Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


Matemathica  riyazi  proqram paketi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə23/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   19   20   21   22   23   24   25   26   ...   96
muh tehsilde ve elmde IKT

 

Matemathica  riyazi  proqram paketi.  Paketi  proqramçı  alim,  Wolfram  Research  firmasının 

prezidenti  Стивен  Вольфрам  yaratmışdır.  MatCAD  riyazi  proqram  paketi  kimi  Mathematica 

proqram  paketi  də  tədqiqatçı  alimlər  və  tələbələr  tərəfindən  geniş  istifadə  olunur.  Bunun  əsas 

səbəbi  paketin  çox  sadə  interfeysə  malik  olması  və  ixtiyari  çətinlikli  hesablama  əməliyyatlarının 

aparılması üçün böyük imkanlara malik olmasındadır [9]. 

Məsələn, Mathematica paketindən istifadə etməklə obyektlərin mürəkkəb qrafik təsvirini almaq bir 

neçə sadə proqram kodunun yazılması ilə mümkün olur (Şəkil 3).  

 

Matemathica 



elmi 

işçilərin 

və 

riyaziyyatçı-analitiklərin 



əməyinin 

maksimum 

avtomatlaşdırılması üçün nəzərdə tutulsa da, hazırda imkanlarına və sadəliyinə görə riyazi proqram 

paketlərindən istifadə etməyə üstünlük verənlər arasında da geniş yayılmışdır [8]. 

 

Proqram  yaradılarkən  əsas  diqqət  onun  qrafik  imkanlarının  geniş  olmasına,  paketin  daimi 



dəyişən qrafik modullardan və hətta multimedia imkanlarının da olmasına fikir verilmişdir.  

 

Paketin  ən  böyük  üstünlüyü  elektron  cədvəl  stilində  verilən  xanalarda  yerləşdirilmiş 



verilənlərin  bir-biri  ilə  daimi  dəyişən,  yəni  dinamik  əlaqədə  olmasıdır.  Bu  imkan  Matemathica 

paketini digər riyazi-proqram paketlərindən fərqləndirən ən mühüm cəhətdir. 

 

Matemathica  paketində  maşından  aslı  olmayan  riyazi  əməliyyatlar  nüvəsi  vardır  ki,  bu  da 



paketin  əməliyyat  sistemlərindən  asılılığlnl  aradan  qaldırır.  Paketin  Front  End  adlanan  interfeys 

prosessorunun köməyi ilə ixtiyari funksiyanı nüvədən sürətlə çağırıb prosesə cəlb etmək olar. Bütün 

digər  paketlərdə  olduğu  kimi  bu  paketin  də  proqramlaşdırma  dili  var və  onun  köməyi  ilə  paketin 

imkanlarını genişləndirmək mümkündür. Bu isə, istifadəçilərə yeni proqramlar və əlavələr yaratmaq 

üçün yaxşı imkanlar açır. Paketin funksiyalarını Add-on Paskages kitabxanasından istifadə etməklə 

genişləndirmək  mümkündür.  Paket  real  tapşırıq  nümunələri  ilə  zənginləşdirilmiş  elektron  sorğu 

sisteminə də malikdir. 

 



 

 

Şəkil. Mathematica sistemində icra olunmuş proqramın nəticəsi. 



 

 

Paketə əlavə olunmuş çoxlu sayda riyazi funksiya və əməliyyatlar onun müxtəlif elm sahələri 



üzrə tətbiqinə də yaxşı imkanlar açır. 


Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin