Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti Mülki müdafiə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix10.10.2019
ölçüsü0,68 Mb.
#29324
  1   2   3   4   5   6   7   8
022 Mulki mudafia Az


Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti 

 

 



 

 

 



 

 

 



 

 

 



Mülki müdafiə 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bakı 2013 

 

 



«Politologiya və beynəlxalq münasibətlər» kafedrasının müəllimi Kərimov 

Zabit Səməd oğlu ehtiyatda olan ədliyyə polkovnik-leytenantı, ən yüksək 

məharət dərəcəli hərbi qulluqçu. 

 

 



Rəyçilər: 

1.  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  Bakı  şəhəri  üzrə  Təhsil 

İdarəsinin  Medodik  Mərkəzi,  gənclərin  çağrışaqədərki  hazırlığı  üzrə 

metodisti, ehtiyatda olan 3-cü dərəcəli kapitan R.Axundov. 

2.  Bakı  Regional  Müəllimlərin  İxtisasartırma  İnstitutunun  gənclərin 

çağrışaqədərki  hazırlığı  və  Mülki  Müdafiə  üzrə  metodisti 

M.Hüseynov. 

3.  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  Bakı  şəhər  üzrə  Təhsil 

İdarəsi  20  saylı  tam  orta  məktəbin  hərbi  rəhbəri,  ehtiyatda  olan 

kapitan P.Quliyev. 

4.  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi,  Bakı  şəhəri  üzrə  Təhsil 

İdarəsi 160 saylı tam orta məktəb-liseyin hərbi rəhbəri, ehtiyatda olan 

kapitan R.Dadaşov  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 Qərb Universiteti 

Nəşriyyat-Poliqrafiya Mərkəzi, Bakı: 2013 



GİRİŞ 

 

Dünyada baş verən hadisələr, silahlı münaqişələr təhlükəsinin mövcud 



olması  bizi  hərbi  işin  inkişaf  tendensiyalarına  bir  daha  diqqət  yetirməyə, 

silahlı mübarizə vasitələrinin, xüsusən də nüvə silahının dövrümüzdəki rolu və 

yeri barədə dönə-dönə fikirləşməyi tələb edir. 

Hərbi  qüvvələrdən,  o  cümlədən  də  nüvə  silahından  istifadə  edilməsi 

ehtimalının  nə  dərəcədə  real  olduğunu,  bunun  mümkünliyi  məsələsi  qarşıya 

çıxır. 


Beynəlxalq  münaqişələrə  istiqamət  verən  dövlət  siyasətçilərinin  rolu 

və məsuliyyəti artır, digər tərəfdən nüvə silahının mövcudluğu onları ehtiyatlı 

olmağa  məcbur  edir.  İndi  dünyada  bir  cox  ictimai  xadimlər  bu  reallığı 

qeydsiz-şərtsiz  qəbul  edir  və  belə  bir  cəhətə  üstünlük  verirlər  ki,  siyasi 

məqsədlərə  başlıca  olaraq  dinc  vasitələrlə,  hərbi  qüvvə  tətbiq  etmədən  nail 

olmaq lazımdır. 

Dünya dəyişir, lakin müharibə sülh məsələsi problem olaraq qalır. Son 

zaman  aparılan  siyasətlərdən  belə  belə  bir  qənaətə  gəlmək  olar  ki,  nüvə 

müharibəsi  ehtimalı  azdır.  Lakin  bu  da  şübhə  doğurmur  ki,  nüvə  silahı  hələ 

dünyada  uzun  müddət  sabitliyin  saxlanılmasına  xidmət  edəcək,  özü  tətbiq 

edilməsə  də  siyasi  və  strateji  məqsədlərə  nail  olmağa,  eləcə  də  adi  silahlarla 

aparılan müharibələrin gedişatına və nəticələrinə ciddi təsir göstərəcəkdir. 

Hər  bir  dövlət  öz  təhlükəsizliyi  üzrə  konsepsiyaları  müəyyənləş-

dirərkən bu amili nəzərə almaya bilməz. 

Azərbaycan  suveren  dövlət  kimi  mühafizə  sahəsindəki  bütün 

problemlərini  özü  həll  etməlidir.  Buna  görə  də  biz  mühafizə  doktrinasını 

hazırlayarkən((((( mühüm cəhəti əsas götürməlidir. 

Birinci,  yadda  saxlamalıyıq,  nə  qədər  ki,  nüvə  cəbbəxanaları 

mövcuddur,  onun  bir  və  ya  digər  ölkə  üçün  təhlükəsi  nəzərə  alınmalı  və 

mühafizə proqramında bu amil əsas göstərilməlidir. 

İkinci,  yaddan  çıxarmamalıyıq  ki,  ölkəmiz  nüvə  silahına  malik  olan 

ya  da  ərazisində  nüvə  döyüş  sursatı  ehtiyatları  saxlanan  dövlətlərlə 

həmsərhəddir. 

Buna görə Mülki-Müdafiə (MM) tədbirləri planlaşdırılarkən və həyata 

keçirilərkən  əhalinin,  eləcə  dəxalq  təssərüfatı  obyektlərinin  kütləvi  qırğin 

silahlarından (KQS) mühafizəsinə diqqəti azaltmaq olmaz. 

Mühafizə  sistemi  qarşısında  texnogen  və  təbii  qəzalardan  mühafizə 

problemi durmaqdadır. 





1. FÖVQƏLADƏ HALLAR VƏ ONLARIN TƏSNİFATI 

 

Atom  elektrik  stansiyalarında,  dəmir  yollarında,  güclü  təsirli  zəhərli 



maddələr istehsal edən müəssisələrdə baş verən qəzalar, böyük maddi itkilər, 

insan  tələfatı  ilə  nəticələnən  təbii  fəlakətlər  və  digər  fövqəladə  hadisələr  sülh 

dövründə  mülki  müdafiənin  həyata  keçirdiyi  tədbirlərin  vacibliyini  yeni 

mövqedən qiymətləndirməyi tələb edir.  



 

Sülh mənşəli fövqəladə halları yaradan səbəblərə aşağıdakılar aiddir: 

 

  texnogen  xarakterli  fövqəladə  hallar:  bunlar  nəqliyyatda  baş  verən 



qəzalardan,  qurğuların  qəflətən  uçulmasından,  elektrik  enerjisi  sistemində 

və  digər  həyat  təminatlı  kommunal  sistemlərdə,  təmizləyici  quğularda  baş 

verən qəzalardan, hidrodinamik qəzalaran və s.-dən ibarətdir; 

  təbii  xarakterli  fövqəladə  hallar:  bunlara  geofiziki  (zəlzələ,  vulkan 



püskürməsi,  meteorit  düşməsi),  geoloji  (uçqunlar,  sürüşmələr,  sellər,  qar 

uçqunları, torpağın çökməsi, toz çovğunları), meteoroloji, aqrometeoroloji 

(firtına,  qasırğa,  tufan  quraqlıq),  dəniz-hidroloji  (siklon,  sunami)  və 

təhlükəli  hidroloji  hadisələr,  təbii  yanğınlar,  habelə  heyvanların,  bitkilərin 

və insanların infeksion xəstəlikləri aiddir; 

 



ekoloji  xarakterli  fövqəladə  hallar:  bunlara  torpağın,  hava  mühitinin, 

hidrosferin, biosferin, biosferin vəziyyətilə əlaqədar olan hallar aiddir 

  sosial-siyasi xarakterli fövqəladə hallar: bunlara millətlərarası münaqişələr, 



narkobiznesin törətdiyi genişmiqyaslı narkomaniya və s. aiddir.  

 

Hərb mənşəli fövqəladə halları yaradan səbəblər aşağıdakılardır: 

 

 



nüvə silahının işlədilməsi; 

  kimyəvi silahın işlədilməsi; 



  bakterioloji silahın işlədilməsi; 

 

adi qırğın silahının işlədilməsi halları.  



 

 

Təbii fəlakətlər törədən hadisələr aşağıdakı kimi təsnif olunur: 



 

  təhlükəli geofiziki hadisələr (zəlzələ); 



  təhlükəli geoloji hadisələr (sürüşmələr, sellər, uçqunlar, marxallar); 



  təhlükəli təbii yanğınlar (meşə və zəmilərin yanğınları).  



 

Meteoroloji və aqrometeoroloji təbiət hadisələri aşağıdakı fəlakət 

növlərini yaradır: 

 

 



külək (sürəri 25m/saniyə), o cümlədən fırtına, qasırğa, tufan; 

 



leysan yağışları; 

 



iri dolu düşməsi; 

  təbii yanğınlar nəticəsində törəyən fəlakətlər.  



 

Təbii hidroloji hadisələrlə əlaqədar aşağıdakı fəlakət növlərini 

yaradır: 

 

  su  səviyyəsinin  qalxması  –  daşqınlar  nəticəsində  şəhərlərin,  yaşayış 



məntəqələrinin çökəklik hissələrinin, kənd təsərrüfatı əkinlərinin su altında 

qalması, sənaye və nəqliyyat vasitələrinin zədələnməsi mümkündür; 

  sel,  leysan  yağışları,  göl  bəndlərinin  dağılması  nəticəsində  yaşayış 



məntəqələri,  idman,  sanatoriya-kurort  kompleksləri,  avtomobil  və  dəmir 

yolları, digər təsərrüfat obyektləri üçün təhlükə yaranır.  

 

Dənizlərdə hidrometeoroloji hadisələrlə əlaqədar aşağıdakı hallarda 

təbii fəlakətlər törəyir: 

 

  dənizin  bərk  dalğalanması  nəticəsində  gəmilərin  hərəkəti,  balıq  ovu,  sahil 



qurğuları üçün təhlükə yaranan hallarda; 

  dənizdə  suyun  səviyyəsinin  dəyişməsi  nəticəsində  gəmiçilik  üçün  təhlükə 



yarandığı,  balıqların  məhv  olduğu,  zədələndiyi,  yaxud  sahil  yaşayış 

məntəqələri, qurğuları su altında qaldığı hallarda.  

 

Ekoloji xarakterli fövqəladə hallarda quruda, hidrosferdə, atmosferdə və 



biosferdə  müxtəlif  mənfi  dəyişiklik  baş  verir.  Adamlara,  ətraf  mühitə, 

iqtisadiyyat  obyektlərinə  göstərdiyi  zədələyici  təsirlərin  xarakterinə  görə 

texnogen xarakterli qəzaların belə  növləri ola bilər:  zəhərli maddələrin  ətrafa 

yayılması,  yanğınlar,  partlayışlar,  həyat  təminatının  pozulması,  qurğuların 

dağılması, nəqliyyat vasitələrində fəlakətlə müşayiət edilən qəzalar.  

Respublikamız üçün səciyyəvi olan texnogen qəzalar aşağıdakılardır: 

 


 



güclü  təsirli  zəhərli  maddələr  (GTZM)  istehsal,  emal  edilərkən  və 

saxlanılarkən belə maddələrin ətrafa yayılması ilə müşayiət edilən qəzalar 

nəticəsində geniş sahələrdə zəhərlənmə zonalarının yaranması; 

  nəqliyyatda  daşınarkən  GTZM-in  ətrafa  yayılması  ilə  müşayiət  edilən 



qəzalar; 

 



tezalışan  maddələr  istehsal,  emal  olunan  və  saxlanılan  obyektlərdə 

yanğınlar; 

  nəqliyyat vasitələrində yanğın və partlayışlar; 



  hidrodinamik  qəzalar  –  su  qurğuları  qovşaqlarında  bəndlərin  yarılması  və 

fəlakətli daşqın zonalarının yaranması.  

 

Belə 



şəraitdə 

qəzaların 

və 

təbii 


fəlakətlərin 

əvvəlcədən 

proqnozlaşdırılması,  həmçinin  yarana  biləcək  vəziyyət  haqqında  əhalinin 

vaxtında xəbərdar edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.  

 

2. TƏBİİ FƏLAKƏTLƏR VƏ ONLARIN QISA 

XARAKTERİSTİKASI 

 

Fövqəladə  xarakter  daşıyan,  bina  və  qurğuların  zədələnməsinə,  maddi 



sərvətlərin  dağılmasına  və  məhv  olmasına,  insan  təlafatına  və  ya  tələfat 

təhlükəsi  yaranmasına  səbəb  olan  müxtəlif  kortəbii  hadisələrə  təbii  fəlakət 

deyilir. Zəlzələ, daşqın, qar uçqunları, sel, sürüşmə, fırtına təbii fəlakətlərdir.  

Respublikamızın ərazisində tez-tez rast gəlinən təbii fəlakətlərin qısaca 

xarakteristikasını nəzərdən keçirək: 

1.  Qasırğa  və  burulğanlar  atmosferdə  baş  verən  siklon  hadisələri  nəticəsində 

yaranır.  Belə  hallarda  qısa  müddət  ərzində  çoxlu  yağıntı  düşür,  küləyin 

sürəti  kəskin  artır,  bu  isə  daşqınlara,  adamların  zədələnməsinə,  ölümünə 

səbəb olur.  

2.  Fəlakət törədici güclü küləklər  respublikanın müxtəlif rayonlarında demək 

olar ki, hər il qeydə alınır.  

3.  Qar  uçqunları  dağlıq  rayonlarda  baş  verir.  Bu,  yazda  qar  əriməyə 

başlayarkən  enişlər  boyu  uçqun  halında  hərəkət  edən  qar  yığınlarından 

ibarətdir. Qar uçqunları uzun müddət güclü qar yağarkən baş verir.  

4.  Subasma  və  daşqınlar  su  hövzələrində  suyun  səviyyəsinin  kəskin 

yüksəlməsi  nəticəsində  baş  verən  təbii  fəlakətdir.  Subasma  və  daşqınların 

səbəbləri  qarın  sürətlə  əriməsindən  və  uzunmüddətli  leysan  yağışlarından, 


çay yataqlarında tıxac yaranmasından ibarətdir ki, belə hallarda ərazinin bir 

qismini su basır.  

5.  Sel dağlardan böyük sürətlə axıb gələn və qarşısındakı hər şeyi məhv edən 

çınqıl-palçıq  qarışığından  ibarət  olur.  Sel  dağlarda  qarın  əriməsi  və  uzun 

sürən leysan yağışları nəticəsində çoxlu miqdarda su toplanarkən baş verir.  

6.  Zəlzələ yerin təkindəki potensial enerjinin qəflətən meydana çıxaraq zərbə 

dalğası  və  qüvvətli  təkanlar  –  seysmik  dalğa  şəklində  ərazinin  bütün 

istiqamətlərinə  yayılmasından  ibarətdir.  Zəlzələ  yeraltı  təkanlar  şəklində 

müşahidə olunur.  



Respublikamızda təbii fəlakətlərin vaxtında proqnozlaşdırılma-sına 

yönəldilmiş  tam  kompleks  tədbirlər  həyata  keçirilir.  Zəlzələ  təhlükəli 

rayonlarda  binalar  zəlzələyə  qarşı  tədbirlər  görülməklə  tikilir.  Dövlət 

tərəfindən görülən belə tədbirlər sayəsində təbii fəlakətlərin vura biləcəyi zərər 

xeyli dərəcədə azaldılır.  

 

Zəlzələ 

 

Zəlzələ  Yer  qabığında  baş  verən  tektonik  proseslərin  nəticəsində 

yaranan  təkanlar  və  titrəyişlərdir.  Təkanların  gücündən  asılı  olaraq  titrəyişlər 

ciddi ziyan vura bilər.  

Hadisə baş verəndə nə etməli? 

 

Əgər evdəyiksə 

 

Çölə qaçmayın, içəri daha təhlükəsizdir.  



 

Qapı tağı altında, stolun, skamyanın, çarpayının altında daldalanın.  



 

Əgər  otaqda  belə  möhkəm  mebel  yoxdursa,  onda  daxili  divarın  küncünə 



sıxılın.  

 



Sobadan, pəncərədən və balkondan kənarda dayanın.  

  Liftdən istifadə etməyin.  



 

Əgər küçədəyiksə 

 



Açıq sahəyə qaçın.  

 



Binalardan,  hündür barılardan, elektrik dirəkləri  və məftillərdən, yıxıla  və 

aşa biləcək hər cür obyektlərdən mümkün qədər tez uzaqlaşın.  

 

Zəlzələ  sizi  hündür  binanın  yaxınlığında  və  ya  dar  küçədə  yaxalayarsa 



dərhal binanın giriş qapısının tağı altında daldalanın ki, uçulub tökülən daş-

kəsəkdən qoruna biləsiniz.  





 

Hadisədən sonra 

 

Əgər yaralandınızsa 

 



Təmkinli olmağa çalışın.  

 



Hər hansı üsulla ətrafdakıların diqqətini özünüzə cəlb etməyə çalışın.  

 

Vulkan püskürməsi 

 

Vulkan  püskürməsi  daxili  proseslər  nəticəsində  mantiyanın  yuxarı 

hissəsindəki  ərimiş  maddələrin  –  lava  axını,  zəhərli  qazlar,  kül  və  s.  ətrafa 

atılması  və  palçıq  axınları  ilə  müşayiət  olunur.  Ölkəmizdə  ancaq  palçıq 

vulkanları mövcuddur.  



 

Hadisə baş verəndə 

 

 



Mənzildə və ya əvvəlcədən düzəltdiyiniz sığınacaqda daldalanın. 

 



Binada qalın.  

 



Hökumət orqanlarının verdiyi göstərişləri yerinə yetirin.  

 



Uşaqları  gətirmək  üçün  məktəbə  getməyin,  müəllimlər  uşaqların  qeydinə 

qalacaqlar.  

 

Çalada, dərədə, çökək yerlərdə daldalanmaqdan çəkinin.  



 

Yalnız hökumətin xüsusi göstərişi olanda yaşayış yerindən köçün.  



 

Hadisədən sonra 

 



 

Təmkininizi saxlayın.  

 

Yaxınlıqda zədələnmiş adamların olub-olmadığını yoxlayın 



 

Lazım gələn hallarda xilasedici dəstələrlə əməkdaşlıq edin.  



 

Torpaq sürüşməsi 

 

Sürüşmə  torpağın  alt  və  ya  üst  qatının  kəskin  yerdəyişməsidir. 

Sürüşmənin  xarakteri  və  onun  təhlükəlilik  dərəcəsi  yerin  geoloji  qatlarının 

xüsusiyyətlərindən  və  necə  yerləşməsindən  asılı  olur.  Sürüşmələr  təbii 

hadisələr  və  ya  insan  fəaliyyəti  nəticəsində  torpağın  yuyulması,  yaxud 

aşınması  prosesləri  sayəsində  baş  verir,  daha  çox  zəlzələ  və  fırtına  zamanı 

müşahidə olunur.  

 




Sel 

 

Sel  davamlı  leysan  yağışları,  yaxud  qarın  sürətlə  əriməsi  nəticəsində 

dağ  çaylarında  güclü  palçıq-çınqıl  axınlarından  ibarətdir.  Sel  axını  yolu 

üstündəki hər şeyi dağıdır, torpaqları istifadəyə yararsız hala salır. 

 

Hadisə baş verəndə 



 

 



Sel  təhlükəsi  barədə  xəbərdarlıq  siqnalları  ilə,  həmçinin  belə  hallarda 

köçürülmə tədbirləri və köçürmə marşurutları ilə tanış olun. 

 

Kecən  illərin  təcrübəsi  və  yerli  fövqəladə  hallar  komissiyası 



mütəxəssislərin proqnozları əsasında, təsərrüfat və əmlakınızın seldən zərər 

çəkə bilməsi təhlükəsini müəyyənləşdirin, lazımi tədbirlər görün.  

 

Sel təhlükəsi ehtimal edilərkən radionu şəbəkəyə qoşulu saxlayın, hökumət 



orqanlarının  bütün  göstərişlərini  yerinə  yetirin.  Hər  ehtimala  qarşı  seldən 

sonra ailənizin yığışması üçün yer müəyyən edin.  

 

Sel  qorxusu  olan  yerlərdə  bəndlərin  bərkidilməsi,  yeni  sədlər  və  dayaq 



hasarlarının  tikilməsi,  sel  saxlayan  tutarlar  düzəldilməsi,  postlardan  selin 

müşahidə edilməsi və s. tədbirlərdə iştirak edin. 



 

Hadisədən sonra 

 



 

Təmkinli olun, özünüzü itirməyin.  

 

Yerli orqanların göstərişi. 



 

Lazım gələn hallarda xilasedici dəstələrlə əməkdaşlıq edin.  



 

Qasırğa 

 

Qasırğa çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz 



və quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir.  

 

Hadisə baş verənədək 

 

 



İlk  növbədə  lazım  olan  şeylər  (ərzaq,  paltar,  adyallar,  dərmanlar,  fenər, 

batareyalı  radioqəbuledici,  şəxsi  sənədlər)  yığılmış  çamadanı  əl  altında 

saxlayın.  

 



Harada  gizlənəcəyinizi  (zirzəmidə,  döşəməaltı  yerlərdə,  əgər  belə  yerlər 

yoxdursa,  onda  birinci  mərtəbədəki  otağın  ortasında,  xarici  divar  və 



10 

pəncərələrdən  uzaqda  yerləşən  möhkəm  stolun,  yaxud  divanın  altında) 

müəyyənləşdirin.  

 



Həyətdəki  qurumuş  ağacları  və  hündür  ağacların  quru  budaqlarını 

müntəzəm olaraq kəsin ki, onlar evin üstünə yıxılmasın.  

 

Həyətdəki  bütün  müvəqqəti,  xüsusən  də  yüngül  tikililəri  yerə  möhkəm 



bənd edin (bərkidin).  

  Qasırğa  ailə  üzvləriniz  müxtəlif  yerlərdə  (işdə,  məktəbdə  və  s.) 



yaxalayacağı,  yaxud  evinizin  uçulacağı  təqdirdə  bütün  ailə  üzvlərinizin 

yığışacağı yeri müəyyən edin.  

 

Hadisə baş verdikdə 

 

 



Təmkininizi saxlayın.  

 



Evdən çıxmayın.  

 



Ailə üzvlərini sığınacaqda, yaxud əvvəlcədən hazırlanmış otaqda toplayın.  

 



Məlumat almaq üçün radioya qulaq asın.  

 



Telefon xətləri yüklənməsin deyə, heç yerə zəng vurmayın.  

 



Hökumət orqanlarının və xilasedicilərin təlimatlarını dinləyin və icra edin.  

 



Şimşəkli  tufan  zamanı  ildırımdan  qorunmaq  üçün  radionu,  televizoru, 

habelə  bütün  elektrik  lampalarını  söndürün.  Metal  əşyalardan  kənar 

dayanın.  

 



Hündür yerlərdə, ağacların altında dayanmayın.  

 



Əgər maşındasınızsa, orada qalın.  

 

Daşqın 



 

Daşqın  ərazinin  sürətlə  su  qatı  ilə  örtülməsidir.  Səbəbi,  adətən,  leysan 

yağışları və qarın sürətlə əriməsidir.  



 

Hadisə baş verənədək 

 

 



Həyəcan siqnalı və köçürülmə qaydaları ilə tanış olun.  

 



Daşqın təhlükəsi yaranarkən elektrik enerjisini, bütün qızdırıcı cihazları və 

qazı söndürün.  

  Mebeli,  elektrik  avadanlığını  və  şəxsi  əşyalarınızı  yuxarı  mərtəbələrə 



daşıyın.  

11 

 



Zəhərlənmə  baş  verməsin  deyə  xlor,  pestisid  və  s.  zəhərli  kimyəvi 

maddələri etibarlı yerlərdə saxlayın.  



 

Hadisə baş verəndə 

 

 



Təmkinli olun.  

 



Qonşuları da xəbərdar edin, uşaqlara, qocalara və əlillərə kömək göstərin.  

 



Telefon xətti həddən artıq yüklənməsin deyə, heç yerə zəng vurmayın.  

 



Köçürülmə  barədə  xilasetmə  xidmətinin  sərəncamını  alan  kimi  dərhal  evi 

tərk edin.  

 

Köçərkən xilasetmə xidmətinin göstərdiyi marşrut üzrə hərəkət edin. Kəsə 



yolla getməyin, təhlükəli vəziyyətə düşə bilərsiniz.  

 



Ev heyvanlarının təhlükəsizliyinin qeydinə qalıb, onları su və yemlə təmin 

edin.  


 

özünüzlə  ancaq  ən  lazımlı  şeyləri  (ilk  yardım  aptekçəsi,  sənədlər, 



dərmanlar) götürün.  

 

Hadisədən sonra 

 

 



İlk yardım aptekçəsi vasitəsilə yaralılara yardım edin.  

 



Radionu dinləyin və xilasetmə xidmətlərinin göstərişlərini yerinə yetirin.  

 



Evə qayıdanda ehtiyatlı olun. Evin divar və döşəməsinin vəziyyətini  

(etibarlılıq vəziyyətini) yoxlayın.  

 

Evdə və onun  ətrafında  gölməçələr yarandığını  aşkar etdikdə onlara 2 litr 



ağardıcı maddə tökün.  

 



Binanın  bünövrəsinə  dolmuş  suyun  hamısını  birdən  kənar  etməyin  (bu, 

bünövrənin  zədələnməsinə  səbəb  ola  bilər),  hər  gün  suyun  ümumi 

həcminin üçdə biri qədərini boşaldın.  

 



Durğun su qalmış binada yaşamayın.  

 



Elektrik  cərəyanı  ilə  zədələnmədən  qorunun,  əgər  döşəmədə  su  qatının 

qalınlığı 5 sm-dən artıqdırsa, rezin çəkmə geyin.  

 

Yəqin edin ki, elektrik məftilləri suya toxunmur, toxunan hallarda elektrik 



lövhəsində cərəyanı kəsin (əgər kəsilməyibsə).  

 



Əgər  elektrik  lövhəsinin  yanında  döşəmə  yaşdırsa,  onda  ayağınızın  altına 

quru taxta parçası qoyun. Cərəyanı kəsmək üçün də quru çubuqdan istifadə 

edin.  


12 

 



Su  quyusunda,  yaxud  kolonda  içməli  suyun  çirkləndiyinə  şübhə  yaranan 

hallarda,  qabaqcadan  ağzı  kip  bağlanan  qablarda  ehtiyat  görülən  suyu 

işlədin, yaxud suyu 10 dəqiqə ərzində qaynadın.  

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin