Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə13/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   ...   9   10   11   12   13   14   15   16   ...   27





  • Daşıma xərclərinin digərlərinə görə çox ucuz olması;




  • 200 kilometr və daha uzaq məsafəyə yük daşımala-rında yüksək effektivliyə sahib olması;




    1. metroloji hava şəraitindən asılı olmayaraq yük daşı-maların təşkili.

Dəmir yolu ilə daşıma prosesi iki cür həyata keçirilir:




    1. Yükün göndərilmə yerindən sərhəd stansiyasına qədər daşınması prosesidir. Bu zaman göndərmə yeri daxili nəqliyyat hüququ ilə tənzimlənir və daşıma müqaviləsi ilə rəsmiləşdirilir.




    1. Nəqliyyat vasitəsinin sərhəd stansiyasından keçə-rək xarici ölkəyə daxil olduğu an başlayır. Bu proses xarici ölkənin daxili nəqliyyat hüququ ilə qaydaya salınır və bu hissəni rəsmiləşdirmək üçün xarici dövlətin milli nəqliyyat hüququna müvafiq olaraq daşıma müqaviləsi bağlanır.

Beynəlxalq dəmiryolu nəqliyyatını başqa nəqliyyat növlərindən fərqləndirən dörd xüsusiyyət vardır:


1-ci xüsusiyyət - dəmiryolu ilə beynəlxalq daşımalar birbaşa daşımalar kimi olur. Yəni burda vahid nəqliyyat sə-nədi üzrə eyni nəqliyyat növünün bir neçə müəssisənin işti-rak etdiyi daşımalar nəzərdə tutulur.
2-ci xüsusiyyət - Daşıma əməliyyatının obyekti olan sərnişin, yük, vaqonlar və başqa daşıma vasitələri sərhəd stansiyasında xarici dövlətin dəmir yoluna verilir. Bu məq-sədlə sərhəd dəmir yolunun bir - birilə uyğunlaşdırılması yükün növlərinə əsasən sərhəd stansiyalarının ixtisaslaşması və başqa vacib məsələnin həlli tələb olunur.
3-cü xüsusiyyət - Beynəlxalq dəmiryolu daşımaları zamanı vaqonlar və başqa bir çox daşıma vasitələri xarici öl-kənin dəmir yoluna daimi olmayaraq istifadəyə verilir ki, müvəqqəti istifadənin hüquqi rejimi vaqonlardan əlverişli is-

168


Beynəlxalq nəqliyyat əməliyyatları

tifadəni və onların zamanında sahibinə geri verilməsini tə-min etməlidir.


4-cü xüsusiyyət - Beynəlxalq dəmiryolu nəqliyyatının xüsusi daşıma növləri mövcuddur ki, bu ancaq dəmir yol nəqliyyatına aiddir və bu daşımalar yükün həcmindən və çə-kisindən asılıdır. Bunlar aşağıdakılardır:


  1. Yüklərin marşurutla daşınması




  1. Xırda daşıma




  1. Vaqonlarla daşıma

Xırda daşıma vaqonlarla daşımadan bəzi xüsusiyyət-ləri ilə fərqlənir. Bu fərq həm həmin daşıma növləri üçün tə-yin olunmuş rejimin müxtəlif olmasına əsaslanır. Xırda və vaqon daşımaları fərqli rejimlərə tabedir:




  1. Bəzi növ yüklərin misal üçün, heyvanların, təhlükəli yüklərin xırda daşıma vasitəsilə təyinat yerinə çatdırılması qeyri-mümkündür. Bu yalnız vaqon daşıması yolu ilə baş tutur.

  2. Bu daşıma növləri daşıma haqqının miqdarına görə fərqlənir. Onlar üçün daşıma haqqı üzrə fərqli tariflər təyin edilir.




  1. Bu daşıma növləri bir - birindən yükün təyinat yeri-nə təhvil verilməsi vaxtına görə fərqlənir. Vaqonlara daşıma zamanı yük təyinat yerinə qısa müddətə çatdırılır.




  1. Daşıma növləri yükləmə işinin kim tərəfindən yeri-nə yetirilməsinə görə fərqlənir. Xırda daşıma zamanı yük da-şıma vasitəsinə vurmaq işini daşıyıcı icra edir. Vaqon daşı-masında isə bu iş yük göndərən tərəfindən görülür.

Beynəlxalq dəmir yolu daşınması beynəlxalq qaimə ilə rəsmiləşdirilir. Digər nəqliyyat sənədlərindən də yarar-lanmaq mümkündür ki, həmin sənədlər beynəlxalq daşı-ma haqda sazişlərdə nəzərdə tutulmalıdır. Beynəlxalq dəmir


169


Elçin Eyvazov, Nərminə Balabəyova

yolu daşımalarının tərəqqisində aşağıda göstərilən xüsusiləş-dirilmiş təşkilatların xüsusi rolu olmuşdur:




  • Dəmir Yolu Konqreslərinin Beynəlxalq Assosiasiyası (1884-cü il)




  • Sərnişin və baqaj vaqonları üzrə Dövlətlərarası İtti-faq (1889-cu il)




  • Dövlətlərarası yol əlaqələrinin Mərkəzi Bürosu (1890-cı il);

  • Dövlətlərarası Dəmir Yolu Nəqliyyatı Komitəsi (1902-ci il);




  • Yük vaqonları üzrə Dövlətlərarası İttifaq (1921-ci il);




  • Dövlətlərarası Dəmir Yolu İttifaqı (1922-ci il);




  • Dəmir yolu hərəkət tərkibi üzrə Dövlətlərarası Asso-siasiya (1930-cu il);




  • Tez korlanan yüklərin daşınması üçün vaqonların is-tifadə edilməsi üzrə Dövlətlərarası Dəmir Yolu Cəmiyyəti (1949-cu il);




  • Avropa Dəmir Yolu Daşımaları İttifaqı (1953-cü il);

-Sərnişin tarifləri üzrə Avropa Konfransı (1975-ci il); -Avropa Dəmir Yolu Sənayesi İttifaqı (1975-ci il) və b.


7.2. Beynəlxalq dəmiryol daşımalarının növləri Dövlətlərarası dəmir yolu daşımaları bəzi əlamətlərə

görə müxtəlif növlərə ayrılır. Bu növlər əsasən hüquqi xüsu-siyyətlərinə görə fərqlənir.

Nəqliyyat əməliyyatının obyektinə əsasən beynəlxalq dəmir yolu daşımalarının dörd növü müəyyən edilir:


  1. Yük,




  1. Sərnişin,




  1. Baqaj




  1. Yük baqajı daşımaları.

170


Beynəlxalq nəqliyyat əməliyyatları

Qonşu xarici dövlətlərdə bitməsinə görə dövlətlərara-sı dəmir yolu daşımaları 2 cür olur: qonşu daşımaları və tranzit daşımalar.


Həmsərhəd olan dövlətlər arasında olan və qonşu xa-rici dövlətlərin ərazisində başa çatan daşımaya qonşu daşı-ma adı verilir. Qonşu daşıma beynəlxalq daşımanın ən sadə növüdür.
Tarnzit daşıma isə digərlərinə nisbətən mürəkkəb olub, bəzi əlavə hüquqi məsələlər ortaya çıxarır. Tranzit daşı-ma - yükün bir neçə dövlət ərazisi ilə 3-cü ölkədəki təyinat yerinə daşınması deməkdir. Tranzit daşımaya yola salma və təyinat yerləri eyni bir dövlətin ərazisində olan, bir neçə xari-ci dövlətin ərazisi üzrə tranzitlə edilən daşıma da aiddir. Bu, tranzit daşımanın çox vacib bir növüdür. O, əsasən tranzit-dən istifadə edən dəmir yolunun daxili qaydaları əsasında həyata keçirilir. Tranzit daşımanın bu növü vacib xüsusiy-yətlərə malik olub, xüsusi sazişlərlə tənzimlənir.
Daşımanın bir neçə nəqliyyat sənədi ilə edilməsi-nə görə dövlətlərarası dəmir yolu daşımalarının 2 növü ayırd edilir:


  1. Birbaşa daşıma,




  1. Birbaşa olmayan daşıma.

Birbaşa daşıma vahid daşıma sənədilə rəsmiləşdirilir, bir neçə daşıyıcı tərəfindən icra edilir və eyni müqavilə şərt-ləri əsasında yerinə yetirilir. Bu zaman təkcə bir daşıma mü-qaviləsi imzalanır. Ən geniş yayılmış daşıma növüdür. Bey-nəlxalq dəmiryolu daşımaları barəsində sazişlərin bir ço-xu birbaşa daşımaların yerinə yetirilməsini nəzərdə tutur. Birbaşa daşımalar vahid daşıma şərtləri əsasında olur. Sözü-gedən bu şərtlər isə sazişlərlə tənzimlənir. Birbaşa olmayan daşıma sazişdə iştirak edən ölkələrin daxili qaydaları əsasın-


171


Elçin Eyvazov, Nərminə Balabəyova

da yerinə yetirilir. Belə olduqda ölkələrin ərazisində yerinə yetirilən daşıma sözügedən bu ölkələrin nəqliyyat sənədi ilə rəsmiləşdirilir və ard-arda iki daşıma müqaviləsi imzanır. Müqavilələrin imzalanması ölkələrin daxili nəqliyyat hüquq normalarına müvafiq olmalıdır.


Birbaşa daşıma ən çox istifadə olunan daşımadır. Çünki, o, birbaşa olmayan daşımalara nisbətən xeyli üstün-lüklərə malikdir. Misal üçün, daşımanın vahid nəqliyyat sə-nədi ilə rəsmiləşdirilməsi, onun mövcud sazişlərdə qeyd edi-lən vahid şərtlər əsasında yerinə yetirilməsi və s. birbaşa da-şımanın özəllikləri hesab edilir. Buna görə praktikada birba-şa daşımadan daha çox istifadə edilir.
Sərhəd dəmiryolu stansiyasında yükün verilmə qay-dasından asılı olaraq daşımanın iki növü ayırd edilir:
1.Yükləməklə daşıma
2.Yükvurmasız daşıma.
Yükləməklə daşıma zamanı yük sərhəd dəmir yolu stansiyasında boşaldılır və bir də yüklənir. Belə hal onunla izah olunur ki, həmsərhəd olan dövlətlərin dəmir yollarının eni fərqli olur. Onlardan birinin dəmir yolunun eni digərinin dəmir yolunun eninə nisbətən daha böyükdür yaxud kiçik-dir. Bu səbəbdən də yük sərhəd stansiyasında daşıma vasitə-sindən boşaldılır.
Bu cür daşımanın tətbiqində yükün necə verilməsinə, onun təyinat yerinə çatdırılma vaxtına, yükün ziyan görmə-sinə görə daşıyıcının məsuliyyətinə və başqa situasiyalara aid xüsusi xarakterli hüquqi məsələlər ortaya çıxır. Sözüge-dən bu məsələlər daxili hüquq normaları ilə nizamlanır. Yükvurmasız daşıma - yük sərhəd dəmiryolu stansiyasında boşaldılmır, onların dəmiryolları eninə müxtəlif olmur.

172


Beynəlxalq nəqliyyat əməliyyatları

Yenidən göndərməklə yükdaşıma dövlətlərarası də-mir yolu daşımalarının xüsusi növüdür. Bu daşıma növünün tətbiqi zamanı yük təyinat stansiyasına təhvil verilən kimi yeni dövlətlərarası daşıma müqaviləsi imzalanılır.


7.3. Beynəlxalq dəmiryol daşımalarının hüquqi tən-zimlənməsi

Dəmir yolu daşımalarının hüquqi tənzimlənməsinin tərəqqi dövrü Berndə Dövlətlərarası dəmir yolu ilə yük daşı-maları barəsində Konvensiyanın qəbul olunduğu 1890-cı il-dən başlayır. Dövlətlərarası dəmir yolu ilə sərnişin və baqaj daşımaları mövzusunda Konvensiya isə 1923-cü ildə qəbul-edilmişdir.


1980-ci il may ayın 19-da Bern şəhərində BYK və BSK kon-versiyalarına yenidən baxıldı və Dövlətlərarası dəmir yolu daşımaları barəsində Bern Konvensiyası - KOTİF adını aldı və 1985-ci ilin 9 mayında qüvvəyə mindi.
AR 2015-ci il may ayının 1-də KOTİF-ə qoşulmuşdu. Bern Konvensiyası - beynəlxalq dəmiryolu daşımalarının çoxsahəli əsasda tənzimləyən hərtərəfli sazişdir.
Bern Konvensiyası dedikdə - Bern Yük Konvensiyası ( BYK ) və Bern Sərnişin Konvensiyası ( BSK ) başa düşülür. Bern Konvensiyası KOTİF-in əsas mətni sayılır. Əsas mətn-dən əlavə, KOTİF-ə aşağıdakılar da daxildir:


  • Kuryer sürətilə yükdaşıma haqda Saziş;




  • Dövlətlərarası yükdaşıma Qaydası;




  • Dövlətlərarası yükdaşıma haqda Saziş və s.

KOTİF əsas mətn ilə yanaşı, özündə bəzi saziş və qay-daları birləşdirdiyinə görə dövlətlərarası nəqliyyat konvensi-yası sayılır. O, həm universal, həm də çoxtərəflidir.


173


Elçin Eyvazov, Nərminə Balabəyova

KOTİF-in icra edilməsi Beynəlxalq Dəmir Yolu Nəq-liyyat Komitəsinə (OTİF 1985-ci il) həvalə edilmişdir. KOTİF-




  • 2 əlavə qoşulmuşdur: A əlavəsi

B əlavəsi


Burada B- əlavəsi Bern Yük Daşıma qaydalarını(BYK) , A- əlavəsi isə BSK daşımalarını tənzimləyir.
KOTİF Qərbi, Mərkəzi və Cənubi Avropa ölkələrin-də dəmir yolu ilə daşıma müqaviləsini qaydaya salır. «B» Əlavəsindəki müddəalara əsasən, dəmir yolları daşıma üçün təqdim edilən yükləri qəbul etməyə borcludur, qablaşdırıl-malı olan yükləri isə yükgöndərən yolda onların salamatlığı-nı təmin edən qablaşdırılmış formada verməlidir. Bu tələbə riyət olunmadığı təqdirdə, dəmir yolu yükün qəbulundan imtina və ya qaimədə qeyd-şərt olmasını tələb edə bilər. Yükgöndərənin qablaşdırmanın qüsurları haqda ümumi əri-zə hazırlaması da mümkündür; yüklərin yükləmə qaydası və çəkisi təyinat yeri üzrə dəmir yolunun qaydaları ilə təyin edilir. Daşıma müqaviləsinin imzalanmasını sübut edən sə-nəd 3 nüsxədə təqdim edilən və malbölüşdürücü sənəd kimi özünü göstərən dəmir yolu qaiməsidir. Bununla yanaşı, KO-TİF müddəaları «xırda göndərmələr» i qeyd etmir ki, bu da, yükün kiçik partiyalarının vaqonlarla göndərmələr for-masında birləşdirilməsini də yerinə yetirən nəqliyyat-ekspe-ditor təşkilatlarının funksiyalarının rolunun artması demək-dir.
Bizim zənnimizcə, başqa yeniliklər arasında axırıncı vahid BYK qaydaları ilə yüklərin təhvil verilmə müddətləri-nin dəyişdirilməsini vurğulamaq lazımdır. Ümumi müddət-lər bir qədər azaldılmış və «böyük sürətli» yüklər üçün sut-kada 400 km, «kiçik sürətli» yüklər üçün isə sutkada 300

174


Beynəlxalq nəqliyyat əməliyyatları

km nəzərdə tutulmuşdur. Ancaq yeni müddəalara əsasən, dəmir yollarının müxtəlif daşımalar üçün xüsusi çatdırılma müddəti müəyyən etmək, o cümlədən « xüsusi vəziyyət» hallarında əlavə müddətlər tətbiq etmək səlahiyyəti vardır.


Belə bir cəhət də vardır ki, vahid BYK qaydaları yüka-lanın onun ünvanına gələn yükü təhvil almaq vəzifəsini təs-bit etməsə də, yükü təhvil alan şəxsə « daşıma ödənişləri»ni ödəmək öhdəliyini verir. O da diqqətəlayiqdir ki, yük zərər görübsə, müvafiq akt hazırlanmalıdır və onun tərtib edilməsi dəmir yolunun öhdəliyinə verilir. Bu cür aktın tərtib qaydası və forması xidməti təlimat xarakteri daşıyan Dövlətlərarası Yük Daşımaları Qaydalarında nəzərdə tutulmuşdur. Bunun-la yanaşı, yük verilərkən akt tərtib edilmədiyi halda, yükalan daşıyıcıya qarşı iddia qaldırmaq hüququnu əldən verə bilər və s..
Dəmir yolu ilə dövlətlərarası sərnişin və baqaj daşı-maları isə, onlar KOTİF-ə «A» Əlavəsinin müddəaları, başqa sözlə desək, vahid BSK qaydaları ilə tənzimlənir. Bu müd-dəalar, sərnişinlərin həyatı yaxud sağlamlığına dəyən ziyanı, o cümlədən baqajın itirilməsi, zədələnməsi şəklindəki zərəri fərqləndirir. BSK qaydalarına görə, sərnişinin həyatına ya-xud sağlamlığına dəyən ziyana görə dəmir yolu məsuliyyət daşıyır, bir şərt daxilində ki, bu hadisələrin aşağıdakı səbəb-lərdən baş verən bədbəxt hadisə nəticəsində olduğunu sübut edə bilsin:


  1. dəmir yolu nəqliyyatının istifadəsi və dəmir yolu-nun istifadəsi bağlı olmayan, xilas olmaq yaxud qarşısını al-maq mümkünsüz olan hadisə;




  1. tam yaxud qismən sərnişinin özünün təqsiri səbə-bindən yaranan bədbəxt hadisə;

175


Elçin Eyvazov, Nərminə Balabəyova





  1. dəmir yolu tərəfindən əngəllənməsi və ya dəf olun-ması mümkünsüz olan üçüncü şəxslərin hərəkətləri nəticə-sində yaranan bədbəxt hadisə.

Bizim zənnimizcə, başqa vacib yenilik dəmir yolu ilə BYD müqaviləsi üzrə tərəflər arasında mübahisəli mövzula-rın nizamlanmasının KOTİF tərəfindən müəyyən olunan qaydasıdır. Yükün çatdırılma müddəti ötürüldüyü halda, yük sahibi pretenziyanı yükü aldığı vaxtdan sonrakı 60 gün ərzində verməlidir. Əgər tətbiq oluna bilən dövlətdaxili hü-quq mübahisələrin yoluna qoyulmasının pretenzion tənzim-lənmə qaydasını nəzərdə tutursa, ona dövlətlərarası dəmir yolu nəqliyyat daşımaları zamanı da əməl olunmalıdır. Bu zaman tələb və iddialar aşağıdakı daşıyıcılardan ancaq birinə qarşı irəli sürülə bilər:




  1. göndərilmə yerinin dəmir yoluna;




  1. təyinat yerinin dəmir yoluna;




  1. yükün itirilməsi yaxud zədələnməsi hadisəsinin ol-duğu dəmir yoluna.

İddia müddəti isə, KOTİF-in müddəalarına əsasən, o, 1 il, daşıyıcının qəsdən sərgilədiyi hərəkətlər olduqda və ya satılan yükə görə ödənişlə əlaqəli mübahisələr və bəzən isə-2 il təşkil edir.


KOTİF üzrə yükdaşıma şərtləri. Əsas şərt daşıyıcının vəzifəsi - yəni yükü daşınmaya qəbul etmək və daşımanı et-məkdir. KOTİF yükgöndərən üçün də bəzi xüsusi vəzifələr nəzərdə tutmuşdur:
1) Yükgöndərən yükü daşımaya qabda təqdim etməli-dir, yoxsa daşıyıcı onu qəbul etməz. Bu zaman daşıyıcı yük-göndərəndən qaimədə uyğun bir qeydin aparılmasını tələb edə bilər.

176


Beynəlxalq nəqliyyat əməliyyatları



  1. Yükgöndərən daşıma sənədində yükün adını doğ-ru qeyd etməlidir, əks halda cərimə formasında məsuliyyət daşıyır, zərəri ödəməlidir.




  1. Yükün çəkisinin müəyyən olunması barəsində mü-vafiq qayda nəzərdə tutur: yükgöndərən vaqonlara mövcud normadan artıq yük vurmamalıdır, əks halda cərimə növün-də məsuliyyət daşıyır, zərər dəydiyi hallarda isə yükgöndə-rən onun qarşılığını verməlidir.

Dəmir yolunda daşıma sənədi - dəmir yolu qaiməsi adlanır. O, müqavilə sənədidir, onun dublikatı tərtib olunur və yükgöndərəndə qalır.


KOTİF-ə görə yükvurma kimi məsələlər göndər-mə yerinin adətləri ilə, yükün boşaldılması və yük sahibi-nə verilməsi isə çatdırılma yerinin adətləri ilə təyin olunur.
KOTİF-ə görə gömrük prosedurunu daşıyıcı yerinə yetirir, amma yükgöndərən qaimədə qeyd apararaq həmin məsələni özü də apara bilər. KOTİF-ə görə daşıma haqqı milli tariflərlə və eyni zamanda beynəlxalq tariflərlə ödəni-lir.
KOTİF-ə görə təyinat yerinə çatdırılma müddəti 2 cür müddət təyin edir:


  1. Böyük sürətlə nəql olunan yüklər üçün çatdırılma müddəti- sutkada 400 km




  1. Kiçik sürətlə nəql olunan yüklər üçün çatdırılma müddəti sutkada 300 km müəyyən edilir.

Xüsusi hallarda milli dəmir yolları əlavə xarakter-li çatdırma müddətləri təyin edə bilərlər. KOTİF yükalana-onun ünvanına gəlmiş yükü təhvil almaq vəzifəsini verir, bu onun hüququdur.
Yük salamat qalmadıqda daşıyıcı akt hazırlamalıdır, bu onun vəzifəsidir, yoxsa yükalan daşıyıcıya qarşı olan tə-

177


Elçin Eyvazov, Nərminə Balabəyova

ləb hüququnu əldən verir. Bu zaman yükün verildiyi tarix-dən 1 həftədən gec olmayaraq akt hazırlanması haqda tələb irəli sürülə bilər.


KOTİF dəyən zərərin həcmini və səbəbini aşkar etmək üçün müstəqil ekspertiza aparılmasını, yükün qiymətləndi-rilməsi zamanı şahid ifadələrindən istifadəni məqbul sayir. KOTİF üzrə daşıyıcının məsuliyyəti iki əsas hal üzrə təyin edilir:


  1. Yükün salamat qalmaması




  1. Yükün təyinat yerinə çatdırılması müddətinin ötü-

rülməsi
Yükün salamat qalmamasının üç əsas forması vardır:




  1. Yükün tam itməsi yaxud qismən itməsi




  1. Yükün zədələnməsi




  1. Yükün korlanması

Bern Konvensiyasına əsasən, yükün salamat qalma-ması halları üçün zərərin əvəzinin ödənilmə miqdarı 50 frankdan çox ola bilməzdi (1 kq çəki üçün). Daşıyıcı yük salamat qalmadığı hallarda yük sahibinə ziyan vurur. KOTİF-ə görə, bu ziyan üçün əvəzödəmə miqdarı (başqa sözlə desək, zərərə görə müavinətin həcmi) yükün ba-zar qiyməti ilə təyin olunur (bu məsələ haqda Bern Konven-siyası da analoji qayda müəyyən edirdi). Söhbət yükün birin-ci dəmir yolu tərəfindən daşınmaq üçün qəbul olundu-ğu vaxtda və yerdə mövcud olan bazar qiymətindən gedir.


Yükün zərər görməsi halları nə ilə rəsmiləşdirilir və təsdiq edilir? KOTİF-ə görə, yük salamat qalmadığı zaman akt hazırlanır. Mübahisənin yoluna qoyulması üçün onun sübutedici faydası vardır. Aktın hazırlanması vəzifəsi daşıyı-cının üzərinə qoyulur.

178


Beynəlxalq nəqliyyat əməliyyatları



  1. KOTİF dəmir yolunun məsuliyyət dövrü haqda da hər hansı bir norma nəzərdə tutur. Məsuliyyət dövrü elə zaman müddətidir ki, o, həmin müddətdə yükün ziyan gör-məsinə görə yük sahibi qarşısında məsuliyyət sahibidir. Bu dövrü birinci dəmir yolunun yükü daşınma üçün qəbul etdi-yi andan axırıncı dəmir yolunun onu təyinat yerində yük sa-hibinə verdiyi ana kimi olan vaxt müddətini əhatə edir. Özü də məsuliyyət dövründə yükün ziyan görməsinə görə KO-TİF üzvü dövlətlərin dəmir yolları (daşıyıcılar) yük sahibi qarşısında birgə məsuliyyət, başqa sözlə desək solidor daşı-yırlar.




  1. KOTİF yükün ziyan görməsinə görə daşıyıcı-nın (dəmir yolunun) məsuliyyətini müəyyən edərkən təqsir prinsipindən çıxış edir. Bu prinsipə uyğun olaraq, daşıyıcı yükün ziyan görməsinə görə ancaq təqsiri olduğu zaman məsuliyyət daşıyır. Özü də KOTİF təqsirlilik prezumpsiya-sı müəyyən edir. Bu prezumpsiyaya əsasən, bunun əksi sü-but olunana kimi, daşıyıcı yükün ziyan görməsinə görə təq-sirkardır.

KOTİF adətən daşıyıcını yükün salamat qalmamasına görə məsuliyyətdən azad edir. Belə olduqda o, yük sahibi qarşısında məsuliyyət daşımır.


Yük üçün xüsusi təhlükə törədən hallar daşıyıcı-nın məsuliyyətdən azad edilməsinə səbəb olan hallardır. Be-lə hallar aşağıdakılardır:
- taranın qüsurlu olması; - yükün təbii xassəsi;
- yükləmə işinin yükgöndərən tərəfindən görülməsi; - yükün nəqliyyat vasitəsindən yükalan tərəfindən
boşaldılması;

179


Elçin Eyvazov, Nərminə Balabəyova





  • qaimədə yükgöndərən tərəfindən yük haqda yalnış məlumat göstərilməsi və s.

Bu hallardan birinin nəticəsində yükə zərər gələrsə, onda daşıyıcı məsuliyyətdən azad olunur. Nəticədə, göstəri-lən hallarda yükün zərər görməsinə daşıyıcının yox, müştəri-nin hərəkətləri səbəb olur. Bu səbəbdən də yükün korlanma-sı, zədələnməsi və s. üçün yükalan məsuliyyət daşımalıdır.


Başqa hallar - daşıyıcının yaxa qurtara və nəticəsini aradan qaldıra bilmədiyi hallardır. Söhbət durdurula bilmə-yən hallardan (misal üçün, qasırğadan, zəlzələdən və s.) ge-dir. Yükün zərər görməsinə sözügedən hallar səbəb olursa, daşıyıcı məsuliyyətdən azad edilir. Ancaq yükün zərər gör-məsinə qarşısıalınmaz halların səbəb olması sübuta edilməli-dir. Sübutetmə yükünü daşıyıcı çəkir, başqa sözlə desək sü-but etmə vəzifəsini dəmir yolu yerinə yetirməlidr.
Daşıyıcı qeyd edilən hallarla yanaşı, saz (nöqsansız) vaqonda yaxud konteynerdə daşınan yüklərin sayına görə də heç bir məsuliyyət daşımır. Bu məqsədlə vaqonların yük-göndərənin nöqsansız plombu ilə qəbul olunması və təhvil verilməsi tələb edilir.
Bəzən yük nasaz vaqonlar ilə və başqa daşıma vasitə-lərində daşınır. Bu zaman daşıma praktikasında daşıyıcının məsuliyyətli olub-olmaması haqda məsələni həll etmək ol-duqca çətinləşir. Çətinlik onunla əlaqədardır ki, yükgöndə-rən yükü nasaz vaqonlara (başqa bir daşıma vasitəsinə) yük-ləyir və nəticədə yük zədələnir, artıq salamat qalmır. Bu za-man daşıyıcı bu işdə məsuliyyətlidir, yoxsa məsuliyyətdən azad olur?
Bern Yük Konvensiyası cavab kimi qeyd edirdi ki, yükgöndərən tərəfindən nasazlığı açıq-aydın görünən va-qonlara yükvurma yük üçün xüsusi təhlükə yaradan haldır.

180


Beynəlxalq nəqliyyat əməliyyatları

Bu hala görə, qeyd etdiyimiz kimi, daşıyıcı məsuliyyət daşı-mır.


Fikrimizcə, bu, məsələnin daha dəqiq şəkildə həll-edilməsini göstərir. Deməli, vaqonları, yükvurma (yükləmə) üçün, daşıyıcı verir. Daşıyıcı saz vaqonlar verməlidir. Bu, onun əsas vəzifəsidir. O, bu vəzifəni icra etmədiyi və ya lazı-mi şəkildə icra etmədiyi hallarda təqsirli hərəkətə yol verir və əgər bunun nəticəsində yük zərər görərsə, məsuliyyət da-şımalıdır. Digər yandan, yükgöndərən yükləmə prosesində vaqonların yaxşı yap is olmasını nəzərdən keçirməlidir. Əgər yükgöndərən nasazlığı açıq görünən vaqonlara yük vurursa, bu zaman o, təqsirkardır və nəticədə yükün zədələndiyi hal-larda məsuliyyət daşımalıdır.

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin