Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti


Humus turşularının yaranması haqqında hipotezalar



Yüklə 0,65 Mb.
səhifə127/161
tarix09.06.2023
ölçüsü0,65 Mb.
#127447
1   ...   123   124   125   126   127   128   129   130   ...   161
t.kimya, 1,3

2.Humus turşularının yaranması haqqında hipotezalar.
Torpağa daxil olmuş üzvi qalıqlar müxtəlif biokimyəvi və fiziki-kimyəvi çevrilmələrə məruz qalır. Nəticədə üzvi qalıqların çox hissəsi son məhsula kimi, əsasən də, CO2 və H2O və bəsit duzlara kimi oksidləşir. Üzvi qalıqların bir hissəsi ümumi şəkildə humuslaşma adlanan, mürəkkəb çevrilmələr prosesindən keçərək torpağın spesefik humus maddəsinin tərkibinə daxil olur. Ən ümumi şəkildə humuslaşma anlayışını biokimyəvi və fizikikimyəvi proseslərin məcmusu kimi dərk etmək mümkündür. Bu proseslər nəticəsində üzvi maddələrin bəzi ümumi xassələrə və quruluşa malik spesifik humus maddəsinə çevrilməsi baş verir. Bu ümumi xassələr “humus maddəsi” anlayışı təyin edilərkən sadalanmışdır. Qeyd edək ki, ədəbiyyatlarda səslənən “humuslaşma” və “humusəmələgəlmə” anlayışları eyni prosesi ifadə edir. Bəzi müəlliflər (L.N.Aleksandrov) “humuslaşma” anlayışını daha geniş nəzərdən keçirir, ona təkcə humus maddələrinin yaranması proseslərini deyil, onların transformasiyasını və tam minerallaşmaya qədər çevrilməsini də daxil edir. Humuslaşmanın əhəmiyyətli kəmiyyət göstəricisi – humuslaşma əmsalıdır (Əh). Humuslaşma əmsalı üzvi qalıqların tam parçalanması zamanı tərkibindəki karbonun humus maddəsinə daxil olan hissəsidir (və ya faizlə ifadəsidir). Humuslaşma əmsalı konkret şəraitdən – hidrotermik rejimdən, bitkinin botaniki və biokimyəvi tərkibindən və üzvi qalıqların dozasından və s. asılıdır. Humuslaşma əmsalı 1-10% və daha çox dəyişə bilir.
Bitki qalıqlarının müxtəlif komponentlərinin humusəmələgəlmə zamanı biokimyəvi transformasiyası kifayət qədər öyrənilməmişdir. Ona görə də bu prosesinin mövcud izahı hipotez səciyyəsi daşıyır.
3.Humufikasiyanın kinetik nəzəriyyəsi. Torpağın bioloji aktivlik dövrü.
D.S.Orlovanın nəzərincə, torpaqda humusəmələgəlmənin iki paralel istiqaməti, həm kondensasiya, həm də biokimyəvi oksidləşmə eyni zamanda baş verə bilər. Bu zaman yüksək bioloji fəallığın müşahidə edildiyi qaratorpaqlarda ilkin üzvi qalıqların dərindən parçalandığı kondensasiya yolu üstünlük təşkil edir. Bioloji fəallığın aşağı olduğu çimli-podzollu torpaqlarda üzvi qalıqların dərindən parçalanması müşahidə edilmir. Liqninin, zülalların, polisaxaridlərin, piqmentlərin iri fraqmentləri karboksilləşmə və demetoksilləşmə vasitəsilə tədricən humus maddələrinə transformasiya olunur. Hətta bu halda da humus və humuslaşmış turşularla kondensasiya və ya mübadilə reaksiyasına girən monomerlərin humuslaşmanın müxtəlif mərhələlərində iştirakını inkar etməyə əsas yoxdur. Torpaqda spesifik humus birləşmələrinin toplanması, D.S.Orlovanın fikrincə, konkret şəraitdə termodinamik və mikrobioloji baxımdan davamlı birləşmələrin müəyyən statistit “təbii seçməsinin” nəticəsidir. Bu zaman humusun toplanmasının səviyyəsi və onun keyfiyyət tərkibi humus molekullarının formalaşmasına və onların sonrakı deqradasiyasına gətirən ayrı-ayrı proseslərin kinetikiliyi ilə müəyyən edilir. Ona görə də bu nəzəriyyə humuslaşmanın kinetikliyi nəzəriyyəsi adlanır.
Müasir şəraitdə torpaqların kənd təsərrüfatında istifadəsi təşəkkül tapmış təbii müvazinətin pozulmasına gətirib çıxarır ki, bu da torpaqda humusun və onun ayrı-ayrı hissələrinin dəyişikliyinə səbəb olur. Məsələn, əkilən torpaqlarda bəzən humusun minerallaşma intensivliyi torpağa daxil olan üzvi qalıqların həcminin eyni zamanda azalması ilə müşahidə edilir ki, bu da humusun miqdarının azalmasına və münbitliyin aşağı düşməsinə gətirib çıxarır. Üzvi maddələrin torpaq münbitliyində oynadığı əhəmiyyətli rolu ilə əlaqədar əkinaltı torpaqların humus balansı və onun tənzimlənməsi aktuallıq kəsb eidr. Hər bir balans kimi humus maddələrinin torpaqdakı balansı da mədaxil və məxaric hissələrdən ibarətdir. Bu balansın düsturu aşağıdakı şəkildə formalaşdırıla bilər:

B = (VK +E+A + E+B) – (Min + E+A + E+B + M-B)


Burada, Vk – bitki qalıqlarının və üzvi gübrələrin hesabına üzvi qalıqların parçalanma məhsullarının torpaq humusuna çevrilməsi;
E+A – üzvi maddələrlə zənginləşmiş torpaq materialının aeral yolla daxil olması;
E+B – tərkibində humus olan torpaq materialının suvarma suyu vasitəsilə və ya su eroziyasının inkişafı nəticəsində daxil olması;
Min – torpaq humusunun minerallaşma nəticəsində itirilməsi;
EA – üzvi maddələrin külək eroziyası vasitəsilə aparılması;
E+B– üzvi maddələrin su eroziyası vasitəsi ilə aparılması;
MB - üzvi maddələrin torpaq daxili miqrasiya vasitəsilə aparılması.
Vk, E+A, E+B humus balansının mədaxil, Min, EA, EB, MB – isə məxaric hissəsini təşkil edir.
Torpaqlarda humus balansının tədqiqində məqsəd üzvi maddələrin sadalanan mənbələrinin keyfiyyətcə qiymətləndirilməsindən ibarətdir. Yalnız bunun əsasında müasir əkinçilik və meşəçilik təsərrüfatı şəraitində humus rejimini optimallaşdırmaq mümkündür.
Humusun defisitsiz balansını onun itkisinin qarşısını almağa xidmət edən eroziya əleyhinə tədbirlər sistemini həyata keçirməklə saxlamaq olar. Bura torpağın səmərəli becərilməsi qaydaları, üzvi və mineral gübrələrin sistematik verilməsi, əkin dövriyyəsinin, sideratların və s. tətbiqi daxildir. Torpaqda humusun defisitsiz balanslını təmin edən üzvi gübrələrin dozası torpağın tipindən, iqlim şəraitindən, əkin dövriyyəsindən və başqa amillərdən asılı olaraq dəyişir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin