Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


Tədqiqat  obyektinin  dəqiqləşdirilməsi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə84/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   80   81   82   83   84   85   86   87   ...   96
muh tehsilde ve elmde IKT

Tədqiqat  obyektinin  dəqiqləşdirilməsi  təcrübə  və  esperimental  işlərin  qoyuluşu  zamanı 

adətən  işçi  gündəliklər,  prosesin  protokollaşdırılması,  fotoşəkillərin  tədqiqi,  kino  və 

videosənədləşdirmə və s. şəklində ənənəvi metodlarla öyrədilir. Lakin müasir şəraitdə multimedia 

texnologiyalarının  sürətli  inkişafı  tədqiqat  haqqında  mətn,  qrafik,  səs,  video  və  s.  şəkildə  verilən 

bütün informasiyaların sürətli və dəqiq alınması, canlandırılması, ötürülməsi, saxlanması üçün çox 

əlverişli imkanlar yaradır. 

Bu  məqsədlə  rəqəmsal  foto  və  videokameralardan,  mikrofondan,  eləcə  də  dinamik  qrafik 

təsvirlərin və səslərin alınması üçün gğzəl imkanlar açır: 

- universal canlandırıcılar (Microsoft Media Player); 



- audiosəsləndiricilər (WinAmp, Apollo); 

- Videocanlandırıcılar (WinDVD, zplayer); 

- Təsvirlərə baxmaq üçün proqramlar (ACD See, PhotoShop, CorelDraw,); 

- Sxemlərin, layihələrin, qrafiklərin hazırlanması üçün proqramlar (Visio) və s.  

Bu gün kompyuterin köməyi ilə təkcə mətn, səs və qrafik obyektlərin toplanması, saxlanması 

emalı,  ötürülməsi  kimi  əməliyyatlar  deyil,  həm  də empirik  verilənləri  toplanması  da  mümkündür. 

Kompyuterdən daha çox testləşdirmə və internet anketləşdirməsi proseslərinin həyata keçirilməsi 

üçün geniş istifadə olunur. 

Bu  üsul  tədqiqatların  səviyyəsinin  artmasına,  prosesə  daha  çıx  respondentlərin  cəlb 

olunmasına, tədqiqatın daha geniş əraziləri əhatə etməsinə və daha çox sayda insanların prosesə 

cəlb olunmasına, eləcə də tədqiqatlara çəkiləcək xərclərin kəskin azalmasına səbəb olur. 

Anket sorğusunun və ya testin formalaşdırılması üçün ən sadə üsul sənədin HTML formatıda 

saxlanmasıdır.  İstifadəçi  populyar  brauzerlərdən  birinin  imkanlarından  istifadə  etməklə,  anket 

forması yaradır və onu İnternetdə, şəbəkə serverində və ya lokal kopyuterin yaddaşında saxlayayır. 

Bundan  sonra  anket  məlumatlarının  ötürülməsi  və  ya  testləşdirmə  prosesinin  başlanması 

məqsədi  ilə  proqram  kompyuterdə  saxlanılan  E-mal  proqramlarından  birini  işə  qoşur.  Nəticədə 

anket  məlumatlarının  alınmasında  maraqlı  şəxsin  ünvanına  avtomatik  olaraq  elektron  məktub 

hazırlanır. Proqram avtomatik olaraq, özündə anket məlumatlarını saxlayan mətn faylını hazırlayır 

və materialın göndərilməsi nəzərdə tutulan istifadəçi internetə daxil olan kimi həmin məktub onun 

elektron ünvanına göndərilir. 

 Anketləşdirmə, testləşdirmə, çeşidləmə, qeydiyyat, mühasibə, söhbət, pedaqoji ekcperiment 

və s. proseslərdən alınan nəticələrin analizi, qiymətləndirilməsi və s. məqsədi ilə Statistica, Stadia, 

SPSS, SyStat və s. bu kimi proqram paketlərinin imkanlarından istifadə edilir. 

Statik  verilənlərin  emalı  üçün  çox  rahat  və  geniş  imkanlara  malik  MS  Excell  tətbiqi  cədvəl 

prosessorunun  imkanları  daha  zəngindir.  Bu  redaktor  özünün  “Funksiyalar”  altkitabxanasının 

yaratdığı  imkanlardan  istifadə  etməklə,  düsturlar  yaratmaq,  məlumatları  seçmək,  süzgəcləmək, 

sürətli  hesablamaq  aparmaq  və  digər  çoxişlənən  informasiyaların  axtarıb  tapılması  üçün  gözəl 

imkanlara və ən əsası riyazi maşına, prosessora malikdir. MS Excellin cədvəldə verilən məlumatları 

əsasında statik əməliyyatlar aparmaq mümkündür. 

MS Excellin mükəmməl diaqram, qrafik, histoqram və s. qurmaq imkanları vardır. Bu imkanlar 

elmi tədqiqatla məşqul olan tədqiqatçılar üçün yaxşı imkanlar yaradır. 

Beləliklə, məlumatların toplanması və emalı mərhələsi üçün kompyuteri əvəzolunmaz vasitə 

kimi  qeyd  etmək  olar.  Bu  gün  Kompyuter  tədqiqatşıya  əldə  etmiş  olduğu  informasiyanın  emalı, 

saxlanması, qorunması, ötürülməsi, qeydiyyatı və s. kimi informasiya xidmətlərinin göstərilməsində 

mühümm rol oynayır. 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin