Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə28/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   24   25   26   27   28   29   30   31   ...   96
muh tehsilde ve elmde IKT

 

Kompyuter  modelləşdirilməsi:  kompüter  modellərindən  istifadə  metodu  dərslərin  qeyri-

ənənəvi formada keçirilməsinə, onların daha canlı və çoxlu mənbələrdən istifadə etməklə təşkilinə 

gözəl şərait yaradır və öyrənənlərin kompüter texnologiyasına olan maraqlarının daha da səfərbər 

edilərək yönləndirilməsində yaxşı rol oynayır. 



 


6. MULTIMEDIYA TƏDRIS VASITƏLƏRI 

VƏ ONLARDAN ISTIFADƏ QAYDALARI 

 

 



Tədris prosesində multimedia texnologiyalarından istifadə müəllim üçün yeni imkanlar və 

inkişafetdirici istiqamətlər açır. İKT və multimedia vasitələrinin tətbiqi ilə öyrənilən fənn şagirdlər 

üçün daha maraqlı və yaddaqalan olur. 

 

Multimedia sözü “multi”-çox, “media”-yayım, informasiya daşıyıcısı sözlərindən əmələ 



gəlmişdir. Multimedia texnologiyaları - səs, video, qrafika, mətn, animasiyanın tətbiqi ilə aparat və 

proqram vasitələrinin məcmusudur. 

 

Multimedia vasitələrinin tədris prosesində tətbiqi müvafiq pedaqoji texnologiyanın 



hazırlanmasını tələb edir. Multimedia avadanlığı mühüm didaktik vasitə olaraq özündə üç mühüm 

komponenti birləşdirir: tədris materialının məzmunu, onun şərh metodu və təlim texnologiyasını. 

Bu komponentlər bir-biri ilə sıx əlaqədə olub, öyrədici sistem əmələ gətirir, şəxsiyyətin özünutəhsil 

prosesini reallaşdırmağa hərtərəfli imkan yaradır. 

 

Tədris prosesində müəllim video materiallardan, interaktiv testlərdən, Elektron öyrədici 



sistemlərdən, virtual laborator proqramlardan, müxtəlif dərs mövzularına aid animasiyalardan 

istifadə etdikdə dərsin əsas prinsiplərindən biri olan əyaniliyi, vizuallığı təmin etmiş olur. 

V

izual 


informasiya insanın heç vaxt yadından çıxmır. Ona görə də dərsin vizual materiallarla 

zənginləşdirilməsi onu daha maraqlı və yaddaqalan edir. 

 

Müəllim multimedia texnologiyalarından istifadə edərək dərsi



n

 planını qurarkən aşağıdakı 

tələbləri nəzərə almalıdır: Tədris prosesində tətbiq olunan multimedia texnologiyalarının pedaqoji 

məqsədini təyin etməli; Dərsin gedişində hansı multimedia texnologiyasından və necə istifadə 

olunmasını dəqiqləşdirməli; Öyrənilən tədris materialının multimedia resursları ilə sintezini analiz 

etməli; Multimedia vasitələrinin tətbiqi ilə keçiriləcək dərsin digər fənlərlə əlaqəsini. 

 

Multimedia texnologiyaları olduqca geniş anlayışdır.Yəni tədris prosesində, multimedia 



texnologiyaları texniki və proqram təminatlarından istifadə etməklə (film, təqdimat, səsyazısı, 

animasiya, üçölçülü kompüter qrafikası, telekommunikasiya vasitələri, internet və s.) informasiya 

ilə iş bacarıqlarını özündə əks etdirən pedaqoji texnologiyadır. 

 

Fənlərin tədrisində multimedia texnologiyalarının tətbiqi aşağıdakı müsbət və inkişafetdirici 



nəticələrə gətirib çıxara bilər: Şagirdlərin məntiqi və yaradıcı təfəkkürünün inkişafı; Müəllimlərin və 

şagirdlərin yeni kompüter texnologiyası və proqramlaşdırma üzrə biliklərə yiyələnməsi; Müxtəlif 

sahələr üzrə tədqiqatçılıq bacarığının inkişaf etdirilməsi;

 

Şagirdlərdə informasiya mədəniyyətinin 



formalaşdırılması; Hər bir şagirdə fərdi yanaşmanı təmin etmək; Çətin və problemli situasiyalarda 

vəziyyəti analiz edərək həlledici qərarlar qəbul etmək. 

 

Multimedia tədris resurslarının üstün cəhətlərindən biri də təlim prosesində inklüzivliyin 



gözlənilməsidir. Yəni dərsliyin hər səhifəsində müvafiq işarənin köməyi ilə səhifədə diktor mətninin 

oxunuşu və xüsusi əl işarələri ilə eşitmə və nitq qüsuru olan uşaqlar asanlıqla mövzuda nədən bəhs 

olunduğunu dərk edir. Bu da xüsusi qayğıya ehtiyacı olan uşaqların təlim prosesinə marağını artırır 

və onların işini daha da asanlaşdırır. 

 

Ü

mumiyyətlə, təhsilin informasiyalaşdırılmasının, İKT-nin, multimedia vasitələrinin tədrisdə 



tətbiqinin əsas məqsədi nəinki şagird və pedaqoqlar, eyni zamanda cəmiyyətin bütün üzvləri üçün 

bütün elmi, mədəni, tarixi məlumatlara və tədris materiallarına sərbəst çıxışı təmin etmək, 

insanlara istənilən mövzuda saysız hesabsız informasiya mənbələri və öyrənmə metodları təklif 

etməklə onlarda sərbəst və fasiləsiz öyrənmə bacarıqları aşılamaqdır. 

 

 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin