Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə3/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   2   3   4   5   6   7   8   9   ...   27

29


Elçin Eyvazov, Nərminə Balabəyova


II MÖVZU

MALLARIN DAŞINMASININ BAZİS ŞƏRTLƏRİNİN ONLARIN NƏQL EDİLMƏSİNİN TƏŞKİLİNƏ TƏSİRİ. İNKOTERMS


2.1. Daşınmanın bazis şərtinin məqsəd və vəzifələri. “İnkoterms” alqı-satqı müqaviləsinin əsas hissəsi kimi

Alqı-satqı müqavilələrində nəqletmə ilə bağlı logistik xərclərə təsir göstərən mühüm komponentlərdən biri məhsul yollamanın bazis şərtləri sayılır. Bu bazis şərtləri yüklərin sı-ğortalaşdırılması, gəmilərin fraxtası, yükdaşımalar zamanı məhsulların verilməsi yaxud itirilməsi ilə əlaqədar meydana gələcək risklərin satıcı və alıcılar arasında bölüşdürülməsi, gömrük rəsmiləşdirmələrinin reallaşdırılması və yüklərin nəql olunması ilə bağlı işlər üzrə tərəflərin məsuliyyəylərini müəyyən edir. Bazis şərtləri tərəflər arasında yükün nəql olunması istiqamətində mübahisələrin olmasına zəmin ya-ratmır və logistik dövrənin başlanğıc mərhələsindən son mərhələsinədək yük daşımalarda tərəflərin icra etdiyi vəzifə və funksiyanı qabaqcadan müəyyən edir. Ona görə ki, adə-tən müqavilələrdə iştirak edən tərəflər müvafiq dövlətlərin ticarət qaydalarında olan fərqli cəhətlər barəsində tam məlu-mat əldə etmirlər. Bu isə anlaşılmazlıqların, mübahisələrin yaranmasına, məhkəmə araşdırmalarının aparılması ilə əla-qədar vaxt və maliyyə vəsaitləri sərf edilməsinə, işgüzar mü-


30


Beynəlxalq nəqliyyat əməliyyatları

nasibətlərin pisləşməsinə səbəb olur. Bazis şərtləri, xarici ti-carət kontraktında zəruri bəndlərdən olan nəqliyyat şərti ilə müəyyən edilir. Onlar nəqliyyat xidmətinin ödənilməsində ilkin şərtin izah olunmasında alıcılar ilə mal göndərənin ara-sındakı ziddiyyətin istisna edilməsi məqsədi üçün vacibdir. Bazis şərti Beynəlxalq Ticarət Palatası tərəfindən tərtib edil-miş, 1980-cı ildə Vena konvensasiyası ilə bəyənilmiş, təsdiq edilmiş və ümumbeynəlxalq genişlənməyə malikdir. Ba-zis şərtinin məzmun və nəqledilmə haqqında danışığın vacib termini, əmtəə nəql eolunmasında on üç bazis şərtinin vur-ğulandığı “İnkoterms” (1993-cü il) beynəlxalq qaydada qeyd olunmuşdur. Onda yükün nəqli prosesində tərəflərin vacib hüquqları və vəzifələri təyin olunmuşdur. Onların əsas məz-munu yük çatdırılmaları, onların tranzitləri, yüklənmələri, boşaldılmaları, qablaşdırılmaları və markalanmaları ilə əla-qədar olan dövlətlər arasında xərcin bölünməsi, gediş istiqa-mətində əmtəənin sığortalanması ilə müəyyən edilir.


Bazis şərtləri nəqletməyə görə dörd qrupda birləşirlər:


  1. Əsas xərclərə görə,




  1. Yüklənməyə görə,




  1. Sığortaya görə,




  1. Gömrük rəsmiləşdirilməsinə görə əsas payın kimin

üzərinə düşməsinə görə.


Belə problemləri həll etmək üçün Beynəlxalq Ticarət Pa-latası (International Chambers of Commerce) 1936-cı ildə Ti-carət Terminlərinin Təfsirinin Beynəlxalq Qaydalarını təq-dim etmişdir. Həmin qaydalar sonralar «İnkoterms - 1936» kimi tanınmışdır. Beynəlxalq ticarətin yeni təcrübəyə uyğun-laşdırılması üçün 1953-cü, 1967-ci, 1976-cı, 1980- ci, 1990-cı, 2000-cu, 2010-cı illərdə «İnkoterms» - ə yeniliklər və əlavələr olunmuşdur.

31


Elçin Eyvazov, Nərminə Balabəyova

INCOTERMS (international commercial terms-beynəl-xalq ticarət sövdələşməsi) ideyası 1921-ci ildə Beynəlxalq Ti-carət Palatası (BTP) tərəfindən verilmişdir. BTP-nin mütəxəs-sislərinin tərtib etdiyi İNCOTERMS-in ilk versiyası 1936-ci il-də dərc edilmiş və 20 il qüvvədə qalmışdır. 1967, 1976, 1980, 1990, 2000 illərdə sənədə bir çox əlavələr olunmuşdur və bəzi hissələri dəyişdirilmişdir. Bu sənədin ən son versiya-sı olan “İNCOTERM 2010” 2011-ci il yanvar ayının 1-dən eti-barən tanınmışdır.


Məhsulun satışı və çatdırılması üzrə bağlanan xarici və yerli müqavilə çərçivəsində tərəflərin müvafiq öhdəliyi, həmçinin, xərc və risklərin müəyyən edilməsi ilə bağlı qəbul edilmiş beynəlxalq standartlardan ibarətdir. Qeyd olunan qaydalar məhsulların satıcıdan alıcıya çatdırılması halında göstərilən məsələ üzrə tərəflər arasındakı münasibəti nizam-layır. İNCOTERMS-in qaydaları Birləşmiş Millətlər Təşkilatı-nın Beynəlxalq Ticarət Qanunu üzrə Komissiyası (UNCİT-RAL) tərəfindən qlobal standartı kimi tanınmışdır.
İNCOTERMS qaydası müqavilə sayılmır. Bu qaydalar məhsul satışı və təyinat məntəqəsində çatdırılma üzrə bağla-nan müqavilələrdə istifadə edilir. Bu qayda hüquqi cəhətdən ölkədaxili qanunlardan üstün sayılmır və mülkiyyət hüququ ötürülməsi, ödəniləcək məbləğləri, valyutaları və ya kredit şərtlərini nizamlamır. Vahid terminoloji aparatdan istifadə zamanı praktik təcrübənin əldə edilməsi hesabına onlar daha da inkişaf etmişdir. Yəni, 1953- cü; 1967-ci; 1976-cı; 1980- ci; 1990-cı; 2000-ci və 2010-cu illər ərzində bazis şərtlərində müt-ləq tələbdən qaynaqlanan əlavə və düzəlişlərin edilməsi, on-ların vahid forma halına gətirilməsi, beynəlxalq praktikada müqavilələrin imzalanması əməliyyatı ilə əlaqədar çətinliklə-ri ortadan qaldırır.

32


Beynəlxalq nəqliyyat əməliyyatları

Vurğulamaq lazımdır ki, «Inkoterms»-in imkanı alqı-sat-qı müqaviləsi imzalanmış tərəflərin satılan konkret məhsul-ların (misal üçün, kompyuter proqramları kimi «duyulma-yan» («intangiblec») deyil, «duyulan» («tangible» mənada) göndərilməsinə dair hüquq və vəzifələrin təyin edilməsin-dən ibarət məsələlərlə məhdudlaşır.


«Inkoterms» haqda 2 yanlış təsəvvür formalaşmışdır:


  1. Alqı - satqı müqavilələrindən daha çox məhsulgöndər-mə müqavilələrinə şamil olunur;




  1. Bəzi hallarda alqı-satqı müqavilələrinə əsaslanan məh-sulların dəyərinə daxil olunması nəzərdə tutulan rüsumla-rın hansı tərəfin ödəməsi doğru şəkildə müəyyən edilmir.

Ancaq tərəflərin «Inkoterms»-in xüsusi şərtlərindən isti-fadə etmək haqda razılaşması, mütləq müqavilədə qeyd edil-mişdir. Bununla yanaşı, «Inkoterms»-də tərəflərin bəzi eyni-ləşdirilmiş öhdəlikləri, misal üçün satıcının malları alıcıya yaxud sonradan nəql olunmaq üçün daşıyıcıya çatdırmaqla əlaqəl məsuliyyətləri, o cümlədən belə hallarda risklərin tə-rəflər arasında bölüşdürülməsi göstərilmişdir. «Inkoterms» - də məhsulun ixrac və idxalı üzrə gömrük, vergi və rüsumun-ödənilməsi, məhsulların qablaşdırılması, göndərilmiş məh-sulların qəbul olunması üzrə alıcıların məsuliyyətləri, tərəflə-rin müqavilə öhdəliyin həyata keçirilməsinin sübut olunması yolları da göstərilmişdir. «Inkoterms» alqı - satqı müqavilələ-rinin həyata keçirilməsi üçün xüsusi əhəmiyyətə sahib olsa da, bu müqavilələrlə əlaqədar bəzi problemləri, misal üçün, mülkiyyət və başqa hüquqların keçməsini, həmçinin bəzi və-ziyyətlərdə məsuliyyətdən yayınmanı özündə ehtiva etmir. Vurğulamaq vacibdir ki, «Inkoterms» alqı - satqı müqavilələ-rinin tam şəkildə həyata keçirilməsini təmin edən şərtlərin


33


Elçin Eyvazov, Nərminə Balabəyova

standart şərtlərlə yaxud danışıqlarla müəyyən edilmiş fərqli şərtlərlə əvəz olunmasını nəzərdə tutmur.


Bir sözlə, «Inkoterms»-də çeşidli səbəblərlə bağlı müqavi-lənin şərtinin pozulması və məsuliyyətdən azad olmaq kimi məsələlər gözardı edilir. Belə məsələlər alqı - satqı müqavilə-lərində əsas götürülən şərtlərlə yaxud müvafiq qanunverici-lik protokolları ilə nizamlanır.
«Inkoterms», məhsulların istehsal edildiyi ölkənin milli hüdudlarından qıraqda beynəlxalq kommersiya müqavilələ-rinə əsaslanan satışı üçün lazım idi. Bununla belə praktik təc-rübəyə istinad edərək qeyd etmək olar ki, adətən ölkədaxili bazarlarda da məhsulların satışına əsaslanan müqavilələr-də də «Inkoterms» - dən istifadə olunur. Bu zaman «Inko-terms» A və V bəndlərindən, həmçinin ixrac və idxal ilə əla-qədar olan başqa bəndlərin müddəalarından istifadə edil-mir.

2.2. “İnkoterms”ə yenidən baxılmasının səbəbləri.




  • Inkoterms» -ə davamlı olaraq təkrar nəzər salınır. Bu-nun əsas səbəbi onu modern kommersiya təcrübəsinə uy-ğunlaşdırmaqdır. Nəticədə, 1980 - ci ildə «Franko - daşıyıcı («FCA») termininə təkrar baxılarkən, dəniz ticarətində ənə-nəvi «FOB - məntəqəsindən (məhsulların gəminin tutacağın-dan göyərtəsinə yerləşdirilməsi) istifadə etmədən, məhsulun dəniz nəqliyyatı və ya ayrı-ayrı nəqliyyat vasitəsi ilə nəql et-mək (əlaqələndirilmiş yaxud multimodal daşınmalar) üçün konteynerlərə yığıldığı yerdə, gəmi göyərtəsinə yüklənmə-dən qabaq qəbul olunmasının mümkünlüyü nəzərə alınmış-dır.

1990-cı ildə «Inkoterms»-ə təkrar nəzər salarkən, satıcıla-rın məhsulların göndərildiyini sübut edən sənədləri alıcıya


34


Beynəlxalq nəqliyyat əməliyyatları

göndərilməsi üzrə məsuliyyətlərini nəzərdə tutan bəndlərdə sənədlərin e-informasiyaları ilə əvəz olunmasına izn veril-mişdir. Məlumdur ki, praktik istifadəni tədricən asanlaşdır-maq məqsədilə onun tərtibatının və müddətinin inkişaf etdi-rilməsi üzrə atılan addımlar bundan sonra da ciddi hal ala-caqdır.


Bir çox ölkələrdə «Inkoterms»-dən istifadə edilməsi za-man keçdikcə daha çox qəbul olunur. Bu səbəbdən Beynəl-xalq Ticarət Palatası onu öz marağına uyğun olaraq dəyişdir-məyə az cəhd göstərməsinə baxmayaraq, istifadə edilən anla-yışların ticarət sektorunda mövcud təcrübəsini daha dü-rüst və aydın şəkildə əks etdirməsinə mütləq şəkildə diqqət yetirirdi. Əlavə olaraq, bir - birindən asılı olmayan 2 sektor-da dəyişikliklər edilərək, «Körpüdən çatdırılmışdır» («DEQ») və «Franko - gəmi göyərtəsi boyunca» («FAS») terminlərində gömrük vergi və rüsumun ödənilməsinə əsaslanan öhdəlik-lərə, «Franko - daşıyıcı» («FCA») terminində məhsulların yüklənməsi və yenidən boşaldılması ilə əlaqədar müddəala-ra təkrar nəzər salınmışdır.
Edilən dəyişikliklərin hamısı 1990-cı ildən «Inkoterms» istifadəçilərinə əlavə xidmət şəklində fəaliyyətdə olan « İn-koterms Ekspertlər Qrupu (Panel of Incoterms Experts) tərə-findən aparılmış araşdırmaların nəticələrinə əsaslanır. «İnkoterms - 2000» tərtib edilərkən 13 terminin hamısı üçün istifadə olunan ayrı-ayrı ifadələrin mümkün qədər aydınlığı-nı və ardıcıllığını əldə etmək məqsədlilə cəhdlər göstərilmiş-dir. Bununla belə, eyni bir ifadənin ayrı-ayrı mənalarda isti-fadə edilməsinin mümkünlüyü ləğv edilmişdir. Bununla ya-naşı, baş verən bütün situasiyalarda Birlşmiş Millətlər Təşki-latının 1980-ci il «Malların Beynəlxalq Alqı- Satqı Müqavilə-ləri Barəsində Konvensiyasında («UN Convention on Cont-

35


Elçin Eyvazov, Nərminə Balabəyova

racts for the International Sale of Goods») olan ifadələrdən istifadə edilmişdir.


«Inkoterms 2000»-də istifadə edilən ticarət terminləri cəm şəkildə uyğun işarələrlə göstərilmişdir. Ticarət anlayışlarının bu cür işarələnməsi logistik sistemin iştirakçılarının hamısı-na bu anlayışların mahiyyətini anlamağa və onlardan rahat şəkildə istifadə edilməsinə əlverişli şərait yaradır. Bunun üçün verilən bütün anlayışların qısa xarakteristikasını göz-dən keçirmək mütləqdir.
“İnkoterms- 2010”nun şərtlərinin təsnifatı: 2011-ci il yan-varın 1-dən qəbul edilən “İnkoterms 2000, 2010” -nun baziş şərti aşağıda göstərilən kimidir:


  1. EXW - EX Works (... named palace)- zavod və ixracat-çılardan razılaşmış məntəqələrdən yola salınma yəni, satıcı-dan mal alıcıya razılaşdırılmış məkanda təhvil verilən andan öz öhdəliyini icra etmiş olur;




  1. FCA - Free Carrıer (... named palace)- razılaşdırılan məntəqələrdən malların yola salınması anlaşılır. Bu zaman ixracatçı malları ixrac gömrük prosedurundan keçirəndən sonra alıcı tərəfindən müəyyən edilmiş satıcıya razılaşdırıl-mış məntəqələrdə təhvil verərək öz öhdəliyini yerinə yetirir;




  1. FAS - Free Alongsıde Shıp (... named port of ship-ment)- Bu terminlərin mənası” Gəmi bortu boyunca sər-bəst” , razılaşdırılan yükləmə limanı mənasını verir. Bu za-man ixracatçı kontrakt üzrə nəzərdə tutulan məhsulları gə-milərin bortu boyunca sahildə yaxud razılaşdırılan məkanda alıcıya təhvil verərək öz öhdəliyini icra edir;




  1. FOB - Free On Boarder (... named port of shipment) - “Sərbəst gəmi bortunda” razılaşdırılan yükləmə limanı mə-nasını verir. Qeyd olunan rejimdə satıcı kontraktda nəzərdə

36


Beynəlxalq nəqliyyat əməliyyatları

tutulan malları limanlarda gəminin məhəccərindən keçiddə təslim edərsə öhdəliyini icra etmiş olur;




  1. CFR - Cost and Freıght (... named port of destination)-“Dəyər və icarə” anlamında razılaşdırılan təyinat limanları şərti anlama gəlir. Belə rejimdə ixracatçı ixrac məhsullarını idxalatçı ölkəsindəki, təyinat limanına çatdırmaq üçün hər bir xərci ödəyir və bundan sonra malılarınn boşaldılması, həm də başqa məsrəfləri idxalatçı özü ödəyir;




  1. CIF - Cost, Insurance and Freıght (... named palace of destination)-“Dəyər, sığorta və icarə” anlamını verir, razılaş-dırılan təyinat limanlı gömrük rejimi sayılır. Bu zaman CFR rejimində reallaşdırılan prosedurlar təkrar edilir. Həmçinin, yalnız yüklərin sığorta xərci satıcı tərəfindən ödənir;




  1. CIP - Carrıage and Insurance Paıd To (... named place of destination)- “Daşınma və sığortalanma...(təyinat yeri) qə-dər ödənib” mənasındadır, razılaşdırılan təyinat məntəqələ-rində gömrük proseduru baş tutur. Bu zaman satıcılar ölkə-də razılaşdırılan təyinat məkanında malları daşıcıya təhvil verərək yükləri sığortalayır. İxrac rüsumunu satıcı, idxal rü-sumunu isə sənədləşdirərək alıcı ödəyir;




  1. CPT - Carrıage Paıd To (... named place of destination)-“daşınma...(təyinat yeri) qədər ödənilib”( ... razılaşdırılan tə-yinat məntəqələri) - mənasındadır. Qeyd olunan rejimdə ix-racatçılar malların idxalatçıların ölkəsində yerləşən təyinat yerinə çatdırılmasına və onun anbarına malları aparan daşı-yıcılara təhvil verilməsinə cavabdeh sayılır. Bu gömrük pro-sedurunda ixrac rəsmiləşdirilməsini satıcılar idxal rəsmiləş-dirilməsini isə alıcılar həyata keçirir;




  1. DAT - Delivered At Frontıer (... named terminal ofDe-sination)- “terminalda göndəriş”(... razıılaşdırılmış təyinatli-manı) mənası verir. Qeyd olunan rejim 2010-cu ildə qəbul-

37


Elçin Eyvazov, Nərminə Balabəyova

edilərək əvvəlki təsnifatdan çıxarılan DEQ bazisi şərti əvə-zində istifadə edilir. Göstərilən rejim nəqliyyat vasitələrinin növləri üzrə razılaşdırmadan asılı olmayaraq istifadə olu-nur.




  1. DAP - Delivered At Point (... named point of deestina-tion)- “məntəqədə göndəriş” (... razılaşdırılmış təyinat lima-nı) mənası verir. Qeyd olunan rejim də 2010-cu ildə qəbul-edilərək əvvəlki təsnifatdan çıxarılan DAF, DES və DDU-nun əvəzində tətbiq edilir.




  1. DDP - Delıvered Duty Paıd (... named place o destina-tion)- “rüsum ödənilməklə göndəriş”(... razılaşdırılmış təyi-nat məntəqələri) -mənası verir. Göstərilən rejimdə ixracatçı-lar idxal və ixrac rəsmiləşdirmələrinin məsrəflərini ödəmək-lə, kontrakt üzrə öhdəliyi idxalatçıların anbarına çatdırır;




  1. DDU- Delıvered Duty Unpaıd (... named place of des-tination)- “rüsum ödənilmədən göndərişlər” (... razılaşdırı-lan təyinat məntəqəsi)- mənasını verir. Qeyd olunan rejimdə ixracatçılar malların alıcıların anbarlarına təhvil verilmələri-nə qədər hər bir xərci ödəyir. Amma idxalatçılar idxal rəsmi-ləşdirilməsi üzrə məsrəfləri özü ödəyir. Göstərilən bazis şərti İnkoterms 2010-dan çıxarılmışdır;




  1. DAF - Delivered at Frontier (... named place)- “sərhə-də qədər göndəriş” (... razılaşdırılan məntəqə) - mənasını ve-rir. Qeyd olunan rejimdə razılaşdırılan sərhəd məntəqələrin-də satıcıların öhdəlikləri bitir və sərhəddən sonra olan öhdə-liklər alıcıların payına düşür. İxrac rəsmiləşdirilmələri satıcı-lar tərəfindən, idxalın rəsmiləşdirilmələri isə alıcılar tərəfin-dən reallaşdırılır. Bu basis şərti İnkoterms 2010-dan çıxarıl-mışdır;




  1. DEQ - Delıvered Ex Quay (... named port of destinati-on) “gəmilərin yan aldığı körpülərdən göndəriş”(... razılaşdı-

38


Beynəlxalq nəqliyyat əməliyyatları

rılan təyinat limanı) mənası verir. Bu zamanda ixracatçılar gömrük rejimindən keçən malları razılaşdırılan təyinat li-manlarında gəmilərin yan aldığı körpülərdən alıcıya çatdırıl-ması öhdəliklərini başa vurur. Bu rejimdə məhsul göndərən-lər risk və rüsum üzrə məsrəfləri özləri ödəyir. İxrac və idxal üzrə gömrük rəsmiləşdirməsini də ixracatçılar həyata keçirir. Bu baziş şərti İnkoterms 2010-dan çıxarılmışdır;




  1. DES - Delıvered Ex Shıp (... named port of destinati-on)- “gəmidən göndəriş” (... razılaşdırılmış təyinat limanı) anlamını daşıyır. Göstərilən rejimdə əgər mal gəmilərin bor-tunda sahibinə verilibsə və hələ razılaşdırılan təyinat liman-larında gömrükdən keçməyibsə, satıcılar çatdırılma üzrə öz öhdəliklərinə əməl etmiş sayılır. Bu halda bütün məsrəf və risk satıcının üzərinə düşür. İxrac rəsmiləşdirilmələri satıcı və idxal rəsmiləşdirilmələri alıcı tərəfindən aparılır. Göstəri-lən baziş şərti İnkoterms 2010-dan çıxarılmışdır; “İnko-terms 2000, 2010”-bazıs şərtinə beynəlxalq xarici ticarətdə qeyd olunan kontraklara istinad edilməsi son vaxtlar xeyli intensivləşmiş və yaxın gələcəkdə bu bazis şərtinin daha ge-niş tətbiq edilməsi gözlənilir. Yuxarıdan aşağıya doğru get-dikcə məsuliyyət yükləri mərhələ-mərhələ alıcıdan satıcıya keçir.

2.3. Kontrakt - beynəlxalq yük daşımaların və nəq-liyyat əməliyyatlarının hüquqi razılaşma sənədi kimi.


Dünyada olan iqtisadi proseslər genişlən və qloballa-şan zaman, xarici ticarət təşkili üzrə mexanizm və hüquqi sə-nədlərindaha da təkmilləşməsi vacibliyi artır. 1998-ci ildən qəbul olunan və 101 maddədən ibarət olan Vyana Konvensi-yasına əsaslanaraq, xarici ticarətdə fəaliyyət göstərmək üçün tələb kimi qəbul edilən sənəd - kontrakt və ya müqavilələrin

39


Elçin Eyvazov, Nərminə Balabəyova

əhəmiyyəti artır. Alqı-satqı və beynəlxalq ticarətdə gedən əməliyyatlarda kontraktın bağlanılması məcburi şərt kimi iş-tirak edir. Kontrakt deyildikdə (lat. contractus) müəyyən miqdar və qiymətdə əmtəə sövdələşməsi, alqı-satqısı porose-sini özündə göstərən müəyyən sivil qaydalar və tərəflərin id-dianın müdafiələri üçün hüquqi əsası razılaşdırılan müqavi-lələr anlaşılır. Müqavilələr isə iki və daha çox şəxsin, həmçi-nin, fiziki və hüquqi şəxslərdə olan vətəndaşlıq hüquqları, vəzifələri və ya fəaliyyət subyektləri kimi onun hüquq və və-zifələrini özündə göstərən sənəd kimi xarakterizə edilir.


Kontrakt və müqavilələrin təsnifatı halında onları bir neçə formaya bölürlər. Bunlar əsas, ilkin, birtərəfli, ikitərəfli, ictimai və s. təsnifata ayrılır. Dünya təcrübəsind kontraktla-rın tərtib olunması və sənədləşməsi formalarının bir çoxu ba-za şərtinə əsasən oxşarlığı ilə fərqlənir.
Kontraktların strukturuna əsasən aşağıda göstərilən-lər aiddir:


  1. Kontraktların giriş hissələri, digər sözlə, preambulası;




  1. Kontraktlar üzrə alqı-satqı əməliyyatının qısa məz-

munu;



  1. Göndərilmə və ya alınması nəzərdə tutulan malın miqdar göstəricisi;




  1. Mal və xidmətin keyfiyyət standartı;




  1. Əmtəələr və ya xidmətin qiyməti barəsində məlumat;




  1. Əmtəə və xidmətin qiyməti;




  1. Ödəniş şərti və maliyyə razılaşması;




  1. Ödəmək üçün əsas kimi iştirak edən maliyyə sənə-dinin müəyyən edilməsi;




  1. Malın yüklənilməsi üzrə vaxt və müddətin razılaş-dırılması;




  1. Malın qablaşdırılması;

40


Beynəlxalq nəqliyyat əməliyyatları



  1. Əmtəənin markalaşdırılması;




  1. Yükləmə qaydasının razılaşdırılması;




  1. Texniki şərt və texniki xidmət razılaşdırması (kontraktların predmetlərindən asılı olaraq qeyd olunan ka-teqoriyadan olan kontraktda istifadə edilir);




  1. Nəqliyyat vasitəsi və yükdaşıma üzrə şərtin müəy-yən edilməsi;




  1. Əmtəə və xidmətin təhvil verilməsi və qəbul edil-

məsi şərti;




  1. Kontrakt üzrə reklam şərtinin razılaşdırılması;




  1. Qabaqcadan proqnozlaşdırılması mümkünsüz olan fövqəladə hadisə (zəlzələlər, yanğınlar, qəzalar və s.) haqqında, başqa sözlə, fors-major nəzərdə tutulması;




  1. Sığorta məsələsi;




  1. Mübahisə, iddianın baxılması şərti, digər sözlə, ar-

bitraj;



  1. Kontraktların şərtinin pozulması ilə bağlı sanksiya və cərimənin müəyyən edilməsi;




  1. Kontraktların icrası üçün vacib olan lisenziyanın alınması üzrə öhdəlik;

  2. Kontraktların icrası ilə əlaqədar digər şərtlər;




  1. Kontraktların icrası ilə əlaqədar xüsusi şərtlər;




  1. Kontraktlarda nəzərdə utulmuş işlər üzrə sınaq, yoxlanma, test və s.




  1. Tərəflərin hüquqi qeydiyyat ünvanı, faktiki yerləş-diyi ünvan, vacib əlaqə telefonu, elektron ünvanı, bank rek-viziti və s.




  1. Tərəflərin səlahiyyətli imzası, möhürü və s. Kontraktlar şərtinin qorunması və kontraktda qeyd

olunan kimi həyata keçirilməsi xarici -iqtisadi əlaqələrin işti-rakçısı üçün visit kartı xarakterindədir. Digər sözlə, bağlan-


41


Elçin Eyvazov, Nərminə Balabəyova

mış kontrakt üzrə öhdəliyin dürüst və vaxtında həyata keçi-rilməsi xarici-iqtisadi əlaqələrdə zəruri şərtlərdən sayılır.


Mövzuya aid sual və tapşırıqlar


  1. “ İnkoterms 2000, 2010” -nun mahiyyətini izah edin.




  1. “ İnkoterms 2000, 2010” -nun baziş şərtləri.




  1. Kontraktın mahiyyəti və əsas məzmunu.




  1. Kontraktın strukturu.




  1. Müqavilə nədir




  1. “İnkoterms”ə yenidən baxılmasının səbəbləri nədən ibarətdir

    Yüklə 1,83 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin