Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə7/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   2   3   4   5   6   7   8   9   10   ...   27
Xüsusi yüklər

Hava daşımalarında sərnişin tarifi, havada daşınan bir sərnişin və ona məxsus baqajın başlanğıc hava limanın-dan axıraeroporta təyin olunmuş marşruta və xidmət sinifinə görə yerinə yetirilən tarifdir. Sərnişin tarifləri sayca çox bö-yük qruplara, dərəcələrə və növlərə bölünür.


Ən əsası odur ki, sərnişin aviabileti iki yerə bölünür (böyük və usaq). Səviyyəsinə göstərilən xidmətlərə görə sər-nişin daşıma tarifi bir neçə sinifə bölünür:


  1. Birinci sinif -dərəcə




  1. Turist sinifi-dərəcə




  1. Lüks sinifi-dərəcə




  1. Ekonom sinifi- dərəcə




  1. Biznes sinifi-dərəcə

Marşrutdan asılı olaraq tarif bu növlərə bölünür:




  1. Bir tərəfə (ora)




  1. İki tərəfə ( ora və geri)




  1. Dairəvi marşrutla (dairəvi tarif)

84


Beynəlxalq nəqliyyat əməliyyatları



  1. Dairəvi qapanmayan marşrutla( dairəvi qapanma-

yan tarif)


Güzəştlərin tətbiqinə görə sərnişin tarifləri iki yerə bölünür: normal və xüsusi sərnişin tarifləri. Bu tariflər məlu-mat kitablarında olub, olmamasından asılı olmayaraq iki ye-rə bölünür. Bunlar çap olunmuş və çap olunmamaış tariflər-dir. Beynəlxalq daşımalarda tarifdən güzəştlər çox geniş ya-yılmışdır.
Kanada, Meksika, ABŞ və Avropa arasında


  1. Uşaq 75%




  1. Körpə 10%

Digər ərazilərdə




  1. Uşaq 67%




  1. Körpə 10%

Əgər uşaq üçün 10% aviabilet əldə edilibsə onda pul-suz baqaj daşıması bu biletə düşmür və aid olunmur. Uşağın yaşı uçuş günü müəyyən olunur və aviabiletin kuponunda göstərilir. Əgər uşağın yaşı uçuş vaxtı və ya geri dönərkən dəyişibsə bu halda heç bir hesablaşma aparılmır.


Tariflərin sinifləri. Beynəlxalq daşımalarda sərnişin tarifinin kəmiyyətləri təyyarə salonunda sərnişinə göstərilən sinif xidmətləri ilə təyin olunur. Siniflər arasındakı fərq sər-nişinlərə göstərilən xidmətlərdən asılıdır (pulsuz baqaj nor-ması, oturacaq kresloları arasındakı məsafə, kreslonun ölçü-ləri, qida norması, gündəlik qəzet və jurnallar, video göstər-mək, suvenirlər və i.a.). Hal hazırkı şəraitdə beynəlxalq hava xətlərində bu tariflər tətbiq olunur. Birinci sinif tarifi - birinci sinif təyyarələrində və birinci sinif salonlarında qarışıq təy-yarələrdə tətbiq olunur. Bu əsas tariflər sinifidir. Hal hazırda AZAL aviaşirkəti beynəlxalq daşımalarda bu tariflərdən isti-fadə edir.

85


Elçin Eyvazov, Nərminə Balabəyova

Turist tariflər sinifi əsasən təyyarələrin turist sinifinə ayrılmış salonlarına və ya qarışıq təyyarələrdə turist tarifi ilə daşınır. Ekonom sinif tarifi əsasən Atlantik okeanından uçan aviaşirkətlər üçün tətbiq olunur. Bu tarif digər tariflərdən (turist tarifindən 19% ucuz) fərqli olaraq çox ucuz olur. Xüsusi güzəştli sərnişin və yük tarifləri. Xüsusi güzəştli sər-nişin və yük tarifləri əsasən sərnişin daşımalarının artırılması və ya yük daşımalarının çoxalması üçün tətbiq olunur. Gü-zəştli tariflər mövsüm və ya il ərzində tətbiq edilə bilər və bu əsasən az yüklənmiş marşrutlar üzrə istifadə edilir. Hal-ha-zırda çox istifadə edilən xüsusi sərnişin tarifləri bunlardan ibarətdir:




  1. Emiqrant tariflər




  1. Ailəvi tariflər




  1. Mövsümi tariflər




  1. Gecə tarifləri




  1. Bayramqabağı tariflər




  1. Səyahət tarifləri




  1. Həvəsləndirmə tarifi.

Xüsusi tariflər çap olunmuş sayılır. Emiqrant tariflər - hər hansı bir şəxsin bir ölkədən, digər ölkəyə həmişəlik yaşa-mağa getdiyi zaman istifadə olunan tariflərdir. Ailə tarifləri əsasən təyin olunmuş marşrutla uçan ailə üzvlərinin bir yer-də və təyyarədə uçmasıdır. Mövsümi tariflər əsasən sərnişin-ləri hava xəttinə cəlb etmək üçün əsasən qış aylarında tətbiq edilir. Bu tarifə güzəşt 15% əvvəlcədən əlavə olunduğundan əlqavə güzəşt olunmur. Gecə tarifləri əsasən 21:00-8:00 kimi tətbiq edilir. Bu sərnişinlərə gecə tariflərində güzəştlər ancaq kiçik məsafəli hava xətlərində tətbiq olunur. Yeni il tarifi - əsasən bir çox aviaşirkətlərdə marşrutlara sərnişin cəlb edil-məsi üçün tətbiq olunur və yeni il qabağı istifadə edilir. Bu


86


Beynəlxalq nəqliyyat əməliyyatları

aviabiletlər aviaşirkət tərəfindən təyin olunmuş marşrutlar-da satılır. Aviabiletin istifadə müddəti 10 gündür. Satılan bi-letlər (ora) 25-31 dekabr, geriyə isə 31-3 yanvara kimi həqiqi-dir. Satılan aviabiletlərin tarifləri güzəştlidir və (ora və geri-yə) 40% güzəştlə satılır.


Səyahət tarifləri - əsasən az yüklənən aviamarşrutlar-da istifadə olunur. Satılan aviabiletin müddəti 15 gündən 30 günə qədər olur. “Ora və geriyə” olan aviabiletlər normal ta-riflərdən 33% güzəştlə satılır. Həvəsləndirmə tarifi - aviaşir-kətlər tərəfindən hər hansı zəif doldurulmuş aviaxəttə tətbiq edilən xüsusi tariflərdir. Bu halda İATA -nın razılığı ilə avia-şirkət tərəfindən təsdiq edilmiş güzəşt 62,5%, normal aviabi-letin tarifindən az olmamaq şərtilə qəbul edilir. Aviabiletin istifadə müddəti 22 gündür. Bu tarifin istifadəsi üçün aviaşir-kət əvvəlcədən İATA-ya xəbər çatdırılmalıdır.
5.4. Hava gəmilərinin fraxt olunması, çarter aviada-şımaları, qeyri-müntəzəm daşımalar

Aviauçuşların iki növünü fərqləndirmək olar:


-müntəzəm aviadaşımalar (uçuşlar);
-müntəzəm olmayan aviadaşınmalar (uçuşlar).
Müntəzəm aviadaşınmalar əvvəlcədən tərtib edilmiş cədvələ uyğun şəkildə, müqavilə aviaxətləri üzrə aparılan daşımalardır. Daşınmanın bu növü müntəzəm reyslərə əsa-sən icra edilir.
Cədvəldə hər bir uçuşun marşrut xətti, aralıq dayana-caq məkanları (məntəqələri), uçuş vaxtları, təyinat yerinə çat-ma müddəti və hava gəmilərinin tiplər göstərilir. Müntəzəm reyslərin icra edilməsinin bu cür şərtləri yalnız razılıq əldə edən ölkələrin qarşılıqlı sazişinə əsasən dəyişdirilə bilər.

87


Elçin Eyvazov, Nərminə Balabəyova

Müntəzəm olmayan aviadaşımalarda isə birdəfəlik uçuşa icazə qaydası ilə icra edilir. Daşımanın bu növünün əsasında çarter aviadaşıması durur. Hava çarteri (aviaçarter) ilə əlaqəli münasibətlər xüsusi xarakterə malik müqavilə ilə rəsmiləşdirilir. Bu müqaviləyə hava çarteri müqaviləsi (avia-çarter müqaviləsi) deyilir. Həmin müqaviləyə hava gəmisini fraxtetmə müqaviləsi, həm də hava gəmisinin kirayələnməsi müqaviləsi deyilir.


Aviaçarter müqaviləsinə əsasən, tərəfin biri (kirayəyə verən) sərnişinlərin, yüklərin, baqajların daşınması və ya başqa məqsədlər üzrə bir hava gəmisi tutumunun haqqını ödəməklə, tam və yaxud qismən bir və yaxud bir neçə reysə görə digər tərəfə (kirayə edənə) verməyi öhdəsinə alır.
Kirayəyə verən şəxs hava gəmisinə sahib olan mülkiy-yətçi aviaşirkətdir. Kirayə edən isə sifarişçi kimi çıxış edir. Bu şəxsi hava gəmisini fraxtedən də adlandırırlar. Kirayəyə verən və kirayə edənlər aviaçarter müqaviləsinin tərəfləri he-sab olunur. Müqavilə də məhz onların arasında bağlanılır.
Heyət nöqteyi nəzərindən dəniz çarter müqaviləsində olduğu kimi, aviaçarter müqaviləsi də iki növə ayrılır:

-heyətsiz hava gəmisi üzrə fraxtetmə müqaviləsinə (heyətsiz aviaçarter müqaviləsinə);


-heyətlə birgə hava gəmisini fraxtetmə müqaviləsinə (heyətlə birgə aviaçarter müqaviləsinə).
Heyətsiz aviaçarter müqaviləsinə əsasən, hava gəmi-sinə sahib olan mülkiyyətçi (kirayəyə verən) şərtləşdirilmiş haqqın müqabilində hava gəmisini heyətsiz şəkildə fraxt edənin (kirayəçinin) istismarına verməyi öhdəsinə götürür. Heyətlə birgə aviaçarter müqaviləsinə əsasən, hava gəmisinə sahib olan (kirayəyə verən) konkret haqq əldə etməklə hava

88


Beynəlxalq nəqliyyat əməliyyatları

gəmisini heyətlə birgə fraxtedənin istifadəsinə verməyi öh-dəsinə alır.


Aviaçarter daşımaları üzrə hüquqi rejim iki əsas mə-sələdən ibarətdir. Bunlardan birincisi aviaçarter daşımaları üzrə təşkilatlanma məsələsidir. Aviaçarter daşımaları üzrə təşkilatlanma dedikdə uçuşun yerinə yetirilməsinə icazə ve-rilməsi, marşrutun müəyyənləşdirilməsi, uçuşların dövriliyi və digər məsələlər anlaşılır. Bu məsələləri müəyyən etmək üçün mülki aviasiya üzrə dövlət idarəetmə orqanlarının akt-larına istinad olunur.
Aviaçarter daşımaları üzrə hüquq rejimini əhatə edən ikinci məsələ çarterin kommersiya şərtlərinə məxsusdur. Aviaçarter daşımaları üzrə kommersiya şərtlərini iki üsulla müəyyən etmək olar.
Birinci üsulun mahiyyəti ondan ibarətdir ki, müvafiq qaydalar aviaşirkətlərin tarif və qaydalarına daxil edilir. Bu-rada çarter münasibətlərinə müfəssəl olaraq yox, qısa şəkildə yanaşma mövcuddur. Belə ki, aviaşirkətlərin tarifləri və qay-daları üzrə əsas diqqət gələcək daşınma (istər sərnişin daşın-ması, istərsə də yük daşınması) şərtlərinin müəyyənləşdiril-məsinə yönəlir. Odur ki, aviaçarter üzrə tərəflərin (hava gə-misi sahibi və fraxtedənin) arasındakı qarşılıqlı əlaqələr bu-rada geniş səviyyədə nizamlanmır.
Kommersiya şərtlərinin müəyyən edilməsində ikinci yol çarter profor-malarındır. Söhbət aviaçarter müqaviləsi üzrə birtipli proformalardan gedir. Məhz həmin müqavilə çarterin özünün mahiyyətini, çarter iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir.
Çarter proformaları ayrı-ayrı aviaşirkətlər tərəfindən müstəqil şəkildə hazırlanır. O, nümunəvi müqavilə olaraq çı-xış edir. Odur ki, çarter müqaviləsi bağlanarkən iştirakçı tə-

89


Elçin Eyvazov, Nərminə Balabəyova

rəflər ona əlavələr edə bilərlər. Deməli, aviaçarterin şərtləri çarter proformalarında nəzərə alınır. Çarter proformalarında aşağıdakı şərtlər üzrə razılığa gəlinir:


-fraxt edilən hava gəmisinin xüsusiyyətləri;
-hava gəmisindən istifadəyə əsasında ödəniləcək frax-tın (haqqın) dəyəri;
-hesablaşma qaydaları;
-uçuşun marşrut istiqaməti və vaxt cədvəli;
-nəqliyyat sənədləşdirilməsinin rəsmiləşdirilməsi;
-icra edilməsi mümkün olmadıqda müqavilənin vax-tından qabaq xitam olunması;
-hava gəmisinə sahib olan mülkiyyətçinin məsuliyyət daşıması;

-daşıma müqaviləsinə tətbiq ediləcək hüquq.


Çarter proformalarında nəzərə alınan mühüm şərtlər-dən biri də nəqliyyat sənədləşdirilməsidir. Daşınmanı rəsmi-ləşdirən nəqliyyat sənədi aviaşirkət tərəfindən hava gəmisi kirayəyə verilərkən tərtib olunur.
Çarter proformaları üzrə nəzərdə tutulan mühüm şərtlərdən biri də fraxt sayılır. Fraxt anlayışını, bir qayda ola-raq, hava gəmisindən istifadə müqabilində ödənilən haqq ki-mi müəyyən edirlər. Bu cür haqqı çarter proformalarında məhz fraxt adlandırmaq qəbul edilmişdir. Fraxt hava gəmisi üzrə saat və ya reys ilə istifadə meyarı əsasında hesablanır.
Fraxt ödənişini qarşılamaq üçün yükə girov hüququ tətbiq edilir. Əgər fraxt ödənilmirsə, onda bu hüquqdan isti-fadə edilir. Fraxtın ödənilməsində təminat üsulu kimi yükə girov hüququ çıxış edir. Bir sıra çarter proformaları demerec barədə şərtin qəbulunu nəzərdə tutur. Həmin şərtə əsasən, hava gəmisi əsassız olaraq yubandıqda ödənilən haqqı de-merec adlandırılır.

90


Beynəlxalq nəqliyyat əməliyyatları

Çarter proformaları zamanı nəzərə alınan mühüm şərtlərdən biri də daşıyıcının məsuliyyət hissidir. Əgər daşı-yıcının təqsiri varsa, o, məsuliyyət daşıyır. Çarter proforma-ları zamanı daşıyıcının məsuliyyətdən azad edilməsi halları-nın siyahısı tərtib edilir. Daşıma müqaviləsinə əsasən daşıyı-cının məsuliyyət hissi ya aviaşirkətin daşınma qaydaları üz-rəŞ, ya da Varşava Konvensiyası qaydaları ilə müəyyənləşdi-rilir.


Aviaçarter daşımaları tənzimlənərkən kollizion bağ-lantılardan istifadə edilə bilərmi? Onu da qeyd edək ki, kolli-zion bağlantıların (bağlamaların) tətbiqi həmin növ daşıma-lar qaydaya salınarkən həyata keçirilir. Lakin kollizion bağ-lantının hansı növlərindən istifadə edilməsi haqqında alimlər birmənalı danışmırlar. Hüquqi ədəbiyyatda aşağıdakı kolli-zion bağlantıların tətbiqi təklif olunur:
-əşyanın mövcud olduğu yerin qanunları; -hava gəmisi bayrağının qanunları; -daşınmanı tənzimləyən qanunlar;
-hava gəmisini verən aviaşirkətlərə məxsus qanunlar (qaydalar).

Çarter uçuşları praktiki baxımdan aviafraxtetmə (çar-ter) bazarında yaranmışdır. Dünya üzrə ən iri beynəlxalq çarter daşınma bazarı dedikdə Avropa Mülki Aviasiya Konf-ransına (AMAK-a) daxil edilmiş 22 Qərbi Avropa dövlətləri-nin arasında yerinə yetirilən daşınmanı nəzərdə tutmaq la-zımdır. İkinci tərəfdən, Şimali Atlantika vasitəsilə aparılan çarter daşımaları da bu aspektdə həyata keçirilən beynəlxalq bazarlardan sayılır. ABŞ üzrə aparılan çarter daşımaları da iri həcmli bazar sırasına aiddir.


Çarter aviadaşımalarında getdikcə artan inkişafın əsa-sında nə durur? Onu da qeyd edək ki, hava daşınmalarına

91


Elçin Eyvazov, Nərminə Balabəyova

olan tələbat, xüsusilə də turizm mövsümündə hər zaman nisbətən çox olur. Bu tələbat çarter aviadaşımalarının tərəq-qisini şərtləndirir və ona təsir edir.


5.5. Beynəlxalq aviadaşımaların hüququ tənzimlən-
məsi
Beynəlxalq hava daşımaları yönümündə ilk beynəl-xalq sənəd kimi Hava Naviqasiyası barədə 1919-cu ildə Paris Konvensiyası olmuşdur. Bundan sonra isə 1926-cı ildə olmuş Madrid Konvensiyasını, Kommersiya aviasiyası barədə 1928-ci ildəki Havana Konvensiyasını, 1935-ci ildəki Buenos-Ay-res Konvensiyasını, 1936-cı ildəki Buxarest Konvensiyasını, 1937-ci ildəki Zeman Sazişini və digər beynəlxalq sənədləri qeyd etmək olar.
Beynəlxalq hava daşımaları bəzi beynəlxalq normativ aktlarla nizamlanır ki, onların da külliyyatı hava daşımaları-nın tənzimlənməsi üzrə beynəlxalq sistemi formalaşdırır.
Bu sistemin əsasında 1929-cu ildə qəbul olunmuş Bey-nəlxalq hava daşımaları üzrə bəzi qaydaların unifikasiyası məqsədi daşıyan Konvensiya (Varşava Konvensiyası) durur.


  • Daha sonra bu sıraya Varşava Konvensiyası 1955-ci ildə Haaqa Protokolunu,

-1961-ci ildəki Qvadalaxara Konvensiyasını,


-1971-ci ildəki Qvatemala Protokolunu daxil etmişdir. -1975-ci ildə dörd Monreal Protokolu əlavə edilmiş-dir. Sadalanan sənədlər beynəlxalq hava daşınmalarının bə-
zi qaydalarını vahid formada unifikasiya etmək üçün 1999-cu ildəki Monreal Konvensiyasında konsolidə edilmişdir.
Bununla yanaşı, Varşava sisteminə Qvatemala Proto-kolunu (1971-ci il) da daxil etmək lazımdır. Lakin hələ də in-diyə kimi nə göstərdiyimiz bu Protokol, nə də bir az əvvəl

92


Beynəlxalq nəqliyyat əməliyyatları

qeyd etdiyimiz dörd Protokol Əlavələri qüvvəyə minməmiş-dir. Bu isə o deməkdir ki, Varşava sisteminə qüvvədə olan normativ-hüquqi aktlarla yanaşı, formal cəhətdən qüvvədə olmayan aktları da daxil etmək lazımdır.


Varşava Konvensiyasını beynəlxalq hava daşımaları sahəsində mühüm beynəlxalq saziş kimi qəbul etmək lazım-dır. Bu Konvensiyanın üstünlüyü onun istər yük daşımaları, istərsə də sərnişin daşımaları üzrə hüquqi şərtləri və rejimi müəyyən etməsidir. 1929-cu ilin 12 oktyabr tarixində Varşa-va şəhərində imzalanmış həmin Konvensiya indi də qüvvə-dədir. SSRİ Varşava Konvensiyasının layihəsinin tərtib olun-masında xüsusi rol oynayaraq, onu 1934-cü ildə ratifikasiya etmişdi. Müasir dövrdə Varşava Konvensiyasında 120 dövlət var.
1955-ci ilin 28 sentyabr tarixində Haaqa şəhərində im-zalanan Protokol bu Konvensiyanın təkcə bəzi hüquqi boş-luqlarını doldurur, təzə bir qayda yaratmır. Odur ki, Haaqa Protokolunu Varşava Konvensiyasının əsas hissəsi kimi qə-bul etmək olar.
Varşava Konvensiyasında iştirakçı olan dövlətlərin bir çoxu Haaqa Protokoluna dəstək olmuşlar. Bu Protokolda 100-dən artıq dövlət görmək mümkündür. Böyük aviasiya dövlətlərindən ancaq ABŞ Haaqa Protokoluna dəstək olma-mışdır. Bununla belə, regionların hamısında beynəlxalq hava daşımalarının şərtləri, Haaqa Protokolunun və Varşava Kon-vensiyası normaları ilə müəyyənləşdirilir.
AR 1999-cu ildən etibarən Haaqa Protokoluna, Varşa-va Konvensiyasına və 4 Əlavə Protokola qoşulmuşdur.
Varşava Konvensiyası ancaq iştirakçı dövlətlərin ara-sındakı hava daşımalarını qaydaya salır. Konvensiyanın mü-əyyənləşdirdiyi normalar bura qoşulan dövlətlə qoşulmayan

93


Elçin Eyvazov, Nərminə Balabəyova

dövlət arasında yerinə yetirilən daşımalara tətbiq olunmur.


Bu Konvensiya poçt daşımalarını tənzimləmir.
Qeyd olunduğu kimi, Varşava Konvensiyasına əsasən beynəlxalq hava daşımalarının şərtlərini (istər yük, istərsə də sərnişin daşıma şərtlərini) təyin edən əsas beynəlxalq müqa-vilədir. Ancaq o, hava daşımalarının şərtlərinin hamısını tən-zimləmir və təyin etmir. Varşava Konvensiyası ancaq hava daşıması sektorunda ortaya çıxan əsas məsələləri yoluna qo-yur. Bu məsələlər isə aşağıdakılardır:
-daşıma müqaviləsini;
-daşıyıcının məsuliyyətini;
-daşıyıcıya irad və iddia verilməsi.
Daşınma müqaviləsi Varşava Konvensiyası üzrə niza-masalma predmetinə daxil edilən əsas məsələlərdən biri sa-yılır. Varşava Konvensiyası ilə istər yük daşınması müqavi-ləsi, istər sərnişin daşınması müqaviləsi, istərsə də baqaj nəq-li müqaviləsi qaydaya salınır.
Varşava Konvensiyasına əsasən, iki tərəf (müştəri və daşıyıcı) arasındakı qarşılıqlı əlaqələr müqavilə xarakterlidir. Beynəlxalq hava nəqliyyatı ilə yük nəqli müqaviləsi hava nəqliyyat sənədinin, hava sərnişin daşınması müqaviləsi mi-nik biletinin, hava baqaj daşınması müqaviləsi isə baqaj qəb-zinin əsasında baş tutur. Onlar daşıma müqaviləsinin qeyd edilən bütün növlərini rəsmiləşdirən, onların imzalanma fak-tını və varlığını təsdiqləyən daşıma sənədləridir və müqavilə sənədləri sayılır. Belə ki, bu sənədlər daşıyıcı və müştəri ara-sındakı sadə yazılış formasında beynəlxalq daşınma müqavi-ləsi imzalanmasını bildirir. Varşava Konvensiyasında «qai-mə» terminindən istifadə edilmir. «Hava qaiməsi» (air - way bill) anlayışı kommersiya dövriyyəsinə sonralar əlavə olun-muşdur. Nəticədə, həmin anlayışdan BHNA tərəfindən nəq-

94


Beynəlxalq nəqliyyat əməliyyatları

liyyat sənədinin forması tərtib olunanda istifadə edilməyə başlanılmışdır.


Konvensiyanın vasitəsilə daşınma sənədlərinin rekvi-zitləri müəyyənləşdirilir. Lakin Haaqa Protokolunda rekvi-zitlərin dairəsi xeyli dərəcədə məhdudlaşdırlıır. Hər bir avia-yük qaiməsinin üç əsl nüsxədə tərtib olunması və yüklə bir-likdə təqdim edilməsi tələb olunur. Qaimənin tərtibatı yük sahibi (yükgöndərən) tərəfindən aparılır. O, qaimədə məlu-matları tam şəkildə və düzgün olaraq qeyd etməlidir. Yük-göndərən bu məsələyə görə məsuliyyət daşıyır. Əgər ziyan yükgöndərən tərəfindən qaimədə informasiyanın tam və düzgün göstərilməməsinin nəticəsi kimi vurulmuş olarsa, onda onun əvəzi yükgöndərən tərəfindən ödənilməlidir. Aviaqaimə sübutedici xarakter daşıyır. Belə ki, o, yükdaşın-ması müqaviləsinin bağlanmasını, yükün qəbul edilməsini, çəkisini və ölçüsünü, qablaşdırılmasını və yerlərin sayını təs-bit edir.
Konvensiya yük barəsində mala sərəncamvermə sə-nədinin tərtib edilməsinə qadağa qoymur və buna əngəl tö-rətmir. Bu qaydanın Varşava Konvensiyasına Haaqa Proto-kolunun vasitəsilə daxil edilməsi təmin edilmişdir. Lakin hə-min qaydanın təcrübədə indiyə qədər tətbiqinə və ondan is-tifadəsinə rast gəlinməyib. Üç nüsxədə tərtib edilmiş avia-qaimənin birinci nüsxəsi daşıyıcıya məxsusdur və onun yük-göndərən tərəfindən imzalanması tələb edilir. İkinci nüsxə yükalandan ötrü nəzərdə tutulmaqla, yükgöndərən tərəfin-dən imzalanaraq yükü müşayiət edilir. Üçüncü nüsxə daşıyı-cı tərəfindən təsdiq olunur və yükün daşınma üçün qəbulun-dan sonra yükgöndərənə təqdim edilir. Daşıyıcı tərəfindən yükün qəbulu onun imzası ilə və yaxud müvafiq ştempellə

95


Elçin Eyvazov, Nərminə Balabəyova

təsdiqlənir və qaiməyə yük hava gəmisinə vurulana qədər qoyulur.


Yükgöndərən tərəfindən aviayük qaiməsinə bir sıra sənədlər də əlavə edilməlidir. Bu sənədlər sərhəd, gömrük, eləcə də polis rəsmiləşdirməsindən ötrü əhəmiyyətə malik-dir. Daşıyıcının bu sənədlərin tamlığını və etibarlılığını (hə-qiqiliyini) yoxlamaqda heç bir məsuliyyəti yoxdur. Yükgön-dərən isə qaiməyə əlavə olunan (qoşulan) sənədlərin olma-masında, düzgün tərtib edilməməsində və yaxud dəqiqliyi-nin təmin edilməməsində daşıyıcı qarşısında məsuliyyətə malikdir. O, bunların nəticəsində dəyən ziyanın əvəzini ödə-məyə borcludur. Aviayük qaiməsinə aşağıdakı məlumatlar toplusu daxil olunmalıdır: yükün göndərildiyi məkan, yü-kün təyinat məkanı, dayanacaq məntəqələri, yükgöndərənlə-rin adları və ünvanları, yükalanların adları və ünvanları, bi-rinci daşıyıcının adı, habelə ünvanı, yükün xarakterik cəhət-ləri, yerin sayı, qablaşdırma metodları, nişanlamanın (mar-kalamanın) xüsusiyyətləri, daşınan malların (yüklərin) çəki-si, miqdarı, həcm və ölçüləri, Varşava Konvensiyası ilə mü-əyyənləşdirilən məsuliyyətə aid qaydalar əsasında daşınma-nın yerinə yetirilməsi barədə göstəriş (bu cür göstəriş olma-dığı halda, daşıyıcının məsuliyyətini məhdudlaşdıran Kon-vensiya normalarına istinad etmək olmaz, odur ki, həmin göstəriş sanksiya rolunda çıxış edir ki, həmin sanksiya qai-mənin zəruri qaydada tərtib edilməsinə təkan verir). Daşınma sənədləri BHNA (Beynəlxalq Hava Nəqliyyatı As-sossasiyası) tərəfindən hazırlanan birtipli proformalara uy-ğun gələn formada tərtib olunur. Dünyanın əksər aviaşirkət-lərində beynəlxalq hava daşımaları zamanı məhz bu forma-dan istifadə edilir. Bu isə daşıma sənədlərinin vahid formada

96


Beynəlxalq nəqliyyat əməliyyatları

tərtib edilməsinə və aviadaşıyıcılar arasında qarşılıqlı sayıl-masına səbəb olur.


Varşava Konvensiyasına əsasən, daşıma sənədlərinin olmaması, düzgün tərtib edilməməsi və ya itməsi daşınma müqaviləsinin etibarlılığına təsir etmir. Belə halda da daşın-ma müqaviləsi Varşava Konvensiyasının tənzimləmə pred-metinə aid ediləcəkdir.
Beynəlxalq hava daşınmaları sahəsində beynəlxalq müqavilələrlə bərabər beynəlxalq hüquqi adətlər də özünün aktuallığını saxlamaqdadır. Çünki, 1944-cü ildə Çikaqo Kon-vensiyasının iştirakçısı olmayan ölkələr üçün bir sıra norma-lar, misal olaraq, ölkənin özünün milli hava məkanı üzərin-dəki suverenlik prinsipi məhz «adət-hüquq» statusunu qoru-yub saxlayır.
Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) - Çikaqo Konvensiyasına uygun olaraq 1944-ci il 7 dekabrda yaradıl-mışdır və 1947-ci ildən qüvvədədir. Hüququ statusuna görə hökumətlərarası təşkilat sayılır. BMAT-a üzv olmaq məqsə-dilə müvafiq dövlət BMT-dən razılıq almalıdır. Onun iqa-mətgahı Kanadada Monreal şəhərində yerləşir. Təşkilatda 200-ə yaxın üzv ölkələr mövcuddur. Keçmiş SSRİ 1970-ci il-dən etibarən onun üzvü olmuşdu. BMAT 1947-ci ilin oktyabr ayından EKOSOS-un (İqtisadi və Sosial Şuranın) çərçivəsi daxilndə BMT-nin xüsusi təşkilatı (agentliyi) olaraq fəaliyyət göstərir.
BMAT-ın məqsədləri sırasına aşağıdakıları aid etmək

Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin