MathCAD riyazi proqram paketi. MatCAD proqram paketi ABŞ-ın Massaçuset Texnologiya
İnstitutunun əməkdaşı Allen Razdov tərəfindən yaradılmışdır. Hazırda paketin sonuncu, ən geniş
yayılmış versiyası MathCAD15 versiyasıdır. Bu versiyanın ən böyük üstünlüyü və demək olar ki, geniş
yayılmasının əsas səbəbi paketin imkanlarının genişləndirilməsi və proqram interfeysinin sadə və
anlaşıqlı olmasıdır. Bu şərtlər paketin mütəxəssislər tərəfindən geniş istifadə olunmasına şərait
yaratmışdır. Bundan əlavə MDB ali məktəblərində versiyanın geniş yayılmasının əsas səbəbi həm də,
proqramın komandalarının rus dilinə də tərcümə olunmasıdır. Lakin qeyd etmək lazımdır ki, paketin
HELP sistemi rus dilinə tərcümə olunmamışdır. Ümumiyyətlə, proqram paketi istifadə üçün çox
rahatdır. Belə ki, bu proqramda bütün yazılar, düsturlar riyaziyyat fənnində qəbul olunmuş
qaydalara uyğun formalaşdırılır. Proqramın əlifbası latın və yunan əlifbasının hərflərindən və riyazi
simvollardan təşkil olunmuşdur.
MathCAD güclü riyazi maşına – aparata malikdir. Proqramın kitabxanasına demək olar ki,
riyaziyyatın bütün baza funksiyaları, eləcə də matrislər üzərində əməllər, triqonometriya, diferensial
tənliklərin ədədi həlli üsulları, bəzi statistik alqoritmlər, qeyri xətti tənliklər sisteminin həlləri
alqoritmləri, funksional asılılıqların ekstremumlarının axtarılması və s. daxildir.
Proqramın hər bir səhifəsi özündə mətn, riyazi ifadə, ikiölçülü və üçölçülü qrafiklər, şəkillər
və ən başlıcası Windows-əlavələrdə hazırlanmış başqa obyektləri də əks etdirə, saxlaya və istifadə
edə bilər.
Paketin ən böyük üstünlüyü onun “dinamik dəyişən” hesablama strukturuna malik olmasıdır.
Belə ki, dəyişənin qiyməti dəyişdikcə, onun istifadə olunduğu riyazi ifadə də yenidən hesablanır və
dəyişənin yeni qiymətinə uyğun cavab formalaşdırılır.
Paketin özünəməxsus proqramlaşdırma mühiti vardır. Proqramşı və ya istifadəçi MathCAD-
ın yaratdığı bu imkandan istifadə etməklə şərhlərlə müşahidə olunan öz kitabxana modullarını
yarada bilər.
MathCAD zəngin sorğu sisteminə malikdir. Bu sistemdə çoxlu sayda hazır riyazi, fiziki və
kimyəvi formula və sabitlər saxlanılır ki, onları istənilən zaman proqramın istənilən yerinə qoyub icra
etmək olar.
Şəkil. MathCAD sistemində icra olunmuş proqramın nəticəsi.
Math CAD proqramı riyaziyyat yönlü Differensial və inteqral tənliklər, Riyazi analiz
(İinteqrallama, diferensiallama, funksiyaların tədqiqi), Riyazi-fizika tənlikləri, Hesablama metodları,
eləcə də, Xətti cəbr və Analitik həndəsə və s. bu kimi iri həcmli hesablama proseslərinin həyata
keçirilməsini tələb edən fənlərinin tədrisində yaxşı vasitə kimi istifadə oluna bilər.
Dostları ilə paylaş: |