4. Lil fraksiyasında silisiumun allitli və siallitli birləşmələri, onların qruplaşdırılması.
S.B Zonn (1969) lil fraksiyasında SİO2 Al2O3 molekulyar nisbətinə görə aşınma qatının aşağıdakı bölgüsünü təklif etmişdir:
I)Allitli(SİO2:R2O3<2,5)
II) Sialitli (SİO2 : R2O3 > 2,5)
1)Allitipli aşınma öz növbəsində 3 qrupa bölünür: 1) allitli (burada Al oksidi Fe oksidlərindən çox olması ilə seçilir.)
2)ferrallitli (aliminium oksidi qismən Fe2O3 – dən çoxdur.)
3)ferritlər (burada Fe2O3 ,SiO2 və Al2O3 təkcə lil fraksiyasında deyil,bütövlükdə aşınma qatında çoxdur.)
4)Siallit tipli aşınma da öz növbəsində 2 qrupa :
a) siallitli
b) ferrsiallitli bölünür.
Belə ki, SİO2:Al2O3 > 4 nisbətində olduqda süxurun alit tipli aşınmadan , SİO2:Al2O3 < 2 nisbətində süxurun sialit tipli aşınmadan SİO2: Al2O3 = 2-4 nisbəti arasında dəyişirsə , laterit tipli aşınmadan əmələ gəldiyini göstərir.
Podzollu-sarı torpaqların lil fraksiyalarının mineraloji tərkibinin öyrənilməsi göstərir ki, bu hissəciklərin tərkibində törəmə minerallar daha çoxdur.Onların içərisində montmorillonit qrupu mineralları üstünlük təşkil edir (40-50%). Kaolinit mineralları az miqdardadır (10-15%). Kvars mineralları 2-4%, slyuda və hidroslyuda isə daha da azdır.Torpaqların üst çürüntülü akkumlyativ horizontunun silisium – oksidlə bir qədər zəngin olması təkcə dəmir və aliminiumun biryarım oksidlərinin aşağı qatlara aparılması deyil, həm də bu qatda tərkibində SİO2 – nin çox olduğu daha iri hissəciklərin artıq olması ilə əlaqədardır.Bu torpaqların illuvial B horizontunda biryarım oksidlərin bir qədər artıq toplanması müşahidə olunur.
Podzollu – qleyli –sarı torpaqların lil hissəciklərin ümumi kimyəvi tərkibinin öyrənilməsi onların yüksək dərəcədə dispers vəziyyətdə olan törəmə minerallarla zəngin olduğunu göstərir.Onların 40-60%-i montmorilonit qrupu , 15-20%-i kaolinit,2-4%-i kvars, az bir hissəsi slyuda və hidroslyuda ,21-48%-i isə amorf maddələrdən (silisium –oksid , biryarım oksidlər, yuxarı qatlarda humus maddələri və s.) ibarət olur.
Üst horizontlarda SiO2-nin aliminium və dəmir – oksidlərinə molekulyar nisbəti müvafiq şəkildə 7,5-4,1 və 29,0-21,2 biryarım oksidlərə nisbəti isə 5,2-4,1-dir.
Dostları ilə paylaş: |