2020-ci ilə qədər olan strateji baxış. 2020-ci ilə qədər olan dövrdə Bakı şəhərinin mövcud mədəni-tarixi abidələrin və müasir infrastrukturunun daha səmərəli istifadə edilməsi və bununla əlaqədar görüləcək tədbirlərinin daha məqsədli şəkildə istiqamətli təşkil edilməsi məqsədi ilə şəhərin brendinin və marketinqinin idarə mexanizmlərinin inkişaf etdirilməsi, müxtəlif seqmentlərə girən turist maraqlarının qarşılanması məqsədiylə viza verilməsi əməliyyatlarının sadələşdirilməsi, sürətləndirilməsi, ayrıca hava əlaqəsinin yaxşılaşdırılması kimi dəstək tədbirlərinin tətbiq olunması ilə ölkədə əlverişli mühitin yaradılması, regional turizmin inkişafı məqsədi ilə regionlarda müxtəlif turizm növlərinin inkişaf etdirilməsi və bunun üçün lazımi mühitin yaradılması, turistlərin məmnunluğunu artırılması və daha keyfiyyətli turizm sisteminin yaradılması üçün təhsil proqramlarına investisiya və turizm sektorunda standartlaşdırma və sertifikatlaşdırma sistemi inkişaf etdiriləcəkdir.