Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 Təhsildə informasiyalaşdırmanın elmi və tədris-metodiki təminatı



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə13/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   9   10   11   12   13   14   15   16   ...   96
muh tehsilde ve elmde IKT

2.7. Təhsildə informasiyalaşdırmanın elmi və tədris-metodiki təminatı 


Təhsildə informasiya texnologiyalarının tətbiqinin inkişaf tendensiyası analiz olunmalı, 

dünya  təcrübəsi öyrənilməlidir. Bu sahədəki tədqiqatlar informasiya cəmiyyətinin formalaşma 

istiqamətlərini və sosial-iqtisadi proseslərin qanunauyğunluqlarını öyrənməyə və müasir İKT-dən 

daha effektiv istifadə edilməsinin nəzəri və metodoloji aspektlərini həll etməyə imkan yaratmalıdır. 

İKT-nin təhsilin müxtəlif sahələrində tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin 

hazırlanması aşağıdakıları nəzərdə tutur:  

-  Kompüter siniflərinin, proqram təminatının, şəbəkələrin və idarəetmə sistemlərinin ən 

optimal konfiqurasiyalarının hazırlanması; 

-  İKT-nin təhsildə tətbiqinin yeni, daha effektiv variantlarının hazırlanması;  

-  Müxtəlif  informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitələrinin tətbiqi 

ilə bağlı meydana çıxan yeni nəzəri məsələlərin öyrənilməsi;  

-  Kadrların yenidən hazırlanması sahəsində İKT nəzəriyyəsinin və yeni şəraitdə istifadə 

metodologiyasının hazırlanması; 

-  Təhsilin müxtəlif sahələrində yerli və qlobal şəbəkələrin effektiv tətbiqinin elmi 

əsaslarının hazırlanması;  

-  Təhsildə İKT-nin tətbiqinin gedişi ilə bağlı elmi-praktik konfransların keçirilməsi; 

-  Təhsil sisteminin informasiyalaşdırılması problemləri ilə məşğul olan elmi-tədqiqat 

mərkəzinin yaradılması; 

-  Təhsil sisteminin informasiyalaşdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi; 

-  Təhsil sisteminin informasiyalaşdırılması üzrə xarici elmi-pedaqoji və metodiki 

ədəbiyyatın tərcümə və çap olunması, yayılması. 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin