Gəncə-Qazax turizm bölgəsi. Azərbaycanın böyüklüyünə görə ikinci ən böyük şəhəri Gəncədir. Şəhər qədim zamanlardan özünəməxsus üslubu ilə fərqlənmiş, Ön Asiya və Yaxın Şərqin qədim mədəni və siyasi mərkəzlərindən biri olmuşdur. Bura özünəməxsus memarlığı, kitabxanaları, sarayları və s. ilə tanınmışdır. Xüsusi memarlıq üslubu ilə insanları valeh edən abidəri və tikililəri: “Qazaxlar məscidi”, “Cümə Məscidi”, “Nizami məqbərəsi”, “Şeyx İbrahim məqbərəsi”, “Gəncə qapıları”, “Karvansara”, “Qızıl Hacılı məscidi”, “İmamzadə tikililər kompleksi” diqqət çəkir.
26 km Gəncə şəhərindən cənubda, 1565 m dəniz səviyyəsindən yüksəklikdə turistləri valeh edən Qafqazın ən gözəl göllərindən biri Göy göl yerləşir. 1925-ci ilədən Göy göl ətrafındakı meşə sahələri ilə birlikdə: 1731 hektarlıq sahə, qoruq elan olunmuşdur. Göy öldən bir neçə kilometr aralıda turistlərin dicəlməsi və itirahət etməsi üçün Hacıkənd kurort zonası yerləşir.
Gəncə şəhərindən qırx yeddi kilometr aralıda Naftalan kurort zonası yerləşir. Müalicəvi neftə malik olan bu zonada tursitlərin dincəlməsi və sağlamlıqlarını bərpa etməsi üçün lazım olan şərait yaradılmışdır.
Şəhərdən şimal-qərb istiqamətində tarixi-memarlıq abidələri ilə məşhur olan Qazax inzibati rayonu yerləşir. Daş Salahlı kəndində yüzdən atıq mağara, Musakey kəndində dörd tarixi türbənin məlum oldöuğu arxeoloji tapıntılar zamanı aşkarlanmışdır. Kəntdən bir qədər aralıda “Koroğlu” adlandırılan qüllə mövcuddur. Rayonun digər görməli yerlərindən isə, “Şəkər qalası” , “Poylu kənd türbələri”, “Kazım”, “Qatır” və “Qızıl Hacılı” körpüləri, Xramçay üzərindəki “Sınıq körpü” fərqlənir. Rayonun inzibati mərkəzi olan Qazax şəhəri turistlərin diqqətini tarixi xalçaçılıq sənəti və xüsusi cins atları ilə çəkir.
Bakıdan 323 km məsafədə, Kür çayının sahilində mənzərəli yerdə Mingəçevir şəhəri yerləşir. Yerli və xarici turistlərin xoşuna gələn Mingəçevir şəhərində 350 yerlik mehmanxana, 235 yerlik Günəşli turist bazası buraya gələn qonaqlar üçün yerləşmə məkanlarıdır. Burada həmçinin Kürün sahilində Kür avarçəkmə Olimpiya bazası yerləşir.
Dostları ilə paylaş: |