Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə10/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Odur ki, ölkələrarası avtomobil əlaqəsinin (daşınma-ın) inkişafı və onların təhlükəsizliyinin təmin olunması üçün effektiv əməkdaşlığa əsaslandırılan bir çox qarşılıqlı səmərəli ölkələrarası tədbirlərin reallaşdırılması vacibdir ki, bunlara da aşağıda göstərilənlər aiddir:


  1. Vahid yol hərəkət qaydaları, yol nişanları, işarələri və s. təyin olunması;

  2. Xarici ölkə ərazisi vasitəsilə sərnişinlər və yüklərin daşımasının reallaşdırılması məqsədilə ölkənin səlahiyyətli orqanından müvafiq sanksiyalar, icazələr və ya lisenziyala-rın alınması; indiki şəraitdə bu, beynəlxalq avtomobil daşın-masının (əlaqəsinin) ən vacib və prinsipal şərtlərindən biri sayılır;




  1. Gömrük və vergi şərtinin tənzimlənməsi, eləcə də xarici avtonəqliyyat vasitəsinə texniki yardımın göstərilməsi barədə məsələ xüsusi əhəmiyyət kəsb edir.

6.2. Beynəlxalq yük daşınması müqaviləsinin ele-mentləri


Beynəlxalq yük daşınma müqavilələri daşınma sənədi ilə rəsmiləşir. Qeyd olunan sənəd qaimə adlandırılır. Qaimə üç nüsxədə tərtib olunur və daşınmalarda iştirak edən şəxs-lər (yükgöndərənlər və daşıyıcılar) tərəfindən imzalanır. Qai-mənin ilk nüsxəsi yükgöndərənlərə təqdim olunur, 2-ci nüs-xəsi yükə əlavə edilir, 3-cü nüsxəsi isə daşıyıcılarda qalır.

126


Beynəlxalq nəqliyyat əməliyyatları

Qaimənin nüsxələri müxtəlif sayda ola bilər. Ancaq onlardan 3-ü eyni hüquqi qüvvəyə sahibdir. Nüsxələrin qalanları qai-mənin surəti hesab olunur. Qaimə surətinin sayı, əsasən yü-kün daşındığı dövlət sərhədlərinin sayından və eyni zaman-da milli gömrük məsələlərindən asılıdır.


Daşıyıcı yükü daşınmaq məqsədilə qəbul etdikdə qai-mədəki informasiyaların düzgünlüyünü yoxlamalıdır. Bu cür məlumatlar aşağıdakılardır:


  1. Yük yerləri barəsində,




  1. Yük yerlərinin nişanlanması haqda,




  1. Yükün xarici vəziyyəti haqda,




  1. Yükün qablaşdırılması haqda.

Konvensiya qaimənin formasını təyin etmir. Qeyd etmək olar ki, qaimənin forması BANİ tərəfindən hazırlanmışdır. Konvensiya qaimənin rekvizitlərini müəyyən edir. Qyed olu-nan rekvizitləri iki yerə ayırmaq olar:


-məcburi rekvizitlər;
-əlavə rekvizitlər.
Qaimədə hökmən və mütləq göstərilməli olan məlu-matlara məcburi rekvizitlər deyilir. Onlar əsas və zəruri rek-vizitlər olub, qaimənin etibarlı olmasını və hüquqi əhəmiy-yət kəsb etməsini şərtləndirir. Qaiməyə daxil olunması məc-buri olmayan informasiyalar əlavə rekvizitlər adlanır. Yük-göndərən qaimədə informasiyaları doğru şəkildə göstərməli-dir. O, qaiməyə daxil olan hər hansı informasiyanı düzgün şəkildə göstərməməyə görə məsuliyyətlidir. Müddət tərəflə-rin razılığı əsasında müəyyənləşdirilir. Qiymət beynəlxalq yük daşınmaları müqavilələrinin başlıca elementindən biri sayılır.
Müqavilənin məzmunu: Tərəflərin hüquq və vəzifələ-rini təyin edir, daşınma proseslərinin əsas məqsədi yüklər tə-

127


Elçin Eyvazov, Nərminə Balabəyova

yinat yerinə çatdırmaqdır. Bu məqsəd isə daşıyıcı tərəfindən yerinə yetirilir. Daşıyıcı hələ qeyd olunan vəzifəni icra et-məkdən əvvəl, yükləri daşınmaq məqsədilə qəbul edən vaxtı qaiməyə daxil edilmiş məlumatın doğruluğunu yoxlayır. Da-şıyıcılar yoxlama zamanı yüklərinn çatışmamasını (əskik ol-masını) və onun xarici görkəminin pis olmasını müəyyən edə bilər. Bu zaman o, qaimədə müvafiq qeydlərini aparır. Daşıyıcının digər başlıca vəzifəsi yüklərin yükalana verilmə-sidir. Yükalan qaimənin ikinci nüsxəsinin (yəni yükləri mü-şayiət edən nüsxənin) ona təqdim olunmasını tələb edir. Qeyd olunan nüsxənin yükalana təqdim olunması onu gös-tərir ki, yük qəbul edilmişdir. Yükalan bu haqda daşıyıcıya qəbz təqdim edir. Avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşınma çərçivəsində Gömrük Konvensiyası ölkələrarası avtomobil daşınmalarının başlıca xüsusiyyətindən biri ölkə-lərarası yükdaşımaların gömrük rəsmiləşdirilməsidir.


Avtomobillə ölkələrarası yük daşınmasının gömrük rəsmiləşdirilməsi mürəkkəb prosedur sayılır. Gömrük prose-durların asanlaşdırmaq məqsədilə 15.01.1959- cu ildə avto-mobil nəqliyyatı ilə ölkələrarası yükdaşınma sahəsində uy-ğun olaraq Cenevrə Konvensiyası qəbul edilmişdir. Avropa dövlətlərinin çoxu, həmçinin ABŞ-ın, Kanadanın və Yaponi-yanın Konvensiya iştirakçıları olduğunu qeyd etmək lazım-dır.
Yük üçün nəzərdə tutulan avtomobil nəqliyyat vasitə-sinin sərhəd məntəqələrini keçmə növləri 2 cür olur:


  1. Yükləmə-boşaltma olmadan




  1. Yükləmə-boşaltma ilə.

Nəqliyyat əlaqəsinin bir və ya bir neçə daşınma mü-qavilələri əsasında həyata keçirilməsindən asılı olaraq, daşın-maların aşağıdakı növlərlə ayırd edilir:


128


Beynəlxalq nəqliyyat əməliyyatları



  1. Birbaşa




  1. Birbaşa olmayan,

c)«Ardıcıl» daşıyıcılar tərəfindən, d) Yenidən göndərilmə ilə və s.


Beynəlxalq avtomobil nəqliyyatında məkik dedikdə qabaqcadan təşkil edilmiş sərnişin qrupunun müəyyən bir ölkənin yola düşmə ərazisindən başqa ölkənin təyinat sahə-sinə təkrarlanan gediş və gəliş şərtləri ilə avtobusda daşın-ması anlaşılır.
Ölkələrarası avtomobil yük daşınmaları öz xüsusiy-yətlərinə, xarakterinə, həmçinin təşkil olunma sisteminə görə aşağıdakı iki kateqoriyaya bölünür: tramp daşımaları və müntəzəm ölkələrarası daşımalar.
Daşıyıcı, yükgöndərən, yükalan, sərnişin, sığortaçı və başqa şəxslər dövlətlərarası avtonəqliyyat prosesinin işti-rakçılarıdır. Beynəlxalq avtomobil nəqliyyatında imperativ və dispozitiv normaları kimi növləri ayırd edilir.


  • İmperativ normalara aid edilir: misal üçün, daşıyıcı tərəfindən daşınmanın həyata keçirilməsi, yükgöndərənlər (və ya yükalanlar) tərəfindən daşınma haqqının ödənilməsi, yükgöndərənlər tərəfindən daşınmalara təqdim olunan yükə mütləq əmtəə-nəqliyyat qaiməsinin hazırlanması və s.




  • Dispozitiv normalara, yükün avtomobilə yükgöndə-rənlər tərəfindən yüklənilməsi, yükalanlar tərəfindən boşal-dılması və s.

6.3. Beynəlxalq avtomobil daşımalarının hüquqi tənzimlənməsi.

Ölkələrarası avtomobil daşınmaları beynəlxalq müqa-vilə, milli avtonəqliyyat qanunvericiliyi və hüquqi adətlərlə tənzimlənir. XX əsrin əvvəllərindən etibarən avtomobil nəq-

129


Elçin Eyvazov, Nərminə Balabəyova

liyyatı dövlətlərarası daşımaların reallaşdırılması ən müna-sib və əlverişli vasitə kimi tanınmışdır. Bu səbəbdən bir az əvvəl qeyd olunduğu kimi, həmin dövrdən etibarən, ölkələr arasında xarici ticarət yükünün və sərnişin daşınması zama-nı avtomobil nəqliyyatından daha çox istifadə edilməyə baş-lanıldı. Burada meydana gələn ölkələrarası- hüquqi məsələ-ləri həll etmək məqsədilə bir sıra mühüm beynəlxalq saziş qəbul edilmişdir. Sözügedən sazişlərdə yekdilliklə qəbul olunmuş prosedurlar müəyyənləşdirilir ki, onlar beynəlxalq ticarətin tərəqqisinə çox ciddi təsir edirlər. Bu tip qayda və prosedurlar avtonəqliyyatın fəaliyyətini beynəlxalq səviyyə-də tənzimləmək məqsədi güdür.


Dövlətlərarası avtomobil daşımaları sektorunda hü-quqi münasibətləri qaydaya salan vacib aktlara aşağıdakıla-rı daxil etmək olar:
-Yol hərəkəti barədə Konvensiya (19 sentyabr 1949- cu il, 1977- ci ildə qəbul edilmiş 1968-ci il redaktəsi ilə);
-Yol nişanı və işarələri haqqında Protokol (19 sentyabr 1948- ci il, 1978-ci ildə qəbul edilmiş 1968-ci il redaktəsi ilə);


  • Dövlətlərarası yük daşınması müqaviləsi barədə Konvensiya (BYDM, 19 may 1956-cı il);

-Təhlükəli yükün quru yollar vasitəsilə beynəlxalq da-şınmaları barədə Avropa Sazişi – DOPOQ (TYDAS,30 sent-yabr 1957- ci il);


-BYD Kitabçası tətbiq olunmaqla beynəlxalq yük da-şınmaları barədə Gömrük Konvensiyası (15.01.1959-cu il, Konvensiya yeni redaktə ilə 1978-ci ildə qəbul edilmişdir);


  • Ölkələrarası avtomobil sərnişin və baqaj daşınmaları müqaviləsi barədə Konvensiya (BADMK, 01.03.1973-cü il);

-Beynəlxalq avtomagistrallar barədə Avropa Sazişi (BAS, 15 noyabr 1975-ci il);


130


Beynəlxalq nəqliyyat əməliyyatları

- Ölkə sərhədlərində yükün yoxlanılması şərtinin ra-zılaşdırılması barədə Beynəlxalq Konvensiya (21 oktyabr 1982- ci il);


-Ticarət terminlərinin təfsiri üzrə Beynəlxalq Qayda-lar - İNKOTERMS (TTTBQ, 1936-cı il, dəyişiklik və əlavələr ilə);


  • Ölkələrarası avtomobil daşınmalarını yerinə yetirən nəqliyyat vasitəsi heyətinin işinə aid Avropa Sazişi - ESTR (BNAS, 01 iyul 1970- ci il, 1976-cı ildə qəbul olunmuşdur) və s.

Avtomobil daşınmaları haqqında beynəlxalq sazişlər geniş xarakterə sahib olan normativ sənəd hesab olu-nur. Dövlətlərarası Avtomobil Nəqliyyatı İttifaqının (BANİ - ingiliscə İRU) tövsiyəsi ilə bu cür sənədlər aşağıdakı 6 qrupa-ayrılır:


1. Ölkələrarası avtomobil yük daşınmaları müqavilə-lərini tənzimləyən beynəlxalq saziş;
2. Gömrük prosedurunu nizamlayan beynəlxalq sa-
zişlər;
3. Yol hərəkəti təşkilinə daxil olan beynəlxalq sazişlər;
4. Vergi məsələni və qaydalarını təyin edən beynəl-xalq sazişlər;
5. Bəzi spesifik kateqoriyalı yükün daşınmasına daxil olan beynəlxalq sazişlər;
6. Ölkələrarası avtomobil daşınmasını yerinə yeti-rən sürücülərin əmək və istirahət rejimini müəyyənləşdirən beynəlxalq sazişlər.
BANİ ölkələrarası avtomobil nəqliyyatı inkişafında vacibdir. BANİ, 1948-ci ildə Cenevrədə təsis edilmişdir. BA-Nİ öz hüquqi statusuna əsasən qeyri- hökumət təşkilatı sayı-lır. Bununla belə, o, dövlətlərarası avtomobil nəqliyyatının fəaliyyətini tənzimləyən beynəlxalq sazişlərin tərtib olunma-

131


Elçin Eyvazov, Nərminə Balabəyova

sında və qəbul olunmasında xüsusi rol oynayır. Sözügedən məsələlərin həll edilməsində bu təşkilatın xüsusilə təsiri var-dır.


Bu təşkilatda 50-yə yaxın ölkə iştirak edir. İttifaqın üzvləri peşəkar avtomobil nəqliyyatını, o cümlədən xüsusi istifadədə olan nəqliyyatı təmsil edən daxili assosiasiyalar-dan təşkil edilmişdir. Direktor Şurası, Rəyasət Heyəti və Baş Katiblik İttifaqın orqanları hesab olunur.
İttifaqın əsas məqsədi avtomobil nəqliyyatı iqtisadiy-yatının və daşıyıcıların mənafeləri üçün ölkələrarası avtomo-bil nəqliyyatının tərəqqisinə yardım göstərilməsidir. İttifaq bu məqsədlə tövsiyələr verir, konvensiya layihələri tərtib edir. Konqreslər təşkil etmək İttifaqın fəaliyyətinə xüsusilə təsir göstərir. Burada müxtəlif ölkələrin hökumətlərinə mü-raciətlər olunur, proqram tipli qərarlar verilir. İttifaqın fəa-liyyəti nəticəsində Gömrük Konvensiyası tərtib olunmuş və qəbul olunmuşdur. Ölkələrarası avtomobil nəqliyyatının fəa-liyyətini tənzimləyən bəzi sazişlər sırf onun iştirakı ilə hazır-lanmışdır.
Avtomobil sənayesi təkmilləşdikcə, ilk növbədə, re-gional (Avropa), daha sonra isə dünya miqyasında beynəl-xalq konvensiyaların qəbul olunması zərurəti də artdı. Nəti-cədə, 1926-cı ildə avtomobil hərəkəti barədə və Yol hərəkəti barədə ölkələrarası Paris Konvensiyası, 1931-ci ildə təkrar yol nişanı və işarələrinin tətbiq olunması barədə Cenevrə Konvensiyası qəbul edildi.
Qloballaşma şəraitində ölkələrarası iqtisadi əməkdaş-lığın inkişaf etdirilməsi beynəlxalq avtomobil daşınmalarının həcminin artmasını şərtləndirir, Respublikamız və müstəqil-ölkələrin dünya iqtisadi proseslərinə cəlb olunması isə bu daşınmaların hüquqi tənzimlənməsi və ölkələrarası avto-

132


Beynəlxalq nəqliyyat əməliyyatları

nəqliyyat- hüquq münasibətlərinin inkişaf etdirilməsinə aid məsələlərin həll edilməsi və tədqiq olunmasının vacibliyini nəzərdə tutur. Qeyd olunan məsələnin həll olunmasında beynəlxalq iqtisadi əlaqə genişləndikcə, işgüzar əməkdaşlı-ğın müasir təşkilati forması yarandıqca əhəmiyyəti çoxalan ölkələrarası ümumi hüququn, həmçinin beynəlxalq xüsusi hüquqa aid olan norma və prinsiplər prioritet rol oynayır. Nəqliyyat sistemində milli qanunvericiliyin rolu da həmçi-nin çox vacibdir. Onun məqsədi müxtəli dövlətlərin dünya nəqliyyat sahəsinə get-gedə inteqrasiyası ilə ölkələrarası əla-qələrdə daşınma prosesinin təkmilləşməsi və milli daşıyıcıla-rın mövqeyinin möhkəmlənməsinin hüquqi təminatı sayılır.


Bir çox müəllif ölkələrarası avtomobil daşınmasına, ən aşağısı, bir xarici sərhədi keçərək istənilən avtomobil da-şınmasını daxil edirlər. Bununla bağlı, O.N. Sadikov yazmış-dır: «ölkələrarası avtomobil əlaqələrinin ümumi və başlıca xüsusiyyəti odur ki, bir dövlətin avtonəqliyyat vasitəsi ölkə sərhədlərini keçərək, başqa bir dövlətin yolları ilə hərəkət edirlər»1.
Ümumilikdə isə ölkələrarası daşınma Beynəlxalq tica-rət daxilində nəqliyyat terminalı operatorunun məsuliyyəti barədə BMT Konvensiyası ilə (1991-ci il) müəyyən edilir ki, bu halda ölkələrarası daşınma deyildikdə, «operator yükləri öz sərəncamına qəbul edən zaman, yola salma və təyinat yer-lərinin 2 ayrı-ayrı ölkədə olması kimi eyniləşdirilən istənilən daşınma» anlaşılır (m.1, b. «c»).
Ölkələrarası daşınmalar sahəsində ayrı-ayrı nəqliyyat növü, həmçinin avtomobil nəqliyyatı ilə reallaşdırılan daşın-maları tənzimləyən bir çox saziş vardır. Qarışıq və ya inter-modal, yəni ardıcıl şəkildə bəzi nəqliyyat növləri ilə reallaş-dırıla bilən daşımaları nizamlayan xüsusi sazişlər də möv-

133


Elçin Eyvazov, Nərminə Balabəyova

cuddur. Ancaq dövlətlərarası nəqliyyat daşımalarının hər bir növünə aid olan vahid, universal konvensiya yoxdur və da-şımaların istənilən növünün üstünlüyünü və öz məfhumi aparatının olmasını əsas götürərək, hesab edirik ki, bu, mümkün deyildir.


Modern nəqliyyat konvensiyalarının məzmunu və on-ların təhlil edilməsi bu konvensiyalarda dövlətlərarası müqa-vilələrin 3 növünün ehtiva olunması nəticəsinə gəlməyə im-kan verir:


  • Nəqliyyat sektorunda əməkdaşlığın məcmu prin-sipləri, başqa sözlə desək beynəlxalq daşımaların həyata ke-çirilməsi və əlaqələndirilməsi mövzusunda müqavilələr;







  • Nəqliyyat əlaqələrinin və onlara aidiyyatı olan sek-torların (misal üçün, daşımaların konteynerləşdirilməsi, gömrük rejimlərinin harmonikləşdirilməsi və razılaşdırılma-sı, vergiyə cəlb edilmə və b.) inkişaf etdirilməsinə və sadələş-dirilməsinə yönəldilən müqavilələr.

Beynəlxalq avtomobil daşımaları və əlaqələrinin tə-rəqqisində beynəlxalq ixtisaslaşdırılmış hökumətlərarası və qeyri-hökumət qurumlarının - Yol hadisələrinin baş verməsi-nə mane olması üzrə Dövlətlərarası Təşkilat (1901), Dövlətlə-rarası Avto-yol Federasiyası (1908), AİB-in Nəqliyyat üzrə Komissiyası, Dövlətlərarası İctimai Nəqliyyat İttifaqı (1946), Dövlətlərarası Avtomobil Nəqliyyatı İttifaqı (1948), Uzaq Məsafəyə Yük Maşınları Sürücüləri İttifaqı (1957) və b.-nın fəaliyyəti prioritet rol oynayır.


Ölkələrarası daşınmaların tənzimlənməsində qayda-nın unifikasiyası avtomobil nəqliyyatına tətbiqi geniş forma-

134


Beynəlxalq nəqliyyat əməliyyatları

laşmışdır. Onlardan bir-çoxunun yoxlanılması diqqəti cəlb edir.


Prinsipial ünsür odur ki, bir dövlətin avtomobil nəq-liyyatı vasitəsi ölkə hüdudlarını keçərək, digər ölkənin yolu ilə hərəkət edir. Həmçinin, ölkələrarası avtomobil əlaqəsinin inkişafı və onun təhlükəsizliyinin təmin edilməsi məqsədilə vahid yol hərəkəti qaydası, yol nişanı və işarəsinin bərqərar edilməsi vacibdir. Xarici dövlətin ərazisi ilə daşımaların yeri-nə yetirilməsi, təbii ki, o ölkənin səlahiyyətli orqanlarının müvafiq icazəsinin alınmasını əhatə edir. Həmçinin, gömrük və vergi məsələsinin nizamlanması, eləcə də xarici avtonəq-liyyat vasitəsinə texniki yardım edilməsi məsələsi yaranır. Avtonəqliyyat vasitəsinin dövlət yolu ilə hərəkəti halında onların həmin dövlətin sərnişinləri, vətəndaşları və hüquqi şəxslərinə ziyan verdiyi hallar üçün konkret hüquqi təminat formalaşdırılmasını da tələb edir. Bu cür hüquqi təminatı Rusiya, Azərbaycan və digər dövlətlər də aid edilməklə, bəzi ölkələrin qanunvericiliyində nəzərə alınan avtonəqliyyat va-sitəsi sahiblərinin mülki məsuliyyətlərinin məcburi sığortası, həm də bu sahədə xüsusi saziş formalaşdırır.
Daşınan yüklərin xarakterinə bağlı olaraq, ölkələrara-sı avtomobil daşınmasını aşağıda göstərilən kateqoriyalara ayırmaq olar:
böyük qabaritli, yəni nəqliyyat vasitələrinin ölçüsü nəzərdə tutulmaqla, ölçüsü həmin dövlətin ərazisində nəq-liyyat vasitəsinin onun avtomobil yolu ilə hərəkəti üçün mü-əyyənləşdirilən ölçüdən çox olan yükün beynəlxalq avtomo-bil daşıması; ağır çəkili, yəni nəqliyyat vasitələrinin kütləsi nəzərə alınaraq, çəkisi nəqliyyat vasitələrinin həmin dövlət-də müəyyənləşdirilən çəkisindən və ya nəqliyyat vasitələri-

135


Elçin Eyvazov, Nərminə Balabəyova

nin oxuna düşən ağırlıq həmin dövlətdə müəyyənləşdirilən çox olan yükün ölkələrarası avtomobil daşınmaları;


təhlükəli yükün ölkələrarası avtomobil daşınması, yə-ni onlara xarakterik olan əlamətlərə əsasən daşınma halında insanların sağlamlıqları və həyatları üçün təhlükə yaradan, ətraf təbii mühitə ziyan verə bilən, maddi dəyəri zədələyə və ya məhv oluna bilən maddələr və onlardan hazırlanan məh-sulun daşınması.
Prinsipial əlamətlərdən biri odur ki, hər bir bu kateqo-riya (növ) üzrə daşınma həmin ölkənin qanunvericiliyinin müəyyən etdiyi qaydalarda təqdim olunan xüsusi icazə əsa-sında yerinə yetirilməlidir. Əsas məqsəd, misal üçün, yerli ic-ra hakimiyyəti orqanlarının yol təsərrüfatı sektorunda daşı-yıcıların üzərinə müvafiq yüklərin avtomobil daşımalarını qabaqcadan təyin edilən marşrutlarla həyata keçirmək öhdə-liyi qoymasından ibarətdir. Vurğulamaq olar ki, ağır və iri qabaritli yüklərin dövlətlərarası daşımalarının 3\4 hissəsi Rusiya ilə Finlandiya arasında olur.
Yeni nəqliyyat əlaqələri və daşımaları praktikasında aşağıdakı daşıma növləri vardır:

  1. Yükləmə-boşaltma olmadan




  1. Yükləmə-boşaltma ilə.

Ölkələrarası avtomobil nəqliyyatında məkik daşıma-lar da tətbiq olunur ki, bu, xüsusi əlamətli beynəlxalq daşın-madır. Məkik daşınmalar deyilərkən qabaqcadan təşkil edil-miş sərnişin qrupunun konkret bir ölkənin yola düşmə sahə-sindən digər ölkənin təyinat sahəsinə təkrarlanan gediş və gəliş şərtləri ilə avtobuslarda daşınması anlaşılır. Gediş səfəri etmiş hər bir qrup başqa səfərlin biri ilə yola düşmə sahəsinə geri qaytarılır. Belə daşınma halında ilk qayıdış və sonuncu gediş səfəri sərnişinsiz reallaşdırılır.


136


Beynəlxalq nəqliyyat əməliyyatları

Dövlətlərarası avtomobil yük daşımaları öz üstünlük-lərinə, xarakterinə, o cümlədən təşkil olunma sisteminə görə aşağıdakı 2 kateqoriyaya ayrılır:




  • tramp daşımaları - əsasən, ayrı-ayrı marşrutlarla və yük sahibi ilə razılaşdırılmış vaxtlarda yerinə yetirilir; bu za-man yük göndərilmə ərazisindən təyinat ərazisinə qədər ey-ni nəqliyyat vasitəsilə daşınır; daşımaların bu növü o birilər-dən fərqli olaraq bir üstünlüyə sahibdir və ölkələrarası əlaqə-lərdə avtomobillərlə daşınan yüklərin çox böyük qismi bu daşımalara aid olur;




  • müntəzəm dövlətlərarası xətlərlə kiçik həcmli yük daşımaları - bu zaman yüklərin çatdırılması dəqiq təyin edil-miş marşrutlar üzrə yerinə yetirilir, hərəkət isə qabaqcadan təsdiq olunmuş cədvəllər üzrə olur; daşımaların bu növünün üstünlüyü yüklərin qısa müddət ərzində saxlanması, onların yükalana tez müddətdə təhvil verilməsi və s.-dən ibarətdir.

Ancaq müntəzəm bu yük daşınmasının inkişafı və hə-yata keçirilməsində çox ciddi çatışmazlıqlar da vardır ki, mi-sal üçün, kiçik həcmli yükün daşınmasında son ərazilərdə özünü göstərir:


a) Müntəzəm xəttin başlanğıcı və son məntəqəsində xətti avtomobil qatarının yükləmə və boşaltma əməliyyatın-da uzun müddətli boşdayanmalar;
b) Çox zaman ixrac və idxal yükü arasında eyni nisbə-ti təmin etməyə qadir olmaması;

c) Nəqliyyat vasitəsinin yürüşündən «a» və «b» bən-dində qeyd olunan irəli gələn səmərəli olmayan istifadə.


Qeyd edilənlər iddia etməyə əsas verir ki, mövcud av-tomobil daşınmaları sahəsinin və avtomobil nəqliyyatının dövlətlərarası miqyasda fəaliyyətində yol hərəkəti, yol və müşaiyət sənədlərinin hazırlanmasını, gömrük prosedurları-

137


Elçin Eyvazov, Nərminə Balabəyova

nın icra edilməsini müəyyənləşdirən ümumi qayda və nor-maların, habelə nəqliyyat vasitəsi mülkiyyətçilərinin mülki məsuliyyət şərti və hüduslarına dair unifikasiya olunmuş tə-ləblərin mövcud olmasını və bəzi digər ünsürlər xüsusi rol oynayır. Ancaq ən vacib elementi ölkələrarası avtomobil yüklərin və sərnişin daşınmalarının hüquqi tənzimlənmə mənbəyi hesab olunur.


Nəqliyyat əlaqəsinin necə, bir və yaxud bir neçə da-şınma müqavilələrinə əsasən yerinə yetirilməsindən asılı ola-raq, daşınmaların aşağıda göstərilən növləri ayırd edilir:


  1. Birbaşa,




  1. Birbaşa olmayan,

c)«Ardıcıl» daşıyıcılar tərəfindən, d) Təkrar göndərilmə ilə və s.


Modern dövlətlərarası nəqliyyat, həmçinin avtomobil əlaqələri praktikasında ən çox birbaşa daşımalardan istifadə olunur, başqa sözlə desək bu daşınmalar bir çox daşıyıcı tə-rəfindən yerinə yetirilsə də, vahid daşınma müqaviləsinə əsasən bir daşıma sənədilə rəsmiləşdirilir. Bu daşımaların spesifik xüsusiyyətləri aşağıda qeyd olunub:


  1. Daşıma bir nəqliyyat - daşıma sənədilə rəsmiləşdirilir;




  1. Daşıma sazişlə nəzərdə tutulmuş vahid şərtlər əsa-sında aparılır;




  1. Sərhəd ötürmə məntəqələrində yüklər nəqliyyat təşkilatları tərəfindən təhvil verilir.

Yeni dövlətlərarası avtomobil əlaqələrində daşıyıcılar tərəfindən icra edilən yük daşımalarının üstünlüklərindən biri də onların birbaşa və birbaşa olmayan əlaqədə daşımalar arasında aralıq mərhələ təşkil etməsidir. Bu daşımaların va-cibliyi birbaşa əlaqənin yoxluğu və ya hərəkət cədvəlinin yük sahibləri üçün uyğun olmamasından qaynaqlanır. Belə

138


Beynəlxalq nəqliyyat əməliyyatları

olduqda bir neçə daşıma müqaviləsi imzalamaq lazım olur ki, nəticədə bu daşımaların bu növünü birbaşa olmayan daşı-ma növünə yaxınlaşdırır, lakin həmin vaxt ortaq daşıyıcıla-rın ümumiliyi formalaşa bilər ki, bu da birbaşa olmayan da-şınmalara məxsus deyil, özünü onlara verilən tələblərin xü-susi qaydasında və onların məsuliyyətinin vahid şərtlərində göstərir. Bu hal isə ardıcıl daşıyıcılar tərəfindən yerinə yetiri-lən daşıma növünü birbaşa əlaqədəki daşıma növünə yaxın-laşdırır.


Bununla yanaşı, «bir neçə müntəzəm daşıyıcı tərəfin-dən reallaşdırılan daşınma, əgər hər iki tərəf də ona vahid əməliyyat kimi baxırlarsa, müqavilə ilə rəsmiləşdirilməsin-dən asılı olmayaraq, vahid daşıma hesab olunur»
O cümlədən, daşıma müqavilələri dövlətin ərazisin-dən kənarda reallaşdırılan zaman da bu cür daşınmalar ölkə-lərarası daşıma hesab olunur. Tələblər birinci və sonuncu da-şıyıcıya, eyni zamanda konkret nəqliyyat prosesi qismində daşıma qaydalarının pozulmasında məsuliyyət daşıyan daşı-yıcıya verilə bilər.

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin