Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti Mülki müdafiə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix10.10.2019
ölçüsü0,68 Mb.
#29324
1   2   3   4   5   6   7   8
022 Mulki mudafia Az


5. KİMYƏVİ SİLAH 

 

Kimyəvi  silah  kütləvi  qırğın  silahlarından  biri  olub,  zəhərləyici 

maddələr  (ZM)  və  onları  tətbiq  etmək  üçün  istifadə  olunan  vasitələrə  deyilir. 

Kimyəvi silahın əsasını zəhərləyici maddələr təşkil edir. Zəhərləyici maddələr 

hərbi,  sənaye  və  təsərrüfat  obyektlərinə  qarşı  işlədilərkən  qoşunların  şəxsi 

heyətlərini,  fəhlələri,  qulluqçuları,  əhalini  sıradan  çıxaran,  yaxud  onların 

döyüş və əmək qabiliyyətinin zəifləməsinə, heyvanların zədələnməsinə, habelə 

bitkilərin  məhvinə  səbəb  ola  bilən  xüsusi  kimyəvi  birləşmələrdən  (zəhərli 

maddələrdən) ibarətdir.  

 

Kimyəvi silahın ən vacib xüsusiyyətləri aşağıdakılardır: 

 



 

maddi  sərvətləri  məhv  etmədən  canlı  qüvvələri  zədələmək  imkanı.  ZM-in 

maddi  sərvətlərə  təsiri  onların  zəhərlənməsi  ilə  məhdudlaşır  ki,  bu  da 

onlardan istifadəni çətinləşdirir; 

 

zəhərlənmənin sürətlə baş verməsi və zədələnmənin ağır olması; 



24 

 



istehsalının nisbətən ucuz başa gəlməsi.  

 

Məlum olan bütün zəhərləyici maddələr orqanizmə təsirinin xarakterinə 



görə  (toksikoloji  təsnifat),  döyüş  təyinatı  və  ərazidə  zəhərlənmənin 

davamlılığına görə (taktiki təsnifat) qruplara ayrılır.  

Bir  sıra  ölkələrin  cəbbəxanalarındakı  müasir  zəhərləyici  maddələri 

toksikoloji təsnifata görə aşağıdakı qruplara ayırmaq mümkündür: 

Fosgen  buxarları  ilə  nəfəs  alarkən  ağciyərlərin  spesifik  zəhərlənməsi 

baş  verir.  Kimyəvi  silah  tətbiq  olunan  və  GTZM  dağılan  ərazilərdə  kimyəvi 

zəhərlənmə  ocağı  yaranır.  Kimyəvi  zəhərlənmə  ocağı  o  əraziyə  deyilir  ki, 

orada ZM və ya GTZM-ın təsiri nəticəsində əhalinin, heyvanların və bitkilərin 

zədələnməsi  baş  verir.  Kimyəvi  zəhərlənmə  ocağının  ölçüləri  zəhərləyici 

maddələrin  işlədilməsi  miqyasından,  onların  növündən,  tətbiq  edilmə 

üsulundan,  meteoroloji  şəratin  və  yerin  relyefindən  asılı  olur.  Kimyəvi 

zəhərlənmə  ocağı  iki  zonaya  –  ZM  ilə  bilavasitə  zəhərlənən  əsas  zonaya  və 

ZM-in  buxar  və  ya  aerozolları  yayılan  ikinci  zonaya  ayrılır.  GTZM-dən 

mühafizə  olunmaq  üçün  sənaye  əleyhqazlarından  və  xüsusi  respiratorlardan 

istifadə olunur.  

 

6. BAKTERİOLOJİ (BİOLOJİ) SİLAH 

 

Bakterioloji silah (BS) kütləvi qırğın silahlarının bir növüdür.  



BS  bakterial  vasitələrə  və  onları  tətbiq  etmək  üçün  işlədilən  döyüş 

sursatına, cihaz və tərtibatlara deyilir. BS əsasını xəstəliktörədən mikroblar və 

onlardan alınan zəhər-toksinlər təşkil edir.  

Bakterioloji  vasitələrin  insanlara,  heyvanlara  və  bitkilərə  zədələyici 

təsiri  bir  sıra  fərdi  xüsusiyyətlərlə  xarakterizə  edilir.  Onların  hətta  çox  kiçik 

dozaları  belə,  yoluxucu  xəstəlik  törədir,  yaxud  insanları  və  heyvanları 

zəhərləyə  bilir.  Bir  çox  xəstəliklər  xəstə  adamdan  sağlam  adama  keçir, 

insanlar  və  heyvanlar  arasında  tez  yayılır.  Xəstəliktörədən  mikroblar  və 

toksinlər  müəyyən  müddət  xarici  mühitdə  və  ya  yoluxmuş  həşaratlarda, 

gənələrdə,  gəmiricilərdə  qala  bilər.  Bakterioloji  vasitələrin  zədələyici 

xassələrindən  biri  də  onlarda  inkubasiya  və  ya  gizli  inkişaf  dövrünün 

olmasıdır.  Düşmən  bakterioloji  vasitələri  təyyarə  bombaları,  top  güllələri, 

raketlər,  habelə  içərisinə  maye,  yaxud  quru  halda  mikrob  və  zəhər  qatışığı 

(reseptur)  doldurulmuş  xüsusi  konteyner  və  cihazlarda  ata  bilər.  Onları 



25 

zəhərlənmiş  daşıyıcılar  da  (həşəratlar,  gənələr,  gəmiricilər)  yaya  bilər.  Belə 

silahın tətbiqi nəticəsində, şübhəsiz ki, şəhərlər və başqa yaşayış məntəqələri, 

dəmiryol  qovşaqları,  limanlar,  su  təchizatı  mənbələri,  həmçinin  kənd 

təsərrüfatı  bitkiləri,  əkin  tarlaları  bakterioloji  vasitələrlə  zədələnə  bilər. 

Xəstəliyin  yayılmasının  ən  sadə  və  təsirli  üsullarından  biri  havanın 

yoluxmasıdır. İçərisində bakterioloji vasitələr olan hərbi sursat havada duman 

və  ya tüstüşəkilli  aerozol buludu yaradır. Onun  zədələyici təsiri tətbiq edilən 

xəstəliktörədicidən, ərazinin relyefindən, meteoroloji şəraitdən və s. asılıdır.  

İnsanlar və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman 

deyil, buluddan ayrılmış aerozol hissəciklərinin öz zədələyici xüsusiyyətlərini 

saxlaya  bildiyi  vaxtdan  asılı  olaraq,  bir  neçə  saat,  gün,  həftə,  hətta  ay 

müddətində  də  zədələnə  bilər.  Ona  görə  üzərinə  həmin  hissəciklər  düşmüş 

əşyalara  toxunduqda  və  ya  yoluxmuş  yeyinti  məhsullarından,  yaxud  sudan 

istifadə  edildikdə  zədələnmək  olar.  Bakterioloji  silahın  tətbiqi  nəticəsində 

bioloji zədələnmə ocağı yarana bilər. Bioloji zədələnmə ocağı o əraziyə deyilir 

ki, orada bioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki təlafatı olsun. 

Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və observasiya rejimləri tətbiq 

olunur.  Yoluxucu  xəstəlik  yayan  həşəratlar  bir  yerdən  başqa  yerə  keçdikləri 

üçün bakterioloji yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yoluxucu 

xəstəliklərin yayılma təhlükəsi artır.  

Profilaktika  aparmaq  və  lazımi  mühafizə  tədbirləri  görmək  üçün 

bakterioloji vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti var. 

Düşmənin bakterioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin 

hansı yoluxucu xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara 

görə  müəyyən  etmək  olar.  Yoluxucu  xəstəliyin  əlamətləri  aşkara  çıxan  kimi 

(hərarətin  yüksəlməsi,  baş  ağrısı,  iştahasızlıq,  ürək  bulanması,  qusma,  mədə 

pozğunluğu) bu barədə dərhal tibb müəssisəsinə xəbər verilməli, xəstə ayrıca 

otaqda və ya otağın ayrıca hissəsində yerləşdirilməli, şəxsi əşyaları, paltarları, 

yataq ləvazimatı, qab-qacagı, mebeli dezinfeksiyadan keçirilməlidir.  

 

7. ADİ QIRĞIN VASİTƏLƏRİ 

 

Vakuum,  diyircəkli,  fuqas  və  qəlpələnən  bombalar,  «sürpriz-minalar» 



və  s.  düşmənin  müasir  «adi»  zədələyici  vasitələrindəndir.  Bir  sıra  dövlətlər 

silahların  yeni  növ  və  sistemlərini  yaratmaqla  yanaşı,  köhnə  növlərinin  də 

təkmilləşdirilməsinə, zədələyici təsirlərin artırılmasına xüsusi diqqət yetirirlər.  


26 

Vakuum və həcmli partlayış bombası adi silahın yeni növüdür. ABŞ bu 

silahı  ilk  dəfə  1969-cu  ildə  Vyetnamda  sınaqdan  keçirmişdir.  Quruluşca  bu 

silah  bir  kasetdə  birləşdirilən  silindr  formalı  maye  qabından  və  partlayıcı 

tərtibatlardan ibarətdir. Qabın hərəsinə 33,6 kq maye etilen oksidi doldurulur. 

Silah  təyyarədən  atılarkən  partlayış  nəticəsində  maye  ətrafa  çilənir,  2-5  m 

hündürlükdə  diametri  15  m  qaz-hava  buludu  əmələ  gətirir,  bulud  dərhal 

partladılır.  Partlayış  yerindən  15  m  məsafədə  izafi  təzyiq  20-30  kqq/sm

2

-ə 



çatır  (müqayisə  üçün  qeyd  edək  ki,  adamları  ağır  zədələmək  və  binaları  tam 

dağıtmaq üçün 0,5-0,7 kqq/sm

2

 izafi təzyiq kifayətdir). Vakuum döyüş sursatı 



partlayarkən  zərbə  dalğası  səsdəniti  sürətlə  ətrafa  yayılır.  Havanın  tərkibində 

oksigen  olduqca  azalır.  Qaz-hava  qarışığı  (emulsiya)  binaların  içərisinə 

keçdikdə  yenidən  partlaya  bilər.  Belə  sursatın  təsiri  eyni  çəkidə  adi  fuqas  və 

qəlpələnən sursatların təsirindən 10 dəfə artıqdır.  



Kumulyativ  döyüş  sursatı.  Sursatın  ön  hissəsində  konusşəkilli  boşluq 

var. Partlayış  zamanı əmələ gələn sıxılmış hava enerjisi 10-15 km/san sürətlə 

bir nöqtəyə yığışır və dağıdıcı gücə çevrilir. Kumulyativ döyüş sursatları, tank 

əleyhinə raket və qumbara, qalınlığı 400-600 mm olan zirehli səthləri dağıdır. 

Onun qəlpələri adamları məhv edir.  

Fuqas  bombası  aviasiya  bombalarının  binaları,  dəmiryol  qovşaqlarını, 

enerji  qurğularını  dağıtmaq,  canlı  qüvvələri,  texnikanı  məhv  etmək  üçün 

işlədilən növüdür. Əsas hissələri metal gövdədən, partlayıcı maddə qabından, 

partladıcı  tərtibatdan  və  stabilizatordan  ibarətdir.  Kalibri  (ağırlıği)  50  kq-dan 

10.000 kq-dək olur. Dağıdıcı təsiri kalibrindən asılı olur.  

Qəlpələnən  aviasiya  bombası  partlayarkən  xırda  qəlpələrə  parçalanan 

gövdənin  qırıntıları  ətrafa  zədə  yetirir.  Bombanın  kalibri  0,5  kq-dan  100  kq-

dək  olur.  Məsələn,  100  kq-lıq  bomba  hərəsi  1  qr  olan  5-6  min  qəlpədən 

ibarətdir.  

Vakuum,  diyircəkli,  fuqas  və  qəlpələnən  bombalardan  qorunmaq  üçün 

ən  etibarlı  vasitə  kollektiv  mühafizə  vasitələri,  yəni  sığınacaq  və 

daldalanacaqdır.  Əgər  yaxınlıqda  belə  qurğular  yoxdursa,  ətrafda  olan  çala, 

xəndək və yeraltı keçidlərdə gizlənməklə qorunmaq mümkündür.  



Yandırıcı  silah  adamları,  yaşayış  məntəqələrini,  sənaye  obyektlərini, 

nəqliyyat vasitələrini, meşə və əkinləri məhv etmək üçün işlədilir.  

Silah kimi işlədilən yandırıcı maddələr tərkibinə görə qruplara ayrılır: 


27 

Napalm  neft  məhsullarına  (benzin,  dizel  yanacağı  və  s.)  xüsusi 

qatılaşdırıcı  maddələr  qarışdırmaqla  hazırlanır.  Tezalışan  qonur-qara  rəngli 

qatı  maddədir,  düşdüyü  yerə  yapışaraq  800-1200°C  istilik  ayrılmaqla  5-10 

dəqiqə yanır. Yanma zamanı napalm durulaşıb binaların, qurğuların  içərisinə 

sıza bilər. Sürətlə qızan hava adamların yuxarı tənəffüs yollarında (burun, ağız 

boşluğu,  boğazda)  yanıqlar  əmələ  gətirir.  Benzin  buxarlarının  tərkibindəki 

zəhərləyici  maddələrlə  zəhərlənmə  ölümlə  nəticələnir.  Napalmın  yanması 

nəticəsində  alınan  temperaturu  1200-1600°C-yə  qədər  artırmaq  üçün  ona 

metal  maqnezium  və  ya  alüminium  tozu  əlavə  edilir.  Belə  qatışıq  pirogel 

adlanır.  Pirogel  2-5  dəqiqə  parlaq  alovla  yanır,  nazik  metal  təbəqələrini 

yandırıb deşir və uzunmüddətli yanğın ocağı törədir.  

Termit  alüminium  və  dəmir  oksidlərinin  mexaniki  qarışığından 

ibarətdir,  xüsusi  odlayıcı  tərtibatla  yandırılır.  Termit  havasız  da  yana  bilər, 

düşdüyü  yerdə  yanaraq  3000°C  temperatur  yaradır.  Polad,  dəmir  və  digər 

metal təbəqələrini yandırıb deşir.  



Ağ  fosfor  havada  öz-özünə  alışan,  mumabənzər  zəhərli  maddədir. 

Yanarkən zəhərləyici ağ tüstü əmələ gətirir.  

Yandırıcı  vasitələr  aviasiya  bombaları,  mərmilər,  təyyarədən  atılan 

baklar, əl qumbaraları və s. vasitələrlə tətbiq oluna bilər.  

Düşmənin  yandırıcı  silahından  qorunmaq  və  onun  təsirini  azaltmaq 

məqsədilə  yanğının  yayılmasının  qarşısını  alan  tədbirlər  görülməli, 

yanğınsöndürmə vasitələri ehtiyatları yaradılmalıdır. Adamlar qorunmaq üçün 

mühafizə  qurğularında  daldalanmalıdırlar.  Əl  altında  olan  əşyalardan  da 

istifadə etmək mümkündür. Adamın paltarına yandırıcı maye düşdükdə yanan 

yeri  paltarın  ətəyi,  palçıq  və  s.  ilə  qapayırlar.  Əgər  yandırıcı  maddə  çox 

düşmüşsə,  onda  yanan  paltarları  cəld  çıxarıb  atmaq  və  ya  adamın  bədənini 

yapıncı, plaş və başqa örtüklə sıx örtmək lazımdır. Napalm bulaşığını silməyə 

çalışmaq olmaz.  

 

8. FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ (FHN) 

 

FHN-nin yaranma tarixi 

 

Fövqəladə  Hallar  Nazirliyi  (FHN)  2005-ci  il  dekabrın  16-da 



Azərbaycan  Respublikası  Prezidentinin  fərmanı  ilə  yaradılmış  və  nazirlik 

haqqında  Əsasnamə  Azərbaycan  Respubilkası  Prezidentinin  2006-cı  il  19 

aprel tarixli fərmanı ilə təsdiq edilmişdir.  


28 

 

FHN-nin strukturu 

 

 



Dövlət Yanğından Mühafizə Xidməti 

 



Dövlət Yanğın Nəzarəti Xidməti 

 



Mülki Müdafiə Qoşunları  

 



Material Ehtiyatlarının Dövlət Agentliyi 

 



Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi 

 



Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Agentliyi 

 



Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi 

 



Dövlət Sularda Xilasetmə Xidməti 

 



Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti 

 



Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti 

 



Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi 

 



«İzotop» xüsusi kombinatı 

 



Əməliyyat-istintaq idarəsi 

  Elm-istehsalat Birliyi 



 

Mərkəzi laboratoriya 



 

Təcili Xilasetmə Xidməti 



 

Əsaslı Tikinti İdarəsi 



 

Aviasiya dəstəsi 



 

Kinoloji Xidmət 



 

Tədris-Təlim Mərkəzi 



 

İdman-sağlamlıq klubu 



 

Tibb Xidməti Regional mərkəzlər 



 

Attestasiya (akkreditasiya) olunmuş təşkilatlar 



 

Fövqəladə Hallar Nazirliyinin (FHN) əsas vəzifələri 

 

 



Mülki  Müdafiə  (MM),  habelə  əhalinin  və  ərazilərin  FH-dan  mühafizəsi 

sahəsində vahid dövlət siyasətinin reallaşdırılması; 

  Azərbaycan  Respublikası  Prezidentinin  və  hökumətinin  qərarları  əsasında 



MM-in  təşkili  və  həyata  keçirilməsi,  habelə  əhalinin  və  ərazilərin  FH-dan 

mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsi; 



29 

 



MM  sahəsində  normativ  tənzimləmələrin,  eləcə  də  xüsusi  icazəverici, 

gözətçilik və nəzarət funksiyalarının həyata keçirilməsi; 

 

MM,  habelə  əhalinin  və  ərazilərin  FH-dan  mühafizəsi  sahələrində 



respublika  dövlət  icra  orqanlarının  dövlət  tərəfindən  idarə  olunması  və 

fəaliyyətlərinin 

koordinasiyasının 

(əlaqələndirilməsinin) 

həyata 

keçirilməsi; 



 

MM,  habelə  əhalinin  və  ərazilərin  FH-dan  mühafizə  sahələrində 



informasiyaların  müəyyən  edilmiş  qaydada  toplanması  və  mübadiləsinin 

həyata keçirilməsi və s.  

 

9. MÜLKİ MÜDAFİƏ VƏ ONUN VƏZİFƏLƏRİ 

 

Elmi-texniki  tərəqqi  yüksəlişi,  mürəkkəb  texniki  sistemlərin  tətbiqi  və 



onların istismarında riskin artması ilə müşayiət olunur. Bu isə insanların həyat 

və sağlamlığa, ətraf mühitə və cəmiyyətin normal fəaliyyətinə təhlükə yaradır.  

Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi 

zamanı, istehsalatda insanların həyat fəaliyyətini və ətraf mühitin mühafizəsini 

təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.  

Mülki  müdafiə  (MM)  insanın  ətraf  mühitdə  təhlükəsizliyi  və 

sağlamlığının  qorunması  haqqında  elmdir.  O,  təhlükəli  və  zərərli  amilləri 

aşkara  çıxarmalı  və  müəyyənləşdirməli,  insanın  mühafizəsinin  metod  və 

vasitələrini,  zərərli  və  təhlükəli  amillərin  minimuma  qədər  azaldılması 

yollarını  araşdırmalı,  sülh  və  müharibə  dövründə  baş  verən  qəza  hallarının, 

fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirlərini hazırlamalıdır.  

Böyük  maddi  itkilər  və  insan  tələfatına  səbəb  olan  (AES-də, 

dəmiryolda,  güclü  təsirli  zəhərli  maddələrdən  istifadə  edən  müəssisələrdə 

qəzalar və tez-tez baş verən təbii fəlakətlər və s.) fövqəladə hadisələr göstərir 

ki,  xüsusilə  sülh  mənşəli  fövqəladə  halların  MM  tədbirləri  yenidən  baxılmalı 

və  qiymətləndirilməlidir.  Bu  məsələ  bazar  münasibətləri  və  keçid  dövründə 

daha böyük əhəmiyyət kəsb edir.  

1992-ci  il  iyulun  31-də  Azərbaycan  Respublikasının  Prezidenti 

«Azərbaycan  Respublikasının  Mülki  Müdafiəsi  haqqında  Əsasnamənin» 

təsdiq edilməsi barədə fərman imzalamışdır. Yuxarıda deyilənlər Əsasnamədə 

öz  əksini  tapmışdır.  Yeni  Əsasnamədə  respublikada  mülki  müdafiənin  əsas 

məqsəd  və  vəzifələri,  habelə  dövlət  hakimiyyəti  və  idarəetmə  orqanlarının, 



30 

ictimai  təşkilatların,  eləcə  də  məsul  şəxslərin  və  bütün  vətəndaşların  mülki 

müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.  

Bu  Əsasnamədən  sonra,  1998-ci  il  aprelin  18-də  Azərbaycan 

Respublikası  Prezidentinin  fərmanı  ilə  Mülki  Müdafiə  haqqında  Azərbaycan 

Respublikasının qanunu qüvvəyə minmişdir.  

Azərbaycan  Respublikasının  mülki  müdafiəsi  sülh  və  müharibə 

dövrlərində  əhalinin  və  ərazinin  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə 

dövlət  hakimiyyəti  orqanları,  hüquqi  və  fiziki  şəxslər  tərəfindən  həyata 

keçirilən tədbirlər sistemidir.  

Mülki  müdafiə  üzrə  dövlət  funksiyalarını  Azərbaycan  Respublikasının 

Fövqəladə Hallar Nazirliyi sistemi yerinə yetirir.  

 

Mülki müdafiənin əsas vəzifələri aşağıdakılardır: 

 



 

əhalinin  və  ərazinin  fövqəladə  hadisələrdən  mühafizəsinin  təmin  edilməsi 

üzrə hüquqi və iqtisadi normalar işləyib hazırlamaq və həyata  

keçirmək; 

 

fövqəladə  hadisələrin  nəticələrinin  aradan  qaldırılması  üçün  maddi  və 



maliyyə vəsaitləri ehtiyatı yaratmaq; 

 



fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək; 

 



əhalinin  və  ərazinin  fövqəladə  hadisələrdən  mühafizəsi  sahəsində  dövlət 

nəzarətini və ekspertizasını həyata keçirmək; 

 

dinc  dövrdə  və  ya  nıüharibə  dövründə  fövqəladə  hadisələrdən  mühafizə 



olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək; 

 



insanların  həyatı  və  sağlamlığı  üçün  təhlükə  yarada  biləcək  fövqəladə 

hadisələr barəsində əhaliyə vaxtında xəbərdarlıq etmək, habelə hadisələrin 

nəticələri və onların  aradan qaldırılması üzrə görülmüş tədbirlər  haqqında 

əhaliyə məlumat vermək; 

 

fövqəladə  hadisələrin  qarşısının  alınması  və  nəticələrinin  aradan 



qaldırılması həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının qüvvə və 

vəsaitlərinin hazırlığını təmin etmək; 

 

əhalini fərdi və kollektiv mühafizə vasitələri ilə təmin etmək; 



 

fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları  



müvəqqəti  yaşayış  yerləri  ilə  təmin  etmək,  ümdə  qəza-xilasetmə  işlərini 

həyata  keçirmək,  ictimai  asayişin  bərpa  olunması  və  qorunmasına  yardım 

etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək; 


31 

 



fövqəladə hadisələrdən  zərər çəkmiş əhalinin sosial müdafiəsi üzrə  lazımi 

tədbirlər həyata keçirmək; 

 

həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək; 



 

əhalinin  və  ərazinin  fövqəladə  hadisələrdən  mühafizəsi  sahəsində 



beynəlxalq əməkdaşlığı həyata keçirmək və s.  

 

Mülki müdafiənin təşkili və ona rəhbərlik 

 

Təsərrüfat  obyektlərində,  tədris  müəssisələrində  mülki  müdafiənin 



təşkil  edilməsi  və  vəziyyəti  üçün  obyektin  rəhbəri  məsuliyyət  daşıyır.  Mülki 

müdafiə  tədbirlərinin  yerinə  yetirilməsi  barədə  onun  əmr  və  sərəncamlarını 

obyektin  bütün  vəzifəli  şəxsləri  hökmən  icra  etməlidirlər.  Obyektlərdə  mülki 

müdafiə fəhlə, qulluqçu, kəndli və tələbələri (şagirdləri) qabaqcadan fövqəladə 

hadisələrin  zədələyici  amillərindən  mühafizəyə  hazırlamaq,  obyektin 

fövqəladə  hallarda  sabit  işləməsi  üçün  şərait  yaratmaq,  vaxtında  Qəza-

Xilasetmə və digər təxirəsalınmaz işlər (Q3L və DTİ) görmək, təbii fəlakət və 

istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.  

Obyektin  rəhbərinə  mülki  müdafiə  üzrə  kömək  göstərmək  məqsədilə 

onun müavinləri (köçürmə, mühəndis-texniki tədbirlər, maddi-texniki təchizat, 

qərargah  üzrə  və  s.)  olur.  Obyektin  rəhbərliyinin  nəzdində  mülki  müdafiə 

qərargahı  yaradılır.  Qərargah  mülki  müdafiənin  idarəetmə  orqanı  olub, 

obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. 

Qərargah  mülki  müdafiə  üzrə  ştatlı  işçilərdən  və  öz  əsas  işindən  ayrılmayan 

vəzifəli şəxslərdən təşkil edilir.  

Mülki  müdafiənin  xüsusi  tədbirlərini  yerinə  yetirmək,  bu  məqsədlə 

qüvvə  və  vasitələr  hazırlamaq,  Qəza-Xilasetmə  və  digər  təxirəsalınmaz  işlər 

aparılarkən  mülki-müdafiə  qüvvələrinin  fəaliyyətini  təmin  etmək  üçün 

yerlərdə  mülki-müdafiə  xidmətləri  yaradılır.  Obyektlərdə  xidmətlərin  böyük 

rolu  vardır.  Onlar  obyektin  şöbələri,  bölmə  və  laboratoriyaları  əsasında 

yaradılır.  Xidmətlərin  rəisləri  obyektin  baş  mütəxəsislərindən,  istehsalat 

bölmələrinin rəhbərlərindən təyin edilir.  

Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcmi 

və  xüsusiyyətlərini,  lazımi  maddi  bazanın,  qüvvə  və  vasitələrin  olmasını 

nəzərə  almaqla  müvafiq  icra  hakimiyyəti  başçılarını  qərar  və  obyekt 

rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: 

rabitə  və  xəbərdarlıq,  tibbi,  yanğından  mühafizə,  ictimai  asayişi  mühafizə, 


32 

sığınacaq  və  daldalanacaqlar,  mühəndis,  avtomobil  nəqliyyat,  maddi-texniki 

təchizat, ticarət və iaşə, enerji təminatı, kimya və radiasiyadan mühafizə və s.  

Müvafiq  baza  və  ehtiyac  olduqda  digər  xidmətlər  də  yaradıla  bilər. 

Kənd  təsərrüfatı  istehsalı  obyektlerində  bunlardan  başqa  kənd  təsərrüfatı 

heyvanlarının və bitkilərinin mühafizə xidməti də yaradılır.  



 

Mülki müdafiənin xəbərdarlıq siqnalları 

 

Gözlənilən,  yaxud  baş  verən  fəlakət  və  müharibə  barədə  əhalini 



vaxtında  xəbərdar  etmək  mülki  müdafiənin  ən  əsas  vəzifələrindən  biridir. 

Qəza haqqında xəbər verməyin qaydası onun miqyası və yayılma sürəti nəzərə 

alınmaqla  müəyyən  edilir.  Lakin  bütün  hallarda  təhlükə  haqqında 

xəbərdarlığın  əsas  vasitələri  radio  və  televiziya  şəbəkəsidir.  Adamların  

diqqətini  tez  cəlb  etmək,  həmçinin  onları  dərhal  radio  və  televizorların  

ətrafına toplamaq üçün fövqəladə hallarda sirenalardan, nəqliyyat vasitələrinin 

fit səslərindən istifadə edilir. Belə siqnal «Hamının diqqətinə» siqnalı adlanır. 

Bu həyəcan siqnallarını  eşidən kimi hamı dərhal radio və televizoru qoşaraq 

hökumət  orqanlarının,  mülki  müdafiə  qərargahının    fövqəladə  hadisə  barədə 

verdiyi xəbər və məlumatları diqqətlə dinləməlidir. Təhlükə haqqında xəbərlə 

birlikdə  əhalinin  davranış  qaydaları  barədə  qısa  və  aydın  məsləhətlər, 

göstərişlər  də  verilir.  Xəbərdarlıq  siqnalları  barədə  qabaqcadan  tam  təsəvvür 

yaradılmalıdır.  Hamı  bilməlidir  ki,  xəbərdarlıq  siqnalları  sülh  və  müharibə 

dövründəki fəlakətlər zamanı verilir. Ancaq bunlar biri digərindən fərqlənir və 

bunu  əhalinin  bilməsi  vacibdir.  Öncə  qeyd  edək  ki,  bir  sıra  təbii  fəlakətlər 

barədə  qabaqcadan  xəbər  vermək  mümkündür.  Məsələn,  yaz  daşqınlarının 

ehtimalı  bir  ay  qabaqcadan  məlum  olur  və  bu  barədə  müvafiq  tədbirlər 

görülür. Yaxud sel təhlükəsi barədə 10-20 dəqiqə, bəzən 1-2 saat qabaq xəbər 

çatdırmaq  olar.  Bu  zaman  yerli  mülki  müdafiə  gərardahı  əhaliyə  belə  bir 

məlumat verə bilər: 

«Diqqət!  Danışır  rayon  mülki  müdafiə  gərargahı!  Vətəndaşlar!  Çayda 

suyun  səviyyəsinin  qalxması  müşahidə  olunur.  Çayın  sağ  sahilindəki 

məhəllələri su basacağı gözlənilir. Həmin məhəllələrdə yaşayanlar ən vacib və 

zəruri  şeyləri  götürüb  mərkəzi  meydana  tələssinlər.  Evdən  çıxarkən  sobanı, 

qazı,  işığı  söndürməyi  unutmayın.  Bu  barədə  qonşularınıza  da  xəbər  verin. 

Radio  şəbəkəsi  ilə  veriləcək  xəbərləri  diqqətlə  dinləyin,  göstərişlərə  dəqiq 

riayət edin». 


33 

Belə bir vacib cəhəti də qeyd edək ki, müharibə zamanı adamlar hər cür 

ekstremal hallara qarşı ayıq olur, mülki müdafiə siqnalları və məlumatları üzrə 

çevik  hərəkət  edirlər.  Başqa  sözlə,  mülki  müdafiə  qərargahının  göstərişlərini 

yerinə  yetirməyə  müəyyən  dərəcədə  hazır  olurlar.  Halbuki,  təbii  fəlakətlər 

zamanı da əhalinin belə çevik və dəqiq hərəkət etməsi heç də az əhəmiyyətli 

deyil.  Bir  sıra  hallarda,  məsələn,  güclü  qəzalar  zamanı  itirilən  hər  dəqiqə 

fəlakətin miqyasını genişləndirə bilər. Buna  görə də mülki müdafiə orqanları 

ehtimal olunan belə qəzalara qarşı adamlar arasında qabaqcadan  geniş izahat 

işləri  aparmalı,  təhlükəli  ərazilərdə  işləyənləri  və  yaşayanları  buna 

hazırlamalıdırlar. Həmin ərazinin hər bir sakini bilməlidir ki, həyəcan siqnalı 

verildikdə necə hərəkət etməlidir. 

Bilmək lazımdır ki, təbii fəlakətlərin, habelə qəzaların növündən  və bu 

zaman  yaranan  konkret  vəziyyətdən  asılı  olaraq  «Hamının  diqqətinə» 

siqnalından  sonra  mülki  müdafiə  qərargahı  tərəfindən  elan  edilən 

məlumatların  və  göstərişlərin  məzmunu  müxtəlif  ola  bilər.  Buna  görə  də  hər 

bir  adam  onları  diqqətlə  dinləməli,  təmkinli  olmalı,  cəld  və  mütəşəkkil 

davranmalıdır. 

Müharibə dövründə isə vəziyyət dəyişir. Düşmən hücumu barədə xəbəri 

əhaliyə hakimiyyət orqanları verir. 

Bu  xəbər  radio  və  televiziya,  mətbuat  orqanları  vasitəsilə  əhaliyə 

çatdırılır.  Düşmən  hücumu  təhlükəsi  yaranan  dövrdə  vəziyyət  çox  mürəkkəb 

olur. 

Müharibə  zamanı  düşmənin  nüvə,  kimyəvi,  bakterioloji  silahlar  və 



başqa  silahlar  işlətmək  qorxusu  yarandıqda  dərhal  mülki  müdafiənin 

xəbərdarlıq  siqnalları  verilir,  bu  məqsədlə  radiodan,  televiziyadan,  bütün 

rabitə vasitələrindən, səs və işıq siqnallarından istifadə olunur. 

Belə  hallarda  «Hamının  diqqətinə»  siqnalından  sonra  yaranmış 

vəziyyətdən asılı  olaraq mülki müdafiənin «Hava həyəcanı», «Hava həyəcanı 

sovuşdu»,  «Radiasiya  təhlükəsi»,  «Kimya  həyəcanı»  siqnalları  verilə  bilər. 

Bütün əhalinin bu siqnalları bilməsi və onun tələblərinə əməl etməsi vacibdir. 

Bu,  tələfatı  xeyli  azalda  bilər.  Bu  siqnalların  hər  birini  konkret  şəraitdə 

nəzərdən keçirək: «Hava həyəcanı» siqnalı xəbərdarlıq edir ki, düşmənin hava 

basqını gözlənilir. Öncə sirenalar bunu «Hamının diqqətinə» çatdırır. Sonra isə 

radio-televiziya  ilə  belə  bir  elan  verilir:  «Diqqət!  Diqqət!  Danışır  mülki 


34 

müdafiə qərargahı! Vətəndaşlar, hava həyəcanı! Hava həyəcanı!» Bu elan bir 

neçə dəfə təkrar olunur. Əhalinin daldalanması barədə göstəriş verilir. 

Bu  zaman  evlərdə  olanlar  yubanmadan  pəncərələri  örtməli,  qızdırıcı 

cihazları,  işığı  keçirməli  və  əvvəlcədən  tədarük  etdikləri  ərzağı,  suyu, 

mühafizə  və  tibbi  yardım  vasitələrini  götürüb  ən  yaxındakı  sığınacağa 

getməlidirlər.  İstehsalatda  olanlar  bütün  aqreqatları  dayandırmalı,  cərəyanı 

kəsməli  və  qabaqcadan  müəyyən  edilmiş  qaydada  hər  bir  briqada  və  növbə 

onlar  üçün  nəzərdə  tutulmuş  sığınacağa  getməlidir.  Əgər  istehsalat  rejiminə 

görə hər hansı aqreqatı, turbini, sobanı, texnoloji xətti dayandırmaq mümkün 

deyilsə,  onlar  nisbətən  təhlükəsiz  iş  rejiminə  keçirilir,  əvvəlcədən  təyin 

edilmiş  müəyyən  adamların  nəzarəti  altında  saxlanılır  və  həmin  adamların 

qorunması üçün müvafiq yerlər düzəldilir. 

«Hava  həyəcanı»  zamanı  bütün  tədris  müəssisələrində  məşğələlər 

dayandırılır, hamı mühafizə qurğularına gedir. İctimai yerlərdə (kinoteatrlarda, 

mağazada,  bazarda  və  s.)    nəqliyyat  vasitələrində  olanlar  yaxınlıqdakı 

daldalanacağa  getməlidirlər.  Əgər  belə  sığınacaq  yerləri  yoxdursa, 

daldalanmaq  üçün  yeraltı  keçidlərdən,  tunellərdən  və  s.  istifadə  etmək 

lazımdır. 

«Hava  həyəcanı»  zamanı  kəndlərdə  əhali  ailə  daldalanacaqlarına 

yığışmalıdır. Mal-qaranı tövlədə saxlamaq məsləhətdir. «Hava həyəcanı» vaxtı 

örüşlərdə olan naxır və sürüləri yaxşı olar ki, meşələrə sürsünlər. Çöldəki mal-

qaranı qorumaq üçün yarğanlardan, xəndəklərdən, mağaralardan və s. istifadə 

etmək məsləhətdir. Ümumiyyətlə, çalışmaq lazımdır ki, mal-qara düzdə, açıq 

sahələrdə  qalmasın.  Bütün  hallarda  yalnız  «Hava  həyəcanı  sovuşdu»  siqnalı 

verildikdən  sonra  daldalanacaqları  tərk  etmək  olar.  Bu  zaman  yerli  radio 

şəbəkəsi  və  səsucaldan  qurğular  vasitəsilə  elan  edilir:  «Diqqət!  Diqqət! 

Danışır  mülki  müdafiə  qərargahı!  Havadan  basqın  təhlükəsi  sovuşdu.  Hava 

həyəcanı qurtardı». 

Düşmənin zərbə endirdiyi və zədələnmə ocağı yaranan yerlərdə  «Hava 

həyəcanı  qurtardı»  siqnalı  verilmir.  Belə  hallarda  sığınacaqlarda  qorunanlara 

vəziyyətlə  əlaqədar  məlumat  və  davranış  qaydaları  barədə  tövsiyələr  verilir. 

Xatırladaq ki, bu zaman yerli mülki müdafiə orqanlarının göstərişlərini dəqiq 

yerinə  yetirmək  son  dərəcə  zəruridir.  Əks  təqdirdə  adamlar  radioaktiv, 

kimyəvi və ya bakterioloji zəhərlənməyə məruz qalarlar. 


35 

«Kimya həyəcanı» siqnalı kimyəvi və bakterioloji zəhərlənmə təhlükəsi 

olduqda,  yaxud  belə  zəhərlənmələr  bilavasitə  aşkar  edildikdə  verilir. 

«Hamının  diqqətinə!»  xəbərdarlıq  siqnalından  sonra  yerli  mülki  müdafiə 

qərargahının  belə  bir  məlumatı  əhaliyə  çatdırılır:  «Diqqət!  Diqqət!  Danışır 

mülki  müdafiə  qərargahı.  Vətəndaşlar!  Kimya  həyəcanı!  Kimya  həyəcanı!» 

Bu,  yerlərdə  səs  və  işıq  siqnalları  vasitəsilə  təkrar  olunur.  Ardınca  aşkar 

olunmuş  zəhərləyici  maddənin  və  ya  yoluxucu  xəstəlik  törədicisinin  növü 

nəzərə alınmaqla adamların davranış qaydaları haqqında məsləhət verilir. 

Kimyəvi  zəhərlənmə  yerlərindən  adamlar  mümkün  qədər  tez 

çıxarılmalıdır.  Onların  hansı  istiqamətdə  getmələrini  mülki  müdafiə  və  ya 

polis  işçiləri  göstərirlər.  Onlar  olmadıqda  adamlar  zəhərlənmə  zonasından 

küləyin  səmtinə  perpendikulyar  istiqamətdə  çıxmalıdırlar.  Bundan  sonra 

adamlar  sanitariya  təmizlənməsindən  keçməlidirlər.  Bakterioloji  yoluxma 

ocağından  əhalinin  özbaşına  çıxmasına  yol  ve-rilmir.  Çünki  belə  sahələrdə 

karantin  və  ya  observasiya  rejimi  qoyulacaq,  adamların  sonrakı  davranış 

qaydaları müəyyən ediləcək. 

Qeyd etdiyimiz kimi, kəndlərdə daldalanmaq üçün nəzərdə tutulan ailə 

sığınacaqları qabaqcadan möhkəmləndirilməli, hermetikliyi təmin olunmalıdır. 

İçəridə  ailənin  rahatlığı  üçün  hər  cür  şərait  yaradılmalı,  hadisələrin  gedişi, 

habelə  kimyəvi  və  ya  bakterioloji  zəhərlənmə  təhlükəsinin  sovuşması  barədə 

məlumat və ondan sonrakı davranış qaydaları haqqında göstərişlərin verilməsi 

üçün radio və  televiziya qurğularının işləməsi təmin edilməlidir. 

«Kimya  həyəcanı»  siqnalı  verilərkən  mal-qaranın  yem  ehtiyatlarının, 

ərzaq və su mənbələrinin qorunması üçün müvafiq tədbirlər görülməlidir. 

«Radiasiya  təhlükəsi»  siqnalı  bu  və  ya  digər  ərazidə  radioaktiv 

zəhərlənmə  aşkar  olduqda  və  ya  belə  zəhərlənmə  ən  gec  1  saat  ərzində 

gözlənildikdə  verilir.  «Hava  həyəcanı»  və  «Kimya  həyəcanı»  siqnalları 

zamanı  olduğu  kimi  «Radiasiya  təhlükəsi»  gözlənildikdə  də  öncə  «Hamının 

diqqətinə! siqnalı, sonra isə «Radiasiya təhlükəsi» məlumatı verilir. Bu zaman 

bütün rabitə və xəbərdarlıq vasitələrindən istifadə edilir, yerlərdə isə bu, səs və 

işıq siqnalları ilə təkrar edilir. Sonra belə elan verilir: «Diqqət! Diqqət! Danışır 

mülki  müdafiə  qərargahı!  Vətəndaşlar!  Radiasiya  təhlükəsi!  Radiasiya 

təhlükəsi» Bunun ardınca görülən mühafizə tədbirləri barədə, habelə əhalinin 

davranış  qaydaları  haqqında  mülki  müdafiə  qərargahının  tövsiyələri  və 

göstərişləri əhaliyə çatdırılır. 


36 

Adamlar dərhal respirator, radioaktiv tozdan qoruyan parça maska və ya 

pambıqlı  tənzif  sarğı,  əgər  bunlar  yoxdursa,  əleyhqaz  taxıb  sığınacağa  və  ya 

radiasiya  daldalanacağına  getməlidirlər.  Sonrakı  davranış  qaydaları  əsasən 

«Hava  həyəcanı»  və  «Kimya  həyəcanı»  zamanı  olduğu  kimidir  və  hər  bir 

konkret  halda  mülki  müdafiə  qərargahı  tərəfindən  dəqiqləşdirilib  əhaliyə 

çatdırılır. 

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin