Ürək-ağciyər fəaliyyətinin bərpa edilməsi qaydası
Elektrik cərəyanı vurarkən, suda boğularkən, tənəffüs yolları sıxılarkən,
habelə digər zədələnmələr nəticəsində tənəffüs və ürəyin fəaliyyəti qəflətən
dayana bilər.
Süni tənəffüs. Süni tənəffüsün bütün üsulları döş qəfəsinin məcburi
mexaniki və inreflektor yolla genişləndirilməsi (nəfəsalma) və daraldılması
məqsədi daşıyır.
Süni tənəffüs cürbəcür üsullarla verilir. Onun ən təsirli üsulu ağciyərlərə
hava üfürmək üçün işlədilən müxtəlif cihazlardan istifadə etməkdir. Belə
cihazlar olmadıqda süni tənəffüs ağızdan-ağıza üsulu ilə verilir.
Bu üsulla süni tənəffüs verməyə başlamazdan əvvəl yaralnı arxası üstə
uzatmaq, onun tənəffüs yollarının tutulmadığını yəqin etmək mümkün qədər
arxaya əymək, bədənin yuxarı hissəsinə təsir göstərən paltarın düymələrini
açmaq lazımdır.
Yaralının çənələri sıxılmış halda olduqda alt çənəni bir qədər irəli çəkib
çənəaltına basaraq yaralının ağzını açmaq, sonra ağız boşluğunu tüpürcəkdən
və ya qusuntudan salfetlə təmizləmək süni tənəffüs verməyə başlamaq
lazımdır; bu məqsədlə yaralının açılan ağzını bir qat salfetlə (cib yaylığı)
örtür, burnunu sıxır, dərindən nəfəs alıb, dodaqları yaralının dodaqlarına kip
sıxır və havanı bərkdən onun ağzına üfürürlər. Havanı yaralının ağzına qədər
65
üfürmək lazımdır ki, onun ağciyərləri hər dəfə mümkün qədər çox açılsın (bu
döş qəfəsinin hərəkətindən məlum olacaq).
Silvestr üsulu ilə süni tənəffüs verərkən yaralı arxası üstə uzadılır,
yardım göstərən şəxs yaralının başı üstündə dizləri üstə çökür, onun hər iki
qolunun bazu önü hissəsindən tutub qolları yuxarı qaldırır, sonra arxaya və
yana tərəf hərəkət etdirir. Bu zaman yaralı nəfəs alır. Sonra əlləri əks
istiqamətdə hərəkəti ilə yaralmın qollarımn bazuönü hissəsiı döş qəfəsinə
sıxırlar. Bu zaman yaralı nəfəs verir.
Kallistov üsulu ilə süni tənəffüs verərkən yaralını qolları irəli uzadılmış
halda üzüüstdə uzadır, başını yana çevirib altına qatlanmış paltar (adyal)
qoyurlar. Yaralının döşünün altından keçirilmiş xərək qayışı vasitəsilə onun
sinəsini surətdə 10 sm-dək yuxarı qaldırır və aşağı endirirlər. Yuxarı
qaldırılarkən yaralı nəfəs alır aşağı endirilərkən isə nəfəs verir. Bu tənəffüs
hərəkətlərini dəqiqədə 16-18 dəfə olmaqla yerinə yetirirlər.
Ürəyin xaricdən masaj edilməsi. Ürəyin fəaliyyəti qəflətən dayandıqda
dərhal ürəyi xaricdən masaj etməyə başlayırlar. Bu məqsədlə yaralını arxası
üstə uzadır, onun sol tərəfində dayanıb, ovucları bir-birinin üstündə olmaqla
əlləri yaralının döş qəfəsinin aşağı üçdə bir nahiyəsinə qoyurlar. Sonra
dəqiqədə 80-10 ritmik təkanla sinəni aşağı basır və hər təkandan sonra əlləri
yuyulur.
Yoluxucu (infeksion) xəstəliklər haqqında anlayış
Yoluxucu xəstəliklər digər xəstəliklərdən bununla fərqlənir ki, onlar
canlı törədici vasitəsilə əmələ gəlir və yoluxmuş orqanizimdən sağlam
orqanizmə kəçərək kütləvi halda geniş yayıla bilir. Belə törədicilər
mikroblardan ibarətdir.
Yoluxucu xəstəlik törədən mikrobakteriyalar, viruslar, rikketsiyalar,
spiroxetlər, göbələklər və s. aiddir. Bakteriyalar birhüceyrəli mikroorqa-
nizmlərdir. Onlar çöpşəkilli (qarın yatalağı, A və B paratif törədiciləri),
kürəşəkilli (streptokoklar, stafilokoklar) və ya qıvrım (vəba vibrionu) olur.
Viruslar yalnız elektron mikroskopu altında görünən ən xırda
mikroorqanizmlərdir. Bunlar qrip, dabaq, poliomielit, çiçək, qızılca və s.
xəstəliklərin törədiciləridir.
Spiroxetlər nazik buruqşəkilli fəal yığılıb-açılan mikroorqanizmlər-dən
ibarətdir, sifilis, qayıdan yatalaq xəstəliklərini onlar törədir. Göbələklər
66
keçəllik və bir sıra digər dəri xəstəlikləri törədir. Yoluxucu xəstəliklərin
yaranmasına səbəb xəstəliktörədən mikroorqanizmin kifayət miqdarda və
özünə xas olan yollarla xəstəliyə həssas orqana keçməsidir. Yoluxma mənbəyi
ancaq xəstə adam və ya heyvan ola bilər. Xəstəliyə səbəb olmuş mikrobun
bundan sonrakı fəaliyyəti və yayılması onun bir orqanizimdən digərinə
keçməsi qabiliyyətindən asıh olur. Bir-birinin ardınca, fasiləsiz davam edən
yoluxma və xəstələnmə prosesinə epidemiya deyilir. Epidemiyanın yaranması
üçün üç vacib şərt var: yoluxma mənbəyi, yoluxma yolları, xəstəliyə həssas
adam. Ümumi yoluxma mənbələri ilə əlaqədar eyni cür xəstəliklərin geniş
yayılması epidemiya, bir sıra ölkələri və qitələri əhatə edən epidemiya isə
pandemiya adlanır.
Müxtəlif xəstəliklər vaxtı yoluxma yolları eyni cür deyil və əsasən
töredicinin orqanizmin harasmda yerləşməsindən (yuxarı tənəffüs
orqanlarında, bağırsaqlarda ve s.) asılı olur. Məsələn, qrip, qızılca, skarlatin
sağlam adama hava yolu ilə, xəstə adamın orqanizmindən öskürmə, asqırma,
danışıq zamanı kənara sıçrayan tüpürcək vasitəsilə keçir. Vəba, qarın yatalağı,
ishal su yolu ilə və ya xəstənin əli toxunmuş, başqa cür çirklənmiş ərzaq
məhsulları vasitəsilə yayıla bilər. Törədicilərin sağlam adama keçməsində
müvafiq, rol oynayan xarici mühit ünsürlərinə yo1uxucu xəstəlik törədicilərini
keçirən amillər deyilir.
Bütün yoluxucu xəstəliklər zamanı yoluxma anından xəstəliyin ilk
əlamətləri aşkara çıxanadək müəyyən bir dövr keçir ki, bu dövr inkubasiya
(gizli inkişaf) dövrü adlanır. Həmin dövr ərzində adam zahirən sağlam
görünür. Müxtəlif yoluxucu xəstəliklərin bu gizli dövrü müxtəlif olub, bir neçə
saatdan bir neçə aya qədər, hər xəstəlik üçün ona xas olan müddət ərzində
davam edir. Yoluxucu xəstəliklər zamanı qoyulan karantinin müddəti, habelə
xəstələrlə təmasda olan şəxslərin təcrid olunması müddəti və s. məhz
inkubasiya dövrünün uzunluğundan asılı olaraq müəyyən edilir.
Yoluxucu xəstəlik qrupları. Törədicinin hansı orqanda yerləşdiyi ilə
əlaqədər xəstəliyin ümumi səciyyəvi əlamətlərindən, habelə yoluxma
yollarından asılı olaraq, bütün yoluxucu xəstəliklər dörd əsas qrupa ayrılan
tənəffüs yollarının yoluxması; bağırsaq yoluxmaları; qan yoluxmaları; bədənin
dəri səthlərinin yoluxmaları.
Tənəffüs yollarının yoluxmaları əhali arasmda ən çox təsadüf edilən və
ən geniş yayılan xəstəlikdi. Bu xəstəliklərin səciyyəvi xüsusiyyətləri tördicinin
67
yuxarı tənəffüs yollarında yerləşməsi və yoluxmanm hava-damcı yolu ilə
keçməsidir. Bunlara qrip, difteriya, qızılca, göyöskürək, çiçək xəstəlikləri
aiddir.
Bağırsaq yoluxmaları qrupuna aid xəstəliklər həzm yollarııun
zədələnməsi ilə inkişaf edir, törədici əsasən bağırsaqlarda yerləşir, xəstəliyi
keçirən amil isə ərzaq, su, torpaq çirkli əllər, milçək, məişət əşyaları olur. Bu
qrupa ishal, qarın yatalağı, A və B paratifləri ərzaq zəhərlənmələri və s.
xəstəliklər aiddir.
Qan yoluxması törədiciləri xəstəlik yayan qansorucu həşəratların –
gənənin, ağcaqanadın, birənin, bitin, mığmığanm və s. dişləməsi nəticəsində
baş verir. Bu qrup yoluxmalara taun, tulyaremiya, qızdırma, gənə ensefaliti,
səpftü və qayıdan yatalaq və s. xəstəliklər aiddir. Dəri səthinin yoluxmaları
xəstəlik əmələ gətirən göbələkciklərin törətdiyi mikozlar adlanan
xəstəliklərdir. Qoturluq, keçəllik və s. kimi xəstəliklər isə gənələr vasitəsilə
yoluxur.
Yoluxucu xəstəliklərin profilaktikası. Xəstəliklərin qarşısmı almaq
səhiyyə orqanlarının fəaliyyətində həmişə ən əsas istiqamət sayılmış və indi də
sayılmaqdadır. Yoluxucu xəstəliktörədicisinin hələ növü müəyyən edilməyən
və hansı xəstəliyə qarşı peyvənd vurmaq lazım gəldiyi hələ məlum olmayan
hallarda antibiotik dərmanlardan və digər dərman komplekslərindən istifadə
edirlər. Xəstəliyin qarşısım almaq üçün əvvəlcədən aparılan belə müalicəyə
təcili profilaktika deyilir. Mülki müdafiə sistemində bu məqsədlə həmçinin
fərdi aptekçədən də (AI-2 aptekçəsi) istifadə olunur ki, burada mikroblara
qarşı xüsusi preparatlar – bakteriya əleyhinə 1 və 2 saylı preparatlar olur.
Xəstəliktörədicinin növü müəyyən ediləndən sonra isə məhz həmin
xəstəliyə qarşı xüsusi proflaktika tədbirlri görülür.
Yanıq, günvurma və donvurma hallarında ilk tibbi yardım göstərmək
qaydaları
Yanıqların başvermə səbəbləri. Yanıqlar yüksək temperaturun habelə
müxtəlif kimyəvi maddələrin bədənə təsiri nəticəsində baş verir. Xüsusən
nüvə zədələnməsi ocaqlarında yanmağa məruz qalmış yaralıların sayı daha
çox ola bilər. Burada çox vaxt yanıqlar travmalarala və radiasiya
zədələnmələri ilə birlikdə baş verir.
68
İşıq şüalanmasnın, alovun, qaynar suyun və buxarın təsirindən baş
verən yanıqlar termik yanıq adlanır. Dərinin səthinə və selikli qişalara qatı
turşuların və qələvi maddələrin təsiri nəticədə kimyəvi yanıqlar baş verir.
Turşular və qələvi maddələr nəinki düşdüyü yeri zədələyir, həm də orqanizmin
ümumi zədələnməsinə səbəb olur. Napalm və digər yandırıcı maddələrin
törətdiyi yanıqlar daha təhlükəlidir. Napalm dəri səthinə, paltara yapışaraq
yanmaqda davam edir, nəticədə həm dərialtı səthi, həm də dərialtı birləşdirici
toxumalar və əzələlər yanıb dərin yanıqlar törəyir.
Dərinin səthinə və selikli qişalara radioaktiv maddələr düşüb orada uzun
müddət qaldıqda radiasiya yanıqları meydana çıxır. Termik kimyəvi və
radiasiya yanıqlarının agırlıq dərəcəsi nəinki toxumalarm zədələnmə
dərinliyindən, həm də yanıq baş vermiş səthin sahəsindən asılı olur.
Yanıqların təsnifatı. Dərinin və toxumaların nə dərəcədə dərin
zədələnməsindən asılı olaraq yanıqlar dörd dərəcəyə ayrılır: yüngül (I
dərəcəli), orta (II dərəcəli), ağır (III dərəcəli) və çox ağır (IV dərəcəli)
yanıqlar.
Yanıq səthinin ölçüləri bədənin bütün ümumi dəri səthinə görə faizlə
ifadə edilir. Yaşlı adamların başının və boynunun səthi bədənin bütün səthinin
9%-ni, sinəsinin və qarınının səthi – 18 %-ni, gövdənin arxa tərəfinin səthi –
18%-ni, bir ayağın səthi – 18%-ni, aralığın və xarici cinsiyyət üzvlərinin səthi
– 1%-ni təşkil edir.
Bədənin səthinin 10-15%-ni əhatə edən II-III dərəcəli geniş yanıq
nəticəsində orqanizmin ağır ümumi zədələnməsi nəticəsində yanıq xəstəliyi
baş verir və bu xəstəlik çox vaxt yanıq şoku meydana çıxarmaqla ağırlaşır.
Yanıq şokunun xüsusiyyəti, onu uzun müddət davam etməsindən ibarətdir.
Yanıq şoku 24-72 saat davam edə bilər. Yamq xəstəliyi orqanizmin kəskin
zəhərlənməsi, orqanizmdə su və duz mübadiləsinin pozulması ilə xarakterizə
olunur. Bu xəstəlik çox vaxt ağciyərlərin iltihabı, qaraciyərin, böyrəklərin
zədələnməsi, mədə-bağırsaq yollarının kəskin xorası ilə ağırlaşır.
Yanıqlar zamanı ilk tibbi yardım nə qədər tez göstərilərsə, ağırlaşan
halları bir o qədər az baş verir.
İlk tibbi yardım qaydaları. Yardım göstərərkən ilk növbədə alışmış
paltarları söndürmək, bu məqsədlə adamın üstünə palto, adyal salmaqla alovu
səngitmək lazımdır. Sonra bədənin yanıq yerini paltardan azad edirlər: bunun
üçün yanıq yerinə yapışmış hissəyə toxunmadan onun ətrafmdan paltarı kəsib
69
çıxarırlar. Yanıq yerindən suluğu qoparmaq, yanıq səthə əllə toxunmaq,
yanığa yağ, məlhəm və başqa maddə sürtmək olmaz. Yanıq yerinə steril sarğı
qoyurlar.
Böyük sahəni əhatə edən geniş yanıqlar zamanı belə yaralmı mələfəyə
bükmək, şok əleyhinə bütün tədbirləri yerinə yetirib dərhal tibb müəssisəsinə
aparmaq daha yaxşı olar.
Gözlərdə yanıq baş verərkən göstərilən ilk tibbi yardım gözə steril sarğı
qoymaqdan və belə zədələnməsi olan adamın rahatlığını təmin etməkdən
ibarətdir.
Napalmdan və digər yandırıcı vasitələrdən zədələnmiş adamlara ilk
tibbi yardım göstərərkən əvvəlcə bu maddələrin yanmasını dayandırmaq
lazundır. Yanıq yerinə suda isladılmış sarğı qoyulur və ya yanıq baş vermiş
hissəni suya batırırlar. Bəzən alovu hər hansı üsulla söndürməyə cəhd edərkən
yandırıcı maddə bədənə sürtülür və alov daha da güclənir. Buna yol vermək
olmaz. Yanmağı dayandırandan sonra yanıq yerinə steril sarğı və ya yanıq
əleyhinə xüsusi sarğı qoyurlar. Aşağı və yuxarı ətraflarda geniş yamq baş
verdikdə onlan şin və ya əlaltı vasitələrlə immobilizasiya edirlər.
Turşu və qələvilərin törətdiyi kimyəvi yanıqlar çox vaxt dərin olur.
Yalnız dəri toxumaları deyil, onun altında yerləşən toxumalar da ölür
(nekrozlaşır). Kimyəvi yanıqlara göstərilən ilk tibbi yardım bir sıra
xüsusiyyətlərə malikdir: yamq yerini dərhal 15-20 dəqiqə ərzində axar soyuq
su (kran) altında yumaq lazımdır. Bundan sonra yanıq yerinə çay sodası
səpirlər (yanıq turşulardan baş verdikdə), ya da sirkənin zəif məhlulunu tökür
(yanıq qeləvilərdən baş verdikdə) və steril bintlə örtürlər.
Sulfat turşusundan baş vermiş yanıq yerini su ilə yumaq olmaz, çünki
sulfat turşusu su ilə birləşdikdə güclü istilik törədir. Belə hallarda infeksiyadan
təmizləmək məqsədilə yanıq yerinə qaynadılmış (sterilizə edilmiş və
soyudulmuş) bitki yağı sürtürlər.
Günvurma. Orqanizmin həddən artıq qızması zamanı adamlarda ağır
xəstəlik – günvurma və ya istilikvurma baş verə bilər. Bu xəstəliklərin əsas
əlamətləri bədənin hərarətinin 40-41°C-dək yüksəlməsi, nəbzin dəqiqədə 150-
170 və tənəffüsün dəqiqədə 30 dəfəyədək tezləşməsi, sifətin kəskin qızarması,
bəzən isə avazıması, çox güclü tərləmə, yeriyərkən adamın səndələməsi, başın
gicəllənməsi, baş ağrılarıdır.
70
llk tibbi yardım göstərərkən adamı kölgəli yerdə uzadır, paltarının
yaxasını və bədəni sıxan digər yerlərini açıb boşaldır, başa və sinəyə yaş
dəsmal qoyur, su içirdirlər. Adam huşunu itirdikdə gicgahlarına naşatır spirti
sürtür, nəfəsi kəsildikdə süni tənəffüs verir, ürəyin fəaliyyəti dayandıqda ürəyi
xaricdən masaj edirlər.
Donvurma. Güclü soyuqdan orqanizm toxumalarmm zədələnməsinə
donvurma deyilir.
Ayaqlar və əllər donvurmaya daha tez məruz qalır. Hətta 0°C-dən
yuxarı olan temperaturda, xüsusən, tez-tez dəyişən mülayim havada, qarda,
yağışda uzun müddət hərəkətsiz qalmaq, habelə fiziki və psixoloji yorğunluq,
orqanizmin zəifləməsi, qanitirmə və əvvəllər baş vermiş donma halları da tez
donvurmaya səbəb olur.
Sağiam həyat tərzi və onun mahiyyəti
İnsanın sağlam həyat tərzi onun səhhətinin qorunmasını və
möhkəmlənməsini təmin edən davranış düşüncə tərzinə deyilir.
Sağlam həyat tərzinin mahiyyəti və məzmununu əsasən aşağıdakı
amillər təşkil edir.
orta miqdarda yə tarazlaşdırılmış qidalanma;
fərdi bioloji ritmlərin dinamikası nəzərə ahnan gündəlik rejim;
kifayət dərəcədə hərəkət fəallhğı
orqanizmin möhkəmləndirilməsi;
şəxsi gigiyena
savadlı ekoloji davranış
öz hisslərini, emosiyaları idarə etmək bacarığı və əsəblərin qorunması;
zərərli vərdişlərdən (siqaretdən, alkoqoldan, narkotik maddələrdən) imtina
etmək;
meşədə, məktəbdə ehtiyatlı davranmaq və da zədələnmə, zəhərlənmə
hallarınm qarşısmı almaq.
İnsanın sağlamlığı onun məsuliyyət hissilə sıx bağlıdır. Təəssüf ki,
özunün sağlamhğınm mühafizəsi üçün şəxsi məsuliyyətini heç də hamı dərk
etmir. Ölkə əhalisinin əksəfiyyəti idmanla məşğul olmur, 30% -ə qədərinin
çəkisi normadan artıqdır, xeyli insan isə siqaret çəkir.
Bəzi ölkələrdə insanların öz sağlamlığma məsuliyyətli münasibəti
hökumət tərəfindən, habelə şəxsin işlədiyi şirkət tərəfindən mükafatlandırılır.
71
Məsələn, siqareti tərk edən, bədəninin çəkisini norma hüdudları daxilində
qalmasına nəzarət edən, gimnastika ilə məşğul işçilər üçün əlavə ödənişlər
nəzərdə tutulur.
Ağır atletika boy artımına mənfi təsir göstərə bilər. Velosiped sürmək
belin bir qədər bükülməsinə və qamətin azacıq pozulmasına səbəb olur
(sadəcə velosiped sürməyi velosiped idmanı ilə qarışıq salmayın). Hələlikl,
insan bədəni hərəkət üçün yaranmışdır. Hərəkət cavan orqanizmin inkişafı,
onun sağlamhğı üçün vacib şərtdir. Hərəkət orqanizmin emosional vəziyyəti
ilə sıx bağlıdır. Hərəkət orqanizmdə gərginilyi azaldır ve hormonal sistemə
müsbət təsir göstərir. Xüsusən gənc yaşlarında hərəkətsiz həyat tərzi sonralar
öz mənfi nəticələrini göstərir. Belə azhərəkətli davranış tərzi orqanizmin bütün
funksiyalarının dəyişməsinə, xəstəliyə, xüsusən də ürək-damar sisteminin
xəstəliklərinə səbəb olur. Hərəkət fəallığı sağlam həyat tərzinin əlamətidir.
Orqanizmin möhkəmləndirilməsi və soyuqdəymə xəstəliklərinin
profilaktikası
Orqanizmin həyat tonusunu, yəni fəaliyyət dərəcəsini yüksəltmək,
soyuqdəymənin qarşısını almaq üçün hökmən orqanizmi möhkəmlətmək
lazımdır. Möhkəm bədənli insan daha az xəstələnir. Buna görə də orqanizmin
möhkəmləndirilməsinin sağlam həyat tərzinin əsas amil olmasını qətiyyətlə
söyləmək mümkündür. Günəşin, suyun və havanın insan orqanizminə təsiri
olduqca faydalıdır.
Hələ qədim zamanlardan insanlar sağlamlıq üçün təbii iqlim
amillərindən istifadə etməklə bədəni möhkəmlətməyin vacibliyini anlamışlar.
Gündə qaralmaq, qışda buzlu suda çimmək, hamamda buxarlanmaq orqanizmi
möhkəmləndirməyin ən çox yayılmış üsullarındandır.
Orqanizmi möhkəmlədən və düzgün istifadə olunduqda heç vaxt zərər
yetirməyən təbii amilləri nəzərdən keçirək.
Bu baxımdan su çox qiymətli xassələrə malikdir. Isbat edilmişdir ki, su
proseduralarından (müalicəvi əməliyyatlardan) səmərəli istifadə etməklə,
möcüzələrə nail olmaq mümkündür. Su proseduraları zamanı insan
orqanizmində nə baş verir? Soyuq suda isladılmış dəsmalla bədənin hətta qısa
müddət sürtülməsi və ya soyuq suda yaxalanma yorğunluğu aradan qaldırır,
gümrahlıq və yaxşı əhvali-ruhiyyə, ovqat yaradır. Soyuq suyun təsiri altında
dəridəki qan damarları daralır və sıxılma nəticəsində oradakı qan, beyin də
72
daxil olmaqla daxili orqanlara yönəlir. Buna görə də əllərin və üzün soyuq su
ilə dörd-beş dəfə yaxalanmış və bununla əlaqədar olaraq dəridəki damarlarm
daralması dəri üçün sanki faydalı xüsusi bir gimnastika hərəkəti rolunu
oynayır ki, nəticədə hüceyrələrin təminatı və fəaliyyəti yaxşılaşır, bu isə öz
növbəsində orqanizmdə maddələr mübadiləsinin yaxşılaşmasma səbəb olur.
Müntəzəm olaraq 2-3 ay ərzində yaxalanmdan sonra orqanizmi
möhkəmlətməyin üçüncü mərhələsinə – duş qəbul etməyə başlamaq olar.
Orqanizmə təsirinə görə duş daha girilu vasitədir, çünki duş vaxtı soyuq su
dəriyə mexaniki təsir də göstərərək sanki onu masaj edir. Su proseduralarmı
səhərlər keçirmək daha yaxşıdır. Hava vasitəsilə orqanizmi möhkəmlətməyə
20°C temperaturda başlamaq, sonra isə tədricən daha aşağı temperaturda
davam etdirmək məsləhətdir. Ilk hava vannası 20-30 dəqiqədən artıq davam
etməməlidir. Bundan sonra həmin əməliyyatın müddətini vaxtaşırı 10 dəqiqə
artırmaq mümkündür.
Səmərəli qidalanma və onun
Qidalanma orqanizmin maddələrə olan hər cür tələbatını ödəməli, onun
bütün sistem və orqanlarında fəaliyyətini təmin etməlidir.
Səmərəli qidalanma insanın cinsini, yaşın, fəaliyyətinin xüsusiyyətini
nəzərə almaqla onun mükəmməl qida qəbul etməsinə deyilir. Belə qidalanma
orqanizmdə enerji müvazinəti yaranması prinsipinə əsaslanmalıdır, yəni
başlıca qida maddələri obın zülal, yağ və karbo-hidratlar arasında düzgün
nisbətin yaranmasına; bitki və heyvan mənşəli zülal və yağ, sadə və mürəkkəb
karbohidratlar arasında müəyyən münasibətlərə, mineral maddələrin və
vitaminlərin tarazlaşmasına imkan verməlidir.
İnsanın enerjiyə olan tələbatı onun cinsindən, yaşından, boyundan,
bədəninin çəkisindən, mübadilə proseslərinin səviyyəsindən, həmçinin fiziki
gərginlikdən, psixi fəaliyyətin xarakterindən, idmanla maşğuliyyətdən, iqlim
şəraitindən və digər amillərdən asılı olur. Orqanizmin gündəlik enerji
sərfiyyatı əsas mübadilə üçün, qidanın mənimsənilməsi (həzmi) üçün və fiziki
fəaliyyət üçün sərf olunan enerjinin cəmindən ibarətdir.
Enerjinin əsas qismi (S-60%) insamn həyat fəaliyyətininjtəmin
olunmasma (beynin, daxfü. orqanlarm, ürək-damar və tənəffüs sistemlərinin
fəaliyyətinə), 10-15%-i qidamn həzm edilməsinə, 30-40% -i iş də daxil
olmaqla, inşanın fiziki fəallığınm təmin edilməsinə sərf olunur.
73
Zərərli vərdişlər, onların sağlamlığa təsiri və profilaktikası
Vərdiş yaranmış elə davranış tərzidir ki, bu, müəyyən hallarda insan
üçün ehtiyac xarakteri alır.
Zərərli vərdiş şəxsin öyrəşdiyi elə davramş tərzidir ki, bu, şəxsin özü
üçün və ya cəmiyyət üçün təcavüz xarakteri daşıyır.
Zərərli vərdişlərə adət, siqaret çəkmək, sərxoşluq, narkomanlıq, aroma
karbohidrogen maddələrdən istifadə kimi hallar aid edilir. Bütün bunlar
sağlam həyat tərzinin pozulmasının müxtəlif formalarından ibarətdir.
Nikotindən asılılıq. Siqaret çəkmək nikotinomaniyaya (nikotin
düşkünlüyü halına), baş beyindəki tənəffüs mərkəzinin tütün tüstüsünün
tərkibində olan və bu mərkəzin fəaliyyətini stimullaşdıran nikotin
maddəsindən asılı hala düşməsinə səbəb olur. Bu isə həmin nikotin
maddəsinin bütün orqanizmdə stabilliyi, normal fəaliyyəti pozan amilə
çevrilməsinə gətirib çıxarır.
Bir çox cavan valideynlər uşaq arabasında yatan körpə ilə gəzməyə
çıxarkən siqareti çəkmədən dayana bilmirlər. Axı bu zaman siqaretin tüstüsü
körpənin də ciyərlərinə keçir! Bunu gələcək üçün yadda saxlayın və heç vaxt
belə etməyin.
Lakin bütün ölkələrdə vəziyyət həqiqətən də belədir. Bunu müxtəlif
ölkələrdə aparılan müstəqil tədqiqatlar da təsdiq edir.
Çoxillik «stajı» olan siqarət həvəskarları «istəsəm, o saat siqareti tərgidə
bilərəm», kimi «bəyanatlarına» şübhə ilə yanaşmaq lazımdır. Onlar heç özləri
də zənn etmədən yanılırlar və belə hesab edirlər ki, özlərinin iradə qüvvəsi ilə
nikotin asılılığından yaxa qurtara bilərlər. Siqaret hərisi hər hansı bir müddət
ərzində siqaretdən imtina edə bilir və bu müddət bəzən aylarla və hətta illərlə
davam edir. Lakin elə bir an gəlib çatır ki, o, yenidən siqaret çəkməyə
başlayır. Nikotindən asılılığın mexanizmi belədir: insan siqaret çəkərkən onun
orqanizmində adi maddələr mübadiləsində iştirak edən nikotin turşusu və
digər belə tərkiblər öz fəaliyyətlərini dayandırır və bu dəfə qəbul edərkən
yarana bilir və insan narkomanlığa mübtəla olur. Belə xəstələrin müalicəsi
uzun sürən və bir çox hallarda, təəssüf ki, perspektivsiz prosesdir.
Gənclər bilməlidir ki, xəstəlikdən müstəqil surətdə, xüsusən də narkotik
maddənin qəbulundan imtina eləmək üsulu ilə müalicə olunmaq əsla
yolverilməzdir: ağrılar zamanı vaxtmda tibbi yardım göstərilməzsə, məhv
olmaq mümkündür. Ağrılar çox güclənən anda həddən artıq dozada maddə
74
vurularkən də ölüm baş verə bilər. Buna görə də stasionar xəstəxanada
müalicə olunmaq lazımdır. Orada ilk əvvəl reanimatoloq, məhz ondan sonra
isə, psixiatr və narkoloq yardım göstərəcəklər. Lakin normal həyat tərzinə
qayıtmaq üçün psixoloqun yardımı da lazım gələcəkdir.
Alkoqolizm hallarına nisbətən narkomanlıq hallarında dozanın artıq
olması nəticəsində ölüm daha tez-tez baş verir.
Dostları ilə paylaş: |