Qeyd edilən halda yükün zərər görməsinə daşıyıcının və yükgöndərənin yanlış hərəkətləri səbəb olur. Öhdəli-yin, həmçinin daşıma öhdəliyinin hər iki tərəfin yanlış hərə-kətləri nəticəsində pozulması isə mülki qanunvericiliyə görə qarışıq məsuliyyətin ortaya çıxması deməkdir.
Göndərilən yükün məntəqəyə çatdırılma müddətinin ötürülməsi daşıyıcının məsuliyyət daşımasını zəruri edən hallardan biridir. KOTİF bu hal üçün məsuliyyət nəzər-də tutur. Daşıyıcının üzərinə düşən vacib vəzifələrdən biri yükü vaxtında (müəyyən edilmiş vaxtda) məntəqəyə çatdır-maqdan ibarətdir. O, həmin müddəti pozmamalıdır. Belə ki, daşıyıcı bu müddəti pozarsa, onda o, məsuliyyətə cəlb olunur.
Daşıyıcılar, bir sözlə KOTİF üzvü olan dövlətlərin də-mir yolları məsuliyyət dövründə çatdırılma müddətini poz-mamalıdır. Əgər, birinci dəmir yolu yükü daşınma üçün ay-rılan müddətdə təhvil almalı, axırıncı dəmir yolu isətəyinat yerində onu yükalana vaxtında təhvil verməlidir. Belə
Elçin Eyvazov, Nərminə Balabəyova
ki, məsuliyyət dövründə təhvil alma müddəti pozularsa, on-da daşıyıcılar solidar məsuliyyət daşıyır.
Təhvil vermə müddəti dəmir yol qaiməsində qeyd edilir. Belə ki, qaimədə göstərilən çatdırılma müddəti 48 sa-atdan çox ötürülərsə, yəni 48 saatdan çox gecikdirilmə halı olmazsa, onda dəmir yolu cərimə verməlidir. Cərimənin məbləği daşıma haqqına əsasən müəyyən edilir. Əgər, daşı-yıcı daşıma haqqının 0,1 %-i qədər cərimə verir.
Bəzən daşıyıcı müəyyən hallara (misal üçün, güclü tu-fana, zəlzələyə və s.) görə yükün məntəqəyə çatdırılma müd-dətini ötürür. Bu səbəbdən də o, yükü nəzərdə tutulan müd-dətdə məntəqəyə çatdırmır. Bu zaman daşıyıcı məsuliyyət-dən azad edilir.
Qeyd edilən iki haldan, başqa sözlə desək, yükə zərər vermək və onu təyinat yerinə müvafiq müddətdə çatdırma-maq kimi hallardan əlavə, daşıyıcı bəzi məsələlərə görə də məsuliyyət daşıyır. Sözügedən bu hallar aşağıdakılardır:
- yükgöndərənin daşıyıcıya verdiyi yükə sərəncamve-rici sənədlərin itirilməsi; - nəqliyyat sənədlərinin itirilməsi (əgər daşıyıcı nəqliyyat sənədlərini itirərsə, buna görə o mə-suliyyət daşıyır );
- nəqliyyat sənədlərindən, o cümlədən yükə sərən-camverici sənədlərdən doğru şəkildə, lazımi qaydada istifa-də olunmaması
- yükgöndərənin yük daşınması müqaviləsinin şərtlə-rini dəyişmək haqda göstərişlərinin icra edilməməsi.
Dövlətlərarası dəmir yolu hüququ üçün əsas məsələ daşıyıcının məsuliyyətidir. Əgər, daşımanı o, yerinə yetirə-rək yükü təyinat yerinə çatdırır. Nəticədə, yük sahibi də mə-suliyyət daşıyır. Yük sahibi vaqonların boşdayanma hallarını aradan qaldırmalıdır, bu vəzifənin icra olunmamasına görə
Beynəlxalq nəqliyyat əməliyyatları
məsuliyyət daşıyır. KOTİF-ə əsasən, yük sahibi boş dayanma halları müşahidə olunduqda cərimə verir.
KOTİF-in təyin etdiyi əsas məsələlərdən biri daşıyıcı-ya necə pretenziya verilməsidir. KOTİF yük sahibi ilə dəmir yolu (daşıyıcı) arasında meydana gələn mübahisənin preten-ziya (məhkəməyəqədər) proseduru (icraatı) əsasında həll edilməsinin mümkünlüyünü nəzərdə tutur. Ancaq pretenzi-ya proseduru (icraatı), başqa sözlə desək, daşıyıcıya preten-ziya verilməsi fakultativ xarakterlidir. Ancaq yük təyinat ye-rinə gec çatdırıldığında daşıyıcıya pretenziya 60 gün içində verilməlidir. Bu yük alındığı andan etibarən hesablanır.
Pretenziya təkcə daşıma müqaviləsinin iştirakçılarına verilə bilər. O, indi qeyd edəcəyimiz dəmir yollarından biri-nə göndərilir:
Yükün təyinat yerinin dəmir yoluna;
Yükün yola salınma yerinin dəmir yoluna;
Pretenziya verilməsinə səbəb olan halın baş verdiyi yerin dəmir yoluna.
Pretenziyaya bəzi sənədlər qoşulur, bir sözlə əlavələr edilir. Bu sənədlərə, ilk növbədə, qaimə yaxud onun dublika-tı, o cümlədən başqa vacib sənədlər aiddir. KOTİF üzrə sər-nişin və baqaj daşımanın şərtləri. Sərnişin bileti b\x sərnişin daşımalarında istifadə edilən əsas nəqliyyat sənədidir. Sərni-şin beş yaşına qədər uşağı özü ilə heç bir ödəniş ödəmədən apara bilər. Belə olduqda uşağa ayrı yer verilmir və onun üçün xüsusi bilet alınmır, 5 - 10 yaşlı uşaqlara isə bilet güzəşt ilə satılır.
Sərnişin daşımadan imtina etmək hüququna sahib-dir. O, bu hüququ tətbiq edərkən gediş haqqı ilə əlaqəli ola-raq ödədiyi bilet pulunu geri alır. Eyni zamanda sərnişin da-şımadan yolun istənilən hər hansı bir hissəsində imtina edə
Elçin Eyvazov, Nərminə Balabəyova
bilər. Belə olduğu təqdirdə ona yolun qalan hissəsinə bilet pulu qaytarılır. Sərnişinin istəyərsə özü ilə əl yükü apara bi-lər. Belə ki, o, özü ilə baqaj aparmaq hüququna da sahibdir. Əl yükü və baqaj çox fərqlənir. Ümumiyyətlə, əl yükü, sərni-şinin tutduğu yerin altında yaxud üstündə aparılır. O, sərni-şinin nəzarətində və sahibliyində olur. Bu səbəbdən də əl yü-künün ziyan görməsinə görə daşıyıcı yox, sərnişinin özü mə-suliyyət daşıyır. Yox əgər, əl yükünün ziyan görməsinə sə-bəb daşıyıcının hər hansı təqsirli hərəkəti olarsa, onda sərni-şin deyil, daşıyıcı məsuliyyət daşıyır. Ancaq daşıyıcının təq-siri sübut edilməlidir.
Baqaj isə xüsusi olaraq ayrılmış yerlərdə daşınır. Ba-qajın daşınması baqaj qəbzi ilə rəsmiləşdirilir, ancaq əl yü-kündə belə deyil. Əl yükü daşındıqda isə müəyyən sənəd tərtib edilmir. Baqaj, daşıyıcının sahibliyi və nəzarəti altında qalır. Bu səbəbdən də o, baqajın ziyan görməsinə görə məsu-liyyət daşıyır. Nəticədə, baqajın salamat qalmaması nəticə-sində dəyən ziyan sübut edilməzsə, daşıyıcı hər 1 kq çəki üçün 20 frank həcmində, sübut edildikdə isə 40 frank həc-mində məsuliyyət daşıyır.
Daşıyıcı eyni zamanda, sərnişin daşınması müqaviləsi üzrə məsuliyyət daşıyır. Onun məsuliyyət daşıdığı hallar aşağıdakılardır:
Sərnişinin səhhətinin pozulması, sağlamlığında hansısa problemin yaranması;
Sərnişinin ölməsi;
Qatarın lazım olan yerə vaxtında çatmaması;
Daşımadan imtina edilməsi
Sərnişinin daşımadan imtina etmək, özü ilə əl yükü götürmək hüququ vardır. Baqajın daşınması zamanı, əl yü-kündən fərqli olaraq baqaj qəbzi ilə rəsmiləşdirilir.
Beynəlxalq nəqliyyat əməliyyatları
Bildiyimiz kimi, KOTİF Qərbi və Mərkəzi Avropa ölkələri arasında həyata keçirilən daşımaları tənzimləyir. RF və MDB ölkələrində isə bu daşımalar “Dəmir yolu ilə dövlətlərarası yük daşımaları barəsində” Sazişlə tənzimlənir (1950 ci il).
Dövlətlərarası dəmir yolu daşımalarının təkmilləşdi-rilməsi üçün faydalı olan başqa bir məsələ - MDB iştirakçısı olan ölkələrlə Baltik ölkələrinin dəmir yolu administrasiyala-rı arasında Dövlətlərarası dəmir yolu ilə yük əlaqələri barə-sində Sazişin müxtəlif normalarının tətbiqinin üstünlükləri haqda müvafiq Sazişin bağlanması oldu (Bakı, 1997-ci il; 1 iyul 1998-ci il). Bu Sazişə müvafiq olaraq, iştirakçı-dövlətlər yükləri dəmir yolu əlaqəsi vasitəsilə BDYS əsasında, onun-müxtəlif normalarının tətbiqinin həmin Sazişə əlavələrdə açıqlanan üstünlüklərini əsas götürərək həyata keçir-mək haqda razılıq əldə etdilər. Bunlarda dəmir yolu ilə bəra-bər, tərəflərin stansiyaları arasında yük daşımaları prosesin-də Sazişin xidməti təlimat da daxil olmaqla, tətbiq olunma-yan müddəalarının siyahısı verilir. Saziş müddəaları və xid-məti təlimat tətbiq olunmadıqda əldə rəhbər tutulmalı olan normativ sənəd və əsasnamələrin siyahısı da göstərilir.
Dövlətlərarası dəmir yolu daşımalarının təşkili məsə-lələrinə aid bəzi sazişlər bağlanmışdır. Bu sazişlər quruluşu-na və məzmununa qəbuluna görə 4 qrupa ayrılır:
Sərhəd dəmir yolu daşımasına dair sazişlər
Xidməti təlimlər mövzusunda sazişlər
Vaqonlardan və başqa daşıma vasitələrindən istifa-də edilməsi haqda sazişlər
Qarşılıqlı hesablaşmalar haqda sazişlər.
Sərhəd dəmiryolu daşımasına dair sazişlər - iki tə-rəfli qaydada bağlanılır və onlar hökümətlər arası saziş for-masında rəsmiləşdirilir. Məqsədi: sərhəd dəmiryolu stansi-
Elçin Eyvazov, Nərminə Balabəyova
yaların iş qaydası, həmsərhəd olan dəmir yollarının nəqliy-yat texniki əlaqələrini, ziyan dəydiyi hallarda tərəflərin mə-suliyyətini təyin edir.
Xidməti təlimatlar - daşıyıcının (dəmir yolu) müştə-ri qarşısında məsuliyyət məsələsinin yoluna qoyulması za-manı xüsusi əhəmiyyət daşıyır. Burada dəmir yolu daşımala-rı prosesində yükün qəbulu, daşıması və sahibinə verilmə-si, sərnişin və baqajın daşınmasında nəqliyyat kommersiya-əməliyyatının daşıyıcı tərəfindən həyata keçirilməsi qayda-ları aiddir.
Vaqonlardan və başqa daşıma vasitələrindən qarşı-lıqlı istifadə haqda sazişlər - burada söhbət vaqon və başqa daşıma vasitələrindən gedir. Sərhəd satansiyasında vaqonlar və başqa daşıma vasitələri həmsərhəd olan xarici dövlə-tin dəmiryoluna daxil olur. Digər yandan yük sərhəd stansi-yasına çatdıqda boşaldılmalı və xarici dövlətlərə məxsus va-qonlara yüklənməlidir (sərnişinlər düşüb yenidən minməli-dir, yük isə boşaldılıb yenidən başqa daşıma vasitəsinə yük-lənməlidir). Sərhəd stansiyalarında belə əməliyyatların apa-rılması məqsədə uyğun deyil. Bu səbəbdən də tərəflər va-qonlardan və başqa daşıma vasitələrindən müvəqqəti istifa-dəsinə izn verirlər. Bunun üçün öz aralarında müvafiq saziş-imzalayırlar. Bu sazişlər iki tip olur:
1-ci tip - başqa ölkələrin dəmir yoluna vaqonlardan is-tifadə etmək hüququ verilməsini nəzərdə tutur.
2-ci tip - Ümumi vaqon parkı yaradılır və iştirakçı dövlətlər həmin parka bir neçə vaqon verir. Bu vaqonlardan birlikdə istifadə edilir.
Qarşılıqlı hesablaşma barədə sazişlər - Onlar əsasən hesablaşma əməliyyatlarının aparılması qaydasını və texni-kasını təyin edir. Bu sazişlər daşımanın tətbiqinə, xidmət
Beynəlxalq nəqliyyat əməliyyatları
göstərilməsinə görə dəmir yolları arasında hesablaşmanın qayda-qanunlarını təyin edir.
Qeyd etdiyimiz 4 qrup sazişi birləşdirən bir cəhət var-dır. Bu cəhət odur ki, həmin sazişlərin hər biri dövlətlərarası dəmir yolu daşımalarının təşkili üçün bağlanır və dəmir yol-ları arasında yaranan münasibətləri yoluna qoymaq məqsədi güdür. Bu səbəbdən də onlara təşkilati sazişlər adı verilir.
“Dəmir yolu ilə dövlətlərarası yük daşımaları barəsin-də saziş” RF və başqa MDB dövlətlərində isə dəmir yolu nəqliyyatını nizamlayan mühüm Sazişdir. Bu, dəmir yolu ilə dövlətlərarası yük daşınması sektorunda çox vacib akt sayı-lır. Bu Saziş 1951-ci il noyabr ayının 1-də qüvvəyə minib. Sa-ziş aşağıdakı məsələləri qaydaya salır:
-daşıma haqqı üzrə əlaqələr;
-daşıma sənədinin forması və onun hazırlanma qaydası; -yükdaşıma şərtləri;
-təhlükəli yüklərin xüsusi xarakter daşıması şərtləri;
-yükün lazım olan yerə yerə təhvil verilmə vaxtı;
-yükün daşınmaya qəbul edilməsi üzrə əlaqələr;
-yükün təyinat yerində yük sahibinə verilməsi üzrə əlaqələr;
-daşıyıcının (dəmir yolunun) məsuliyyəti;
-yükgöndərənin və yükalanın məsuliyyəti;
pretenziya və iddiaların irəli sürülməsi qaydaları və s. “Dəmir yolu ilə beynəlxalq sərnişin və baqaj daşınma-
sı” barəsində saziş 1950-ci ildə Asiya və Avropa ölkələri tərə-findən qəbul olunmuşdur. Dəmir yolu nəqliyyatı ilə edilən beynəlxalq sərnişin daşımaları müqavilə hesabına rəsmiləş-dirilir. Bu müqavilə bir başqa cür dəmir yolu ilə dövlətləra-rası sərnişin daşınması müqaviləsi də adlanır. Dəmir yolu ilə dövlətlərarası sərnişin daşınması müqaviləsi dəmir yolu ilə sərnişin arasında olur.
Elçin Eyvazov, Nərminə Balabəyova
Sazişə əsasən, sərnişinin özünün daşınması üçün bilet alması şərtdir. Ancaq bileti olan sərnişin qatarda getmək hü-ququ qazanır. Sazişə əsasən, sərnişin aşağıdakı hüquqlara sa-hibdir:
biletin yararlılıq müddətində səfərin dayandırılması; -səfərdən imtina edilməsi;
-biletin yararlılıq müddətinin uzadılması haqda xahiş
olunması;
-qatara gecikən zaman biletin yenisi ilə əvəz edilmə-si haqda xahiş olunması;
-özü ilə 35 kiloqrama qədər ödənişsiz olaraq əl yükü-nün aparılması (10 yaşa kimi bütün uşaqlara görə 15 kiloqra-ma qədər).
Sərnişinin əl yükü formasında götürdüyü əmlak nə-zərdə tutulandan çox ola bilər. Bu zaman əl yükünü baqaj ki-mi daşımaq olar. Bir bilet üçün baqaja qoyulan hədd 100 kq-dan çox deyil. Sərnişinin sahib olduğu hüquqlardan biri də baqaj daşınma hüququdur. Belə ki, sərnişin baqajın daşınma-sı haqda dəmir yolu ilə əlavə müqavilə imzalayarsa, o, hə-min hüququ icra edə bilər. Baqajın daşınması üçün bu cür müqavilə baqaj qəbzi sayılır.
Sərnişin istərsə özü ilə yük baqajı da apara bilər. Yük baqajı kimi sərnişinin xüsusi əşyaları, avtomobil ilə yanaşı-onun nəqliyyat vasitələri və kiçik yükləri daşına bilər. Yük baqajının daşınması «adlı mal baqajı» qəbzi ilə rəsmiləşdiri-lir. Yükgöndərən mütləq onun qiymətini bildirməlidir.
Yük baqajını baqaj və yükdən ayırmaq lazımdır. Yük baqajına ancaq dəmir yolu və dəniz daşımalarında rast gəli-nir. O, sərnişin qatarının baqaj vaqonunda, poçt-baqaj qata-rında yaxud gəminin anbarında daşınır.
Beynəlxalq nəqliyyat əməliyyatları
Əl yükünün zərər görməsinə görə daşıyıcı yox, məhz sərnişinin özü məsuliyyət daşıyır. Çünki, daşınma prosesin-də əl yükü sərnişinin müşahidəsi və nəzarəti ilə olur.
AR dövlətlərarası dəmir yolu daşımalarının qaydaya salınması məsələsi haqda xarici dövlətlərlə (RF, Ukrayna, Türkmənistan, Özbəkistan və s.) bəzi ikitərəfli sazişlər imza-lamışdır. Sözügedən sazişlərdə dəmir yolu daşımalarının əlaqələndirilməsi və dəmir yolu nəqliyyatı idarələrinin fəa-liyyətinin hüquqi qaydaya salınmasının xüsusiyyətləri təyin-olunur. Qeyd edilən sazişlərdə dəmir yolu nəqliyyatı ilə icra edilən dövlətlərarası yük və sərnişin daşımalarının yerinə yetirilməsində bir sıra qaydaların saxlanılmasına cəhd edilir.
7.4. Beynəlxalq dəmir yol yükdaşımalarına gömrük nəzarəti
Dəmir yollarına gömrük nəzarəti daxili və sərhəd gömrük orqanları tərəfindən aşağıdakı yerlərdə təşkil edilir:
bilavasitə sərhəddə yerləşən nəzarət məntəqələrində;
dövlətlərarası sərhəd keçid məntəqələrində;
sərhəd dəmir yolu stansiyalarında,
yaxın sərhəddaxili stansiyaları və sərhəd keçid mən-təqələri arasında.
Daxili gömrükxanada gömrük nəzarəti xüsusi olaraq ayrılmış dəmir yollarında malların yerləşdirildiyi ərazidə, dəmir yolu stansiyasında təşkil edilir. Fiziki şəxslərin göm-rük rəsmiləşdirilməsi aşağıdakı yerlərdə həyata keçirilir;
Sərnişin qatarlarının vaqonlarında
Sərhəd dəmiryolu stansiyalarının vağzallarında Kompleks texnoloji nəzarət - rəsmiləşdirmə nəzarətdə
iştirak edən nəzarət xidmət xəttini birləşdirir.
Ölkəni tərk edərkən göstərilən sxemə daxil edilir:
Elçin Eyvazov, Nərminə Balabəyova
gömrük nəzarəti xətti, poçta, telefon, teleqraf və
bank;
baqaj və yük nəqliyyat müəssisələrinin beynəlxalq daşımalarının baş tutduğu rəsmiləşdirmə xətti;
təhlükəsiz xətti - adamlarınının altında olan silahla-rın və metalların miqdarına nəzarət xətti.
Gömrük nəzarəti xəttində əl yüklərinin və baqajın yoxlanılması prosesində malların içində heyvani və bitki mənşəli məhsulların olduğu şəraitdə baytarlıq və fitosanita-riya nəzarəti orqanlarının işçiləri çağırılır.
Ölkəyə gələrkən kompleks texnoloji nəzarətə daxil
edilir:
-yükün və baqajın alınması xətti -sərhəd nəzarəti xətti
-baytarlıq və fitosanitar nəzarəti növünə müvafiq gömrük nəzarəti xətti.
Gömrük- sərhəd rəsmiləşdirilməsi və nəzarətdə döv-lət xidməti orqanlarının qarşılıqlı hərəkətininin təşkili məsə-ləsi öz əksini gömrük sərhəddinin mühafizəsinə dair gömrük rəisinin qərarlarında tapır. Şəxsin, malların və nəqliyyat vasi-tələrinin sərhəd rəsmiləşdirilməsinin ümumi qaydasının tex-noloji sərhəd rəsmiləşdirmə sxemi gömrük orqanlarının, sər-həd səhiyyə- sanitar, fitosanitar, baytarlıq və başqa orqanla-rın, həmçinin sərhəd dəmir yolu stansiyası rəisinin və onun tabeçiliyində olan xidmətedici heyətinin birgə fəaliyyəti nəti-cəsində tərtib olunur.
Hər bir xidmət sahəsində ayrıılıqda hazırlanan texno-loji sxem tərəflərin öz sahələrinə görə malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin vahid texnoloji sxemini ha-zırlamağa imkan verir. Hazırlanmış vahid sxem razılaşdırıl-
Beynəlxalq nəqliyyat əməliyyatları
dıqdan sonra sərhəd dəmir yolu stansiyasının rəisi və göm-rük rəisi tərəfindən təsdiq olunur.
Dövlət sərhədindən keçən hər bir dəmir yolu buraxı-lış məntəqəsi, yerli şərait nəzərə alınmaqla sərhəd dəmir yo-lu stansiyasının rəhbəri, sərhədçilərə və gömrük orqanları ilə birlikdə bilavasitə gömrük, sərhəd nəzarətini həyata keçir-mək üçün müəyyənləşdirilir. Bu yerlərdə nəzarəti həyata ke-çirmək məqsədilə lazımi şərait yaradılır. Şəxslər, mallar və nəqliyyat vasitələri üçün bağlı olan ərazilərdə beynəlxalq araşdırmalar aparmaq, valyuta əməliyyatları və başqa qeyri-qanuni fəaliyyətlə məşğul olmaq, qeyri- qanuni dövlət sər-həddini keçmək, qaçaqmalçılıq hərəkətləri istisna təşkil edir, gömrük orqanları və sərhəd qoşunları əlavə mədudlaşdırıcı rejim təşkil edirlər.
Baxış meydançalarına beynəlxalq xəbərlər üçün va-qonların qalığı buraxılmır. Sərhəd- gömrük nəzarəti dövrün-də beynəlxalq məlumatlandırma məqsədilə vaqonlara şəxslə-rin daxil edilməsi qadağan edilir.
Sərnişinləri qarşılayan və yola salan şəxslərin gömrük pasport yoxlaması aparılan zaman daxil olması icazə veril-mir. Sərhəd dəmir yolu məntəqəsində sərnişinlərin qatardan düşməsi və qatara minməsi, beynəlxalq məlumatlandırma, həmçinin poçta, baqaj və başqa əmlakın yüklənməsi (boşal-dılması ) ancaq sərhəd və gömrük rəhbər orqanlarının icazə-si ilə aparılır. Sərhəddə buraxılış məntəqəsində buraxılış reji-mi tətbiq edilir.
Gömrük rəsmiləşdirməsi və nəzarəti ancaq gömrük orqanlarının verdiyi icazə vərəqəsi əsasında girmək olar. Sə-nədlərin yoxlanılması, baxışın keçirilməsi, müşahidələr et-mək, yerli şərait nəzərə alınmaqla qatarın müşayiət edilməsi sərhəd və gömrük xidmət orqanların əsas işi hesab olunur.
Elçin Eyvazov, Nərminə Balabəyova
Nəzarət buraxılış xidmətinin təşkili. Sərhəd dəmir yo-lu stansiyasının nəzarət məntəqəsi müxtəlif ölçülü qatarlara baxış keçirilməsi üçün mühəndis qurğularının, dəmir yolu həlqələrinin yaradılması kimi başa düşülür. Məntəqələrin əlamətləri - əraziyə hasarın çəkilməsi, siqnal sisteminin yara-dılması yaxud qanunsuz müdaxilələrin aradan qaldırılması üçün başqa vəsaitlərdən istifadədə özünü biruzə verir.
Nəzarət məntəqələrində işləyən gömrük və sərhəd or-qanları işçilərinin növbə çəkməsi üçün xüsusi binalar tikilir, lazımi avadanlıqlarla təchiz olunur. Nəzarət məntəqələri üz-rə əsas təyinat gömrük sərhəddinə gələn və gedən sərnişin qatarlarının xaricində və daxilində olan bütün yüklərə baxış keçirilmək, onların əvvəlki qaydada olmasını müəyyənləş-dirmək.
Plombları açılmış vaqonların açılması və ona baxışın keçirilməsi dəmir yolu stansiyasının nümayəndələri ilə birgə həyata keçirilir və aktlaşdırılır. Hazırlanmış akt dəmir yolu stansiyasının nümayəndəsi, gömrük orqanı və sərhəd qoşun-larının nəzarət buraxılış məntəqələrinin nümayəndələri tərə-findən imzalanır. Stansiya və vağzallarda xidmətin təşkili. Vağzalda və başqa binalarda sərhəd qoşunları, gömrük or-qanları və başqa təşkilatlar üçün xidməti binalar ayrılır, han-sıki, Azərbaycan dövlət sərhəddindəki müəyyən şəxslərə, mallara və nəqliyyat vasitələrinə, bəzən əmlaka nəzarət təş-kil olunur.
Gömrük rəsmiləşdirilməsi və nəzarəti üçün dəmir yo-lu vağzallarında gömrük rəsmiləşdirilməsi və sərhəd nəzarə-ti üçün ayrılan zal avadanlıqlarla, texnoloji xəttlərlə, pasport-gömrük və başqa növ sərhəd rəsmiləşdirilməsi aparmaq üçün vacib vasitələrlə təchiz olunur.
Beynəlxalq nəqliyyat əməliyyatları
Ölkəyə gələnlər və ölkədən gedənlər bu məntəqələrdə yoxlamadan keçirlər. Fiziki şəxs sərhəd stansiyasından keçə-rək xarici ölkələrə gedərkən sərhəd nəzarət məntəqəsindəki zala gələrək əl yükünü və baqajı, qalanlarını isə bilavasitə qatarda gömrük rəsmiləşdirilməsindən və s. nəzarətdən ke-çirir.
Sərnişinlərdən əl yüklərinin və baqajın alınması, xa-ricdən sərnişin haqda birbaşa, aramsız məlumatın göndəril-məsi zərurətindən irəli gəlir və alınmış yüklərin, baqajın ay-rılmış xüsusi zalda dəqiq gömrük rəsmiləşdirilməsi və nəza-rəti gömrük orqanlarının vəzifəli şəxsləriin icazəsi əsasında həyata keçirilir.
Qatarda təşkil edilən nəzarət - baxış tədbirləri və gömrük rəsmiləşdirilməsi ən gərgin iş hesab olunur. Qatarda verilmiş vaxt ərzində hərəkət cədvəllə məhdudlaşdırılır. Sər-hədçilərin və gömrükçülərin xidməti növbəsi dövlət xidmə-tindən keçən sərnişin və yük qatarlarının hərəkət qrafiki nə-zərə alınmaqla qurulur və razılaşdırılır.
Gömrük sərhəddində ortaya çıxan operativ vəziyyət-dən asılı olaraq və regiondakı gömrük orqanı bölmələrinin iş ilə bağlı xidməti fəaliyyət başlayır, yaxud xüsusi hazırlanmış əməliyyat aparılır.
Gündəlik xidmət-vahid plan və düşüncə əsasında hər hansı ərazidə, rayonda qaçaqmalçılıq fəaliyyəti ilə bağlı tə-mizləmə aparmaq, gömrük qaydalarının pozulmasının qarşı-sını almaq, gömrük orqanı işçilərinin, vəzifləli şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək və onla-rın üzərinə düşən vəzifəni müvəffəqiyyətlə yerinə yetirmələ-ri üçün razılaşdırılmış yerdə, daimi hərəkətdə olan operativ bölmənin, rejimlə bağlı hüquq mühafizə orqanı qrupu və gömrük orqanı ilə əlaqəli formada məqsədin həyata keçiril-
Elçin Eyvazov, Nərminə Balabəyova
məsidir. Xüsusi əməliyyat - sərhəd qoşun hissə və bölmələri-nin federal sərhəd xidməti, ərazi orqanları və vergi polisi bir-ləşmələrinin qarşılıqlı hərəkəti əsasında aparıla bilər.
Yük qatarında gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti. Yük qatarları və onlarda daşınan mallar, o cümlə-dən başqa mallar və nəqliyyat vasitələri ölkədən çıxarılarkən və başqa ölkələrdən onun ərazisinə gətirilərkən gömrük nə-zarətinə cəlb edilir. Bu səbəbdən də vaqonlar və hərəkətdə olan heyət sərhəd dəmir yolu stansiyasında yüklər və nəqliy-yat vasitələrində olduğu kimi gömrük rəsmiləşdirilməsinə məruz qalırlar. Onlarda aparılan yüklər daxili gömrükxana-da yaxud gömrük sərhəddində olan gömrük məntəqəsində rəsmiləşdirilə bilər.
Yük qatarının görük rəsmiləşdirilməsi sərhəd dəmir yolu stansiyası və dəmir yolu stansiyası arasında olan çıxış nəzarət məntəqəsində təşkil oluna bilər. Nəzarət məntəqə-sində qatar briqadasına vizual baxış keçirilir, lazım olan şə-raitdə isə aparılan yüklərə də baxılır və onun müşayiət olun-ması təşkil edilir.
Dostları ilə paylaş: |