Ekspert Təlim Sistemi (ETS) – tədris-təlim sahəsində yüksək ixtisaslı mütəxəssislərin elmi
ETS-lərin işlənməsində minimal səviyyədə 4 mütəxəssis iştirak edir: ekspert, bilik
Bilik mühəndisi süni intellekt üzrə mütəxəssisdir. O, bilik bazası ilə ekspert arasında bufer
Bilik bazası
İzahedici altsistem
İstifadəçi interfeysi – sorğunun daxil edilməsi və cavabın alınması prosesində istifadəçi ilə
ETS arasında dialoqu reallaşdıran proqram kompleksidir.
Məntiqi nəticə bloku - bilik bazasında olan məlumatlar əsasında ekspertin fikirlərinin,
düşüncələrinin gedişini modelləşdirən proqramdır.
Bilik bazası – ES – in özəyi olub, predmet sahəsində biliklər məcmusunun ekspertə və
istifadəçiyə aydın olan formada (təbii dilə yaxın dillərdə) maşın informasiya daşıyıcılarına yazılmış
kompleksidir. Biliklərin təbii dilə yaxın dildə yazılması ilə yanaşı, maşındaxili təqdimat formaları da
mövcud olur.
İzahedici altsistem – istifadəçinin aşağıdakı tip suallarına cavab verən proqram
kompleksidir: Bu və ya digər tövsiyyə necə alınmışdır? Nə üçün sistem belə qərar qəbul etmişdir?
Deyilən birinci sualda bilik bazasının bütün əlaqədar fraqmentlərini göstərməklə fikrin alınmasının
tam gedişi, ikinci sualda isə alınmış nəticədən əvvəldə duran mühakiməyə isnad verilir.
Bilik bazasının intellektual redaktoru – bilik mühəndisinə dialoq rejimində bilik bazası yaratmağa
imkan verən proqramdır. Buraya qurulmuş menyu sistemi, biliyin təqdimedilmə dilinin şablonu,
“help” – rejim və baza ilə işləməyi asanlaşdıran digər servis vasitələri daxildir.
ETS – in işlənməsinə bilik mühəndisi rəhbərlik edir.
ETS-lər hazırda çoxlu müxtəlif məzmunda proqram kompleksini birləşdirir ki, onları da
müxtəlif meyarlarla təsnifləşdirmək olar. Həmin təsnifatın ümumiləşdirilmiş modeli daha dolğun
hesab edilir.