AKADEMIK YAZININ XÜSUSIYYƏTLƏRI. AKADEMIK YAZININ NÖVLƏRI.
Akademik Yazı və digər yazı növləri arasındakı bəzi önəmli fərqlər
Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır. Şəxsi məzmunlu yazışmada - dost-
tanışlara ünvanlanan yazının bir xüsusiyyəti ondan ibarətdir ki, bu cür yazı, adətən, qeyri-formal olur. Bu isə o
deməkdir ki, burada orfoqrafiya qaydalarını, punktuasiyanı (durğu işarələrinin yerli-yerində işlənməsi) və yaxud
qrammatik qaydaları gözləməyə o qədər də ehtiyac yoxdur (hərçənd bunlara əməl etsəniz, oxucunuz sizə
minnətdar ola bilər).
•
Qeyri-formal yazı üslubu şəxsi tanışlıqlar üzərində qurulan münasibətlər fonunda olduğundan və siz də
yazınızı ünvanladığınız şəxsi tanıdığınızdan, sözləri qısa yaza, hətta dialekt sözlərdən belə istifadə edə bilərsiniz.
Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses xeyli fərqli olur. Birincisi, burada konkret
yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı
formatlarında görmək olar.
•
Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir, daha sonra isə
müzakirə edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə siz çox qısa və aydın
şəkildə, mövzu ilə bağlı mövqeyinizi, məsələyə münasibətinizi bir - iki cümlədə bildirir, daha sonra tutduğunuz
mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda işıqlandırır və ya ətraflı şəkildə izah edirsiniz. Nəhayət, son
paraqrafda - nəticədə siz qeyd etdiyiniz əsas məqamları, fikirləri yekunlaşdırmalısınız. Əlbəttə ki, bütün
məqamları əhatə etməyə də bilərsiniz. Nəticə ilə əlaqəli tövsiyyə xarakterli paraqraf isə yazınızı müraciət edilən
mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinizin gələcəkdə daha fərqli aspektlərdə işlənməsi
üçün önəmli rol oynayır.
Ümumiyyətlə, bir qayda olaraq, ali təhsil müəssisələrində yazılan akademik işlərdəki formatlara qısaca nəzər
salsaq, aydın olur ki, onlar formal struktura riayət edirlər.
Akademik yazı ilə digər yazı janrl arı arasında ikinci fərq isə nəşr edil miş yazıl ardan gətirilən sitatlarla bağlıdır.
•
Əgər siz akademik yazıda hər hansı bir arqument irəli sürürsünüzsə, fikrinizi mövzu üzrə yazı nəşr
etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə əlaqələndirərək əsaslandırmanız gözlənilir.
1
•
Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən biridir, çünki bu,
sizin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunuzu, ideyaları anladığınızı, bu ideyalar və digər müxtəlif
perspektivlərdən öz yazı işinizdə istifadə etdiyinizi göstərir.
Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlara əməl
etməlisiniz. Çünki dostunuzdan fərqli olaraq, oxucunuz böyük ehtimal ki, sizdən fərqli bir şəxsdir və sizin nəyə
işarə etdiyinizi heç də hər zaman bilməyə bilər. Bu səbəbdən də, fikirlərinizi yazıda aydın ifadə etməniz çox
önəmlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün
punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır.
Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan ideya və anlayışlar kimi mücərrəd
məfhumlara əsas l anmışdır.
Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, siz yenə də konkret sözlərdən istifadə etməklə,
mücərrəd ideyaları və onlar arasındakı münasibətləri izah edə bilərsiniz. Adətən, akademik yazı sizdən mücərrəd
ifadələri və onların komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın təsvir etməyi tələb edir.
Hətta iqtisadiyyat, kompüter elmləri kimi praktik yönümlü fənlər belə, akademik öyrənmə və praktikada sizdən
proses və hadisələrin təməlində duran müxtəlif nəzəriyyələrə, anlayışlara və digər mücərrəd ideyalara baş
vurmağınızı tələb edəcək. Buna görə də, akademik yazının mahiyyəti də bir çox praktik və sosial yönümlü yazı
işlərindən fərqlənir. Bu, ona görədir ki, akademik yazı tapşırıqları sizdən onların mahiyyətində duran, hadisələrin
təməlində yatan prinsip, nəzəriyyə və anlayışlara baxmağı tələb edir.
Bəhs etdiyimiz bu giriş böl məsini yekun l aşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə
edən xüsusi bir yazı janrıdır.
•
Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir.
•
Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı
oxucunuza nümayiş etdirmək üçün bir vasitədir.
Lakin ...
•
Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.
•
Onlar düşünmə və planlaşdırma tələb edir.
•
Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa
imkan verir.
•
Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb
edir.
•
Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir,
çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.
Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.
1. Akademik Yazı Növlərinin Quruluşu:
Ön hissə
•
Titul vərəqi
•
Mündəricat
-
yazının strukturunu əks etdirir
-
məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir
-
yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir
•
Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)
•
Abstrakt
•
Xülasə
a) elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;
b) onları qısa və yığcam şəkildə ifadə edir:
-
tədqiqatın məqsədi və vəzifələri
-
problemi
-
tədqiqat metodu
-
tapıntılar
Yazının əsas hissəsi
•
Giriş
-
Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;
-
Problemi və ya vəziyyəti təhlil edir;
-
Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
-
Tədqiqat sualı qeyd olunur;
-
Tədqiqat metodu göstərilir;
-
Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
-
Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.
•
Fəsillər - arqumentlər və əsaslandırmalar:
-
Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.
-
Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.
-
Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.
-
Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.
-
Bir hissədən digərinə keçid olmalıdır.
-
Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir.
Yekun Hissə
•
Nəticə və tövsiyyələr
-
Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.
-
Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.
Akademik Yazıya əlavələr
•
Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
•
Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.
AKADEMIK YAZININ QURULUŞU VƏ PLANLAŞDIRILMASI. AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI
1. Akademik Yazı Növlərinin Quruluşu:
Ön hissə
•
Titul vərəqi
•
Mündəricat
-
yazının strukturunu əks etdirir
-
məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir
-
yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir
•
Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)
•
Abstrakt
•
Xülasə
c)
elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;
d)
onları qısa və yığcam şəkildə ifadə edir:
-
tədqiqatın məqsədi və vəzifələri
-
problemi
-
tədqiqat metodu
-
tapıntılar
Yazının əsas hissəsi
•
Giriş
-
Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;
-
Problemi və ya vəziyyəti təhlil edir;
-
Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;
-
Tədqiqat sualı qeyd olunur;
-
Tədqiqat metodu göstərilir;
-
Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;
-
Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.
•
Fəsillər - arqumentlər və əsaslandırmalar:
-
Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.
-
Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.
-
Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.
-
Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.
-
Bir hissədən digərinə keçid olmalıdır.
-
Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir.
Yekun Hissə
•
Nəticə və tövsiyyələr
-
Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.
-
Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr
edilir.
Akademik Yazıya əlavələr
•
Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.
•
Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.
Akademik Yazının Quruluş u və Planlaşdırılması
Akademik yazının quruluşu dedikdə onun ilk səhifəsindən son səhifəsinədək tədqiqatın əsas hissələrinin,
bölmələrinin, fəsillərinin, yarım fəsillərinin, bəndlərinin ardıcıllığı, sistemliliyi başa düşülür.
Bu quruluşa habelə tədqiqatın nəticələri, istifadə olunmuş ədəbiyyat, əlavələr daxil olur.
Titul Vərəqi
• Titul vərəqi - qısa olmalıdır; ikinci dərəcəli deyil, əsas sözlər böyük hərflərlə
yazılmalıdır.
• Qısa başlıq -yazıda səhifənin yuxarısında yazılan qısaldılmış başlıqdır və 50
hərfi (interval və punktuasiya da daxil olmaqla) keçməməlidir.
• Yazı müəllifinin adı - ad (adınız, soyadınız, atanızın adı); əgər yazı digər
şəxslərlə birgə yazılırsa, onların da adları daxil edilməlidir.
• İnstitusional bağlılıq - Azərbaycan Dillər Universiteti
Mündəricat - Titul vərəqindən sonra ikinci səhifənin ortasında (vərəqin yuxarı sağ küncündə 2 rəqəmi yazılır və
səhifələr ardıcıl nömrələnir) MÜNDƏRİCAT yazılır. Mündəricat titul vərəqindən sonra gəlir və səhifələri
göstərməklə dissertasiyanın əsas başlıqlarını əhatə edir - giriş, I fəsil, II fəsil, III fəsil və onların paraqrafları, nəticə
və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısı və əlavələr. Burada dissertasiyanızın bütün bölmələri ardıcıl
yazılmaqla bərabər, hər bölmənin başlanğıc səhifəsi də göstərilir. Bölmələrin, başlıqların adları dissertasiyanızın
mətnində olduğu kimi - qısaldılmadan, dəyişdirilmədən yazılmalıdır.
Mündəricatı yazmaqda məqsəd sadədir. Əgər oxucu dissertasiyanızın onun diqqətini çəkən bir hissəsinə nəzər
salmaq istəyirsə, o, bilməlidir ki, axtardığını neçənci səhifədə tapa bilər. Belə çıxır ki, mündəricat dissertasiyanın
başlıqlarını, yarımbaşlıqlarını və onların səhifələrini verməklə oxucunun işini asanlaşdırır.
Minnətdarl ıq
Elmi işinizi nəşr etdirərkən, minnətdarlıq yazmaqla akademik işinizin yerinə yetirilməsində sizə kömək edən
şəxslərə təşəkkür etmək imkanı qazanırsınız. Bunun üçün bir neçə detala diqqət yetirmək lazımdır:
• Siz təşəkkürünüzü adlar siyahısı formasında edə bilərsiz. Məs., mən Professor Qurbanlıya və Dr. Nağızadəyə
təşəkkür etmək istərdim.
Hər kəsə fərdi olaraq, şəxsi təşəkkür ünvanlamaq daha gözəl səslənə bilər. Məs., mən Professor Qurbanlıya
ekspert məsləhətinə görə, Dr. Nağızadəyə təcrübi baxımından yardımına və bütün iş prosesində mənə mənəvi
dayaq olduğuna görə təşəkkür edirəm.
Bəzən isə, bir qisim insanların adlarını digərlərindən daha çox vurğulamamaq üçün sizə kömək etmiş şəxslərin
adlarını minnətdarlıqda əlifba sırası ilə çəkə bilərsiniz.
•
Adətən, minnətdarlıqda təşəkkür edəcəyiniz əsas şəxs sizə elmi işinizdə yardım etmiş elmi rəhbərinizdir.
Daha sonra isə, akademik işinizin başa çatdırılmasında əməyi keçmiş digər şəxsləri də sadalamağı unutmayın.
•
Əgər hər hansı bir fonddan və ya elmi tədqiqat qrupundan təqaüd və ya qrant əldə etmisinizsə, həmin
təşkilat və ya fondun adını çəkərək, ordan tanıdığınız şəxslərə müraciət edərək təşəkkürünüzü bildirməyiniz
münasib olar.
•
Adlarını çəkdiyiniz insanların adlarının düzgün yazıldığına əmin olun və burada orfoqrafiya qaydalarına
dəqiq əməl edin. Sizin uğurunuza töhfə vermiş bir şəxsin və ya sizə maliyyə yardımı etmiş bir fondun adını səhv
yazmaq yaxşı çıxmaz. Bu səbəbdən də, yazdıqlarınıza nəzər salmaq və onları redaktə etmək lazımdır.
Ümumiyyətlə, minnətdarlıq yazarkən təşəkkürünüzü qısa sözlərlə ifadə etməniz və güclü emosiyalardan uzaq
olmağınız məsləhətlidir. Qeyd edək ki, elmi yazı işinizin minnətdarlıq hissəsində "mən, mənim, mənə ...” kimi
sözlər, demək olar ki, həmişə işləndiyi halda, akademik yazının qalan hissəsində bu kimi şəxs əvəzliklərindən
istifadədən bir qayda olaraq, imtina edilir.
Abstrakt
Abstrakt bütün tezisinizin yekunu olub, akademik işinizin bütün əsas məqamlarını qısa şəkildə göstərir. Elmi
işinizin əvvəlində yerləşdirilən abstrakt tədqiqat məqaləsi, tezis və ya hər hansısa bir sahənin dərin təhlilinin qısa
xülasəsidir və oxucuya elmi yazının məqsədini ən qısa vaxtda çatdırmaq üçün yazılır. Yadda saxlamaq lazımdır ki,
onu yazınızın potensial oxucusu üçün yazırsınız və əksər oxucular bütün yazınızı oxumazdan öncə, abstraktı
oxuyurlar. Abstrakt yazınızın nə barədə olacağını deməlidir və kənardan qiymətləndirən bir şəxsin yazınızda
oxuya biləcəyi ilk mühüm hissədir. O səbəbdən də, siz abstrakta elmi işinizə diqqət və maraq oyadacaq imkan
kimi baxmalısınız.
Abstrakt yalnız oxucunu tezisə hazırlayan giriş deyil, o həm də zaman və məkan darlığı içərisində bütün elmi işi
əvəz edə biləcək gücdə olmalıdır. Onu yazmaq böyük bir mətni əsas hissələrədək kiçiltməyə - görülən elmi işi
yekunlaşdırmağa xidmət edir. Abstraktı yazarkən elmi yazı işinizin metodologiya, başlıca tapıntılar və s. daxil
olmaqla, əsas məqamlarını açmalısınız.
Abstraktınızın əsas funksiyası oxucularınıza nə etdiyinizi deyil, nəyi kəşf etdiyinizi göstərməkdir. Digər məlumatlar
- tədqiqat metodlarınız sizə gəldiyiniz nəticələr barədə iddialarınızı dəstəkləmək üçün lazımdır.
Abstrakt daha böyük bir işin mühüm keyfiyyətlərini qısaldılmış formada özündə ehtiva edir. O, önəmli detal və
məqamların dəqiq xülasəsidir. Abstraktın həcmi mövzu və nəşriyyat tələblərindən asılı olaraq, dəyişə bilər. Bir
qayda olaraq, abstrakt 1-2 paraqrafdan və 100-500 sözdən ibarət olur, amma çox nadir hallarda bir səhifədən
artıq olur.
Bundan başqa, elmi konfranslar və seminarlarda çıxış etmək istədikdə, abstraktı xeyli əvvəldən göndərmək tələb
olunur.
Abstraktdakı bütün məlumatlar elmi yazının əsas hissəsində də əks olunmalıdır, yazıda olmayacaq heç bir
məlumat abstrakta daxil edilməməlidir. Abstraktı yazarkən burada cədvəl, sxem və qrafiklər göstərməyin.
Əgər düşünürsünüzsə ki, tədqiqat işiniz müəyyən suallara cavab verir, o zaman niyə bu sualları abstraktda
yerləşdirməyəsiniz?! Bu, oxucuları düşündürər və mövzuya onların marağını cəlb edər.
Abstraktınızı bu şəkildə qura bilərsiniz:
1.
Problemi bildirin.
2.
Problemin və onu həll etməyin əhəmiyyətini söyləyin.
3.
Tapdığınız həll yolu ilə nəyə nail olmağın mümkünlüyünü deyin.
4.
Tapıntınızdan sonra onunla nəyin əldə edilə biləcəyini söyləyin.
Oxucunun abstraktı oxumaqda məqsədi tədqiqat işinin mövzusu və elmi yazıda tədqiqatın necə əks etdirilməsi
barədə təsəvvür əldə etməkdir.
Xülasə
Xülasə tezis və ya dissertasiyanın sonuncu hissələrindəndir, ordakı əsas fikir və tapıntıları çatdırır. Burada
tapıntılar və ya tədqiqatın nəticələri qeyd olunur. Xülasənin aşağıdakı xüsusiyyətləri var: 1) Xülasə tədqiqatın əsas
məqsədi və vəzifələri, tədqiqat müddəti, tədqiqat metodu, tədqiqat vasitəsi və seçmə dizaynından bəhs edən
qısa cümlələrdən ibarət olmalıdır. 2) Tapıntılarınız ümumiləşdirilmiş şəkildə yazılmalıdır, mətn və rəqəmlərdən
ibarət vacib məlumatların xülasəsindən ibarət olmalıdır. 3) Xülasəyə vacib tapıntılar daxil edilməlidir. 4) Xülasəyə
heç bir yeni məlumat və statistik göstəricilər daxil edilməməlidir. 5) Tapıntılar qısa şəkildə verilməlidir. Tapıntılar
xülasədə izah edilməməli və ya onlar barədə ətraflı məlumat verilməməlidir.
AKADEMIK YAZININ ƏSAS HISSƏLƏRI
Bildiyiniz kimi, paraqraf bir mövzu barədə bir neçə cümlədən ibarət olur və üç əsas hissəyə malik olur: giriş cümlə,
əsas hissə (fikri dəstəkləyən cümlələr) və yekun cümlə. Eynilə, bizim yazdığımız tədqiqat işləri də bir mövzü və
üç əsas hissədən ibarət olan paraqraflar qrupudur, giriş, əsas hissə və nəticə. İndi isə gəlin akademik yazı işinizin
hər bir hissəsinə ayrı-ayrılıqda baxaq.
Giriş paraqrafı
Giriş akademik yazı işinizin ilk paraqrafıdır. O, mövzunu təqdim edir və oxucuda maraq oyadır. Giriş paraqrafı
yazmağın bir neçə yolu var. Fikrimizin aydın ifadəsi üçün hər hansı bir mayeni ağzı geniş olan bir qabdan ağzı dar
olan başqa qaba tökmək üçün istifadə etdiyimiz əşyanı - qıfı təsəvvürümüzə gətirək. Mayenin dağılmaması üçün
ağzı geniş olan və sonuna doğru getdikcə daralan qaba qıf deyirik. Yazını həmin əşyaya bənzətsək, girişi qıfın ağzı
hesab edə bilərik. Qıfın ağzı, yəni yazının girişi 2 hissədən - bir neçə ümumi cümlədən və bir tezis cümləsindən
ibarət olur. Ümumi cümlələr akademik yazı işinizin mövzusu haqqında oxucuya ümumi məlumat verir. Onlar
oxucunu mövzunuzun çox ümumi ideyasından çox spesifik ideyasına doğru yavaş-yavaş aparır. Qıfın ağzı -yazının
girişindəki ilk ümumi cümlə sadəcə mövzunu təqdim edir. Şəkli çəkərkən kamera linzası konkret bir şəkil üzərində
fokuslandığı kimi, hər bir növbəti cümlə də getdikcə spesifik mövzu üzərinə daha çox fokuslanmış olur. Tələb
olunan ümumi cümlələrin sayı üzrə dəqiq bir qayda yoxdur. Bununla belə, sizin 3-4 cümlə yazmanız gərəkdir və
bu cümlələr oxucunun diqqətini saxlamaq üçün kifayət qədər maraqlı olmalıdır. Oxucunun diqqətini cəlb etmək
üçün ümumi cümlələr içərisinə bir neçə maraqlı detallar salmaq olar. Buna baxmayaraq, elmi yazı işinizin əsas
hissəsinə aid olan heç bir detalı burada verməməlisiniz.
Tezis cümləsi elmi yazı işinizin əsas ideyasını təqdim edir.
•
O, yazınızın konkret mövzusunu göstərir.
•
O, əsas mövzunun yarım mövzularını sadalaya bilər.
•
O, eyni zamanda struktur metodu barədə məlumat verir.
•
O, girişin sonuncu cümləsi olmalıdır.
Tezis cümləsi elmi yazı işinizin sualına cavab verdiyinə görə, başlanğıc üçün ən uyğun məqamdır. Buradan
yazınızın yarım mövzularının nə olacağı və onlarda nələrdən söhbət açacağınız barədə qərar verə bilərsiniz.
Nədən söhbət açacağınız barədə ilkin fikriniz olduqdan sonra yazınızı yazmağa başlaya bilərsiniz.
Bununla belə, elmi yazı işi yazarkən mövcud ədəbiyyatın əksəriyyətini araşdırmadan müəyyən yanaşma ilə çıxış
etmək çətin ola bilər.Ona görə də, tezis cümləsini formalaşdırmazdan əvvəl siz mövzu üzrə bir qədər oxumalı və
sizə lazım ola biləcək müxtəlif fikirləri dəstəkləyən konsepsiyalar, nəzəriyyələr və araşdırmalar barədə qeydlər
götürməlisiniz. Bu qeydləri götürəndən və bunların qısa xülasəsini qurandan
sonra mövzunu yekunlaşdıran
və mövcud
ədəbiyyatdan fikir, faktlar üzrə ziddiyyət və fərqli yanaşmaları nəzərə alan tezis yazmağa daha yaxın ola bilərsiniz.
Sizin yazdığınız qeydlər boşuna olmayacaq, çünki onlar sizin tezis cümlənizi dəstəkləyən paraqraflarınız üçün əsas
parçalar olacaq. Əslində, əgər siz artıq yaxşı qeydlər etmisinizsə, tezis cümlənizi dəstəkləyəcək arqumentinizlə
əlaqələndirmək üçün sizə yalnız paraqraflar arasına bağlayıcı cümlə lazım ola bilər. İstifadə etdiyiniz yanaşmadan
asılı olmayaraq, yazınızın yaxşı struktura malik olması önəm daşıyır.Bu isə, giriş paraqrafı ilə başlayır.
Giriş və tezis cümlələri
•
Giriş -yazınızın məzmununu quran geniş açılış cümləsi ilə başlamalıdır.
•
Bitkin bir giriş üçün, siz özünüzə "Kim, Nə, Nə zaman, Harada, Necə və/yaxud Nə üçün?” kimi suallar verə
bilərsiniz.
•
Mövzu üzrə mövcud ədəbiyyat barədə düşünmək və sizin yazı töhfənizin başqalarının yazıları ilə nə
şəkildə əlaqəli olmasını qeyd etmək hər zaman önəmlidir. Mövzunun əhəmiyyətini də bura daxil edə bilərsiniz.
•
Girişdə oxucunuza yazınızda gedəcəyiniz yolu deməyiniz önəmlidir, bu səbəbdən də yazınızda nədən
danışacağnız barədə qısa xatırlatma edin.
•
Girişin sonuna yaxın fokus tezis cümləsinə doğru daralır. (Qeyd etmək lazımdır ki, bəzən siz girişinizi tezis
cümləsi ilə başlaya, ya da onun əvəzinə ritorik sual işlədə bilərsiniz).
Tezis cümləsi yazmağın əsas yol I arı
Tezis cümləsi yazarkən "bu yazı işi...-dən bəhs edəcək”, "bu yazı işi...-dən söz açmağa hazırlaşırıq” tipli fikirlərdən
uzaq olun. Araşdırmaq niyyətinizi bəyan etməkdənsə, çalışın apardığınız təhlilin nəticəsini qeyd edəsiniz.
•
Cümlələrinizin konket olduğuna əmin olun.
•
Fikirlərinizin dəqiq və aydın olduğuna əmin olun.
•
Tezis cümləsi qısa, yalnız 1-2 cümlədən ibarət olur.
•
Elmi yazi işinizdəki iddianızın reallığa əsaslandığına əmin olun, əks halda o, gülməli və uydurma səslənə
bilər.
•
Tezis cümlənizin əhəmiyyətinə, mövzu üzrə verə biləcəyi töhfəyə əmin olun.
•
Tezis cümləsi, adətən, iki məsələyə xidmət edir: o, dissertasiyanın sualına cavab verir və seçilmiş cavab
üçün ortaya izahat və məntiqli səbəb qoyur.
Nümunə
Yazı mövzusu: Sürət artıran sürücüləri hədəf seçən reklamlar işləkdirmi?
Tesiz: Baxmayaraq ki, sürət artıran sürücülərin sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən
reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini aşmanın nəticəsində yaranan dəhşətli
ağır nəticələrə fikir verirlər.
Giriş nümunəsi
Hər bir yeniyetmə sürücü sükan arxasında oturmaq fikrindən xoş həyəcan keçirir. Lakin müəyyən
məqamda bu xoş həyəcan ifrata vara bilər və adətən beləcə, pis vərdişlər yaranır. Bu pis vərdişlərin
əksəriyyətinin təhlükəsizlik üzərində təsiri azdır. Bir neçəsi, məsələn, maşını sərxoş idarə etmə və
sürət artırmaq təhlükəlidir. İnsanları bunlardan uzaqlaşdırmaq üçün çox vaxt və əmək sərf olunur.
Lakin bir çox kampaniyalar uğurlu olmur, çünki onlara əhəmiyyət verilmir. Bununla belə, sürət
artıran sürücülərlə bağlı keçirilən kampaniyada belə olmayib. Baxmayaraq ki, sürət artıran sürücülərin
sayı heç zaman sıfıra düşmür, onları hədəf seçən reklamların müsbət təsiri olur, çünki insanlar sürət həddini
aşmanın nəticəsində yaranan dəhşətli ağır nəticələrə fikir verirlər.
Girişi necə yazmalı: Qıf
Giriş yazarkən, yuxarıda təsvir etdiyimiz qıfı təsəvvürünüzə gətirin.Əvvəlcə, geniş, ümumi fikirlərdən başlayın və
getdikcə, hər növbəti cümlə ilə fikirlərinizi daha da konkretləşdirin.Girişdəki son cümlə sizin tezis cümləniz
olacaq.Tezis cümləniz girişinizin ən konkret və fokuslanmış cümləsi olacaq. Arqument nədir və yazıda necə qoyul
malıdır?
Bir çox akademik yazılarda düzgün əsaslandırılmış arqumentin (ana fikir, mövqe və ya tezis) olması əsas şərtdir.
Arqument onu yazanın mövzuya dair fikri və ya mülahizəsidir. Oxucunu həmin mövqeyə və ya fikrə inandırmaq
üçün arqument məntiqi, yaxşı qurulmuş və inandırıcı olmalıdır.
Qayda
•
Yazdığınız mövzunun fokusunu dəqiqləşdirin.
•
Mövzu əsasında sualınızı formalaşdırın.
•
Düzgün qoyulmuş sual və ona cavab bilavasitə olaraq, arqumentinizin əsasını təşkil etməlidir.
•
Arqumentinizi formalaşdırmazdan əvvəl mövcud ədəbiyyatları nəzərdən keçirin. Mövzu ilə yaxından
tanış olun və tədqiqat aparın.
•
Öz mövqeyinizlə yanaşı digər insanların bu mövzuda mövqelərini də təhlil edin. Sizin mövqeyinizlə
digərlərininki arasında uyğunsuzluq, ziddiyət olsa belə, onu nəzərdən keçirin.
•
Fərqli və ziddiyətli mövqeləri göstərərkən onların güclü və zəif tərəflərini də qeyd edin.
•
Öz mövqeyinizi/mülahizənizi isə bir və ya iki əlaqəli cümlə ilə ifadə edin. Burada mütləq aydin və səlist
olun. Bu, sizin arqumentiniz və ya tezisiniz olacaqdır.
Yadda saxlayın
•
Arqument aydın olmalıdır. Əgər mövqeyinizin doğru olub olmaması barədə şübhəniz varsa, sizin yazınızın
əhəmiyyəti az olacaqdır.
•
Əmin olun ki, sizin arqumentiniz yazdığınız mövzu və qoyulan sual ilə bilavasitə əlaqəli olmalıdır.
•
Arqumentinizi abzaslarda aydın və ətraflı əsaslandırın.
Arqumentinizin hissələrini ardıcıllıqla qurun. Mürəkkəb arqumentə müxtəlif səviyyələrdə bir neçə fərqli ideyalar
daxil ola bilər. Bu ideyaları onların bağlılığını üzə çıxaracaq bir ardıcıllıqda qurmalısınız ki, oxucuya anlaşıqlı və
maraqlı görünsün. Məsələn, siz kitabları rəfə qoyarkən onları müəyyən meyarlara və yarım meyarlara (əlifba
sırası, mövzu, ölçü və hətta rənginə) görə çeşidlərə ayırırsınız. Bu meyarlardan istifadədə ardıcıllıq
gözlənilməlidir. Əks halda, sizin yaratdığınız sıralama başqalarına çaşdırıcı görünə bilər.
Eyni məsələni ideyalara da aid etmək olar. Əsas ideyanızı - tezisinizi müəyyənləşdirməyə vaxt ayırın. Sizin tezisiniz
ideyalar-arqumentlər ilə əsaslandırılmalıdır. Bu arqumentlər də öz növbəsində yarımarqumentlərlə
əsaslandırılmalıdır. Biz indi hörümçək toruna bənzəyən struktura nəzər salacağıq. Biz bu strukturu arqumentativ
(arqumentlərə əsaslanan) dairə adlandıra bilərik. Mərkəzdə sizin tezisinizdir. Növbəti səviyyədə (ikinci dairədə)
sizin arqumentlərinizdir. Bundan sonra sizin yarımarqumentləriniz gəlir və əgər deyəcəkləriniz çox təfsilatlı
olarsa, o zaman dəstəkləyici fikirlər əlavə etməlisiniz.
•
Bu arqumentativ dairə ilə siz hətta çətin informasiyanı belə oxucularınıza və özünüzə anlaşılan etmək
üçün ardıcıllıqla düzə bilərsiniz. Dairənin bütün səviyyələrlə uzlaşdığına əmin olun. Tezis bütün əsas
arqumentlərin yekunu olmalıdır və bu struktur ierarxik olaraq işləyir: arqumentlər birbaşa yarımarqumentlər ilə
dəstəklənməlidir. Mərkəzi fikir öncə, ikinci dərəcəli fikirlər isə sonra qeyd edilməlidir. Məntiqi ardıcıllığa riayət
edin. Yarımarqumentlər də sizin dəstəkləyici fikirlərinizdən ibarət olmalıdır.
•
Bu, o deməkdir ki, müvafiq struktur həm də riyazi bərabərlik kimi təqdim oluna bilər: burada A hərfi
"arqument” deməkdir.
Tezis=A1+A2+A3
A1 = A1-in yarımarqumenti 1 + A1-in yarımarqumenti 2 + A1-in
• Riyazi ifadə onu göstərir ki, tezisdə öz əksini tapmayan yarımarqument səviyyəsində heç nə olmamalıdır, çünki
tezis bütün yarımarqumentlərin yekunudur. Bu struktur güclü və tam məntiqidir.
Fiqur. Gutbrod, H. (2005).
Handbook for Professional
Communication.
3-5 əsas arqumentin seçilməsi
Arqumentləri struktura salarkən ideal variant budur ki, 3-5 əsas arqument seçəsiniz. Bütün digər ideyalar əsas
arqumentlərdən yarımarqument səviyyəsində asılı olmalıdır. Unutmayın ki, siz oxucularınız üçün yazırsınız,
onlarınsa vaxtı məhduddur. Əgər siz 3-5 əsas güclü arqument müəyyənləşdirsəniz, onları inandıra biləcəksiniz.
Yox əgər siz auditoriyanızı bu arqumentlərlə inandıra bilməmisinizsə, böyük ehtimal ki, əlavə arqumentlər də
uğursuz olacaq. Üstəlik, əgər yazı işinizdə aqlınıza gələcək bütün arqumentləri sadalayırsınızsa, o, ele uzun olacaq
ki, heç kəs onu oxumayacaq. Ona görə də siz seçimlər etməlisiniz. Oxucularınızdan gözlədiyiniz reaksiyalar
yaradacaq arqumentləri seçin.
Arqumentləri uyğun ardıcıllıqla düzün
Arqumentləri oxucunun diqqətini ən çox cəlb edəcək ardıcıllığa uyğun olaraq yerləşdirin. Bu, o deməkdir ki,
bütün elmi yazı işinizdə müəyyən bir məntiqi sıralanma saxlanmış olur və bu sıralanma kifayət qədər əsaslı
olmalıdır. Başqa sözlə desək, siz yazınızda arqumentlərinizin ardıcıllığını müəyyənləşdirən prinsipi dəyişə
bilməzsiniz. Buna baxmayaraq, eyni elmi yazı işiniz daxilində siz, yarımarqumentlərin müxtəlif toplusundan
qurduğunuz ardıcıllıqda dəyişiklik edə bilərsiniz. Təcrübədə bu, o deməkdir ki, əgər siz müəyyən müəlliflərin
timsalında Azərbaycançılığın nə olduğu barədə kitab yazmaq istəyirsinizsə, siz hər bir müəllifə bir fəsil həsr edə
bilərsiniz. Hər bir fəsildə siz həmin fəslin daxilində dəyişməyən məntiqi struktur yaratmış olacaqsınız; bununla
belə, siz müxtəlif fəsillər üçün müxtəlif struktur da seçə bilərsiniz. Məs., M. Ə. Rəsulzadə barədə olan fəsil o
dövrdəki hadisələrin inkişaf ardıcıllığını göstərərək xronoloji ola bilər. l N. Gəncəvi barədə olan fəsil isə onun
əsərlərinin digər on Azərbaycanlı müəllifə göstərdiyi mühüm təsiri müzakirə edə bilər.
Qeyd etdiyimiz bu məqam ideyaları qurmağın müxtəlif növlərinə baxdıqda daha aydın olacaq. Minto (Gutbrod,
H. 2005) sıralamanın 4 mümkün növünü müəyyənləşdirir:
1. Xronoloji - addımların ardıcıllığı təsvir etdiyiniz prosesə uyğun olmalıdır.
2. Struktural - təşkilatın ayrı-ayrı hissələri, insanlar və yaxud məkanlar ilə əlaqədardır. Məsələn, hüquqi,
mühasibatlıq, marketinq; Bakı, Gəncə, Şuşa.
3. Müqayisəli - arqumentlərin meyarlara uyğunluğuna əsasən ardıcıllığı. Siz onları adətən
əhəmiyyəti/uyğunluğuna görə yerləşdirirsiniz. Bir qayda olaraq, siz əvvəldə daha vacib səbəbləri sadalayırsınız,
çünki əks halda, oxucu sizin ideyalarınızı qəbul etməməyə alışa və sizin son arqumentlərinizi ciddi qəbul etməyə
bilər.
4. Deduktiv - sadə şəkildə desək, bu sillogizmdir. Birinci əsas doğru olan fikri irəli sürürsünüz, daha sonra isə eyni
məsələyə və yaxud fəaliyyətə aid olan daha kiçik fikri təqdim edirsiniz və sonra hər ikisini birləşdirirsiniz. Məs., 1.
Bu resurs sizə akademik yazını öyrədir. 2. Siz peşəkar şəkildə akademik yazmağı öyrənmək istəyirsiniz. 3. Ona
görə də siz bu resursu oxumalısınız.
Bütövlü
Yaxşı paraqrafın vacib atributu bütövlükdür. Bütövlük o deməkdir ki, paraqraf əvvəldən sonadək bir və yalnız bir
ideyanı müzakirə edir. Məsələn, əgər sizin yazdığınız paraqraf orta ölçülü bir maşına sahiblənməyin üstünlükləri
ilə bağlıdırsa, müzakirəni yalnız o üzrə aparın. Çatışmazlıqlardan danışmayın. Həmçinin, hər paraqrafda yalnız bir
üstünlükdən danışın, məsələn, benzinə qənaətdən. Əgər siz bir başqa üstünlükdən söhbət açsanız, yeni
paraqrafa keçin. Bəzən bir paraqrafda eyni ideyanın bir neçə aspektini (bir şərtlə ki, onlar bir-birilə
əlaqələndirilmiş olsun) müzakirə etmək olur. Misal üçün, eyni bir paraqrafda siz benzinə qənaətdən və az
T e zis
Mövzu
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi mexanizmləri
Suallar
-Azərbaycanda ərzaq təhlükəsizliyi necə təmin edilir?
- Bu istiqamətdə hansı mexanizimlər mövcuddur və onların təsiri nə
dərəcədə effektivdir?
- Niyə görə ərzaq təhlükəsizliyi vacib elementdir?
Arqument
- Burada siz oxucunu bunun (ərzaq təhlükəsizliyi və onu təmin etmə
mexanizimlərinin) vacib bir mövzu olmasına inandırmalısınız.
- Eyni zamanda siz mövzuya dair (həmin mexanizmlərin insanların
həyat səviyyəsinə təsirinin müsbət və ya mənfi olması, effektivliyi
dərəcəsi və s.) mövqeyinizi əsaslandırmalısınız.
Tezis
- Azərbaycanda ərzaq təhlükəsizliyi ... (burada qanunvericiliyin və ya
mexanizmin adı göstərilə bilər) vasitəsilə təmin edilir, lakin... (məs:
...kimi boşluqların mövcudluğu həmin mexanizmlərin effektiv
reallaşdırılmasına mənfi təsir göstərir).
miqdarlı təmir xərclərindən danışa bilərsiniz, çünki bu fikirlər bir-birilə çox bağlıdır. Lakin siz eyni paraqrafda qaza
qənaətlə daha asan maşın saxlama yerindən bəhs edə bilməyəcəksiniz, çünki onlar sıx əlaqəli fikirlər deyillər.
Bütövlüyün ikinci əlaməti hər bir yardımçı cümlənin əsas ideyanı izah etməli olmasındadır. Məsələn, ABŞ-da
reseptli dərmanların yüksək xərcləri barədə danışdıqda, siz alternativ olaraq, o dərmanları ABŞ-dan kənar
apteklərdən almağı qeyd edə bilərsiniz. Lakin əgər siz ABŞ-dan kənarda dərman almaq barədə bir neçə cümlə
yazırsınızsa, siz mövzudan yayınırsınız və sizin paraqrafınızda bütövlük alınmayacaq.
Axıcılıq
Yaxşı paraqrafın başqa bir elementi axıcılıqdır (latınca coherence). “Cohere”sözü latın sözü olub "tutarlı olmaq”
deməkdir. Yazıda axıcılıq üçün cümlələr bir-birilə əlaqəli olmalıdır; bu, o deməkdir ki, bir cümlədən digərinə keçid
məntiqi və axıcı olmalıdır.Heç bir ani keçidlərə yol verilməməlidir.Hər bir cümlə növbəti cümləyə doğru rahatca
axmalıdır.
Axıcılığı təmin etməyin dörd yolu vardır:
1.
Əsas isimləri təkrar edin.
2.
Ardıcıl olaraq əvəzliklərdən istifadə edin.
3.
İdeyaları əlaqələndirmək üçün keçid siqnallarından istifadə edin.
4.
İdeyalarınızı məntiqi ardıcıllıqda düzün.
Axıcılığı təmin etməyin ən asan yolu paraqrafınızda əsas isimlərdən vaxtaşırı istifadə etməyinizdir. Əvəzliklərdən
istifadə edərkən, əmin olun ki, paraqrafınızda eyni şəxs və kəmiyyəti (tək, cəm) işlədirsiniz. Siz-dən o-ya (şəxsin
dəyişdirilməsi) və ya o-dan onlar-a (kəmiyyətin dəyişdirilməsi) keçməyin.
Keçid siqnalları
Keçid siqnalları, məsələn, birincisi, nəhayət, nəticədə kimi ifadələr və ya bununla belə, digər tərəfdən, nəticəsi
olaraq kimi söz birləşmələridirlər. Digər söz növləri - məsələn, subordinatorlar - asılı sözlər (andə-əndə,
baxmayaraq ki) və koordinatorlar - bağlayıcı sözlər (və, lakin) keçid siqnalları hesab olunurlar.
Keçid siqnalları yol hərəkəti işarələri kimidir; onlar sizə nə zaman irəli gedəcəyinizi, dönəcəyinizi, sürəti
azaldacağınızı və dayanacağınızı deyir. Başqa sözlə desək, onlar sizin oxucunuza oxşar ideya (eynilə, və, üstəlik),
zidd fikir (digər tərəfdən, lakin, əksinə olaraq), nümunə (məsələn, misal üçün), nəticə (buna görə də,
nəticə olaraq) söylədiyinizi çatdırır.
Keçid siqnalları paraqrafa axıcılıq verir, çünki onlar sizin oxucunuzu bir ideyadan digərinə yönəldir.
Keçid siqnallarını işlətməkdən və əsas isim və əvəzlikləri təkrarlamaqdan əlavə, axıcılığı əldə etmənin dördüncü
yolu cümlələrinizi müəyyən məntiqi ardıcıllıqla düzməkdir.
Hansısa bir məntiqi ardıcıllığı digərindən üstün tutmanız, əlbəttə ki, mövzunuzdan və məqsədinizdən asılı olacaq.
Siz hətta bir paraqraf daxilində iki və daha çox müxtəlif məntiqi ardıcıllıqları birləşdirə bilərsiniz. Bu zaman
unutmaq olmaz ki, ideyalarınızı Azərbaycan dilinin yazı üslubuna öyrəşmiş oxucuya uyğun olacaq müəyyən bir
məntiqi ardıcıllıqda qurmalısınız.
Məntiqi ardıcıllığın bəzi ümumi növləri xronoloji ardıcıllıq, ideyaların məntiqi bölgüsü və
müqayisə/qarşılaşdırmadır.
•
Xronoloji ardıcıllıq zamana əsaslanır - bir prosesdə hadisələrin və ya addımların ardıcıllığı vacibdir.
•
İdeyaların məntiqi bölgüsündə, bir mövzu hissələrə bölünür və hər bir hissə ayrı-ayrılıqda müzakirə
olunur.
•
Müqayisə/qarşılaşdırma - paraqrafda iki və daha çox obyekt arasındakı oxşarlıqlar və yaxud fərqlər
müzakirə olunur.
Metodologiya
Metodologiyanız barədə yazarkən aşağıdakılara riayət etmək lazımdır:
• Tədqiqat işinizi araşdırarkən və inkişaf etdirərkən hansı metodlardan istifadə
etməyi planlaşdırdığınızı izah edin.
• Təsviri yazı yanaşmasından istifadə edin. Məlumatı əldə etmək üçün hansı
tədqiqat metodlarından istifadə etdiyiniz barədə söhbət açmağınız önəmlidir.
• Sorğu kağızlarını, müsahibə stenoqramalarını və digər məlumatları bura daxil
etməyin. Onları tədqiqat işinizin əlavəsinə daxil edəcəksiniz.
Nəticə
İstənilən yazı formasında nəticə mühüm hissədir. Çox vaxt qısaca nəticəyə baxmaqla, hər hansı yazı haqda yaxşı
təsəvvür əldə etmək olar. Bununla belə, nəticə yazmaq kifayət qədər çətin işdir, çünki söyləməyə maraqlı və ya
faydalı bir söz tapmaq çox zaman müşkül olur. Nəticə cəlbedici və maraqlı olmalıdır. Nəticə akademik yazıların,
adətən, iki funksiya daşıyan daha qısaldılmış variantlarıdır. Birinci funksiya - yazıda əhatə olunan əsas məqamları
yekunlaşdırmaq və bir yerə toplamaq. Buna həm də "geriyə baxma” deyirlər; ikinci funksiya isə əsas hissədə
qoyulan məsələ ilə bağlı son şərhləri və mühakimələri verməkdir. Son şərhlərə elmi işi təkmilləşdirmək üçün
təkliflər etmək və gələcək istiqamətlərə fokuslanmaq daxil edilə bilər.
Elmi yazı işi və tədqiqat işlərində nəticə, adətən, daha mürəkkəb olur və buraya tapıntıların əhəmiyyəti və gələcək
iş üçün tövsiyyələr daxildir. Elmi işin və ümumi nəticələrin müzakirə bölməsində əhatə olunduğu tədqiqat
məqalələrində nəticənin olması istəyə bağlıdır. Bununla belə, dissertasiya kimi elmi işlərdə nəticənin olması
gözləniləndir.
Nəticənin ənənəvi “elementləri” nələrdir?
Mətnin əsas hissəsinin xülasəsi.
Əsas hissəyə əsaslanaraq çıxarılan deduksiya.
Müzakirə edilən məsələlər üzrə sizin şəxsi mühakimələriniz.
İşin məhdudiyyətləri barədə açıqlama.
Müzakirə edilən məsələlərin gələcək perspektivləri barədə şərh.
Gələcək araşdırmalar üçün çıxarılan nəticələr.
Nəticənizi daha yaxşı yazmaq üçün sizə cümlələr təqdim etmişik. (Əlavə 2)
İSTINAD ETMƏ VƏ SITAT GƏTIRMƏ. İSTINADETRRIƏNIN FUNKSIYALARI. MƏNBƏLƏRIN SEÇILMƏSI MEYARLARI.
İSTINADETMƏ ALƏTLƏRI (MENDELEY, ENDNOTE, BIBTEX). İSTINADETMƏ ÜSLUBLARI (APA, HARVARD, IEEE, MLA).
İstinad etmə və sitat gətirmə
Akademik mənbələri müəyyənləşdirmə
Akademik yazıda istifadə edəcəyiniz məlumat mənbələri, bir qayda olaraq, etibarlı mənbələr olmalıdır. Akademik
mühitdə etibarlı mənbə dedikdə, adətən, nəşr edilmiş material başa düşülür. Bu material aşağıdakı formada ola
bilər:
• Kitablar
• Jurnal məqalələri
• Nəşr edilmiş hesabatlar
Bu növ məlumatların faydası ondan ibarətdir ki, onlar sizi nəzəri ideyalar, mühüm qiymətləndirmələr, tədqiqat
tapıntıları və elmi rəylər formasında ola biləcək yanaşmalarla, əsaslarla təmin edir. Eyni zamanda, bu elmi
məlumatlar sizin qeyd etdiyiniz məqamları əsaslandırmağa kömək edir. Bəzən bu mənbələr iki kateqoriya üzrə
qruplaşdırılır: birinci və ikinci dərəcəli mənbələr
Birinci dərəcəli (ilkin) mənbələrə tarixi sənədlər (məsələn, tarixə aid sənədlər, müsahibələrdən
alınan məlumatlar), təcrübələrdən əldə edilən və emal edilməmiş məlumatlar və yaxud demoqrafik
siyahılar kimi ictimaiyyətə açıq olan məlumatlar şamil edilir. İkinci dərəcəli mənbələr isə birinci
mənbə məlumatlarına əsaslanır və onlar elmi jurnal məqaləsi və ya redaktə edilmiş kitabda bir bölmə
formasında ictimaiyyətin istifadəsi üçün hazırlanır.
Birbaşa tədqiqat işinə cəlb edilmişsinizsə, birinci dərəcəli mənbələrdən, cəlb edilməmişsinizsə, deməli, ikinci
dərəcəli mənbələrdən istifadə etmiş olacaqsınız.
Eyni zamanda, ikinci dərəcəli mənbələr ikinci dərəcəli sitatgətirmədən fərqlənir. İkinci dərəcəli sitatgətirmə ilkin
mənbədən deyil, bir başqa mənbədən gətirilən sitata istinad etdikdə baş verir.
Aşağıdakı məlumat və dəlillər akademik mənbələr deyil:
•
Şəxsi fikirləriniz
•
Dostlar və ya qohumlarla bir mövzu üzrə aparılan müzakirənin nəticələri
•
Məşhur bir insanın düşüncələri
•
Məşhur gündəlik həyat jurnallarından məqalələr
•
Qəzetlərdəki köşə yazarlarının rəyləri (qəzet məqalələrindən fərqli olaraq)
Əlbəttə ki, elmi yazı işinizində bu materiallara əsaslana bilərsiniz, lakin xüsusi bir tələb olmadığı halda, onlardan
əsaslı mənbələr kimi istifadə etməyin. Müvafiq akademik mənbələri müəyyənləşdirdikdən sonra növbəti
mərhələ yazınızda bu mənbələrdən istifadə etməkdən ibarətdir.
Müəllifə istinad etmə
Akademik yazının əsas xüsusiyyətlərindən biri öz fikirlərinizi əsaslandırmaq üçün ədəbiyyatdan istifadə etməkdir.
Bu, sizdən müəyyən bir tədqiqat sahəsindəki məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı
tanışlıq tələb edir.
Bu, o, deməkdir ki, bu müəllifləri elmi yazı işinizə daxil edərək və onların fikirlərini qeyd etməklə, müəyyən bir
ədəbiyyat araşdırmanız nəticəsində siz ortaya yenilik gətirmişsiniz. Yazınızda müəlliflərə istinad edilən bu üslub
adətən, istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır.
Müəllifə istinad məsləhətləri
•
İstinadı həm cümlənin ortasında, həm də mötərizədə göstərə bilərsiniz. Hər iki metod məqbuldur.
Bununla belə, istinad edərkən oxucu üçün müxtəliflik nümayiş etdirməyiniz arzuolunandır. Bu səbəbdən də, hər
iki metoddan bir-birini əvəzləyərək istifadə etməyə çalışın.
•
Cümlənizdə müəllifləri təqdim edərkən, məs., "İsmayılov deyir..., Əkbərov bildirir” kimi eyni felləri
işlətməkdən yaxa qurtarmağınız və cümlədəki istinadlarınıza müxtəliflik gətirmək üçün, aşağıdakı fellər
siyahısından istifadə edə bilərsiniz: razılaşır, təsdiq edir, inanır, qəbul edir, iddia edir, mübahisə açır və s.
•
Eyni soyadı daşıyan iki və ya daha çox müəllif olduğu təqdirdə, nəşr ilindən asılı olmayaraq, mənbələri
bir-birindən fərqləndirmək üçün müəlliflərin adlarının və atalarının adlarının baş hərflərini də istinada daxil edin.
Nümunə
Cümlənin əsas hissəsində
İ.M. Nəcəfzadəyə (1997) və S. R. Nəcəfzadəyə (1997) görə, idarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin
təməlini təşkil edir.
Mötərizədə
İdarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil edir. (İ.M. Nəcəfzadə, 1997; S.R. Nəcəfzadə,
1997)
Qeyd: iki və ya daha çox müəllifi sadalayarkən, istinad etdiyiniz hər müəllifdən sonra nöqtəli vergül qoyun.
• Əgər eyni müəllifin eyni ildə iki və daha çox elmi yazısı varsa, o zaman mətndə qeyd edilmiş ilk nəşr ilindən
sonra "a” hərfini əlavə edin və ikincisindən sonra "b” hərfini daxil edin və bu şəkildə də davam edin. Bu detalın
da sizin istinad siyahınızda yer almasına əmin olmalısınız.
Nümunə
Göyüşzadə (1999a) cəmiyyəti idarə etməkdə inancların rolundan söz açır, lakin
Göyüşzadə (1999b) ictimai-siyasi həyatda qadınların iştirakının ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayır.
•
Bir paraqrafda eyni müəllifin adını ikinci dəfə çəkərkən, həmin paraqrafda nəşr ilini yalnız bir dəfə qeyd
etmək lazımdır.
Nümunə
Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, 1976). Əslində, Uilkinson onu demək istəyirdi
ki....
•
Tarixi olmayan yazılar üçün mötərizədə tarixi yoxdur (t.y.) yaza bilərsiz. Nümunə
Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, t.y.).
•
Bir neçə müəllifin üzərində işlədiyi yazıya istinad edərkən, mətndəki ilk istinada bütün adları daxil edin.
Növbəti istinadlarda isə ilk müəllifin adını xatırladın, daha sonra isə "və digərləri” (latınca et als.) və yaxud latınca
"et al” sözünü əlavə edə bilərsiniz.
Nümunə
Cümlənin ortasında
Əfəndiyə və digərlərinə görə, (1978, səh. 120), arqumentin əsaslarını yaxşı qurmaq vacibdir.
Mötərizədə
Arqumentin əsaslarını yaxşı qurmaq vacibdir (Əfəndi və digərləri, 1978, p. 120).
Altı və daha çox həmmüəllifin işlərində isə, gətirilən ilk istinad da daxil olmaqla, bütün istinadlarda ilk müəllifin
soyadını və ardınca "digərləri” sözünü əlavə edin.
• İkinci dərəcəli istinadetmədə isə - sizin istifadə etdiyiniz mənbədə bir başqasının yazısına istinad edilmişdir və
siz də bu işi öz yazınıza daxil etmək istədikdə və orijinal sənədə çıxışınız olmadığı təqdirdə, həm ilkin mənbəni,
həm də çıxışınız olan mənbəni qeyd etməlisiniz. Hər iki mənbəyə istinad edərkən, ikinci dərəcəli mənbədən əvvəl
"...-də istinad edildiyi kimi” yazın.
Nümunə
Rixterin (1984, Smisdə istinad edildiyi kimi, 2003) araşdırması kommersiya mexanizmlərinin başa düşülməsi üçün
biznes modellərinin təkliflərini işıqlandırır.
Yazının sonunda istinad etdiyiniz siyahıda yalnız çıxışınız olan mənbələrin detallarını yerləşdirin. Yuxarıdakı Smis
misalında olduğu kimi.
• Bəzən isə belə də ola bilər - müəlliminiz, yaxud iş yerinizdəki ekspert elmi yazı işiniz ilə bağlı müəyyən fikirlər
irəli sürür. Bu ünsiyyət üzbəüz, elektron poçt vasitəsilə və ya telefon söhbəti şəklində ola bilər. Belə olan halda,
siz sözügedən məlumatı akademik yazı işinizə şəxsi ünsiyyət kimi daxil edə bilərsiniz, lakin bu məlumata yalnız
zəruri hallarda istinad etməyə çalışın.
Nümunə
Eyni zamanda, hüquq firması olan Koul və Mor da cinayət hüququnu tətbiq edir (R. J. Mor, şəxsi ünsiyyət, dekabr
14, 2005). Burada deyilir ki.
Şəxsi ünsiyyətlə bağlı məlumatlara çox istinad etməməyiniz tövsiyyə edilir. Əks halda bu, sizin ədəbiyyatı yaxşı
araşdırmadığınıza və ya anlamadığınıza işarə edə bilər. Şəxsi ünsiyyət yazı işinizin yalnız əsas hissəsində verilə
bilər. Nəticə etibarilə, bu ünsiyyətlə bağlı məlumatlar yazı işinizin sonundakı istinad siyahısında verilmir.
Artıq müəlliflərə istinadetmə metodları barədə məlumat verdik. Aşağıdakı bölmədə isə akademik yazıda başqa
müəlliflərin ideyalarından istifadə etməyin iki üsulu təsvir edilir: onların ideyalarını öz sözlərinizlə demək və yaxud
onların ideyalarından sözbəsöz sitat gətirmək.
Baş qa müəlliflərin fikirlərini öz sözlərinizlə demək
Başqa müəllifin ideyalarını öz sözlərinizlə deyə bilməniz vacibdir, çünki bu, sizin konsepsiya və fikirləri anladığınıza
dəlalət edir. Verilmiş məlumatdakı mənanı əhəmiyyətli dərəcədə dəyişmədən yalnız formanı dəyişmək ciddi
bacarıq tələb edir. Amma əslində, təcrübə ilə bu, asanlaşır. İzahlı lüğətləri və tezaurusları müəllif ideyalarını öz
sözlərinizlə ifadə etməyin faydalı metodu hesab etmək olar. Məsələ budur ki, əlinizin altında nə qədər çox söz
ehtiyatı varsa, ilkin mənanı mümkün qədər çox saxlamaqla, başqalarının sözlərinin formasını dəyişdirmək
imkanınız bir o qədər çox olacaq. Müəllif ideyalarını öz sözlərinizə çevirməyin iki yolu vardır: xülasə etmək və
parafraz etmək.
İlk öncə, xülasə etməkdən, daha sonra isə parafrazdan danışacağıq.
Xülasə etmək
Xülasə etmək- mətnin bir sıra əsas özəlliklərini seçib onlardan müəllif fikirlərinin xülasəsini yaratmaq üçün
istifadə etmək deməkdir. Əlbəttə ki, yazınızda mətnin ilkin versiyası ilə sizin xülasə etdiyiniz versiya arasında
forma baxımından kifayət qədər fərq olduğuna əmin olmalısınız. Buna isə mətndə verilmiş ideyaları, fikirləri
sadələşdirmək, eyni zamanda, bu ideyaları təqdim etmək üçün fərqli cümlə strukturu və ya cümlə ardıcıllığından
istifadə etməklə nail olmaq olar.
Beləliklə, müəllifin fikirlərini xülasə edərkən, siz müxtəlif üsul, metodlardan istifadə edə bilərsiniz. Birincisi, siz bir
neçə əsas sözü müəyyənləşdirə və müxtəlif kombinasiya yaratmaq üçün bu sözləri digər sözlərlə əlaqələndirə
bilərsiniz. İkincisi isə, siz müəyyən ideyalar arasında seçim etmək imkanındasınız, bəzilərini istifadə edə,
digərlərini isə çıxara bilərsiniz. Bu şəkildə siz məlumatı yekunlaşdırır, xülasə verirsiniz. Nəhayət, verilmiş fikirləri
öz şəxsi bacarıqlarınız daxilində dəyişərək, siz həm də öz versiyanızla müəllifinki arasında bir fərq yaratmış
olursunuz. Bütün bunlara məlumatın mənasını əhəmiyyətli şəkildə dəyişdirmədən nail ola bilərsiniz. Bu
metodların əksəriyyəti müəllif ideyalarının parafraz edilməsi strategiyasına da tətbiq oluna bilər.
PARAFRAZ ETINƏ. MÜƏLLIF IDEYALARINI ÖZ SÖZLƏRINIZLƏ IFADƏ ETMƏ METODLARI
Parafraz etmə
Parafraz etməyə başlamazdan öncə, ÇOX VACİBDİR ki, verilmiş məlumatı oxuduqdan sonra siz bu barədə ÖZ
İDEYANIZI formalaşdırasınız və ya beyninizdə bir şəkil çizəsiniz. Daha sonra bu üsuldan müəllifin ideyasını parafraz
etmənizi YÖNLƏNDİRMƏK üçün bir model kimi istifadə edə bilərsiniz.
Parafraz etmək müxtəlif sözlərdən istifadə etməklə, məlumatı yenidən ifadə etmək deməkdir. Xülasə etməkdən
fərqli olaraq, parafraz etmə məlumatı
qısaltmaq demək deyil. Parafraz etmə müxtəlif söz və söz birləşmələrindən, frazalardan istifadə etməklə,
məlumatı yenidən yazmağı tələb edir.
Nümunələr
"Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız biliyə yiyələnmək üçün
deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa qruplarda necə davranmaq haqqında,
yaşadıqları icma haqqında və ətrafdakı dünya haqqında öyrənmək üçün gedir. Məktəb şagirdləri belə bir
məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.”
Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38.
Parafraz etmə
Cümlənin ortasında verilən istinad
Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik
informasiya əldə etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş
verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya
barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən
şərait yaradır.
Mötərizədə verilən istinadlar
Məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir (Leyden, 1985). Uşaqlar məktəbə akademik informasiya əldə
etmək üçün getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar
həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər
(Leyden). Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır.
Yuxarıdakı misallardan gördüyünüz kimi, parafraz edilən hissədəki məlumat çox dolğundur. Parafraz edilən
versiya Leydenin orijinal versiyasını təşkil edən üç cümlənin hər birini yenidən yazır. Daha sonra isə, parafrazda
bir neçə əsas söz üzərinə fokuslanırıq: məktəb, uşaqlar, akademik, öyrənmə, keçirmək, qruplar, icma, dünya,
şərait.
Xülasə və parafraz edilmiş versiyalar arasındakı ikinci fərq isə ondan ibarətdir ki, parafraz edərkən fikirlərin eyni
ardıcıllığı saxlanılır. Məsələn, xülasə edilmiş versiyadan fərqli olaraq, parafraz edilmiş versiyada öncə öyrənmənin
akademik tərəfindən, daha sonra isə uşaqların məktəbdə ikən öyrəndikləri daha geniş kontekstli məsələlərdən
söz açılır.
Bundan başqa, parafraz edilmiş versiya həmçinin Leydenin qeyd etdiyi xüsusi məqamları da vurğulayır. Bunun
əksinə olaraq, xülasə versiyası ideyaların çox ümumi təsvirini verir və xüsusi məqamları çıxarır.
Bununla belə, parafraz edilmiş versiyanın xülasə edilmiş versiya ilə ən azı bir ortaq nöqtəsi var. Əslində, parafraz
edil miş nümunə Leydenin mesajını çatdırmaq üçün Leydenin iş l ətmədiyi bir çox digər söz və söz birləşmələrini
bir araya gətirir, onl arı bir-biri ilə bağ l ayır. Daha sonra isə, baxmayaraq ki, ideyaların verildiyi ardıcıllıq Leydenin
ardıcıllığı ilə eynilik təşkil edir, söz birləşmələrinin, frazaların seçimi xeyli fərqlidir. Məsələn: Leyden öyrənməyə
"yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün - özləri haqqında, ...” şəklində
yanaşdığı halda, parafraz edilmiş versiya isə eyni ideyanı aşağıdakı kimi verir: uşaqlar məktəbə, sadəcə, akademik
informasiya əldə etmək üçün getmirlər. .öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim
olduqları, .öyrənirlər.
Bir Neçə Sözü Köçürmək və Dəyişmək - Parafraz Etmək Deyil
Artıq deyildiyi kimi, sizin parafraz etdiyiniz versiya ilə müəllifin versiyası arasında kifayət qədər fərq yaratmağınız
önəmlidir. Lakin ümumiyyətlə, bir çoxumuz öz sözlərimiz ilə müəllifin sözləri arasında yetərincə fərq qoya
bilmirik. Bəzi hallarda isə, biz, məsələn, ilkin mənbədən - hazır mətndən böyük həcmli frazaları köçürə və ya
yalnız bir neçə sözü dəyişə bilirik.
Nümunə
"Kapital məhsul və xidmətlərin istehsalında istifadə olunan insan əməyinin ifadəsidir. İnsan kapitalı və fiziki
kapital arasında fərqdən çox danışılır. İnsan kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə)
və istehsal etmək üçün möhkəmləndirdikləri bilik və bacarıqlar toplusudur. Məsələn, bir taksi sürücüsünün
şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri kimi. Fiziki kapital mal, məhsul və xidmətlər
istehsal etmək üçün istifadə edilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən
ibarətdir. Fiziki kapital sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz bina deməkdir.”
Məkİçörn, V.A. (1991). İqtisadiyyat: Müasir giriş (2ci nəşr). Cincinnati, OH: Saus- Uestern, səh 3.
Bir neçə sözü köçürmək və dəyişmək - bu cür parafraz etmə qəbul olunmazdır!
Kapital məhsul və xidmətlərin yaradılmasında işlədilən insan əməyini ifadə edir (Məkİçörn, 1991). İnsan kapitalı
insanların istehsal etmək üçün gücləndirdikləri və inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə) bilik və
qabiliyyətlərin məcmusudur. Bunun əksinə olaraq, fiziki kapital isə mal, məhsul və xidmətlər istehsal etmək üçün
işlədilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir.
Yuxarıdakı nümunədə müəllifin fikirlərini parafraz edərkən müəyyən məqamlar nümayiş etdirilmişdir ki,
bunlardan qaçmaq lazımdır. Müəllifə istinad mötərizədə istinadla verilsə belə, bu, müəllifin versiyasını sizin
versiyanızdan fərqləndirmək üçün yetərli deyil. Siz həmçinin əmin olmalısınız ki, parafraz etmə müəllifin
sözlərindən kifayət qədər fərqlidir. Eyni zamanda, orijinaldakı sözləri parafraz edərkən başqa sözlərlə ifadə
edilməsinə də əmin olmalısınız. Yuxarıdakı nümunədə parafraz edilmiş versiya yalnız ayrı-ayrı sözləri əvəz
etmişdir.
Məsələn, aşağıdakı kimi:
ifadə etmək = anlamına gəlmək
nəticə = məhsul
istehsal = yaratma
bacarıq = qabiliyyət
istifadə etmək = faydalanmaq
ibarət olmaq = ehtiva etmək
Bu formada parafraz etmə sayəsində ilkin versiya pozulmur. Misalların əksəriyyəti çıxarılsa da, cümlə quruluşu
müəllifinki ilə tam eynidir. "Əksinə olaraq” əlaqələndirici ifadəsini də parafraz edilmiş mətnə daxil etmək
müəllifin fikrini lazımi şəkildə yenidən ifadə etmir. Parafrazanın şərtlərinə cavab vermək üçün bütün mətn, parça
parafraz edilməli - müxtəlif sözlərlə başqa cür ifadə edilməlidir. Aşağıdakı nümunədə bu göstərilmişdir:
Nümunə
"Kapital məhsul və xidmətlərin istehsalında istifadə olunan insan əməyinin ifadəsidir. İnsan kapitalı və fiziki
kapital arasında fərqdən çox danışılır. İnsan kapitalı insanların inkişaf etdirdikləri (təhsil və ya təlimlər vasitəsilə)
və istehsal etmək üçün möhkəmləndirdikləri bilik və bacarıqlar toplusudur. Məsələn, bir taksi sürücüsünün
şəhərin küçələri və yaxud həkimin insan bədəni barədə bilikləri kimi. Fiziki kapital məhsul və xidmətlər istehsal
etmək üçün istifadə edilən binalar, mexaniki avadanlıqlar, alətlər və digər istehsalat vasitələrindən ibarətdir.
Fiziki kapital dedikdə, sürücünün maşını, cərrahın bıçağı, iqtisadiyyat dərsinizi keçdiyiniz bina nəzərdə tutulur.”
Qəbul edilən Parafraz etmə
Kapital insanların yaratdıqları şeylərə istinad edən elə bir iqtisadi məfhumdur ki, daha sonra "məhsul və
xidmətlərin istehsalında” istifadə olunur (Məkİçörn, 1991, səh. 3). Bu geniş məfhum Məkİçörnün də izah etdiyi
kimi, həm insan kapitalına, həm də fiziki kapitala bölünə bilər. Əslində, insan kapitalı fərdlərin istehsal
qabiliyyətini artırmağa çalışan bacarıq və təcrübələrin bağlı olduğu məhsullara fokuslanır. Bu kapital növü
müəyyən bir təhsil və yaxud təlim formasında qazanıla bilər. Bunun əksinə olaraq, fiziki kapitala isə məhsul və
xidmətlərin istehsalı ilə sıx bağlı olan binalar da daxil olmaqla, müxtəlif avadanlıq və alətlər daxildir.
Qəbul edilən parafrazetmə ilə bağlı bəzi qeydlər
Yuxarıdakı ikinci nümunədən də gördüyünüz kimi, orijinal və parafraz edilmiş variant arasında müəyyən fərq
yaratmaq üçün paraqrafa bir sıra yeniliklər gətirmişik.
1.
Kapitalı "iqtisadi məfhum” kimi vermişik. Belə çıxır ki, hətta ən elementar söz səviyyəsində belə, biz
müəllifin fikrini yenidən ifadə etmək prosesini yönləndirməyə yardım etmək üçün həmin fikri necə anladığımızı
əks etdirmişik.
2.
İlkin versiyada olduğu kimi, iki kapital növü arasında fərq yaratmaq əvəzinə, biz "geniş kapital”
anlayışından onu iki yerə bölməklə söz açmışıq. Eynilə, yuxarıda da deyildiyi kimi, müəllifin sözlərini öz
qavramamız çərçivəsində başqa formada ifadə etmişik.
3.
Cümlənin əvvəlində gələn bağlayıcı sözlər yazının axıcılığını təmin etmək üçün işlədilmişdir. Məsələn:
"əslində” və "bunun əksinə olaraq”.
4.
İnsan və fiziki kapitalı "ibarətdir” şəklində ifadə etməkdənsə, "insan kapitalı ... üzərində fokuslanmışdır”,
"fiziki kapitala ... daxildir” formalarından istifadə edilimişdir. Eynilə, insan kapitalından insanların bacarığını
artıran bir məfhum kimi danışmaq yerinə, biz bunu "... inkişaf etdirməyə çalışan” kimi vermişik. Eyni şəkildə, "...
istehsalı ilə sıx bağlı olan” ifadəsi "... istehsalı üçün istifadə olunurdu” frazasını əvəzləmişdir. Göründüyü kimi,
müəllifin fikirlərini ifadə etmək üçün bizim tanış olduğumuz söz birləşmələrindən istifadə etməyə çalışmışıq.
5.
Ayrı-ayrı sözlər də başqa sözlərlə əvəz edilmişdir. Məsələn:"insan yaradıcılığı”nın yerinə "insanların
yaratdıqları şeylər”, "insanlar”ın əvəzinə "fərdlər”. Yenə də ayrı-ayrı sözlər baxımından, biz məlumatı öz nöqteyi-
nəzərimizdən yenidən şəkilləndirmişik.
6.
Müəllifin fikirləri tanınması üçün paraqrafda iki şəkildə göstərilmişdir - biri mötərizədə, digərisə cümlənin
ortasında verilmişdir.
Bəs Yazıdakı Bəzi Orijinal Xüsusiyyətləri Nə Zaman Saxlamalı?
Parafraz edərkən, hərdən müəllifin sözlərini ilkin mənbədə - orijinalda olduğu kimi saxlamaq zərurəti yarana
bilər. Misal üçün, siz yəqin müşahidə etdiniz ki, biz müəllifin "məhsul və xidmətlərin istehsalında” ifadəsini olduğu
kimi saxladıq, çünki bu ifadəni başqa sözlərlə yenidən ifadə etmək çətin idi. Hər halda, sitat gətirilən parçadakı
dırnaq işarələrindən də göründüyü kimi, həmin sözlərin müəllifin olması bəllidir, eyni zamanda müəllifin adı,
yazının nəşr ili və sitatın gətirildiyi səhifə nömrəsi də verilmişdir.
Sitatlardan istifadədən savayı, bəzi frazalar ilkin mənbədə olduğu kimi saxlanılmışdır. Məsələn, "fiziki kapital” və
"insan kapitalı”. Bunun səbəbi odur ki, bu frazalar müəyyən bir sahə - iqtisadiyyat sahəsində qəbul edil miş frazal
ardır və müəllifin özünəməxsus ifadə formaları deyil. Daha önəmlisi isə budur ki, "fiziki kapital” və "insan kapitalı”
dəyişilə bilməyəcək məfhum adlarıdır. Eləcə də, "məhsullar və xidmətlər” ifadəsini də saxladıq, çünki bu ifadə
akademik mühitdən kənar bir çox başqa kontekstlərdə də ümumi şəkildə işlədilən, qəbul edilmiş ifadədir. Bu
frazaları işlədərkən dırnaq işarələrinə ehtiyac yaranmaya bilər, lakin əgər buna əmin deyilsinizsə, ehtiyatlı olmaq
- mənbəni göstərmək və dırnaq işarələrini vermək ən yaxşı yoldur. Amma yenə də, çalışın ideyanı öz sözlərinizlə
verəsiniz.
Müəllif ideyalarını öz SÖZLƏRİNİZLƏ verə bilmək - sizin akademik mühitdə elmi yazılar yazarkən ən çox istifadə
edəcəyiniz BACARIQdır.
Müəllif ideyalarını öz sözlərinizlə demək metodları
Başqalarının ideyalarını öz sözlərinizlə parafraz etmə bacarığını inkişaf etdirmək üçün ən yaxşı yol akademik
yazıda işlədə biləcəyiniz söz bazanızı inkişaf etdirməkdir. Bunlara müxtəlif qruplara bölünmüş fellər siyahısı
daxildir və bu fellər yazınıza inteqrasiya edilə bilər. Bu sözlər müəllifin ideyalarını yekunlaşdırmaqda və digər
müəlliflərin də sözlərini lazımi şəkildə parafraz etməkdə sizə yardımçı ola bilər. Bu siyahıdakı fellər qrupuna öz
sözlərinizi də əlavə edə bilərsiniz: şərh vermək, qeyd etmək, işarə etmək, istinad etmək, nəql etmək; fərz etmək,
xəbər vermək, nəzəriyyələşdirmək, konseptuallaşdırmaq, anlamaq, nümayiş etdirmək, və s. Daha geniş siyahı
üçün Əlavə 2-yə baxa bilərsiniz.
Cümlənin quruluş və formasını dəyişmək
Akademik söz bazanızı möhkəmləndirməkdən savayı, müəllifin versiyası ilə sizin versiyanız arasında fərq
yaratmağın digər yolu isə məlumatı təqdim etmə strukturunu dəyişmək ola bilər.
Aşağıdakı strategiyalar cümlə strukturlarını dəyişməyin müxtəlif metodlarını müəyyənləşdirir.
1.
Müəllifə istinad edərək, məlumatı yenidən ifadə edin. Misal: Əliyarlı (1992) vurğulayır ki...
Əliyarlıya görə (1992); Əliyarlının da vurğuladığı kimi (1992).
2.
Cümlənin əvvəlində, ortasında və ya sonunda müəllifi göstərin. Nümunə: İsmayıllının (1990)
müəyyənləşdirdiyi kimi, sosial dinamikaya bunlar daxildir; Sosial dinamikaya İsmayıllının (1990)
müəyyənləşdirdiyi kimi, ... daxildir; Sosial dinamikaya bunlar daxildir: ... (İsmayıllı, 1990).
3.
Aşağıdakı cümləyə başlamaq üçün istifadə edilən ifadələrlə ideyanı yenidən formalaşdırmağa çalışın:
Bu konsepsiya ... haqqındadır.
Bu ideya ... mövzusunda qurulmuşdur.
Bu mövzu ... fokuslanmışdır, işıqlandırmışdır.
Bu, o deməkdir ki.
Bu, ondan ibarətdir ki Bu, onu ehtiva edir ki.
Bu fikirdəki ana xətt..
Bu fikri vurğulayan əsas məqam.
Bu, . xidmət edir.
Bu, . fəaliyyətinə xidmət edir.
4.
Hadisələrin və ya bəndlərin ardıcıllığını, sırasını dəyişin.
5.
İdeyaları fərqli yollarla demək üçün tezarusun - sinonimlərin köməyindən istifadə edə bilərsiniz.
6.
Cümləyə başlamaq, eləcə də, eyni bir cümlə daxilində fərqli fikirləri bir- birilə əlaqələndirmək üçün
müxtəlif bağlayıcı sözlər və frazalardan istifadə edin. Aşağıdakı nümunələrə nəzər salın.
Spesifiklik
Xüsusilə
Əlaqədar olaraq
Baxımından
Özəlliklə
... gəldikdə isə
Məsələsində isə
Daha dəqiq desək
Nümunə Gətirmə
Məsələn
Nümunə olaraq
Örnək olaraq
Misal üçün
Bu, ... şəkildə açıqlana bilər.
Qeyd: Daha geniş misallar üçün Əlavə 2-yə nəzər sala bilərsiniz.
7.
Müəllifin nə demək istədiyini açıqlaya və incəliklərə vara bilərsinizmi?
8.
Ya da müəllifin dediyini sadələşdirə və qısalda bilərsinizmi?
9.
Müəllifin ideyasını öz fikirlərinizlə deyərkən, ideyanın faydasına əsaslanaraq, mühakimə yürütməyə
çalışın. Misal üçün, Rəsulzadənin (1992) ... haqqında təhlili xarici faktorları nəzərə aldığı üçün faydalıdır.
10.
Bir cümlədə bir neçə müəllifin ideyalarını yekunlaşdıra bilərsinizmi? Məsələn, Məcidzadənin (1995),
Bayramlı (1999) və Həsənlinin ( 2003) ideyalarına əsasən, belə fikrə gəlmək olar ki ... Eyni zamanda, müxtəlif
araşdırmalardan tapıntılar barədə xülasə yazarkən, eyni struktur burada da tətbiq edilə bilər. Nümunə:
Məcidzadə (1995), Bayramlı (1999) və Həsənlinin (1999) tapıntılarına əsasən, belə bir nəticəyə gəlmək olar ki ...
Müəllifin ideyalarını öz sözlərinizlə ifadə etmək mərhələləri
1.
Öz sözlərinizlə demək istədiyiniz hissəni köçürün. Müəllifin ideyasının əsas məqamlarının altından
xətt çəkin.
2.
Bəzi aparıcı fikirlər, anlayışlar və frazalardan siyahı hazırlayın. Onların hər biri üçün sinonimlər və ya
alternativ frazalar tapmağa çalışın.
3.
Müəllifin əsas fikir(lər)ini öz sözlərinizlə deyin.
4.
Sözlərinizi daha da sadələşdirə bilərsinizmi?
AKADEMİK YAZININ REDAKTƏSİ. BİBLİOQRAFİYA. MƏQALƏNİN KRİTİK OXUNMASI - MƏQALƏYƏ RƏY VERİLMƏSİ
Bir çox tələbələr nəşr edilmiş mətni (latınса sacralis - müqəddəs) az qala müqəddəs hesab edirlər. Hovard
Bekker tələbə qrupunda həmkarının mətnini redaktə etmək barədə öz təcrübəsindən danışarkən gördü ki,
tələbələri hansısa müəllifin mətnini redaktə edərkən çox həyacan keçirir, başqa müəllifin mətninin redaktə
edilməsinə mümkün olmayan bir hal kimi yanaşır və onu dəyişməyin mümkünsüz olduğunu qeyd edirlər.
Bununla yanaşı həm bədii, həm publisistik və elmi mətnlər dəfələrlə redaktə edilərək yazılırlar. Ernest
Himenquey "Əlvida silah" romanın sonuncu səhifəsini onu tam qaneə edənə qədər 39 dəfə yenidən yazmışdır.
Elmi mətnin tam aydın olması, fikr yaratması üçün, müəlliflər onların üzərində səylə işləyir, təzədən oxuyur
və yenidə yazır, bundan sonra isə mətni rəyçi və nəşrin redaktoru oxuyurlar. Düzdür, bu cür yanaşma bir çox
yerli, xüsusilədə yeni başlayan müəlliflər üçün demək olarki mümkünsüz bir hal kimi baxılmalıdır. Yalnız sosial və
humanitar elmlər üzrə nadir nəşrlərdə müstəqil rəyçilər cəlb olunur. Təhsil esselərinin böyük qismi isə yenidən
işlənilmir, onlar birdəfəlik təhvil verilirlər. Yeri gəlmişkən, Bekker akademik məktub mədəniyyətinin inkişafı üçün
məhz bu məqamı maneə kimi göstərir.
Əsas səhvlər leksiki, üslubi və sintaktik nitqə aiddir ki, onlarda nitqin aydınlığının, dəqiqliyinin pozulmasına
gətirib çıxarır (tavtalogiya, pleonazm, alqolizm ). Nitq səhvləri — ədəbi dil normalarından özünü döğrultmayan
kənaraçıxma hallarıdır. Leksik səhvlər – sözlərin onlara xas olmayan məzmunda istifadə edilməsilə əlaqədar
mətnin və nitqin keyfiyyətinə təsir edir. Şifahi və yazılı nitqdə artıq sözlər müəllifin etinasızlığı və laqeydliyini
göstərməklə yanaşı həm də onun qoyulan məsələnin mahiyyətindən tam təsəvvürə malik olmamasına dəlalət
edir. Danışıq nitqini ağırlaşdıran məzələlərdən biridə tavtalogiyaya yol verilməsidir. Tavtalogiya – mənaca yaxın
olan sözlərin cümlədə təkrarıdır. Pleonazm – nitqdə mahiyyəti üzrə bir birinə yaxın olan sözlərdən istifadədir
(məsələn “aşağı düşüb”, "dili ilə yaladı", "əsas mahiyyəti" və s.).
Cümlədə ağırlaşdırıcı sözlərin istifadəsinin əksinə olaraq onlardan yerində istifadə edilməməsi bəzən
cümlədə fikir natamlığına, çatışmamaqlığa səbəb olur. Bu kimi hallar müəllifin bir köklü sözlərin (paronim)
mənasını düzgün ifadə etmədikdə baş verir. Ona görədə akademik janrlarda işləmək vərdişlərini və lüğət
mədəniyyətini inkişaf etdirmək üçün lüğət və digər məlumat mənbələrinə müraciət etmək lazımdır. Alqolizm-
məntiqi səhvdir. Bu cür hallara məntiqi əlaqələr, məntiq qayda və qanunlar pozularkən rast gəlinir. Sintaktik
səhvlərə söz strukturunda rast gəlinir. Bunlar mübtəda və xəbər arasında əlaqələrin pozulması, söz ardıcılığı və
s. əlaqədardır. Üslubi səhvlər – müxtəlif çalara malik, əsasalandırılmamış sözlərdən istifadə zamanı meydana
gəlir.
Biblioqrafiya (yunanca βιβλιογραφία – kitab yazmaq mənasını daşıyır) –informasiya fəaliyyətinin xüsusi sahəsi
olaraq informasiyanı idarə etmək, informasiya infrastrukturu olaraq biblioqrafik məlumatın hazırlanması,
yayılması və istifadəsi mahiyyətini daşıyır. Biblioqrafiyanın mühüm məsələsi – biblioqrafiya fəaliyyətini o
cümlədən də biblioqrafik şərhin; biblioqrafik göstəricilərin tərtib edilməsi; sənədlərin təsnifatlandırılması və
standartlaşdırılmasından ibarətdir. Biblioqrafik fəaliyyəti biblioqrafşünaslıq çərçivəsində elmi fənn kimi öyrənilir.
Biblioqrafiya
1.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommisiyasının xüsusi buraxılışı. (2013).
Dissertasiyaların tərtibi qaydaları.Buradan götürülmüşdür
http://www.aak.gov.az/yeni bulleten.pdf
2.
Kazımov, Q.Ş. (2000). Müasir Azərbaycan dili. Sintaksis. Ali məktəblər üçün dərslik. Bakı,"Ünsiyyət".
Buradan götürülmüşdür
http://www.qkazimov.gen.az/arxiv/index1 .htm
3.
American Psychological Association. (2010). APA Citation Style. Washington, DC: American
Psychological
Association.
Retrieved
from
the
Cornell
University
Library
http://www.library.cornell.edu/resrch/citmanage/apa
4.
Bowker, N. (2007). Academic Writing: A Guide to Tertiary Level Writing. Retrieved from Massey
University
Department
of
Student
Learning
development
Services
Web
site:
http://owll.massey.ac.nz/pdf/Academic-Writing-Guide.pdf
5.
Carolyn Barrat and et als. (2014). Writing Academic Acknowledgements Elektron. Retreieved from
http://www.wikihow.com/Write-Acknowledgements
Date of access: 15/06/2014
6.
Gutbrod, H. (2005). Handbook for Professional Communication. Tbilisi, Georgia: Saari.
7.
Oshima, A., & Hogue, A. (2006). Introduction to Academic Writing, (3
rd
ed.). Pearson Longma
Tənqidi oxunuş - passiv oxunuşun əksi olaraq aktiv və düşünülmüş oxu forması olaraq sonda çap olunur.
Tənqidçilər oxuduqları mətni dəyərləndirmək üçün mühakimə yürüdərkən satandart kimi müəllif fikirlərinin
onların öz fikirlərinə nə qədər yaxın olmasını deyil, həmin fikirlərin hansı səviyyədə dəqiq və əsaslandırımasına
diqqət yetirirlər.
Bizim dövr tənqidi qiraətin vacibliyini dərk edən ilk deyil. Təxminən 400 il bundan əvvəl Frensis Bekon
düzgün olmayan qiraətin təhlükəliliyi barədə xəbərdarlıq edib. O, insanlara müəllifin nöqteyi-nəzərinə etiraz
etməməyi və onu qəbul etməməyi məsləhət bilir, amma "ona baxmaq və tənqidi qiymətləndirməyi” təklif edirdi.
XVIII əsrdə britaniya dövlət xadimi Edmund Berk daha obrazlı şəkildə ifadə həmin baxışları:
"Düşünülmədən oxumaq - həzm etmədən yeməyi yemək kimi bir şeydir".
Məqaləyə tənqidi rəy aşağıdakı məqamları özündə ehtiva etməlidir.
1.
Məqalənin tam adı, müəllifin adı, familiyası atasının adı, vəzifəsi
2.
Məqalənin həsr edildiyi problemin qısa şərhi
3.
Təklif edilən məqalənin aktuallıq səviyyəsi (dərəcəsi)
4.
Məqaladə müəllif tərəfindən toxunulan problemin həllinə nail olduğu vacib məqamlar.
5.
Nəşr edilməyə tövsiyyə.
6.
Rəyçinin elmi vəzifəsi, elmi adı, vəzifəsi, iş yeri, F.A.A, imza, möhür.
ELMI TƏDQIQAT MÖVZUSU ÜZRƏ ICMAL MƏQALƏNIN HAZIRLANMASI İCMAL MƏQALƏNIN NÖVLƏRI (ININI- AND
FULL REVIEWS; NARRATIVE AND SYSTEMATIC REVIEWS).
TƏRIFI
■ “Icmal – sənəd informasiyanı məntiqi emal etmək yolu ilə problemin həllinin mümkün yolları, inkişafı və
vəziyyəti haqqında zəruri çıxış bilikləri almaq məqsədilə həmin problemin informasiya yaradıcılığı əsəridir”.
■ «İcmal – mahiyəti üzrə icmal mövzusunu xarakterizə edən və sənəd informasiyanı məntiqi emal etmə yolu
ilə alınmış yekun çıxış biliklərinin sintezidir. Çıxış bilikləri əsasında mövzunun yekun xarakteristikasını vermək –
bu icmalın məxsusi funksiyasıdır”
■ "İcmal janr və ya informasiya nəşr sistemlərində növ kimi konkret çıxış biliklərini əldə etmək üçün ilkin
mənbələrin məntiqi emalının nəticəsi olan analitik-informasiya sənədi kimi xarakterizə olunur.
İcmalların xarakterik xüsusiyyətləri
■
problem xarakterli;
■
orijinal xarakterli;
■
sistematik xarakterli.
Biblioqrafik icmal
■
Bu icmal informasiya mənbəyi kimi ilkin sənədlərin müəyyən dövr ərzində və yaxud da hər hansı
birləşmiş ortaq əlaməti üzrə xülasəsi yaranmış xarakteristikanı əks etdirir.
■
Biblioqrafik icmal sənədqrafik təhlil əsasında yerinə yetirilmiş, ümumiləşdirilmiş elementlərin ətraflı
təsviri verilmiş, eləcə də icmal olunan mənbələri xarakterizə edən formal əlamətləri göstərilmiş sənədlərin və
nəşrlərin ümumi xarakteristikasını əks etdirir.
■
Belə icmallar sənəd axınında yaxşı baş çıxarmaq üçün tərtib edilir.
Referativ icmallar
■
Bu icmal onun müəllifi tərəfindən tənqidi qiymətləndirmə aparmadan məsələnin vəziyyəti barədə
sistemləşdirilmiş fakt və məlumatların ümumiləşdirilmiş xülasəsidir.
■
Bu icmalda məqsəd sənəd deyil hansı mənbədən götürülmsəsindən asılı olmayaraq informasiya
axınlarına yəni fakt və konsepsiyalar toplusuna istiqamətlənib. O qarşısına müşahidə obyekti haqqında sənədli
mənbələrdən daxil olan faktların məntiqi emalı yolu ilə nəticə əldə etmək vəzifəsini qoyur.
İ cmalların funksiyaları
■ İnformasiya funksiyası.
■ Siqnal funksiyası.
■ Yekunlaşdırıcı funksiyası.
■ İnteqrallaşdırıcı funksiya.
■ Zənginləşdirən funksiyası.
■ Qiymətləndirici funksiyası.
■ Təlim funksiyası
■ Evristika funksiyası.
■ Kumulyativ funksiyası.
Analitik icmal
■
Bu icmal ilkin mənbə sənədlərində göstərilmiş məlumatların arqumentləşdirilmiş qiymətləndirilməsini
və onların istifadəsi üçün əsaslandırılmış tövsiyyələr verilməsi haqqında bütün informasiyanın hərtərəfli
analizini nəzərdə tutur.
■
O mütəxəssisi yalnız toxunulan problemlə əlaqəli informasiya axınında yalnız istiqamətlənməsini deyil,
həmdə problem və onun inkişam tendensiyasının vəziyyətinin qiyymətləndirilməsi barədə məlumat təqdim
edir.
■
ANALİTİK İCMALLARIN NÖVLƏRİ
İcmalın hazırlanmasına olan tələblər
■
Müəllifin şəxsi konsepsiyasından asılı olmayaraq təhlil olunan problemə aid bütün mövcud
problemlər icmalda öz əksini tapmalıdır
■
Yeni məlumatların təhlili, yeni problemlərə və onların həlli yollarına xüsusi diqqət yetirilməlidir
■
icmalda köhnəlmiş və ya şübhə doğuran məlumatların istifadəsinə yer verilməməlidir
■
Müxtəlif məlumat mənbələrdə olan ziddiyyətli məlumatlar qeyd edilməli və xüsusi
fərqləndirilməlidirlər
■
Bütün müqayisə olunan xüsusiyyətləri müqayisə edilə bilən hala, parametrik verilənlər – vahid
ölçü sisteminə gətirilməlidir
■
Müqayisə olunan obyekt və parametrlərin sayı çox olduqda verilənlərdən cədvəl və qrafik
formada istifadə edilməsi tövsiyyə olunur
Biblioqrafik icmalın qurulması sxemi
Toplu biblioqrafiyalama və ədəbiyyat siyahısının formalaşması (və ya formal və ya tematik əlamətlər üzrə
biblioqrafik yazıların axtarılması)
Biblioqrafik sistemləşdirmə
Nəticələr
Biblioqrafik icmalın qurluşu
■ Titul vərəqi,
■ Çıxış məlumatları,
Bölünmənin əsasları
İcmal növləri
Funksional təyinatı
(təhlil mövzusu)
Biblioqrafik icmal
Məsələnin vəziyyətinin icmalı (referativ, analitik)
Baxılan
məsələlərin
xarakteri
Elmi, texniki və İqtisadi
ədəbiyyatlar Elmşünaslıq
üzrə ədəbiyyatlar və s..
Məxəzşünaslıq
Elmi
Texniki
İstehsal
İqtisadi (statistik,
konyuktura)
Elmşünaslıq
Məxəzşünaslıq
Təyinat məqsədi
Elmi-köməkçi
Tədris-köməkçi
Tövsiyyə edilən
İnformasiya (referativ)
Tənqidi (analitik)
Tədris
İstelak təyinatı
Mütəxəssislər üçün
Peşə təhsilinə kömək
Ümumi özünə tıhsilə kömək
Fərdi
İdarəçilik (proqnoz, icmal əsaslandırma, illik məruzə,
icmalarayış)
Elmi-populyar Publisistik (publisistik icmal) Əldə edilmiş
səviyyənin icmalı T əşkilati – iqtisadi şəraitin icmalı
İnkişaf meylərininicmalı, Обзор истории развития
■
Məzmunu,
■
Ön söz,
■
Giriş məqaləsi,
■
Əsas hissəsi,
■
Köməkçi göstəricilər,
■
İxtisarların siyahısı.
■
İcmal mövzusu üzrə informasiya mənbələrinin axtarışı
сводное реферирование (рецензирование)
İnformasiya təhlili (qiymətləndirilmə, ümumiləşdirmə)
sistemləşdirilmə, mətnin hazırlanması
Nəticələr
Referativ icmalın quruluşu
Titul vərəqi,
çıxış məlumatları,
Məzmunu,
Giriş,
Əsas hissə,
Nəticələr,
İstifadə olunmuş ədəbiyyatın siyahısı,
İxtisarların siyahısı
Köməkçi göstəricilər
Analitik icmalın yaradılması mərhələsi
Dostları ilə paylaş: |