Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər


XIV-XIX əsrin sonunu əhatə edən mərhələ



Yüklə 320,68 Kb.
səhifə12/33
tarix14.03.2022
ölçüsü320,68 Kb.
#53761
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
iriyev-Murad

2. XIV-XIX əsrin sonunu əhatə edən mərhələ. Bakı XIV əsrin ortalarında Qərblə Şərq arasında olan ticarət əlaqələrində çox mühüm rol oynayırdı. Elə bu səbəbə görə də burada karvansaraların tikilməsinə ehtiyac duyulurdu. Bu dövrdə Azərbaycanda bir çox karvansaral tikilmişdir və bu karvansaralar əvvəlkilərdən daha böyük olmasına görə fərqlənirdi. Bu karvansaralar haqqında ölkəmizə gəlmiş bir çox səyyah və tarixçilər qeydlər aparmışlar.Bunlardan bəziləri indiyə kimi hələ də qalmaqdadır. ( Fars, Buxara, Ləzgi, Multanı və s. )

Ölkəmizə müxtəlif dövrlərdə Marko Polo, Aleksandr Düma, Övliyyə Çələbi, Afanasi Nikitin Sadko, Fedor Kotov kimi səyyah tacir və diplomatlar səyahət etmişdir ki bu da Azərbaycanın dünyanın inkişaf prosesində nə qədər mühüm yer tutduğunu göstərir.

Bütün bu hadisələri göz önünə alaraq Böyük İpək Yolunun ölkəmizin turizmində nə qədər böyük rola malik olduğun görürük. Böyük İpək Yolunun digər mühüm xüsusiyyətləri isə xalqlar arası ticarətin genişlənməsi, xalqların mədəniyyətinin bir birlərinə keçməsinə, turizmin inkişafı kimi qonaqpərvərliyin yaranması olmuşdur. Bunlarla yanaşı Böyük İpək Yolu yaxınlığındakı yerlərdə iri şəhərlər salınmış, səyahətçilər və tacirlər üçün xüsusi tikililər tikilmiş, sənətkarlığın sahələri isə inkişaf etmişdir.

Bütün bu səbəblərə görə turizmin inkişafının müasir dövründə ümumilli liderimiz Heydər Əliyev Böyük İpək Yolunun bərpası haqqında qərar qəbul etmişdi. XVI əsrin sonlarında artıq ticarət üçün başqa yolların kəşf edilməsi nəticəsində Böyük İpək Yolu get-gedə unudulur və onun fəaliyyəti iflasa uğrayırdı. Bu da öz növbəsində İpək Yolu üzərində yerləşən şəhərlərdəki karvansaralarının fəaliyyətinə də təsir göstərir və onları zəiflədirdi. Bu hadisələrə baxmayaraq Bakı, Azərbaycanda və digər Yaxın və Orta Şərq ölkərində əsas ticarət mərkəzlərindən biri kimi tanınırdı. Bunun əsas səbəblərindən biri də Bakıda becərilən bir çox məhsulların quru və su yolu ilə daşınması idi ki, bu da feodal münasibətlərinin inkişafında mühüm rol oynayırdı. Artıq XVII-XIX əsrdə tikilən karvansaraların sayı 100dən çox idi. XIX əsrdə Bakıda bir çox bankların, kredit müəssisələrinin, gecələmə yerlərinin istifadəyə verilməsi bu dövrdə Bakıda ictimai və inzibati müəssisələrin inkişafını göstərirdi. Həmçinin, bu dövrdə Bakıda neftin çıxarılması xəbərləri xarici ölkələrdən gələnlərin sayında xeyli artımlara səbəb oldu ki, bu da xidmət sektorunun yaranmasına öz təsirini göstərdi. Bu dövrdə artıq konsulluqların yaranması da müşahidə olunurdu.




Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin