Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


Təhsildə istifadə olunan İKT avadanlığının



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə33/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   29   30   31   32   33   34   35   36   ...   96
muh tehsilde ve elmde IKT

Təhsildə istifadə olunan İKT avadanlığının 

didaktik xüsusiyyətləri və funksiyaları. 

 

 

IKT-nin sürətli inkişafı, onun cəmiyyətin bütün fəaliyyət sahələrinə və proseslərə güclü 



müdaxiləsini təmin edir. Buna görə də yeni şəraitdə cəmiyyətin hərtərəfli və dinamik inkişafının 

təmin olunması üçün ən yaxşı vasitə kimi İKT çıxış edir. Aydındır ki, ölkələrin rəqabətədavamlı 

iqtisadiyyatlarının təminatı, həmin ölkələrin təhsil sistemlərinin işindən birbaşa aslıdır. Odur ki, 

təhsil sistemində də işlərin səmərəli təşkili üçün buraya yeni texnologiyaların, innovasiyaların 

tətbiqinə geniş yer ayrılmalıdır. Bu baxımdan İKT avadanlığının təhsilə tətbiqi mühüm rol oynayır 

və bu yöndə aşağıda göstərilən perspektivləri açır: 

1.  Audio-video dərsliklərdən geniş istifadə etməklə multimedia tədris materiallarının uzaq 

məsafələrə ötürülməsi və qəbul edilməsi imkanları; 

2.  Təhsilin bütün mərhələləri üçün kompüter texnologiyalarına əsaslanan kəsilməz və fasiləsiz 

tədris mühitinin formalaşdırılması; 

3.  Öyrənənin şəxsi yaradıcılıq imkanlarına müvafiq təlim metodikasının, onun növünün 

seçilməsində sərbəstliyin artması; 

4.  Təhsil sisteminin İKT-yə əsaslanan elmi-metodiki bazasının yaradılması; 

5.  Açiq təhsil sisteminin reallaşdırılması üçün imkanların artması. 

 

Göstərilənlərin həyata keçirilməsi məqsədi ilə təhsil sistemində telekommunikasiya 



sisteminin imkanlarından da geniş istifadə olunur. 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin