3. XIX əsrin sonu XX əsrin ortalarına qədər olan mərhələ. XIX əsrin sonu XX əsrin əvvəllərində artıq Bakıda bir çox tikililərdə yenidənqurma işləri aparılırdı. Xüsusilə də karvansaralar bura gələnlərin rahatlığı üçün mehmanxanalara çevrilirdi. XX əsrin əvvəllərində artıq qonaqlara xidmət edən bir çox mehmanxanalar fəaliyyət göstərirdi.
1929-cu ildə bir sıra cəmiyyətlərlə yanaşı “Proletar Turizm Cəmiyyəti”də yaradılmışdı ki, onun diyarşünaslıq, turizmə ictimai hərəkat forması vermək,turizmin inkişafı kimi bir sıra məqsədləri var idi. Zəhmətkeşlərin əsasən aztəminatlı təbəqisini əhatə etmək, onların siyasi və mədəni səviyyəsini artırmaq, turizmi genişləndirmək cəmiyyətin əsas məqsədlərindən idi. Bakıda artıq 1922-ci ildən başlayaraq bir sıra ekskursiya dərnəkləri yaranmağa başladı.Bu dərnəklərin yaranmasının əsas məqsədi neft mədənləri, fabrik və müxtəlif zavodlarda işləyən fəhlələrin digər istehsal sahəsi ilə tanış olması idi. Xəzər sahilində yerləşən bir çox adaya istitrahət məqsədli ekskursiyalar təşkil olunurdu ki, bunlara Pirallahı, Mərdəkan, Buzovna kimi adaları misal gətirə bilərik. Bu illərdə istirahət məqsədilə bu adalara dörd yüzdən çox ekskursiya təşkil olunmuşdu.
Bu dövrlərdə artıq turizm-ekskursiya sahəsi planlaşdırılmış və mərkəzləşdirilmiş maliyyə əsasında fəaliyyət göstərirdi ki, bu da bu sektoru əvvəlki illərdən fərqləndirirdi. Artıq bu dövrdə kiçik turlar təşkil olunmağa başlanmışdı. Hətta həmin dövrdə Azərbaycanın bir çox bölgələrində turizm tədbirləri təşkil olunurdu.
Bütün SSRİ-də olduğu kimi Azərbaycanın da turizm sektoru İkinci Dünya Müharibəsindən sonra donmuşdu.
Dostları ilə paylaş: |