1
TƏKRAR ƏLİLLİK HADİSƏLƏRİ ZAMANI QAN DÖVRANI SİSTEMİ
XƏSTƏLİKLƏRİNİN ROLU
Şirəliyeva R.K., Əliyev R.R., Sadıxova Z.M., Həsənov R.L., Quliyeva A.İ.,
Məmmədova M.N.
Ə.Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Sinir
xəstəlikləri kafedrası, Bakı
Təqdim edilmiş tədqiqat işinin məqsədi Respublikamızın şimal-şərq regionunda (Quba-Xaçmaz
iqtisadi rayonu) qan dövranı sistemi xəstəlikləri (QDSX) ilə bağlı təkrar əlillik hadisələrinin
araşdırılması olmuşdur. Rayonda 2007-2008-ci illər ərzində təkrar əlilliyə səbəb olmuş
xəstəliklər haqqında məlumatlar regional tibbi sosial ekspert komissiyalarının idarələrinin əlilləri
müayinə aktlarından əldə edilmişdir. Bütün xəstəlik sinifləri arasında QDSX ilə təkrar əlil kimi
qeydiyyata götürülənlərin payı ruhi pozulmalar və davranış pozulmalarından sonra ikinci yerdə
olmuşdur – 11,2±0,3%. QDSX rubrikası ilə təkrar əlil kimi qeydiyyata alınanların 36,8±1,2%-i
ÜİX, 14,7±0,9%-i hipertoniya xəstəliyi (HX), 26,95±1,1%-i ürəyin xroniki revmatik xəstəliyi
(ÜXRX), 6,6±0,6%-i SVX-dən əziyyət çəkmişlər. Əlillərin 14,95±0,9%-i isə bu rubrikada təsnif
edilən digər xəstəliklərlə (arteriyaların, arteriolların və kapillyarların xəstəlikləri, digər
dəqiqləşdirilməmiş QDSX) qeydiyyata alınmışdır. Təkrar əlillərin 37,8±0,4%-i şəhər yerlərində,
62,2±0,4%-i isə kənd yerlərində məskunlaşmışdır. Şəhər yerlərində təkrar əlillər (11,9±0,4%)
arasında QDSX rubrikasında qeydiyyata alınanların xüsusi çəkisi, kənd yerləri ilə (10,7±0,3%)
müqayisədə yüksək olmuşdur (P<0,05). Təkrar əlillərin böyük hissəsi – 86,8±0,3% II qrupa daxil
edilmişdir. QDSX rubrikasında digər rubrikalarla müqayisədə cavan yaşlarda (18-29 və 30-35
yaş qrupları) təkrar əlil kimi qeydiyyata götürülənlərin xüsusi payı az olmuşdur (7,1±0,6% və
6,2±0,6%). Bunun əksinə olaraq, QDSX ilə təkrar əlillərin 36 yaşdan yuxarı yaş qrupunda xüsusi
çəkisi ən yüksək olmuşdur – 86,8±0,8%. QDSX rubrikasında təkrar əlil kimi qeydiyyata alınan
kişilərin xüsusi çəkisi qadınlardan yüksək olmuşdur – 58,0±1,2% və 42,0±1,2% (P<0,05). QDSX
ilə bağlı təkrar əlilliyin səviyyəsi regionda əhəmiyyətli dərəcədə yüksəkdir və bu problem bir çox
dövlətlərdə olduğu kimi aktual olaraq qalır.
Açar sözlər: qan dövranı sistemi xəstəlikləri, serebrovaskulyar xəstəliklər, təkrar əlillik.
Müasir səhiyyənin aparıcı vəzifələrindən biri əhalinin xəstələnməsi, ölümü
və əlilliyinin əsas səbəblərini təyin etmək və qarşısını almaqdır [1,2,3]. İlk növbədə
bu, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə axırıncı onilliklərdə xəstələrin
müraciətlərinin, əlilliyin və ölümün strukturunda əsas aparıcı yerlərdən birini tutan
qan dövranı sistemi xəstəliklərinə (QDSX) aid edilir [1,2,4]. Son zamanlar
Respublikamızda da digər ölkələrdə olduğu kimi QDSX-nin sosial ağırlığı artır
[5,6]. Postsovet ölkələri ilə müqayisədə Azərbaycanda ÜİX ilə bağlı ölüm
göstəricisi yüksək, SVX-lə bağlı ölüm göstəricisi isə orta səviyyədədir [7].
Problemin aktuallığını nəzərə alaraq təqdim edilmiş tədqiqat işinin məqsədi
Respublikamızın şimal-şərq regionunda (Quba-Xaçmaz iqtisadi rayonu) QDSX ilə
2
bağlı təkrar əlillik hadisələrinin araşdırılması və ilkin əlillik hadisələri ilə
müqayisəsi olmuşdur.
Tədqiqatın material və metodu. Tədqiqat 2007-2008-ci illər ərzində
aparılmışdır. Rayonda bu illər ərzində təkrar əlilliyə səbəb olmuş xəstəliklər
haqqında məlumatlar regional tibbi sosial ekspert komissiyalarının (TSEK)
idarələrinin əlilləri müayinə aktlarından əldə edilmişdir. Əhalinin sayı haqqında
informasiya Dövlət Statistika İdarəsinin materialı əsasında müəyyənləşdirilmişdir
[8]. Tədqiqat materialları Microsoft Office Excel 2007 proqramının köməkliyi ilə
statistik işlənmişdir.
Region haqqında qısa məlumat. Quba-Xaçmaz iqtisadi rayonu
Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Siyəzən, Şabran, Quba, Qusar və
Xaçmaz inzibati rayonlarını əhatə edir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min
kv.km olmaqla ölkə ərazisinin 8,8%-ni təşkil edir. Rayon özünəməxsus relyef
xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4
hündürlük (26 metrdən 4466 metrədək) zonasına – düzənliklər, dağətəyi, orta
dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara
müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq
zona soyuq-rütubətli və soyuq iqlim şəraitinə malikdir [9]. Relyef xüsusiyyətləri və
iqlim şəraiti sanki respublikanın kiçildilmiş modelini xatırladır.
Azərbaycan Respublikası əhalisinin 2009-cu il siyahıya alınmasının
yekunlarına əsasən region əhalisinin ümumi sayı 488741 min nəfər olmaqla ölkə
əhalisinin 5,48%-ni, təşkil edir. Əhalinin 33,99%-i (166,105 min nəfər) şəhərlərdə,
66,01%-i (322,636 min nəfər) kəndlərdə yaşayır. Ən çox şəhər əhalisi Siyəzən
rayonunda (65,6%), kənd əhalisi isə Quba rayonunda (75,11%) cəmlənmişdir.
Əhalinin 49,84%-ni (243,575 min nəfər) kişilər, 50,16%-ni (245,166 min nəfər)
qadınlır təşkil edir. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv.km.-də 63,8 nəfər
təşkil edir, bu da Respublikamızda eyni adlı göstəricidən aşağıdır. Azərbaycanda
hər kv.km.-ə düşən əhalinin sayı – 103,0 [8]. Rayonun relyef-iqlim
xüsusiyyətlərindən asılı olaraq əhali əsasən Xəzər dənizinin sahillərində yerləşən
düzənlik ərazilərdə məskunlaşmışdır [9]. Region əhalisinin 62,6%-ni
3
azərbaycanlılar, 22,4%-ni ləzgilər, 2,1%-ni tatlar, 1,9%-ni türklər, 0,7%-ni
yəhudilər, 0,5%-ni ruslar, 9,8%-ni digər millətlər (tatarlar, ukraynalılar, kürdlər,
talışlar, gürcülər, saxurlar, avarlar və s.) təşkil edir. Ləzgilər əsasən Qusar
rayonunda, türklər və tatlar isə Xaçmaz rayonunda daha çox məskunlaşıblar.
Tədqiqatın nəticələri. 2007 və 2008-ci illər ərzində Quba-Xaçmaz iqtisadi
rayonunda təkrar əlilliyin səviyyəsi müvafiq olaraq 160,14±1,81
0
/
000
və
152,58±1,76
0
/
000
olmuşdur. Təkrar əlilliyin nozoloji səbəbləri arasında QDSX-nin
payı 11,2±0,3% təşkil etmişdir.
Cədvəl 1-də tədqiqat aparılan illər ərzində regionda təkrar əlil kimi
qeydiyyata alınan şəxslərin xəstəlik siniflərinə görə bölünməsi göstərilmişdir.
Cədvəl 1
Quba-Xaçmaz iqtisadi rayonunda təkrar əlillərin xəstəlik siniflərinə görə xüsusi
çəkisi (2007-2008-ci illər)
Xəstəlik sinifləri və xəstəliklərin adı
Əlillər
m
%
Ruhi pozulmalar və davranış pozulmaları
1846
12,2±0,3
Qan dövranı sistemi xəstəlikləri
1692
11,2±0,3
O cümlədən ÜİX
622
4,1±0,2
O cümlədən hipertoniya xəstəliyi
249
1,6±0,1
O cümlədən ürəyin xroniki revmatik xəstəlikləri
456
3,0±0,1
O cümlədən SVX
112
0,74±0,07
O cümlədən digər QDSX
253
1,8±0,1
Sinir sistemi xəstəlikləri
1685
11,1±0,3
Travma, zəhərlənmə və xarici amillərin digər təsirləri
1318
8,7±0,2
Həzm üzvlərinin xəstəlikləri
1260
8,3±0,2
Tənəffüs üzvlərinin xəstəlikləri
1020
6,7±0,2
Göz və əlavə apparatın xəstəlikləri
931
6,2±0,2
Endokrin sistemi xəstəlkləri
820
5,4±0,2
Bədxassəli şişlər
451
3,0±0,1
4
Digər xəstəliklər
4126
27,2±0,36
Cəmi
15149
1,6±0,01
Qeyd: m – mütləq rəqəm (burada və sonrakı cədvəllərdə).
Cədvəl 1-dən göründüyü kimi, bütün xəstəlik sinifləri arasında QDSX ilə
təkrar əlil kimi qeydiyyata götürülənlər ikinci yerdə durmuşdur – 11,2±0,3%
(P<0,05). Birinci yeri ruhi pozulmalar və davranış pozulmaları – 12,2±0,3%,
sonrakı yerləri müvafiq olaraq, sinir sistemi xəstəlikləri – 11,1±0,3%, travma,
zəhərlənmə və xarici amillərin digər təsirləri – 8,7±0,2%, həzm sistemi xəstəlikləri
– 8,3±0,2%, və s. tutmuşdur.
Cədvəl 2-dən göründüyü kimi QDSX rubrikası ilə təkrar əlil kimi
qeydiyyata alınanların 36,8±1,2%-i ÜİX, 14,7±0,9%-i hipertoniya xəstəliyi (HX),
26,95±1,1%-i ürəyin xroniki revmatik xəstəliyi (ÜXRX), 6,6±0,6%-i SVX-dən
əziyyət çəkmişlər. Əlillərin 14,95±0,9%-i isə bu rubrikada təsnif edilən digər
xəstəliklərlə (arteriyaların, arteriolların və kapillyarların xəstəlikləri, digər
dəqiqləşdirilməmiş QDSX) qeydiyyata alınmışdır.
Cədvəl 2
QDSX rubrikasında təkrar əlilliyin səbəbləri (2007-2008-ci illər)
Qan dövranı sistemi xəstəlikləri
Əlillər
m
%
Ürəyin işemik xəstəliyi
622
36,8±1,2*
Hipertoniya xəstəliyi
249
14,7±0,9
Ürəyin xroniki revmatik xəstəliyi
456
26,95±1,1
Serebrovaskulyar xəstəliklər
112
6,6±0,6
Digər QDSX
253
14,95±0,9
Cəmi
1692 100,0
Qeyd: ⃰ – P<0,01 (QDSX qrupuna daxil olan bütün xəstəliklərlə müqayisədə).
Tədqiqat aparılan illər ərzində təkrar əlillərin 37,8±0,4%-i (5731) şəhər
yerlərində, 62,2±0,4%-i (9418) isə kənd yerlərində məskunlaşmışdır. Cədvəl 3-dən
göründüyü kimi, şəhər yerlərində təkrar əlillər (11,9±0,4%) arasında QDSX
5
rubrikasında qeydiyyata alınanların xüsusi çəkisi, kənd yerləri ilə (10,7±0,3%)
müqayisədə yüksək olmuşdur (P<0,05).
Cədvəl 3
Quba-Xaçmaz iqtisadi rayonunda xəstəlik siniflərinə görə təkrar əlillərin şəhər və
kənd yerlərində xüsusi çəkisi (2007-2008-ci illər)
Xəstəlik sinifləri və xəstəliklərin adı
Şəhər yerlərində
Kənd yerlərində
m
%
m
%
Qan dövranı sistemi xəstəlikləri
681
11,9±0,4
1011
10,7±0,3⃰
O cümlədən ÜİX
235
4,1±0,3
387
4,1±0,2
O cümlədən HX
102
1,8±0,2
147
1,6±0.1
O cümlədən ÜXRX
191
3,3±0,2
265
2,8±0,2
O cümlədən SVX
34
0,6±0,1
78
0,8±0,1
O cümlədən digər QDSX
119
2,08±0,2
134
1,4±0,12
Göz və əlavə apparatın xəstəlikləri
362
6,3±0,3
569
6,04±0,3
Ruhi pozulmalar və davranış pozulmaları
580
10,1±0,4
1266
13,44±0,4⃰
Travma, zəhərlənmə və xarici amillərin digər təsirləri
492
8,6±0,4
826
8,8±0,3
Sinir sistemi xəstəlikləri
703
12,3±0,4
982
10,43±0,3⃰
Həzm üzvlərinin xəstəlikləri
535
9,3±0,4
725
7,7±0,3⃰
Bədxassəli şişlər
203
3,5±0,2
248
2,6±0,2⃰
Endokrin sistemi xəstəlkləri
430
7,5±0,4
390
4,1±0,2⃰
Tənəffüs üzvlərinin xəstəlikləri
355
6,2±0,3
665
7,1±0,3⃰
Digər xəstəliklər
1390
24,3±0,7
2736
29,1±0,47
Cəmi
5731
100
9418
100
Qeyd: ⃰ – P<0,05 (şəhər və kənd yerlərində bir-biri ilə müqayisədə)
Şəhər və kənd yerlərində xəstəlik sinifləri üzrə təkrar əlillərin xüsusi çəkisi
müqayisə edilərkən aydın olmuşdurki, ruhi pozulmalar və davranış pozulmaları
(10,1±0,4% və 13,44±0,4%) və tənəffüs üzvlərinin xəstəlikləri (6,2±0,3% və
7,1±0,3%) daha çox kənd yerlərində müşahidə edilmişdir (P<0,05). Travma,
zəhərlənmə və xarici amillərin digər təsirləri müqayisəsi zamanı statistik dürüst
fərq aşkarlanmamışdır. Sinir sistemi xəstəlikləri, həzm üzvlərinin xəstəlikləri,
6
bədxassəli şişlər və endokrin sistemi xəstəlkləri daha çox kənd yerlərində rast
gəlinmişdir (P<0,05).
Əlillik dərəcələrinə görə bölgü zamanı məlum olmuşdur ki, təkrar əlillərin
böyük hissəsi – 86,8±0,3% II qrupa daxil edilmişdir (Cədvəl 4). Bütün xəstəlik
siniflərində II qrup əlil kimi qeydiyyata alınanlar üstünlük təşkil etmişdir.
Cədvəl 4
Təkrar əlillərin əlillik dərəcələri (2007-2008-ci illər)
Xəstəlik
sinifləri
və
xəstəliklərin adı
m
Əlillik dərəcələri
I
II
III
m
%
m
%
m
%
QDSX
1692
36
2,1±0,4
1529
90,4±0,7
127
7,5±0,6
O cümlədən ÜİX
622
6
1,0±0,4
577
92,8±1,0
39
6,2±1,0
O cümlədən HX
249
11
2,4±1,0
234
94,0±1,5
4
3,6±1,2
O cümlədən ÜXRX
456
5
1,1±0,5
427
93,6±1,2
24
5,3±1,1
O cümlədən SVX
112
11
9,8±2,8
85
75,9±4,0
16
14,3±3,3
O cümlədən digər QDSX
253
3
1,2±0,7
206
81,4±2,5
44
17,4±2,4
Göz və əlavə apparatın x-ləri
931
100
10,7±1,0
743
79,8±1,3
88
9,5±1,0
Ruhi pozulmalar və davranış
pozulmaları
1846
12
0,7±0,8
1617
87,6±0,8
217
11,7±0,8
Travma, zəhərlənmə və xarici
amillərin digər təsirləri
1318
19
1,4±0,3
959
72,7±1,2
340
25,9±1,2
Sinir sistemi xəstəlikləri
1685
55
3,3±0,4
1427
84,7±0,9
203
12±0,8
Həzm üzvlərinin xəstəlikləri
1260
0
0
1147
91,0±0,8
113
9±0,8
Bədxassəli şişlər
451
20
4,4±1,0
405
89,8±0,5
26
5,7±1,1
Endokrin sistemi xəstəlkləri
820
8
1,0±0,4
758
92,4±0,9
54
6,6±0,9
Tənəffüs üzvlərinin x-əri
1020
1
0,1±0,1
961
94,2±0,7
58
5,7±0,7
Digər xəstəliklər
4126
40
1±0,15
3610
87,5±0,5
476
11,5±0,5
7
Cəmi
15149 291
1,9±0,1
13156 86,8±0,3
1702 11,2±0,3
Tibbi sosial ekspert komissiyasının yaşa görə bölgüsündə xəstələr 18-29, 30-
35 və 36 yaşdan yuxarı qruplara ayrılmışdır (Cədvəl 5). Göründüyü kimi, ümumi
xəstələr kontingentində təkrar əlil kimi qeydiyyata götürülənlərdə 18-29 yaş
qrupunda ruhi pozulmalar və davranış pozulmaları və sinir sistemi xəstəlikləri ilə
olanların xüsusi çəkisi demək olar ki, eyni olmuşdur və daha çox rast gəlinmişdir –
22,6±1,0% və 22,5±1,0% (P<0,05). Sonrakı yerləri isə travma, zəhərlənmə və
xarici amillərin digər təsirləri; göz və əlavə apparatın xəstəlikləri və tənəffüs
üzvlərinin xəstəlikləri ilə qeydiyyatda olan əlillər tutmuşdurlar. QDSX
rubrikasında digər rubrikalarla müqayisədə cavan yaşlarda (36 yaşa qədər) təkrar
əlil kimi qeydiyyata götürülənlərin xüsusi payı az olmuşdur (7,1±0,6% və
6,2±0,6%). Bunun əksinə olaraq, QDSX ilə təkrar əlillərin 36 yaşdan yuxarı yaş
qrupunda xüsusi çəkisi ən yüksək olmuşdur – 86,8±0,8%. Bədxassəli şişlərdən
başqa digər rubrikalarla müqayisədə bu fərq statistik dürüst olmuşdur (P<0,05).
Cədvəl 5
Təkrar əlillərin yaşa görə bölünməsi (2007-2008-ci illər)
Xəstəlik sinifləri və xəstəliklərin adı
Yaş
18-29
30-35
36<
m
%
m
%
m
%
Cəmi
15149 2382 15,7±0,3
1710 11,3±0,3 11057 73,0±0,4
Ruhi pozulmalar və davranış
pozulmaları
1846
418
22,6±1,0
242
13,1±0,8 1186
64,3±1,1
Sinir sistemi xəstəlikləri
1685
379
22,5±1,0
171
10,2±0,7 1135
67,3±1,2
Endokrin sistemi xəstəlikləri
820
61
7,4±0,9
91
11,1±1,1 668
81,5±1,4
Göz
və
əlavə
apparatın
xəstəlikləri
931
217
13,3±1,1
119
12,8±1,1 595
73,9±1,4
Həzm üzvlərinin xəstəlikləri
1260
96
7,6±0,8
103
8,2±0,8
1061
84,2±1,0
8
Cədvəl 6-da təkrar əlillərin cinsə görə bölünməsi göstərilmişdir. Təkrar
əlillər arasında kişilər qadınlara nisbətən çoxluq təşkil etmişdir (P<0,05). Travma,
zəhərlənmə və xarici amillərin digər təsirləri rubrikasında təkrar əlil kimi
qeydiyyatda olanlar arasında digər rubrikalarla müqayisədə kişilərin xüsusi çəkisi
daha yüksək olmuşdur. Təkrar əlil kimi qeydiyyata alınan kişilərin xüsusi çəkisinin
yüksək olduğu ikinci rubrika ruhi pozulmalar və davranış pozulmaları olmuşdur –
62,4±1,1%.
Cədvəl 6
Təkrar əlillərin cinsə görə bölünməsi
(2007-2008-ci illər)
Xəstəlik sinifləri və xəstəliklərin adı
Cinsə görə
K
Q
m
%
m
%
Cəmi
15149 8695
57,4±0,4
6454 42,6±0,4*
Ruhi pozulmalar və davranış
pozulmaları
1846
1152
62,4±1,1
694
37,6±1,1*
Əsəb sistemi xəstəlikləri
1685
909
53,9±1,2
776
46,1±1,2*
Endokrin sistemi xəstəlikləri
820
201
24,5±1,5
619
75,5±1,5*
Göz və əlavə apparatın xəstəlikləri
931
555
59,6±1,6
376
40,4±1,6*
Tənəffüs üzvlərinin xəstəlikləri 1020
100
9,8±0,9
113
11,1±1,0 807
79,1±1,3
Bədxassəli şişlər
451
38
8,4±1,3
29
6,4±1,2
384
85,2±1,7
Travma, zəhərlənmə və xarici
amillərin digər təsirləri
1318
209
15,8±1,0
216
16,4±1.0 893
67,8±1,3
QDSX
1692
120
7,1±0,6
104
6,2±0,6
1468
86,8±0,8
Digər xəstəliklər
4126
744
18,0±0,6
522
12,7±0,5 2860
69,3±0,7
9
Həzm üzvlərinin xəstəlikləri
1260
632
50,2±1,4
628
49,8±1,4
Tənəffüs üzvlərinin xəstəlikləri
1020
496
48,6±1,6
524
51,4±1,6
Bədxassəli şişlər
451
166
36,8±2,3
285
63,2±2,3*
Travma, zəhərlənmə və xarici
amillərin digər təsirləri
1318
1064
80,7±1,1
254
19,3±1,1*
QDSX
1692
982
58,0±1,2
710
42,0±1,2*
Digər xəstəliklər
4126
2538
61,5±0,8
1588 38,5±0,8*
Qeyd: ⃰ – P<0,05 (cinsə görə fərq)
Nəticələrin müzakirəsi. Bütün xəstəlik sinifləri arasında QDSX ilə təkrar
əlil kimi qeydiyyata götürülənlərin payı ruhi pozulmalar və davranış
pozulmalarından sonra ikinci yerdə olmuşdur – 11,2±0,3%. Sinir sistemi
xəstəlikləri üçüncü yerdə durmuşdur – 11,1±0,3%. Bu göstəricilər digər
xəstəliklərlə müqayisədə statistik dürüst fərq nümayiş etdirmişdir (P<0,05).
Məlumdur ki, regionda ilkin əlil kimi qeydiyyata götürülənlər arasında QDSX
birinci yerdə durur – 14,0±0,7% (P<0,05) [6]. Şəhər yerlərində QDSX rubrikasında
təkrar əlil kimi qeydiyyata alınanların xüsusi çəkisi kənd yerləri ilə müqayisədə
yüksək olmuşdur – 11,9±0,4% və 10,7±0,3% (P<0,05). QDSX ilə qeydiyyatda
olan ilkin əllilərin isə şəhər və kənd yerlərində xüsusi çəkisi eyni olmuşdur [6].
QDSX ilə təkrar əlillərin 36 yaşdan yuxarı yaş qrupunda xüsusi çəkisi digər
xəstəliklərlə müqayisədə ən yüksək olmuşdur – 86,8±0,8%. QDSX rubrikasında
təkrar əlil kimi qeydiyyata alınan kişilərin xüsusi çəkisi qadınlardan yüksək
olmuşdur – 58,0±1,2% və 42,0±1,2% (P<0,05). Həzm üzvlərinin xəstəlikləri ilə
qeydiyyatda olan əlillər arasında kişi və qadınların xüsusi çəkisi statistik olaraq
fərqlənməmişdir – 50,2±1,4% və 49,8±1,4%. Yalnız tənəffüs üzvlərinin
xəstəlikləri rubrikasında qadınların xüsusi çəkisi üstünlük təşkil etmişdir, amma bu
fərq statistik dürst olmamışdır. Son olaraq demək olar ki, QDSX ilə bağlı təkrar
əlilliyin səviyyəsi regionda əhəmiyyətli dərəcədə yüksəkdir və bu problem bir çox
dövlətlərdə olduğu kimi aktual olaraq qalır. Onu da qeyd etmək lazımdır ki,
QDSX-dən əziyyət çəkən xəstələrin çoxu yaşlı olduğundan və əlilliklə bağlı
10
alacaqları maddi vəsaitin öz təqaüdlərindən çox da fərqlənmədiyinə görə, əlilliyin
ekspertizası üçün TSEK-ə müraciət etmirlər. QDSX ilə bağlı həm ilkin, həm də
təkrar əlilliyin səviyyəsini azaltmaq üçün bu xəstəliklərin profilaktikası, müalicəsi
və xəstələrə reabilitasiya tədbirlərinin aparılmasının təkmilləşdirilməsinə ehtiyac
duyulur [6].
Ədəbiyyat
1. Задионченко В.С., Шехян Г.Г., Быльева А.А., Ялымов А.А. и др. Валcартан в лечении
болезней системы кровообращения // Российский Медицинский Журнал, Кардиология,
2011, №4, с. 236-243.
2.Сабанов В. И., Грибина Л. Н., Дьяченко Т. С., Гичкун Л. П. и др., Эпидемиология
первичной инвалидности в Волгоградской области // Вестник ВолгГМУ, выпуск 4(48),
2013, стр. 31-35.
3. Заборовский Г.И., Барцевич И.Г. Соотношение заболеваемости, инвалидности и
смертностивследствие болезней системы кровообращения // Журнал Гродненского
государственного медицинского университета, 2010, № 4 стр. 36-37.
4. Магомедова С.А. Болезни системы кровообращения и особенности организации
лечебно-профилактической помощи в Республике Дагестан // Проблемы социальной
гигиены, здравоохранения и истории медицины. – 2010. – №4. – С. 42-44.
5. Юзбашев Г.И., Джавадова Ф.Г. Некоторые медико-биологические особенности причин
инвалидности среди нефтяников // Здоровье, 2006, №3, с. 192-195.
6. Şirəliyeva R.K., Əliyev R.R., Məmmədbəyli A.K., Kərimova G.N. və b. Qan dövranı sistemi
xəstəlikləri ilkin əlilliyin səbəbi kimi // Tibb və Elm Ə.Əliyev adına elmi-praktik jurnal, 2015,
N1 (1), səh. 55-61.
7. Харченко В.И., Какорина Е.П., Корякин М.В., Вирин М.М. и др. Смертность от
болезней системы кровообращения в России и в экономически развитых странах.
Необходимость усиления кардиологической службы и модернизации медицинской
статистики в Российской Федерации // Российский кардиологический журнал, 2005, №2, с.
5-17.
8. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikası əhalisinin
siyahıya alınması 2009-cu il, I hissə. Bakı: 2010, 566 s.
9.
Quba-Xaçmaz
iqtisadi
rayonu.
Vikipediya.
Açıq
ensiklopediya.
http://az.wikipedia.org/wiki/Quba-Xa%C3%A7maz_iqtisadi_rayonu.
РЕЗЮМЕ
РОЛЬ БОЛЕЗНЕЙ СИСТЕМЫ КРОВООБРАЩЕНИЯ ПРИ
ПОВТОРНОЙ ИНВАЛИДНОСТИ
11
Ширалиева Р.К., Алиев Р.Р., Садыхова З.М., Гасанов Р.Л., Гулиева А.И.,
Мамедова М.Н.
Азербайджанский государственный институт усовершенствования врачей
имени А.Алиева, кафедра нервных болезней, Баку, Азербайджан
Целью представленного исследования было изучение болезней системы кровообращения
(БСК) и связанные с ними повторной инвалидности в северо-восточном регионе страны
(Губа-Хачмазкий экономической район). Информация о причине повторной инвалидности
по всем заболеваниям за период 2007-2008-ые годы, была взята из актов, представленных
из региональных медицинских отделов социальной экспертной комиссии. Среди всех
классов заболеваний удельный вес лиц, которые были зарегистрированы как повторные
инвалиды с БСК, занял второе место (11,2±0,3%) после психических нарушений и
нарушений поведения. Среди повторных инвалидов в рубрике БСК, 36,8±1,2% инвалидов
страдали ишемической болезнью сердца, 14,7±0,9% - гипертонической болезнью,
26,95±1,1%
-
хронической ревматической болезнью сердца и 6,6±0,6% -
цереброваскулярными заболеваниями. А так же были зарегистрированы 14,95+-0.9%
инвалидов, классифицируемые в этой рубрике с другими заболеваниями (заболевания
артерий, артериолл и капилляров, другие неуточненные БСК. 37,8±0,4% повторных
инвалидов жили в городах, 62,2±0,4% в сельских населенных пунктах. Удельный вес
повторных инвалидов с БСК среди городского населения (11,9±0,4%), был выше по
сравнению с сельским населением (10,7±0,3%) (P<0,05). Большой процент повторных
инвалидов имел вторую группу инвалидности – 86,8±0,3%. Удельный вес повторных
инвалидов с БСК в молодом возрасте (возрастные группы 18-29 и 30-35) был низким, по
сравнению с другими заболеваниями – 7,1±0,6% и 6,2±0,6%. По сравнению с другими
заболеваниями удельный вес инвалидов с БСК старше 36 лет был самым высоким –
86,8±0,8%. Удельный вес мужчин среди повторных инвалидов с БСК был наиболее
высоким по сравнению с женщинами (42,0±1,2%) и составил 58,0±1,2% (P<0,05). В
обследованном регионе повторная инвалидность среди населения с БСК была
существенна высокой и эта проблема, как и во многих других странах, остается
актуальной.
Ключевые слова: болезни системы кровообращения, цереброваскулярные заболевания,
повторная инвалидность.
SUMMARY
THE ROLE OF CIRCULATORY SYSTEM DISEASES
IN REPEATED
DISABILITY
Shiraliyeva R.K., Aliyev R.R., Sadikhova Z.M., Hasanov R.L., Guliyeva A.I.,
Mammadova M.N.
Azerbaijan State Advanced Training Institute for Doctors named after A.Aliyev,
department of nervous diseases, Baku, Azerbaijan
12
The aim of the study was to investigate circulatory system diseases (CSD) and associated
repeated disability in the northeastern region of the country (Guba-Khachmaz economic region).
Information about the cause of repeated disability for all diseases for the period 2007-2008’s was
taken from the acts of regional health departments of social expert commission. Among all
classes of diseases, people with repeated disability in CSD, took second place (11.2±0.3%) after
mental disorders and behavioral disorders. Among persons with repeated disability in the
category of CSD, 36.8±1.2% suffered from coronary heart disease, 14.7±0.9% - hypertension,
26.95±1.1% from chronic rheumatic heart disease and 6.6±0,6% from cerebrovascular diseases.
14.95±0.9% of people with repeated disability has been recorded with other diseases which are
classified in this category - disease of artery, arteriole and capillaries, other unspecified CSD.
37.8±0.4% of repeated disabled lived in cities, 62.2±0.4% in rural areas. Weight of people with
repeated disability who suffered from CSD among the urban population (11.9±0.4%), was higher
than the rural population (10.7±0.3%) (P<0.05). A large percentage of repeated disabled people
had the second group of disability – 86.8±0.3%. The proportion of people with repeated
disability who suffered from CSD at a young age (age groups 18-29 and 30-35) was low in
comparison with other diseases – 7.1±0.6% and 6.2±0.6%. Compared with other diseases age of
disabled people with CSD older than 36 years was the highest – 86.8±0.8%. The share of men
among people with CSD was the highest compared to women (42.0±1.2%) and amounted to
58.0±1.2% (P<0.05). In the region surveyed repeated disability among the population with the
CSD was substantially high and the problem in many countries remains relevant. To reduce the
disability of patients with CSD there is a need to improve methods of prevention, treatment and
rehabilitation of patients.
Keywords: circulatory system diseases, cerebrovascular disease, repeated disability.
Redaksiyaya daxil olub: 18.05.2016
Çapa tövsiyə olunub: 31.05.2016
Rəyçi: prof. F.Ə.Quliyev
Dostları ilə paylaş: |