Elçin Eyvazov, Nərminə Balabəyova
çox hallarda xeyli dərəcədə məhkəmə yığımları (ödənişləri) ilə bağlı olur. Bu səbəbdən müavinətin alınması proseduru-nun sadələşdirilməsi ilə əlaqədar məsələnin həlli xüsusi əhə-miyyət daşıyır.
Sığortanın şərtləri və qaydaları mövcud nəqliyyat kon-vensiyaları ilə yox, sığortaçının olduğu dövlətin qanunverici-liyi ilə müəyyən edilir. Bu sferada əsas məsuliyyət sığorta qaydalarının üzərinə düşür və sığorta cəmiyyətləri (şirkətlə-ri) kontekstində fəaliyyət göstərən polislər mühüm rola ma-likdirlər. Sığorta polisi -sığorta edilənin sığorta edən tərəfdən zəmanət kimi əldə etdiyi sənəddir və bu zaman beynəlxalq yükdaşımalar üzrə qaydalar, şərtlər, hər iki tərəfin vəzifələri, məsuliyyətləri, sığorta məbləği, maliyyə məsələləri, dəymiş ziyanın təyin olunması və ödənilməsi prosedurları və i.a. öz əksini tapır. “Polis” termini- fransızcadan police, italyanca-dan polizzadan sözündən tərcümədə qəbz və ya təsdiqləyici imza mənasını verir. Lakin beynəlxalq nəqliyyat konvensiya-larında sığorta şərtləri və prinsipləri adətən daşıyıcının mə-suliyyətinin əsasları, habelə hədləri müəyyənləşdirilərkən nəzərə alınır. Bundan əlavə, ölkələrin müasir müqavilə təc-rübəsi sübut edir ki, beynəlxalq nəqliyyat daşımaları barədə sazişlərdə sığorta məsələləri ilə bağlı ayrıca göstərişlər möv-cudur.
Beynəlxalq avtodaşımalar zamanı əldə edilən sığorta bey-nəlxalq-hüquqi baxımdan müfəssəl formada tənzimlənərək xeyli təkmilləşmişdir. Bu da, beynəlxalq avtodaşımalar pro-sesi zamanı sərnişinlərin, habelə üçüncü şəxslərin maraqları-na ziyan yetirilməsi təhlükəsinin həddən çox artıq olması ilə səciyyələnir. Bu səbəbdən də, müasir dövrdə beynəlxalq av-todaşımalar, yəni avtonəqliyyat vasitəsilə dəyə biləcək ziya-
Beynəlxalq nəqliyyat əməliyyatları
na görə daşıyıcının mülki məsuliyyətinin məcburi sığortalan-ması şərti ilə həyata keçirilir.
Beynəlxalq yükdaşımalar sahəsində sığorta istiqamətləri. Beynəlxalq yükdaşımalar əsasən aşağıdakı sığorta istiqamət-lərində həyata keçirilir :
- əsas yüklərin, qablaşdırılmış, habelə yüksək standartla-ra uyğun, bütün dünyada tanınan və qəbul edilən taralarda daşınan, xüsusi daşıma şərtlərinə malik olmayan yükləri sı-ğortalamaq;
kənd təsərrüfatı məhsullarının, adətən tez xarab olan yükləri daşmaq üçün sığortaların təşkili;
kənd təsərrüfatı və heyvanların daşınmasına əsasən sı-ğortalar;
xüsusi daşıma şərtlərinə malik olan yüklər, misal üçün monetlər, qiymətli metallar, bank banknotları və i.a. daşın-ması üzrə sığortaların təşkili;
maye, toz və açıq formada daşınan yükləri sığortala-maq;
dəmir yolu və avtomobil nəqliyyatından istifadə etmək-lə yerüstü daşımalara dair sığortaların təşkili;
çaylar, dəniz və okeanlar vasitəsilə - su marşrutları ilə yükdaşımalara dair sığortaların təşkili;
hava nəqliyyatı sahəsində beynəlxalq yükdaşımaların sığortalanmasının təşkili;
ixrac təyinatlı yüklərin sığorta olunması.
11.2. Beynəlxalq nəqliyyat daşımalarında Sığorta İnsti-tutu
Aydındır ki, beynəlxalq nəqliyyat hüququ edilmiş təqsirə görə məsuliyyət prinsipini təsbit edir. Bu prinsipə əsasən da-şıyıcı öz müqavilə öhdəliyini icra etməməyə yaxud tam şə-
Elçin Eyvazov, Nərminə Balabəyova
kildə icra etməməyə görə ancaq təqsiri olduqda mülki-hüqu-qi məsuliyyətə cəlb olunur. Bu, modern beynəlxalq nəqliyyat hüququnun ənənəvi müddəası hesab olunur.
Beləliklə, elə vəziyyət meydana gəlir ki, bu vəziyyətdə zi-yan daşıyıcıdan (nəqliyyat şirkətindən) asılı olmayan səbəb-lərə görə dəyir. Söhbət ziyanın daşıyıcının təqsiri üzündən yox, obyektiv səbəblər nəticəsində dəyməsindən gedir. Misal üçün, zəlzələ nəticəsində yük daşıyan şəxs nəqliyyat vasitəsi-ni aşırır və nəticədə yük tələf olur. Bu zaman, daşıyıcı müştə-riyə (yük sahibinə) dəyən ziyanın əvəzini ödəməməlidir, ona görə ki, daşıyıcının ziyanın dəyməsində heç biri təqsiri yox-dur. Kortəbii hərəkatlar, milli münaqişələr və başqa ictimai xarakterli hadisələr də ziyan dəyməsinə səbəb olan hallar sı-rasına aid edilə bilər. Bu cür hallarda zərərçəkən müştərinin, məsələn, yük sahibinin marağı necə və hansı vasitələrin kö-məyi ilə qorunmalıdır? Axı ziyan daşıyıcının təqsiri ucbatın-dan dəymədiyi hallarda, daha doğrusu, ondan asılı olmayan səbəblər üzündən baş verdiyi hallarda müştərinin marağını mülki-hüquqi məsuliyyət institutunun yardımı ilə qoru-maq qeyri-mümkün olur.
Bu hallarda zərərçəkənin mənafeyi, dəyən ziyanın əvəzi-nin ödənilməsi sığorta institutunun yardımı ilə təmin olunur. Beynəlxalq daşımalar zamanı bu institutdan geniş miqyasda, yüksək səviyyədə istifadə edilir. Beynəlxalq daşımalar prose-sində sığortanın əsas məqsədi daşımada iştirak edən müştə-rilərin düşdükləri zərərin, onlara dəyən ziyanın əvəzinin ödənilməsini qarşılamaqdan ibarətdir. O ziyanın əvəzini ki, bunu daşıyıcının hesabına ödəmək qeyri-mümkündür. Bu zaman sığorta əlverişli, eləcə də münasib təminat vasitəsi ki-mi özünü göstərir.
Beynəlxalq nəqliyyat əməliyyatları
Bununla yanaşı, sığorta institutu beynəlxalq daşımalar prosesində dəyən ziyanın əvəzinin alınmasını asanlaşdırmaq məqsədi güdür. Daşıyıcıdan zərərin əvəzinin alınması bir az vaxt tələb edir. Əksər hallarda isə dəyən ziyanın əvəzi məh-kəmənin iştirakı ilə qarşılanır. Onda, əlbəttə ki, müvafiq məhkəmə xərclərini çəkmək lazım gələcəkdir.
Daşıyıcı daşınma müqaviləsində tərəf rolunda göstəril-məyən üçüncü şəxslər qarşısında da məsuliyyət daşıya bilər. Bu məsuliyyəti zərərsizləşdirmək üçün sığorta mühüm vasi-tə rolunu oynayır. Sığortanın əsas məqsədlərindən biri də elə bu məsələ ilə bağlıdır.
Sığorta institutunu ancaq müştərilərin mənafeyini qoru-maq vasitəsi kimi bilmək düzgün deyildir. Bu intsitutun kö-məyi ilə eyni zamanda daşıyıcının mənafeyi qorunur. Qəza nəticəsində nəqliyyat vasitəsi (avtomobil, gəmi, təyyarə və i.a.) məhv ola və ya zədələnə bilər. Nəticədə daşıyıcı (nəqliy-yat təşkilatı) ziyana düşür. Adətən dəyən ziyan elə məbləğdə olur ki, sözügedən məbləğ daşıyıcının maliyyə vəziyyətinə təhlükə törədir. Bu səbəbdən də gələcəkdə dəyə biləcək ziya-nı mümkün qədər ört basdır etmək, heç olmazsa onu kifayət miqdarda azaltmaq məqsədilə daşıyıcı nəqliyyat vasitəsini sığorta etdirməli olur.
Beynəlxalq daşımalar zamanı sığortanın iki formasından da istifadə edilə bilər:
Məcburi
Könüllü (müqavilə).
Beynəlxalq daşımalar sektorunda sığorta məsələləri nəq-liyyat konvensiyalarının köməkliyi ilə tənzimlənmir. Belə ki, nəqliyyat konvensiyaları sığortanın qaydalarını və şərtləri-ni müəyyən etmir. Sığorta məsələləri müxtəlif ölkələrin daxi-li sığorta hüququ ilə tənzimlənir. Beynəlxalq daşımalar pro-
Elçin Eyvazov, Nərminə Balabəyova
sesində sığorta məsələləri beynəlxalq nəqliyyat konvensiya-larının və beynəlxalq sığorta hüququnun dəstəyi ilə yox, müxtəlif ölkələrin milli sığorta hüquqları ilə nizamlanır. An-caq beynəlxalq avtomobil daşınmalarında sığorta məsələləri-nin nizamlanmasında beynəlxalq hüquqi aktlar xüsusi rol oynayır.
Daşıyıcı nəqliyyat vasitəsinin hər hansı növünü sığortala-ya bilər. Əsasən də, sığortadan dəniz, avtomobil, hava nəq-liyyatı vasitələrində istifadə edilir. Beynəlxalq avtomobil da-şımaları günümüzdə, əsasən, sığorta tətbiq olunmaqla yerinə yetirilir. Söhbət daşıyıcının mülki məsuliyyətinin sığortası kimi sığorta növü barəsində gedir. Eyni zamanda məcburi sı-ğorta formasından istifadə olunur.
Beynəlxalq dəniz daşımaları prosesində də sığortadan geniş istifadə edilir. O cümlədən, burda sığortanın könüllü formasından istifadə olunur. Bu zaman mümkün ola biləcək riskli hallar, daşıyıcı və müştərinin mənafeləri nəzərə alınır. Sığorta bir qayda olaraq daşıyıcı və müştəri tərəfindən icra edilir. Beynəlxalq hava daşımaları prosesində də sığortanın əhəmiyyəti çox böyükdür. Bu sahədə də sığortanın könüllü formasından istifadə olunur. Lakin bəzi dövlətlərin qanun-vericiliyində sərnişinlər qarşısında icbari mülki məsuliyyət sığortası təyin edilir.
11.3. Beynəlxalq avtomobil daşımalarında sığortanın xüsusiyyətləri
Vurğulamaq vacibdir ki, avtomobil nəqliyyatı vasitələri daha yüksək təhlükə mənbəyi olaraq mövcuddur. Bu səbəb-dən də beynəlxalq daşımalar zamanı onların üçüncü şəxslərə zərər vermək (nəqliyyat vasitələrini zədələmək, binalara, ti-kililərə zərər vurmaq, fiziki şəxslərin yaralanması yaxud öl-
Beynəlxalq nəqliyyat əməliyyatları
məsi və i.a.) ehtimalı çoxdur. Buna görə də avtomobil daşı-maları prosesində avtonəqliyyat vasitələri ilə digər şəxslərə zərər verilərkən təminat yaratmaq tələb olunur. Bu məqsəd-lə mülki məsuliyyətin icbari sığortası qismində hüquqi me-xanizmlərdən istifadə edilir.
Nəticədə, beynəlxalq avtomobil daşımalarının əsas şərtlə-rindən biri odur ki, daşıyıcının üçüncü şəxslərin qarşısında daşıdığı mülki məsuliyyətin sığortalanması aparılır. Özü də sığorta könüllü şəkildə yox, icbari olaraq həyata keçirilir. 1959-cu il aprelin 20-də Strasburq şəhərində «Avtonəqliyyat vasitələri mülkiyyətçilərinin əmlak məsuliyyətinin icbari sı-ğortası barədə» Avropa Sazişi bağlanmışdı. Saziş Avropa Şu-rası kontekstində qəbul edilmişdi. Bu səbəbdən də Avropa Şurasına üzv dövlətlərin bir çoxu elə bu Sazişin iştirakçıları olaraq çıxış edirdilər. Saziş mülki əmlak məsuliyyətinin sı-ğorta şərtlərini təyin edirdi. Həmin şərtlərdə iştirakçı-dövlət-lərin mülki məsuliyyət haqda öz milli qanunlarını qəbul et-məsi nəzərdə tutulurdu.
Əksər Avropa ölkələrində avtonəqliyyat vasitələri sahib-lərinin əmlak məsuliyyətinin icbari sığortası haqda ilk qa-nunlar XX yüzilliyin ilk 20-ci illərində qəbul edilmişdi. An-caq həmin qanunlar əcnəbi daşıyıcıların mülki məsuliyyətini sığortalamaq problemini tənzimləmirdi. Əcnəbi daşıyıcıların təqsiri səbəbindən yol hadisələri nəticəsində üçüncü şəxslə-rə ziyan gələ bilərdi. Şübhəsiz ki, onlar bunun üçün üçüncü şəxslər qarşısında mülki məsuliyyətə cəlb olunurdular. Hə-min məsuliyyətin sığortalanması haqda qanunlarda hər han-sı bir norma nəzərdə tutulmurdu. Məsələni yoluna qoymaq-üçün BMT-nin Sosial və İqtisadi Şurasının tövsiyyəsi ilə Bey-nəlxalq səviyyəli avtomobil sığorta kart sistemi ərsəyə gəti-rildi. «Yaşıl kart» yaxud « Yaşıl kartoçka» sistemi onun qısa
Elçin Eyvazov, Nərminə Balabəyova
adıdır. «Yaşıl kart» sistemi haqda Saziş 1953-cü ilin əvvəlin-də imzalanmışdır. Avropa ölkələrinin əksəriyyətində bu sis-temdən geniş miqyasda istifadə edilir.
Bu sistemə Avropa ölkələri də daxil olunmaqla 47 ölkə - RF, İsrail, Mərakeş, Tunis və İran daxildir. Ölkəmizin üzvlü-yü ilə iştirakçıların sayı 48 olub. Azərbaycan 2016-cı il yanvar ayının 1-dən etibarən qoşulmuş olduğu “Yaşıl Kart” beynəl-xalq sığorta sisteminin kontekstində xaricə səyahətə gedən azərbaycanlı sürücülərin həmin sistemə üzv olan başqa ölkə-lərin ərazisində mülki məsuliyyət sığortasını təmin edir. Bir ildən çox müddətdir ki, “Yaşıl Kart” sistemi dövlətlərinə gə-lən Azərbaycanın Yaşıl Kart sahibləri öz səfərlərini sığortalı qaydada planlaşdıra bilirlər.
Cari ilin başlanğıcından ölkəmizdən “Yaşıl Kart” sistemi-nin olduğu ölkələrə yollanan sürücülərin həmin dövlətlərdə özlərinin avtonəqliyyat vasitələrindən istifadə edərkən yol-nəqliyyat hadisələrinə yol açması ilə əlaqədar 18 fakt müəy-yən edilmişdir. Bu hadisələr əsasən Rusiya, İran, Türki-yə, Polşa kimi dövlətlərin ərazilərində ölkəmizin Yaşıl Kart sahibləri olan sürücülərin təqsiri ucbatından baş vermiş yol qəzalarıdır.
Keçən illər ərzində baş verən sığorta hadisələri nəticəsin-də əmlakına, yaxud sağlamlığına ziyan dəyən üçüncü şəxslə-rə “Yaşıl Kart” sistemində nəzərdə tutulan mexanizmə əsa-sən sığorta ödənişlərinin verilməsi üçün ölkələrarası sənəd-ləşmə və qeydiyyat işləri görülmüş, bir çox hallar üzrə ödə-nişlərin icrası bitmişdir. Ölkəmizin milli Yaşıl Kart bürosu-nun funksiyalarını icra edən İcbari Sığorta Bürosu öz missi-yasına daim sadiq qalaraq bundan sonrakı illərdə də beynəl-xalq “Yaşıl Kart” Sazişi kontekstində öz öhdəliklərini yerinə yetirəcəkdir.
Beynəlxalq nəqliyyat əməliyyatları
Belə bir sual yaranır, “Yaşıl Kart” nədir və bu sistem av-tomobil sahiblərinə nə vəd edir? “Yaşıl Kart” sistemi, avto-mobil sahiblərinin mülki məsuliyyəti üzrə sığortası şəhadət-naməsinin bu sistemə üzv ölkələrin arasında qarşılıqlı tanın-ması barəsində sazişdir. Sistemin əsas məqsədi: Bu sistemin əsasında, "Yaşıl Kart" barəsində sazişin iştirakçıları olan döv-lətlərin biri tərəfindən verilən avtonəqliyyat vasitəsi sahiblə-rinin mülki məsuliyətinin sığorta şəhadətnaməsi bu sazişin iştirakçısı olan başqa dövlətlərin ərazisində etibarlı hesab olunur.
Bu sistemin üzvü hər hansı ölkəyə səfər edən kənar avtonəq-liyyat vasitəsi sahiblərinin mülkü məsuliyyətinin onların məxsus olduğu ölkənin milli qanunvericiliyə müvafiq forma-da sığortalanır. Bunla da səyahət etdikləri ölkələrdə etdikləri yol-nəqliyyat hadisələri nəticəsində verdikləri ziyanın əvəzi-nin hadisənin baş verdiyi dövlətin daxili qanunvericiliyi-nə müvafiq formada ödənilməsi təmin edilir. “Yaşıl Kart” sisteminə qoşulmaq istəyən sığortaçılar İcbari Sığorta Büro-suna on min manat dəyərində birdəfəlik ödəniş etməlidir.
Bu sığorta haqda aşağıdakıları bilmək lazımdır.
Azərbaycan qeydiyyatlı avtonəqliyyatın vasitəsilə Yaşıl Kart ölkələrinə gedərkən Azərbaycan Yaşıl Kartını almaq məcburidir.
Yaşıl Kartı ölkə daxilində və sərhəddən almaq olar.
Yaşıl Kartla xaricdə sürücülüklə əlaqəli mülki məsuliy-yətinizi tam həcmdə sığortalayırsınız.
Yaşıl Kart çoxsaylı istənilən sərhəd sığorta müqavilələ-rini əvəz edə bilir.
Bir beynəlxalq sığorta müqaviləsi əldə etməklə siz məblə-ğə və vaxta qənaət edirsiniz. Səfərinizin müddətindən asılı
Elçin Eyvazov, Nərminə Balabəyova
olaraq, Yaşıl Kartı 1, 3, 6, habelə 12 aylıq müddətə ala bilərsi-niz.
Yaşıl Kartı ancaq İcbari Sığorta Bürosunun uyğun bir re-yestrinə daxil olunmuş 13 sığorta şirkətindən almaq müm-kündür. “Mahiyyət etibarilə, Yaşıl Kart sığortası standart sa-yılan avtoməsuliyyətin icbari sığortası növünə bənzərdir, hər iki sığorta növü əslində avtonəqliyyat vasitəsinin sahibinin üçüncü şəxsin qarşısındakı mülki məsuliyyəti sığortalayır. Sığortaolunan üçün həmin iki sığorta növünün əsas fərqi bi-rinin ölkə ərazisində, o biriniin isə beynəlxalq miqyasda ke-çərli olmasıdır. Avtoməsuliyyətin icbari sığortasındakı kimi, Yaşıl Kart da öz sahibinə ödədiyi bir qədər kiçik sığorta haq-qı müqabilində xeyli böyük məbləğlərdə sığorta təminatını təqdim edir.
Sistem nə cür işləyir? “Yaşıl Kart” sistemi kontekstində dəyən ziyanın əvəzinin ödənilməsi üçün sistemə üzv olan öl-kələrdə milli Yaşıl Kart bürolarını təsis etmək mümkündür. AR-da Yaşıl Kart bürosunun funksiyalarını əsasən İcbari Sı-ğorta Bürosu icra edir. Bu bürolar əcnəbi sürücülərin özləri-nin avtonəqliyyat vasitələri ilə törətdiyi yol-nəqliyyat hadisə-ləri nəticəsində zədə almış yaxud əmlakına ziyan dəymiş üçüncü şəxslərə dəyən zərərlərin əvəzinin sığorta ödəməsi formasında veriləcəyinə təminat verir. Sonralar, hadisə baş verən dövlətin Yaşıl Kart bürosu hadisəyə səbəb olan sürü-cünün Yaşıl Kartının məxsus olduğu dövlətin Yaşıl Kart bü-rosundan ödənilən sığorta ödənişi məbləğində vəsaiti geriyə alır.
Sistemə üzv ölkələrə gedərkən “Yaşıl Kart” sığortasının əldə edilməsi mütləqdir. “Yaşıl Kart” sisteminə daxil ol-muş müəyyən ölkəyə AR-da qeydiyyatda olan avtonəqliyyat vasitəsilə səfər edən hər bir şəxs “Yaşıl Kart” sığortasını məc-
Beynəlxalq nəqliyyat əməliyyatları
buri şəkildə almalıdır və bu müddəa “İcbari Sığorta haqqın-da” AR-nın Qanunu ilə nizamlanır. Bir neçə ölkəyə gedəcək olan sürücülər AR-da Yaşıl Kart sığortasını almaqla həmin ölkələrə məxsus sərhəd sığorta müqavilələrini almaq lazım gəlmir.
“Yaşıl Kart” sisteminə üzv ölkələrə AR-da qeydiyyatda olan avtonəqliyyat vasitəsilə səfər etməyə hazırlaşan insanlar İcbari Sığorta Bürosunun iştirakçıları sayılan sığorta təşkilar-larından «Yaşıl Kart» sığortasını almaqla səyahətləri boyun-ca mülki məsuliyətlərini sığortalamış olur və nəticədə, səfər edəcəkləri hər hansı bir üzv ölkənin içərisinə daxil olarkən o dövlətin sərhəd sığorta müqaviləsini əldə etmək zərurətin-dən azad olurlar.
Bu zaman istisna hal olaraq vurğulamaq lazımdır ki, sis-temə daxil olmuş Belarus və İsrail arasındakı sənədlərin qar-şılıqlı tanınmasına dair ikitərəfli sazişlər imzalanmadığın-dan, Azərbaycan Yaşıl Kartları hər iki ölkə ərazisində qüvvə-də olmur və səfərləri həmin ölkələrdən keçən ölkəmizin Ya-şıl Kartı sahibləri onların ölkəsinə daxil olarkən bu ölkələrin sərhəd sığorta müqavilələrini almalıdırlar.
Eyni qayda yolu Gürcüstandan keçən ölkəmizin Yaşıl Kartı sahiblərinə yaxud səfərinin son təyinat məntəqəsi hə-min ölkə olan sürücülərə də aid olunur: Gürcüstan “Yaşıl Kart” sistemində üzv olmadığı üçün, yolu buradan keçən bi-zim sürücülər Gürcüstana daxil olarkən həmin ölkənin sər-həd sığorta müqaviləsinə sahib ola bilərlər.
Yaşıl Kartı necə almaq olar? Səfərə etmədən əvvəl vətən-daşlar İcbari Sığorta Bürosunun uyğun reyestrinə daxil olun-muş sığorta şirkətlərinə müraciət etməklə “Yaşıl Kart” sığor-tasını, yəni Azərbaycan Yaşıl Kartını ala bilərlər. “Yaşıl Kart” sisteminə üzv ölkələrə səfər etmiş sürücülər Azərbaycanı
Elçin Eyvazov, Nərminə Balabəyova
tərk etdikdə sərhəddə gömrük orqanlarının müvafiq “Yaşıl Kart” sığortasına malik olub-olmaması ilə əlaqəli yoxlanış-dan keçir. Əgər sığorta əvvəlcədən alınmayıbsa, bu halda onu yerindəcə, həmin yerdə fəaliyyət göstərən sığorta təşki-latlarının nümayəndəliklərindən almaq lazım gələcək. Bu nöqteyi-nəzərdən, sərhəddə vaxt itirməmək məqsədilə “Yaşıl Kart” sığortasını əvvəlcədən almaq olar.
11.4. Beynəlxalq dəniz daşımaları üzrə sığorta
Dəniz daşımaları qədim və ucuz tarixə malik beynəlxalq yükdaşımaları aləti kimi dünya təcrübəsində geniş istifadə olunur. Bununla əlaqədar, daşımalar zamanı yüklərin risk-lərdən bilavasitə sığortalanması problemləri, habelə onların həlli yollarını razılaşdırmaq məsələləri beynəlxalq təcrübə-də 14-cü əsrdən etibarən, İtaliyada formalaşıb. 1600-cü ildə İngiltərədə Dəniz sığortası mövzusunda Qanun qəbul edil-mişdir. Bu Qanuna görə, “ Lloyd” sığorta cəmiyyəti əsasən dəniz polisi kimi formalaşmış və hazırda da bundan istifadə edilir. Dəniz gəmilərinin sığortalanmasını bəzən “Kasko” ad-landırırlar, bu isə gəminin korpus-maşınlarının sığortalan-ması anlamına gəlir.
“Kasko” termininin mənası -ispan sözü olan “casco”, baş-qa sözlə desək “şlem” və ya niderlandcadan “korpus” sözlə-rindən yaranmışdır. Kaskonun tam mahiyyəti avtomobillə-rin yaxud başqa nəqliyyat vasitələrinin təyyarələr, (gəmi-lər, vaqonlar və i.a.) oğurlanması, onların zədələnməsi ilə-əlaqəli olaraq dəymiş zərərlərin sığortalanmasıdır.
“Karqo” terminin mənası – ispan dilində “cargo”, başqa sözlə desək “ yük” sözündən yaranıb. Karqonun mahiyyəti isə, onun əsasən daşımalar və sığortalarda tətbiqi ilə əlaqəli-
Beynəlxalq nəqliyyat əməliyyatları
dir. Bu zaman, karqo daşımalar üzrə əməliyyatın başlıca sə-nədi kimi meydana çıxır.
Dəniz daşımaları üzrə sığortanın əsas subyektləri bunlar ola bilər:
Gəmi sahibləri, gəmi sahibləri ilə müqaviləyə əsasən onları istismara götürən kompaniyalar, gəmi operatorları,
Bank-kreditorlar. sığorta edən və gəmi kapitanından asılı olmayaraq, yaranan zərərlər;
Dəniz təhlükəsi, batma, çökmə, toqquşma, hava şəraiti-nin yaxşı olmaması;
Quldurluq; naməlum yaxud təsadüfi yader qurğuları ilə zədə almaq;
Zəlzələ, vulkan püskürməsi, ildırım vurması;
Gəmi kapitanının, habelə heyətin günahından meyda-na gələcək zərərlər;
Yanğın və partlayış;
Gəminin maşın, eləcə də korpuslarının sınması, qazan-xananın bilavasitə partlaması və i.a. üzrə səbəblərin ləğv edilməməsindən dəyə biləcək zərərlər;
Keyfiyyətsiz təmir zamanı dəyə biləcək zərərlər.
Dəniz daşımaları prosesində sığortanın obyektləri aşağı-dakılar ola bilər:
gəmidən istifadə üçün ödəniş,
gəmi kapitanının və heyətin əmək haqqı.
gəminin daşıdığı yüklərdən əldə edəcəyi mənfəət,
sərnişinin daşınması üçün ödəmə,
Elçin Eyvazov, Nərminə Balabəyova
Sığorta prosesində sığorta obyekti kimi, fövqəladə hallar üçün, gəminin xilası, yükün xilas olunması və.s üçün çəkilən xərcləri misal göstərmək olar.
Beynəlxalq dəniz daşımalarında olan hadisələr, onların xüsusiyyəti, təbii amillər və i.a. nəzərə alınaraq, dəniz daşı-maları prosesində sığortada zərərin qarşılanmasının bəzi for-maları vardır:
1. Gəminin tam yaxud qismən batması ilə əlaqəli zərər-
lər;
Gəminin itkin düşməsi ilə əlaqəli zərərlər;
Gəminin həbs olunması zamanı ortaya çıxan zərərlər;
Gəminin xilası zamanı, gəmidə yanğının söndürülməsi üçün həyata keçirilən tədbirlər nəticəsində gəminin zədələn-məsindən meydana gələn zərərlər;
Ümumi qəzalarla əlaqədar yaranan əlavə xərclər, habe-lə ödəmələr;
Vətəndaş müharibəsi, üsyan, inqilablar nəticəsində meydana gələn zərərlər;
Gəminin mina, torpedo, eləcə də bomba nəticəsində sı-radan çıxması yaxud zədələnməsindən yaranan zərərlər;
Gəmidə maşın və avadanlıqların korroziyaya məruz qalması və bununla əlaqədar zərərlər.
Dəniz daşımaları prosesində sığorta üzrə risklər:
● Sığorta edən və gəmi kapitanından asılı olmayaraq, or-taya çıxan zərərlər;
● Dəniz təhlükəsi, hava şəraitinin dəyişkənliyi, çökmə, toqquşma, batma;
● Quldurluq;
● Naməlum yaxud təsadüfi yader qurğularından zədələnmək; ● Yanğın və partlayış;
Zəlzələ, vulkan püskürməsi və yaxud ildırım vurması;
Dostları ilə paylaş: |