Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə18/33
tarix14.03.2022
ölçüsü320,68 Kb.
#53761
1   ...   14   15   16   17   18   19   20   21   ...   33
iriyev-Murad

Göstərici

2017

2016

2015

2014

2013

2012

 Səfərlərin məqsədinə görə yerləşdirilmiş turistlərin sayı (nəfər)

1414708.0 

1122068.0 

838145.0 

672345.0 

666348.0 

624924.0 

 Istirahət, əyləncə (nəfər)

813386.0 

565738.0 

256285.0 

237506.0 

226464.0 

225646.0 

 Işgüzar səfər (nəfər)

212519.0 

258299.0 

275896.0 

206234.0 

232796.0 

247304.0 

 Müalicə (nəfər)

19086.0 

11450.0 

68896.0 

70981.0 

45060.0 

15145.0 

 Digər turizm məqsədilə (nəfər)

75619.0 

33814.0 

37282.0 

35922.0 

42617.0 

32863.0 

 Sair məqsəd ilə gələnlər (nəfər)

294098.0 

252767.0 

199786.0 

121702.0 

119411.0 

103966.0 

Səfərlərin məqsədlərinə görə yerləşdirilmiş şəxslərin sayı

Mənbə: www.stat.qov.az 2018


Son 4 ildə ölkəyə gələn turist sayında ki artım, turizmin ÜDM-də payının artmasına səbə olmuşdur. 2016-cı ildəki turizmin ÜDM-dəki payı, dünya üzrə səyahət və turizmin ÜDM-dəki payının orta statistiq göstəricisini keçmişdir. Avropa və Mərkəzi Asiyada turizm daha sıx olduğundan orta statistik göstəricilərə görə ən böyük paya buraya aid olan ölkələr daxildir.
Səyahət və Turizmin ÜDM-dəki orta statistik payı, ABŞ dolları (milyardlarla)

Mənbə: www.tcdata360.worldbank.org


İldən ilə səfər etmək və istirahət etmək istyənlərin sayı daha sürətlə artır. 2028-ci il üçün nəzərdə tutulmuş və planlaşdırılmış Səyahət və turizmin ÜDM-dəki orta statistik payının Dünya dövlətləri üçün 2,5 milyard ABŞ dolları, Avropa və Mərkəzi Asiya dövlətləri üçün 3.8 milyard ABŞ dolları, Azərbaycan üçün isə 3,06 milyard ABŞ dolları olacağı gözlənilir.
2.3 Turizm potensialının formalaşmasına kömək edən mənbələr və onların təhlili

Azərbaycan respulikası ərazində müxtəlif turizmnövləri inkişaf etmişdir. Müalicə turizmi, əhəmiyyətli isti mineral bulaqlarla zəngin olan ölkəmiz üçün xarakterik olsa da, mövcud potensial baxımından çox səmərəsiz turizm xidmətidir. Statistik məlumatlara baxdığımızda, müalicə turizmi növü üçün ölkəyə gələn xarici vətəndaşların sayı ümumi turizminin 2% -ni təşkil edir. Bu isə ptensial baxımdan ölkə üçün 1500-dən çox mineral və termal su mənbəyi, terapevtik əhəmiyyətə malik olan dörd palçıq vulkanları və müalicə əhəmiyyətli neftin əsas mənbəyi olan ölkə üçün aşağı göstərici sayılır. Mineral suları olan torpaqların potensial imkanlarını təhlil etdikdə ölkəmizin Masallı, Lənkəran, Astara, Şuşa, Gədəbəy, Kelbəcər, Naxçıvan, Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrini əhatə etdiyini görürük. Bununla yanaşı Bakı-Abşeron, Şirvan, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara, Qarabağ və Naxçıvan turizm bölgələrində müxtəlif turizm növləri: dini turizm, müalicəvi turizm, dicəlmə və əyləncə turizmi, ekoloji turizm, konqres turizm (tarixi yerlərə, abidələrə edilən səfərlər), qış və xizək turizmi, aqroturizm və s. inkişaf etmişdir.




Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin