Beynəlxalq nəqliyyat əməliyyatları
Gəmi kapitanının, habelə heyətin günahından ortaya çıxan zərərlər;
Gəminin maşın və korpuslarının sınması, qazanxana-nın partlaması və s. üzrə səbəblərin ləğv edilməsi zamanı ya-ranan zərərlər;
Keyfiyyətsiz təmirdən əmələ gələn zərərlər;
Gəmi kapitanı və heyətin qəsdən gəmiyə və yaxud yü-kə vurduqları zərərlər;
Vertolyotlar və ya onların qalıqları ilə toqquşma və i.a. London Sığortaçılar İnstitutu: Həmin beynəlxalq statuslu
sığorta müəssisəsi 1982-ci ildən bəri vardır ( ingiliscə İnstitu-te Cargo Clauses, İCC). Dünya ölkələrinin bir çoxunda bu təşkilatın sığorta şərtləri əsas sayılır. Danışılmış sığorta şərt-lərinin “A”, “B”, “C” hərfləri vasitəsilə işarələnməsi qəbul-olunub;
“ A”- bütün riskləri nəzərə alır və onların ödənilməsini qarşılayır;
“B”- 5 qrup riskləri təmin edir (bədbəxt hadisə; şimşək, tufan, yanğın, təbii fəlakət; gəminin yaxud təyyarənin itmə-si; ümumi qəza və yüklərin xilas edilməsi, zərərin qarşılan-ması üzrə bütün xərclər);
“C”- risklər üzrə ən az ödənişi qarşılanır.
Bu şərti işarələrin anlamları belədir:
“ A”- AR (all risks) yaxud AAR (against all risks);
“ B”- WPA (with particular average);
“ C”- FPA (free from particular average).
Dəniz sığortaçıları üzrə Beynəlxalq İttifaq: Bu təşkilat in-gilis dilində İnternational Union of Marine İnsurance (İUMİ) deməkdir və 1874-cü ildə milli sığorta təşkilatlarının birliyi kimi İsveçrənin Bern şəhərində fəaliyyətə başlamışdır. Təşki-latın ümumi rəhbərliyi Şuranın vasitəsilə aparılır. Onun icra-
Elçin Eyvazov, Nərminə Balabəyova
çı komitəsi və ayrı-ayrı komitələri fəaliyyət göstərir. Təşkilat-da Baş katib rəhbər sayılır. Bu təşkilat məsləhətverici statuslu olub, beynəlxalq sığorta, dəniz daşımaları, habelə gəmiçiliklə bağlı fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir. Təşkila-tın başlıca fəaliyyət istiqamətlərinə daxildir:
risklərin sığortalanması;
təbiətin çirklənməsindən dəyən zərərin sığortası ; yüklərin itkin düşməsindən yaranan ziyanın ödənilməsi; yüklərin sığortalanması;
daşıyıcının məsuliyyətinin sığortası; ümumi qəzalar üzrə sığortalar; kasko-gəmilərin sığortalanması və i.a.
Mövzuya aid sual və tapşırıqlar
Beynəlxalq yükdaşımalar sahəsində sığortanın mahiy-yəti və əhəmiyyəti.
Beynəlxalq yük daşımaları sahəsində sığortanın əsas əməliyyatlarının məzmunu.
“Polis” və “Sığorta polisi” terminlərinin mahiyyəti və məzmunu.
Beynəlxalq nəqliyyat sığortası: mahiyyəti və əsas sə-nədlərinin tərtibi qaydası.
Beynəlxalq avtomobil daşımalarında sığortanın əsas xüsusiyyətləri.
Hava nəqliyyatında əsas sığorta sahələri hansılardır və yüklərin
sığortalanması üsullarını sadalayın.
Beynəlxalq daşımalarda nəqliyyat sığortasının yaran-ma zərurəti.
Beynəlxalq yükdaşımalarda əsas riskləri və onların ya-ranma səbəblərini sadalayın.
Beynəlxalq nəqliyyat əməliyyatları
Beynəlxalq yükdaşımalarda sığorta istiqamətlərini gös-
tərin.
Beynəlxalq dəniz daşımalarında sığortanın mahiyyəti və məzmunu barədə danışın.
Dəniz daşımalarında sığortanın obyektləri və sub-yektləri barədə danışın.
“Karqo” və “Kasko” terminlərinin mənasını açıqla-
yın.
Dəniz daşımalarında sığortanın əsas risklərin yaran-ma səbəblərini və sığortada zərərin qarşılanması formalarını izah edin.
London Sığortaçılar İnstitutu haqqında danışın.
Dəniz sığortaçılarının Beynəlxalq İttifaqının yaranma tarixi və xidmətləri haqqında danışın.
Elçin Eyvazov, Nərminə Balabəyova
MÖVZU XII
AZƏRBAYCAN RESPUBLİKASINDA BEYNƏLXALQ YÜK DAŞIMALARIN TƏŞKİLİ
12.1. Azərbaycan Respublikası üzrə nəqliyyat sistemi Hər hansı müstəqil dövlətin milli iqtisadiyyatının ən apa-
rıcı infrastruktur sferalarından biri də nəqliyyat sahəsidir. Ümumiyyətlə, nəqliyyat sistemi həm ölkənin iqtisadi təhlü-kəsizliyinin etibarlı təminatının yaradılmasında, həm də öl-kənin ümumi daxili məhsulun (ÜDM-in) formalaşmasında böyük əhəmiyyəti vardır. Dünya Bankının qiymətləndirmə-lərinə əsasən nəqliyyat sektoru dünya üzrə ÜDM-in 3% -5% formalaşdırır ki, bunun da təxminən 2-2,5 %-ni dövlət inves-tisiyaları təşkil edir. Xüsusilə də dəmir yolunu, avtomobil, dəniz, hava nəqliyyatı növlərini əhatə edən nəqliyyat sistemi dünya iqtisadiyyatında mövcud iş yerlərinin 5%-8% forma-laşdırır.
Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələri bir sıra öl-kələrin valyuta daxil olmalarında da əsas mənbələrdəndir. Hazırda əldə edilmiş nailiyyətlərin daha da möhkəmləndiril-məsi məqsədilə qarşıda duran əsas problem isə ölkədə dün-ya standartlarına uyğun nəqliyyat şəbəkəsinin, nəqliyyat xidmətlərinin davamlı inkişafını təmin edəcək fəaliyyətlərin gücləndirilməsindən, habelə tranzit potensialından daha ef-fektiv istifadəni təşkil etməkdir. Bunun üçün isə respublika-nın nəqliyyat şəbəkəsini beynəlxalq nəqliyyat şəbəkəsinə in-
Beynəlxalq nəqliyyat əməliyyatları
teqrasiyası istiqamətində fəaliyyətlərin gücləndirilməsi isti-qamətində əsaslı tədbirlərin görülməsi tələb edilir.
Onu da qeyd edək ki, nəqliyyat yalnız yük və sərnişin daşınması əməliyyatlarında iştirak etmir, eyni zamanda təbii və əmək resurslarının istehsalat dövrüyyəsinə cəlb edilmə-sində, məhsuldar qüvvələrin inkişafında, istehsalat sahələri-nin ərazi üzrə effektiv təşkilində, əhalinin məskunlaşmasın-da, şəhər və kənd yerlərinin abadlaşdırılmasında əsas amil-lərdən birinə çevrilir.
Azərbaycan Respublikasinin nəqliyyat sistemi mövcud olan nəqliyyatın bütün növlərinin birləşdirilməsini özündə ehtiva edir. Nəqliyyatın hər bir növü özündə müstəqilliyi, ki-fayət qədər mürəkkəbliyi və dinamikliyi sistemli olaraq özündə birləşdirməklə tətbiqi sferası çərçivəsində daşınmanı təmin edir və həmçinin digər nəqliyyat növləri ilə sıx, qırıl-maz surətdə, qarşılıqlı əlaqədə olmaqla fəaliyyət göstərir.
Ölkədə mövcud olan nəqliyyat sisteminin başlıca məqsə-di iqtisadiyyatın və əhalinin daşınmaya olan tələbatını qarşı-lamaqla ölkənin sağlam həyat fəaliyyətini təmin etməkdir. İqtisadi yüksəlişin əldə edilməsində, əhalinin yüksək həyat səviyyəsini təmin etməkdə, iqtisadi-mədəni əlaqələrin daha da genişləndirilməsində, ölkədə, habelə onun ayrı - ayrı böl-gələrində sosial - iqtisadi problemlərin tez bir zamanda həll edilməsində, dövlətçiliyin qorunub saxlanmasında, milli təh-lükəsizliyin və müdafiə qabiliyyətinin qarşılanmasında onun rolu danılmazdır. Nəqliyyat sistemi mühüm əhəmiyyətə ma-lik olub, istehsalın genişlənməsinə və istehsal qüvvələrinin yerləşdirilməsinə təsir göstərir.
Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən etibarən başlanmışdır. 1878-ci ildə Bakını neft mədənləri və neft korpusu ilə birləşdirən 25,2 verst uzunlu-
Elçin Eyvazov, Nərminə Balabəyova
ğunda dəmir yolu xəttinin tikintisinə icazə verilmişdi. “Neft sahəsi” adını alan sözügedən xətlərin tikinitisi 1879-cu ilin axırlarında başa çatdırıldı və rəsmi olaraq1880-ci ilin 20 yan-varında istismara verildi. Azərbaycan dövlətinin nəqliyyat sistemində dəmir yolu nəqliyyatının aparıcı rolu mövcud-dur. Onun rolu, ilk öncə, texniki - iqtisadi üstünlüklərdən irəli gəlir. Universallıq, yüksək daşınma və manevretmə qa-biliyyətinə malik olmaq, coğrafi, habelə iqlim şəraitindən bir qədər az asılı olmaq, daşınmanı müntəzəm sürətdə ( istəni-lən hər hansı hava iqlimi şəraitində) yerinə yetirmək dəmir yolu nəqliyyatının başlıca xüsusiyyəti hesab olunur. Nəqliy-yatın istənilən növləri tətəfindən yerinə yetirilən yük dövriy-yəsinin daha çox payı dəmir yolunun üzərinə düşür.
Bu növ nəqliyyat təşkilatları Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) üzrə quruluş vahidləri olaraq dəmir yolunun tərkibinə daxildir. Bu cür müəssisələr təsərrüfat hesablı mü-əssisələr olmaqla, yük, yük yeri və sərnişinlərin daşınması-üzrə xidmətlər edirlər.
Dəmir yolu nəqliyyatı təşkilatlarının işinə və fəaliyyətinə-Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) rəhbərlik edir. ADDY dövlət təşkilatı olub, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tabeçiliyindədir. O, müvafiq əsasnamə-yə uyğun şəkildə fəaliyyət göstərir.
Hüquqi şəxs status daşımaqla Azərbaycan Dövlət Dəmir Yolunun əsas vəzifələrinə aşağıdakıları daxil etmək olar:
-dəmir yolu ilə yüklərin, sərnişinlərin, baqajların və poç-tun daşınması, beynəlxalq əlaqələrdə dəmir yolu daşınması-nın inkişafı;
-yüklərin marşrut üzrə daşınmasının qarşılanması;
-daşınan yüklərin, sərnişinlərin, yük yerinin və poç-tun vaxtında, habelə təhlükəsiz daşınmasının qarşılanması;
Beynəlxalq nəqliyyat əməliyyatları
-dəmir yolu üzrə yük və kommersiya fəaliyyətinin təşkili və ona nəzarət olunması, ümumi istifadədə olan yerlərdə də-mir yolu vasitələrindən istifadə etməklə yükləmə, habelə bo-şaltma fəaliyyətinin təşkil edilməsi, yükgöndərən, eləcə də yükalanlara nəqliyyat-ekspedisiya xidmətləri göstərmək;
-dəmir yolu təşkilatlarında dövlət əmlakının mühafizəsi-nin qarşılanması və i.a.
Azərbaycan Dövlət Dəmir Yoluna aid edilən əmlak döv-lət əmlakı hesab olunur. Bu əmlak tam iqtisadi səlahiyyət - məhdud əşyavi hüquq əsasında ona məxsusdur. Azərbaycan Dövlət Dəmir Yolu bu əmlak üzərində qanunvericiliklə mü-əyyənləşdirilmiş qaydada və hüdudlarda sahibolma, istifa-dəetmə və sərəncamvermə səlahiyyətlərini yerinə yetirir. 2007-ci ilin 21 noyabrında Gürcüstanın Marabda kəndində Bakı-Tiflis-Qars dəmiryolu xəttinin inşasının təməli qoyulub. Hər üç dövlətin prezidentlərinin iştirakı ilə Gürcüstanda Ma-rabda stansiyasında açılış mərasimi keçirildi.
Bakı-Tiflis-Qars (BTQ) Azərbaycan üçün istər siyasi, istər iqtisadi, istərsə də strateji baxımdan böyük əhəmiyyətə ma-likdir. Dəmiryolu vasitəsi ilə ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərinə, habelə Türkiyəyə birbaşa gediş əldə olunacaq. Dəmiryolu ilə bir gün ərzində Qarsa və iki gün yarım ərzin-də İstanbula getmək mümkündür. Bakı-Tiflis-Qars dəmiryo-lu Bakı-Tiflis-Ceyhan boru xəttindən sonra Azərbaycan iqti-sadiyyatının daha da inkişafına nail olunacaq. Azərbaycanın ilk illər ərzində tranzitdən minimum illik gəliri 50 milyon dollar təşkil edəcəkdir.
Oktyabrın 30-da Bakı-Tiflis-Qars dəmiryolu xəttinin rəs-mi açılışı Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilmişdir. İlk qatarın
Elçin Eyvazov, Nərminə Balabəyova
Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanından yola salın-ması təmin edilmişdir.
Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə beynəlxalq layihənin həyata keçirilməsi, habelə Bosfor boğazında dəmir yolu tu-neli tikintisi, Trans-Avropa, Trans-Asiya dəmir yolu kimi şə-bəkələrin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Av-ropa və Asiyaya çıxarılmasını qarşılamaqla yanaşı, region öl-kələrinin tranzit potensialını artırmağa, Avropaya inteqrasi-ya proseslərini sürətləndirməyə, Avropa Qonşuluq siyasəti kontekstində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, Azərbaycanın dövlət müstəqilliyi və suverenliyini möhkəm-ləndirməyə, eləcə də ölkəmizin xarici iqtisadi əlaqələrini ge-nişləndirməyə xidmət edəcəkdir. Bu layihənin reallaşdırıl-ması iqtisadi səmərəlilik, sürət və müddət tezliyi, təhlükəsiz-lik və etibarlıq baxımından böyük əhəmiyyətə malikdir. Gə-ləcəkdə Avropa və Asiya dövlətlərinə mənsub yüklərin hə-min dəmir yoluna cəlb olunması hər iki istiqamətdə intermo-dal, eləcə də konteyner daşınmalarının həcmini artıracaqdır.
Azərbaycan Respublikasının nəqliyyat sisteminə aid edi-lən nəqliyyat növlərindən biri də avtomobil nəqliyyatıdır. Həmin nəqliyyat növü yüksək manevretmə qabilliyəti, yük-ləri birbaşa şəkildə «qapıdan - qapıya» çatdırmaq imkanı, ha-belə nisbətən yüksək sürətlə yükləri mənzil başına çatdırmaq xüsusiyyətləri ilə səciyyələndirilir. (sutka ərzində 500 - 800 km-lik yol qət edir.)
Avtomobil nəqliyyatı əsas etibarilə qısa məsafələrə yük daşınmaları üçün istifadə olunur. Bu nəqliyyat növünün baş-lıca fəaliyyət sahəsi sənaye və inşaat işləri üçün yükləri, kənd təsərrüfatı mallarını, habelə ticari malları qısa məsafələrə vaxtında daşımaqdan, yükləri magistral yollara kimi çatdır-
Beynəlxalq nəqliyyat əməliyyatları
maqdan və magistral şəbəkələrdən daşıyıb lazımi yerlərə aparmaqdan ibarətdir. Nəqliyyatın bu növündən istifadə et-məklə bir qədər də uzaq məsafələrə daşınmanı həyata keçir-mək mümkündür. Digər növ nəqliyyat yollarına ( hava, su və s. ) malik olmayan rayonlara da daşımalar avtomobil vasi-təsilə yerinə yetirilir. Təyinat yerinə qısa müddət ərzində çat-dırılması tələb olunan, tez xarab olan, eləcə də yüksək qiy-mətə malik olan yüklər, ərzaq malları daşındıqda avtomobil nəqliyyatından istifadə edilir.
Avtomobil nəqliyyatı şirkətləri «Azəravtonəqliyyat» Dövlət Konserninin tərkibinə aid olan şirkətlər idi. Konsern müvafiq Nizamnaməyə əsasən fəaliyyət göstərirdi, onun başlıca vəzifə və funksiyaları aşağıdakılar idi:
-iqtisadiyyat və əhali üzrə avtonəqliyyat xidmətlərinə olan tələbin təmin olunmasına, istehsal potensialından və əmək resurslarından tam istifadə olunmasına yönəldilən təd-birlər həyata keçirmək üçün proqram və iqtisadi mexanizm-lərin işlənib hazırlanması;
-avtonəqliyyatın inkişafı yönündə vahid elmi-texniki si-yasətin həyata keçirilməsi;
-avtonəqliyyat xidmətlərinin azad rəqabət əsasında baza-rın təşəkkülü üçün şəraitin yaradılması və i.a.
Hal-hazırda həmin funksiyalar Nəqliyyat, Rabitə və Yük-sək Texnologiya Nazirliyi tərəfindən həyata keçirilir.
Respublikamızın qoşulduğu konvensiyalar arasında Bey-nəlxalq Yük Daşımaları (BYD) kitabçası tətbiq olunmaqla beynəlxalq yükdaşımaları haqqında gömrük Konvensiyası mühüm yer tutur. Dövlət Gömrük Komitəsi konvensiyanın ölkə ərazisində səlahiyyətli orqanı sayılır. Nazirlər Kabineti-nin sərəncamına əsasən Azərbaycan Avtomobil Daşıyıcıları
Elçin Eyvazov, Nərminə Balabəyova
üzrə Beynəlxalq Assosiasiyası (AADBA) konvensiyanı icra edən təminat orqanı hesab olunur.
İctimai təşkilat olan Azərbaycan Avtomobil Daşıyıcıları üzrə Beynəlxalq Assosiasiyası (AADBA) avtomobil nəqliyya-tı ilə yükdaşımanı yerinə yetirən subyektlərə sənədlərlə iş görməyi öyrədir, yükdaşıma ilə əlaqəli yenilikləri çatdırır və seminarlar aparır. Ən əsası Azərbaycan Avtomobil Daşıyıcı-ları üzrə Beynəlxalq Assosiasiyası (AADBA) daşıyıcıları tran-zit ölkələrdən keçən zaman çətinliklə qarşılaşmamaları məq-sədilə vacib olan sənəd ilə - Beynəlxalq Yük Daşımaları (BYD) kitabçasının köməyilə təmin edir.
Beynəlxalq Yük Daşımaları (BYD) kitabçasının hər bir reys üçün alınması gərəkdir və kitabça beynəlxalq yükdaşı-malarda bir sıra güzəştlər verir. Sərhədlər maneəsiz olur, yü-kün hər dəfə açılıb yoxlanmasına ehtiyac olmur. Sadəcə ola-raq yükün möhür və plombları üzrə salamatlığın təmin edil-məsi yoxlanılaraq kitabçada qeyd edilr. Beynəlxalq Yük Da-şımaları (BYD) kitabçası doldurulduqdan sonra heç bir bə-yannaməyə ehtiyac qalmır. Kitabçada malların adları, çəkisi, yük yerlərinin sayı, alıcıları, daşıyıcıları və s. aydın şəkildə verilir.
Azərbaycan Avtomobil Daşıyıcıları üzrə Beynəlxalq As-sosiasiyası (AADBA) 1993-cü ildən etibarən Beynəlxalq Av-tomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür. İttifaq AADBA-nı BYD kitabçaları ilə qarşılayır. Sonradan isə asso-siasiyanın üzvləri BYD kitabçaları ilə qarşılanırlar. Qeyd edək ki, hazırda AADBA-nın 50-yə qədər üzvü vardır.
Dəniz nəqliyyatı Respublikamızın nəqliyyat sisteminin vacib tərkib hissısidir. Onun müəyyən üstünlüklıri mövcud-dur. Dəniz nəqliyyatı təbii, dərin və uzun su yollarına malik olmaqla, yük götürülməsində məhdudiyyətlərin qoyulma-
Beynəlxalq nəqliyyat əməliyyatları
ması ilə, eləcə də az enerji işlətmək qabiliyyətinin olması ilə-xarakterizə olunur. Nəqliyyatın bu növünün vasitəsilə yü-kün çatdırılma sürəti sutka ərzində 350-550 km-dir. Dəniz nəqliyyatınınm əsas fəaliyyət sahəsi, ilk növbədə Azərbay-can Respublikası ilə quru sərhədinə malik olmayan ölkələrlə xarici iqtisadi əlaqələri qarşılamaqdan ibarətdir. Dəniz yolla-rından istifadə edilməsi mümkün olan hallar çərçivəsində dəniz nəqliyyatı xarici ticarət daşınmalarının yerinə yetiril-məsində böyük əhəmiyyətə malikdirlər.
Dəniz nəqliyyatı müəssisələri Azərbaycan üzrə Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aiddir. Xəzər Dəniz Gəmiçiliyi öl-kənin Ticarət Gəmiçiliyi Məcəlləsi, eləcə də ticarət dənizçiliyi ilə bağlı beynəlxalq konvensiyalara və müvafiq Nizamnamə-yə əsasən fəaliyyət göstərən dövlət təşkilatı kimi mövcud-dur. Hüquqi şəxs statusunda olan Dövlət Xəzər Dəniz Gəmi-çiliyi Respublikasnın Nazirlər Kabinetinə tabedir. Dövlət Xə-zər Dəniz Gəmiçiliyinin əsas vəzifələrinə aşağıdakılar daxil-dir:
-başqa sahibkarlardan icarəyə alınmış gəmilər, xüsusən də kirayə olunmuş xarici tonnajı və öz donanması vasitəsilə ölkə limanları ilə xarici limanların arasında, həm də xarici li-manların arasında yüklərin və sərnişin daşınmasının yerinə yetirilməsi;
-əmək kollektivinin sosial problemlərinin həllinə yönəldi-lən Respublika qanunvericiliyi ilə nəzərdə tutulan istehsalat, kommersiya və xarici ticarət fəaliyyətinin həyata keçirilmə-si;
-dəniz səfərləri üzrə təhlükəsizliyin, donanmada qəza hallarının minimuma endirilməsinin, yüklərin mühafizə edilməsinin və vaxtında yerinə çatdırılmasının, eləcə də sər-nişinlərin təhlükəsizliyinin və onlara edilən mədəni xidmət-
Elçin Eyvazov, Nərminə Balabəyova
lərin səviyyəsinin yüksəldilməsinin qarşılanması sahəsində tədbirlərin işlənib hazırlanaraq həyata keçirilməsi və s.
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində Beynəl-xalq Dəniz Ticarət Limanı Kompleksi açıldı. Açılış prosesin-də prezident İlham Əliyev iştirak etmişdir. Beynəlxalq Yeni Bakı Dəniz Ticarəti üzrə Liman Kompleksinin inşasına 2010-cu ilin noyabrından etibarən başlanılıb. 2014-cü ilin sentyabr ayında liman qurğularından biri olan iki körpüdən ibarət bə-rə terminalının istismara verilməsi, 2015-ci ilin yanvarında isə iki körpüdən ibarət Ro-Ro terminalının istifadəyə veril-məsi gerçəkləşdi. Limanın ərazisi 117 hektar sahəni əhatə et-məklə 12 yanalma körpüsünü birləşdirir. Limanın yükaşırma imkanlarına illik 15 milyon ton yüklər, o cümlədən 100 min konteynerlər daxildir.
Dəniz Ticarət Limanı Azərbaycan Respublikasını qərblə (Türkiyə və Aİ ilə), cənubla (İran və Hindistanla) və şimalla (Rusiya ilə) birləşdirən nəqliyyat qovşağı kimi çıxış edir. Ye-ni limanın yerləşdiyi ərazi ölkəmizin daxili rayonlarını bir-ləşdirən hazırkı avtomobil və dəmiryolları ilə kəsişməkdədir. Azərbaycanın daxili ərazisindən keçən üç beynəlxalq dəmir-yolu xəttləri məhz bu limandan keçir:
-Bakı şəhərindən Rusiyaya keçməklə şimal-qərb yolu ilə uzanan dəmiryolu xəttləri
Gürcüstan, Qara dəniz sahilləri, eləcə də Türkiyədən keçməklə qərb yolu ilə uzanan dəmiryolu xəttləri.
Cənuba və İran sərhəddinə doğru uzanan dəmiryolu xəttləri.
Bu liman vasitəsi ilə həmçinin Qazaxıstan və Türkmənis-tanın nefti Qara və Aralıq dənizi limanlarına çatdırılır. Qarşı-ya qoyulmuş başqa vəzifələri yerinə yetirmək məqsədilə o, aşağıdakı işləri icra etməyə borcludur:
Beynəlxalq nəqliyyat əməliyyatları
-gəmilərin yüklənməsi və boşaldılması, onlara xidmət göstərilməsi;
-yüklərin başqa nəqliyyat vasitələrindən dəniz nəqliyyatı vasitəsinə və əksinə yüklənməsi;
-dəniz nəqliyyatı gəmilərinin köməyi ilə kabotaj və xarici yüklərin, sərnişinlərin və poçt daşınmasına xidmət göstəril-məsi, yedək əməliyyatlarının aparılması;
liman akvatoriyasında gəmilərin üzməsi yönümündə təhlükəsizliyi təmin etmək;
-yerinə yetirilən işlərə və edilən xidmətlərə görə müqavi-lələr və yaxud təsdiqlənmiş tariflərə əsasən hesablaşmalar qurmaq;
-gəmilərin limana doğru gəlişi və ya gedişi cədvəlini işlə-yib hazırlamaq və i.a.
Hava nəqliyyatı - ən sürətli, habelə dinamik inkişaf edən nəqliyyat növüdür. Aviasiya vasitəsilə sərnişin və yüklərin daşınmasına ancaq I Dünya müharibəsindən sonra başlanıl-mışdır. Əgər 1937-ci il ərzində dünyada hava nəqliyyatı vasi-təsilə 4 mln. nəfərə qədər səmişin daşınmışsa, XXI əsrin əv-vəllərində bu göstərici 2,2 mlrd. nəfərdən çox təşkil etmişdir. Sərnişinlərin, habelə xüsusi dəyərli yüklərin zəruri məntəqə-lərə qisa müddət ərzində çatdırılması hava nəqliyyatının üs-tün cəhətlərindəndir. İstifadə olunan təyyarələrin fərqli tex-niki cəhətləri hava məkanında müxtəlif hündürlüklər səviy-yəsində hava xətləri şəbəkəsinin formalaşmasına imkan ver-mişdir. Müasir dövrdə bu cür hava xətləri şəbəkəsinin bü-tövlükdə uzunluğu 10 mln. km-dən çoxdur.
Azərbaycanda hava nəqliyyatı 1924-cü ildə yaradılmış-dır. Bu vaxt Bakıdan Tbilisiyə aviasiya xətti açılmışdı. Son il-lər ərzində xarici ölkələrlə əlaqələrin genişləndirilməsi prose-sində bu sahənin sürətlə inkişafı təmin edilməkdədir. Azər-
Elçin Eyvazov, Nərminə Balabəyova
baycandan Avropa və Asiyanın bir sıra ölkələrinə təyyarələr uçur. Bakıda ölkənin ən böyük təyyarə limanı fəaliyyət gös-tərir. Gəncə və Naxçıvanda da limanlar mövcuddur. Respub-lika daxilində yerləşən hava nəqliyyatında Gəncənin, Naxçı-vanın, Yevlaxın, Şəkinin və Lənkəranın aeroportları mühüm rola malikdir. Aviasiyanın xidmətindən dağlıq rayonlarla əlaqələrin yaradılması üçün də istifadə olunur.
Hava nəqliyyatı AR-nın nəqliyyat sistemində xüsusi və nühüm yer tutur. Həmin nəqliyyat növünün müəyyən üs-tünlükləri var. Hava nəqliyyatı- birinci nəqliyyat dəhlizi ro-lunu oynayan təbii sahəyə sahibdir. İkincisi, hava nəqliyyatı yüksək sürətlə hərəkətetmə qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, yükləri və sərnişinləri sürətli zaman ərzində dünyanın hər hansı bir istənilən nöqtəsinə çatdırmaq imkanı verir.
Azərbaycanın ən iri aviaşirkəti, milli aviadaşıyıcısı sırası-na "Azərbaycan Hava Yolları"nı (AZAL-ı), başqa sözlə “Azərbaycan Hava Yolları”QSC-ni aid etmək lazımdır. AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA-nın) üzvüdür. AZAL-ın qərargahı Respublikanın paytaxtı - Bakı şəhərindədir. O, 1992-ci ilin 7 aprel tarixində təsis edil-miş və ölkənin müstəqillik qazandıqdan sonra yaradılan ilk milli aviaşirkəti sayılır. Aviaşirkətin əsas hava limanı olan Heydər Əliyev adına Beynəlxalq Aeroportu, Bakıdan 20 km şimal-şərq istiqamətində yerləşir. Şirkətin sərnişin daşımaları əsasən Avropaya, MDB ölkələrinə, Şimali Amerikaya, Yaxın Şərq ölkələrinə və Asiya dövlətlərinə həyata keçirilir.
Dostları ilə paylaş: |