Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


C. Üzvi maddələrin sanitar – qoruyucu funksiyaları



Yüklə 0,65 Mb.
səhifə124/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   120   121   122   123   124   125   126   127   ...   161
t.kimya, 1,3

C. Üzvi maddələrin sanitar – qoruyucu funksiyaları.
10. Pestisidlərin mikrobioloji deqradasiyasının, parçalanmasının katalizatoru, sürətlədiricisi.
11. Çirkləndirici maddələrin torpaqda bərkidilməsi (sorbsiya, kompleksəmələgəlmə və s.), toksik maddələrin bitkiyə daxil olmasının məhdudlaşdırılması.
12. Toksik maddələrin miqrasiya qabiliyyətinin gücləndirilməsi.
Humus maddələrinin yanma istiliyi onları kalorimetrik üsulla yandırmaqla təyin edirlər. Bunun üçün tərəzidə çəkilmiş nümunəni təmiz halda benzoy turşusu ilə qarışdirdıqdan sonra kalorimetrdə yerləşdirilir, germetik (kip) formada ağzı bağlanır və oksigenlə təzyiq 25-30 kq/sm2 çatdırılır. Maddəni elektrik vasıtəsi ilə yandırırlar və temperaturanın yüksəlməsi ilə yanma istiliyi tapırlar. Hansı ki, bu rəqəm humus maddələri qrupu üçün 1500-2000-dən 5000-8000 kal/q arasında tərəddüd edir. Bu üsulu ilk dəfə AMEA akademiki S.A.Əliyev tətbiq etmiş və dünya alimləri tərəfindən çox yüksək səviyyədə qəbul edilmişdir. Humus maddələrinin element tərkibinə görə yanma istiliyini kolorimrtrik üsulla təyin edib, hesablamaq mümkündür. Bu hesablamanı isə dünya torpaqşünaslığında qəbul edilmiş S.A.Əliyev formulundan istifadə edirlər.
Q= 90[C ]+34,4[H]-50[0,87[O]-4][N])
Burada: Q-yanma istiliyi, kal/q; [C ],[H],[O],[N])- nümunədə faizlə miqdarı.

Bu deyilənlərlə üzvi maddələrin bütün funksiyaları bitmir. Onların əksəriyyəti kifayət qədər tədqiq edilməmişdir. Üzvi maddələrin ayrı-ayrı komponentlərinin bioloji fəallığı, katalizator xassələri və s. haqqında natamam məlumat vardır. Nəzərə almaq lazımdır ki, müxtəlif torpaqlarda, o cümlədən mədəniləşdirilmə səviyyəsi müxtəlif olan torpaqlarda müxtəlif qrupdan olan üzvi qalıqların ayrı-ayrı funksiyaların yerinə yetirilməsində rolu eyni deyildir. Torpaqlardan kənd təsərrüfatında istifadə olunmasının ilkin fazalarında aerasiyanın artması, minerallaşmanın intensivliyinin güclənməsi və torpağa daxil olan üzvi qalıqların azalması hesabına humus maddəsinin minerallaşması hesabına azad olan azotun miqdarı artır, üzvi qalıqlardan daxil olan azotun miqdarı isə azalmış olur. Bu proses nəticəsində humusun minerallaşma hesabına itirilməsi bu qrupdan olan birləşmələrin bitkinin azot ilə təmin edilməsində rolunun aşağı düşməsinə gətirib çıxaracaqdır.


Torpaqlardan kənd təsərrüfatı istehsalında istifadəsi zamanı torpaq profilndə humusun miqdarının tənzimlənməsi və onun tərkibinin dəyişdirilməsi, eyni zamanda üzvi və mineral hissə arsında müvazinətin müəyyən səviyyədə saxlanması zəruridir.
Humusun miqdarının və tərkibinin saxlanmasından ötrü aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulur: torpağa peyin və torf kompostlar şəklində kifayət qədər yüksək normada üzvi gübrələrin sistematik verilməsi, yaşıl gübrələrin tətbiqi (acı paxla, seradella və s.), ot əkinləri, turş torpaqların əhəgləşdirilməsi və şorakətlərin gipsləşdirilməsi, həmin torpaqlar üçün becərilmə və meliorasiyanın daha səmərəli vasitələri və s.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin