Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 ELEKTRON TƏDRİS VASAİTƏLƏRİNİN TƏSNİFİ PRİNSİPLƏRİ



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə30/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   26   27   28   29   30   31   32   33   ...   96
muh tehsilde ve elmde IKT

8. ELEKTRON TƏDRİS VASAİTƏLƏRİNİN TƏSNİFİ PRİNSİPLƏRİ 

 

 

Tədris yonumlu ETV coxaspektli xarakter daşıyır. Bir tərəfdən yerinə yetirdiyi funksiyalara 



gorə o, tədris nəşridir, bu səbəbdən tədris kitablarının təsnifatı prinsiplərini özündə əks 

etdirməlidir. Digər tərəfdən onlar elektron nəşr kateqoriyasına aiddir və onlara elektron nəşrlərin 

təsnifatı prinsipini aid etmək olar. Ucuncu tərəfdən, yaradılma texnologiyasına gorə onlar proqram 

məhsuludur və onlara proqram məhsullarının təsnifatı prinsiplərini də tətbiq etmək olar. 

Ümumiyyətlə, bu meyarları nəzərə almaqla tədris yonumlu ETV-ləri aşağıdakı əlamətlərə gorə 

təsnif edə bilərik: 

- ETV-lərin təlimdə yerini və rolunu muəyyən edən funksional əlamətlərə gorə; 

- struktur quruluşlarına gorə; 

- mətnin təşkilinə (strukturuna) gorə; 

- təqdim edilən informasiyanın xarakterinə gorə; 

- şərh formasına gorə; 

- məqsədli təyinata gorə; 

- cap ekvivalentinin (analoqunun) movcudluğuna gorə; 

- əsas informasiyanın təbiətinə gorə; 

- yayım texnologiyasına gorə; 

- istifadəci və elektron nəşrin qarşılıqlı əlaqə xarakterinə gorə




 

Hazırda tədris nəşrləri sisteminin muəyyən tipoloji modeli yaranmışdır. Onlar tədris nəşrinin 

təlim prosesində yeri və əhəmiyyətini muəyyən edən funksional əlamət əsasında dord qrupa 

bolunurlər: proqram-metodik (tədris planı, tədris proqramı), tədris-metodik (metodik gostərişlər), 

oyrədici (dərslik, dərs vəsaiti, muhazirə konspektləri), koməkci (praktikumlar, muntəxabatlar və s.) 

tədris nəşrləri. Informasiya texnologiyaları bu təsnifata gorə beşinci qrup tədris nəşrini təşkil edə 

bilər: yoxlayıcı-nəzarətedici (testləşdirici proqramlar, verilənlər bazası). 

 

Elektron nəşrlər strukturuna gorə bir tomlu, coxtomlu və elektron seriya kimi təsnif 



edilir. 

 

Mətnin təşkilinə gorə tədris eklektron nəşrlər mononəşrlər və məcmuə kimi iki qrupa 



bolunur. 

 

Verilən informasiyanın xarakterinə gorə tədris nəşrləri tədris planı, tədris proqramı, 



metodik gostəriş, metodik rəhbərlik, təcrubə proqramı, muntəxəbat, dərslik, dərs vəsaiti və s. kimi 

təsnif olunur.  

 

Materialın şərhinə gorə tədris materialları aşağıdakı kimi təsnif olunur: 



- konveksion tədris materialları (təlimin informativ funksiyasını həyata kecirir); 

- proqramlaşdırılmış tədris nəşrləri (muasir anlamda elektron nəşrlər); 

- problemli tədris nəşrləri (şagirdlərin məntiqi təfəkkurunun inkişafı məqsədi ilə tədris 

materialı problemli təlim nəzəriyyəsi əsasında şərh olunur, belə nəşrlər şagirdlərin 

idrak fəaliyyətini yuksəltməyə xidmət edir ); 

- kombinə edilmiş və ya universal tədris nəşri. 

 

Elektron kursun yaradılma prosesi əsasən uc mərhələyə bolünür: 



1.Kursun layihələndirilməsi. 

2.Kurs materiallarının hazırlanması. 

3.Materialların vahid proqram kompleksində birləşdirilməsi. 

 

Mətnin hazırlaması. Hipermətn və multimediyalıq prinsipi əsasında elektron kursun 

texnoloji ssenarisini yaratmağa başlayarkən nəzərə almaq lazımdır ki, multimediya kursdakı butun 

tədris informasiyası hipermətn prinsipinə gorə, məzmunca bir neçə səviyyədə təqdim edilə bilər. 

Tədris materialının xətti strukturlaşmasının (proqramlaşdırılmış təlimin xətti oyrədici 

proqramlarına uyğun) hipermətn formasında təqdimatı variantı belədir: Birinci səviyyə-əsas 

informasiya, ikinci səviyyə-izahat və əlavələr, ucuncu səviyyə - illustrativ material, dorduncu 

səviyyə-məlumat –sorğu materialı olmalıdır. Tədris materialının xətti strukturlaşmasının idrak 

fəaliyyətinin muxtəlif formalarına yonəlməsi təqdimatı daha səmərəli edir. Bu zaman birinci 

səviyyə - illustrativ-təsviri, ikinci səviyyə-reproduktiv, ucuncu səviyyə –yaradıcı-produktiv kimi təyin 

oluna bilər. 

 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin