Humus maddələri- turşu təbiətli molekul çəkisi yüksək olan,humin və krenat turşularından ibarət,azotlu üzvi birləşmələrdir.
2.Humin turşuların tərkibi və xüsusiyyətləri. Humin turşuları-qapalı quruluşlu, yüksək molekullu azotlu üzvi turşulardır. Humin turşularının pH-5-dən azdır. Humin turşuları-mineral və üzvi mənşəli turşularda həll olmayan humus birləşmələri qurupudur, suda və turşularda praktik həll olmur. Qələvi məhlullar onları torpaqdan asanlıqla çəkib çıxarır. Humin turşuları məlulu qonur və ya qara rəngli mayedir. Humin turşusunun quru preaparatı-qara parlaq tozdur. Humin turşlar əsasən 3 elementdən-karbon,oksigen və hidrogendən ibarətdir. Onlardan başqa humin turşularının tərkibində azot və bir sıra kül elementləri-fosfor, kükürd, silisium, alüminiom, dəmir daxil olur. Humin turşularında C-52-62%, H-2,8-5,8%, O-31-39% və N-1,7-5,2% təşkil edir. Humin turşuları torpağın mineral hissəsi ilə qarşılıqlı təsirə girdikdə humatlar əmələ gətirir. 2 və 3 valentli kationların (kalsium,maqnezium,dəmir və alüminium) humatları suda həll olmur və kolloid çöküntülər (gellər) əmələ gətirir.1 valentli kationların (kalium,natrium və ammonium) humatları isə suda həll olur və kolloid məhlul (zol) şəklində olur.Torpaqlarda humin turşularınin çox hissəsi gel şəkilində , az hissəsi-mütəhərrik kolloid şəklində və çox cüzi hissəsi-həqiqi molekulyar məhlul şəklində olur.
Humin turşuları fulvoturşulardan fərqli olaraq orta molekulyar kütləsi yüksək, tərkibində karbonun miqdarı çox (62%-ə qədər), bir qədər az turşuluq xassəsinə malikdir. Əsasən qaratorpaqlarda, şabalıdı torpaqlarda, bəzən boz meşə torpaqlarda və yaxşı mədəniləşdirlmiş çimli-podzollu torpaqlarda üstünlük təşkil edir. Humus maddəsi mənşəyinə, xassə və quruluşunun ümumiliyinə görə birləşdirilmiş, müxtəlif tərkibli və xassəli yüksək molekulyar azottərkibli üzvi birləşmələrin qarışığından ibarətdir.
3.Fulvoturşular tərkibi və xüsusiyyətləri Torpaqdan ayrilan fulvoturşu maddələri açıq-qonur rəngli, onun məhlulu isə qatılıqdan asılı olaraq sarımtıl saman rəngdən sarıya qədər olur. Fulvoturşular suda, turşularda yeyici və karbonatlı qələvilərin zəif məhlullarında, NH3-ın, Na-pirofosfatın sulu məhlulunda həll olurlar. Fulvoturşuların sulu məhlulları kəskin turş reaksiyalıdır (pH 2,6-2,8). Fulvoturşularda ayrı-ayrı elementlərin miqdarı sabit olmur və aşağıdakı kimidir: C-40-52 % , H-4-6 % , 0-40-48 %, N-2-6 %. Fulvoturşularda (COOH) və (OH) qruplarının ümumi miqdarı 100 q maddəyə görə 800-1000 mq / ekv-ə çatır. Fulvoturşularda karbonel və metoksil qruplarının miqdarı həmişə humin turşularında olduğundan artıq olur. Fulvoturşular asanlıqla qranulometrik tərkibi və molekulyar çəkisi müxtəlif olan bir sıra fraksiyalara parçalanır. Hələ vaxtilə Bertselius, sonralar V.R. Vilyams iki fraksiyanın olduğunu müıyyən etmişlər ki, onların biri açıq rəngli, karbonun miqdarı bir qədər çox olan kren turşuları, digəri tünd rəngli və tərkibində karbonun miqdarı az olan apokren turşularıdır. V.R. Vilyams fulvoturşularını 4 fraksiyaya ayırmışdır: fulvan, fulven, fulvin, liqnofulvan hansı ki, bunlar müxtəlif həllolma qabiliyyətinə malikdirlər. Bu birləşmələrin elementar tərkibi müxtəlifdir. Bütün humin turşularında karbonun miqdarı çox ( fulvoturşularla müqayisədə), oksigenin miqdarı isə azdır. Məsələn, podzollu torpaqlarda humin turşularında olan C -nun miqdarı çoxdur (C16H17O8N). Fulvoturşularda isə bu nisbət (C17H20O13N) təşkil edir.
Humus maddələri həllolma və ekstraksiya qabiliyyətinə görə qruplara bölünür: fulvoturşular (FT), humin turşuları (HT) və humin; bəzən xüsusi qrup – himatomelan turşuları da qeyd edilir. Fulvoturşular – humus birləşmələrinin yüksək mütəhərrikliyə və aşağı molekulyar kütləyə malik ən tez həll olan qrupudur. Humus maddəsinin başqa qrupları ilə müqayisədə fulvoturşularda karbonun miqdarı azdır. Daha qabarıq turşuluq xassəsinə malikdir və kompleksəmələgətirməyə və helatəmələgətirməyə meyillidir. Fulvoturşular başqa qrulardan fərqli olaraq açıq rəngə çalırlar. Podzollu, qırmızı və bəzi tropik və subtropik torpaqlarda üstünlük təşkil edirlər.
4. Humin – humusun ekstraksiya olmayan hissəsi kimi, tərkibi və xassələri. Münbitliyin formalaşmasında torpaqda mövcud olan üzvi maddələr xüsusi rola malikdirlər.Üzvi maddə həm torpaq üçün səciyyəvi olan əlamətlərin formalaşmasında, həm də torpaqda transformasiya, maddə axını və bitkinin qidalanması ilə bağlı müxtəlif proseslərin cərəyan etməsində mühüm rol oynayır. Torpaq münbitliyinin geniş təkrar istehsalının əsasında üzvi maddələrin biogeokimyəvi dövranı və onu təşkil edən ayrı-ayrı proseslər və mexanizmlər durur. O, təkcə üzvi maddələrin miqdarından və keyfiyyətindən deyil, müxtəlif qrup üzvi maddələrin iştirakı ilə baş verən maddələrin torpaqda çevrilmə intensivliyindən asılıdır. Humin – humusun ekstraksiya olmayan hissəsidir.İki tip birləşmələrlə təmsil olunmuşdur:
1) gilli minerallarla möhkəm bağlanmış humus maddələri (gilli-humuslu humin) ilə;
2) anatomik quruluşunu itirmiş və nisbətən sabit komponentlərlə, ilk növbədə liqninlə zənginləşmiş qismən parçalanmış bitki qalıqları (detrit humin) ilə.
4.Humatomelan turşular, tərkibi və xassələri. Son zamanlar humus maddəsinin əmələ gəlməsinin melanoid hipotezi meydana gəlmişdir. Melanooid-karbohidratlı amin turşuları və onun törəmələrinin tünd rəngli məhsullarına deyilir.