Karbon dioksidrəngsiz qaz olub, atmosfer havasından xeyli ağırdır və buna görə də onun torpaqdan ayrılıb atmosferə və buna görə də onun torpaqdan ayrılıb atmosferə daxil olması, tempraturdan, təzyiqdən, torpağın nəmliyindən asılıdır. 200C də bir həcm su 0,9 həcm CO2 həll edə bilir. Deməli, 100q suda 0,17q CO2 həll ola bilər.
CO2-nın suda həll olması prosesində onun bir hissəsi karbon turşusunun əmələ gəlməsinə sərf olunur.
CO2 + H2O → H2CO3 CO2 + H2O ← H2CO3 Karbon turşusu torpaqda sərbəst formada olmaqla yanaşı, həm də duzları formasında da (karbonatlar və bikarbonatlar) mövcuddur. Yuyulan tipli su rejiminə malik olan torpaqlarda karbonatlara yanlız qalıqlar şəklində rast gəlmək olar. Karbonat qalıqları çimli-podzol torpaqlarımızın profilində də müşahidə edilir. Bəzi subasar torpaqlarda da, hansı ki, kobud qrunt suları üzərində formalaşmış karbonat qalıqları görünür.
Torpaqda karbon turşusunun ən çox yayılmış duzlarından biri – CaCO3, kalsitdir. Belə kimyəvi tərkibə malik olan digər minerallar – araqonit və lyublinit – məhdud şəkildədə yayılmışlar. Nisbətən dərin qatlarda MgCO3 duzuna rast gəlmək olur ki, bu da əsasən nesveqonit (MgCO3.3H2O) mineralının tərkibindədir.
Karbon turşusunun natrium duzları torpaqda kifayət qədər olunub, əsasən sodalı-şorlaşmış torpaqlarda yayılmışdır. Bunlar soda Na2CO3.10H2O, trona Na2CO3.NaHCO3.2H2O və naxkolit NaHCO3 formasında fəaliyyət göstərirlər.
Karbonat ionları torpaqda bir makro və mikroelementlərin birləşməlrinin ən mühüm komponentlərinin tərkibində olur. Karbonatlı torpaqlarda kationların çökdürülməsində iştirak edir. Karbonatların həll olması nisbətən (qələvi metalların karbonatları istisna olmaqla) zəifdir.
Həllolma qabiliyyəti yüksək olan duzlar MgCO3 və Ca(HCO3)2 hesab edilir (cədvəl-1). Ca(HCO3)2 həll olması CaCO3 həllolmasından xeyli yüksəkdir. Ona görə də torpaq havasında CO2-nin akkumulyasiyası uyğun duzların qatılığına və miqrasiyasına müxtəlif cür təsir.
Bütün mühüm makro və mikroelementlərin karbonatları (qələvi metallardan başqa) həllolma məhsullarının bu sırası ilə 10-9 – 10-12 xarakterizə olunur(cədvəl-2). Lakin NaCO3 və MgCO3 yüksək həllolmaya malikdirlər.
Torpağın bir çox xassələri onda olan karbonatların miqdarından asılıdır: məsaməlilik, bağlılıq, sıxlıq, humusun fraksion tərkibi, torpaq məhlununun tərkibi və s.
Cədvəl Bəzi torpaq karbonatlarının həllolma göstəriciləri