7. ELEKTRON TƏDRIS VƏSAITLƏRININ (ETV) YARADILMA PRINSIPLƏRI
İnformasiya tədris resursları iki qrupa bolunur: bilavasitə şagirdin komputerində olan
informasiya (lokal komponent) və tədris mərkəzinin komputerlərində olan informasiya (şəbəkə
komponenti). Informasiyanın yerləşdirilməsi usulundan asılı olaraq bu resursların yaradılması və
istifadə texnologiyası muəyyən tələblərə cavab verməlidir. Lokal komponent cap məhsulundan,
xarici yaddaş qurğularında saxlanılan audio-video informasiyadan və komputer yonumlu
informasiya daşıyıcılarından ibarətdir.
Tədrisdə istifadə edilən informasiya resurslarının irihəcmli olması muvafiq tutumlu
informasiya daşıyıcısından istifadəni tələb edir. İnteraktiv mulitimediya kursu informasiya təsvirinin
muxtəlif muhitlərini (mətn, statik və dinamik qrafika, audio-videotəsvir) sintez etməyə imkan verir,
şagirdi təlim prosesinin fəal iştirakcısına cevirir (şagirdə təqdim edilən hər yeni informasiya bloku
onun əvvəlki fəaliyyətinə, mənimsəmə səviyyəsinə muvafiq olaraq komputer tərəfindən seçilir və
operativ təqdim edilir). Beləliklə, ETV-nin yaradılmasında ucuncu prinsip tədris materialının
multimediya formada təqdimatıdır.
Şəbəkə kurslarının texniki bazasını IKT təşkil edir. Telekommunikasiya texnologiyaları
əsasən tədris materiallarının oturulməsi məqsədilə istifadə olunur. Internet resursu formasında
tədris materialının yaradılması ucun muxtəlif HTML redaktorlardan istifadə edilir. HTML sənədi
interaktiv edir və informasiyanı serverə oturməyə imkan yaradır.
Lokal komponent yaradılması ucun istifadə edilən proqramlaşdırma sistemləri, adətən
multimediya kursda Internet resurslarına muraciət imkanları yaradır (muəyyən Internet unvanları
qeyd edilməklə), nəticədə şəbəkə və lokal resurslar birləşir, vəhdət təşkil edir, muəyyən mənada
vahid informasiya-təhsil muhiti (dar mənada) yaranır.
İstənilən nov tədris materiallarının məzmunu (istənilən təhsil texnologiyasının tətbiqi
zamanı) kompleks halda şagirdin mənimsəməli olduğu bilik və bacarıqların zəruri və kafi səviyyəsini
əks etdirir. Tədris yönumlu ETV-nin məzmunu dövlət standartlarına və muasir təlim
texnologiyalarına tam uyğun formada tərtib edilməli və bu zaman materialın struktur quruluşuna
xüsusi diqqət yetirilməlidir. Elektron tədris materialı elə strukturlaşdırılmalıdır ki, o, öyrənən üçün
yorucu olmasın, axtarış və help sistemi ilə təmin olunsun, didaktik imkanları geniş olsun.
Dostları ilə paylaş: |