AZ
ƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
“ TƏSDİQ EDİRƏM ”
Elm və innovasiyalar üzrə prorektor
_____________prof. A.H.Kazımzadə
“______” “___________________”2018-ci il
Biologiya fakültəsinin dekanı
_________________prof. A.Ə.Quliyev
Fakültə Tədris-Metodik Şurasının sədri
__________________prof.Z.M.Məmmədov
İPF-BIZa <> ixtisası üzrə doktoranturaya
Qəbul imtahanının
PROQRAMI
Tərtib edənlər: k.t.e.d., prof. R.Quliyev
b.e.d., prof.M.Babayev
b.e.d., prof.E.Axundova
Bakı Dövlət Universiteti Biologiya
fakültəsinin Elmi Şurası tövsiyyə etmişdir.
Protokol
, 05.12.2018-ci il.
BAKI-2018
GENETİKA SELEKSİYANIN ƏSASLARI
Genetika bir elm kimi bu gün bioloji elmləri birləşdirir və istiqamətləndirir. Bu onunla
bağlıdır ki, genetika elmi canlıların mütəşəkkilliyinin bütün səviyyələrində (molekulyar,
hüceyrə, orqanizm və populyasiya) iki fundamental xüsusiyyəti-irsiyyət və dəyişkənliyi öyrənir.
Bu fənnin məqsədi-dialektik materializm əsasinda tələbələrə irsiyyətin tamlığı və
diskretliyi, irsiyyətin maddi vahidi olan gen və onun dəyişməsi, genetikanın əsas üsulu-genetik
analiz və onun həlledici qabiliyyəti, genetika elminin digər bioloji elmlərlə və praktika ilə
(seleksiya, t
ibb biotexnologiya) əlaqəsi haqqında təsəvvür verməkdən ibarətdir.
Genetika fənninin öyrənilməsi praktiki və seminar məşğələlərinin keçirilməsini tələb edir.
Tədris prosesində tablolardan, diopozitivlərdən, kinofilmlərdən, texniki vəsaitlərdən və
müasir
kompüterlərdən istifadə etmək lazımdır.
Fənin mənimsənilməsi məqsədi.
Bioloji elmlərin açarı sayılan “genetika” fəninin məqsədi müasir tələblərə cavab verən,
dərin nəzəri və praktiki hazırlığa malik olan, biotexnologiya sahəsində müvəffəqiyyətlər əldə
etməyi bacaran yüksək ixtisaslı bioloqları yetişdirməkdən ibarətdir.
Digər fənlər strukturunda yeri və əlaqəsi.
Genetika fənni bakalavr hazırlığında baza fənlərinə daxildir. Genetika fənni mütəxəssis
hazırlığında kimya (üzvi kimya), riyaziyyat və fizika fənləri ilə bilavasitə sıx bağlı olub, bu
fənlərin öyrənilməsi nəticəsində əldə edilmiş bilik və bacarıqlara istinad edir.
Fənnin mənimsənilməsi nəticəsində bakalavrlar
Bilməlidirlər:
XXI əsrdə insanların artan tələbatının ödənilməsində genetikanın nəzəri əsaslarına uyğun
seleksiyanın qarşısında duran əsas məsələləri, yeni bitki sortları, heyvan cinsləri və
mikroorqanizm stammlarının yaradılması yollarını, irsiyyət və dəyişkənliyin, həmçinin mühitin
rolunu və insanların sağlamlığına yönəlmiş müasir tədbirləri.
Bacarmalıdırlar:
Bakalavr səviyyəsində genetika və seleksiyanın əsas qanunauyğunluqlarını dərk etməyi,
çirklənmiş ətraf mühitin (fiziki və kimyəvi amillərin) canlı orqanizmlərdə törədə biləcəyi zərərli
mutasiyalar haqqında mühakimə yürütməyi, mikroskopdan istifadə etməklə normal
xromosomları zədələnmiş xromosomlardan fərqləndirməyi, bitki və bəzi heyvan obyektləri ilə
təcrübə qoymağı.
Yiyələnməlidirlər:
İrsiyyətin maddi əsaslarına, Mendelin irsilik qanunauyğunluqlarına, qeyri-allel genlərin
qarşılıqlı təsirinin müxtəlifliyinə, cinsiyyətin təyini və krossinqoverin mexanizminə,
dəyişkənliyin öyrənilməsinə və onun seleksiyada əhəmiyyəti haqqında biliklərə, gen və onun
quruluşu haqqındakı məlumatlara, genetikanın tətbiq sahəsi olan seleksiyanın genetik əsaslarına,
o cümlədən sort və cinslərin alınma üsullarına, insan genetikası və onun öyrənilməsi üsullarına,
biotexnologiyanın müasir üsullarına.
Kursun mövzular və saatlar üzrə bölgüsü
N
Mövzuların adı
saatlar
müh.
lab.
1.
Genetikanın üsulları, məsələləri, inkişaf mərhələləri. Irsiyyətin
maddi əsasları.
2 s.
2 s.
2.
Irsiyyətin molekulyqar əsasları.
2 s.
2 s.
3.
Q.Mendelin üsulları. Monohibrid və polihibrid çarpazlaşma. Qeyri-
allel genlərin qarşılıqlı təsiri.
2 s.
2 s.
4.
Ilişikli irsilik və krossinqover.
2 s.
2 s.
5.
Prokariotlarda genetik analiz. Nüvədənkənar irsiyyət.
2 s.
2 s.
6.
Irsi və qeyri-irsi dəyişkənlik.
2 s.
2 s.
7.
Xromosom dəyişilmələri. Gen mutasiyaları.
2 s.
2 s.
8.
Genin strukturu.
2 s.
2 s.
9.
Genetik
proseslərin molekulyar mexanizmləri.
2 s.
2 s.
10.
Fərdi inkişafın genetikası.
2 s.
2 s.
11.
Gen mühəndisliyinin əsasları.
2 s.
2 s.
12.
Populyasiya və təkamül genetikası.
2 s.
2 s.
13.
Insan genetikası.
2 s.
2 s.
14.
Seleksiyanın genetik əsasları (bitkilərin seleksiyası).
2 s.
2 s.
15.
Seleksiyanın genetik əsasları (heyvanların seleksiyası).
2 s.
2 s.
Cəmi 60 s.
30
30
1.
Giriş. Genetikanın məqsədi, üsulları, məsələləri və inkişaf mərhələləri. Mitoz və
meyoz. Mitotik tsikli və mitozun fazaları. Meyoz və qametlərin əmələ gəlməsi. Meyozun fazaları
və mərhələləri. Xromosomların konyuqasiyası. Xromosom sayının reduksiyası. Mitozun və
meyozun genetik rolu.
Genlərin birləşməsi və rekombinasiyası üçün haplo və diplofaza dəyişilmələrinin
əhəmiyyəti. Kariotip. Somatik hüceyrələrdə xromosomların cüt olması. Homoloji xromosomlar.
Xromosomların morfologiyasının və sayının spesifikliyi. Xromosomların quruluşu: xromatid,
xromonem, xromosomların heteroxromatın və euxromatin sahələri. Xromomer. Sentromer.
Mitozun və meyozun gedişində xromosomların morfologiyasının və mütəşəkkilliyinin
dəyişilməsi. Nəhəng xromosomlar. (1,2 ,10, 13, 22).
2. Nuklein turşularının genetik rolunun sübutu (transformasiya və transduksiya.
F.Qriffitsin, O.Everinin, C.Lederberq
in və Sinderin işləri). DNT-nin və RNT-nin strukturu.
Uotson və Krikin DNT modeli. Genetik informasiyanın realizə olunmasında nuklein turşularının
funksiyası: replikasiya, transkripsiya və translyasiya, DNT-nin və RNT-nin strukturu.
Genetik kod. Kodun tr
ipletlərdən qurulmasının sübutu. Genetik xüsusiyyətləri. Kodun
universallığı. Prokariot və eukariot orqanizmlərin xromosomlarının molekulyar mütəşəkkillliyi.
Xromatinin komponentləri: DNT, RNT, histonlar, digər zülallar. (2, 5, 10, 13, 14, 21, 22).
3. Men
delin kəşf etdiyi monohibrid çarpazlaşmada irsiyyətin qanunauyğunluğu: birinci
nəslin eyniliyi, ikinci nəslin parçalanması qanunları. Analizedici çarpazlaşma. Genotip və
fenotip.
Əlamətin monogen nəzarəti və müxtəlif tip allellərin qarşılıqlı təsiri nəticəsində ikinci
nəsildə və analizedici çarpazlaşmada fenotip və genotipə görə parçalanma – 3:1; 1:2:1; 1:1.
dominantlığın nisbiliyi. Qeyri – allel genlərin qarşılıqlı təsiri: komplementar, epistaz.
Polimeriya. Modifikasiya və pleyotrop. Genlərin qarşılıqlı təsirinin biokimyəvi mexanizmi.
Kəmiyyət əlamətlərinin irsiliyinin xüsusiyyətləri. Kəmiyyət əlamətlərinin öyrənilməsində
statistik üsulların istifadəsi. Genotip haqqında təsəvvürlər – allel və qeyri-allel genlərin qarşılıqlı
təsiri kimi. Penetrantlıq və ekspressivlik. (2, 5, 11, 13, 15, 21, 22, 23).
4. Cinsiyyət xromosomları, homo- və heteroqamet cinsiyyət, cinsiyyətin təyininin
xromosom tipləri. Cinsiyyətlə ilişkili əlamətlərin irsiliyi. Cinsiyyətlə ilişkili əlamətlərin
öyrənilməsində resiprok çarpazlaşmaların əhəmiyyəti. Xromosomların ayrılmaması nəticəsində
irsilik. Cinsiyyətin təyinində balans nəzəriyyəsi. Kinandromorfizm.
Ilişikli irsiliyin kəşfi. Ilişikli irsiliyin öyrənilməsində Morqan məktəbinin işlərinin
əhəmiyyəti. Ilişikli irsiliyin xüsusiyyətləri. Ilişikli qruplar. Krossinqover. Meyozun və mitozun
dörd tel mərhələsində krossinqoverin baş verməsinin sübutu. Krossinqoverin öyrənilməsində
analizedici çarpazlaşmanın və tetrad analizin əhəmiyyəti. Krossinqoverin sitoloji sübutları.
Çoxsaylı krossinqover. Interferensiya. Genlərin xromosomlarda bir xətt üzrə yerləşməsi.
Mitotik krossinqover və onun xromosom xəritəsinin tərtib edilməsində istifadəsi. Morqanın
irsiyyətin xromosom nəzəriyyəsi və onun əsas müddəaları. (1, 2, 21, 24, 25).
5. Transfor
masiya zamanı genetik rekombinasiya. Bakteriyalarda transduksiya.
Plazmidlər. Episomlar və miqrasiya edən genetik elementlər (transpozonlar) haqqında anlayış.
Onların genetik informasiyanın ötürülməsində rolu.
Qeyri-
xromosom irsiliyin qanunauyğunluqları və xromosom irsiliyindən fərqi. Ana
fərdin sitoplazmasının effekti. Ali bitkilərdə alabəzəkliliyin nəslə keçməsi tipləri və mexanizmi.
Plastid irsiyyət. Mitoxondrilərlə keçən irsiyyət. Plazmid irsilik. Plazmidlərin pro- və
eukariotlarda yayılması. Bitkilərdə erkək sitoplazmatik irsiyyət. Qeyri-xromosom irsiliyin
öyrənilməsinin təkamül problemlərinin anlayışında əhəmiyyəti. (4, 8, 10, 12, 21, 24, 25).
6. Irsi və qeyri-irsi (modifikasiya) dəyişkənlik haqqında anlayış. Modifikasiya
dəyişkənliyi. Əlamətlərin formalaşması mühitin amillərinin və genotipin qarşılıqlı təsirinin bir
nəticəsi kimi. Genotipin reaksiya norması. Modifikasiyanın adaptiv xüsusiyyəti.
Modifikasiyaların qeyri-irsi xüsusiyyətləri.
Irsi dəyişkənliyin tipləri: kombinativ mutasiya. Kombinativ dəyişkənlik, onun yaranma
mexanizmi, təkamüldə və seleksiyada rolu. Genom dəyişkənliyi: poliploidiya. Aneuploidiya.
Avtopolipsoidlər. Amfidiploidiya – döllü allopoliploidlərin əmələgəlmə mexanizmi kimi.
Poliploid sıralar. Poliploidiyanın təkamüldə və seleksiyada rolu. Aneuploidlərdə meyozun
xüsusiyyətləri və qametlərin əmələ gəlməsi, onların həyat qabiliyyəti və döllüyüyü. (2, 4, 8, 12,
13, 21, 23, 24).
7. Xromosomdaxili və xromosomlararası dəyişilmələr: delesiyalar, duplikasiyalar,
inversiyalar,
transpozisiyalar. Onların yaranma mexanizmləri və genetik analizdə genlərin
yerləşməsinin müəyyənləşməsi. Müxtəlif tip xromosom dəyişmələrində meyozun xüsusiyyətləri.
Gen mutasiyalarının təsnifatı. Düzünə və geri dönən generativ və somatik, adaptiv və
neyt
ral, letal və şərti letal, nüvə və nüvədənkənar, spontan və induksiya olunmuş mutasiyalar
haqqında təsəvvürlər. Molekulyar təbiətli gen mutasiyalarının yaranmasının ümumi xassəsi:
əsasların dəyişilməsi, əvəz olunması, əsasların əlavə olunması və ya itməsi.
Radiasion mutagenez: ionlaşdırıcı və ultrabənövşəyi (UB) şüalanmaların genetik effekti.
“Doza-effekt” qanunauyğunluqları. Kimyəvi mutagenez. Kimyəvi mutagenlərin təsirinin
xüsusiyyətləri. ətraf mühitin mutagenləri və onların testləşdirmə üsulları.
Antimutagenez. Irsi dəyişkənlikdə homoloji sıralar qanunu (N.İ.Vavilov). Orqanizmlərin
irsi dəyişkənliyinin təkamül və seleksiya prosesləri üçün əhəmiyyəti. (1, 2, 4, 12, 21, 24, 25).
8. Morqan məktəbinin genin quruluşu və funksiyası haqqında təsəvvürləri. Allelizmin
funksional və rekombinasion analizi.
Allellər çoxluğu. Genin mutasion və rekombinasion bölünməsi. A.S.Serebrovski
məktəbinin pilləli allelizm haqqında işləri. Psevdoallelizm. Sis-trans-test allelizm kriterisi ilə
müqayisəsi. S.Benzerin T4-faqında genin incə quruluşu haqqında tədqiqatları. Gen-funksiya
vahidi kimi. Allellərarası komplementasiya hadisəsi, allelizm kriterisinin nisbiliyi. Genin incə
quruluşunun tədqiqinə molekulyar-genetik yanaşma. (3, 5, 8, 12, 19, 21, 23, 24, 25).
9. Replikasiyan
ın molekulyar mexanizmi və genetik nəzarət. DNT-nin replikasiyasında
yarımkonservativ üsul. Replikon haqqında anlayış. DNT-də struktur pozulmaların tipləri.
Reparasiya proseslərinin tipləri. DNT-nin reparasion sintezi. Rekombinasiya hadisələri; homoloji
krossinqover, saytspesifik rekombinasiya, transpozisiya.
“Qırılma-birləşmə” sxemi üzrə ümumi
rekombinasiya mexanizminin sübutu. Xollideyə görə rekombinasiyanın molekulyar modeli.
Genlərin təsirinin tənzim olunmasında molekulyar mexanizmlər. Promotor səviyyəsində
transkripsiyanın tənzim olunması. RNT-polimerazanın funksiyası. Operon sisteminin
tənzimlənməsi. Jakob və Mono nəzəriyyəsi. Laktoz operonun genetik analizi; tənzimləyici gen
və operator gen. Zülalların sintezinin tənzimlənməsində posttranskripsion səviyyə. Miqrasiya
edən genetik elementlərin genin təsirinin tənzimlənməsində rolu. (4, 5, 8, 9, 10, 12, 21, 23, 24,
25).
10. Fərdi inkişaf prosesində genomun stabilliyi və genlərin differensial aktivliyi.
Sitoplazmanın ikin differensiasiyası, erkən embriogenezdə genlərin təsiri. Genlərin
amplifikasiyası. Nüvələrin transplantasiyalarına dair tədqiqatlar. Ontogenezdə xromosomların
funksional dəyişkənliyi, hormonların və embriona induktorların rolu. Ontogenezdə əlamətlərin
əmələ gəlməsini müəyyənləşdirən amillər; genlərin pleyotrop təsiri. Genlərin və hüceyrələrin
mübadiləsi. Determinasiya. Somatik hüceyrələrin genetikası. Heterokarionlar. Allofen (ximer)
heyvanlar. Toxumaların uyğunluğu və qeyri-uyğunluğu. Immunitetin genetikası. Ontokenezin
genetik aspek
tləri. Onkogenlər. Onkozülallar. Ontogenez prosesində cinsiyyəti müəyyən edən
mutasiyalar. Orqanizmlərin genetik biseksuallığı. Cinsiyyətin differensiasiyasında genetik
nəzarət. Cinsiyyətin dəyişməsində hormonların təsiri. (1, 2, 4, 5, 12, 21, 23, 24, 25).
11. Gen mühəndisliyinin əsas məsələləri və metodologiyası. Vektorlar haqqında anlayış.
Genlərin sintezi və ayrılması üsulları. Plazmid və DNT faqının əsasında prokariotların vektorları.
Rekombinativ DNT molekulunun alınma üsulları, genlərin klonlaşdırma üsulları. Genlərin bankı.
Eukariot vektorları. Maya göbələyi-gen mühəndisliyinin obyekti kimi. Bitkilərdə və heyvanlarda
gen mühəndisliyinin əsasları: ali orqanizmlərin hüceyrələrində transformasiya, heyvanların
rüşeym və somatik hüceyrələrinə genləri daxil etmə, hüceyrə mühəndisliyinin məsələləri.
Biotexnologiyanın, kənd təsərrüfatının, tibbin, ekoloji problemlərin və xalq təsərrüfatının
müxtəlif sahələrinin məsələlərinin həllində gen mühəndisliyinin əhəmiyyəti. Gen
mühəndisliyinin sosial problemləri. (3,4, 5, 9, 12, 21, 23, 24, 25).
12. Növ və populyasiya haqqında anlayış. Populyasiya genetikasında riyazi modelləşmə.
Hardi-
Vaynberq qanunu və onun istifadə imkanları. S.S.Çetverikov – təcrübi populyasiya
genetikasının banisi. Təbii populyasiyanın öyrənilmə üsulları. Populyasiyanın genetik
tərkibinin dinamikasının amilləri: panmiksiyanın pozulması. Populyasiyanın sayının azalması
(genlərin dreyfi), mutasiya prosesi, populyasiyalararası miqrasiya. Seçmənin təsiri.
Populyasiyadaxili genetik polimorfizm
və genetik yük haqqında anlayış. Təbii seçmə -
populyasiyaların təkamülündə vahid istiqamətverici bir amil kimi. Uyğunlaşma və seçmə əmsalı
haqqında anlayış. Təkamülün molekulyar-genetik əsasları. Tibbi genetika və seleksiya üçün
populyasiya genetikasının əhəmiyyəti. (2, 4, 5, 9, 10, 12, 21, 23, 24).
13. Insan genetikasının öyrənilmə üsulları: geneoloji, əkizlər, sitogenetik, biokimyəvi,
ontogenetik, populyasiya və toxuma kulturası. Insanın kariotipi, genotip və mühit
problemlərinin həllində əkizlər üsulindan istifadə edilməsi. Molekulyar-genetik üsullar əsasında
insan genomunun strukturunun və aktivliyinin öyrənilməsi.
Tibbi genetikanın problemləri. Irsi xəstəliklərin insan populyasiyalarında yayılması.
Irsiyyət və anadangəlmə anomaliyalar haqqında məlumat. Xromosom və gen xəstəlikləri. Gen
qüsurlarının skrininqi. Insanın immunogenetikası və hemolitik anemiyalar. Irsi və anadangəlmə
xəstəliklərin səbəbləri. Radiasiya və kimyəvi maddələrin genetik təhlükəsi. Alkoqolun
hüceyrənin irsi strukturuna təsiri. Gen terapiyasının perspektivləri. Tibbi genetik
məsləhətxanaların vəzifələri. Genetik nöqteyi-nəzərdən irqçilik nəzəriyyələrinin tənqidi. Təbi
mühitin qorunmasında cəmiyyətin rolu. Genetik və sosioloji amillərin insanın təkamülündə rolu.
(3, 4, 5, 9, 10, 12, 21, 23, 24, 25).
14. Seleksiya bir elm kimi, onun predmeti və tədqiqat üsulları. Genetika seleksiyanın
nəzəri əsası kimi. Başlanğıc material haqqında təlim, N.İ.Vavilova görə mədəni bitkilərin
mənşəyinin mərkəzləri. Sort, ştamm haqqında anlayış. Mədəni və yabanı bitki formalarının
genofondunun saxlanılması. Bitkilərin seleksiyasında süni mutasiyaların və kombinativ
dəyişkənliyin istifadəsi. Gen mühəndisliyi üsullarının seleksiya işində perspektivliyi. Bitkilərin
məhsuldarlığının artırılmasında poliploidiyanın rolu. Bitki seleksiyasında çarpazlaşma sistemləri.
Autbridinq. Inbridinq. Təmiz və ya insuxt xətlər. Uzaq hibridləşmə. Inbridinq əmsalı-
orqanizmlərin homoziqotluq dərəcəsinin göstəricisi kimi. Hrterozis hadisəsi və onun genetik
mexanizmləri. Bitkiçilikdə sadə və ikiqat xətlərarası hibridlərin istifadəsi. Erkək sitoplazmatik
dölsüzlük (ESD) əsasında hibrid toxumların istehsalı. Irsilik əmsalı. Təkrarlanma və onun
seleksiya prosesində istifadəsi. (7. 8, 9. 12, 14, 21, 24).
15. Ev heyvanlarının əhliləşdirilməsinin tarixi. Mədəni və yabanı heyvan formalarının
genofondunun saxlanılması. Heyvanların seleksiyasında süni mutasiyaların və kombinativ
dəyişkənliyin istifadəsi. Azərbaycanda ev heyvanlarının seleksiyası haqqında. Biotexnologiya
və gen mutasiyaları. Allofen heyvanların alınması. (2, 4, 5, 10, 12, 21, 24).
ƏDƏBİYYAT
1. Axundov M.A., İsmayılov A.S. Genetika. “Maarif”, Bakı, 1981.
2. Айала Ф., Каигер Дж. Современная генетика. М., «Мир», 1988.
3.
Бочков Н, П. Захаров А.Ф., Иванов В.И. «Медицинская генетика», М., Медицина, 1984.
4. Гершензон С.М. Основы современной генетики. Киев, «Наукова Думка», 1983.
5. Гершкович И. Генетика, М., Наука, 1968.
6. Грин Н., Статут У., Тейлор Д. «Биология», 1990.
7. Quliyev R.Ə. Genetikanın əsasları ilə bitkilərin seleksiyası. Bakı, BDU nəşriyyatı, 1993.
8.
Дубини Н.П. Общая генетика. М., Наука, 1986.
9. Инге-Вечтомов С.Г. Введение в молекулярного генетику. М., Высшая школа, 1983.
10. Инге-Вечтомов С.Г. Генетика с основами селекции. Москва, Высшая школа, 1989.
11. Кемп П., Армс К. Введение в биология. М., Мир, 1988.
12. Лобашев М.Е. Генетика, изд-во ЛГУ, 1969.
13. Лобашев М.Е., Ватти К.В., Тихомирова М.М. Генетика с основами селекции. М.,
Просвещение, 1979.
14. Медведев Н.Н. Практикум по генетике. Изд-во Наука, 1966.
15. Орлова Н.Н. Генетический анализ. Москва, изд-во МГУ, 1991.
16. Реивн П., Эверт Р., Айкхори С. Современная ботаника. М., Мир. 1990.
17. Фогель Ф., Мотульски А. Генетика человека. М., Мир, 1990.
18
. Məcnun Babayev, Məcid Məcidov. Genetikadan praktikum, “Çaşıoğlu”, 2006.
19. Стеранов В.М. Молекулярная биология. Структура и функции белков, М., «Вышая
школа», 1996.
20. Приходченко Н.Н., Шкурат Т.П. Основы генетики человека. Ростов на Дону,
«Феникс», 1997.
21. Rauf Quliyev, Kamil
ə Əliyeva. Genetika, BDU, 2002.
22. Məcnun Babayev. Genetikadan məsələlər (izahlı, həlli ilə), “Çaşıoğlu”, 2006.
23.
Стент Г., Келиндар Р. Молекулярная генетика. М., «Мир», 1981.
2
4. И.Ф.Жимулёв. Общая и молекулярная генетика. Новосибирск, 2003.
25. У.Клаг, М.Каммингс. Основы генетики, Москва, 2009.
26. Babayev
М. Molekulyar genetikadan mühazirələr. Bakı, BDU, 2006.
Dostları ilə paylaş: |