13. MÜLKİ MÜDAFİƏDƏ İSTİFADƏ OLUNAN DOZİMETRİK
CİHAZLAR
Siqnal indikatoru DP-64.
DP-64 indikatoru fasiləsiz radiasiya müşahidəsi aparmaq və ərazinin
radioaktiv çirklənməsi barədə xəbərdarlıq etmək üçündür.
Cihazın texniki göstəriciləri:
Cihaz gözləmə rejimində işləyir və dozanın gücü 0, 2R/saata çatarkən
səs və işıq verir. Gərginliyi 220/127 volt olan dəyişən cərəyan şəbəkəsindən,
həmçinin 6 V gərginlikli sabit cərəyanla akkumulyatordan qidalanır. 30 saniyə
ərzində işə hazır olur.
Cihazın işə hazırlanması:
Cihazın iş qabiliyyətini yoxlamaq üçün rabota-kontrol («iş-nəzarət»)
çevirgəcini «Kontrol» vəziyyətinə keçirməli. Səs və işıq siqnalları eşidilərsə,
deməli, cihaz saz və işə hazırdır.
Cihazın işlədilməsi: Radioaktiv zəhərlənmə təhlükəsi yaranarkən cihazı
işə qoşmaq lazımdır. Bunun üçün «rabota-kontrol» çevirgəcini «Rabota»
vəziyyətinə keçirməli, indikator lampasının müntəzəm sürətdə yanıb-sönməsi
və səs siqnalı eşidilməsi radioaktiv zəhərlənmə olduğunu
göstərir.
Fərdi dozimetrlər komplekti DP-22V və İD-1
DP-22V komplekti qamma-şüalanmanın ekspozisiya dozalarını 2R-
dən 50 R-dək diapazonda ölçmək üçündür. DP-22V dozimetrlər komplekti
3D-5 tipli doldurucu tərtibatdan və 50 ədəd DKP-50A tipli dozimetrlərdən
ibarətdir. Komplektin çəkisi 5,5 kq-dır. Dozimetrin iş prinsipi adi
elektroskopun iş prinsipi kimidir. Elektroskopla ölçülən potensialın dəyişməsi
şüalanma dozasına mütənasibdir.
DP-22V komplektinin işə hazırlanması:
47
Elektrik qidalandırma bölməsinin qapağını açıb 2 ədəd 145U elementini
orada yerləşdirməli və işarələrə uyğun, klemlərə uyğun bölüşdürülməlidir.
ZD-5 doldurucu tərtibatdakı doldurma yuvasının qalpağını və dozimetrin
qoruyucu sağanağı (şüşəli qalpağını) burub çıxarmalıdır. Gərginlik
tənzimləyicisinin dəstəyini sonadək sola fırlatmalıdır. Dozimetri doldurma
tərtibatının yuvasına yerləşdirməlidir. Sonra dozimetrin okulyarından
müşahidə etməklə dozimetri yüngülcə aşağı basmalı və gərginlik
tənzimləyicisinin dəstəyini («zaryad» – doldurma) sağa tədricən fırladaraq teli
dozimetr şkalasının sıfır bölgüsü üzərinə gətirməlidir. Dozimetri işığa tərəf
tutmaqla telin vəziyyətini yoxlamalıdır: telin kölgəsi şkalanın «0» bölgüsü
üzərində şaquli vəziyyətdə dayanmalıdır. Sonra dozimetrin qoruyucu
sağanağını və doldurma yuvasının qalpağını yerinə geydirməli.
Qoşun kimyəvi kəşfiyyat cihazı
Qoşun kimyəvi kəşfiyyat cihazı havada, ərazidə və texnikanın səthində
vi-iks, zarin, zoman, iprit, fosgen, sianid turşusu və xlorsian tipli zəhərləyici
maddələri aşkar etmək üçündür.
Əl nasosu porşenlidir, yoxlanılan havanı indikator borucuqlarından
vurub keçirmək üçün avvitki; Nasosun başlıq hissəsində indikator
borucuqlarının uclarını kəsmək üçün bıçaq, dəstəyində isə ampulları qırmaq
üçün mil (nüvə) yerləşdirilib. Nasosun ucluğu müxtəlif əşyalarda, dənəvər
materialda,
tüstüdə zəhərləyici maddələri aşkar edərkən indikator
borucuqlarından keçən ZM buxarlarının miqdarını artırmağa imkan verir.
14. FÖVQƏLADƏ HALLARDA QƏZA-XİLASETMƏ
İŞLƏRİNİN TƏŞKİLİ
Zədələnmə ocaqlarında, təbii fəlakət rayonlarında adamları xilas etmək,
onlara tibbi yardım göstərmək, müalicə ocaqlarına aparmaq, qəzaları
məhdudlaşdırmaq, habelə bu işləri səmərəli və təhlükəsiz yerinə yetirmək
məqsədilə görülən işlərə Qəza-Xilasetmə və digər təxirəsalmaz işlər
(QXDTİ) deyilir.
Kütləvi zədələnmə (zəhərlənmə) ocaqlarında Qəza-Xilasetmə və digər
təxirəsalınmaz işlərə hazırlıq və bu işlərin yerinə yetirilməsi ilə əlaqədar olan
mülki müdafiə tədbirlərini nəzərdən keçirək.
48
Xilasetmə işləri düşmən hücumunun nəticələrini, habelə təbii fəlakət və
qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə aparılan işlərdir.
Xilasetmə işləri iş görülən sahələrdə və buraya gələn yollarda radiasiya
səviyyələrini, digər vəziyyəti müəyyənləşdirmək üçün kəşfiyyat aparmaq;
xilasetmə işləri aparılacaq yerlərdə yanğını söndürmək və ya
məhdudlaşdırmaq; uçqun altında qalmış adamları tapıb, oradan çıxarmaq,
habelə yanan, qismən dağılmış binalarda qalmış adamları xilas etmək;
uçqunlar altında qalıb hava boruları zədələnmiş mühafizə qurğularının
içərisinə hava vermək (çıxarılana qədər oradakı adamlar boğulmasınlar deyə)
və bu qurğuların üstünü uçqunlardan təmizləyib adamları xilas etmək;
zədələnmiş adamlara lazımi tibbi yardım göstərib müalicə müəssisələrinə
aparmaq; əhalini zəhərlənmə, dağıntı, yanğın ocaqlarından təhlükəsiz
rayonlara (yerlərə) çıxarmaq; adamları sanitariya təmizlənməsindən keçirmək,
onların paltarlarını zərərsizləşdirmək işlərinin yerinə yetirilməsindən ibarətdir.
Xilasetmə işlərini gördükdə aşağıdakı prinsiplərə riayət etmək lazımdır:
işə tez bir zamanda (2 saatdan gec olmayaraq) başlamalı, birinci 3-4 saat
müddətində sığınacaqlara hava vurmalı və onları açmalı, 10-12 saat
müddətində ilk tibbi yardım göstərməli;
bütün işləri bir sutka ərzində başa çatdırmalı;
işlər görülən zaman mexanizmlərdən maksimum istifadə etməli;
hərbiləşdirilməmiş dəstələr vəzifəsinə uyğun olan işləri yerinə yetirməli;
işlər yerinə yetirilərkən təhlükəsizliyə riayət etməli.
Digər təxirəsalınmaz işlər isə xilasetmə işlərinin sürətli və təhlükəsiz
şəkildə aparılmasını təmin etmək, habelə zədələnmələrin genişlənməsinin
qarşısını almaq məqsədilə görülən işlərdir. Bu işlər xilasetmə işləri görüləcək
yerlərə getmək üçün uçqunlarda maşın yolu və keçidlər düzəltmək; kommunal
enerji şəbəkələrində (qaz, su kəməri, kanalizasiya, elektrik şəbəkələri və s.)
baş vermiş qəzaların genişlənməsinin qarşısını almaq; su kəmərinin, elektrik
şəbəkəsinin və rabitə xətlərinin ən vacib sahələrini bərpa etmək; işlərin
aparılmasına mane olan və təhlükə törədən zədələnmiş divarları, bina
hissələrini bərkitmək və ya dağıtmaq; zədələnmiş mühafizə qurğularını təkrar
hücumdan qorunmaq üçün yararlı hala salmaq; qurğuları və texnikanı
zərərsizləşdirməkdən və s. ibarətdir.
49
Qəza xilasetmə və digər təxirəsalınmaz işləri müvəffəqiyyətlə yerinə
yetirmək üçün mülki müdafiə qüvvələri yaradılır və işə hazırlanır. Bu
qüvvələrə mülki müdafiənin qoşun hissələri, hərbiləşməmiş dəstələri və
müəssisələri, habelə mülki müdafiə planlarına müvafiq olaraq xüsusi vəzifələri
yerinə yetirməyə cəlb olunan təşkilatlar daxildir.
Radioaktiv və kimyəvi zəhərlənmə olan yerlərdə xilasetmə işləri
hökmən tənəffüs üzvlərini və dərinin səthini qoruyan fərdi mühafizə
vasitələrində aparılmalı, adamların təhlükəsiz iş müddəti dəqiq müəyyən
edilməlidir.
Radioaktiv maddələrlə zəhərlənmiş yerlərdə qalmağa və işləməyə orada
radiasiyanın səviyyəsi yalnız təhlükəsiz dərəcədə olarkən yol verilir.
Adamların iş vaxtı neçə rentgen (rad) şüalanmaya məruz qaldığına dəqiq
nəzarət edilməsi və təhlükəsiz normadan artıq şüalanmaya imkan verməmək
məqsədilə iş müddəti məhdudlaşdırılmalıdır. Bütün bu tədbirlər zəhərlənmiş
sahələrdə xilasetmə işlərini təşkil və ona rəhbərlik edən mülki müdafiə
qərargahı (dəstə komandiri) tərəfindən həyata keçirilməlidir.
Radioaktiv və kimyəvi maddələrlə zəhərlənmiş sahələrdə işləyərkən
fərdi mühafizə vasitələrini çıxarmaq, paltarın yaxasını açmaq, yemək, su
içmək, siqaret çəkmək olmaz. İş görərkən toz qalxmaması üçün iş aparılacaq
yerləri, xüsusən quru, küləkli havada əvvəlcədən su çiləməklə islatmaq
lazımdır. Zəhərli sahələrdə iş aparılarkən mütəşəkkillik, iş rəhbərlərinin
göstərişlərini dəqiq yerinə yetirmək olduqca vacibdir.
15. MÜLKİ MÜDAFİƏNİN TİBB XİDMƏTİNİN ƏSAS
VƏZİFƏLƏRİ VƏ TƏŞKİLİ PRİNSİPLƏRİ
Tibb xidmətinin vəzifələri
Mülki müdafiə tibb xidmətinin (MM TX) əsas vəzifələri bunlardır:
təbii fəlakət və qəza nəticəsində zədə almış adamlara, yaralılara, xəstələrə
vaxtında tibbi yardım göstərmək və onları müalicə etmək;
kütləvi yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının qarşısını almaq;
müasir qırğın silahlarının zədələyici amilərindən əhalinin mühafizə
edilməsi üçün tibbi tədbirlər kompleksini həyata keçirmək.
Belə tədbirlər kompleksinə: epidemiya əleyhinə tədbirlər; sanitariya-
gigiyena tədbirləri; əhaliyə tibbi mühafizə və ilk tibbi yardım qaydalarının
50
öyrədilməsi, habelə onların dərman vasitələrilə təmin edilməsi; ərzaq
məhsullarının və suyun radio-aktiv, kimyəvi və bakterial maddələrlə
çirklənməsinə laboratoriya nəzarəti etmək kimi işlər daxildir. Tibb xidmətinə
həvalə edilən həmin vəzifələrin hamısına birlikdə əhalinin tibbi təminatı
deyilir. Tibbi teminat üzrə vəzifələr həm əminamanlıq dövründə, həm ölkəyə
düşmən hücumu təhlükəsi yaranan vaxt, həm də əhalinin kütləvi surətdə
zədələnməsi zamanı mülki müdafiənin digər ümumi tədbirlərilə əlaqəli surətdə
yerinə yetirilir.
Tibb xidmətinin təşkili prinsipləri. MM tibb xidməti idarə
tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq sülh dövründə
fəaliyyət göstərən bütün səhiyyə orqanları və təşkilatları əsasında yaradılır.
Bu, tibb xidmətinin təşkilində əsas prinsiplərdən biridir. Mülki müdafiə tibb
xidmətinin rəisləri vəzifəsinə müvafiq səhiyyə orqanlarının rəhbərləri:
respublikada səhiyyə naziri; şəhər və rayonlarda səhiyyə şöbələrinin müdirləri,
habelə xəstəxanaların, tibb sanitariya bölmələrinin baş həkimləri təyin
olunurlar. Tibb xidməti müxtəlif təyinatlı tibb dəstələri yaradır və onları lazımi
avadanlıq və vasitələrlə təchiz edir. Bunlara xidmətin qüvvələri və vasitələri
deyirlər. Onlara rəhbərlik etmək üçün tibb xidməti rəislərinin qərargahları
yaradılır ki, bu gəragahların heyətinə səhiyyə orqanlarının rəhbər işçiləri daxil
edilirlər. Şəhər və rayon tibb xidmətlərinin rəisləri müvafiq şəhər və rayonun
icra hakimiyyətinin başçısına tabedirlər.
Tibb xidmətinin qüvvələri və vasitələri
Mülki müdafiə tibb xidmətinin (MM TX) qüvvələri hərbiləşməmiş
tibb dəstələrindən və tibb müəssisələrindən ibarətdir. Onlar əhaliyə tibbi
xidmət təminatını təşkil etmək, xüsusən də tibbi mühafizə tədbirlərini yerinə
yetirmək və yaralılara, xəstələrə tibbi yardım göstərmək üçün nəzərdə
tutulmuşdur.
MM TX-nin hərbiləşməmiş dəstələri bunlardır: sanitar postu (SP),
sanitar drujinası (SD), sanitar drujina dəstələri (SDD), ilk həkim yardım
dəstəsi (İHYD), epidemiya əleyhinə səyyar dəstə (EƏSD).
Sanitar postları və sanitar drujinaları sənaye, nəqliyyat, kənd təsərrüfatı,
tədris müəssisələrində və idarələrdə yaradılıcılara xüsusi tibb proqramı
əsasında hazırlanmış fəhlə və qulluqçular daxil edilir. Belə postları və
51
drujinaları müəssisə və idarələrin rəhbərləri Qızıl Aypara təşkilatları ilə birgə
yaradırlar.
Sanitar postu postun rəisindən və 3-4 nəfər üzvündən ibarət olur. Onlar
müəssisələrdə, sexlərdə, fermalarda, habelə idarələrdə sağlamlıq guşələri
düzəldir, burada ilk tibbi yardım göstərmək üçün aptekçələr saxlayırlar.
Sanitar drujinası drujinanın komandirindən, onun müavinindən,
rabitəçidən və hərəsində 4 nəfər drujinaçı olan 5 maftqadan ibarətdir. Sanitar
drujinaları təbii fəlakət və qəza rayonlarında, habelə zədələnmə ocaqlarında
yaralılara və xəstələrə ilk tibbi yardım göstərmək üçündür. Onlar, həmçinin
yoluxucu xəstəlik ocaqlarında səhiyyə orqanlarına kömək göstərmək işlərinə
cəlb edilirlər. Bundan əlavə, onların bir qismi mülki müdafiənin digər
dəstələrinin (xilasedici komandalarının, ilk həkim yardım dəstələrinin)
heyətinə daxil edilə, habelə müalicə müəssisələrində işə cəlb oluna bilərlər.
Sanitar drujinaları xüsusi təchizat cədvəli əsasında əmlakla təchiz edilir.
Sanitar drujinaları dəstəsi 4-5 sanitar drujinasından və dəstəni idarəetmə
qrupundan ibarət olur.
İlk həkim yardımı dəstəsi fəlakət rayonlarında və kütləvi zədələnmə
ocaqlarında ilk həkim yardımı göstərmək üçündür. Belə dəstələrin iş yeri
zədələnmə ocaqlarında və onların yaxınlığında salamat qalmış binalarda,
sığınacaqlarda və digər tikililərdə açılır. Burada yaralılar və xəstələr qəbul
edilir, zədələnmənin növünə görə qruplaşdırılır (tibbi seçmə aparılır), qeydə
alınır və müvəqqəti olaraq yerləşdirilir, onlara həkim yardımı göstərilir,
yoluxucu xəstəliyə və ruhi pozğunluğa məruz qalmış xəstələr təcrid edilir,
yaralılar və xəstələr təhlükəsiz sahələrdəki xəstəxanalara köçürülməyə
hazırlanır.
İlk həkim yardımı dəstələri xəstəxanaların, müalicəxanaların və
müəssisələrin tibbi sanitariya bölmələri əsasında yaradılır. Dəstənin tərkibində
orta rütbəli tibb işçiləri, digər xidmət heyəti, habelə iki sanitar drujinası olur.
Epidemiya əleyhinə səyyar dəstə qəza, təbii fəlakət rayonlarında və
zədələnmə ocaqlarında əhali arasında epidemiya əleyhinə tədbirlər və
sanitariya-gigiyena tədbirləri görmək üçündür. Belə dəstələr sanitariya-
epidemioloji stansiyalar əsasında yaradılır.
MM TX-nin tibb müəssisələri isə müalicə müəssisələrindən (müxtəlif
sahələr
üzrə ixtisaslaşdırılmış xəstəxanalar, mərkəzi xəstəxanalar,
qruplaşdırma-köçürmə
hospitalları),
epidemiya
əleyhine
mübarizə
52
müəssisələrindən, habelə tibbi təchizat və qanla təchizat müəssisələrindən
(apteklər, qanköçürmə stansiyaları, tibb əmlakı anbarları) ibarətdir.
Mülki müdafiə sistemində göstərilən tibbi yardımın növləri və
təşkili
Mülki müdafiənin tibb xidməti tərəfindən yaralılara və xəstələrə
göstərilən tibbi yardım üç növə ayrılır: ilk tibbi yardim; ilk həkim yardımı;
ixtisaslaşdırılmış tibbi yardım.
İlk tibbi yardım yaralanmış və ya xəstələnmiş adamın halını
yüngülləşdirə biləcək ən sadə tədbirlərin yerinə yetirilməsindən ibarətdir. İlk
tibbi yardım bilavasitə zədələnmə yerində və ya onun yaxınlığında ən tez
göstərilən yardımdır. Belə yardımı sanitar drujinaçıları, sanitar postları və
mülki müdafiə dəstələrinin şəxsi heyəti göstərir. Onu əhalinin özü də, özünə
yardım və qarşılıqlı yardım qaydası ilə göstərməyi bacarmalıdır. Bu məqsədlə
ilk tibbi yardım göstərmək qaydaları bütün əhaliyə xüsusi proqramlar əsasında
hələ əminamanlıq dövründə əvvəlcədən öyrədilir.
İlk tibbi yardım aşağıdakılardan ibarətdir:
qanaxmaları müvəqqəti dayandırmaq;
yara və yanıq yerlərinə steril sarğı qoymaq;
sınıq, çıxıq və əzilmə zamanı şin qoymaqla və ya əlaltı vasitələr işlətməklə
immobilizasiya etmək (bədənin zədələnmiş hissəsini tərpənməz hala
salmaq);
süni tənəffüs vermək və ürəyi xaricdən masaj etmək;
kimyəvi və radioaktiv maddələrlə zəhərlənmiş sahələrdə isə fərdi
aptekçədəki (Aİ-2) dərman vasitələrindən istifadə etməklə şüa zədələnməsi
və kimyəvi zədələnmələrin qarşısını almaq, bədənin açıq hissələrini
təmizləmək, yaralılara əleyhqaz geydirmək və təhlükəli sahələrdən
çıxarmaq.
İlk tibbi yardımın mümkün qədər tez göstərilməsi yaralanmanın son
nəticəsinə, bəzən isə yaralı şəxsin həyatının xilas edilməsinə həllədici təsir
göstərir. Güclü qanaxma zamanı, elektrik cərəyanı vurarkən, boğulma, ürəyin
fəaliyyəti dayanan və nəfəs kəsilən hallarda ilk tibbi yardım dərhal
göstərilməlidir. Əgər eyni zamanda çoxlu yaralıya ilk tibbi yardım göstərmək
tələb olunursa, onda belə yardımı birinci növbədə uşaqlara, daha ağır
53
yaralılara göstərmək lazımdır. Belə hallarda yüngül yaralılar özləri də özünə
yardım və qarşılıqlı yardım göstərməlidirlər.
İlk tibbi yardımın bütün üsulları qaydalara uyğun və çox ehtiyatla icra
edilməlidr. Ehtiyatsız, kobud ilk yardım yaralıya əlavə əziyyət verib onun
halını ağırlaşdıra bilər. İlk tibbi yardım göstərilərkən həm təchizat cədvəlinə
əsasən verilən vasitələrdən (tabel vasitələri, sanitar çantasındakı dərman və
əşyalardan), həm də əl altında olan yardımçı vasitələrdən istifadə edilir.
İlk həkim yardımı ilk həkim yardımı dəstələrinin müvafiq bölmələrində
və ya zədələnmə ocağında salamat qalmış müalicə müəssisələrində həkimlər
tərəfindən göstərilir. Belə yardımda başlıca məqsəd yaranın və xəstəliyin
ağırlaşmasının qarşısını almaq, orqanizmin pozulmuş həyat fəaliyyətini bərpa
edib saxlamaq və yaralıları müalicə müəssisələrinə köçürməyə hazırlamaqdır.
İxtisaslaşdırılmış tibbi yardım mütəxəssis həkimlər tərəfindən
xəstəxanalar bazasının müvafiq müalicə müəssisələrində göstərilir.
MM sistemində tibbi yardımın təşkili qaydası. Təbii fəlakət, istehsalat
qəzaları, habelə düşmən basqını nəticəsində yaranmış dağıntı və zədələnmə
ocaqlarında yaralılara və xəstələrə tibbi yardım göstərilməsi iki mərhələli
müalicə-köçürmə sistemi əsasında təşkil edilir. Bu sistemin mahiyyəti ondan
ibarətdir ki, bu zaman müxtəlif növ tibbi yardım ardıcıl və fasiləsiz surətdə
göstərilir və bununla birlikdə yaralılar mərhələlər üzrə müalicə müəssisələrinə
köçürülürlər.
Yaralılara bilavasitə zədələnmə yerlərindəcə ilk tibbi yardım
göstərildikdən sonra onları ilk həkim yardımı dəstələrinə və ya zədələnmə
ocağında, yaxud zədələnmə ocağının yaxınlığında salamat qalmış xəstəxanaya
köçürürlər. Bu, tibbi köçürmənin birinci mərhələsi sayılır. Burada yaralılara
ilk həkim yardımı göstərilir və onlar köçürmənin ikinci mərhələsi üçün
hazırlanır. Tibbi köçürmənin ikinci mərhələsi isə yaralıların təhlükəli sahədən
kənarda yerləşən xəstəxanalara aparılmasından ibarətdir. Burada yaralılara və
xəstələrə ixtisaslaşdırılmış tibbi yardım göstərir və onları müalicə edirlər.
Beləliklə, tibbi köçürmə mərhələsi – yaralıları və xəstələri qəbul etmək,
qruplaşdırmaq və müəyyən növ tibbi yardım göstərmək üçün nəzərdə tutulan
tibb dəstələrinə və müəssisələrinə deyilir.
MM tibb xidməti sanitar drujinalarının işi. Xəstəxanalardakı tibbi
köçürmənin ikinci mərhələsindəki xəstəxanalarda işləmək üçün, adətən,
ümumtəhsil məktəblərinin və texniki peşə məktəblərinin qız şagirdlərindən
54
ibarət sanitar drujinaçıları da cəlb edilirlər. Onlar xəstəxanaların təşkil
edilməsində və xəstəxana şöbələrinin normal işinin təmin olunmasında iştirak
etməlidirlər.
Xəstəxananın qəbul şöbəsində sanitar drujinaçıları xəstələrin qəbul
edilməsinə kömək etməli, onları nəqliyyatdan düşürüb şöbəyə daşımalı,
xərəkdə aparılan xəstələri soyundurub qismən sanitariya təmizlənməsindən
keçirməli, onlara tibbi yardım göstərilməsində iştirak etməli, həkimin tapşırığı
üzrə yaralıya ağrıkəsən dərman və digər məqsədli antidot vurmalı, habelə tibb
bacılarının rəhbərliyi altında digər müalicə tədbirlərini yerinə yetirməlidirlər.
Xəstəxananın daxili xəstəliklər və cərrahiyyə şöbələrində sanitar
drujinaçıları orta və ağır xəstələrə qulluq etməli, onları yedizdirməli, dərman
içirtməli, bədənin hərarətini ölçməli, eləcə də həkimlərin göstərişi əsasında
başqa sadə əməliyyatların icrası işlərinə cəlb olunmalıdırlar. Onlar. həmçinin
yaralıları və xəstələri xəstəxananın ərazisində şöbədən şöbəyə aparmalıdırlar.
Köçürmə hospitallarında, baş xəstəxanalarda köçürmək üçün xəstələri və
yaralıları nəqliyyata mindirmək, ağır xəstələri, yolda müşayiət etmək işləri də
sanitar drujinaçılarına həvalə olunur.
Sanitar drujinaçıları xəstəxanalarda işləyərkən mülki müdafiənin
xəbərdarlıq siqnalları üzrə düzgün davranmağı və belə hallarda yaralılara,
xəstələrə xidmət etməyi də bacarmalıdırlar.
Yaralanma və zəhərlənmə zamanı ilk tibbi yardım göstərmək
qaydaları
Yara dəri səthinin, selikli qişaların, bəzən isə dərin toxumaların
bütövlüyünün pozulması ilə baş verən zədələnməyə deyilir. Yaraların güllə
yarası, kəsilmə, çapılma, deşilmə, əzilmə, dişlənmə yarası, habelə cərrahiyyə
yarası növləri ola bilər.
Güllə yaraları güllənin və qəlpələrin təsirindən baş verir. Güllə
yaralarının aşağıdakı növləri olur: giriş və çıxış yara deşikləri olan dəlib-keçən
yara; güllə və ya qəlpənin toxumalarda ilişib qaldığı qapalı yara; toxunan güllə
yaraları. Toxunan yara zamanı güllə və ya qəlpə bədənə toxunub keçərkən dəri
səthini, yaxud yumşaq toxumaları zədələyir, lakin yarada ilişib qalmır.
Kəsilmə yaralarının kənarları hamar olur, adətən, yarıq nəzərə çarpır,
oradan güclü qan axır, belə yara çirklənməyə az məruz qalır.
55
Çapılma yaraları kobud mexaniki təsir nəticəsində baş verir. Belə yara
çox vaxt dərinin parçalanması, vətərlərin, əzələ və damarların zədələnməsi ilə
müşayiət olunur, güclü çirklənməyə məruz qalır. Çapılma yaralarının dərinliyi
eyni olmur, yaranın kənarlarındakı yumşaq toxumalar əzilir və bir-birinə
qarışır.
Deşilmə yaraları zamanı dəri örtüyü, adətən, əhəmiyyətsiz dərəcədə
zədələnir, lakin belə yaralar daxili orqanların mümkün zədələnmələri ilə
əlaqədar təhlükə törədir. Bu cür yaralanma zamanı xarici qanaxma zəif olan
halda belə, damarın zədələnməsi nəticəsində həyat üçün qorxulu daxili
qanaxma baş verə bilir.
Əzilmə yaraları kənarlarının qeyri-hamar, qanla dolu olması ilə
səciyyələnir, bu da yarada yoluxmanın baş verməsi üçün şərait yaradır.
Dişlənmə yaraları həmişə heyvanın və ya adamın tüpürcəyi ilə
yoluxmuş olur və çətin sağalır.
Cərrahiyyə yarası cərrahiyyə əməliyyatları aparılarkən dəri örtüyünün
bütövlüyünün pozulmasıdır. Yaralar, həmçinin dərinə işləyən, yəni kəllə, döş
qəfəsi və qarın boşluqlarının daxilinə keçən yaralar ola bilər. Belə yaralar daha
təhlükəlidir.
Dostları ilə paylaş: |