Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 DIDAKTIK XÜSUSIYYƏT VƏ FUNKSIYALAR ANLAYIŞI



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə32/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   28   29   30   31   32   33   34   35   ...   96
muh tehsilde ve elmde IKT

9. DIDAKTIK XÜSUSIYYƏT VƏ FUNKSIYALAR ANLAYIŞI 

 

Təhsil vasitələrinin didaktik xüsusiyyətləri dedikdə, həmin vasitələrin həm nəzəri, həm də praktik 



bilik və vərdişlərin öyrədilməsi üçün nəzərdə tutulan imkanları başa düşülür. Məsələn, kompüterin 

didaktik xüsusiyyəti dedikdə, onun özünü öyrətmək qabiliyyəti – yəni HELP (SPRAVOÇNİK/KÖMƏK) 

sisteminin imkanları başa düşülməlidir.  

Təhsil vasitələrinin didaktik funksiyaları dedikdə, həmin vasitələrin tədrisdə təyinatı, onların təlim-

tədris prosesində yeri və rolu başa düşülür. Didaktik funksiyalara daha çox tədris vasitələrinin 

periferik xüsusiyyətləri aid edilir. Kompüterin didaktik funksiyalarına onun HELP sistemini 

istifadəçiyə çatdırmaq üçün nəzərdə tutulan imkanları aid edilir. 

Qlobal internet şəbəkəsinin yaranması məlumatların yeni informasiya texnologiyalarının köməyi ilə 

toplanması, emal edilməsi, saxlanılması, ötürülməsi kimi funksiyaların daha da təkmilləşdirilməsinə 

səbəb olmaqla informasiya texnologiyalarının məsafədən qarşılıqlı əlaqə yaratmaq kimi aşağıda 

göstərilən böyük imkanlarının reallaşdırılmasına da şərait yaratdı: 

-  Təhsil prosesi iştirakçılarının (öyrənənlərin, elektron informasiya mənbələrinin və 

öyrədənlərin) arasında qarşılıqlı əlaqələrin yeni formalarda təşkilinə; 

-  Təhsil prosesi iştirakçılarının vaxt baxımından sərbəstləşməsinə və onların vaxtdan səmərəli 

istifadə imkanlarının genişlənməsinə (asinxron təhsil metodu) 

Kompüter şəbəkələrində tədrisin təşkilinin didaktik xüsusiyyətlərinə aşağıda göstərilən 

informasiya texnologiyalarının didaktik xüsusiyyətləri də aid edilir: 

-  Təhsil prosesində informasiya texnologiyalarından istifadə metodlarına əsaslanmaqla 

elektron təhsil materiallarının yaradılması; 

-  Təhsil prosesi iştirakçıları arasında uzaq məsafədən informasiya mübadiləsinin yaradılması; 

İnformasiya texnologiyalarının didaktik imkanları təhsil prosesində aşağıdakı təhsil alma 

imkanlarının yaranmasına kömək edir: 

-  Təhsil prosesinin uzaq məsafədən reallaşdırılması: bu zaman öyrədənlə öyrənən və ya 

öyrənənlər qrupu arasında ya elektron yazışmalar, ya da audio/video bağlantıların köməyi 

ilə təhsil yönümlü əlaqələr yaradıla bilər; 

-  Öyrədənlə öyrənən və ya öyrənənlər qrupu eyni vaxtda və vaxtından aslı olmayaraq uzaq 

məsafədə yerləşən tədris vasitələrindən istifadə etmək imkanları əldə edə bilər. 

Bu proseslər vaxt baxımından 2 rejimdə həyata keçirilə bilər: 

1.  Bütün tədris iştirakçıları məsafədən və yerindən aslı olmayaraq eyni vaxtda kompüter 

arxasında aktiv vəziyyətdə (onlayn rejim) olmalıdırlar. Belə təhsil prosesi sinxron təhsil 

rejimi adlanır. 

2.  Tədris prosesi iştirakçılarının eyni vaxtda aktiv rejimdə olmaları tələb olunmur. İştirakçılar 

tədris prosesini özləri üçün daha sərfəli vaxtda və səmərəli üsullarla həyata keçirirlər. Belə 

təhsil rejimi asinxron təhsil prosesi adlanır. 

 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin