Dərs vəsaiti "Elm və təhsil" Bakı 2019



Yüklə 1,83 Mb.
səhifə6/27
tarix06.06.2020
ölçüsü1,83 Mb.
#31704
1   2   3   4   5   6   7   8   9   ...   27
-gəmiçiliyi təminetmənin texniki şərtləri;


  • gəminin yan alması üçün tərəflərin qurğulardan və körpülərdən istifadə etmə qaydaları;

-belə istifadə zamanı kommersiya şərtlərinin açıqlan-


ması.

70


Beynəlxalq nəqliyyat əməliyyatları

Beynəlxalq su (çay) daşımaları region sazişlərindən əlavə həm də ikitərəfli sazişlərlə nizamlana bilər. Belə saziş-lər iki ölkə arasında daşımaları, xüsusilə də tranzit daşımala-rı yerinə yetirən su (çay) nəqliyyatı üzrə fəaliyyət şərtlərini müəyyənləşdirir.


Beynəlxalq çaylar üzrə hüquqi rejim bu çaylarla aparı-lan daşıma əlaqələrinə (müqavilə əlaqələrinə) şamil olun-mur. Müqavilə əlaqələri ya çayətrafı ölkələrin milli (daxili) nəqliyyat hüquqları ilə və yaxud gəmi hansı ölkənin bayrağı altında üzərsə, həmin dövlətin qanunları ilə tənzimlənir. İn-diyə qədər beynəlxalq su (çay) nəqliyyatını nizamlayan va-hid universal beynəlxalq müqavilə qəbul edilməmişdir. Azərbaycan ərazisində daxili su (çay) nəqliyyatı bir o qədər də inkişaf etməyib. Həqiqət budur ki, ölkəmizdə mövcud nəqliyyat qanunvericiliyinin əsas müddəalarında vahid nəq-liyyat sisteminin vacib elementlərdən birinin daxili su nəq-liyyatının olduğu təsbit olunur.
Mövzuya aid sual və tapşırıqlar:


  1. Beynəlxalq çay nəqliyyatı haqqında məlumatlar verin.




  1. Su (çay) nəqliyyatı digər nəqliyyat növləri ilə mü-qayisədə hansı üstünlüklərə malikdir?




  1. Su (çay) nəqliyyatı ilə dəniz nəqliyyatının fərqlərini sadalayın.




  1. Su nəqliyyatı ilə hansı yüklər daşınır?




  1. Beynəlxalq su nəqliyyatının predmetinə aiddir




  1. Beynəlxalq su (çay) daşımalarının hüquqi tənzim-

lənməsi


71


Elçin Eyvazov, Nərminə Balabəyova


MÖVZU V


BEYNƏLXALQ
AVİADAŞIMALARIN TƏŞKİLİ
5.1. Beynəlxalq aviadaşımalar anlayışı
Beynəlxalq hava daşımaları elə daşımalara deyilir ki, bu daşımalar zamanı ən azı yerə enmə məntəqələrindən biri-nin başqa bir dövlətin ərazisində yerləşməsi nəzərdə tutul-sun. Daşıma xidmətlərinin ixrac olunmasında və xarici iqti-sadi münasibətlərin nəqliyyatla təmin edilməsində beynəl-xalq hava nəqliyyatı mühüm rola malikdir. Belə ki, dünya ix-racat mallarının (dünyada ixrac edilən malların) məbləğinin 25%-i məhz hava nəqliyyatı ilə çatdırılır. Başqa bir tərəfdən yanaşdıqda görmək olar ki, sərnişin daşımaları bazarında (xüsusilə də uzaq məsafələrə daşınmalarda) hava nəqliyyatı-nın aparıcı rolu təkzibedilməzdir. Digər nəqliyyat növləri ilə müqayisədə, hava nəqliyyatı ilə daşımalar üzrə birinci yeri sərnişin daşımaları tutur. Beynəlxalq hava nəqliyyatı tərəfin-dən göstərilən xidmətlərdən hər il 760 milyondan artıq sərni-şin istifadə edir.
Hava nəqliyyatının yüksək hərəkət sürəti və düz yolla tez bir zamanda daşımaları həyata keçirməsi, sərnişinlərin, tez xarab olan, qiymətli, təcili çatdırılması vacib sayılan yük-lərin və poçt ləvazimatlarının daşınmasında çox əlverişli nəqliyyat növünə çevirir. Lazım gəldikdə istənilən istiqamət-də, birbaşa uzaq məsafələri qət etməklə daşımaları həyata keçirə bilməsi də bu nəqliyyat növünün üstün cəhətlərinə aiddir. Sərnişinin vaxtına qənaət, rahat və yüksək mədəni

72


Beynəlxalq nəqliyyat əməliyyatları

xidmət də bu nəqliyyat növünün üstünlüklərinə aiddir. Da-şımaların bahalığı, istismar və əsaslı xərclərin yüksək olması, həmçinin hava şəraitindən asılılığı bu nəqliyyat növünün ça-tışmayan cəhətlərindən sayılır.


Hava nəqliyyatının əsas xarakteristikaları aşağıdakı-
lardır:
Marşurutları:


  • sürət üstünlüyündən istifadə etməklə əsasən qitələ-rarası daşıma marşurutları;




  • qısa məsafələrə daşımalarla hava nəqliyyatı daşıma-ları şəraitlərində avtomobil nəqliyyatı ilə daşıma marşurutla-rı.

Tələbatı:




  • paylanmış müxtəlif təyinat marşurutları olan əsas hava limanının olması;




  • aeroportlarda sürətli və səmərəli yükləmə-boşaltma avadanlıqlarının olması;




  • yükləri sürətlə deklorasiya etmə imkanı olan aviasi-ya nəqliyyat-ekspedisiya müəssisəsinin olması;




  • avtomobil nəqliyyatı ilə yüklərin toplanma və pay-lanma xidmətlərinin olması.

Yükləri:



  • təcili daşınması vacib olan yüklər;




  • qiymətli yüklər.

Hava nəqliyyatı konkret texniki-iqtisadi xüsusiyyətlə-rə malikdir. Nəqliyyatın digər növlərinə nisbətən hava nəq-liyyatı konkret üstünlüklərə malikdirki, bu üstünlüklər də aşağıdakılardan ibarətdir:


-yüksək çatdırma sürətinə malik olması;

73


Elçin Eyvazov, Nərminə Balabəyova

-qısaldılmış hava yolunun mövcudluğu (bu, sərnişin-lərin və yüklərin təyinat yerinə çatdırılması zamanı vaxta qə-naət edilməsinə əhəmiyyətli təsir edir);


-hava limanlarının arasında kommunikasiya şəbəkəsi-nin inşasına ehtiyacın olmaması (bu, hava daşımalarında təş-kilatlanma vaxtını və məsrəfləri ixtisar edir);
-uçuşların müntəzəmliyi (uçuşlar ayrı-ayrı reyslər, al-ternativ marşrutlara əsasən icra edilir ki, bu da müştərilərin rahatlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir);
-hava daşımalarının tez təşkil edilməsi;
-yüksək manevretmə qabiliyyətinin mövcudluğu və s. Hava nəqliyyatı beynəlxalq daşımalar zamanı istifadə

edilən ən sürətli nəqliyyat növü hesab olunur. Hava nəqliy-yatı ilə orta daşınma sürəti saatda 500 km-ə çatır. Hava nəq-liyyatının vasitəsilə adətən:


-qiymətli mallar (həmin malların bir kiloqramının də-yəri 25 ABŞ dollarından artıqdır) daşınır ki, onların yüklən-mə həcmi çox deyildir.
- tez xarab olan malların (məsələn, tərəvəzin, meyvə-nin və s.),


  • poçtun,




  • qiymətli və çatışmayan malların,




  • nağd pulların və i.a. uzaq məsafələrə çatdırılmasın-da istifadə edilir.

Bununla yanaşı, hava nəqliyyatının bir sıra çatışmaz-lıqları da mövcuddur:


  • nisbətən daha çox enerji sərfiyyatı tələb edən nəqliy-yat vasitəsidir,




  • hərəkəti hava şəraitindən asılıdır,

74


Beynəlxalq nəqliyyat əməliyyatları

- onunla daşınan yüklər çəki baxımından məhdud sayı-


lır,


  • şəhərlərdən hava limanlarına gediş-gəliş zamanı xeyli vaxt itgisinə yol verilir.

Bu çatışmazlıqlara rəğmən, beynəlxalq daşımalarda (xüsusən də beynəlxalq sərnişin daşımaları zamanı) hava nəqliyyatı aparıcı nəqliyyat növü olaraq öz mövqeyini qoru-yub saxlamaqdadır. Daxili xətlər boyu uzaq sərnişin daşıma-ları zamanı da onun rolu getdikcə çoxalır. Hava nəqliyyatı təbii yollara malik olduğu üçün həmin yollar «nəqliyyat dəh-lizi»nin rolunu oynayır.


5.2. Beynəlxalq hava nəqliyyatı vasitələrinin və uçuşlarının təsnifatı.

Məlumdur ki, yükləri sərnişin və xüsusi təyinatlı yük təyyarələrində daşıyırlar. Yük təyyarələrində də yüklər yük bölməsində, onların əsas hissəsi isə kabinada yerləşdirilir. Ona görə də yük təyyarələrində döşəmə möhkəm, siyirtmə qapılar isə geniş hazırlanır. Bir çox təyyarələr yüklərin altlıq-lar və pallet qurğuları üzərində yerləşdirməklə daşınması üsulundan istifadə edirlər. Bunun ücün anbarlarda və termi-nallarda yüklər altlıqlar üzərinə yerləşdirilir, qayışlar və ya torla möhkəm bağlanır, qayçı şəkilli qaldırıcı ilə təchiz edil-miş arabacıqla təyyarənin yan qapılarının və ya ön hissədən kabinanı yuxarı qaldırmaqla təyyarənin yük bölməsinə və kabinya yüklənir. Kabinaya və yük bölməsində yüklər döşə-məyə qayış, tor və ip vasitəsilə möhkəm bağlanır.


Kombinə edilmiş (yük-sərnişin) təyyarələrində (məsə-lən, Boinq B 747 M) sərnişin təyyarələrinin salonunda arxa hissədən 13 standart altdığın yerləşə biləcəyi qədər oturacaq-lar çıxarılır, arakəsmə düzəldilir və yüklərlə sərnişinlərin bir-

75


Elçin Eyvazov, Nərminə Balabəyova

gə daşınması təşkil edilir. Bundan başqa paketləşdirilmiş ( B 747-300 PAX 428, Aerobus A 310 PAX 215, B 747-200 PAX 387 və s.) və paketləşdirilməmiş (Fakker-100, Boinq-727, Bo-inq-707, Boinq-737 və s. ) yüklərin daşınması ücün də təyya-rələr mövcuddur.


Aviasiya yük daşımalarını sürətləndirmək məqsədilə yüklərin daşımaya hazırlanması üçün xüsusi sadə yük daşı-ma tərtibatlarından istifadə edilir. Bu tərtibatlar yükləmə-bo-şaltma işlərini sürətləndirməyə köməklik göstərirlər. Bir qay-da olaraq bu tərtibatlar altlıqdan və tordan, altlıqdan, yükqo-ruyucu örtükdən və tordan, konteynerlərdən ibarət olur. Ət və tərəvəz məhsullarını daşımaq üçün lazımi süni mühit ya-ratmaq məqsədilə xüsusiləşdirilmiş, heyvanları daşımaq ücün hermetikləşdirilmiş və asılmış paltarları daşımaq üçün xüsusi yük daşıma tərtibatlarından istifadə edilir. Belə xüsusi yük daşıma tərtibatlarını aviasiya daşımalarından sonra ye-nidən qablaşdırmadan avtomobil və ya su nəqliyyatı növləri ilə də daşımaq mümkündür. Bu yükdaşıma tərtibatlarının çatışmayan cəhəti öz çəkiləri hesabına təyyarənin çəkisini və yanacaq sərfini artırması, paketləşdirmə ücün əlavə vaxt sər-fi və daşımalar başa çatdıqdan sonra onların geri qaytarılma-sıdır.
Aviasiya daşımalarında xüsusi altlıqlardan - pallet qurğularından da istifadə edilir. İki ölçüdə standartlaşdırıl-mış (88 x 108 düyün (224 x 274 sm) və 88 x 125 düyün (224 x 138 sm), yan tərəflərində yükləri asan bağlayıb açmaq üçün xüsusi formalı yarıqları olan çərçivənin içərisinə yastı alümi-nium materialdan lövhələr geydirilir. Bu qurğuların üzərinə yüklər yerləşdirildikdən sonra, onlar qayışlar və ya xüsusi tor ilə qurğunun yan tərəflərindəki yarıqlara xüsusi ucluqlar

76


Beynəlxalq nəqliyyat əməliyyatları

vasitəsilə bağlanır. Bəzən torun altına yükü qorumaq üçün sərt materiallardan xüsusi üçtərəfli çərçivə (örtük) qoyulur.


Hava nəqliyyatı ilə əsas yüklərin, baqajın və poçtun daşınmasında konteynerlərdən istifadə edilir. Aviasiya kon-teynerlərinin bir tərəfi və ya hər iki tərəfi aşağı hissədən kə-sik şəkildə hazırlanır və təyyarənin salonunun formasına ox-şadılaraq onların yükgötürmə qabiliyyətinin artırılmasına şə-rait yaradır.
Hava nəqliyyatı ilə daşımaların hayata keçirilməsi üçün yerli və beynəlxalq aeroportların rolu böyükdür. Yerli aeroportlar bir ölkə daxilində uçuşlara və ya reyslərə xidmət edən aeroportlardır. Belə aeroportlarda gömrük xidməti və immiqrasiya nəzarəti olmadığından, xarici dövlətlərə uçan və ya xaricdən qəbul edilən reyslərə xidmət göstərə bilmir-lər. Yerli aeroportlarda enmə-qalxma zolaqları qısa olur və odur ki, bu aeroportlar qısa və orta uzaqlıqdqa uçuşları hə-yata keçirə bilən kiçik təyyarələri qəbul edib və yola salmaq imkanına malik olurlar.
Beynəlxalq aeroportlar isə xarici dövlətlərdən uçub gələn təyyarələri qəbul edib yola salmaqla, onlara lazımi sə-viyyədə xidmət göstərə bilirlər. Onların enmə-qalxma zolaq-ları 3000 m-dən uzun olur və qitələrarası uçuşları həyata ke-çirə bilən təyyarələri qəbul edə bilirlər. Bu aeroportlar bəzən yerli uçuşları həyata keçirə bilən təyyarələrə də xidmət gös-tərirlər. Bir sıra beynəlxalq aeroportlar düyün hava limanları (XABA) kimi çıxış edərək başqa kiçik yerli aeroportlar-dan malları və sərnişinləri bir yerə toplayıb, ayrı-ayrı beynəl-xalq istiqamətlərə göndərə bilirlər.
Beynəlxalq uçuşların təsnifatı. Biz bilirik ki, nəqliyyat növləri insanları və onların yüklərini, poçtlarını bir məntəqə-dən digər məntəqəyə çatdırır və bunun müqabilində nəqliy-

77


Elçin Eyvazov, Nərminə Balabəyova

yata pul köçürülür. Beynəlxalq hava daşınmaları kommersi-ya və yaxud qeyri-kommersiya xarakterli ola bilər.


Beynəlxalq hava xətlərində yerinə yetirilmə formala-rından asılı olaraq uçuşları aşağıdakı kimi təsnifatlandırmaq olar:


  1. Daimi daşımalar (yəni dövlətlər arası hava daşıma-ları üzrə razılaşmanın şərtlərinə uyğun yerinə yetirilən).

Daimi reyslər müqavilə aviaxətləri üzrə nəşr olunmuş cədvəllərə uyğun yerinə yetirilir. Cədvəldə uçuşun marşuru-tu, aralıq məntəqələr, marşurutun hər məntəqəsində uçuş və enmə vaxtları, hərəkətin tezliyi və təyyarənin növü göstəril-məlidir. Daimi reyslərin yerinə yetirilməsi şərtlərinin dəyiş-dirilməsi dövlətlər arasında qarşılıqlı razılaşmalar əsasında mümkündür.




  1. Daimi olmayan aviadaşımalar birdəfəlik uçuşa ica-zənin verilməsi əsasında yerinə yetirilir və əlavə, xüsusi və çarter uçuşlarına bölünür.

Əlavə reyslər - daimi aviaxətlər - xüsusi cədvəl üzrə yerinə yetirilən reyslərdir. Əlavə reyslər əməkdaşın razılığı ilə icra edilə bilər, bir şərtlə ki, əlavə reyslər daimi reyslərlə eyni gündə həyata keçirilməlidir.


Xüsusi reyslər - xüsusi marşurut üzrə xüsusi tapşırıq-la yerinə yetirilən reyslərdir. Bir qayda olaraq, xüsusi reyslə-rin yerinə yetirilməsinə icazə diplomatik kanalla edilir.
Çarter reyslər isə, daşıyıcı və sifarişçi arasında xüsusi müqavilələrə uyğun olaraq yerinə yetirilən reyslərdir. Çarter daşımaları daimi daşımalardan daha böyük məsafədə yerinə yetirilir, ona görə də, kilometrlə götürsək, çarter daşımaları-nın həcmi Qərbi Avropada sərnişin hava daşımalarının ümu-mi həcminin 60%-nə bərabərdir. Qərbi Avropadan sonra tu-

78


Beynəlxalq nəqliyyat əməliyyatları

tumuna görə 2-ci bazar Şimali Atlantika üzrə daşımalar ba-zarıdır.


Daimi olmayan daşımalar həm ixtisaslaşmış çarter aviaşirkətləri, həm də daimi aviaşirkətlər tərəfindən həyata keçirilir. Bütün çarter reyslər sifarişçi və daşıyıcı arasında bağlanan xüsusi müqavilə əsasında yerinə yetirilir. Bir qayda olaraq, sifarişçi daşımanın müəyyən sahələrində və müəyyən şərtlərlə təyyarənin bütün yerlərini alır. O, fraxtlanmış təyya-rələrin yerlərini arzuladığı kimi istifadə edə bilər.
Aviaçarter daşımalar təşkilat metoduna görə aşağıda-kı kimi təsnifatlandırılır:


  1. Bağlı çarter - qeyri kommersiya xarakteri daşıyır, si-farişçi hər hansı bir təşkilat olub, öz işçilərinin işgüzar görüş-lərə aparılmasını təşkil edir. Qiymətlər razılaşma əsasında həyata keçirilir.




  1. Efiniti çarter - yarı kommersiya xarakterli məqsədlı uçuşdur, hər hansı bir assosiasiya tərəfindən öz üzvləri üçün təşkil olunur.




  1. İnklyuziv-tur çarter- kommersiya xarakterli turist daşımasıdır, dəyərinə «ora» və «geri» daşıma, səfər zamanı məişət xidməti daxildir.




  1. Blok- çarter -daşımaları zamanı bütün təyyarədeyil yalnız onun müəyyən yerləri (adətən 30 - 40 yer) icarəyə gö-türülür.




  1. Qeyri - məqsədli kommersiya çarter - çarterin yeni növüdür. Efiniti çarterdən fərqli olaraq, bu zaman hər hansı bir təşkilata mənsub olmasından asılı olmayaraq şəxslər da-şına bilər. İştirakçılar çarter daşımanın dəyərini 25%- ni daşı-maya 6 ay qalmış ödəməlidir, 30 gün qalmış isə bütün vəsait-lər ödənməlidir. Hal-hazırda bu reys ciddi ciddi məhdudiy-

79


Elçin Eyvazov, Nərminə Balabəyova

yətlərin kənarlaşdırılması ilə əlaqədar olaraq transatlantik daşımalarda geniş yayılmışdır.


6.Split çatler - daşımaların mərhələlərlə həyata keçiril-diyi çarter növüdür.
5.3. Beynəlxalq aviasiya tarifləri
Beynəlxalq aviasiya tariflərinin tənzimlənməsi ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) məşğul-dur. Hava nəqliyyatı ilə daşımalar zamanı daşıma tariflərini müəyyən etmək üçün Hava Nəqliyyatının Beynəlxalq Asso-siasiyasının (İATA) keçirdiyi konfransların iştirakçılarının aid edildiyi dövlətlər doqquz regionu əhatə edirdi. Bundan əlavə isə 1945-ci ildə ABŞ və Böyük Britaniyanın arasında qə-bul edilmiş Bermud müqaviləsinə əsasən daşıyıcılar arasında tariflər razılaşdırılır və sonra uyğun dövlətlərin rəhbərliyi tə-rəfindən təsdiq edilirdi.
Hava nəqliyyatında daşıma tariflərinin razılaşdırılma-sı barədə doqquz region dövlətlərinin hər birinin qəbul etdi-yi tariflərin uyğunsuzluğu, belə regional bölgünün praktiki cəhətdən əlverişli olmadığını üzə çıxardı. Bu bölgü ləğv olundu və onun yerinə bütün dünyanı əhatə edən üç region (TC 1, TC 2 və TC 3) təsdiqləndi.


  1. Burda konfrans iştirakçıları olan dövlətlər (TC 1 - Monrealdakı katibliyin rəhbərliyi ilə): Şimali, Mərkəzi və Cə-nubi Amerika və Sakit okean regionlarının Şərq hissəsi;




  1. Burda konfrans iştirakçıları olan dövlətlər (TC 2 - Cenevrədəki katibliyin rəhbərliyi ilə): Avropa, Rusiyanın Avropa hissəsi, Yaxın Şərq və Afrika;




  1. Burda konfrans iştirakşıları olan dövlətlər (TC 3 - Sinqapurdakı katibliyin rəhbərliyi ilə): Asiya, Avstraliya, Ye-

80


Beynəlxalq nəqliyyat əməliyyatları

ni Zellandiya və Sakit okean regionunun qərbində yerləşən adalar.


Regionların əhatə dairəsinin genişliyini nəzərə alaraq yerləşdiyi şəhərlər üç hərfli kodla təsdiqlənir ki, bu kod ba-qajın və yükün təyinat məntəqəsinə göndərilməsi zamanı on-ların üzərində işarələnir. Əgər bir şəhərdə bir neçə böyük aeroport mövcuddursa, onda baş aeroport şəhərin kodu kimi qəbul olunur, digər hava limanlarına da əlavə kod verilir. Belə olan halda yüklər aeroportların koduna görə işarələnir. Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq hava limanı üzrə kod GYD formasında qəbul edilmişdir.
Tariflər nəqliyyat sistemində əsas yer tutur. Beynəl-xalq aviasiya tariflərinin tənzimlənməsi ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) məşğul olur. İstənilən bey-nəlxalq biletin birinci üç rəqəmi İATA hava daşıyıcısının ko-dudur.: “Aeroflot”-555, “Lufthansa”-200 və s.. İATA həmçi-nin beynəlxalq tarif siyasətlərini normallaşdırır və turizm agentliklərini tənzimləyir.
Hava yollarının nəşr edilmiş tarifləri. Nəşr olunan ta-riflər dedikdə, tarif kitabçalarında yerləşdirilən, göndəriş məntəqələrindən (aeroport ) təyinat məntəqəsinə qədər olan tarif və yığımlar başa düşülür. Əgər iki məntəqənin arasında nəşr olunmuş tarif varsa onda danışmaq ancaq bu tarif üzrə olmalıdır. Nəşr edilmiş tariflə uçmaq çox sadədir.
Hava yollarının nəşr olunmayan tarifləri. Tariflərin bir çoxu nəşr olunmayıb, onlar tarif kitabçalarında və digər rəsmi tarif nəşrlərində özünün qeyri-rəsmi tariflərini işləyib hazırlayır, bunlar əsasən «bağlı» olaraq qalır və aviaşirkətin kommersiya sirrini təşkil edir.
Rəsmi b/xalq aviatariflər ART və AST (ingiliscə) kitab-çalarında nəşr olunur. ART - sərnişin tarifləri üzrə kitabça-

81


Elçin Eyvazov, Nərminə Balabəyova

lardır, burada bütün rəsmi beynəlxalq sərnişin aviatarifləri, həmçinin tariflərin, güzəştlərin, yığımların qurulması və tər-tibi tənzimlənir.


AST - yük aviasiya tarifləri üzrə kitabçalardır, burada dünya aviaxətlərində yük tariflərin qurulması və tətbiqinin bütün qaydaları nəşr olunur. Bundan başqa «ölkələr üzrə qaydalar» bölməsində dünyanın hər bir ölkəsində yük daşı-maların qaydaları göstərilir. Beynəlxalq aviatarif sistemində bir çox faktorlar təsir edir: məntəqələr arasında məsafə, daşı-malara tələb, digər nəqliyyat növləri ilə təklif olunan tariflə, daşımaların, malgöndərənlərin və sərnişinlərin müxtəlif ma-raqları. Bütün bu faktorlar b/xalq aviatariflər sisteminin işlə-nib hazırlanması zamanı nəzərə alınır. Bu sistem BHNA - nın aviaşirkətləri tərəfindən hava daşımaları üzrə konfranslarda işlənib hazırlanır.
Beynəlxalq aviasiya tarifləri - sərnişin, yük, baqaj ta-riflərinə bölünür. Sərnişin tarifləri normal və xüsusi tariflər kimi təsnifatlanır. Normal tariflər - göndəriş məntəqələrin-dən təyinat məntəqəsinə qədər nəşir olunan tariflərdir, bun-lar xidmət göstərilməsi səviyyəsinə görə daşınmaların möv-sümlüyü və daşınmaların sənədləşdirilməsi növünə görə fərqlənirlər. Daşımalara heç bir məhdudiyyət qoymayan ta-rifləri normal adlandırırlar. Bu tariflərə daxildir:
I sinif salonlar
P- 1-ci sinif salonu (lyuks)
F- 1-ci sinif
A-1-ci sinif (güzəştli)
Biznes sinif salonlar
J - biznes sinif
C- biznes sinif
D- biznes sinif(güzəştli)

82


Beynəlxalq nəqliyyat əməliyyatları



  • - biznes sinif(güzəştli) Z - biznes sinif(güzəştli) Ekonom sinif salonlar W- ekonom/turist(luyuks) S - ekonom/turist

Y - ekonom/turist


Bu tariflərlə yazılan biletlər, adətən qaytarıla bilər, ta-
rixinə və marşrutuna görə azad dəyişilə bilər, tarix, hərəkət baxımından heç bir məhdudiyyəti yoxdur. Ekskursiya tarif-ləri. Normal və xüsusi tariflərin arasında müəyyən keçid tipli tariflərdir. Bu tariflərdə yazılan biletlər, demək olar ki, həmi-şə qaytarıla bilər, daşınmanın tarixini və marşrutunu dəyiş-dirilməsinə icazə verir. Xüsusi tariflər. Sərnişinlərin çoxu-nun istifadə etdiyi ən geniş tarif kateqoriyasıdır. Burada ha-va yollarının məntiqi olduqca aydındır, nə qədər ki, tarif ucuzdur onun tətbiqinin şərtləri daha ciddidir. Buna görə də, xüsusi tariflərin istifadəsi və məhdudiyyətləri ücün əsas şərt-ləri daha ətraflı nəzərdən keçirmək lazımdır. Bu qrup tariflə-rin başqa xüsusiyyəti, onun qabaqcadan ayrılması mümkün-süzdür. Xüsusi tariflə yazılan biletlər, yalnız xüsusi hallarda geri qaytarıla bilər. Tətbiq qaydalarında qeyd edilir ki, biletin ödənməsi və yazılması sifarişdən 24-72 saat ərzində olmalı-dır, yerlərin həddi çox məhdudlaşdırılır. Belə ki, turist möv-sümünün ən qızğın çağında ən ucuz biletə güvənmək çox çə-tindir.
Yuxarıda qeyd olunduğu kimi, beynəlxalq aviasiya tariflərinin təsnifatı aşağıdakı kimidir:


  1. Sərnişin tarifləri




  1. Baqaj tarifləri




  1. Yük tarifləri

Bunlar da özlüyündə bölünürlər:


83


Elçin Eyvazov, Nərminə Balabəyova





  1. Normal və xüsusi tariflər




  1. Birbaşa və dolayı tariflər




  1. Siniflərə görə




  1. Fəsillərə görə

Baqaj tarifi aviaşirkətlərin tarif siyasətindən asılı ola-raq fərqli şəkildə ola bilər. Lakin adətən sinifindən asılı ola-raq 1-ci sinif üçün bu norma 30 kq, ekonom sinif üçün 20 kq təyin olunur. Normadan artıq baqajın hər əlavə 1 kq üçün bi-let qiymətinin 1%-i ödənilir. Həmçinin xüsusi baqajlar üçün xüsusi baqaj tarifləri də mövcuddur.


Yük tarifləri isə əsas 3 növə bölünür:


  1. Minimum və normal tariflər




  1. Sinif tarifləri





  1. Yüklə 1,83 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin