Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərb Universiteti Mülki müdafiə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix10.10.2019
ölçüsü0,68 Mb.
#29324
1   2   3   4   5   6   7   8
022 Mulki mudafia Az


Qar uçqunu (marxal) 

 

Qar  uçqunu  (marxal)  dağ  yamacları  boyu  sürətlə  hərəkət  edərək  rast 

gəldiyi hər şeyi süpürüb aparan nəhəng qar kütləsinə deyilir.  



 

Hadisə baş verənədək 

 

  Daimi,  yaxud  müvəqqəti  yaşadığınız  rayonda  qar  uçqunu  təhlükəsi  olub-



olmadığını öyrənin.  

 



Belə təhlükəli rayonlarda yaşayarkən həmişə  yanınızda, ilk növbədə lazım 

olan  əşyalar  yığılmış  çamadan  saxlayın;  bunlar  ərzaqdan,  batareyalı 

radioqəbuledicidən və şəxsi sənədlərinizdən ibarət olmalıdır.  

 



Bilavasitə  təhlükə  yaranarkən  qapı  və  pəncərələri  örtün,  mümkünsə, 

pəncərə çərçivələrini möhkəmlədin.  

 

Meşə yanğınları 

 

Meşə  yanğını  meşələrdə  və  çöllərdə  baş  verib  yayılan  yanğınlara 

deyilir.  



 

Hadisə baş verənədək 

 

  Quru  və  küləkli  havada  meşələrdə,  bağlarda,  kənd  təsərrüfatı  tikililərində, 



taxta  evlərdə  və  s.  tonqal  qalamaq  və  siqaret  çəkməyin,  qadağan  edildiyi 

barədə məsləhət və göstərişlərə ciddi riayət edin.  

 

Bağ-bağçanızı  və  onların  həndəvərini  (ən  azı  50  m  radiusda)  quru  kol  və 



ağaclardan,  quru  otdan,  yana  bilən  hər  cür  material  və  tullantılardan 

təmizləyin.  

 

Kibrit  qutularını,  alışqanları  uşaqların  əli  çatan  yerlərdə  saxlamayın, 



uşaqlara odla ehtiyatlı davranmağı öyrədin.  

 



Yanğından  mühafizə  xidmətinin,  polis  şöbəsinin  və  FHN  bölməsinin 

telefon nömrələrini yadda saxlayın.  



13 

 



Evinizin  dam  örtüyünün  vəziyyətini  yoxlayın  –  yerindən  qopub  düşmüş, 

yaxud  kip  oturmayan  kirəmit  yanğın  vaxtı  damın  alışmasına  səbəb  ola 

bilər.  

 



Evin damını və yağış novçalarını xəzəldən və mamırdan təmizləyin.  

 



Qapı və pəncərə taylarının çərçivələrə, pəncərə qapaqlarının pəncərəyə kip 

oturmasına diqqət yetirin.  



 

Hadisə baş verəndə 

 

  Onu aşağıdan söndürməyə başlayın. 



 

Sudan  istifadə  edin,  su  olmayanda  alovu  tapdalayın,  ağacların  şax 



budaqları  ilə  döyəcləyin,  paltar  və  ya  hər  hansı  materialla  bürüyüb 

söndürün.  

 

Xilasetmə  xidmətlərinə  (yanğından  mühafizə,  FHN,  polis),  yaxınlıqda 



yaşayan insanlara xəbər verin.  

 



Xilasetmə  xidmətləri  hadisə  yerinə  tez  keçə  bilsin  deyə,  darvazanı  açıq 

saxlayın.  

  Qaz balonlarını dərhal evdən uzaqlaşdırın.  



 

Məişət yanğını 

 

Məişət  yanğınları  zamanı  alov  yanan  materialların  növündən  asılı 



olaraq, sürətlə yayılıb müxtəlif dərəcədə ziyan törədir.  

 

Hadisə baş verənədək 

 

 



Kibrit qutularını və alışqanları uşaqlar üçün əlçatmaz yerlərdə saxlayın.  

 



Tezalışan  maddələri  və  əşyaları  (spirt,  qaz  balonları,  kağız,  parça  və  s.) 

istilik mənbələri yaxınlığında saxlamayın.  

 

İstiliyin  toplanmasına  yol  verməyin,  məsələn,  televizorun,  kaloriferin 



üstünü hər hansı materialla örtməyin.  

 



Şamdan istifadə etməyin, yaxud otaqdan çıxarkən şamı söndürün,  

 



Küllə  ehtiyatlı  olun  –  qığılcımlar  külün  altında  bir  neçə  gün  qala  bilər. 

Əgər  sizə  kül  lazımdırsa,  onu  odadavamlı  konteynerdə  (dəmir  qabda) 

saxlayın.  

 



Heç vaxt yataqda siqaret çəkməyin.  

14 

 



Siqaret  kötüklərini  yığmaq  üçün  odadavamlı  külqabıdan  istifadə  edin. 

Külqabını  zibil  yeşiyinə  və  ya  vedrəsinə  siqaret  çəkiləndən  bir  neçə  saat 

sonra boşaldın.  

 



Yağ qaynadarkən heç vaxt mətbəxdən çıxmayın.  

 



Mənzili  tərk  edərkən  qaz  pilətəsində  bütün  konforkaların  söndürüldüyünü 

yoxlayın.  

 

Xilasetmə  xidmətlərinin  (yanğından  mühafizə,  FHN  və  s.)  telefon 



nömrələrini yadda saxlayın.  

 

Hadisə baş verəndə 

 

 



Təmkinlə hərəkət edin, təlaşa düşməyin.  

 



Yanğından  mühafizə  xidmətinə  xəbər  verin,  ünvanınızı  aydın  və  dəqiq 

söyləyin.  

  Qazı və elektrik enerjisini kəsin.  



 

Əl altında olan yanğınsöndürən vasitələrdən istifadə edin. Heç vaxt alışmış 



neft  məhsullarını  su  vasitəsilə  söndürməyə  cəhd  etməyin.  Elektrik 

avadanlığı yanan hallarda ilk növbədə cərəyanı kəsin.  

  Binanı tərk edin.  



 

Təhlükəyə  məruz  qalmış  insanları  və  heyvanları  xilas  etməyə  çalışın 



(paltarı  alışmış  adamın  üstünə  hər  hansı  bir  örtük,  adyal  atıb  onu  yerə 

sıxın).  

 

Əgər  pilləkən  qəfəsi  və  dəhliz  tüstüyə  bürünmüşsə,  onda  mənzildə  qalın, 



qapı  və  pəncərələri  bağlayın  ki,  içəridə  yelçəkmə  yaranmasın.  Qapının 

taylarını tez-tez su ilə isladın və qapıdakı deşik-bacaları yaş əsgi ilə tutun. 

Pəncərənin  qarşısında  dayanın  ki,  sizin  mənzildə  qaldığınızı  çöldən 

görsünlər (lakin pəncərəni açmayın).  

 

Tüstü  bürümüş  yerlərdə  qalarkən  döşəməyə  uzanın  –  orada  hava  nisbətən 



təmiz olur.  

 



Alovun mühasirəsində qalmaq təhlükəsindən qaçın.  

 

Hadisədən sonra 

 

 



Xilasetmə xidmətlərinin tövsiyələrini yerinə yetirin.  

 



Evi nəzərdən keçirin.  

15 

 



Qonşulara  kömək  edin,  zədə  almış  şəxslərə  ilk  yardım  aptekçəsin-dən 

istifadə etməklə yardım göstərin.  

 

3. TEXNOGEN XARAKTERLİ HADİSƏLƏR VƏ ONLARIN 

QISA XARAKTERİSTİKASI 

 

Güclü qəzalar və fəlakətlər böyük dağıntılar törədir. Güclü qəza sənaye 



müəssisələrində,  nəqliyyatda  və  digər  xalq  təsərrüfatı  obyektlərində  işin 

qəflətən  dayanmasından  və  ya  texnoloji  istehsalat  prosesinin  pozulmasından 

ibarətdir  ki,  bunun  nəticəsində  maddi  sərvətlər  məhv  olur,  adamlar  arasında 

tələfat və xəsarətlər baş verir.  



Texnoloji  fəlakət  qəflətən  baş  verən  və  insanların  məhv  olması  ilə 

nəticələnən  genişmiqyaslı  güclü  qəzaya  deyilir.  Güclü  fəlakətlərin  nəticələri 

onların xarakterindən, nəqliyyat vasitələrinin növündən asılı olur.  

İstehsalat  qəzaları  o  cümlədən  də  iri  qəzalar  sənayenin,  elmi-texniki 

tərəqqinin coşqun inkişafı, istehsalatda texnologiyaların durmadan dəyişməsi, 

nəhəng  enerji  və  yüksək  sürətlərdən  istifadə  edilməsi  şəraitində  tez-tez  baş 

verir.  İstehsalat  qəzaları  xarici  təbii  amillərin,  o  cümlədən  təbii  fəlakətlərin 

təsiri  ilə,  qurğunun  layihə-istehsalat  qüsurlarının  vaxtında  aradan 

qaldırılmaması,  onların  istismarı  qaydalarına  riayət  olunmaması  və 

istehsalatda  texnoloji  prosesin  pozulması  nəticəsində  də  baş  verir.  İri  sənaye 

qəzalarına  sənaye  və  tikinti  obyektlərində,  eləcə  də  dəmir  yolu,  hava,  su 

nəqliyyatı  vasitələri  və  magistral  boru  kəmərlərində  baş  verən  qəzalar  aiddir 

ki, bu zaman yanğınlar törəyir, dağıntılar olur, torpağın və suyun səthinə xeyli 

neft  məhsulları  və  aqressiv  maddələr  axması  təhlükəsi  yaranır.  Binaların, 

qurğuların,  istehsalat  avadanlıqlarının  zədələnməsi,  insanların  və  maddi 

sərvətlərin məhv olması ilə müşayiət olunan istehsalat qəzaları partlayışlardan, 

yanğınlardan,  subasmalardan,  qurğuların  deformasiyaya  uğraması  və 

dağılmasından, enerji sistemi və mühəndis şəbəkələrinin sıradan çıxmasından, 

zərərli  maddələrin  kənara  sızaraq  ətraf  mühiti  çirkləndirilməsindən  ibarətdir. 

Bunlar  çox  vaxt  eyni  zamanda  baş  verir,  biri  digəri  ilə  əlaqədar  olur  və  bir-

birini gücləndirir.  



 

Nəqliyyat qəzası 

 

Güclü  təyyarə  qəzası,  avtomobil  və  dəmiryol  qəzaları,  eləcə  də  gəmi 

qəzalarının  ümumi  cəhəti  ondan  ibarətdir  ki,  bunlar  çoxlu  insan  və  ya  yük 


16 

daşıyan,  ya  da  insanlara  və  ətraf  mühitə  bilavasitə,  yaxud  dolayısı  ilə  zərər 

yetirə biləcək maddələr daşıyan nəqliyyat vasitələrində baş verir.  

Təyyarə  qəzaları  təbiət  hadisələri,  texnoloji  səbəblər  və  ya  insan  amili 

nəticəsində (səhlənkarlıq və s.) baş verə bilər.  

Dəmiryol  qəzaları  qatarlar  toqquşarkən,  qatar  yoldan  çıxarkən,  torpaq 

sürüşmələri, qar uçqunları və s. zamanı, eləcə də terror təxribatı hallarında baş 

verir.  


Avtomobil qəzaları daha tez-tez baş verir və daha çox ziyan vurur.  

Gəmi qəzaları, xüsusən duru yanacaq, yaxud təhlükəli maddələr daşıyan 

gəmilərdə baş verərkən ciddi ekoloji fəlakətlərə səbəb ola bilər.  

 

Sənaye müəssisələrində partlayışlar 

 

Partlayışlarla müşayiət olunan istehsalat qəzalarının nəticələri,  



xaraktercə  müharibə  vaxtı  baş  verən  dağıntılara  oxşayır.  Qazanxanalarda 

qazanların,  kimya  müəssisələrində  qazın,  cihazların,  hazır  məhsul  və 

yarımfabrikatların,  neftayırma  zavodlarında  benzin  buxarları  və  digər 

qarışıqların,  dəyirmanlarda  unun,  şəkər  zavodlarında  şəkər  tozunun,  taxta-

şalban  və  ağac  emalı  kombinatlarında  mişar  tozunun  və  lak-boyaq 

buxarlarının  partlayışları  və  s.  daha  çox  müşahidə  edilir.  Bir  çox  ölkələrdəki 

kömür və filiz mədənlərində kömür tozunun və qazların partlayışı nəticəsində 

çox ağır yeraltı qəzalar olur. Belə partlayışlar, adətən, yanğınlar, uçqunlar və 

s. törədir. İstehsalat qəzaları zamanı hər hansı partlayışın zərbə dalğası böyük 

insan təlafatına və qurğu hissələrinin dağılmasına səbəb olur.  



Yanğınlar  adamların  nəzarəti  altından  çıxmış  odun  kortəbii  sürətdə 

yayılmasından  ibarətdir.  Meşə  yanğınları  ağacları  və  kolluqları  məhv  edir, 

meşə  torpağının,  suyunun  mühafizəedici  və  digər  faydalı  xüsusiyyətlərini 

zəiflədir,  qiymətli  fauna  zərər  çəkir.  Yaşayış  məntəqələrində  baş  verən 

yanğınlar  daha  təhlükəlidir.  Belə  hallarda  evlər,  əhalinin  əmlakı  məhv  olur, 

adamlar yanıq yaralarına məruz qalır. Yayılmasının miqyasına görə yanğınlar 

qismən yanğın və tam yanğın növlərinə bölünür.  

 

Enerji sistemlərində və texnoloji şəbəkələrdə qəzalar 

 

Enerji  sistemlərində  və  texnoloji  şəbəkələrdə  qəzalar  tufan,  partlayış, 



yanğın,  qurğunun  dağılması  nəticəsində,  eləcə  də  sistemin  özündəki 

17 

zədələnmələr üzündən baş verə bilər. Xarakterinə görə bunlar nüvə partlayışı 

nəticəsində yaranan ikincili zədələnmələrin eynidir.  

Nəqliyyat  sahəsində  qəzalar  ən  çox  baş  verən  hadisələrdəndir. 

Avtomobillərin,  dəmiryol  qatarlarının  toqquşmasından,  yanğın  və 

partlayışlardan 

yaranan 


qəzalardan 

əlavə, 


yerüstü 

nəqliyyat 

kommunikasiyalarında,  təbii  fəlakətlər  zamanı  və  yolların  nasazlığı 

nəticəsində də qəzalar olur.  



Gəmi  qəzalarının  səbəbləri  müxtəlifdir.  Gəmilər  yanğın  və  partlayış 

nəticəsində,  fırtınadan,  sualtı  qayalara  və  digər  maneələrə  toxunmadan, 

yüklərin  yerdəyişməsi  və  aşmasından,  bir-biri  ilə  toqquşmasından  və  digər 

səbəblərdən qəzaya uğrayıb batır.  



Aviasiya  daşımalarında  qəza  hallarının  əsas  səbəbləri  –  hava 

nəqliyyatı vasitələrinin köhnəlməsi, aviasiya texnikası təmirinin və ona texniki 

xidmət  keyfiyyətinin  pisləşməsi  üzündən  bu  nəqliyyat  vasitələrinin 

etibarlılığının  xeyli  azalması,  uçuşların  yerinə  yetirilməsi  və  təhlükəsizlik 

təminatı  üzrə  müəyyən  edilmiş  qaydaların  pozulması  hallarının  artması  ola 

bilər.  


İstehsalat  qəzaları  zamanı  partlayışlar  tutumları,  digər  qabları  və 

texnoloji  boru  kəmərləri  deformasiyaya  uğradır.  Güclü  təsirli  zəhərli 

maddələrin  ətrafa  sızması  və  kimyəvi  zəhərlənmə  zonasının  yaranması  ilə 

müşayiət  olunan  istehsalat  qəzalarının  nəticələri  öz  xarakterinə  görə  kütləvi 

qırğın  vasitəsi  olan  kimyəvi  silah  işlədilərkən  yaranan  kimyəvi  zəhərlənmə 

ocağının  nəticələri  kimidir.  Bu  halda  kimyəvi  maddənin  təsiri  nəticəsində 

insanların,  heyvanların  və  bitkilərin  zədələndiyi  və  ya  zədələnə  biləcəyi 

əraziyə kimyəvi zədələnmə ocağı deyilir.  



Radioaktiv  maddələrin  ətrafa  sızması  atom-elektrik  stansiyalarında, 

atom  gəmilərində,  mühəndis  tədqiqatları  mərkəzlərində  istehsalat  qəzaları 

nəticəsində baş verir.  

 

Kimyəvi qəza 

 

Kimyəvi  qəza  istehsalat  obyektində  baş  verən  və  dərhal  insanlara, 



avadanlıqlara  və  ətraf  mühitə  ciddi  zərərli  təsir  göstərən  hadisədir.  Qəzalar 

zamanı  ətraf  mühitə  yayılan  GTZM-lərin  spesifik  qoxuları  və  rəngləri  ilə 

müşayət olunan bulud əmələ gəlir.  

 

Hadisə baş verənədək 


18 

 

 



Həyəcan siqnalları və köçürülmə tədbirləri ilə tanış olun.  

 



Ən  lazımi  şeyləri  yığdığınız  çamadanı  həmişə  hazır  saxlayın.  Çamadanda 

şəxsi  sənədləriniz,  sizə  lazım  olan  dərmanlar,  ilk  yardım  aptekçəsi, 

batareyalı  radioqəbuledici,  fənər,  adyal  (köçürmə  ehtimalına  görə),  ərzaq 

və içməli su ehtiyatı (daldalanacaqda gizlənmə halları üçün) olmalıdır.  

  Evinizdə  daldalanma  yeri  (sığınacaq)  düzəldin  və  oraya  lazımi  avadanlıq 



qoyun.  Təhlükəli  kimyəvi  maddələr  istehsal  edilən,  yaxud  saxlanılan 

müəssisələrin yaxınlığında yaşayırsınızsa, bu, xüsusən vacibdir.  



 

Əgər binadasınızsa: 

 

 



Otaqda qalın, qapı və pəncərələri kip bağlayın, bütün deşik-bacaları 

kipləşdirin, həmçinin ventilyasiya, qızdırma və havanın kondensasiyası 

sistemlərinin işini dayandırın. 

 



Pəncərələrdən kənarda dayanın; ən etibarlı mühafizə yeri pəncərəsiz və su 

təchizatına malik otaqdır.  

 

Hər hansı oddan istifadə etməyin (partlayış təhlükəsi mövcuddur).  



 

Heç yerə zeng etməyin telefon xətlərinin yüklənməməsi üçün).  



 

Uşaqları gətirmək üçün məktəbə getməyin, müəllimlər uşaqların qeydinə 



qalacaqlar.  

 



Rəsmi göstəriş olmayınca və ya həyəcanın qurtarması barədə siqnal 

verilməyincə daldalanma yerini tərk etməyin.  

 

Əgər hökumət orqanları yaşayış yeri üzrə köçürülmə haqqında sərəncam 



verərsə, özünüzlə batareyalı radioqəbuledici, isti paltar, həmçinin sizə 

lazım olan dərmanları, şəxsi sənədlərinizi və pullarınızı götürün.  



 

Əgər binadan kənardasınızsa: 

 

Ağız  və  burnunuzu  yaylıqla  örtün  (yaylıq  isladılsa,  daha  yaxşı  olar); 

yaxındakı  hər  hansı  bir  binaya  girin  və  təhlükənin  ötüşdüyü  barədə  siqnal, 

yaxud köçürülmə barədə sərəncam verilənədək orada qalın.  

 

Radiasiya qəzası 

 

Radiasiya  qəzası  atom  qurğusunda  və  ya  radioaktiv  maddələrin 

daşınnma  zamanı  baş  verən,  eləcə  də  insanlar  və  ətraf  mühit  üçün  müəyyən 


19 

dərəcədə  təhlükəli  radiasiyanın  meydana  çıxması  ilə  müşayiət  olunan 

hadisədir.  

 

Hadisə baş verənədək 

 



 



Həyəcan siqnalları və köçürülmə tədbirləri ilə tanış olun.  

 



Ən lazımlı şeyləri yığdığınız çamadanı həmişə hazır saxlayın. Çamadanda 

şəxsi sənədləriniz, sizə ən çox lazım olan dərmanlar, ilk yardım aptekçəsi, 

batareyalı radioqəbuledici, fənər, adyal (köçürülmə ehtimalına görə), ərzaq 

və içməli su ehtiyatı (daldalanacaqda gizlənmə halları üçün) olmalıdır.  



 

4. NÜVƏ SİLAHI 

 

Nüvə  silahı,  məlum  olan  digər  kütləvi  qırğın  silahlarına  görə  güclü 



zədələyici  xassəyə  malikdir.  Nüvə  silahından,  müxtəlif  nüvə  reaksiyaları 

nəticəsində ayrılan enerjidən istifadə olunur.  

Nüvə  silahının  partlayış  gücü  trotil  ekvivalenti  ilə  xarakterizə  edilir. 

Trotil ekvivalenti – partlayış enerjisi bu nüvə sursatının partlaması nəticəsində 

alınan  enerjiyə  bərabər  olan  partladıcı  maddənin  tonla  miqdarına  deyilir. 

Müxtəlif  nüvə  sursatlarının  gücü  bir  neçə  milyon  tona  qədər  olur.  Nüvə 

partlayışı  həm  zədələyici  təsirinin  gücünə,  həm  də  müxtəlif  amillərin  zərərli 

təsirinə görə adi döyüş sursatlarından fərqlənir.  

Nüvə  silahı  ilk  dəfə  1945-ci  ilin  avqustunda  ABŞ-ın  silahlı  qüvvələri 

tərəfindən  Yaponiyanın  Xirosima  və  Naqasaki  şəhərlərinə  qarşı  istifadə 

olunmuşdur. Nüvə silahını hədəfə çatdırmaq üçün müxtəlif növlü raketlərdən, 

təyyarələrdən,  sualtı  qayıqlardan,  gəmilərdən,  habelə,  artilleriya  toplarından 

istifadə etmək mümkündür.  

Nüvə  silahının  tətbiqi  məqsədindən  və  basqın  hədəfinin  xarakterindən 

asılı  olaraq  nüvə  sursatları  kosmosda,  havada,  yerin  üstündə,  yerin  altında, 

suyun altında partladıla bilər. Nüvə partlayışı nəticəsində beş cür zərərli təsir 

meydana  çıxır.  Bunlara  nüvə  partlayışının  zədələyici  amilləri  deyilir.  Bunlar 

aşağıdakılardır.  

 

zərbə dalğası; 



 

işıq şüalanması; 



 

nüfuzedici radiasiya; 



  yerin radioaktiv zəhərlənməsi; 

  elektromaqnit impulsu.  



20 

Nüvə partlayışı enerjisinin təqribən 50%-i zərbə dalğasının, 55%-i işıq 

şüalanmasının,  4%-i  nüfuzedici  radiasiyanın  yaranmasına,  10%-i  yerin 

radioaktiv  zəhərlənməsinə  və  1%-i  elektromaqnit  impulsunun  yaranmasına 

sərf olunur.  

 

Zərbə dalğası 

 

Zərbə  dalğası  partlayış  mərkəzindən  hər  tərəfə  çox  yüksək  sürətlə 



yayılan  çox  güclü  sıxılmış  hava,  torpaq,  su  qatından  ibarətdir.  Zərbə 

dalğasının  zədələyici  təsiri  sursatın  gücündən,  partlayışın  növündən  və 

partlayış mərkəzinədək olan məsafədən, yerin relyefindən və s. asılı olur.  

Nüvə  silahından  qorunmaq  üçün  düzəldilmiş  sığınacaq  və 

daldalanacaqlar  adamları  zərbə  dalğasının  təsirindən  qoruyur.  Bu  məqsədlə 

xəndəkdən, yeraltı binalardan, habelə yerin relyefindən də müəyyən dərəcədə 

istifadə etmək mümkündür.  

Zərbə  dalğası  özünün  yayılması  istiqamətində  rast  gəldiyi  binaları  və 

başqa yerüstü tikililəri dağıdır və zədələyir.  

İşıq şüalanması 

 

İşıq  şüalanması  nüvə  partlayışı  zamanı  meydana  çıxan  od  kürəsinin 



saçdığı  gözə  görünən  ultrabənövşəyi  və  infraqırmızı  güclü  şüalanma  selidir. 

Təsir  müddəti  nüvə  yükünün  gücündən  asılı  olaraq  10-20  saniyə  olur.  İşıq 

şüalanmasının  zədələyici  təsiri  işıq  impulsundan,  yəni  işıq  şüalarına  nisbətən 

şaquli  yerləşmiş  səthin  hər  bir  kvadrat  santimetrinə  bütün  şüalanma  ərzində 

düşən işıq enerjisinin miqdarından asılı olur. Müxtəlif sahələrdə yaranmış işıq 

impulsunun  kəmiyyəti  nüvə  partlayışının  gücündən,  növündən,  məsafədən  və 

hava  şəraitindən  asılı  olur.  İşıq  şüalanmasının  təsir  müddətinin  10-12  saniyə 

olmasına  baxmayaraq  o,  xeyli  məsafələrdə  bədən  yanıqlarına,  gözlərin 

müvəqqəti  ya  həmişəlik  korluğuna,  müxtəlif  materialların  alovlanmasına, 

kömürləşməsinə  və  ya  əriməsinə,  yaşayış  məntəqələrində,  meşələrdə, 

mədənlərdə, tarlalarda güclü yanğinlara səbəb ola bilər. 

İşıq şüalanmasının təsiri meteroloji şəraitdən çox asılı olur. Qatı duman 

yağış və qar onun təsirini 10-20 dəfə zəiflədir. Sığınacaqlar və daldalanacaqlar 

işıq şüalanmasının təsirindən qorunmaq üçün ən etibarlı yerlərdir.  

 

Nüfuzedici radiasiya 

 


21 

Nüfuzedici  radiasiya  nüvə  partlayışında  partlayış  yerindən  ətrafa 

yayılan  gözə  görünməyən  qamma-şüaları  və  neytronlar  selindən  ibarətdir. 

Nüfuzedici radiasiya onun tərkibindəki qamma-şüalanma da nəzərə alınmaqla 

nüvə partlayışı vaxtı cəmi 10-25 saniyə təsir edir. Lakin qısa müddət ərzində 

mühafizə  edilməmiş  adamlar  və  heyvanlar  şüa  xəstəliyinə  tutula  bilərlər. 

Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, qamma-şüalar və neytronlar 

canlı  toxumaların  molekullarını  ionlaşdırır.  Bu  isə  insan  orqanizmində 

maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və müxtəlif üzvlərin həyat 

fəaliyyətinin  dəyişməsinə,  yoluxucu  xəstəliklərə  qarşı  orqanizmin  mübarizə 

qabiliyyətinin  zəifləməsinə  səbəb  olur.  Şüa  alan  adam  bunu  hiss  etmir. 

Zədələnmə  əlamətləri  müəyyən  müddətdən  sonra  aşkara  çıxır,  xəstəliyin 

gedişi orqanizmin aldığı şüanın dozasından asılı olur.  

Müxtəlif  sıx  və  qalın  materiallardan  keçərkən  nüfuzedici  radiasiyanın 

təsiri zəifləyir. Məsələn poladın 2.7 sm, betonun 10 sm, torpağın 14 sm, suyun 

23  sm,  ağacın  30  sm  qalınlığı  nüfuzedici  radiasiyanı  2  dəfə  zəiflədir. 

Nüfuzedici  radiasiyadan  mühafizə  məhz  materialların  bu  xüsusiyyətinə 

əsaslanır.  Belə  ki,  radiasiya  dozasını  üstüörtülü  xəndək  40  dəfə,  mühafizə 

üçün uyğunlaşdırılmış zirzəmi 400 dəfə zəiflədir.  

Neytron seli tərkibində hidrogen olan maddələrdə daha çox zəifləyir.  

 

Radioaktiv zəhərlənmə 

 

Yerüstü  nüvə  partlayışı  baş  verəndən  sonrakı  ilk  anlarda  radioaktiv 



zərrəciklər  odlu  kürənin  tərkibində  olur.  Odlu  kürə  buxara  və  tüstüyə 

bürünərək hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. 

Hündürə  qalxan  hava  axınları  yerdən  toz-torpağı  göyə  qaldırıb  onları 

radioaktiv  buludla  birlikdə  aparır.  İri  radioaktiv  toz  hissələri  bilavasitə 

partlayış  rayonunda  yerə  çökür.  Qalan  hissələr  isə  buludun  tərkibində  qalıb 

hava axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə kilometr uzağa aparılır.  

Radioaktiv  zəhərlənmənin  dərəcəsi  partlayışın  növündən  və  gücündən 

partlayışdan  sonra  keçən  müddətdən  partlayış  mərkəzinə  qədər  olan 

məsafədən  metereoloji  şəraitdən  və  yerin  relyefindən  asılı  olur.  Radioaktiv 

zəhərlənməyə  məruz  qalmış  ərazi  formaca  ellipsə  bənzəyir.  Zəhərlənmənin 

gücünə görə radioaktiv zəhərlənmə zolağını  adətən  dörd zonaya ayırırlar:  (1) 

çox  təhlükəli,  (2)  güclü,  (3)  mülayim  və  (4)  zəif  zəhərlənmə  zonaları.  Əgər 

zəhərlənmə  izini  en  kəsiyi  üzrə  götürsək  radiasiyanın  səciyyəsi  izin  kənar 


22 

hüdudundan  mərkəzə  tərəf  artmağa  başlayır  və  izin  mərkəzində  maksimum 

kəmiyyətə çatır.  

Radioaktiv  maddələrin  heç  bir  xarici  əlaməti  yoxdur.  Zəhərlənməni 

ancaq xüsusi dozaölçən cihazlar vasitəsilə aşkar etmək mümkündür.  

Adamları  radioaktiv  zəhərlənmədən  mühafizə  etmək  üçün,  onları 

ümumi  xarici  şüalanmadan  qorumaq,  həm  də  radioaktiv  maddələrin  dəri 

səthinə, burunun, gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə 

orqanizmə  keçməsinin  qarşısını  almaq  lazımdır.  Bu  məqsədlə  radiasiya 

əleyhinə  daldalanacaqlardan,  sığınacaqlardan  istifadə  olunur,  fərdi  mühafizə 

vasitələri  –  əleyhqaz,  resperator,  tozdan  qoruyan  parça  maska,  habelə, 

pambıqlı  tənzif  sarğı  tənəffüs  üzvlərini  radioaktiv  zəhərlənmədən  etibarlı 

sürətdə  qoruyur.  Bədənin  səthini  adi  paltarlarla  da  mühafizə  etmək 

mümkündür.  

 

Elektromaqnit impulsu 

 

Nüvə  partlayışı  anında  ətrafa  külli  miqdarda  qamma-kvantlar  və 



neytronlar  yayılır.  Bunlar  ətraf  mühitin  atomları  ilə  qarşılıqlı  təsirə  girərək 

elektromaqnit  sahələri  yaradır,  nəticədə  hava  və  ya  yeraltı  rabitə,  kabel 

xətlərində, siqnal elektrik xətlərində, radiostansiyaların antenalarında və s.-də 

qısamüddətli,  lakin  çox  güclü  cərəyan  və  gərginlik  əmələ  gətirir.  Buna 



elektromaqnit  implusları  deyilir.  Elektromaqnit  impluslar  radioelektron 

cihazlarını  sıradan  çıxarır,  xarici  xətlərə  qoşulmuş  elektrik  qurğularının  işini 

pozur.  Elektromaqnit  implusu,  həmçinin  yarımkeçirici  cihazları  qazboşalma, 

vakuum  cihazlarını  kondensatorları  da  xarab  edib  sıradan  çıxarır.  Bu 

cihazlarla  işləyən  adamların  təhlükəsizliyi  üçün  tədbir  görülməyibsə, 

elektromaqnit  impulsu  yüksək  elektrik  gərginliyi  ilə  adamları  zədələyə  bilər. 

Elektromaqnit  impulsundan  mühafizə  vasitəsi  kimi  qoruyucu  avtomat 

tərtibatlardan istifadə edilir.  

 

Neytron silahının zədələyici xüsusiyyəti 

 

Neytron  silahı  zəif  istilik-nüvə  sursatıdır.  Əsas  zədələyici  təsiri 



neytronlar  selinin  nüfuzedici  təsirindən  ibarətdir.  Neytron  sursatının  gücü, 

adətən  0,5  kt-dan  2  kt-dək  olur.  Adi  nüvə  sursatında  nüfuzedici  radiasiyanın 

yaranması  üçün  partlayış  enerjisinin  ancaq  5%-i  sərf  olunur,  neytron 

sursatında  isə  bu  zədələyici  amilin  payına  enerjinin  25-30%-i  düşür. 



23 

Nüfuzedici  radiasiya  və  onun  əsasını  təşkil  edən  neytronlar  seli  digər  nüvə 

partlayışına  nisbətən  5-6  dəfə  güclü  olduğu  üçün  adamlar  radiasiyadan 

zədələnməyə  zərbə  dalğasının  və  işıq  şüalanmasının  təsir  dairələrindən  daha 

çox  məruz  qalırlar.  Məsələn,  xarici  mətbuatın  məlumatlarına  görə,  neytron 

döyüş sursatının partlayışı zamanı sursatın gücündən (500-dən 2 min tonadək) 

asılı olaraq, izafi təzyiq 300-500 m məsafədə 0, 3 kq/sm

2

-ə çatır və bu sahədə 



güclü dağıntılar baş verir. Təzyiq 650-1000 m məsafədə 0, 1 kqq/sm2 olur ki, 

burada  orta  dərəcəli  və  zəif  dağıntılar  yaranır:  nüfuzedici  radiasiya  2000  m-

dək  təsir  göstərir.  Bu  məsafədəki  sahələrdə  mühafizədən  kənarda  qalan 

adamlar  10  raddan  100  min  radadək  şüalanmaya  məruz  qala  bilərlər  (rad-

maddə  tərəfindən  udulan  dozaya  deyilir).  Neytron  bombası  partlayışının 

təsirindən  mühafizə  olunmayan  adamlar  partlayış  mərkəzindən  800  m-dək 

məsafədə  bir  anda,  1600  m-dək  məsafədə  partlayışdan  bir  neçə  gün  sonra 

məhv ola, 2000 m məsafədə isə ən təhlükəli şüa xəstəliyinə tutula bilərlər. Qış 

vaxtı  (rütnbətli  havada)  neytron  selinin  zərərli  təsir  məsafəsi  yaydakına 

nisbətən 1,2 dəfəyədək az olur.  

Neytron  partlayışı  zamanı  nüfuzedici  radiasiyadan  mühafizə  nisbətən 

çətindir. Partlayış zamanı nüfuzedici radiasiyanın təsir dairəsi eyni güclü digər 

nüvə sursatlarının təsir dairəsindən təxminən iki dəfə artıqdır.  

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin