı nəqliyyat təhlükəsizliyinin və s. təmin edilməsi.
İstənilən təhlükəsizlik növündə olduğu kimi, yük və sərnişinlər üzrə beynəlxalq daşınma (nəql edilmə) ilə əlaqəli nəqliyyat təhlükəsizliyi üçün də insan həyatının üstünlüyü

234


Beynəlxalq nəqliyyat əməliyyatları

vacib məsələdir. Belə olan halda istənilən nəqliyyat vasitəsin-dən istifadə olunduqda nəqliyyat təhlükəsizliyi üçün əsas və məqbul əlamət kimi yüklərin və sərnişinlərin daşınması (nəql edilməsi) götürülür.


Nəqliyyat təhlükəsizliyi yalnız beynəlxalq hüquqi va-sitə və tədbirlər dəsti ilə deyil, həm də hər hansı beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi nizamlanma səviyyəsi ilə təmin olunmalıdır. Bu zaman ətraf mühitin səmərəli ekoloji durumuna zərər vurulmamalı, istənilən subyektin mənafelə-rinə ciddi ziyan yetirilməsi və yaxud mənfi nəticələrin mey-dana çıxması mümkünlüyünə yol verilməməli və belə müm-künlük istisna edilməlidir.
10.2. Nəqliyyat təhlükəsizliyi üzrə beynəlxalq hüqu-qi təminat

Müasir dövrdə nəqliyyat təhlükəsizliyinin hüququi tənzimlənməsi əsas vəzifələrdən biridir. Bu, beynəlxalq miq-yasda nəqliyyat təhlükəsizliyinin təminatı üzrə hüquqi əsas-ları müəyyənləşdirməklə daşıma prosesində iştirakçısı olan şəxslərin əmlakını, həyatını, habelə sağlamlığını qoruyur, on-ların hüquqi və qanuni mənafelərini, eləcə də cəmiyyət və dövlətin maraqlarına xidmət edir. Beynəlxalq nəqliyyat təh-lükəsizliyi daşıma prosesi iştirakçılarının, ekologiyanın və üçüncü şəxslərin qorunmasına, habelə beynəlxalq nəqliyyat sahəsində əmlak mənafelərinin müdafiəsinə istiqamətlən-mişdir.


Nəqliyyat təhlükəsizliyinin təmin edilməsi üçün bey-nəlxalq- hüquqi təminatın yaradılması bu sahədə yaranmış münasibətlər beynəlxalq nəqliyyat konvensiyaları (sazişləri), habelə milli (daxili) qanunvericilik ilə nizamlamaqla aparılır.

235


Elçin Eyvazov, Nərminə Balabəyova

Beynəlxalq nəqliyyat təhlükəsizliyinin təmin olunmasına yö-nəldilən sazişləri hüquqqoruyucu sazişlər adlandırırlar.


Beynəlxalq nəqliyyat məsələləri ilə bağlı sazişlər (nəq-liyyat konvensiyaları) bir neçə növdən (qrupdan) ibarətdir ki, onların da bir növü hüquqqoruyucu sazişlərdir. Hüquq-qoruyucu sazişlərin əsas məqsədini beynəlxalq nəqliyyat sfe-rası üzrə əmlak mənafelərini qorumaq və təmin etmək kimi ifadə etmək olar.
Hüquqqoruyucu xarakterli sazişlər, əsas etibarilə, ke-çən əsrin 60-70-ci illərinə təsadüf etmiş və nəqliyyat fəaliyyə-tinin intensivləşməsi şəraitində imzalanmışdır. Beynəlxalq nəqliyyatın fəaliyyətinin genişləndiyi sözügedən dövrdə nəqliyyat təhlükəsizliyinin təmin olunmasına yönəldilən beynəlxalq-hüquqi tədbirlərin yerinə yetirilməsinə zərurət yarandı. Burada söhbət beynəlxalq nəqliyyatın işi ilə bağlı əmlak, habelə digər mənafeləri pozulan yük mülkiyyətçiləri-nin, sərnişinlərin, üçüncü şəxslərin və deməli, ekologiyanın müdafiə olunmasını qarşılayan hüquqi xarakterli tədbirləri işləyib hazırlamaqdan gedir.

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin