Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti Mülki müdafiə


 MÜLKİ MÜDAFİƏDƏ İSTİFADƏ OLUNAN DOZİMETRİK



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix10.10.2019
ölçüsü0,68 Mb.
#29324
1   2   3   4   5   6   7   8
022 Mulki mudafia Az


13. MÜLKİ MÜDAFİƏDƏ İSTİFADƏ OLUNAN DOZİMETRİK 

CİHAZLAR 

 

Siqnal indikatoru DP-64. 

 

DP-64  indikatoru  fasiləsiz  radiasiya  müşahidəsi  aparmaq  və  ərazinin 

radioaktiv çirklənməsi barədə xəbərdarlıq etmək üçündür.  

Cihazın texniki göstəriciləri: 

Cihaz  gözləmə  rejimində  işləyir  və  dozanın  gücü  0,  2R/saata  çatarkən 

səs  və işıq verir. Gərginliyi 220/127 volt olan dəyişən  cərəyan  şəbəkəsindən, 

həmçinin 6 V gərginlikli sabit cərəyanla akkumulyatordan qidalanır. 30 saniyə 

ərzində işə hazır olur.  

Cihazın işə hazırlanması: 

Cihazın  iş  qabiliyyətini  yoxlamaq  üçün  rabota-kontrol  («iş-nəzarət») 

çevirgəcini  «Kontrol»  vəziyyətinə  keçirməli.  Səs  və  işıq  siqnalları  eşidilərsə, 

deməli, cihaz saz və işə hazırdır.  

Cihazın işlədilməsi: Radioaktiv zəhərlənmə təhlükəsi yaranarkən cihazı 

işə  qoşmaq  lazımdır.  Bunun  üçün  «rabota-kontrol»  çevirgəcini  «Rabota» 

vəziyyətinə keçirməli, indikator lampasının  müntəzəm  sürətdə yanıb-sönməsi 

və səs siqnalı eşidilməsi radioaktiv zəhərlənmə olduğunu 

 göstərir.  

 

Fərdi dozimetrlər komplekti DP-22V və İD-1 



 

DP-22V komplekti qamma-şüalanmanın ekspozisiya dozalarını 2R- 

dən  50  R-dək  diapazonda  ölçmək  üçündür.  DP-22V  dozimetrlər  komplekti 

3D-5  tipli  doldurucu  tərtibatdan  və  50  ədəd  DKP-50A  tipli  dozimetrlərdən 

ibarətdir.  Komplektin  çəkisi  5,5  kq-dır.  Dozimetrin  iş  prinsipi  adi 

elektroskopun iş prinsipi kimidir. Elektroskopla ölçülən potensialın dəyişməsi 

şüalanma dozasına mütənasibdir.  

DP-22V komplektinin işə hazırlanması: 


47 

Elektrik qidalandırma bölməsinin qapağını açıb 2 ədəd 145U elementini 

orada  yerləşdirməli  və  işarələrə  uyğun,  klemlərə  uyğun  bölüşdürülməlidir. 

ZD-5  doldurucu  tərtibatdakı  doldurma  yuvasının  qalpağını  və  dozimetrin 

qoruyucu  sağanağı  (şüşəli  qalpağını)  burub  çıxarmalıdır.  Gərginlik 

tənzimləyicisinin  dəstəyini  sonadək  sola  fırlatmalıdır.  Dozimetri  doldurma 

tərtibatının  yuvasına  yerləşdirməlidir.  Sonra  dozimetrin  okulyarından 

müşahidə  etməklə  dozimetri  yüngülcə  aşağı  basmalı  və  gərginlik 

tənzimləyicisinin dəstəyini («zaryad» – doldurma) sağa tədricən fırladaraq teli 

dozimetr  şkalasının  sıfır  bölgüsü  üzərinə  gətirməlidir.  Dozimetri  işığa  tərəf 

tutmaqla  telin  vəziyyətini  yoxlamalıdır:  telin  kölgəsi  şkalanın  «0»  bölgüsü 

üzərində  şaquli  vəziyyətdə  dayanmalıdır.  Sonra  dozimetrin  qoruyucu 

sağanağını və doldurma yuvasının qalpağını yerinə geydirməli.  

 

Qoşun kimyəvi kəşfiyyat cihazı 

 

Qoşun kimyəvi kəşfiyyat cihazı havada, ərazidə və texnikanın səthində 

vi-iks,  zarin,  zoman,  iprit,  fosgen,  sianid  turşusu  və  xlorsian  tipli  zəhərləyici 

maddələri aşkar etmək üçündür.  

Əl  nasosu  porşenlidir,  yoxlanılan  havanı  indikator  borucuqlarından 

vurub  keçirmək  üçün  avvitki;  Nasosun  başlıq  hissəsində  indikator 

borucuqlarının  uclarını  kəsmək  üçün  bıçaq,  dəstəyində  isə  ampulları  qırmaq 

üçün  mil  (nüvə)  yerləşdirilib.  Nasosun  ucluğu  müxtəlif  əşyalarda,  dənəvər 

materialda, 

tüstüdə  zəhərləyici  maddələri  aşkar  edərkən  indikator 

borucuqlarından keçən ZM buxarlarının miqdarını artırmağa imkan verir.  

 

14. FÖVQƏLADƏ HALLARDA QƏZA-XİLASETMƏ 

İŞLƏRİNİN TƏŞKİLİ 

 

Zədələnmə ocaqlarında, təbii fəlakət rayonlarında adamları xilas etmək, 



onlara  tibbi  yardım  göstərmək,  müalicə  ocaqlarına  aparmaq,  qəzaları 

məhdudlaşdırmaq,  habelə  bu  işləri  səmərəli  və  təhlükəsiz  yerinə  yetirmək 

məqsədilə  görülən  işlərə  Qəza-Xilasetmə  və  digər  təxirəsalmaz  işlər 

(QXDTİ) deyilir.  

Kütləvi  zədələnmə  (zəhərlənmə)  ocaqlarında  Qəza-Xilasetmə  və  digər 

təxirəsalınmaz işlərə hazırlıq və bu işlərin yerinə yetirilməsi ilə əlaqədar olan 

mülki müdafiə tədbirlərini nəzərdən keçirək.  


48 

Xilasetmə işləri düşmən hücumunun nəticələrini, habelə təbii fəlakət və 

qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə aparılan işlərdir.  

Xilasetmə işləri iş görülən sahələrdə və buraya gələn yollarda radiasiya 

səviyyələrini,  digər  vəziyyəti  müəyyənləşdirmək  üçün  kəşfiyyat  aparmaq; 

xilasetmə  işləri  aparılacaq  yerlərdə  yanğını  söndürmək  və  ya 

məhdudlaşdırmaq;  uçqun  altında  qalmış  adamları  tapıb,  oradan  çıxarmaq, 

habelə  yanan,  qismən  dağılmış  binalarda  qalmış  adamları  xilas  etmək; 

uçqunlar  altında  qalıb  hava  boruları  zədələnmiş  mühafizə  qurğularının 

içərisinə hava vermək (çıxarılana qədər oradakı adamlar boğulmasınlar deyə) 

və  bu  qurğuların  üstünü  uçqunlardan  təmizləyib  adamları  xilas  etmək; 

zədələnmiş  adamlara  lazımi  tibbi  yardım  göstərib  müalicə  müəssisələrinə 

aparmaq;  əhalini  zəhərlənmə,  dağıntı,  yanğın  ocaqlarından  təhlükəsiz 

rayonlara (yerlərə) çıxarmaq; adamları sanitariya təmizlənməsindən keçirmək, 

onların paltarlarını zərərsizləşdirmək işlərinin yerinə yetirilməsindən ibarətdir.  

Xilasetmə işlərini gördükdə aşağıdakı prinsiplərə riayət etmək lazımdır: 

 



 

işə  tez  bir  zamanda  (2  saatdan  gec  olmayaraq)  başlamalı,  birinci  3-4  saat 

müddətində  sığınacaqlara  hava  vurmalı  və  onları  açmalı,  10-12  saat 

müddətində ilk tibbi yardım göstərməli;  

 

bütün işləri bir sutka ərzində başa çatdırmalı; 



 

işlər görülən zaman mexanizmlərdən maksimum istifadə etməli; 



 

hərbiləşdirilməmiş dəstələr vəzifəsinə uyğun olan işləri yerinə yetirməli; 



 

işlər yerinə yetirilərkən təhlükəsizliyə riayət etməli.  



 

Digər  təxirəsalınmaz  işlər  isə  xilasetmə  işlərinin  sürətli  və  təhlükəsiz 

şəkildə  aparılmasını  təmin  etmək,  habelə  zədələnmələrin  genişlənməsinin 

qarşısını almaq məqsədilə görülən işlərdir. Bu işlər xilasetmə işləri görüləcək 

yerlərə getmək üçün uçqunlarda maşın yolu və keçidlər düzəltmək; kommunal 

enerji  şəbəkələrində  (qaz,  su  kəməri,  kanalizasiya,  elektrik  şəbəkələri  və  s.) 

baş  vermiş  qəzaların  genişlənməsinin  qarşısını  almaq;  su  kəmərinin,  elektrik 

şəbəkəsinin  və  rabitə  xətlərinin  ən  vacib  sahələrini  bərpa  etmək;  işlərin 

aparılmasına  mane  olan  və  təhlükə  törədən  zədələnmiş  divarları,  bina 

hissələrini bərkitmək və ya dağıtmaq; zədələnmiş mühafizə qurğularını təkrar 

hücumdan  qorunmaq  üçün  yararlı  hala  salmaq;  qurğuları  və  texnikanı 

zərərsizləşdirməkdən və s. ibarətdir.  


49 

Qəza  xilasetmə  və  digər  təxirəsalınmaz  işləri  müvəffəqiyyətlə  yerinə 

yetirmək  üçün  mülki  müdafiə  qüvvələri  yaradılır  və  işə  hazırlanır.  Bu 

qüvvələrə  mülki  müdafiənin  qoşun  hissələri,  hərbiləşməmiş  dəstələri  və 

müəssisələri, habelə mülki müdafiə planlarına müvafiq olaraq xüsusi vəzifələri 

yerinə yetirməyə cəlb olunan təşkilatlar daxildir.  

Radioaktiv  və  kimyəvi  zəhərlənmə  olan  yerlərdə  xilasetmə  işləri 

hökmən  tənəffüs  üzvlərini  və  dərinin  səthini  qoruyan  fərdi  mühafizə 

vasitələrində  aparılmalı,  adamların  təhlükəsiz  iş  müddəti  dəqiq  müəyyən 

edilməlidir.  

Radioaktiv maddələrlə zəhərlənmiş yerlərdə qalmağa və işləməyə orada 

radiasiyanın  səviyyəsi  yalnız  təhlükəsiz  dərəcədə  olarkən  yol  verilir. 

Adamların  iş  vaxtı  neçə  rentgen  (rad)  şüalanmaya  məruz  qaldığına  dəqiq 

nəzarət  edilməsi  və  təhlükəsiz  normadan  artıq  şüalanmaya  imkan  verməmək 

məqsədilə  iş  müddəti  məhdudlaşdırılmalıdır.  Bütün  bu  tədbirlər  zəhərlənmiş 

sahələrdə  xilasetmə  işlərini  təşkil  və  ona  rəhbərlik  edən  mülki  müdafiə 

qərargahı (dəstə komandiri) tərəfindən həyata keçirilməlidir.  

Radioaktiv  və  kimyəvi  maddələrlə  zəhərlənmiş  sahələrdə  işləyərkən 

fərdi  mühafizə  vasitələrini  çıxarmaq,  paltarın  yaxasını  açmaq,  yemək,  su 

içmək, siqaret çəkmək olmaz.  İş görərkən toz qalxmaması üçün iş aparılacaq 

yerləri,  xüsusən  quru,  küləkli  havada  əvvəlcədən  su  çiləməklə  islatmaq 

lazımdır.  Zəhərli  sahələrdə  iş  aparılarkən  mütəşəkkillik,  iş  rəhbərlərinin 

göstərişlərini dəqiq yerinə yetirmək olduqca vacibdir.  

 

15. MÜLKİ MÜDAFİƏNİN TİBB XİDMƏTİNİN ƏSAS 



VƏZİFƏLƏRİ VƏ TƏŞKİLİ PRİNSİPLƏRİ 

 

Tibb xidmətinin vəzifələri 

 

Mülki müdafiə tibb xidmətinin (MM TX) əsas vəzifələri bunlardır: 

 



təbii fəlakət və qəza nəticəsində zədə almış adamlara, yaralılara, xəstələrə 

vaxtında tibbi yardım göstərmək və onları müalicə etmək; 

 

kütləvi yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq; 



 

müasir  qırğın  silahlarının  zədələyici  amilərindən  əhalinin  mühafizə 



edilməsi üçün tibbi tədbirlər kompleksini həyata keçirmək.  

Belə  tədbirlər  kompleksinə:  epidemiya  əleyhinə  tədbirlər;  sanitariya-

gigiyena  tədbirləri;  əhaliyə  tibbi  mühafizə  və  ilk  tibbi  yardım  qaydalarının 


50 

öyrədilməsi,  habelə  onların  dərman  vasitələrilə  təmin  edilməsi;  ərzaq 

məhsullarının  və  suyun  radio-aktiv,  kimyəvi  və  bakterial  maddələrlə 

çirklənməsinə  laboratoriya nəzarəti etmək  kimi işlər daxildir. Tibb xidmətinə 

həvalə  edilən  həmin  vəzifələrin  hamısına  birlikdə  əhalinin  tibbi  təminatı 

deyilir. Tibbi teminat üzrə  vəzifələr həm əminamanlıq dövründə, həm ölkəyə 

düşmən  hücumu  təhlükəsi  yaranan  vaxt,  həm  də  əhalinin  kütləvi  surətdə 

zədələnməsi zamanı mülki müdafiənin digər ümumi tədbirlərilə əlaqəli surətdə 

yerinə yetirilir.  

Tibb  xidmətinin  təşkili  prinsipləri.  MM  tibb  xidməti  idarə 

tabeliyindən  və  mülkiyyət  formasından  asılı  olmayaraq  sülh  dövründə 

fəaliyyət  göstərən  bütün  səhiyyə  orqanları  və  təşkilatları  əsasında  yaradılır. 

Bu,  tibb  xidmətinin  təşkilində  əsas  prinsiplərdən  biridir.  Mülki  müdafiə  tibb 

xidmətinin  rəisləri  vəzifəsinə  müvafiq  səhiyyə  orqanlarının  rəhbərləri: 

respublikada səhiyyə naziri; şəhər və rayonlarda səhiyyə şöbələrinin müdirləri, 

habelə  xəstəxanaların,  tibb  sanitariya  bölmələrinin  baş  həkimləri  təyin 

olunurlar. Tibb xidməti müxtəlif təyinatlı tibb dəstələri yaradır və onları lazımi 

avadanlıq  və  vasitələrlə  təchiz  edir.  Bunlara  xidmətin  qüvvələri  və  vasitələri 

deyirlər.  Onlara  rəhbərlik  etmək  üçün  tibb  xidməti  rəislərinin  qərargahları 

yaradılır ki, bu gəragahların heyətinə səhiyyə orqanlarının rəhbər işçiləri daxil 

edilirlər. Şəhər və rayon tibb xidmətlərinin rəisləri müvafiq şəhər və rayonun 

icra hakimiyyətinin başçısına tabedirlər.  

 

Tibb xidmətinin qüvvələri və vasitələri 

 

Mülki  müdafiə  tibb  xidmətinin  (MM  TX)  qüvvələri  hərbiləşməmiş 

tibb  dəstələrindən  və  tibb  müəssisələrindən  ibarətdir.  Onlar  əhaliyə  tibbi 

xidmət  təminatını  təşkil  etmək,  xüsusən  də  tibbi  mühafizə  tədbirlərini  yerinə 

yetirmək  və  yaralılara,  xəstələrə  tibbi  yardım  göstərmək  üçün  nəzərdə 

tutulmuşdur.  

MM  TX-nin  hərbiləşməmiş  dəstələri  bunlardır:  sanitar  postu  (SP), 

sanitar  drujinası  (SD),  sanitar  drujina  dəstələri  (SDD),  ilk  həkim  yardım 

dəstəsi (İHYD), epidemiya əleyhinə səyyar dəstə (EƏSD).  

Sanitar postları və sanitar drujinaları sənaye, nəqliyyat, kənd təsərrüfatı, 

tədris  müəssisələrində  və  idarələrdə  yaradılıcılara  xüsusi  tibb  proqramı 

əsasında  hazırlanmış  fəhlə  və  qulluqçular  daxil  edilir.  Belə  postları  və 



51 

drujinaları müəssisə və idarələrin rəhbərləri Qızıl Aypara təşkilatları ilə birgə 

yaradırlar.  

Sanitar postu postun rəisindən və 3-4 nəfər üzvündən ibarət olur. Onlar 

müəssisələrdə,  sexlərdə,  fermalarda,  habelə  idarələrdə  sağlamlıq  guşələri 

düzəldir, burada ilk tibbi yardım göstərmək üçün aptekçələr saxlayırlar.  

Sanitar  drujinası  drujinanın  komandirindən,  onun  müavinindən, 

rabitəçidən və hərəsində 4 nəfər drujinaçı olan 5 maftqadan ibarətdir. Sanitar 

drujinaları  təbii  fəlakət  və  qəza  rayonlarında,  habelə  zədələnmə  ocaqlarında 

yaralılara  və  xəstələrə  ilk  tibbi  yardım  göstərmək  üçündür.  Onlar,  həmçinin 

yoluxucu  xəstəlik  ocaqlarında  səhiyyə  orqanlarına  kömək  göstərmək  işlərinə 

cəlb  edilirlər.  Bundan  əlavə,  onların  bir  qismi  mülki  müdafiənin  digər 

dəstələrinin  (xilasedici  komandalarının,  ilk  həkim  yardım  dəstələrinin) 

heyətinə daxil edilə, habelə müalicə müəssisələrində işə cəlb oluna bilərlər.  

Sanitar drujinaları xüsusi təchizat cədvəli əsasında əmlakla təchiz edilir. 

Sanitar  drujinaları  dəstəsi  4-5  sanitar  drujinasından  və  dəstəni  idarəetmə 

qrupundan ibarət olur.  

İlk  həkim  yardımı  dəstəsi  fəlakət  rayonlarında  və  kütləvi  zədələnmə 

ocaqlarında  ilk  həkim  yardımı  göstərmək  üçündür.  Belə  dəstələrin  iş  yeri 

zədələnmə  ocaqlarında  və  onların  yaxınlığında  salamat  qalmış  binalarda, 

sığınacaqlarda  və  digər  tikililərdə  açılır.  Burada  yaralılar  və  xəstələr  qəbul 

edilir,  zədələnmənin  növünə  görə  qruplaşdırılır  (tibbi  seçmə  aparılır),  qeydə 

alınır  və  müvəqqəti  olaraq  yerləşdirilir,  onlara  həkim  yardımı  göstərilir, 

yoluxucu  xəstəliyə  və  ruhi  pozğunluğa  məruz  qalmış  xəstələr  təcrid  edilir, 

yaralılar  və  xəstələr  təhlükəsiz  sahələrdəki  xəstəxanalara  köçürülməyə 

hazırlanır.  

İlk  həkim  yardımı  dəstələri  xəstəxanaların,  müalicəxanaların  və 

müəssisələrin tibbi sanitariya bölmələri əsasında yaradılır. Dəstənin tərkibində 

orta rütbəli tibb işçiləri, digər xidmət heyəti, habelə iki sanitar drujinası olur.  

Epidemiya  əleyhinə  səyyar  dəstə  qəza,  təbii  fəlakət  rayonlarında  və 

zədələnmə  ocaqlarında  əhali  arasında  epidemiya  əleyhinə  tədbirlər  və 

sanitariya-gigiyena  tədbirləri  görmək  üçündür.  Belə  dəstələr  sanitariya-

epidemioloji stansiyalar əsasında yaradılır.  

MM  TX-nin  tibb  müəssisələri  isə  müalicə  müəssisələrindən  (müxtəlif 

sahələr 

üzrə  ixtisaslaşdırılmış  xəstəxanalar,  mərkəzi  xəstəxanalar, 

qruplaşdırma-köçürmə 

hospitalları), 

epidemiya 

əleyhine 

mübarizə 


52 

müəssisələrindən,  habelə  tibbi  təchizat  və  qanla  təchizat  müəssisələrindən 

(apteklər, qanköçürmə stansiyaları, tibb əmlakı anbarları) ibarətdir.  

 

Mülki müdafiə sistemində göstərilən tibbi yardımın növləri və 



təşkili 

 

Mülki  müdafiənin  tibb  xidməti  tərəfindən  yaralılara  və  xəstələrə 

göstərilən  tibbi  yardım  üç  növə  ayrılır:  ilk  tibbi  yardim;  ilk  həkim  yardımı; 

ixtisaslaşdırılmış tibbi yardım.  

İlk  tibbi  yardım  yaralanmış  və  ya  xəstələnmiş  adamın  halını 

yüngülləşdirə  biləcək  ən  sadə  tədbirlərin  yerinə  yetirilməsindən  ibarətdir.  İlk 

tibbi  yardım  bilavasitə  zədələnmə  yerində  və  ya  onun  yaxınlığında  ən  tez 

göstərilən  yardımdır.  Belə  yardımı  sanitar  drujinaçıları,  sanitar  postları  və 

mülki  müdafiə  dəstələrinin  şəxsi  heyəti  göstərir.  Onu  əhalinin  özü  də,  özünə 

yardım və qarşılıqlı yardım qaydası ilə göstərməyi bacarmalıdır. Bu məqsədlə 

ilk tibbi yardım göstərmək qaydaları bütün əhaliyə xüsusi proqramlar əsasında 

hələ əminamanlıq dövründə əvvəlcədən öyrədilir.  

İlk tibbi yardım aşağıdakılardan ibarətdir: 

 



qanaxmaları müvəqqəti dayandırmaq; 

 



yara və yanıq yerlərinə steril sarğı qoymaq; 

 



sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə 

immobilizasiya  etmək  (bədənin  zədələnmiş  hissəsini  tərpənməz  hala 

salmaq); 

 



süni tənəffüs vermək və ürəyi xaricdən masaj etmək; 

 



kimyəvi  və  radioaktiv  maddələrlə  zəhərlənmiş  sahələrdə  isə  fərdi 

aptekçədəki (Aİ-2) dərman vasitələrindən istifadə etməklə şüa zədələnməsi 

və  kimyəvi  zədələnmələrin  qarşısını  almaq,  bədənin  açıq  hissələrini 

təmizləmək,  yaralılara  əleyhqaz  geydirmək  və  təhlükəli  sahələrdən 

çıxarmaq.  

İlk  tibbi  yardımın  mümkün  qədər  tez  göstərilməsi  yaralanmanın  son 

nəticəsinə,  bəzən  isə  yaralı  şəxsin  həyatının  xilas  edilməsinə  həllədici  təsir 

göstərir. Güclü qanaxma zamanı, elektrik cərəyanı vurarkən, boğulma, ürəyin 

fəaliyyəti  dayanan  və  nəfəs  kəsilən  hallarda  ilk  tibbi  yardım  dərhal 

göstərilməlidir. Əgər eyni zamanda çoxlu yaralıya ilk tibbi yardım göstərmək 

tələb  olunursa,  onda  belə  yardımı  birinci  növbədə  uşaqlara,  daha  ağır 


53 

yaralılara  göstərmək  lazımdır.  Belə  hallarda  yüngül  yaralılar  özləri  də  özünə 

yardım və qarşılıqlı yardım göstərməlidirlər.  

İlk tibbi yardımın bütün üsulları qaydalara  uyğun  və  çox ehtiyatla icra 

edilməlidr.  Ehtiyatsız,  kobud  ilk  yardım  yaralıya  əlavə  əziyyət  verib  onun 

halını  ağırlaşdıra  bilər.  İlk  tibbi  yardım  göstərilərkən  həm  təchizat  cədvəlinə 

əsasən  verilən  vasitələrdən  (tabel  vasitələri,  sanitar  çantasındakı  dərman  və 

əşyalardan), həm də əl altında olan yardımçı vasitələrdən istifadə edilir.  

İlk həkim yardımı ilk həkim yardımı dəstələrinin müvafiq bölmələrində 

və  ya  zədələnmə  ocağında  salamat  qalmış  müalicə  müəssisələrində  həkimlər 

tərəfindən  göstərilir.  Belə  yardımda  başlıca  məqsəd  yaranın  və  xəstəliyin 

ağırlaşmasının qarşısını almaq, orqanizmin pozulmuş həyat fəaliyyətini bərpa 

edib saxlamaq və yaralıları müalicə müəssisələrinə köçürməyə hazırlamaqdır.  

İxtisaslaşdırılmış  tibbi  yardım  mütəxəssis  həkimlər  tərəfindən 

xəstəxanalar bazasının müvafiq müalicə müəssisələrində göstərilir.  

MM sistemində tibbi yardımın təşkili qaydası. Təbii fəlakət, istehsalat 

qəzaları,  habelə  düşmən  basqını  nəticəsində  yaranmış  dağıntı  və  zədələnmə 

ocaqlarında  yaralılara  və  xəstələrə  tibbi  yardım  göstərilməsi  iki  mərhələli 

müalicə-köçürmə  sistemi  əsasında  təşkil  edilir.  Bu  sistemin  mahiyyəti  ondan 

ibarətdir  ki,  bu  zaman  müxtəlif  növ  tibbi  yardım  ardıcıl  və  fasiləsiz  surətdə 

göstərilir və bununla birlikdə yaralılar mərhələlər üzrə müalicə müəssisələrinə 

köçürülürlər.  

Yaralılara  bilavasitə  zədələnmə  yerlərindəcə  ilk  tibbi  yardım 

göstərildikdən  sonra  onları  ilk  həkim  yardımı  dəstələrinə  və  ya  zədələnmə 

ocağında, yaxud zədələnmə ocağının yaxınlığında salamat qalmış xəstəxanaya 

köçürürlər.  Bu,  tibbi  köçürmənin  birinci  mərhələsi  sayılır.  Burada  yaralılara 

ilk  həkim  yardımı  göstərilir  və  onlar  köçürmənin  ikinci  mərhələsi  üçün 

hazırlanır. Tibbi köçürmənin ikinci mərhələsi isə yaralıların təhlükəli sahədən 

kənarda yerləşən xəstəxanalara aparılmasından ibarətdir. Burada yaralılara və 

xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərir və onları müalicə edirlər.  

Beləliklə, tibbi köçürmə mərhələsi – yaralıları və xəstələri qəbul etmək, 

qruplaşdırmaq və müəyyən  növ tibbi yardım göstərmək üçün nəzərdə tutulan 

tibb dəstələrinə və müəssisələrinə deyilir.  



MM  tibb  xidməti  sanitar  drujinalarının  işi.  Xəstəxanalardakı  tibbi 

köçürmənin  ikinci  mərhələsindəki  xəstəxanalarda  işləmək  üçün,  adətən, 

ümumtəhsil  məktəblərinin  və  texniki  peşə  məktəblərinin  qız  şagirdlərindən 


54 

ibarət  sanitar  drujinaçıları  da  cəlb  edilirlər.  Onlar  xəstəxanaların  təşkil 

edilməsində və xəstəxana şöbələrinin normal işinin təmin olunmasında iştirak 

etməlidirlər.  

Xəstəxananın  qəbul  şöbəsində  sanitar  drujinaçıları  xəstələrin  qəbul 

edilməsinə  kömək  etməli,  onları  nəqliyyatdan  düşürüb  şöbəyə  daşımalı, 

xərəkdə  aparılan  xəstələri  soyundurub  qismən  sanitariya  təmizlənməsindən 

keçirməli, onlara tibbi yardım göstərilməsində iştirak etməli, həkimin tapşırığı 

üzrə yaralıya ağrıkəsən dərman və digər məqsədli antidot vurmalı, habelə tibb 

bacılarının rəhbərliyi altında digər müalicə tədbirlərini yerinə yetirməlidirlər.  

Xəstəxananın  daxili  xəstəliklər  və  cərrahiyyə  şöbələrində  sanitar 

drujinaçıları orta və  ağır xəstələrə qulluq etməli, onları  yedizdirməli, dərman 

içirtməli,  bədənin  hərarətini  ölçməli,  eləcə  də  həkimlərin  göstərişi  əsasında 

başqa sadə əməliyyatların icrası işlərinə cəlb olunmalıdırlar. Onlar. həmçinin 

yaralıları  və xəstələri xəstəxananın ərazisində şöbədən şöbəyə aparmalıdırlar. 

Köçürmə  hospitallarında,  baş  xəstəxanalarda  köçürmək  üçün  xəstələri  və 

yaralıları nəqliyyata mindirmək, ağır xəstələri, yolda müşayiət etmək işləri də 

sanitar drujinaçılarına həvalə olunur.  

Sanitar  drujinaçıları  xəstəxanalarda  işləyərkən  mülki  müdafiənin 

xəbərdarlıq  siqnalları  üzrə  düzgün  davranmağı  və  belə  hallarda  yaralılara, 

xəstələrə xidmət etməyi də bacarmalıdırlar.  

 

Yaralanma və zəhərlənmə zamanı ilk tibbi yardım göstərmək 



qaydaları 

 

Yara  dəri  səthinin,  selikli  qişaların,  bəzən  isə  dərin  toxumaların 

bütövlüyünün  pozulması  ilə  baş  verən  zədələnməyə  deyilir.  Yaraların  güllə 

yarası, kəsilmə, çapılma, deşilmə,  əzilmə, dişlənmə  yarası, habelə cərrahiyyə 

yarası növləri ola bilər.  

Güllə  yaraları  güllənin  və  qəlpələrin  təsirindən  baş  verir.  Güllə 

yaralarının aşağıdakı növləri olur: giriş və çıxış yara deşikləri olan dəlib-keçən 

yara; güllə və ya qəlpənin toxumalarda ilişib qaldığı qapalı yara; toxunan güllə 

yaraları. Toxunan yara zamanı güllə və ya qəlpə bədənə toxunub keçərkən dəri 

səthini, yaxud yumşaq toxumaları zədələyir, lakin yarada ilişib qalmır.  

Kəsilmə  yaralarının  kənarları  hamar  olur,  adətən,  yarıq  nəzərə  çarpır, 

oradan güclü qan axır, belə yara çirklənməyə az məruz qalır.  



55 

Çapılma yaraları  kobud mexaniki təsir  nəticəsində baş  verir. Belə yara 

çox vaxt dərinin parçalanması, vətərlərin, əzələ və damarların zədələnməsi ilə 

müşayiət olunur, güclü çirklənməyə məruz qalır. Çapılma yaralarının dərinliyi 

eyni  olmur,  yaranın  kənarlarındakı  yumşaq  toxumalar  əzilir  və  bir-birinə 

qarışır.  



Deşilmə  yaraları  zamanı  dəri  örtüyü,  adətən,  əhəmiyyətsiz  dərəcədə 

zədələnir,  lakin  belə  yaralar  daxili  orqanların  mümkün  zədələnmələri  ilə 

əlaqədar  təhlükə  törədir.  Bu  cür  yaralanma  zamanı  xarici  qanaxma  zəif  olan 

halda  belə,  damarın  zədələnməsi  nəticəsində  həyat  üçün  qorxulu  daxili 

qanaxma baş verə bilir.  

Əzilmə  yaraları  kənarlarının  qeyri-hamar,  qanla  dolu  olması  ilə 

səciyyələnir, bu da yarada yoluxmanın baş verməsi üçün şərait yaradır.  

Dişlənmə  yaraları  həmişə  heyvanın  və  ya  adamın  tüpürcəyi  ilə 

yoluxmuş olur və çətin sağalır.  



Cərrahiyyə  yarası  cərrahiyyə  əməliyyatları  aparılarkən  dəri  örtüyünün 

bütövlüyünün pozulmasıdır. Yaralar, həmçinin dərinə işləyən, yəni kəllə, döş 

qəfəsi və qarın boşluqlarının daxilinə keçən yaralar ola bilər. Belə yaralar daha 

təhlükəlidir.  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin