Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə11/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   ...   7   8   9   10   11   12   13   14   ...   27
6.4. Beynəlxalq yük daşınması müqavləsi (BYDM) haqqında Konvensiya.

Konvensiya qəbul olunandan sonra daşınmalar haq-qında başqa ölkələrarası sazişlərə təsir etmişdir. İndiki şərait-də o, beynəlxalq nəqliyyatda ən mühüm normativ sənədlər-dən biri sayılır.


Konvensiya BMT AİK DNK-nın başçılığı ilə və onun çərçivəsində yaradılmışdır. Konvensiyanın yaradılmasında ölkələrarası daşınmalar barədə sənədlərin, əsasən də dəmir yolu nəqliyyatı haqqında saziş praktikasından istifadə olun-muşdur. Bu zaman BANİ də iştirak etmişdir. Konvensiya

139


Elçin Eyvazov, Nərminə Balabəyova

19.05.1956-cı il tarixində Cenevrədə 11 ölkə tərəfindən imza-lanan, 02.07.1961-ci il tarixindən isə qəbul edilmişdir. Keçmiş SSRİ 01.08.1983-cü il tarixindən Konvensiyaya qoşulmuşdur. Sovet avtomobil nəqliyyatının yerinə yetirildiyi ölkələrarası yük daşınmaları artıq 01.08.1986-cı il tarixindən etibarən qeyd olunan Konvensiya ilə tənzimlənirdi.


Avropa ölkələrinin böyük bir hissəsi Konvensiyaya qoşulmuşdur. 2000- ci ildən Respublikamız da onun iştirak-çısı sayılır. Rusiya Federasiyasının, Belorusiyanın, Ukrayna-nın və başqa MDB ölkələrinin də Konvensiyanın üzvü ol-duqlarını qeyd etmək lazımdır.
Konvensiya ölkələrarası xüsusi hüququn - ölkələrara-sı avtomobil nəqliyyatı hüququnun baza sənədi sayılır. Bu sənəd dünya təcrübəsində daşınma müqavilələrinə dair ha-zırlanmış qaydaları və adətləri tənzimləyir. Konvensiyanın ölkələrarası avtomobil yük daşınmalarıı müqavilələrinin şərtlərini müəyyənləşdirməsini də qeyd etmək lazımdır. Bu-rada avtomobil daşınması halında müqavilə iştirakçısının (tərəflərin), yəni yüklərin sahibləri və daşıyıcıların hüqüq və vəzifəsini, daşınma üçün yüklərin qəbul olunması və təyinat məntəqəsində təqdim olunma qaydalarını, daşıyıcılar tərə-findən yüklərin salamat saxlanılmamasına görə məsuliyyəti-ni yəni, müqavilə öhdəliyinin həyata keçirilməməsinə (və ya kifayət qədər həyata keçirilməməsinə) görə tərəflərin cavab-dehliyi və başqa məsələləri tənzimləyən normalar əhatə olunmuşdur.
Konvensiya 8 fəsili əhatə edir. Bu fəsillərdə 51 maddə mövcuddur. 05.07.1978-ci il tarixli Əlavə Protokola əsasən Konvensiyada bir çox dəyişikliklər olunmuşdur.
Yük daşınma müqavilələrinin tərəfləri Konvensiyanın normasını dəyişdirərək ona əlavələr edə bilməz, yəni Kon-

140


Beynəlxalq nəqliyyat əməliyyatları

vensiyada nəzərdə tutulandan fərqli qaydalar müəyyən olu-na bilməz. Əgər müəyyən etsələr, həmin qaydalar etibarsız hesab olunacaqdır. Bu səbəbdən Konvensiya dispozitiv yox, imperativ xüsusiyyətə malikdir. Konvensiyanın tətbiq dairə-si deyildikdə Konvensiyanın predmeti nəzərdə tutulur. Kon-vensiyanın predmeti deyildikdə isə onun nəyi, hansı müna-sibəti nizamlaması və qaydaya salması anlaşılır.


Konvensiya avtomobillə ölkələrarası yük daşınması müqavilələrini nizamlayır. Bu səbəbdən avtomobillə daxili yük daşınmalarıı müqavilələri Konvensiyanın hüquqi tənzi-metmə predmetinə aid deyildir. Avtomobillə beynəlxalq yük daşınmaları müqavilələri dedikdə nə anlaşılır? Əgər yük konkret bir ölkənin ərazisini, tərk edərək, digər ölkə ərazisi-nə daşınarsa, ölkələr arasında beynəlxalq yük daşınma mü-nasibəti formalaşır ki, həmin münasibət beynəlxalq yük da-şınmaları müqavilələri ilə rəsmiləşir. Ölkələrarası yük daşın-maları müqavilələrinin imzalanması məqsədilə yüklərin yola salındığı ərazinin (yüklərin daşınmaq məqsədilə qəbul edil-diyi ərazinin) və ya yüklərin təyinat sahəsinin iki ölkə ərazi-sində olması vacibdir. Bundan başqa, həmin ölkələrdən, heç olmazsa birinin Konvensiya iştirakçısı olması şərtdir. Yəni, bağlanmış müqavilənin beynəlxalq saziş kimi tanınması üçün iki tərəfdən - yüklərin yola salındığı yer (yüklərin da-şınmaq üçün qəbul edildiyi yerdən) və ya yüklərin təyinat sahəsindən, heç olmazsa, birinin Konvensiyanın iştirakçısı olan ölkənin ərazisində olması kifayətdir. Məhz bu saziş bey-nəlxalq yük daşınması sazişi sayılır və bu səbəbdən Konven-siyanın hüquqi tənzimetmə predmetinə daxil edilir.
Beləliklə, aşağıda qeyd olunan iki şərt olduğu zaman, beynəlxalq avtomobil yük daşınmasını nizamlamaq üçün sö-zü gedən Konvensiyanın norması tətbiq edilir:

141


Elçin Eyvazov, Nərminə Balabəyova

-birinci, yüklərin yola salındığı yer və yüklərin təyinat yeri iki ayrı-ayrı dövlətin ərazisində olmalıdır;


-ikinci, bu dövlətlərdən, heç olmazsa, biri Konvensi-yanın iştirakçısı olmalıdır.
Qeyd olunduğu kimi, tələb olunmur ki, yüklərin yola salındığı sahənin və ya yüklərin təyinat sahəsinin olduğu iki ölkənin hər ikisi də Konvensiyanın iştirakçısı olsun. Həmin ölkələrdən birinin Konvensiyanın üzvü olması kifayət edir. Məsələyə belə yanaşma Konvensiya vasitəsilə müəyyənləşdi-rilmiş daşınma rejiminin tətbiq dairəsini genişləndirmək məqsədi güdür. Bu səbəbdən də Konvensiya, necə deyərlər, qapalı yox, açıq xarakterli sayılır. Konvensiya bu cəhəti ilə başqa nəqliyyat konvensiyalarının çoxundan fərqlənir.
Təbii ki, Konvensiya daşıma müqaviləsinin hər bir şərtini müəyyən etmir. Elə müqavilə şərti ola bilər ki, bu haqda Konvensiyada hər hansı bir göstərişlər olmasın. Bu zaman Konvensiya ilə qaydaya salınmayan saziş şərtini tən-zimləmək üçün saziş bağlayan şəxslər hansı milli (daxili) qa-nunvericiliyin tətbiq olunması üçün razılaşmalıdırlar.
Beynəlxalq yük daşınması müqaviləsinin elementi. Beynəlxalq yük daşıması sazişinin əsas elementindən biri onun tərəfləri (subyekt tərkibləri) olur. Müqavilə iki tərəf arasında imzalanır: daşıyıcı və yükgöndərən.1 Beynəlxalq yükdaşıma münasibətlərində yükalanlar da çıxış edə bilər. Amma yükalan müqavilənin tərəfi hesab edilmir. Çünki, o, müqavilələrin bağlanmasında çıxış etmir. Yükalan beynəl-xalq yük daşıması müqaviləsi ilə əlaqədar yaranan münasi-bətlərin iştirakçısıdır. Lakin, yükgöndərənlər və daşıyıcılar müqavilənin həm tərəfi, həm də iştirakçısı sayılır (subyekti-dir). Beynəlxalq yük daşınması müqavilələrinin forması və bağlanması qaydası müqavilə elementlərindən biridir. Qeyd

142


Beynəlxalq nəqliyyat əməliyyatları

edilməlidir ki, müqavilələr nəqliyyat hüququ üçün ənənə-




  1. şəkildə imzalanır. Nəticədə, dövlətlərarası yük daşınma müqavilələri daşıma sənədi ilə rəsmiləşdirilir. Bu sənəd qai-mə adlandırılır. Məhz qaimə beynəlxalq yüklərin daşınması müqaviləsinin özü sayılır. Qaimənin olması onu göstərir ki, yük sahibləri ilə (yükgöndərənlərlə) daşıyıcılar arasında yük daşınması sazişi bağlanmışdır. Qaimələr sadə yazılı formada imzalanmış yük daşınması sazişinin özünü ifadə edir.

Qeyd etməliyik ki, əqdin (həmçinin əqdin bir növü olan sazişin) yazılı formada imzalanması üçün aşağıda qeyd edilən məcburi və labüd şərtlərə əməl edilməsi tələb olunur:


-birincisi, yazılı formalı əqdlər vahid sənəd hazırlan-ması yolu ilə imzalanır;

-ikincisi, bu sənəd əqdlərin məzmununu (əqdlərin hər bir şərtinin məcmusunu) ifadə edir;


-üçüncüsü, bu sənədi əqdləri bağlayan tərəflər imza-
layır.
Qaimə qeyd olunan şərtlərə cavab verir. Bu səbəbdən o, sadə yazılı şəkildə imzalanmış yük daşınması müqavilələ-rini ifadə edir. Konvensiyada nəzərə alınır ki, yük daşınması müqavilələri qaimə ilə təsdiqlənməyi mütləqdir. Beləliklə də, qaimə həmçinin yüklərin daşınması sazişinin bağlanmasını əsaslandırır.
Digər tərəfdən, qaimədə yüklərin daşınması sazişinin şərti nəzərdə tutulur. Bu səbəbdən də onu sazişin şərtini təs-diqləyən sənəd hesab etmək olar. Bununla bərabər, qaimələr yük daşıyıcı tərəfindən əldə edilməsini (qəbul edilməsini) sü-buta yetirir. Eyni zamanda, qaimə yükün daşıyıcı tərəfindən daşınması üçün qəbul olunma halını da təsdiq edir. Qaimə vasitəsilə yüklərin daşınması sazişinin bağlanma halı və onun şərtini, habelə yüklərin daşıyıcı tərəfindən qəbul edil-

143


Elçin Eyvazov, Nərminə Balabəyova

məsini təsdiqləyən sənəd olması Konvensiyanın 9-cu maddə-sində göstərilir.


Qaimə 3 nüsxədə hazırlanır və daşınma prosesində çı-xış edən şəxslər arasında imzalanır. Qaimənin ilkin nüsxəsi yükgöndərənlərə təqdim edilir, ikinci nüsxə isə yükə əlavə olunur (yükləri müşaiyət edir), üçüncü nüsxə isə daşıyıcının özündə qalır. Qaimənin nüsxələri müxtəlif sayda ola bilər. Ancaq onlardan 3-ü eyni hüquqi qüvvəyə sahibdir. Nüsxələ-rin digərləri qaimənin surəti hesab edilir. Qaimə surətinin sa-yı, əsasən yükün daşındığı dövlət sərhədlərinin sayından və milli gömrük məsələlərindən asılıdır. Qaimənin olmaması, doğru şəkildə tərtib olunmaması və yaxud itməsi daşınma sazişinin etibarsız sayılmasına təsir etmir.
Daşıyıcı yükləri daşınmaq üçün qəbul etdiyi hal-da qaimədəki informasiyaların doğruluğunu yoxlamalıdır. Bu informasiyalar aşağıdakılardır:


  1. Yük yerləri haqqında məlumat,




  1. Yük yerlərinin nişanlanması barədə məlumat,




  1. Yükün xarici vəziyyəti barədə məlumat,




  1. Yükün qablaşdırılması barədə məlumat. Konvensiya qaimənin formasını təyin etmir. Qaimə-

nin forması BANİ tərəfindən tərtib olunmuşdur. Daşıma prosesinin iştirakçıları daşımanı rəsmiləşdirmək üçün bu for-madan istifadə edirlər. Ancaq göstərilən forma məcburi de-yil, tövsiyə xarakterlidir. Bu səbəbdən daşınma prosesinin iş-tirakçıları onlar üçün uyğun olan forma tərtib edə bilərlər, bir şərtlə ki, o, müəyyən bir dövlətin daxili nəqliyyat hüqu-quna müvafiq olsun.


Konvensiya qaimənin rekvizitlərini təyin edir. Həmin rekvizitləri 2 yerə ayırmaq olar:
-məcburi rekvizitlər;

144


Beynəlxalq nəqliyyat əməliyyatları

-əlavə rekvizitlər.


Məcburi rekvizitlər qaimədə mütləq qeyd edilməli olan informasiyalardır. Onlar mühüm rekvizitlər olub, qai-mənin etibarlı olmasını və hüquqi əhəmiyyət kəsb etməsini şərtləndirir. Məcburi rekvizitlər aşağıdakıldır:


  • qaimənin hazırlandığı vaxt və məkan; -yükgöndərənin adı və ünvanı; -daşıyıcının adı və ünvanı;

-yüklərin daşınma üçün qəbul edildiyi yer və tarix; -təyinat yeri;


-yükü qəbul edənlərin adı və ünvanı;
-yüklər üzrə yer sayı, onların xüsusi nişanı və yerlərin
nömrələnməsi;
-yükün brutto çəkisi yaxud yükün həcmi (ölçü vahid-ləri ilə göstərilməlidir);
-daşıma ilə əlaqəli ödənişlər (daşınma haqqı, gömrük rüsumları və s.);
-gömrük və başqa rəsmiləşdirmələri həyata keçirmək-üçün lazım olan təlimat;
-daşımanın Konvensiyanın normalarına müvafiq for-mada yerinə yetirilməsi haqqında göstəriş;
-yükün xarakteri və onun qablaşdırılmasının növü ba-rədə işarə olunması.
Qaiməyə daxil olunması məcburi olmayan informasi-yalar əlavə rekvizitlər adlanır. Bu cür informasiyalar qaimə-də ancaq lazım olduqda göstərilir. Əlavə rekvizitlərə aşağı-dakılar aiddir:
-yükgöndərənin yükün boşaldılıb təkrar yüklənməsi-nə icazə verilməməsi haqda göstərişi;
-yükgöndərən tərəfindən edilən ödənişin forması və miqdarı;

145


Elçin Eyvazov, Nərminə Balabəyova

-yükgöndərən tərəfindən yüklərin elan edilmiş qiy-


məti;
-yükün sığortalanması haqda təlimat;
-daşıyıcıya verilən sənədlərin siyahısı və s.
Yük daşınması müqaviləsinin tərəfləri əgər lazım bi-lərlərsə, istənilən məlumatı qaiməyə daxil edə bilərlər. Bu, onların istək və mülahizəsindən asılıdır. Yükgöndərən qai-mədə informasiyaları doğru şəkildə göstərməlidir. O, qaimə-yə daxil olan hər hansı bir məlumatı dəqiq və düzgün şəkil-də göstərmədikdə məsuliyyətə cəlb oluna bilər. Nəticədə, qaimədə informasiyanın düzgün göstərilməməsi daşıyıcıya əmlak (maddi) ziyanın vurulması ilə nəticələnə bilər. Həmin ziyanın əvəzini yükgöndərən ödəməyə borcludur, bir şərt daxilində ki, daşıyıcı zərərin yükgöndərənin təqsiri səbəbin-dən (qaimədə informasiyaların dəqiq göstərilməməsi hesabı-na) yaranmasını sübut edə bilsin. Misal üçün, yükgöndərən qaimədə yükün təyinat yerini, başqa sözlə desək, yükün çat-dırılmalı olduğu yeri doğru şəkildə göstərmir. Sözsüz ki, be-lə olduqda daşıyıcıya ziyan dəyir. Daşıyıcı həmin ziyanın yükgöndərənin təqsiri üzündən dəyməsini sübut etməlidir. Yükgöndərən qaimənin hazırlanmasını digər şəxslərə (misal üçün, daşıyıcıya, ekspeditora və s.) həvalə edilə bilər. Belə ol-duqda da yükgöndərən qaimədə informasiyaların dəqiq gös-tərilməməsinə görə məsuliyyətə cəlb oluna bilər. Nəticədə, qaimənin hazırlanmasının başqa şəxslərə tapşırılması onu məsuliyyətdən azad etmir. Müddət dövlətlərarası yük daşın-ması müqaviləsinin komponentlərindən biridir. Yükün təyi-nat yerinə çatdırılma müddəti yük daşınması müqaviləsinin müddəti adlanır.
Müddət tərəflərin razılığı ilə müəyyənləşdirilir.
Bu halda qaiməyə müddət haqda informasiya daxil olunur.

146


Beynəlxalq nəqliyyat əməliyyatları

Misal üçün, qaimədə qeyd edilir ki, yük təyinat məntəqəsinə aprelin 15-dən gec olmayaraq çatdırılsın və ya yüklərin təyi-nat məntəqəsinə çatdırılma müddəti on gün təyin olunsun və s.


Müddət haqda informasiya qaimədə göstərilməyə də bilər. Nəticədə, müddət qaimənin məcburi rekviziti hesab-olunmur. Bu səbəbdən tərəflər qaimədə müddət haqda şərti qeyd etməyə də bilərlər. Bu zaman ağlabatan müddət əsas götürülür. Elə bir normal vaxt dövrü var ki, bu dövr də konkret marşrut vasitəsilə konkret yükdaşıma mümkün olur və bu da öz növbəsində ağlabatan müddət adlanır. Bu müd-dəti təyin edəndə bir çox ünsürlər nəzərə alınır: daşımanın qısa məsafəsi, sutka ərzində hərəkət etmək normativi, sər-həddə növbənin olması və s. Qiymət beynəlxalq yük daşın-ma sazişinin başlıca elementindən, yəni vacib şərtindən biri sayılır. Konvensiya onun əvəzləşdirici saziş olmasını nəzərə alır. Sazişin qiyməti daşınma xidmətini göstərmək üçün daşı-yıcıya təqdim olunan daşınma haqqını göstərir ki, o da qai-mədə ifadə olunur. Konvensiya daşınma haqqının ödənişi qaydasını müəyyənləşdirmir.
Sazişin məzmunu beynəlxalq yük daşınması sazişinin əsas elementlərindən biri sayılır. Tərəflərin hüququ və vəzi-fəsi sazişin məzmununu təşkil edir. Konvensiyada daşınma prosesində çıxış edən şəxslərin hüquq və vəzifəsinin müəy-yənləşdirilməsinə daxil olan bir sıra norma nəzərə alınmış-dır.
Əsas və önəmli vəzifə, yəni yükləri təyinat məntəqəsi-nə çatdırmaq vəzifəsinin daşıyıcının üzərinə düşməyi mə-lum məsələdir. Çünki, daşınma prosesinin başlıca məqsədi yükləri təyinat sahəsinə çatdırmaqdır. Bu məqsəd isə daşıyıcı tərəfindən reallaşdırılır.

147


Elçin Eyvazov, Nərminə Balabəyova

Daşıyıcı hələ qeyd olunan vəzifəni icra etməyə başla-mazdan qabaq, yükləri daşınmaq məqsədilə qəbul edən hal-da qaimədə göstərilmiş məlumatların doğruluğunu yoxlayır. Bundan əvvəlki yarımbaşlıqda bu haqda söhbət açmışıq. Daşıyıcı yoxlama zamanı yüklərin çatışmamasını (əskik ol-masını) və onun xarici formasının pis olmasını müəyyən edə bilər. Bu halda o, qaimədə uyğun şəkildə qeydlər aparır. Əgər qaimədə belə qeydlər aparılmazsa, hesab olunur ki, yükgöndərənlərin qaimədə qeyd etdiyi məlumat doğrudur, yüklərin özü isə onun daşıyıcılar tərəfindən qəbul edildiyi zamanda daşınma şərtinə müvafiq olub, kommersiya cəhət-dən yararlı sayılır.


Daşıyıcılar öz qeydlərini əsaslandırmağa borcludur-lar. Özü də qeydlər yükgöndərənlər tərəfindən yazılı şəkildə qəbul edilməlidir. Daşıyıcıların bir tərəfli şəkildə qaimələrdə göstərdiyi qeydlər sübutedici əhəmiyyət daşımırlar. Yükgöndərən daşıyıcılar tərəfindən müəyyənləşdirilmiş uy-ğunsuzluğu (qüsuru) tanıyaraq qəbul etməlidir. Əksi olduğu təqdirdə, yük daşınması sazişi yükgöndərənlərin səhvi üzündən ləğv edilə və onun üçün başqa mənfi, arzuolunmaz nəticə formalaşa bilər.
Daşıyıcıların yükləri təyinat məntəqəsinə çatdırmaq vəzifəsi iki şərtlə (tələblə) müəyyən olunur:
-birincisi, daşıyıcılar yükləri sağlam şəkildə (olduğu kimi) çatdırmalıdır;

-ikincisi, daşıyıcılar yükləri müəyyənləşdirilmiş müd-dətdə çatdırmalıdır.


Daşıyıcılar qeyd olunan şərtlərin (tələblərin) pozuldu-ğu hallarda məsuliyyətə cəlb oluna bilər. Bu haqda bundan sonrakı yarımbaşlıqda söhbət açılacaq.

148


Beynəlxalq nəqliyyat əməliyyatları

Daşıyıcıların başqa əsas vəzifəsi yükləri təqdim et-məkdən ibarətdir. Yüklər təyinat məntəqəsinə təqdim olun-duqda, o, yükləri onu almaq üçün səlahiyyətli şəxslərə, yəni yükalanlara təqdim etməlidir. Yükalanlar qaimələrin ikinci nüsxəsinin (yəni yükləri müşayiət edən nüsxənin) ona təq-dim olunmasını tələb edir. Qeyd olunan nüsxənin yükalanla-ra təqdim olunması onu göstərir ki, yüklər qəbul edilmişdir. Yükalanlar bu haqda daşıyıcılara qəbz təqdim edir.


Yükalanların yükləri qəbul etməsinin onların vəzifələ-ri və ya hüquqları olması müəlliflər arasında mübahisə yara-dan məsələlərdən biridir. Məsələn, professor K.V. Xolopov qeyd edir ki, daşıyıcılardan yükləri qəbul etmək yükalanla-rın vəzifəsi yox, hüququ sayılır. Düzdür, yükalanların belə hüquqları mövcuddur. Belə ki, yükalanlar öz hüquqi statu-sunlarınaa əsasən xeyrinə saziş bağlanılan üçüncü şəxslər sa-yılır. Üçüncü şəxs öz xeyrinə konkret hərəkətlər olunmasını tələb etmək hüquqları olan şəxslərdir. Bu cəhətdən, daşıyıcı-lardan yüklərin qəbul edilməsi yükalanların vəzifələri yox, hüququ sayılır.
Eyni zamanda, qeyd etmək vacibdir ki, yükalanlar, bir qayda olaraq, yük daşınma sazişi bağlanmamışdan qabaq yükgöndərənlə alqı-satqı (mal göndərmə) sazişi bağlayan şəxslərdir. Bu sazişdə yükgöndərənlər «satıcı», yükalanlar isə «alıcı» şəxs kimi iştirak edir. Alıcların üzərində satın aldı-ğı əşyaları qəbul etmək vəzifəsi olur. Elə həmin əşyaları (yükləri) alıcılara (yükalanlara) təqdim etmək məqsədilə satı-cılar (yükgöndərənlər) daşıyıcılar ilə yük daşınması sazişi bağlayır. Bu səbəbdən də daşıyıcıya münasibətdə (yüklərin daşınma müqaviləsi üzrə) yükalanlar yükləri qəbul etmək hüquqlarına malik olursa, yükgöndərənlərə münasibətdə (al-qı-satqı sazişi üzrə) yükləri qəbul etmək vəzifəsi daşıyır. Tə-

149


Elçin Eyvazov, Nərminə Balabəyova

sərrüfat subyektlərinin normal çalışması üçün yükalanların üzərinə belə vəzifə əlavə edilməsi vacibdir. Təsəvvür etmək çətindir ki, məhsulu istehsal etmək və istehsal prosesinlərini reallaşdırmaq niyyətində olan təsərrüfat subyekti öz ünvan-larına daxil olan yükləri (xammal, tikinti materialları, ava-danlıqlar, dəzgahlar və s.) hansı əsas və məntiqlə qəbul et-məməlidirlər? Bu səbəbdən də hesab edilir ki, yükalanların yüklərü qəbul etmək vəzifəsi daşınması haqqında sözü ge-dən BYDM Konvensiyasında bilavasitə ayrıca normalar nə-zərə alınmalıdır.


Əgər yükalanlar yükləri qəbul etməzsə, daşıyıcılar bu haqda dərhal yükgöndərənlərə xəbər verir. Yükgöndərənlər yüklərin taleyi haqqında daşıyıcılaraa göstəriş verməlidirlər. Əgər daşıyıcılar ağlabatan vaxt ərzində yükgöndərənlərdən göstəriş almırsa, o, həmin an yükləri nəqliyyat vasitəsindən yüklərə sərəncam vermək hüquqları olan şəxslərin hesabına boşaldır. Bundan sonra daşınma prosesi sona yetmiş olur. Daşıyıcılar yükləri saxlayır. O, yüklərin saxlanmasını üçüncü şəxslərə də etibar edə bilər.
Yükgöndərənlər gömrük məqsədi və başqa rəsmiləş-mə üçün vacib sənədi (bunlar yüklərin yükalana verilməsinə kimi yerinə yetirilir) qaiməyə əlavə etməli (qoşmalı), yaxud onları daşıyıcıya təqdim etməli və ona tələb edilən məlumatı təqdim etməlidir. Bu, ona düşən vəzifələrdən biridir. Daşıyı-cı bu cür sənədlərin və məlumatların düzgünlüyünü və tam olmasını yoxlamağa borclu deyildir. Bu səbəbdən də yük-göndərən daşıyıcı qarşısında məsuliyyəti yaranır.
Konvensiyada yükgöndərənlər üçün də bir sıra hü-quq müəyyənləşdirir. Yükə sərəncam vermək hüquqları onun malik olduğu hüquqlardan biri sayılır. Bu hüquq növ-bəti müddəalarda qeyd edilir:

150


Beynəlxalq nəqliyyat əməliyyatları

-yükün təyinat yerini dəyişdirmək imkanları; -daşımanı (tranziti) dayandırmaq imkanları;


-yükü qaimədə adı çəkilən yükalanlara deyil, başqa yükalana vermək imkanları.
Təbii ki, yükgöndərən daşıma prosesinin sonuna kimi belə hüquqa malik deyildir. Belə ki, daşıyıcı qaimələrin ikinci nüsxəsini (yükləri müşayiət edən nüsxəni) yükalanlara ver-diyi andan yükgöndərənlərin yükə sərəncam vermək hüqu-qu olmur, yəni bu hüququnu itirir. Həmin andan daşıyıcılar yükgöndərənlərin yox, yükalanların göstərişlərini həyata ke-çirməlidir. Məsələn, yükalanlar daşıyıcılara göstəriş verə bi-lər ki, onlar, yükləri hər hansı şəxsə təqdim etsin. Daşıyıcının məsuliyyəti. Daşıyıcıların məsuliyyəti Konvensi-yanın nizamladığı əsas məsələlərdən biri sayılır. Konvensi-yada bu məsələnin nizamlanmasına dair bir sıra norma nəzə-rə alınmışdır. Bu normalara əsasən, daşıyıcılar iki halda mə-suliyyətə cəlb olunur:
-yüklərin salamat (olduğu kimi) saxlanılmaması;
-yüklərin təyinat yerinə çatdırılma vaxtının pozulması. Yüklərin salamat (olduğu kimi) saxlanılmaması qeyd

olunan hallardan biridir. Daşıyıcı yükləri daşınmaq üçün qə-bul etdiyi vaxtdan yükalana təhvil verdiyi vaxta kimi onu sa-lamat saxlamağa borcludur. Bu, onun daşıdığı başlıca vəzifə-lərdəndir. Daşıyıcı qeyd olunan vəzifəni yerinə yetirməməyə görə məsuliyyət daşıyır.


Yüklərin salamat (olduğu kimi) saxlanılmaması deyil-dikdə, hər şeydən qabaq, yüklərin tam itməsi anlaşılır. Yü-kün təyinat yerinə aparılma müddətindən sonra 30 gün ər-zində (əgər müddət müəyyən edilməyibsə - yükün daşınmaq üçün daşıyıcılar tərəfindən qəbul edildiyi gündən sonra 60

151


Elçin Eyvazov, Nərminə Balabəyova

gün ərzində) yüklərin təyinat yerinə aparılmaması, mübahi-səsiz olaraq, yükün tam itməsini göstərir.


Başqa tərəfdən, yüklərin salamat saxlanılmaması dedik-də yüklərin qismən itməsi anlaşılır. Yüklərin qismən itməsi isə yükün əskik gəlməsi (çatışmaması) deməkdir (misal üçün, yü-kün sayca az gəlməsi yaxud çəkidə az gəlməsi və s.).
Yüklər qismən yaxud tam itirildikdə daşıyıcı ziyanın əvəzini ödəmə formasında məsuliyyətə cəlb oluna bilər, yəni ondan vurduğu ziyanın əvəzi alınır. Əvəz ödəmələrin miq-darı (məbləği) müəyyənləşdirərkən daşınmaq üçün yüklərin qəbul olunduğu yerdə və zamanda mövcud olan faktiki (hə-qiqi) qiymət əsas götürülür. Yüklərin faktiki (həqiqi) qiyməti onun bazar qiymətini göstərir. Bazar qiyməti isə malların xammal və əmtəə, birjaların və hərrac qiymətləri ilə müəy-yənləşdirilir. Əgər yükün cari bazar qiymətlərini müəyyən-ləşdirmək mümkün olmazsa, o zaman eyni keyfiyyətə və nö-və malik analoji malların adi qiyməti əsas sayılır. Vacib hal-larda ekspertizanın da aparılması mümkündür. Bu məqsədlə yüklərin təyinat məntəqəsi üzrə dövlətin Ticarət Sənaye Pa-latasına müraciət edilir.
Konvensiya başqa nəqliyyat konvensiyası kimi, daşı-yıcıların məhdud məsuliyyət daşınması prinsiplərindən işti-rak edir. Belə ki, daşıyıcıların məsuliyyət səviyyəsi hər çatış-mayan (əskik olan) kiloqram brutto çəkiyə əsasən 25 qızıl İs-veçrə frankla (10,64 ABŞ dolları), yaxud hər kiloqram çatma-yan brutto çəki üçün 8,33 SDR (XBH) ilə məhdud olur, bir şərtlə ki, yükgöndərənlər tərəfindən yüklərin qiymətləri elan olunmasın.
Daşıyıcılar bundan əlavə, başqa hər hansı ziyanın əvəzini ödəmir. Bu zaman isə, daşıyıcıdan dolayı ziyanın əvəzi alınmır.

152


Beynəlxalq nəqliyyat əməliyyatları

Daşıyıcıların məsuliyyətə cəlb olunmasını şərtləndi-rən ikinci hal onun yüklərin təyinat məntəqəsinə çatdırılma vaxtını pozmasından ibarətdir. Əgər daşıyıcılar yükləri təyi-nat yerinə müəyyənləşdirilmiş vaxta çatdırmırsa, bu pozun-tu sayılır. Yükün çatdırılma vaxtının pozulması, bir çox hal-larda, yükalana ziyan vurur. Lakin ziyan vurulma faktı sü-but edilməlidir. Sübutetmə yüklərini (vəzifələrini) yükalan-lar daşıyır. Yükalanlar sübuta yetirməlidir ki, daşıyıcı tərə-findən yüklərin təyinat yerinə çatdırılma vaxtının ötürülməsi ona ziyan vurulmasına səbəb olmuşdur. Bu zaman daşıyıcı-lar ziyanın əvəzini ödəməlidir. Konvensiya bu halda da daşı-yıcıların məhdud məsuliyyət daşıması prinsiplərindən işti-rak edir. Belə ki, ziyanın əvəzini ödəmə məbləği daşınma haqqından artıq ola bilməz, yəni daşıyıcılar daşınma haqqı səviyyəsində məsuliyyət daşıyır.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin